Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şirinsu
Şirinsu (Lənkəran) — Azərbaycanın Lənkəran rayonunun inzibati ərazi vahidində qəsəbə. Şirinsu (İran) — İranın Həmədan ostanının şəhərlərindəndir.
Şirinsu (Lənkəran)
Şirinsu — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində qəsəbə. Yaşayış məntəqəsindəki su içməyə daha yararlı (şirin) olduğu üçün bu adı almışdır. Ətraf yerlər dəniz səviyyəsindən aşağıda yerləşdiyindən oradakı quyu suyu, əsasən şor dadlı olur.
Şirinsu (İran)
Şirinsu — İranın Həmədan ostanının Kəbudər Ahəng şəhristanının Şirinsu bəxşində yerləşən şəhər və bu bəxşin inzibati mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,280 nəfər və 507 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Amerikan şirinsu tısbağaları
Amerikan şirinsu tısbağaları (lat. Emydidae) — Tısbağalara aid fəsilə. Onlar kiçik və orta ölçülərə malik olurlar. Bir sıra növlərinin başları rəngərang olur dəriləri isə hamardır. Fəsiləyə aid növlər geniş arealda yayılmışdır. Onlara Şimali Amerika, Cənubi Amerika, Avropa və Asiya ərazilərində rast gəlinir. Bu fəsiləyə daxil olan növlər əsasən lal axan su tutarlarında yaşayırlar. Bir sıra heyvan və bitki növləri növləri ilə qidalanırlar. Bir çox növlər isə sırf bitkilərlə qidalanır.
Asiya şirinsu tısbağaları
Asiya şirinsu tısbağaları (lat. Geoemydidae) — gizliboyun tısbağalar yarımdəstəsinə aid heyvan fəsiləsi.
Avstraliya şirinsu timsahı
Avstraliya şirinsu timsahı (lat. Crocodylus johnstoni) — əsl timsahlar sinfinin dümayəndəsi. Avstraliyanın şimalında şirin suda yaşayır. Əvvəlcə kəşf edənin soyadının yazılmasında bir səhv olduğu üçün Crocodylus johnsoni, yəni Conson timsahı adını alır (Robert Arthur Johnstone, 1843–1905). Səhv bir müddət sonra düzəldilsə də, ədəbiyyatda hər iki ada rast gəlinir. Bu nisbətən kiçik bir timsah növüdür. Erkəklər çox nadir hallarda 2,5–3 m-dən çox böyüyürlər. Bu ölçüyə çatmaq üçün canlıya 25–30 il lazımdır. Dişilər ümumiyyətlə 2,1 m-dən çox deyil. Arqayl gölü və Nitmilek Milli Parkı kimi ərazilərdə əvvəllər 4 metrə qədər olan fərdlərə rast gəlinmişdir.
Şirinsulu ekosistemlər
Şirinsulu ekosistemlər- şirin sular kontinentin səthində çay, göl və bataqlıqlar əmələ gətirir. İnsan öz ehtiyacı üçün süni göllər və su anbarı yaradır. Deməli, şirin sular axar və nisbi hərəkətsiz (durğun) vəziyyətdə ola bilər. Şirinsulu ekosistemlər bütün ekosistemlərin olduqca kiçik hissəsini təşkil edərək aşağıdakı xüsusiyyətlərinə görə insanlar üçün daim böyük əhəmiyyət kəsb edir: Şirin sular praktiki olaraq məişət və sənaye ehtiyaclarını ödəmək üçün yeganə mənbə sayılır; Şirinsulu ekosistemlər tullantıları yenidən işləmək üçün ən əlverişli və ucuz sistem sayılır; Suyun nadir termodinamik xassəyə malik olaraq mühitin temperatur tərəddüdünü azaltmağa imkan verir. Qeyd edildiyi kimi su mühitinin limitləşdirici faktorları, temperatur, şəffaflıq, axın, duzluluq və b. hesab olunur. Suda yaşayan heyvanların əksəriyyəti stenoterm sayılır, ona görə də mühitin az da olsa, istilik çirklənməsi onlar üçün təhlükəlidir. Su hövzələrində suyun şəffaflıq dərəcəsi həyat üçün çox vacib sayılır, bu günəş işığının daxil olaraq fotosintez prosesinin mümkün olduğu dərinlik zonası ilə ölçülür. Şəffaflıq dərəcəsi müxtəlif olub çox bulanlıq su hövzələrində bir neçə santimetr dərinlikdən, şəffaf dağ göllərində 30–40 metrə çata bilər. Lotik ekosistemlərdə axım da mühüm limitləşdirici faktor olub orqanizmlərin yayılmasına, qaz və duzların miqdarına təsir göstərir.
Şirinquş
Şirinquş ya da Nabat, çöp üstündə yerləşən şüşə sorma konfet növüdür. Xoruz (rus. Петушок) – Rusiya İmperiyası, və SSRİ-də tanınmış nabat növüdür, adətən xoruz şəklində karameldən (qaynamış şəkərdən) qayrılır, lakin daha sonra ulduz, balıq və başqa formaları da populyar oldu. Lolipop (ing. Lollipop) – adətən yumru şəkildə olan nabat İngiltərədə icad olunmuşdur və 1920-ci illərdə ticari məqsədlər ilə sənayeləşdirilmişdir. Manpası (rus. Монпансье, fr. Montpensier) – bu rəngarəng konfetlər başqa konfetlərdən seçilmək üçün hersoginya Anne Marie Louise d’Orléans-ın şərəfinə bu cür adlandırıldı. Azərbaycanda bir zamanlar bütün Manpasıya oxşar konfetləri də bu cür adlandırırdılar, lakin bu konfetlərin satışdan çıxdıqdan sonra bu söz unuduldu. Başqa dillərdə Pastil adı ilə tanınır.
Şirin
Şirin (fars. شيرين‎) (? – 628 AD) – Sasani şahənşahı II Xosrovun həyat yoldaşı, Sasani məlaikəsi olmuşdur. Xosrovun atası IV Hürmüzün ölümündən sonra sərkərdə Bəhram Çubin Sasani taxtını ələ keçirir. Şirin Xosrovla birgə Suriyaya qaçır və burada Bizans imperatoru Mavrikinin himayəsi altında yaşayır. 591-ci ildə Xosrov yenidən İrana qayıdır və imperiyada nəzarəti ələ alır, Şirin isə kraliça olur. Bu zamandan etibarən, Şirin öz təsirindən istifadə edərək ölkədəki xristian azlıqları dəstəkləməyə çalışır, lakin mürəkkəb siyasi vəziyyət onu mümkün qədər ehtiyatlı davranmağa məcbur edir. Şirin özü əvvəlcə nestorianlıq kimi tanınmış Şərq kilsəsinə mənsub olsa da, sonrada Suriya Ortodoks Kilsəsi kimi tanınan Antioxiya miafizit kilsəsinə qoşulmuşdur. 614-cü ildə farsların Yerusəlimi işğal etməsindən sonra İsanın xaçı ələ keçirilərək paytaxt Ktesifona gətirilir və burada Şirinin sarayında ucladılır. Ölümündən bir neçə yüz il sonra, Şirin, Şərq ədəbiyyatının mühüm obrazlarından birinə çevrilmişdir.
Dərinsu (Həştrud)
Dərinsu (fars. درين سو‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 245 nəfər yaşayır (62 ailə).
Eldar Şirinov
Eldar Şirinov (12 iyul 2001, Göyçay rayonu – 6 oktyabr 2020, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Eldar Bağır oğlu Şirinov 2001-ci il iyulun 12-də Göyçay rayonunda anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Eldar Şirinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Eldar Şirinov oktyabrın 6-da şəhid olub. Göyçay rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Eldar Şirinov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Elmar Şirinov
Elmar Cəbrayıl oğlu Şirinov (9 mart 2002; Xatınlı, Tovuz rayonu — 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elmar Şirinov 2002-ci il martın 9-da Tovuz rayonunun Xatınlı kəndində anadan olub. 2008-2016-cı illərdə N.Tusi adına Tovuz rayon tam orta məktəbində, 2016-2017-ci illərdə M.Ələkbərov adına Tovuz rayon tam orta məktəbində təhsil alıb. Tovuz Peşə Liseyini bitirmişdi. Subay idi. Elmar Şirinov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elmar Şirinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elmar Şirinov noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Tovuz rayonunun Qaraxanlı kəndində dəfn olunub.
Elnur Şirinov
Elnur Ramiz oğlu Şirinov (22 oktyabr 1987, Mingəçevir) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. Elnur Şirinov 1987-ci il oktyabrın 22-də Mingəçevir şəhərində anadan olub. 13 saylı tam orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. Sonra Naxçıvanda xüsusi təyinatlı hərbi dəstədə xidmətə başlayıb. Qüsursuz xidmətinə görə dəfələrlə fərqlənən Elnur Şirinov Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2018-ci il tarixli Sərəncamına əsasən "İgidliyə görə" medalı ilə təltif edildi. Bu medal ona veriləndə Şirinov kapitan idi. Azərbaycan Ordusunun mayoru olan Elnur Şirinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Elnur Şirinova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Elnur Şirinov 10 dekabr 2020-ci ildə Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi qalibliyi şərəfinə keçirilən 2020 Bakı Qələbə Paradında iştirak etmişdir.
Elvin Şirinov
Elvin Elsevən oğlu Şirinov (12 mart 1997, Birinci Şahsevən, Beyləqan rayonu – 26 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Elvin Şirinov 1997-ci il martın 12-də Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olub. Azərbaycan Ordusunun giziri olan Elvin Şirinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elvin Şirinov oktyabrın 26-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Şirinov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Şirinov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Şirinov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Şirinov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elxan Şirinov
Elxan Şirinov — Azərbaycan müğənnisi Elxan Şirinov 1963-cü ildə İmişlidə anadan olub. Orta məktəbi bitirdikdən sonra Xarici Dillər Universitetində alman və ingilis dili müəllimi olaraq ali təhsil almışdır. 30 yaşında dissertasiya müdafiə edərək filologiya elmləri namizədi adını almışdır. Hazırda filologiya üzrə fəlsəfə doktoru olan Elxan Şirinov həm də dosent və Amerikaşünasdır. Musiqi sahəsinə 90-cı illərdə gələn Elxan Şirinov "Sən ağlama", "Qurbanın olum", "Sənsiz", "Başqa birisini sevə bilməzsən", "Mən yenə axşamları tək dolaşıram" lirik mahnıları ilə sevənlərinin könlündə taxt qurmuşdur.
Elçin Şirinov
Elçin Şirinov (1982) — Azərbaycanlı caz pianoçu, Azərbaycan Respublikasının əməkdar artisti Elçin Elxan oğlu Şirinov tanınmış cazmen Vaqif Sadıqovdan, daha sonra Kevin Heyes, Aaron Qoldberqdən caz üzrə dərslər almışdır. V. Gərayzadənin "AYPARA" qrupunda çalışmışdır. Linley Marthe, Andre di Biase, Andraş Deş, Avişay Koen və digər məşhur musiqiçilərlə əməkdaşlıq edir. Paris (Fransa, 2023) Beynəlxalq Muğam Festivalı (Azərbaycan, 2023) Edinburq Festivalı (Şotlandiya, 2023) Zərbçilərin VI Festivalı (Bakı, 2009) Voicingers Jazz Festival (Polşa, 2010, 2012, 2017) Baku Jazz Festival (Azərbaycan, 2011, 2012, 2015) Montreux Jazz Festival (İsveçrə) Jazz Colors Festival (Paris, 2013) "Elçin Şirinov Trio" (Vyana, 2016) 2016 Londoon Jazz Festival Baku Summer Jazz Days (Azərbaycan, 2018) "Elçin Şirinov Trio" (Baku, 2019) Avishai Cohen Jazz Tour (Yaponiya, Macarıstan, İngiltərə, Fransa, Almaniya, Portuqaliya, Bakı) Grzegorz Karnas: Power Kiss (Hevhetia 2017. Mit Alan Wykpisz und Grzegorz Masłowski) Elchin Shirinov (Elçin Şirinov) / András Dés|Dés / Márton Fenyvesi / Mátyás Szandai: Maiden Tower (Hunnia Records 2017) Avishai Cohen: Arvoles (Razdaz Recordz 2019, mit Noam David und anderen) Waiting (Somethin’ Cool, 2020.
Etibar Şirinov
Etibar Şirinov (operator)
Fizuli Şirinov
Həsən Şirinov
Həsən Kamil oğlu Şirinov (26 yanvar 1950, Naxçıvan rayonu) — Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru. Polis general-mayoru Həsən Kamil oğlu Şirinov 1950-ci il yanvarın 26-da Naxçıvan Muxtar Respublikasının Cəhri kəndində anadan olub. 1971–73-cü illərdə hərbi xidmətdə olmuşdur. Azərbaycan Texniki Universitetinin Avtomobil və avtomobil təsərrüfatı, Bakı Dövlət Universitetinin hüquq, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültələrini fərqlənmə ilə bitirib. 1980-ci ildən daxili işlər orqanlarında çalışıb. Müxtəlif illərdə Nəsimi, Xətai, Göygöl rayonlarında yol polisi şöbələrinin rəisi, Naxçıvan Muxtar Respublikası Dövlət Yol Polisi İdarəsinin rəisi, DİN BŞDYP-nin müavini, Bakı Şəhər DYP-nin rəisi işləmiş, 2010–2020-ci illərdə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsində çalışmışdır. "Sönməz, əbədidir Heydər Əliyev", "Yüksəlişə gedən yol", "Xalqı ilə döyünən polis ürəyi", "Şah İsmayıl Xətai" və s. kitabların, bir çox şeir, hekayə və məqalələrin müəllifidir. Daxili İşlər Nazirliyinin "Xidmətə görə", "Qüsursuz xidmətə görə", "Azərbaycan polisinin 95 illiyi (1918–2013)", "Azərbaycan polisinin 100 illiyi (1918–2018)" medallarına layiq görülüb. General-mayor Həsən Şirinov Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Sərəncamı ilə "İgidliyə görə", Prezident İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda" medalları ilə təltif olunub.
Kamil Şirinov
Kamil Şirinov (kapitan)
Naib Şirinov
Naib Şirin oğlu Şirinov (15 noyabr 1922, Malıbəyli – 2003, Bakı) — professor, Dövlət mükafatı laureatı. Naib Şirin oğlu Şirinov 1922-ci il noyabr ayının 15-də Qarabağda Şuşa rayonunun Malıbəyli kəndində anadan olmuşdur. Xalqımızın bir sıra qeyrətli oğulları kimi Naib Şirinovun atası da represiyanın qurbanı olmuşdur. Atasına "xalq düşməni" adı verilməklə edam edilməsi onun gələcək həyatına ən böyük zərbə olmuşdur. 1939-cu ildə Ağdam Pedaqoji məktəbində təhsil alan gələcəyin görkəmli alimi Naib Şirinov 1941-ci ildə 19 yaşında Böyük Vətən müharibəsinə yollanır. 1942-ci ildə xəstəliklə əlaqədar olaraq ordudan tərxis olnan "xalq düşməninin" oğlu 1943-cü ildə yenidən könüllü olaraq cəbhəyə qayıdaraq Berlinin alınmasına qədər uzun bir döyüş yolu keçmişdir. Ordudan qayıtdıqdan sonra kəndlərində bir müddət pedaqoji fəaliyyətini davam etdirən Naib Şirinov təhsilini davam etdirmək üçün 1950-ci ildə Moskvaya yola düşür və qəbul imtahanlarını müvəffəqiyyətlə verərək Lomonosov adına Moskva Dövlət Universitetinin coğrafiya fakültəsinə daxil olur. Təhsilini başa vurduqdan sonra o, vətənə qayıdaraq Azərbaycan EA Coğrafiya İnstitutunda işə düzəlir. 1960-cı ildən başlayaraq respublikamızda yeni sahə olan geomorfologiyanın inkişafında mühüm rol oynayan Naib Şirinov gərgin əməyi sayəsində coğrafiya elmləri namizədi alimlik dərəcəsi alır. Onun Azərbaycanın müxtəlif sahələrinin geomorfoloji xəritələrinin iri miqyasda tərtib olunmasında kifayət qədər əməyi olmuşdur.
Natiq Şirinov
Natiq Bahadur oğlu Şirinov (10 noyabr 1975, Bakı) — Azərbaycan musiqiçisi, nağara ifaçısı, "Natiq" ritm qrupunun rəhbəri, Azərbaycan Respublikasının xalq artisti (2018). Azərbaycan incəsənət tarixində məşhur olan Aşıq Şəmşir, Aşıq Şirin və Aşıq İdrisin nəslindən olan Natiq Şirinov 10 noyabr 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1984-cü ildə 9 yaşlı Natiq Tofiq İsmayılov adına musiqi məktəbində Azər Əliyevin yanında nağara ifaçılığı üzrə dərs almağa başlamışdır. 1986-cı ildə daha çox bilik əldə etmək və çalğı məharətini təkmilləşdirmək üçün o, 6 nömrəli musiqi məktəbində təhsilini davam etdirmişdir. Natiq, 24 yaşında Azərbaycan Respublikasının Xalq Artisti, muğam ustası, xanəndə Alim Qasımovdan dəvət almış və peşəkar fəaliyyətə qədəm qoymuşdur. Bu qrup 1999–2007-ci illər ərzində bir çox müxtəlif ölkələrdə qastrol səfərlərində olmuşdur. Natiqin incəsənətə bəxş etdiyi töhfələr səhnədəki ifası ilə məhdudlaşmır. 2001-ci ildə o, beş nəfərdən ibarət "Natiq Ritm Qrupu"-nu yaradır. Nağaradan əlavə o, qədim Azərbaycan alətləri olan zurna, balaban və tütəyi qrupa daxil edir. Qrupun rəhbəri olmaqla yanaşı, o pedaqoq və bəstəkar kimi də fəaliyyət göstərməyə başlamışdır.
Nurlan Şirinli
Nurlan Qədir oğlu Şirinli (16 oktyabr 1996; Sarov, Tərtər rayonu, Azərbaycan — 7 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Nurlan Şirinli 16 oktyabr 1996-cı ildə Tərtər rayonunun Sarov kəndində anadan olmuşdur. 2002–2013-cü illərdə orta təhsil almışdır. Nurlan Şirinli Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Nurlan Şirinli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində mexanik sürücü olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Nurlan Şirinli 7 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Şirinli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Şirinli ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nurlan Şirinli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Polad Şirinov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Rəhman Şirinov
Şirinov Rəhman İsa oğlu (3 yanvar 1973, Yenikənd, Gədəbəy rayonu – 17 dekabr 1992) — Azərbaycanlı şəhid. Rəhman Şirinov 1973-cü il yanvar ayının 3-də Yenikənd kəndində doğulub boya-başa çatmışdı. 1990-cı ildə keçmiş Sovet silahlı qüvvələrində xidmətə yollandı. 1992-ci il noyabrın 17-də düşmən tərəfindən başlanan ağır döyüşlərin birində R.Şirinov qəhrəmancasına həlak oldu. 1990-cı ildə keçmiş Sovet silahlı qüvvələrində xidmətə yollandı. Ağır əməliyyatların birində daha çox fərqləndiyini nəzərə alan komandiri ona çavuş rütbəsi verildi. 1992-ci il noyabrın 17-də düşmən tərəfindən başlanan ağır döyüşlərin birində R.Şirinov qəhrəmancasına həlak oldu. Onu Gədəbəy rayonunun “Şəhidlər xiyabanı”nda dəfn etdilər. Gədəbəy rayonunun “Şəhidlər xiyabanı”nda Rəhman Şirinovu dəfn etdilər. http://www.gedebey-ih.gov.az/userfiles/files/%C5%9Eehidlerimiz.doc.
Vaqif Şirinov
Vaqif Şamməmməd oğlu Şirinov (rus. Вагиф Шамамедович Ширинов; 12 noyabr 1969, Bakı) — Azərbaycan əsilli keçmiş Rusiya futbolçusu. O, yarımmüdafiəçi və hücumçu mövqelərində oynamışdır. Həvəskar futbol klubları arasında Rusiya çempionatı bombardiri: 1995 (21 qol). Vaqif Şirinov — "FootballFacts.ru" saytında.
Serinus
Serinus (lat. Serinus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vüroklar fəsiləsinə aid heyvan cinsi.
Sarısu
Sarısu (Beyləqan) — Azərbaycanın Beyləqan rayonunda kənd. Sarısu (Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd.
Sirius
Sirius ulduzu — Gecə səmasında görünən ən parlaq ulduzdur. Və Yer üzünə yaxın ən böyük ulduzdur. Sirius ulduzu parlaqlığına görə yalnız Günəş və Aydan geri qalır Sirius ulduzu iki ulduzdan ibarətdir: böyük və parlaq ulduza Sirius-A və digərinə Sirius-B adı verilmişdir. Sirius-A nın diametri 2335000 km olan bir ulduz növüdür, Sirius-B nin diametri isə 12000 km olan bir ağ cırtdan ulduzdur. Sirius-A Günəşdən 2.4 dəfə böyükdür, Sirius-B isə yer kürəsindən balaca və təxminən Venera planeti ölçüsündədir. Sirius-A və Sirius-B bir-birinin ətrafında dönərlər və onların dönmə periodu 50 ildir. Sirius-A ulduzu və Sirius-B ağ cırtdanı, yer kürəsindən 8.6 ışıq ili uzaqlıqdadır və yer kürəsinə ən yaxın ulduzlardan birisidir. Sirius-A bu parlaq görünüşünü əslində işıqlandırma gücünün yanında Günəş Sisteminə yaxınlığına borcludur. Günəşə 2.6 parsek (8.47 işıq ili) uzaqlıqda oluşundan ötəri, Sirius Sistemi kosmosdakı yaxın qonşularımızdan biridir. . İşıqlandırma gücü Günəşin 25 qatı olmaqla birlikdə, Kanopus və ya Rigel kimi digər parlaq ulduzlara nisbətlə aşağıda qalır.
Mimosa sirissa
Albizia lebbeck (lat. Albizia lebbeck) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güləbrişin cinsinə aid bitki növü. Acacia lebbeck (L.) Willd. Acacia macrophylla Bunge Acacia speciosa (Jacq.) Willd. Albizia latifolia B. Boivin Feuilleea lebbeck (L.) Kuntze Inga borbonica Hassk. Inga leucoxylon Hassk. Mimosa lebbeck L. Mimosa lebbek L. (orth.var.) Mimosa sirissa Roxb. Mimosa speciosa Jacq. Pithecellobium splitgerberianum Miq.