Elmar Cəbrayıl oğlu Şirinov (9 mart 2002; Xatınlı, Tovuz rayonu — 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Elmar Şirinov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Xatınlı, Tovuz rayonu, Azərbaycan |
Vəfat tarixi | (18 yaşında) |
Vəfat yeri | Şuşa rayonu, Azərbaycan |
Dəfn yeri | Qaraxanlı |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Xidmət illəri | 2020 |
Rütbə | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Murovdağ döyüşləri • Füzulinin azad edilməsi • Cəbrayılın azad edilməsi • Qubadlının azad edilməsi • Zəngilanın azad edilməsi • Şuşanın azad edilməsi |
Təltifləri |
Elmar Şirinov 2002-ci il martın 9-da Tovuz rayonunun Xatınlı kəndində anadan olub.[1] 2008-2016-cı illərdə N.Tusi adına Tovuz rayon tam orta məktəbində, 2016-2017-ci illərdə M.Ələkbərov adına Tovuz rayon tam orta məktəbində təhsil alıb. Tovuz Peşə Liseyini bitirmişdi. Subay idi.
Elmar Şirinov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elmar Şirinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Elmar Şirinov noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Tovuz rayonunun Qaraxanlı kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Şirinov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Şirinov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elmar Şirinov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elmar Şirinov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.[5]