Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şokoladlı dondurma
Dondurma – isti havaların bir nömrəli qidası olan dondurma hər gün istehlak edilməsi vacib olan süd və süd məhsulları arasında xüsusi yerlərdən birini tutur. Yəni sərinləmək üçün yediyimiz dondurmanın insan sağlığında əhəmiyyətli rolu var. Belə ki, dondurmanın tərkibində protein, karbonhidrat, yağ kimi maddələrlə birlikdə A, D, E, C, və B qrupu vitaminlər həmçinin magnezium, fosfor, sodium, potasium, dəmir və sink kimi minerallar yer almaqdadır. Bu minerallar və vitaminlər əsasən uşaqlar üçün çox yararlıdır. Dondurmanın yalnız isti havalarda deyil müntəzəm istifadəsi uşaqların vitamin çatışmamazlığını da aradan qaldıra bilər. Bütün bunlarala yanaşı dondurmanın ziyanları da ola bilər. Dondurma alarkən onun satıldığı yerin sanitar qaydalara nə dərəcədə əməl edildiyinə diqqət etmək vacibdir çünki dondurmanın əsas tərkibi sayılan süd bakteriya və virusların əmələ gəlməsi üçün ideal bir şəraitdir. Beləliklə antisanitariya şəraitində hazırlanan və satılan dondurmalar asanlıqla yararlı bir qida vasitəsindən təhlükəli bir düşmənə çevrilə bilər. Hər bir desert özünün böyük tarixinə malikdir, bunların bir çox əfsanəvi, yaxud nağıl yolları ilə yayılır. Bu gün isə biz sizin üçün dondurmanın tarixindən söhbət açmaq istəyirik.
Şokoladlı pizza
Şokoladlı pizza – şokoladdan istifadə edərək hazırlanan pizza çeşidi. Müxtəlif stilləri və hazırlanma qaydaları mövcuddur. Şokoladlı pizza desert kimi də servis edilə bilər. Bəzi şirkətlər şokoladlı pizza hazırlamaqda ixtisaslaşıblar. Bəzi şokoladlı pizzalar xəmirə birbaşa şokoladın əlavə edilməsi ilə hazırlanır. Şokoladlı pizza şirin, desert yeməyi və ya əsas yemək kimi servis edilə bilər. Şokoladlı pizza peçdə bişirilməyə qoyulmamış xəmirin üzərində şokoladın əlavə edilməsi ilə hazırlana bilər. Başqa bir variant isə bişdikdən sonra üzərinə fındığın əlavə edilməsidir. Son illərdə şokoladlı pizzanın hazırlanmasında istifadə olunan inqredientlərə şəkər şirəsi, banan, çiyələk, marşmellou, şəkər dənəcikləri və ağ şokolad parçaları aiddir. Şokoladlı pizza məktəblilərin sevdiyi iki qida növünü – pizzanı və şokoladı özündə birləşdirir.
Şokoladlı tort
Unsuz şokoladlı tort
Tort (it. torta, isp. tortilla) — dünya xalqlarının mətbəxində geniş yayılmış un məmulatı və şirniyyat növüdü Hər bir ölkənin mədəniyyətinə uyğun reseptlərdən yararlanaraq tortlar bişirilir. Tortları müxtəlif mərasimlərlə əlaqədar hazırladıqlarına görə onların forma və ölçüləri də kəskin surətdə fərqlənir. Tortla əlaqədar çoxsaylı faktlar və maraqlı məlumatlar verilmişdir. Bunların çox hissəsi hətta Ginnesin rekordlar kitabına daxil edilmişdir. Bunlara misal olaraq ABŞ–ın Miçiqan ştatında hazırlanmış tortu göstərmək olar. Bu tort stoldan 13 metr hündür idi və 100 pillədən təşkil edilmişdi. Həmçinin ən ağır tort da ABŞ–da yaradılıb, lakin bu tort Alabama ştatına aid edilir. 50 tondan ibarət olan tort ağırlığına görə seçilir.
Şokoladçı qız
Şokoladçı qız (Gözəl şokoladçı qız)-(fr. La Belle Chocolatière, alm. Das Schokoladenmädchen) — XVIII əsr isveçrəli rəssam Jan Liotarın ən məşhur tablosu. Burada əlində isti şokolad aparan qulluqçu xanım təsvir olunub. Əsər pastel texnikası ilə perqament üzərində işlənib. Şəklin yaranma versiyalarından biri belədir- 1745-ci ildə knyaz Ditrixşteyn o dövrdə haqqında çox danışılan Vyana şokoladını dadmaq üçün kafelərin birinə baş çekir.Bu zaman ona xidmət göstərənlər arasında müflis olmuş Melxior Baltaufun qızı Anna olmuşdur. İlk baxışdan xanıma vurulan knyaz , ailəsinin etirazlarına baxmayaraq onunla evlənir və bu şəkili toy hədiyyəsi kimi Liotara sifariş verir. Rəssam xanımı quluqçu qiyafəsində təsvir edərək, bununla da ilk baxışdan sevgini ifadə etməyə çalışıb.Bu hekayə sonradan bu şəkli öz loqotipində istifaə edəcək Baker şirkəti üçün əsas ilham mənbəyi olmuşdur. Digər bir veriyaya görə isə əsər knyazın gələcək həyat yoldaşı Şarlotta Baltaufun, vyanalı bankir olan atasının evində ərsəyə gəlib. Digər bir əfsanəyə görə isə , Liotar qulluqçunun gözəlliyinə o qədər heyran qalmışdır ki, onu təsvir etməyə qərara gəlmişdir.
Şokaladlı süd
Südlü kakao — Azərbaycanda qida qəbulundan (əsasən səhər və nahar yeməyindən) sonra, eləcə də soyuq havalarda, müxtəlif məclislərdə, qonaq qəbul edildikdə və başqa şadyanalıqda qəbul edilən içki. Bu içkidən 1 litr hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır: Kakao tozu və şəkər qazana tökülüb ciddi qarışdırılır, sonra üzərinə 100–150 ml qaynayan su əlavə edibilib bircininsli kütlə alınana qədər qarışdırılır. Qarışdırmanı dayandırmadan az-az qaynar süd əlavə edilir və qaynayana qədər qızdırlır. Kakao içkisini fincanlarda və ya altılıqlı stəkanlarda süfrəyə verirlər. Stəkana çalınmış qaymaq və ya yumurta sarısı əlavə etmək olar. Bu məqsədlə bir ədəd pəhriz yumurtasının sarısı 4–5 ç. q. toz-şəkərlə çalınır və hər stəkana 2–3 çay qaşığı yumurta çalıntısı əlavə edilib qarışdırlmadan süfrəyə verilir. Bu içki Varşavasayağı kakao adlanır.
Belçika şokoladı
Belçika şokoladı — Belçika şokoladı dünyada ən çox tanınan və satılan şokoladlardandır. Belçika şokalad muzeyləri ilə də məşhurdur. == Ümumi məlumat == 17-ci əsrdə indi tanıdığımız Belçika ispanların idarəsi altında idi. Bu dövrdə İspan idarəsinin başqa yerlərində olduğu kimi belçikalılar da ilk dəfə şokolad içkisi içirlər. Şokolad hələ bizim tanıdığımız formada deyildi. 19-cu əsrin birinci yarısında isə şokoladı pressləməyi və ondan bərk formalar almağı öyrənirlər. Beləcə şokoladdan tabletlər və fiqurlar hazırlayırlar. Bu dövrdə Belçikada şokolad hazırlayıb satan yerlər — chocolatier açılır ki, sonradan bir çoxu bu gün də mövcud olan böyük şokolad kompaniyalarına çevrilirlər. 19-cu əsrdin ikinci yarısında Belçika Konqonu (Afrika) kolonizə edir və ölkənin geniş kakao plantasiyalarına sahib olur. Beləcə Belçikada şokolad daha da geniş yer alır və Belçika şokoladı məşhurlaşır.
Şokolad
Şokolad — kakao paxlasına şəkər və başqa yeyinti məhsulları qatılmaqla hazırlanan qənnadı məmulatı. Şokolad təbii və əlavəli hazırlanır. Təbii şokolad yalnız kakao paxlası və şəkərdən alınır, əlavəli şokoladın tərkibinə bunlardan başqa süd, qəhvə, qoz və s. qatılır. Şokoladın tərkibində 35-37% yağ olur. Şokolad hazırlamaq üçün kakao paxlasını təmizləyib çeşidləyir və qovurduqdan sonra xırdalayıb narın üyüdürlər. Üyüdülmüş kakaonun bir hissəsini sıxıb yağını ayırırlar. Şokolad plitka, müxtəlif fiqur, medal formasında, şokolad məmulatları isə baton və assorti konfeti şəklində buraxılır. Qara (acı) şokolad Südlü şokolad Ağ şokolad Qabarcıqlı şokalad Diabetik şokolad Şokoladın tarixi təxminən 3000 ildir. E.ə.
Şokolad (film)
Şokolad(ing. Chocolat)-İoann Harrisin eyni adlı romanından kinoya uyğunlaşdırılan 2000-ci il İngilis / Amerikan ortaq istehsalı film.Mühafizəkar bir Fransız qəsəbəsinə gələn gənc bir ana ilə altı yaşındakı qızından və onların şokolad dükanından bəhs edir.
Şokolad rəngi
Şokolad rəngi — qəhvəyi rəngin şokoladı xatırladan tonudur. Südlü şokolad kimi tanınan qidanın müəyyənedici rəngidir. Şokoladın Asteklərin Nahuatl dilindəki “chocolātl” sözündən gəldiyi düşünülür. Digər tərəfdən, amerikalı linqvistik William Bright bu sözün Meksika mənbələrində olmadığını bildirmişdir; Meksikalı yazıçı Francisco J. Santamaría sözün mənbəyinin Yucatec Maya dilindəki “chokol” olduğunu iddia etmişdir. Kakao dənəsinin rəngi kimi tanınır.
Ulduz şokolad fabriki
Şokolad (film, 2000)
Şokolad(ing. Chocolat)-İoann Harrisin eyni adlı romanından kinoya uyğunlaşdırılan 2000-ci il İngilis / Amerikan ortaq istehsalı film.Mühafizəkar bir Fransız qəsəbəsinə gələn gənc bir ana ilə altı yaşındakı qızından və onların şokolad dükanından bəhs edir.
Çarli və şokolad fabriki (roman)
Çarli və şokolad fabriki — ingilis yazıçısı Roald Dal tərəfindən 1964-cü ildə yazılan uşaq romanı. Roman Villi Vonkanın şokolad fabrikinə düşən Çarli Buketin başına gələn hadisələrdən bəhs edir. "Çarli və şokolad fabriki" romanı ilk dəfə 1964-cü ildə " Alfred A. Knopf, Inc." nəşriyyatı tərəfindən ABŞ-də, 1967-ci ildə isə "Allen & Unwin" nəşriyyatı tərəfindən İngiltərədə çap olundu. Roman əsasında iki film çəkilib: "Villi Vonka və şokolad fabriki" (1971) və "Çarli və şokolad fabriki"(2005). Macəranın davamı olan "Çarli və böyük şüşə lift" da Road Dahl tərəfindən 1972-ci ildə yazılmışdır. Road Dahl üçüncü kitabı yazmaq istəsə də tamamlaya bilməmişdir. Çarli yoxsul ailənin uşağıdır. O və ailəsi şəhərin kənarında taxta və köhnə bir evdə yaşayırlar. Onun babası bir zamanlar Villi Vonkanın şokolad fabrikində işləmişdi, lakin Villi Vonkanın bütün işçiləri işdən çıxarmasının ardından işsiz qalır və bir gün fabrikə qayıdacağına ümid edir. Bir gün Villi Vonka müsabiqə elan edir.