Elnur Ramiz oğlu Şirinov (22 oktyabr 1987, Mingəçevir) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı.[1]
Elnur Şirinov | |
---|---|
Elnur Ramiz oğlu Şirinov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 oktyabr 1987 (37 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Atası | Ramiz Şirinov |
Anası | Solmaz Şirinova |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Rütbəsi | Mayor |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Cəbrayılın azad edilməsi • Şuşanın azad edilməsi |
Təltifləri | |
|
Elnur Şirinov 1987-ci il oktyabrın 22-də Mingəçevir şəhərində anadan olub. 13 saylı tam orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. Sonra Naxçıvanda xüsusi təyinatlı hərbi dəstədə xidmətə başlayıb.
Qüsursuz xidmətinə görə dəfələrlə fərqlənən Elnur Şirinov Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2018-ci il tarixli Sərəncamına əsasən "İgidliyə görə" medalı ilə təltif edildi.[2] Bu medal ona veriləndə Şirinov kapitan idi.
Azərbaycan Ordusunun mayoru olan Elnur Şirinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Elnur Şirinova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.[3]
Elnur Şirinov 10 dekabr 2020-ci ildə Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi qalibliyi şərəfinə keçirilən 2020 Bakı Qələbə Paradında iştirak etmişdir.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Şirinov "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elnur Şirinov "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.