Polad Şirinov

Polad Seyran oğlu Şirinov (5 oktyabr 2002, Bakı13 sentyabr 2022, Kəlbəcər rayonu) — Xüsusi Təyinatlı Qüvvələr, MAHHXHQ.

Polad Şirinov
Polad Seyran oğlu Şirinov
Şəxsi məlumatlar
Doğum tarixi 5 oktyabr 2002(2002-10-05)
Doğum yeri
Vəfat tarixi 13 sentyabr 2022(2022-09-13) (19 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Şəhid
Dəfn yeri
Dəfn tarixi 15 sentyabr 2022
Vətəndaşlığı
Milliyyəti Azərbaycanlı
Hərbi fəaliyyəti
Qoşun növü Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Xidmət illəri 6ay
Rütbə MAHHXQ Əsgər
Döyüşlər
Təltifləri 08.11.2022)-"lll dərəcəli Rəşadət ordeni" (08.11.2022)-"Vətən uğrunda" medalı (ölümündən sonra)

Həyatı[redaktə | mənbəni redaktə et]

Polad Seyran oğlu Şirinov. Əslən Yardımlı rayonundan olan şəhidimiz 2002-ci il oktyabrın 5-də dünyaya göz açıb və Bakıda böyüyüb.(Bakıda dünyaya gəlib)Subay idi. Ailədə 2 bacı 2 Qardaş idilər. 2009-cu ildə 1-ci sinfə Binəqədi rayonu 182 saylı məktəbdə gedib. Sonra təhsilini 4-cü sinifdən etibarən Suraxanı rayonu 315 saylı orta məktəbdə davam etdirib. Karate və kikboks kimi idman növləri ilə məşğul olub. Məktəblər arası təşkil olunan " Hərbi Şahin " oyunlarında uğurla iştirak etmişdir. Dərslərilə yanaşı idmanada xüsusi diqqət göstərmişdir. Məktəb vaxtlarından xaraktercə çox sakit, təmkinli yoldaşlarına və valideynlərinə qarşı hörmətlə yanaşan. Onların sevgisini qazanan Şagird olmuşdur.

Hərbi xidmət[redaktə | mənbəni redaktə et]

2020-ci il AZMİU'nun nəznində İnşaat kollecinin " su təchizatı və suayırma " bölməsinə qəbul olub, lakin Poladın Vətənə olan sevgisi təhsil həyatını yarıda qoyur və Kolleci donduraraq Hərbi xidmətə yollanır. Hərbi xidmətini Xüsusi Təyinatlı Qüvvələrdə davam etdirib və bitirdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq çalışıb. XTQ kursunu fərqlənmə ilə bitirib. 6 ay idiki XTQ də xidmət edirdi. 13 – 14 sentyabr Düşmən təxribatının qarşısını alarkən yaralı dostlarını xilas etmək üçün gözünü qırpmadan meydana atılmışdır. Ayağından güllə yarası almasına baxmayaraq döyüşmüş və yaralı döyüş yoldaşlarını xilas etmişdir. Yaralanmasına baxmayaraq ayağına jqut bağlansada o döyüş meydanından təxliyə olmağı imtina edir və geri çəkilmir. Böyrəyindən qəlpə yarası alaraq qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. 15 sentyabr ikinci fəxri xiyabanda dəfn olunub.

Təltifləri[redaktə | mənbəni redaktə et]

(08.11.2022)-"lll dərəcəli Rəşadət ordeni" (08.11.2022)-"Vətən uğrunda" medalı ilə təltif olunub.(ölümündən sonra)