Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şiran
Şiran — Gümüşxanə ilində ilçə.
Əsiran (Xudafərin)
Əsiran (fars. اسيران‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 42 nəfər yaşayır (9 ailə).
Ed Şiran
Edvard Kristofer "Ed" Şiran (ing. Edward Christopher Sheeran; 17 fevral 1991, Vest Yorkşir) —ingilis müğənni, mahnılar müəllifi, musiqiçi. == Həyatı == 1991-ci ildə İngiltərədə Yorkşirdə anadan olmuş və Suffolk qraflığında böyümüşdü. O, 16 yaşında məktəbi atdı və növbəti 2008-ci ildə karyerasını davam etdirmək üçün Londona köçmüşdür. 2011-ci ilin başlığında Şiran No. 5 Collaborations Project adlı genişləndirilmiş mini albom buraxdı, hansıki Elton Conun və Ceymi Foksun diqqətini cəlb eləmişdi. Asylum Records ilə müqavilə imzalandıqdan sonra, onun debüt albomu + ("üstəgəl" kimi oxunur) 9 sentyabr 2011-ci ildə buraxıldı və o vaxtdan Böyük Britaniyada altı dəfə platin sertifikatını almışdı. 2012-də Şiran "Ən yaxşı solo kişi" və "Britaniyada ilin irələyişi" (il ərzində ən çox irəli gedən) nominasiyalarında Brit Awards mükafatlarını qazandı. Xaricdə Şiran 2012-ci ildə başladı tanınmağa. ABŞ-də o, Teylor Sviftin "Red" adlı dördüncü studio albomunda qonaq gismində iştirak etmişdi.
Şiran (Heris)
Şiran (fars. شيران‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 71 nəfər yaşayır (20 ailə).
Şiran (Nir)
Şiran (fars. شيران‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 198 nəfər yaşayır (50 ailə).
Əmir Əmiran Ömər
Əmir Əmiran Ömər — Eldəniz şəhzadəsi Məhəmməd Cahan Pəhləvan və İnanc xatunun oğlu. Cahan Pəhləvan ölümündən əvvəl öz övladları arasında hakimiyyəti bölüşdürmüşdü. Azərbaycan və Arranın idadəsini oğlu Əbu Bəkrə tapşırmış, qardaşı Qızıl Arslanı da onun atabəyi təyin etmişdi. Rey, İsfahan və Əcəm İraqının idarəsi Qutluq İnanc ilə Əmir Əmiran Ömərə, Həmədanı isə Özbəyə vermişdi. Lakin atabəyin qəfil ölümü onun qoyduğu qayda-qanunu pozdu. Varisi Qızıl Arslan yalnız sultan III Toğrulun deyil, eləcə də qardaşının dul arvadı İnanc xatunun və onun İraq Səlcuq əmirləri arasındakı tərəfdarlarının müqavimətləri ilə üzləşməli oldu. Cahan Pəhləvanın əmrindəki məmlüklər və əmirlər də taxt iddiaçıları arasında üçə bölünmüşdülər. Ordunun böyük bir hissəsi Qızıl Arslanın tərəfində idi. Əmirbar Mahmud Anasıoğlu, Qəzvin əmiri Nurəddin Qara, Natanz hakimi Nurəddin Qıran Huvan, Rey əmiri Siracəddin Qaymaz, Qarac valisi Əbu Duləf, Fərrazin hakimi və Atabəy Pəhləvanın məlikül-ümərası Cəmaləddin Uluq Barbəy Ay-Aba əl-Fərrazin Qızıl Arslanın atabəyliyini dəstəkləyirdilər. Cəmaləddin Ay-Aba, Seyfəddin Rus və Cəmaləddin Öz-Aba Qutluq İnanc ilə Əmir Əmiran Ömərin, İzzəddin Miyak əl-Atabəyi, Qaragöz əl-Atabəyi, Bəşir və Sevinc Aba sultan III Toğrulun tərəfini tuturdular.
Siran (Kəleybər)
Siran (fars. سيران‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 23 nəfər yaşayır (4 ailə).
Siran (Çaldıran)
Siran (fars. سيران‎) — İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 36 nəfər yaşayır (9 ailə).
Kani Siran (Bükan)
Kani Siran (fars. كاني سيران‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 207 nəfər yaşayır (34 ailə).
Amiran
Amiran Qamğrelidze – gürcü həkim. Cehel Amiran (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Cehel Amiran (Cəng Almaz) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Caşiran
Caşiran (Urmiya)
Gəgiran
Gəgiran — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Tuado və Köhnə Gəgir kəndləri Gəgiran kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Tuado kəndi olmaqla Tuado kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == İqtisadiyyatı == Gəgiranda iqtisadi vəziyyət çox ağır olduğundan cavanların burdan köçməsinə səbəb olur. Kənddə 300 təsərrüfat var. Torpaq bölgüsü nəticəsində kənddə adambaşına 9 sot torpaq düşüb. Kəndə suyun çəkilişi isə 2015-ci ildə nəzərdə tutulub. == Din == Kənddə Gəgiran kənd məscidi dini icması fəaliyyət göstərir.
Əlican
Əlican — kişi adı. Əlican Əzizov — Aktyor. Filmlərdə iştirak edən.
Əmircan
Əmircan (Qax) — Azərbaycanın Qax rayonunda kənd Əmircan (Suraxanı) — Bakının Suraxanı rayonunda qəsəbə.
Əmirvan
Əmirvan — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. B.e.ə ikinci əsrdə kənd əvvəllər albanların yasayış məskəni olmuşdur. Hazırda da qədim yaşayışın nümunələri ilə rastlaşmaq mümkündür. Daha sonralar burada ermənilər kompakt şəklində məskunlaşmışlar. XIX əsrin sonları XX əsrin əvvələrində qoyunçuluqla məşğul olan bir qrup Leqlər (Indiki Dağıstan-lı Ləzgilər) Böyük Qafqaz dağlarını aşaraq buralara qədər gəlmişlər. Yaşamaq üçün əlverişli şəraitin olmasından dolayı Əmirvanda az bir müddətlik yaşamağa qərar verirlər. Lakin müəyyən vaxtdan sonra sərhədlərin müəyyənləşməsi nəticəsində Əmirvanda məskunlaşırlar. Ləzgilər burada yaşayan zaman ermənilərində yaşayışı davam edirdi. Amma sonra ermənilər Azərbaycan ərazisini tərk etdiklərinə görə indi kəndin əhalisini bütünlüklə ləzgilər təşkil edir. Əmirvan oyk, mür.
Aniran
Aniran (fars. انیران‎) və ya Aneran (pəhl. 𐭠𐭭𐭩𐭥𐭠𐭭) —"qeyri-iranlı " və ya "qeyri-İran " (qeyri-ari) mənasını verən etnolinqvistik termin. Beləliklə, ümumi mənada "Aniran" İran dillərinin danışılmadığı əraziləri ifadə edir. Alçaldıcı mənada "İranın və zərdüştiliyin siyasi və dini düşməni" deməkdir. "Aniran" termini Pəhləvi dilində "aneran" sözündən gəlir. Bu, öz növbəsində ya xalqı, ya da Sasani imperiyasını ifadə edən "Eran"ın antonimi idi. Bununla belə, "zərdüşti ədəbiyyatında və ola bilsin ki, Sasanilərin siyasi fikrində də bu terminin həm də nəzərəçarpacaq dərəcədə dini mənası var". "Aner" şəxs sadəcə qeyri-iranlı deyil, xüsusilə də qeyri-zərdüşti hesab olunurdu. Bu söz həmçinin, divlərə ibadət edənləri və ya başqa dinlərin tərəfdarlarını nəzərdə tutur.
Ariran
"Arirang" (아리랑; Şablon:IPA-ko) Koreyanın xalq mahnısıdır. Mahnının 60 fərqli versiyasında təxminən 3,600-a yaxın variasiyası var və bunların hər birində "Arirang, arirang, arariyo (아리랑, 아리랑, 아라리요)" nəqərati mövcuddur. "Arirang" iki dəfə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsi siyahısına daxil edilmişdir. Cənubi Koreya mahnını 2012-ci ildə UNESCO siyahısına daxil etmək üçün təqdim etmişdir.Şimali Koreya isə mahnını 2014-cü ildə təqdim etmişdir. 2015-ci ildə Cənubi Koreyanın Mədəni İrs İdarəsi mahnını qeyri-maddi mədəni sərvətlət siyahısına daxil etdi. Mahnı bu gün həm Şimali, həm də Cənubi Koreyada Koreya müharibəsindən sonra bölünmüş bir ölkədə birlik rəmzi olaraq səslənir. == Tarixi == === Mənşəyi === "Arirang" ın Gangvon əyalətində, Congsonda meydana gəldiyi düşünülür. Bir əfsanəyə görə mahnının adı Auracinin sahilində kameliya çiçəklərini yığarkən aşiq olan gənc oğlan və qızın hekayəsindən əldə edilmişdir. Bu hekayənin iki versiyası var. Birinci versiyaya görə gənc oğlan qızla görüşmək üçün Auracini keçmək istəsə də su çox yüksək olduğundan bunu bacarmır və buna görə onlar kədərlərini ifadə etmək üçün mahnı oxuyurlar.
Tiiran
Ditiokarbomatəvəzli tiiran və tietanlar — bu inhibitorlar tərkibində azot, kükürd və digər elementlər saxlayan çoxlu sayda üzvi birləşmələrdir. Sürtkü yağlarının mühafizəedici xassəsini yaxşılaşdırmağın səmərli üsullarından biri, onlara yağlarda həll olan ditiokarbamatəvəzli (tiiran və tietanların) birləşmələri sürtü yağlarına aşqar kimi tədqiqidir. Məlum olduğu kimi təkibində azot və kükürdsaxlayan bəzi üzvi birləşmələr yüksək adsorbsiya aktivliyə malik olur. Metalla təmasda ona passivləşdirici xassə verir. Ona görə də bu birləşmələr sərt istismar şəraitində intensiv sürtülmə rejimləri kimi birgə təsir şəraitində effktiv mehafizəedici xassə göstərirlər. Aparılan sistematik tədqiqatlar əsasında sintez edilmiş birləşmələrin quruluşu ilə onların yeyilmə və siyrilmə xassələri arasında bir sıra qanunauyğunluqlar aşkar edilmişdir. Ditiokarbomadəvəzli tietan və tiiranların MS-20 yağının siyrilmə və yeyilmə xassələrinə təsirinin müqayisəsi aparılmışdı. Əgər tiiran birləşmələrinə nəzər yetirsək onda görərik ki, ən yüksək siyrilmə xassələrinə (C2H5)2 fraqment daşıyan tiiranlar malik olur. Reaksiya qarışığında tietan törəməsini alınması qarşılıqlı sintez yolu ilə sübut olunmuşdur. Bu məqsədlə natrium-dietilditiokarbamatla 3-xlortietanını reaksiyası 80–900C-də 5 saat müddətində su mühitində aparılmış, nəticədə yalnız 3-tietanil-N, N-dietilditiokarbamat alınmışdır.
Şirtan
Şartan (шарта́н, шырта́н, шитран; çuvaş. шӑрттан, шӑртан) - Çuvaşların xüsusi ənənəsi ilə hazırlanan kolbasadır. Delikates hesab edilir və adətən bayramlarda hazırlanır. Bayram ənənəsi daşıyır. Onu vam xodda odun üzərində bişirirlər. Əsas tərkibi qoyun əti, mədəsi və sarımsaqdır. Müasir dövrdə çuvaşlar bu kolbasanı yalnızca qoyun ətindən deyil, həmçinin mal əti və donuz ətindən də istifadə edirlər. Çuvaşiya və Mariy El respublikalarında bu kolbasanı istehsal edən sənaye obyektləri mövcuddur. Kolbasanı hazırlamaq üçün farş ilə lazımı inqreyendləri birlikdə vam xodda odun üzərində bişirmək lazımdır. Bişirilmə prosesi biretaplıdır və 6 saat çəkir.
Şirvan
Şirvan (tarixi ərazi) — Azərbaycan Respublikasının şərqində, Xəzər dənizinin qərb sahili ilə Kür çayı arasında yerləşən tarixi ərazi. Şirvan (qədim şəhər) — Azərbaycan ərazisində qədim şəhər, Şirvan vilayətinin mərkəzi olmuşdur. Şirvanat — Şirvan bölgəsinin adının ərəbcə cəm şəklidir. Orta əsr mənbələrində Şirvan və ona tabe olan ərazilərə verilən ad. Şirvan xanlığı — 1747-ci ildən 1820-ci ilədək Azərbaycan ərazisində mövcud olmuş dövlət. Şirvan bəylərbəyliyi və ya Şirvan vilayəti — Səfəvilər tərəfindən Şirvanşahlar dövlətinin varlığına son qoyulduqdan sonra, yerində yaratdıqları inzibati-ərazi vahidi. Şirvan əyaləti — Osmanlı dövlətinin tərkibində Cənubi Qafqazda inzibati ərazi vahidi. Şirvan bəyliyi — Osmanlı imperiyası daxilində bir kürd bəyliyi. Şirvan (Azərbaycan) — 2008-ci ilədək adı Əli Bayramlı olan Azərbaycan şəhəri. Şirvan düzü — Kür-Araz ovalığının Kür çayından sol tərəfdə, Mingəçevir su anbarı ilə Xəzər dənizi arasında yerləşən ərazi.
Biran
Biran Kubanın Olqin əyalətindəki kənd, Fidel və Raul Kastronun doğulduğu yer. Onların atasının 23.000 akr (93 km²) plantasiyası olub. == Tarixi == 1976-cı il bələdiyyə islahatına qədər kənd qonşu Mayari bələdiyyəsinin bir hissəsi idi. == Tanınmış şəxsləri == Fidel Kastro- Kuba inqilabçısı, 1959-2008-ci illərdə Kuba lideri. Raul Kastro-Kuba inqilabçısı.
Kiran
Kiran, Gilan və ya Giran — Ordubad rayonunun Kələntər Dizə kəndi yaxınlığında yerləşən orta əsrlərə aid şəhər. Şəhərin xarabalıqları elmi ədəbiyyatda Xarabagilan adı ilə tanınır. Mənbələrin məlumatına görə, Xarabagilan abidəsinin yerləşdiyi ərazi ən qədim dövrdə Urartu, Midiya, Atropatena və Qafqaz Albaniyasının tərkibinə daxil olmuşdur. Xarabagilan ərazisində yaşayışın nə vaxtdan başlaması dəqiq olmasa da, abidə yaxınlığında yerləşən Muncuqlutəpə nekropolu e.ə. IX–IV əsrlərə aid edilmişdir. Naxçıvan ərazisindəki ən əhəmiyyətli orta əsr arxeoloji abidələrindən biri olan Xarabagilanın tədqiqinə XIX əsrin sonlarından başlanılmışdır.1896-cı ildə Xarabagilanı ziyarət etmiş arxeoloq Karl Dumberq, abidə ərazisindən ərəb yazılı iki daş plitəni Qafqaz muzeyinə (hazırda Gürcüstan Milli Muzeyi) aparmışdır. XX əsrin əvvəllərində E. Lalayan Xarabagilan ərazisində qısa tədqiqat işləri aparır. "Moskva arxologiya cəmiyyətinin Qafqaz bölməsinin Xəbərləri"ndə Lalayan tərəfindən tərtib edilmiş alboma çoxlu sayda üzəri yazılı məzar daşları və Xarabagilan şəhərinin xarabalıqlarının fotolarının daxil edilməsi haqqında məlumat verilir. Xarabagilan ərazisində ilk arxeoloji tədqiqatlar 1913-cü ildə Moskva arxologiya cəmiyyətinin Qafqaz bölməsinin üzvü S. V. Ter-Avetisyan tərəfindən aparılmışdır. 1926-cı ildə V. M. Sısoyev Xarabagilanda yoxlanış qazıntılarına başlayır.
Piran
Tiran
Tiran (q.yun. τύραννος) — Qədim Yunanıstanda, əsasən e.ə. VII–VI əsrlərdə hakimiyyəti zor gücünə keçirmiş şəxs. Müasir dövrdə hərfi mənada qəddar despot, pis əzab verən deməkdir. Bəzən bu söz "diktator" sözünün sinonimi kimi istifadə olunur.
Şilan
Şilan (Talış) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Gərd-i Şilan (Soyuqbulaq) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd.
Şirak
Şirak mərzi — Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü olan 10 mərzindən (əyalətindən) biri. Şirak — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. Şirak — İndiki Ermənistanın şimal-qərb tərəfində yayla. Şirakavan — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd. Şirak Beynəlxalq Hava Limanı — Ermənistan Respublikasında beynəlxalq hava limanı.
Şiraz
Şiraz (Farsca: شیراز,) — İranın Fars ostanının mərkəzidir. Şiraz şəhərinin ətrafını Zaqros dağ silsiləsi çevrəliyib. Şiraz İranın güllər şəhəri, şairlər şəhəri, İranın mədəniyyət paytaxtı sayılır. Ədəbiyyatın inkişaf etmiş zonasıdır. Sədi Şirazi və Hafiz Şirazi kimi böyük şairlər nisbələrindən də göründüyü kimi Şiraz şəhərindəndirlər. Sədinin və Hafizin məqbərəsi Sədiyyə və Hafiziyyə adlanır və Şirazın ən çox ziyarət edilən yerlərindən birinə çevrilmişlər.
Gəgiran bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Egirin
Egirin — mineral. == Haqqında == Egirin - tərkibində 70-100 mol% egirin komponenti olan monoklinik piroksen, NaFe3+[Si2O6]. NaFe3+¬® Ca(Mg,Fe2+) əvəz­lənməsi adi haldır. Egirin avgitlə, həmçinin egirin diopsidlə fasiləsiz izomorf seriyaları vardır. Habitus prizmatik, iynə­vari. Xüsusi çəkisi 3,6. Rəngi tünd-yaşıl. Qələvi siye­nit, qranit və peqmatitlərdə. Metasomatik süxurlar içərisində dəmirli kvarsit qatları egirinitlər əmələ gətirir. Növ müxtəlifliyi: blanfordit, Ca-egirin , V-Egirin.
Eridan
Eridan bürcü (lat. Eridanus, Eri — müasir 88 bürclərdən biridir. Eridan bürcü öz formasına görə qədimdən indiki Nil çayı ilə eyniləşdirilir. Ancaq bir çox alim Eridanın Şimali İtaliyadakı Po çayının əvvəlki adı olduğunu fərz edillər. Eridan göy üzündə ən böyük sahəni örtən bürcdür. Göyün Cənub yarımkürəsindədir.
Etiraf
Etiraf (Tolstoy)
Etiraz
Etiraz — nisbi olaraq bir hadisəyə və vəziyyətə qarşı əks istiqamətdə reaksiya göstərməkdir. Ümumiyyətlə bu reaksiya göstərmə forması, müxalif görüşü sözlə ifadə etmə yanında o görüşü toplumsallaştırma və bir qrupla birlikdə ifadə etmə xarakteri də daşıya bilər. Bundakı məqsəd ictimaiyyət nəzdində səsini daha çox duyurabilmek və rəhbərliyə qarşı daha təsirli bir duruş sergileyebilmektir. Bu, birbaşa ifadə və təsir etmənin və aktivizmi bir yoludur.
İşırqan
İşırqan (lat. Galeopsis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Tetrahit Adans.
Əfsuran
Əfsuran (fars. زنگبار‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı, Ojarud-e Şərqi kəndistanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 300 nəfər yaşayır (61 ailə).
Əsgəran
Əsgəran — Azərbaycan Respublikasının Xocalı rayonunun Əsgəran qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Əsgəran qəsəbəsi Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 1992-ci ildə işğal olunub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Əsgəran qəsəbəsi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycan Ordusu Əsgəran qəsəbəsinə nəzarəti ələ keçirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı rayonunun Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Azərbaycan türkcəsində Əski Aran yəni köhnə, qədim Aran və ya Arran anlamına gələn Əsgəran qəsəbəsi Xocalı rayonununda qəsəbədir. Qarqarçayın sahilindədir. Bu şəhərin adı XVIII əsrdə Qarabağ xanlarından birinin (Pənahəli xan və ya Mehrəli bəy) tikdirdiyi Əsgəran qalasının adındandır. Qala keçmişdə Əsgəran adlanan yerdə tikilmişdir. Yerin adı isə qədim mənbələrdən məlum olan əski (köhnə, qədim) və Aran (Arran toponimi) komponentlərindən ibarət olub, "Köhnə Aran, Qədim Aran) mənalarını özündə daşıyır.
Seyran
Seyran — ad. Seyran Ohanyan — Ermənistanın sabiq müdafiə naziri.