Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tablet
Tablet (ing. Tablet, ing. Tablet computer) — rahatcasına insanla daşına bilən kiçik Kompüterdir və mobil Telefondan böyük olduğu halda onun ləms olunan (touch screen) səhifəsi var. Planşetdə kilidlər yerinə onun hiss olunan səhifəsilə ondan faydalanmaq olur.
Tibet
Tibet (çin. 西藏 Şican, tib. བོད་ Bod, Bö, q.türk 𐱅𐰇𐰯𐰇𐱅 Tüpüt) — Mərkəzi Asiyada Tibet dağətəyində yerləşən tarixi-coğrafi ərazi. Fərqləndirici cəhəti tibet dili və tibet buddizmi olan mədəni və dini birlik. Yerli əhalisi — tibetlilərdir. 1950-ci ildə Çin tərəfindən işğal edildikdən sonra Tibet xarici vətəndaşlar üçün qapalı məkan olub. Yalnız 1984-cü ildə Çin mərkəzi hökumətinin icazəsindən sonra bura səyahət etmək imkanı yaranıb. Tibetin ərazisinə yalnız Çin hökumətinin nəzarəti altında turistik qrupların tərkibində daxil olmaq olar. Paytaxtı Lxasa şəhəridir. Şəhər VII əsrdə şahzadə Sronçzen Qamponun əmri ilə Tibetin rəsmi paytaxtına çevrilmişdir.
Mauris Tillet
Moris Tiye (fr. Maurice Tillet) — fransız güləşçi, poliqlot, "Şrek" cizgi filminin əsas qəhrəmanının prototipi. == Həyatı == Moris Tiye 1903-cü il 23 oktyabrda Rusiyada, Uralda fransız ailəsində anadan olub. Anası müəllimə, atası dəmiryolunda mühəndis işləyib. Kiçik yaşlarında atası dünyasını dəyişir. Rusiyada 1917-ci il inqilabından sonra Tiye anası ilə birlikdə Rusiyanı tərk edir və Fransaya, Reyms bölgəsinə yerləşirlər. Tiye 17 yaşından sonra qəribə xəstəliyə yoluxur. Həkimlər ona "akromeqaliya" diaqnozu qoyurlar. Bu xəstəlik sümüklərin böyüməsinə səbəb olan nadir xəstəliklərdəndir. Belə ki, Tiyenin boyu 170 sm olduğu halda, çəkisi 122 kq idi.
Mersedes Ştiber
Mersedes Ştiber (4 sentyabr 1974, Budapeşt) — Macarıstanı təmsil edən su poloçusu. Mersedes Ştiber, Macarıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, Afina Olimpiadasını altıncı pillədə başa vurdu. Daha sonra Mersedes Ştiber, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu.
Qrafik tablet
Qrafik planşet - (ing.graphics tablet, ru.графический планшет) – plastikdən hazırlanmış və səthinin altında elektron içlik olan yastı düzbucaqlı; koordinat qurğusu (məsələn, siçan, trekbol və s.) ilə birlikdə mühəndis və konstruksiya işlərinin yerinə yetirilməsində, eləcə də şəkillərin yaradılması və onlarla işləmək üçün istifadə edilir. Koordinat qurğusunu planşetin səthi üzərində hərəkət etdirdikdə qurğunun yeri (mövqeyi) sistem tərəfindən izlənir və ekranda göstəricinin mövqeyinə çevrilir. Qrafik planşetlə işləmək üçün, adətən, qələmdən (STYLUS) istifadə olunur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ştimle icması
Ştimle (serb. Штимље) — Kosovoda icma. Əhatə etdiyi ərazi 134 km² bərabərdir. İcmanın inzibati mərkəzi Ştimle şəhəridir. Ştimle icması 22 yaşayış məntəqəsindən ibarətdir, yaşayış məntəqəsinin orta sahəsi 6,1 km²-dır.
Kartal Tibet
Kartal Tibet (27 mart 1939, Ankara – 1 iyul 2021, İstanbul) ― Türk kino aktyoru və rejissor.
Tibet Universiteti
Tibet Universiteti (çin. 西藏大学) — Çin Xalq Respublikasının Tibet Muxtar Vilayətindəki yerləşən əsas ali təhsil müəssisəsi. Universitet 2 kampustan ibarətdir. Onlardan biri Lhasa, digəri isə Nyinqçidə yerləşir. Universitetin əsası rəsmi olaraq 20 iyul 1985-ci ildə qoyulmuşdur. Universitetin maddi qaynağı Çin hökuməti tərəfindən təmin edilir.
Tibet ardıcı
Tibet ardıcı (lat. Juniperus tibetica) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.
Tibet buddizmi
Tibet buddizmi və ya Lamaizm — əsasən Çin Xalq Respublikasında, Monqolustan, qismən Hindistan, Nepal və Butanda, az sayda isə dünyanın bir çox ölkələrində ardıcıllları olan dini təlim, buddizmin qolu.
Tibet dili
Tibet dili – (tibet dilində|བོད་སྐད་|bod skad|phökä’) – Tibetdə yerli əhalinin dili. Çin Xalq Respublikasının Tibet Muxtar Rayonunda və bəzi bölgələrində, həmçinin Hindistan, Nepal və Pakistanda (balti və puriq dilalektləri) qismən yayılıb. Təqribən 6 milyon nəfər danışan var. Sino-tibet dil ailəsinin tibet-birma yarımailəsinə aiddir. Генрих Август Йешке. «Tibetan grammar», London, 1883. Чома де Кёрёши. Essay towards a dictionary, Tibetan and English, Kəlküttə, 1834; Budapeşt, 1984. Чома де Кёрёши. Grammar of the Tibetan language, Kəlküttə, 1834; Budapeşt, 1984.
Tibet mastifi
Tibet mastifi — ən qədim it cinslərindən biri. Bu it cinsi ən qədim sayılır. Tibet mastifi iri köprəklər cinsi molossun "ulu baba"sı hesab olunur. Rəvayətlərə görə, bu itlərdən Buddada və Çingizxanda da varmış.
Tibet müsəlmanları
Tibet Müsəlmanları (Tibet: ཁ་ཆེ་, Wylie: kha-che; eyni zamanda Kache yazılır), Tibetdə azlıq təşkil edirlər. Müsəlman olmalarına baxmayaraq, ayrı-ayrılıqda tanınan Huey müsəlmanlarından fərqli olaraq Çin Xalq Respublikası hökuməti tərəfindən Tibet müsəlmanları rəsmi olaraq tanınırlar. Tibet sözü olan Kachee hərfi mənasında Kəşmir deməkdir. Tibet və İslam dünyası ilə qarşılaşma ilk olaraq Səkkizinci əsrin ortalarında İpək Yolu ilə ticarətin və Fərqanə Vadisindəki müsəlman qüvvələrin hərbi varlığının birləşməsindən sonra başladı. İslam dünyasının Tibet haqqında olan qeyri-müəyyən biliklərinə baxmayaraq, Tibetdən bəhs edən bir neçə ilk İslam əsəri var idi. Belə mənbələrdən biri Əbu Səid Qardezinin Zeyn əl-Əxbar adlı müəllifi olduğu bir əsərdir. Əsərdə, Tibetlilərin mühiti, fantastik mənşəyi, kralın ilahiliyi, əsas mənbələr (misk kimi) və Tibetə gedib-gələn ticarət yollarının təsviri qeyd edilmişdir. Sadnalegs dövründə (799–815), Qərb üçün ərəb güclərinə qarşı başlanan bir müharibə var idi. Tibetlilər bir sıra ərəb qoşunlarını əsir götürərək 801-ci ildə şərq sərhədində xidmətə göndərirdilər. Tibetlilər qərbdə Səmərqənd və Kabilə qədər fəal idilər.
Tibet qoralı
Tibet qoralı (lat. Naemorhedus baileyi) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin qoral cinsinə aid heyvan növü. Növün latın adı Britaniya kəşfiyyatçısı Federika Marşman Beylinin (1882–1976) şərəfinə adlanlandırılmışdır. Bu növ əsasən Myanmanın şimalı, Çinin cənub-şərqi və Hindistanın şimal-şərqində yayılmışlar. Tibet qoralları 2000–4500 metr hündürlüklər arasında yayılmışlar. Mövsümü miqrasiya edirlər. Miqrasiya əsasən iynə yarpaqlı ərazilərlə enli yarpaqlı ərazilər arasında olur. Gündüz həyat tərzi keçirirlər. Əsasən səhər və gecəyə yaxın faha çox hərəkət edirlər. Mamırlar qidasında üstünlük təşkil etsə də, otlada qidalanırlar.
Tibet soyqırımı
Tibet soyqırımı — Çin tərəfindən 1959-cu ildə Tibetdə törədilən soyqırımı.
Tibet tülküsü
Tibet tülküsü (lat. Vulpes ferrilata) — itkimilər dəstəsinə, tülkülər cinsinə aid növ. Tibet tülküsü tülkülər arasında ən kiçik ölçülərinə malik olanıdır. Dişləri yaxşı inkişaf etmişdir. İri yırtıcı dişlərə sahibdir. Tülkünün dərisi qalın, sıx xəzlə örtülüdür. Bu xəz onu güçlü küləklərdən qorumağa imkan verir. Üz hissəsi ilk baxışda dördbucaqlı formadadır. Bunun bu cür olmasına səbəb boğaz ətrafında uzun tüklərinin olmasıdır. Böyür hissələri sarı-qəhvəyi rəngə çalır.
Tibet yaylası
Tibet yaylası (çin. 青藏高原, Pinyin: Qingzang Gaoyuan, Tibet dilində: བོད་ས་མཐོ) — Himalay dağları ilə Kunlun dağları arasında yerləşən, dünyanın ən böyük və hündür yaylası. Yaylanın əsas hissəsi Çin Xalq Respublikasının ərazisində, az bir hissəsi isə Kəşmirin ərazisinə düşür. Orta hündürlüyü 4877 m-dir. Bu üzdən yaylanı "Dünyanın damı" adlandırırlar. Ümumi sahəsi 2,5 milyon km²-dir. Tibet yayalası 50 milyon il öncə, Kaynozoy erasında Hindistan tektonik piltəsinin Avrasiya piltəsi ilə toqquşması nəticəsində formalaşmışdı. Toquşma zamanı meydana gələn Himalay dağlarının qalxması ilə birgə Tibet yayalasıda yüksəldi. İndi də Tibet seysmik cəhətdən aktiv ərazi hesab olunur və orta hesabla ildə 1 sm qalxır.Poleozoyda, 200 milyon il əvvəl müasir Tibet yayalasının bir hissəsi Tetis okeanının hövzəsinə daxil idi. 100 milyon il əvvəl isə Qondvana parçalanmağa başladı və Hindistan piltəsi Afrikadan ayrılaraq şimala doğru ildə 15 sm sürətlə hərəkət etməyə başladı.
Tibet çaytikanı
Tibet çaytikanı (lat. Hippophae tibetana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin i̇ydəkimilər fəsiləsinin çaytikanı cinsinə aid bitki növü.
Tibet xenomelesi
Tibet xenomelesi (lat. Chaenomeles thibetica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin xenomeles cinsinə aid bitki növü.
Tibet büldürüyü
Tibet büldürüyü (lat. Syrrhaptes tibetanus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bağrıqarakimilər dəstəsinin bağrıqaralar fəsiləsinin büldürük cinsinə aid heyvan növü.
Stilbit
Stilbit — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. Rəng – rəngsiz, ağ, boz, sarımtıl, açıq-qəhvəyi, narıncı-qırmızı, qırmızı; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – güclü; şüşə, sədəf, ipəyi; Şəffaflıq – şəffafdan yarımşəffafadək; Sıxlıq – 2,1-2,2; Sərtlik – 3,5-4,0; Kövrəkdir, Ayrılma – {010} üzrə mükəmməl, {100} üzrə aydın; Sınıqlar – şüalı, lövhəyəbənzər, tikanlı; Başqa xassələr – molekulyar ələk xassəli; Morfologiya – kristallar: lövhə formalı, sütunvari, «burulmuş» yonqar şəklində; İkiləşmə: {001} üzrə xaçvari qarşılıqlı nüfuzetmə ikiləşmələrinə tez-tez rast gəlinir; Mineral aqreqatları: dərz şəkilli, paralel-çubuq- və – lövhəvari, şüalı əmələgəlmələr, sferolitlər, sekresiyalar, druzalar. Tipik hidrotermal mineral olub, ən çox əsasi effuziv süxurların boşluqlarında və çatlarında inkişaf edir. Gec hidrotermal minerallardan biri kimi bəzi intruziv süxurlarda–siyenit, qranit və qabbroidlərdə, habelə qranit peqmatitlərində və polimetal filizlərində qeyd edilir. Bəzən metamorfik süxurların – müxtəlif şist və qneyslərin boşluq və çatlarında müşahidə edilir. Birlikdə rast gəldiyi minerallar: kalsit, epidot, adulyar, kvars, geylandit, şabazit, natrolit və b. Mineralın tapıldığı yerlər: Börjön (Macarıstan); Teyqarhorn (İslanliya); Dalneqorski və Savinski yataqları, Şərqi Sibir (Rusiya). Azərbaycanda Naxçıvan MR-da, Şuşa (Dağlıq Qarabağ), Daşkəsən, Göy-Göl, Laçın, Qazax rayonlarında, Dağlıq Talışda və b. yerlərdə qeyd olunmuşdur. Azərbaycan mineralları.
Tibet-Birma dilləri
Tibet-Birma dilləri - Sino-Tibet dil ailəsinin alt qrupu. Cənub-Şərqi Asiyanın yüksək dağlıq ərazilərində və həmçinin Cənubi Asiyada və Şərqi Asiyada yaşayan 400-ə yaxın xalqı birləşdir. Tibet-Birma dillərində danışan 60 milyon insandan təqribən yarısı birma dilində, 13%-ə yaxını isə Tibet dilində danışırlar. Bu alt qrupun belə adlanmasının əsas səbəbi qrup daxilində üstünlük təşkil edən dillərin təsnifatına görədir (Birma dilində danıanlar-32 milyon nəfər, Tibet dilində danışanlar-8 milyon nəfər). Tibet-Birma dilləri Hindistan ərazisində əsasən Himalay dağ silsiləsi uzunu Ladakh, Himaçal Pradeş, Siqqim, Arunaçal Pradeş ştatlarında, eləcə də Qərbi Benqal, Assam, Meqhalaya, Naqaland, Manipur, Tripula və Mizoram ştatlarında yayılmışdır. Tibet-Birma dillərinə karbi, meitei, lepcha dilləri, eləcə də Tibet, Şərqi Himalay, Tani, Brahmaputra, Anqami-Poçuri, Tanqkhul, Zeme, Kukish və s. dialektləri aiddir. Hindistanın şimаl-şərqində əsаsən Tibеt-Birmа xalqlаrının yаşаdığı ərаzilərdə mürəkkəb еtnik vəziyyət yаrаnmışdır. Bu bölgənin cоğrаfi vəziyyəti əsаsən dаğlıqdır, dağlаr isə sıх mеşələrlə örtülmüşdür. Bu dа əhаli qruplаrının dаğınıq, bir birindən izоlyаsiyа оlunmuş şəkildə yаşаmаsınа gətirmişdir.
Tibet Muxtar Vilayəti
Tibet muxtar vilayəti (tib. བོད་རང་སྐྱོང་ལྗོངས་; Bod-rang-skyong-ljongs; çin. sadə. 西藏自治区, pinyin: Xīzàng Zìzhìqū; ТАР) — Çinin qərbində muxtar bölgə. 2005-ci ildə Tibetdə demokratik islahatların keçirilməsinə başlanmasının və feodal-təhkimçilik quruluşunun dağıdılmasının 46 ili tamam oldu, bu müddət ərzində sosial inkişaf və insan hüquqlarının müdafiəsi sahəsində böyük dəyişikliklər baş vermişdir. 1959-cu ilə qədər Tibetdə feodal-təhkimçilik quruluşu hakim idi, siyasi yanaşmada teokratiya – Bütün Tibet əhalisinin 5%-dən azını təşkil edən dini rəhbərliyin və feodalların diktaturası hökm sürürdü. Uzun əsrlər ərzində “13 maddə Məcəlləsi” və “16 maddə Məcəlləsi” fəaliyyət göstərmişdi ki, bunlara əsasən Tibetin bütün əhalisi 3 kateqoriya və 9 dərəcəyə bölünürdü, həm də onların hər birinin hüquqları dəqiq müəyyən edilirdi. 17 iyul 1959-cu ildə Tibet muxtar Rayonunun təşkili üzrə hazırlıq komitəsi Tibetdə demokratik islahatların keçirilməsi haqqında qərar qəbul etdi, bu zamandan etibarən Tibetin bütün ərazisində demokratik dəyişikliklərin həyata keçirilməsi uğrunda kütləvi hərəkatlar başladı. 21 sentyabr 1959-cu ildə adı çəkilən komitə torpaq üzərində feodal-təhkimçilik mülkiyyətinin ləğv edilməsi və yeni mülkiyyət formasının tətbiqi haqqında qərar qəbul etdi. Bununla yanaşı Tibetdə ruhani rəhbərliyin və feodal əyanlarının siyasi diktaturası ləğv edildi və milli rayon muxtariyyəti sisteminin həyata keçirilməsinə başlanıldı.
Tibet imperiyasının xronologiyası
Bu, Tibet imperiyasının VI əsrdən IX əsrə qədər olan tarixinin xronologiyasıdır.
Tibet qonur ayısı
Tibet qonur ayısı (lat. Ursus arctos pruinosus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinin qonur ayı növünə aid heyvan yarımnövü. Bu yarımnöv Tibet yaylasının şərqində yayılmışdır. Qonur ayıların ən az yayılmış yarımnövüdür. Təbiətdə olduqca az görülür. Avropada bir neçə dərisi və skeleti vardır. 1854-cü ildə qeydə alınmışdır. Tibet qonur ayısı bəzən Qobi qonur ayısı (Ursus arctos gobiensis) ilə eyniləşdirilir. Onların relik canlı olmararı əsas gətirilir. Ancaq terioloqlar Vladimir Sokolov və Viktor Orlov bu iki ayı başlarının bir-birinə oxşamamasını bildirirlər.
Çin-Tibet dilləri
Çin-Tibet dil ailəsi – beş budağa ayrılır: çin, çjuan-tai, tibet-birma, myao-yao və vyetnam. Çin budağı çin və dunqan dillərinə ayrılır. Çjuan-tai budağına çjuan, tai, siam, laos, şan və b. dillər daxildir. Tibet-birma budağı: tibet, birma, himalay və assam dillərinə ayrılır. Ayrıca vyetnam dilindən ibarət Vyetnam budağı da vardır. Çin-Tibet dil ailəsi kifayət qədər öyrənilməmişdir. Elmi ədəbiyyatda dilləri gah 2, gah 4, gah da 3 budağa ayırırlar. Старостин С. А. A comparative vocabulary of five Sino-Tibetian languages (совм. с И. И. Пейросом, 1996).
Ben Stiller
Bencamin Edvard Mira Stiller (30 noyabr 1965[…], Nyu-York, Nyu-York ştatı) — Amerikalı aktyor, komediyaçı və rejissor. O, komediya ustaları Cerri Stiller və Enn Miranın oğludur. Stiller "Frat Pack" kimi tanınan məşhur komediya aktyorlarından ibarət olan qrupdandır. Stillerin çəkildiyi filmlər Kanada və ABŞ-dən 2,6 milyard dollardan çox gəlir əldə edib, hər filmi orta hesabla 79 milyon dollar gəlir gətirib. Uğurlu karyerası boyunca o, "Emmi", çoxsaylı "MTV Film" mükafatları, "Britanniya" və "Yeniyetmələrin Seçimi" mükafatı da daxil olmaqla çoxsaylı mükafatlara layiq görülmüşdür. == Həyatı == Bencamin Edvard Mira Stiller 30 noyabr 1965-ci ildə Nyu-York şəhərində doğulub. O, şəhərin Yuxarı Qərb tərəfində (ing. Upper West Side) böyüyüb. Onun atası komediyaçı Cerri Stillerin valideynləri Polşa və Qalisiyadan ABŞ-ə köçmüş yəhudilərdir. Stillerin anası Enn Mira İrlandiya katoliklərindədir və onun atası ilə evləndikdən sonra İudazim dinini qəbul etmişdir.
Corc Stiqler
Corc Stiqler (ing. George Joseph Stigler) (17 yanvar 1911[…], Sietl, Vaşinqton – 1 dekabr 1991[…], Çikaqo) — amerikalı iqtisadçı. 1982-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Corc Stiqler ABŞ-nin Vaşinqton ştatının Sietl şəhərində anadan olub. Corc Stiqler ali təhsil almağa Vaşinqton Universitetində başlamış, sonra isə Şimal-Qərb Universitetində təhsilini davam etdirmişdir. 1939-cu ildə Çikaqo Universitetində Frenk Naytın elmi rəhbərliyində doktorluq dərəcəsinə yüksəlmişdir. Corc Stiqler II Dünya müharibəsi illərində Kolumbiya Universitetində gizli atom bombası istehsalı layihəsi olan Manhetten layihəsi üçün riyazi və statistik tədqiqatlar aparmışdır. Sonra 1947–1958-ci illərdə Kolumbiya Universitetinin iqtisadiyyat bölməsində müəllim işləmişdir. Corc Stiqler Çikaqo məktəbinin klassik liberalizm və azad bazar prinsiplərini qəbul edib yaymış, bu məqsədlə qurulan və hələ də böyük nüfuzu olan Mount Pelerin Cəmiyyətinin qurucu üzvü olmuşdur. Corc Stiqler 1991-ci ildə vəfat etmişdir.
Sublet (Vayominq)
Sublet Rayonu (ing. Sublette County) — Vayominq, ABŞ-də yerləşən rayon. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2000-ci ildə bu rayonun əhalisi 5 920 nəfər olmuşdur. Rayonun paytaxtı Payndeyl şəhəridir.
Stable Diffusion
Stable Diffusion — 2022-ci ildə buraxılan dərin öyrənmə, diffuziya üsullarına əsaslanan mətndən-şəklə model. O, ilk növbədə mətn təsvirlərinə əsaslanan təfərrüatlı şəkillər yaratmaq üçün istifadə olunur, baxmayaraq ki, o, həm də mətn sorğusununda qeyd olunduğu kimi şəkli bərpa etmə, genişləndirmə və mətndən-şəklə tərcümələr yaratmaq kimi digər işlərdə də tətbiq oluna bilər. Model Münhen Lüdviq-Maksimilian Universitetinin CompVis Qrupunun tədqiqatçıları və Runway şirkəti tərəfindən Stability AI tərəfindən verilən ianələr və qeyri-kommersiya təşkilatlarının təlim dataları əsasında hazırlanmışdır. Stable Diffusion gizli diffuziya modelidir, bir növ dərin generativ süni neyron şəbəkəsidir. Onun kodu və modelləri açıq mənbəlidir və ən azı 4 GB VRAM GPU ilə təchiz edilmiş əksər cihazlarda işləyə bilər. Bu, onu yalnız bulud xidmətləri vasitəsilə əldə edilə bilən DALL-E və Midjourney kimi özəl mətndən-şəklə modellərdən fərqləndirir. Stable Diffusion-un inkişafı start-up şirkəti Stability AI tərəfindən maliyyələşdirilib və formalaşdırılıb. Modelin texniki lisenziyası Münhen Lüdviq-Maksimilian Universitetinin CompVis qrupu tərəfindən buraxılıb. İnkişafa Runway şirkətindən Patrik Esser və CompVis-dən Robin Rombaç rəhbərlik edirdi, onlar əvvəllər Stable Diffusion tərəfindən istifadə edilən gizli diffuziya modeli arxitekturasını icad etmiş tədqiqatçılar arasında idilər. Stability AI, EleutherAI-ın və LAION-ın (Stable Diffusion-un öyrədildiyi məlumat dəstini toplayan alman qeyri-kommersiya təşkilatı) layihənin dəstəkçiləri olduğunu bildirdi.