Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yuxarı İvanay
Yuxarı İvanay (rus. Верхнеиванаево, mari Йыванай, başq. Үрге Иванай) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Kuntuquş kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Starobaltas): 11 km., kənd sovetliyindən (Aşağı İvanay): 1 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 78 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə marilər (83 %) üstünlük təşkil edir.
Melaleuca idana
Melaleuca idana (lat. Melaleuca idana) — mərsinkimilər fəsiləsinin çay ağacı cinsinə aid bitki növü.
Şanay-Timpişka
Şanay-Timpişka çayı (isp. Shanay-timpishka) və ya La Bomba — Amazon çayının qoludur və "dünyada yeganə qaynayan çay" adlanır. Uzunluğu 6,4 km (4,0 mil) təşkil edir. Sularının çox yüksək temperaturu ilə tanınır. Suyunun terpmeraturu 45 °C (113 °F) ilə təxminən 100 °C (212 °F) arasında dəyişir. İstiliyin mənbəyi əslində geotermal olsa da, adı "günəşin istiliyində qaynadılmış" deməkdir. == Mifalogiya == Çay Huanuko yüksək meşəsinin bir hissəsi olan Mayantuyacu ziyarətgahında yerləşir. Ərazidə Aşaninka icması yaşayır. Yerli şamanlar qaynar suyun “Suların Anası” kimi tanınan nəhəng ilan ruhu Yakumama tərəfindən doğulduğuna inanırlar. == Elmi izahat == Geotermal sahə üzrə alim Andres Ruzo istiliyin mənbəyini araşdırıb.
Aşağı İvanay (Baltas)
Aşağı İvanay (rus. Нижнеиванаево, mari Йыванай; başq. Түбәнге Иванай) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Kuntuquş kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Starobaltas): 7 km., ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 76 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə marilər (96 %) üstünlük təşkil edir. == Tanınmış şəxslər == Qeorgi Qeytiyahmetoviç Kalitov (7 sentyabr 1952) — Başqırdıstan Respublikasının Xalq Artisti (2012), Salavat Yulayev adına Başqırdıstan Respublikasının Dövlət mükafatı laureatı (1995), 1995-ci ildən Rusiya Rəssamlar İttifaqının üzvü.
Sidama
Sidama — Efiopiyada yaşayan xalqlarından biri, sidamo dilində danışirlar. Sidamanın etnik ərazisi Efiopiyanın cənubunda, Avasa və Dilla şəhərlərin arasında yerləşir. Təxmini sayı — 3 milyon nəfərdir. Dindarların əksəriyyəti — monofizit xristiandır, qismən müsəlmandırlar. Əkinçilik və heyvandarlıqla məşğuldurlar.
Sidney
Sidney — Avstraliyada şəhər. == Tarixi == Şəhərin əsası 1788-ci ildə Port-Cekson körfəzinin sahilində, avropalıların Avstraliyada ilk məskunlaşması dövründə qoyulub. 200 il ərzində kiçik katorqa qəsəbəsindən iri meqapolisə çevrilib. == Görməli yerlər == Sitinin göydələnləri ilə şəhərin Roks və Kinq-Kross rayonunun qədimi binaları arasındakı nadir ziddiyyət vardır. Yorks və Elizabet rayonlarındakı suvenir dükanları, Çaynataun və Liverpul küçəsinin Asiya dövlətlərinə oxşar kvartalları, geniş, yaşıl park və bulvar sahələri, Kronos-Hillin olimpik tikilişli supermüassir binaları vardır. Xoumbuş rayonunda isə Sidni Super ev və Olimpik stadion, əzəmətli və dünyada ən böyük Sidni-Harbor buxtaları və onun üzərindən daşınmış nadir, uzunluğu 503 metr olan dirəksiz Harbor-Bric körpüsü vardır. 305 metr hündürlüklü Sidney Qülləsindəni şəhərlə hərtərifli tanış olmaq olar. Oksford-stritdə çoxlu bar və restoranlar, Darlinq-Harbor rayonunda yüzlərcə qalereya, bar, mehmanxana və restoranlar, Corc-strit və Market-stritdə isə şəhərin ən yaxşı ticarət mərkəzləri cəmlənmişdir. Elə burdaca şəhər hüdudlarında Bodni (ölkədə ən məşhur çimərlik, onun qızılı qumu neçə kilometrlərlə uzanır) və Menlinin ən dəbdəbəli çimərliklərində qaralmaq olar, dünyada ən böyük akvariumlardan biri olan, 1916-cı ildə ilk dəfə dünyada təbii şəraitdə — açıq volyerlərdə canlıları saxlamağa başlayan Darlinq-Harbordakı Sidney Akvariumuna, eləcə də Sidneyin simvolu olan məşhur Operanı və ya hələ şəhərin birinci qubernatoru tərəfindən qayada yonulmuş baxış meydançası "Xanım Makquayrın Kreslosu" na baş çəkmək olar. Bütün günü nəhəng ticarət kompleksi "Şahzadə Viktoriyanın Evi"ndə, və ya bütün dünyadan toplanmış çoxlu gül kolleksiyalarından ibarət gözəl Şahzadə Botanika bağında keçirmək olar.
Sızanaq xəstəliyi
Sızanaq və ya çivzə xəstəliyi — dərinin iltihabi xroniki xəstəliyidir. Elmi adı acne vulgaris olan bu xəstəlik əsasən yeniyetməlik dövründə meydana çıxır. Lakin istənilən yaşda yarana bilər. Kürəkdə, üzdə, saçlı dəridə əsasən irinli qabarcıqlar şəklində özünü göstərir. == Etiopatogenez == Sızanaq və ya akne xəstəliyinin yaranmasında zəncirvari dörd ana mexanizm mövcuddur. Onlar aşağıdakılardır: === Hiperseborreya === Yəni yağ vəzlərinin həddindən artıq ifrazı. Yağ vəzlərinin sintezi və ifrazı birbaşa insanın hormonal statusunua bağlıdır. Yağ vəzlərindəki hormon reseptorları və qandakı hormonların miqdarı arasındakı tarazlıq yağ vəzlərindəki möhtəviyyatın sintezini və ifrazını tənzimləyir. Genetik olaraq hiperseborreya halına meyilli olanlarda bu balans pozulduğu üçün üz dərisi və saçlarda yağlanma müşahidə olunur. Bu isə akne xəstəliyinə meyilliyə səbəb olur.
Sidney Brenner
Sidney Brenner (13 yanvar 1927[…] – 5 aprel 2019[…], Sinqapur) — Cənubi Afrikalı bioloq. 2002-ci ildə Nobel Fizyologiya və tibb mükafatını H. Robert Horvitz ve Cohn Sulston ilə birlikdə qazanıb. Brenner genetik kod araşdırmaları və digər molekulyar biologiya araştırmalarında vacib əlavələr etmişdir. Nematod olan Caenorhabditis elegans parazitini biologiya araştırmaları üçün model orqanizma olaraq istifadə etmişdir.. Berkeley, Kaliforniya, ABŞ da Molekülyar Elmlər İnistutunu quraraq burda öz işinə davam edir.
Sidney FK
Sidney FK — Avstraliyanın futbol klubu. == Tarixi == 2004-cü ildə yaranıb.
Sidney Reyli
Sidney Reyli (ing. Sidney George Reilly; 24 mart 1873, Odessa, Xerson quberniyası və ya Xerson quberniyası – 5 noyabr 1925, Moskva) — Böyük Britaniya kəşfiyyatçısı. == Həyatı == Sidney Reyli 1873-cü ildə Odessada doğulub. Relli 6 ölkənin casusu kimi həm bu, həm də digər tərəfin əleyhinə işləyib. O, dəfələrlə adını və pasportunu dəyişərək başqa-başqa ölkələrdə casusluq edib. Sidney Reyli peşəkar casus olmasına baxmayaraq, həddindən çox zərərli vərdişlərə yiyələnmişdi. Narkotika, spirtli içki, qumar və qadın düşkünü olan Relli bir neçə dəfə milyon dollar qazanmış və hamısını da eyş-işrətə sərf etmişdi. Relli həmçinin gözəl geyinməyi sevirdi. Onun peşəkar casusluğundan bir çox dövlətlərin xüsusi xidmət orqanları faydalanıb. Belə orqanlardan biri də Yaponiyanın xüsusi xidmət orqanı olan “Kem-Peitai”dir.
Sidney Smit
Sidney Smit (ing. Sydney Smith; d. 1875, Liverpul, İngiltərə – ö. məlum deyil) — ingilis futbolçu; onun müntəzəm mövqeyi hücumçu idi. "Liverpul" komandasında çıxış edib. == Həyatı == Sidney Smit 1875-ci ildə İngiltərənin Liverpul şəhərində anadan olmuşdur. == Karyerası == 1903-cü ildə "Liverpul" komandasında 2 oyunda meydana çıxmışdır.
Sidney Sonnino
Sidney Kostantino, Baron Sonnino (11 mart 1847[…], Piza, Toskana – 24 noyabr 1922[…], Roma) — italyan dövlət xadimi - (11 Mart 1847 - 24 Noyabr 1922-ci illər), İtaliyanın 19-cu Baş Naziri və iki dəfə qısa müddətdə 1906-cı ildə və 1909-1910-cu illərdə yenidən vəzifə yerinə yetirmiş. Birinci Dünya Müharibəsi illərində İtaliyanın xarici işlər naziri, 1919-cu il Paris Sülh Konfransında İtaliyanın təmsilçisi == Həyatı == === Erkən həyatı === İudaizm irsindən olan italyan ata İsakko Saul Sonnino və Uelsli ana Georgina Sofiya Arnaud Dudli Menhennetinin oğlu olan Sonnino Pizada anadan olmuşdu. Ailəsi tərəfindən Anqlikan kimi böyümüşdü . Babası Livornodan Misirə miqrasiya edərək burada bir bankir kimi böyük bir sərvət qurmuşdu 1865-ci ildə Pizada hüquq təhsili aldıqdan sonra, Sonnino, 1866-cı ildən 1871-ci ilə qədər Madrid, Vyana, Berlin və Parisdəki İtaliya səfirliklərində diplomat və bir məmur kimi çalışmışdı. Ailəsi, Livorno yaxınlığında, Quersianelladakı Sonnnino köşkündə yaşayırdı. 1873-cü ildə diplomatik xidmətlərindən sonra təqaüdə çıxdı. 1876-cı ildə Sonnino, Leopoldo Françetti ilə birlikdə Siciliya cəmiyyətinin vəziyyətinə dair xüsusi araşdırma aparmaq üçün Siciliyaya getdi. 1877-ci ildə iki adam Siciliya ilə əlaqədar araşdırmalarını İtaliya Parlamenti üçün əsaslı iki hissəli hesabatda dərc etdilər. Birinci hissədə Sonnino adanın torpaqsız kəndlilərinin həyatını təhlil etdi. Leopoldo Françettinin Siciliyadakı Siyasi və İnzibati Vəziyyətlər bağlı hesabatının yarısı, XIX əsrdə də, bugündə etibarlı mafiya təhlili sayılır.
Sidney Universiteti
Sidney Universiteti (ing. University of Sydney, həmçinin qeyri-rəsmi Sydney Uni) — Avstraliyanın ən böyük universiteti. == Tarixi == 1 oktyabr 1850-ci ildə University of Sydney Act aktına uyğun olaraq yaradılıb. 11 oktyabr 1852-ci ildə fəaliyyətə başlayıb. == Fəaliyyəti == 1995-ci ildə universitet Avstraliya Texnologiya Parkının yaradılmasında iştirak edib. == Fakültələri == Universitetin 16 fakültəsi vardır. == Xarici əlaqələri == "Səkkizlik Qrupu"nun və "Qumdaşı universitetləri" qrupunun üzvüdür. == Reytinqi == Avstraliyanın ən yaxşı universitetlərindən sayılır və dünyanın iyirmi ən yaxşı universitetləri siyahısına daxildir.
Siyana Vasileva
Siyana Vasileva (3 mart 1996, Bolqarıstan) — Bolqarıstan mənşəli Azərbaycanın bədii gimnastı. == Həyatı == Siyana Vasilevanın anası bədii gimnastika üzrə məşqçidir, eyni zamanda atası da idmançıdır. Siyana Vasileva bolqar dili, rus və ingilis dillərini bilir. Siyana, həmçinin psixologiya elmi ilə maraqlanır. == Karyerası == Gimnastikaya ilk addımlarını 2005-ci ildə atan Siyana 2011-ci ildən milli komandaya çağırılıb. Ənənəvi "Baltik Halqası" turnirində çıxış edən Siyana ilk qızıl medalını da Latviyadan gətirib. İlk ciddi qələbəsini də 2011-ci ildə Minskdə keçirilən Avropa Çempionatında gənclərdən ibarət komandanın tərkibində 1-ci yeri tutmaqla qazanıb. 2014-cü ildə Bakıda keçirilən Avropa Çempionatında Diana Doman, Aliyə Paşayeva, Aleksandra Platonova, Aynur Mustafayeva və Səbinə Abbasova ilə birlikdə 3 top və 2 lentlə qrup tapşırıqlarında gümüş medal qazanıb. Gimnastlarımız Müslüm Maqomayevin "Mavi əbədilik" mahnısının sədaları altında çıxış ediblər. Hakimlər azərbaycanlı gimnastların çıxışını 17.650 balla qiymətləndiriblər.
Sidney Oltmen
Sidni Oltmen (ing. Sidney Altman; 7 may 1939[…], Monreal – 5 aprel 2022) — Kanada-Amerika molekulyar bioloqu, 1989-cu ildə Kimya üzrə "RNT-nin katalitik xüsusiyyətlərini kəşf etdiklərinə görə" Nobel Mükafatı laureatıdır. 1971-ci ildən çalışdığı Yel Universitetinin doktoru, Sterlinq professoru. ABŞ Milli Elmlər Akademiyasının (1990) və Amerika Fəlsəfə Cəmiyyətinin (1990) üzvü olub. == Bioqrafiyası == Şərqi Avropadan olan yəhudi mühacir ailəsində ikinci oğul doğuldu. Ukraynanın Çernı Ostrov kəndindən kolxozçu olan atası Viktor Altman 1934-cü ildə Sovet İttifaqından mühacirət etdikdən sonra fermada işləyib və evləndikdən sonra Monrealda tərəvəz dükanı açıb. Onun anası Rey Arlin, on bir uşaqdan ikincisi olan, 1935-ci ildə on səkkiz yaşında ikən Belostokdan Kanadaya köçmüş və tekstil fabrikində çalışmışdır. O, 1960-cı ildə Massaçusets Texnologiya İnstitutunda fizika üzrə bakalavr dərəcəsi alıb və 1967-ci ildə Kolorado Universitetində dissertasiya müdafiə edib. 1971-ci ildən Yel Universitetində dosent, 1980-ci ildən professor, 1983-cü ildən kafedra müdiri; 1985–89-cu illərdə Yel Kollecində dekan; Stirlinq Biologiya və Kimya Professoru. 1984-cü ildə ABŞ vətəndaşlığını aldı.
Viola silana
Viola riviniana (lat. Viola riviniana) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü.
Sinay palimpsesti
Sinay palimpsestləri — 1975-ci ilin 25 mayında Müqəddəs Yekaterina Monastırında tapılmış Qafqaz albanlarının dilindəki ən qədim yazılı mənbəni özündə əks etdirən əlyazmalar toplusu. == Kəşfi == 1759-cu ildə Pyemont-Sardiniya kralı III Karl Emmanuel tərəfindən şərqə elmi ekspedisiyaya göndərilmiş, Turin Universiteti professoru Vitaliano Donatinin 1761-ci ildə yazılmış gündəliyində Misirin Sinay yarımadasındakı Müqəddəs Yekaterina monastırında tərk edilmiş əlyazmalar barədə qeydlərə rast gəlinir. 30 noyabr 1971-ci ildə monastırının şimal divarında, Müqəddəs Georgi şapelində yanğın olmuş və 1975-ci ilin may ayında bu yanğından əmələ gəlmiş dağıntını aradan qaldırmaq üçün restavrasiya işləri başlanmışdı. Restavrasiya zamanı monastırın arximandriti Sofronius tərəfindən torpağın altındakı bir boşluqda gizlədilmiş həmin 1100 qədim əlyazma tapılmışdır. Əlyazmalarda ərəbcə, asoruca, efiopca, qədim slavyan dilində nümunələr vardır. Bundan əlavə erməni dilində olduğuna inanılan 142 əlyazmanın 1984-cü ildə II İliya tərəfindən əslində gürcü dilində yazıldığı təsdiq edilmişdi. == Alban əlifbalı mətnlərin tapılması == 1990, 1994, 1996 və 2000-ci illərdə aparılmış tədqiqatlarda gürcü tədqiqatçı Zaza Aleksidze əlyazmalardan birinin X əsrdə yazılmış, Tur şəhərinin yepiskopu Müqəddəs Qriqorinin müəllifi olduğu "Müqəddəs Ataların həyatı" (lat. Vita Patrum) gürcücə tərcüməsinin üzərində araşdırma apararkən mətnin alt qatında fərqli əlifbada başqa bir mətnin daha olduğuna fikir verir. Sin. Geo.
Sinay palimpsestləri
Sinay palimpsestləri — 1975-ci ilin 25 mayında Müqəddəs Yekaterina Monastırında tapılmış Qafqaz albanlarının dilindəki ən qədim yazılı mənbəni özündə əks etdirən əlyazmalar toplusu. == Kəşfi == 1759-cu ildə Pyemont-Sardiniya kralı III Karl Emmanuel tərəfindən şərqə elmi ekspedisiyaya göndərilmiş, Turin Universiteti professoru Vitaliano Donatinin 1761-ci ildə yazılmış gündəliyində Misirin Sinay yarımadasındakı Müqəddəs Yekaterina monastırında tərk edilmiş əlyazmalar barədə qeydlərə rast gəlinir. 30 noyabr 1971-ci ildə monastırının şimal divarında, Müqəddəs Georgi şapelində yanğın olmuş və 1975-ci ilin may ayında bu yanğından əmələ gəlmiş dağıntını aradan qaldırmaq üçün restavrasiya işləri başlanmışdı. Restavrasiya zamanı monastırın arximandriti Sofronius tərəfindən torpağın altındakı bir boşluqda gizlədilmiş həmin 1100 qədim əlyazma tapılmışdır. Əlyazmalarda ərəbcə, asoruca, efiopca, qədim slavyan dilində nümunələr vardır. Bundan əlavə erməni dilində olduğuna inanılan 142 əlyazmanın 1984-cü ildə II İliya tərəfindən əslində gürcü dilində yazıldığı təsdiq edilmişdi. == Alban əlifbalı mətnlərin tapılması == 1990, 1994, 1996 və 2000-ci illərdə aparılmış tədqiqatlarda gürcü tədqiqatçı Zaza Aleksidze əlyazmalardan birinin X əsrdə yazılmış, Tur şəhərinin yepiskopu Müqəddəs Qriqorinin müəllifi olduğu "Müqəddəs Ataların həyatı" (lat. Vita Patrum) gürcücə tərcüməsinin üzərində araşdırma apararkən mətnin alt qatında fərqli əlifbada başqa bir mətnin daha olduğuna fikir verir. Sin. Geo.
Sinay yarımadası
Sina Yarımadası (ərəb. سيناء‎) - Misirdə yerləşən yarımada. Sina Yarımadası şimaldan Aralıq dənizi və cənubdan Qırmızı dəniz ilə əhatə olunmuşdur. Yarımada 60.000 km² əraziyə malikdir.
Sinay bəbiri
Sinay bəbiri (lat. Panthera pardus jarvisi) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin bəbir növünə aid heyvan yarımnövü.
Sinay dağı
Sina dağı (ivr. ‏הר סיני‎‏‎ Har Sinai, yun. Όρος Σινάι ), Musa dağı (ərəb. جَبَل مُوسَىٰ‎) və ya Tur dağı — Misirin Sina yarımadasında dağ. Dinlər tarixində bu dağın əhəmiyyətli yeri vardır. Məhz bu dağda Musa peyğəmbər Allahla vasitəsiz danışmışdır.
Anri Le Sidane
Anri Ejen Oqüsten Le Sidane (fr. Henri Eugène Augustin Le Sidaner; 7 avqust 1862[…], Port-Lui – 16 iyul 1939[…], Paris) — müxtəlif incəsənət cərəyanlarında çalışan fransız rəssam (İmpressionizm, simvolizm və baş.). == Həyat və yaradıcılığı == Rəssam gəmi kapitanı ailəsində anadan olmuşdur . 1870–1871-ci illərdə Franko-Prussiya müharibəsinin bitməsindən sonra, Le Sidane ailəsi Fransaya qayıdır və Dunkirkdə yaşayır. Burada, Anri ilk rəsm dərslərini yerli bir sənətçi Aleksandr Desmitdən alır. 1880-ci ildə Parisə gələn Le Sidane, 1882-ci ildə rəssam Aleksandr Kabanelin sinfində Paris Gözəl Sənətlər Məktəbinə daxil oldu olur . 1882–1887-ci illərdə Etaplda (Pa-de-Kale) yaşayır.
Sidney Erl Çaplin
Sidney Erl Çaplin (31 mart 1926 – 3 mart 2009) — Çarli Çaplinin və onun ikinci həyat yoldaşı Lita Qreyin ikinci oğlu. Sidney Çaplin atasının yolu ilə gedərək aktyor olub. O, atasının çəkdiyi 2 filmdə də iştirak edib. Amma o Hollivudda deyil, Nyu-Yorkdakı musiqi teatrında məşhurlaşıb. Sidney Çaplin Brodveydə oynanılan "Zənglər çalınır" adlı müzikldəki roluna görə "Toni" (teatr "Oskar"ı) mükafatı alıb. Onun ən əsas rolu isə Barbara Streyzandla bir yerdə oynadığı "Gülməli qız"da olub. Sidney Çaplin bu müziklə görə də "Toni" alıb. O, 2003-cü ildə atası Çarli Çaplin barədə çəkilən sənədli filmdə özünü oynayıb. Sidney Çaplin 3 dəfə evlənib. Sonuncu həyat yoldaşı Marqaret Biiblə Stefan adlı oğlu var.
Sidney Opera Teatrı
Sidney opera teatrı (ing. Sydney Opera House) — Sidney şəhərinin Bennelonq Poynt limanında, Avstraliyanın Yeni Cənubi Uels ştatında yerləşən opera teatrı. Sidneyin simvolu və Avstraliyanın ən məşhur görməli yerlərindən biri. Danimarkalı memar Yorn Utson (d.1918-ö.2008) tərəfindən layihələndirilmişdir. == Layihənin seçilməsi və inşaat == 1955-ci il 15 sentyabrda layihələrin qəbuluna başlandı. Qalib layihə üçün mükafat məbləği 5 000 funt-sterlinq təyin edilmişdi. Layihənin şərtlərində hər biri müxtəlif məqsədlər üçün istifadə edilə bilən 2 zal, tutumu 3000 nəfər olan böyük zal və 1200 nəfər tutuma malik kiçik zal nəzərdə tutulmuşdu. 1957-ci il yanvarın 29-da 32 ölkədən daxil olmuş 233 layihə arasından danimarkalı memar Yorn Utsonun layihəsi seçildi. Utson 1957-ci ildə Sidneyə gələrək tikintinin aparılacağı yerlə tanış oldu. 1963-cü ildə tikintinin 1-ci mərhələsi başa çatdıqdan sonra o öz ofisini Sidneyə köçürdü.
Vilyam Sidney Porter
O. Henri (ing. O. Henry; 11 sentyabr 1862, ABŞ - 5 iyun 1910, ABŞ) — Amerika hekayə yazıçısı. == Həyatı == Dünya şöhrətli amerikan yazıçı O. Henri 1862-ci ildə Şimali Karolinada doğulmuşdur. Öz yazdığı əsərlərini O. Henri təxəllüsü ilə çap etdirmişdir. Əsl adı Uiliam Sidney Porter (William Sydney Porter) olan yazıçı dünyada qısa hekayə yazan yazıçıların ən məşhur isimlərindən biri kimi tanınır. Çox az təhsil alan O. Henri aptekdə işləmiş, bank kassirliyi daxil olmaqla müxtəlif işlərdə çalışdıqdan sonra, işlədiyi bankdan pul mənimsəməkdə günahlandırılaraq üç ildən artıq həbsdə yatmışdır. İlk hekayələrini də müxtəlif imzalar altında elə o həbsxanada qələmə almışdır. Həbsdən çıxdıqdan sonra O. Henri "The Rolling Stone" (Avara) adlı həftəlik satirik jurnalının baş redaktoru vəzifəsində işləmişdir. Yazıçı həyatının son səkkiz ilində iki yüzdən çox hekayə yazmışdır. O. Henrinin zarafatcıl və canlı üslubda qələmə aldığı əsərləri böyük insan kütlələrinin bəyənməsinisinə səbəb olmuş və bu işdə o, çoxlu müvəffəqiyyət qazanmışdır.