Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ədalət
Ədalət — mücərrəd mənalı sözlərdəndir. İnsanlar arasında mübahisəli məsələlərdə düzgün, qərəzsiz qərar verənlər ədalətli adlanırlar. Əxlaqi-hüquqi, həmçinin sosial-siyasi şüur kateqoriyası. Ədalət "Ədl" sözündən olub, ərəb dilində bərabərlik və insaflı mənalarını daşıyır. Gündəlik həyatımızda ədalət və zülmkarlığa aid çoxlu nümunələrlə rastlaşırıq. Məsələn, imtahanda qiyməti 3 olan şagirdə yersiz yerə 5 vermək, həmçinin cinayətkarı azad edib günahsızı zindana salmaq və s… buna misal ola bilər. Ədalət anlayışı cəmiyyətdə ayrı-ayrı fərdlərin (sosial qrupların) praktiki rolu ilə onların sosial mövqeyi, hüquq və təəhhüdləri, əməl və əcri, əmək və mükafatlandırılması, cinayət və cəzası, insanın xidmətləri və bunların cəmiyyət tərəfindən qəbul edilməsi arasında uyğunluq tələbini ifadə edir. Bu nisbətin pozulması ədalətsizlik kimi qiymətləndirilir. Ədalət şəxsiyyət, cəmiyyət və dövlətin, həmçinin hüquqi münasibətlərdə iştirak edənlərin maraqları arasındakı tarazlığı müəyyənləşdirir, bərabərlik və azadlıq ideyalarını əks etdirir. İctimai şüur tarixində Ədalətin ilk anlamı ibtidai-icma quruluşu normalarına, ümumi qəbul olunmuş qaydalara danışıqsız riayət edilməsinin qəbulu ilə bağlı idi.
Salmas
Salmas (fars. سلماس‎, az-əbcəd. سلماس، دیلمقان‎), Səlmas[mənbə göstərin] və ya digər tarixi adı Dilməqan — İranda şəhər və Qərbi Azərbaycan ostanında yerləşən Salmas şəhristanının Mərkəzi. E'timad-ü səltənə bu şəhərin adının Assuriya hökümdarı Salmanasardan iqtibas olduğunu iləri sürmüşdür. Övliya Çələbi Salmas haqqında yazır: Tohid Məlikzadə Salmas adının iki bəxşdən təşkil tapdığını irəli sürür, bunlar Salma və as sözləridir. Salma salmaq feilindən törəmişdir, As isə Kültigin kitabələrində adı qeyd olunan As ve ya Az mədəniyyətindən alınmışdır. As/Az sözü məntəqədəki adlarda dəfələrcə qeyd ounub; Azərbaycan (Az+ərbaycan), Sivas (Siva+as), Astara (As+tara), Minas (Min+as) və s. Nəticədə Salmas sözünün mənası; "As elinin yurdu" şəklində özünü əks edir. 9 min illik Kültəpə (Əhrivan təpəsi)Yaxın şərqin ən qədimi yaşayış məskənlərindən biri olan Əhrivan təpə, Salmas şəhərinin şimal Qərb bölgəsində yer almışdır. Kültəpənin qazıntılarında tapılmış arxeoloji materiallar, salmasın qədim yaşayış mərkəzi olduğunu sübut edir.
Saltaq
Saltaq (əvvəlki adı: Saltax) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Saltax kənd inzibati ərazi dairəsi tərkibindəki Saltax kəndi Saltaq kəndi, Saltax kənd inzibati ərazi dairəsi Saltaq kənd inzibati ərazi dairəsi adlandırılmışdır. Əlincə çayının sahilindədir. Saltax dağının ətəyindədir. Yaşayış məntəqəsi eyni adlı dağın adını daşıyır. dağın adı isə sal "hamar daş" və taq (dağ sözünün qədim forması) komponentlərindən ibarət olub. "sıldırım qayalı dağ" mənasındadır. Əhalisi 1680 nəfərdir.
Sosial ədalət
Sosial ədalət — sərvət bölgüsü, şəxsi fəaliyyət imkanları və sosial imtiyazlarla ölçülən şəxs və cəmiyyət arasındakı ədalətli və ədalətli münasibətlər anlayışı. Qərbdə olduğu kimi köhnə Asiya mədəniyyətlərində də sosial ədalət anlayışı çox vaxt fərdlərin ictimai rollarını yerinə yetirmələrini və cəmiyyətdən lazım olanı almalarını təmin etmək prosesinə istinad etmişdir. Sosial ədalət uğrunda cari qlobal hərəkatlarda əsas diqqət sosial hərəkətlilik üçün maneələrin qırılmasına, təhlükəsizlik şəbəkələrinin yaradılmasına və iqtisadi ədalətə yönəldilmişdir. Sosial ədalət insanlara əsas üstünlükləri və əməkdaşlıq yüklərini əldə etməyə imkan verən cəmiyyət institutlarında hüquq və vəzifələri təyin edir. Müvafiq qurumlar sərvətlərin ədalətli bölüşdürülməsinə və bərabər imkanların təmin edilməsinə tez-tez vergitutma, sosial sığorta, səhiyyə, dövlət məktəbi, ictimai xidmətlər, əmək qanunvericiliyi və bazarların tənzimlənməsi daxildir. Ədaləti cəmiyyətə qarşılıqlı münasibətlə əlaqələndirən şərhlər mədəni adət-ənənələrin fərqliliyi ilə vasitə olunur, bəziləri cəmiyyət qarşısında fərdi məsuliyyəti, digərləri hakimiyyətə çatma və onun istifadəsi arasındakı tarazlığı vurğulayır. Sosial ədalət anlayışını Hippo Avqustin ilahiyyatı və Tomas Peynin fəlsəfəsi ilə izləmək olarsa da, "sosial ədalət" termini 1780-ci illərdə açıq şəkildə istifadə edilmişdir. Luigi Taparelli adlı bir Cezuit keşişi, adətən bu terminlə əlaqələndirilir və Antonio Rosmini-Serbati əsəriylə 1848-ci il inqilabları zamanı yayıldı. Ancaq son araşdırmalar sübut etdi ki, "sosial ədalət" ifadəsinin istifadəsi daha qədimdir( hətta 19cu əsrdən əvvəl). Məsələn, Anqlo-Amerikada, Federalist Sənədlərdə, № 7-də rast gəlinir: " Konnektikutda Rhode adası Qanunvericiliyi tərəfindən edilən böyüklüklər səbəbiylə həyəcanlanmış qisas alma meylini müşahidə etdik; və buna bənzər hallarda, digər hallarda müharibə, perqament yox, qılınc kimi əxlaqi öhdəliklərin və sosial ədalətin bu cür vəhşicəsinə pozulmalarını cəzalandıracağını əsaslandırırıq.
Xocalıya Ədalət
"Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası (ing. Justice for Khojaly) — Xocalı soyqırımı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən məqsədyönlü fəaliyyət istiqamətlərindən biri. "Xocalıya ədalət" beynəlxalq kampaniyası 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlanmışdır. Kampaniya Xocalı soyqırımı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi səbəbləri və nəticələri, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionu və digər ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasının zəruriliyi ilə bağlı beynəlxalq maarifləndirmənin artırılması məqsədini daşıyır. Kampaniyanın fəaliyyəti həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlmişdir. Kampaniya qlobal səviyyədə fəaliyyət göstərmək və öz müraciətlərini çatdırmaq üçün müxtəlif kommunikasiya vasitələri və resurslarından, o cümlədən media, internet və canlı tədbirlərdən fəal şəkildə istifadə edir. Kampaniya çərçivəsində təşkil edilən tədbirlərdə əsas diqqət kütləvi qırğınlara, etnik təmizləmə və irqi, etnik və ya dini ayrı-seçkilik hallarına qarşı güclü müqaviməti nümayiş etdirməyə, Xocalı soyqırımı qurbanları ilə həmrəyliyi ifadə etməyə və Xocalıda azərbaycanlılara qarşı törədilmiş cinayətlərə görə cəzasızlıq halları ilə mübarizəyə yönəlmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə 120 mindən çox şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələr, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər oxşar tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan digər səmərəli vasitələri təşkil edir. 1.
Ədalət (1971)
Mətnsiz poetik film doğma diyarın təbiəti, onun adət-ənənələri, virtuoz musiqiçi, sazçalan Ədalət Nəsibov, sadə adamlar... haqqında söhbət açır.
Ədalət (dəqiqləşdirmə)
Ədalət — mücərrəd mənalı sözlərdəndir. Ədalət (qəzet) — gündəlik hüquq qəzeti. Ədalət (film, 1971) — film. Ədalət (film, 1977) — film.
Ədalət (qəzet)
Ədalət — gündəlik hüquq qəzeti. Baş redaktor: Aqil Abbasdır. 1990-cı il iyulun 1-də Mərkəzi Komitə "Ədalət" qəzetinin fəaliyyətinə rəsmi icazə verib. "Ədalət"in qurucusu Aqil Abbasdır. Qəzetin ilk nömrəsi iyulun 26-da işıq üzü görüb. Qəzet 1990-cı ildə Hüquqşünaslar İttifaqının mətbu orqanı kimi təsis edilib. Nizamnamədə qəzetin adı "Hüquq" göstərilib. Ancaq qəzetin qurucularından biri olan Aqil Abbasın təklifi və Mərkəzi Komitənin razılığı ilə qəzetin adı dəyişdirilib "Ədalət" adlandırılıb. Əvvəlcə qəzet həftədə bir dəfə, sonra üç dəfə çap olunmağa başlayıb. Sonra "Ədalət" Hüquqşünaslar İttifaqının tərkibindən ayrılıb müstəqil, gündəlik qəzet kimi fəaliyyətini davam etdirib.
Ədalət Abdinov
Ədalət İdris oğlu Abdinov (16 oktyabr 1958, Bədəlan, Masallı rayonu) — Azərbaycan Sosialist Hərəkatının sədri, jurnalist. Ədalət Abdinov 1958-ci il oktyabrın 16-da Masallı rayonunun Bədəlan kəndində anadan olmuşdur. 1976-cı ildə Bədəlan kənd orta məktəbini bitirmiş və həmin kənddəki çay fabrikində fəhlə işləmişdir. 1976–1978-ci illərdə Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuş və həmin müddət ərzində o zamankı Almaniya Demokratik Respublikası ərazisində yerləşmiş sovet ordusu hərbi komedantlıqlarından birində mütərcimlik etmişdir. 1978–1979-cu illərdə Bədəlan çay fabrikində əmək fəaliyyətini davam etdirmişdir. 21 fevral 1979-cu ildə SSRİ Həmkarlar İttifaqına üzv olmuşdur. 1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) dövlət ödənişli hazırlıq şöbəsinə qəbul olunmuş, 1985-ci ildə həmin universiteti kitabxanaşünaslıq və biblioqrafiya ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti rektorluğu, partiya, komsomol və həmkarlar komitəsinin orqanı olan "Lenin tərbiyəsi uğrunda" qəzeti redaksiyasının göndərişi ilə 1983–1985-ci tədris illərində Azərbaycan Jurnalistlər İttifaqının Jurnalist Sənətkarlığı İnstitutunu bitirmişdir. 17 fevral 1984-cü ildə SSRİ Jurnalistlər İttifaqına üzv qəbul olunmuşdur. 29 oktyabr 1985-ci ildən 7 fevral 1986-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi-pedaqoji kitabxanasinda redaktor işləmiışdir.
Ədalət Abdulsəmədov
Ədalət Əbdülsəmədov (tam adı: Ədalət Həsən oğlu Əbdülsəmədov; 17 yanvar 1966) — azərbaycanlı aktyor. Ədalət Əbdülsəmədov 17 yanvar 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1990-cı ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Teatr və kino sənəti" fakültəsini bitirib. 1989-cu ildən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 1993-cü ildən Teatr Xadimləri İttifaqının üzvüdür. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyorudur. Kral — ("Əriməyən ürək", O. Uald) Mirzə Cavad — ("Aydın", C. Cabbarlı) İbn Səlam — ("Leyli və Məcnun", M. Füzuli) Məcid — ("Dələduz", N. B. Vəzirov) İlya — ("Halallıq", V. Rasputin) Murtuz — ("Dağ tikirik", V. Səmədoğlu) Nəvə — ("Generalın son əmri", V. Səmədoğlu) Kişi — ("Qara qutu", F. Mustafa) Balay — ("Sultanqulu körpüsü", İ. Məlikzadə) Baba — ("Xoşbəxt gün", Ə. Əmirli) Bulat — ("Arvadımın əri", S. Xuqayev) Ulaq — ("Dünyanın axırı", R. Əlizadə) Ağamehdi — ("Qumm üzərində ev", R. İbrahimbəyov) Pinay — ("Bir az gəlirmisiz", Ə. Nesin) Saz yoxlayan — ("Öldür məni can-ciyər", Ə. Nesin) MİS rəisi — ("Su pərisi", F. Mustafa) Novruz bəy — ("Aydın", C. Cabbarlı) Kazak — ("Hekayəti-xırs-quldurbasan", M. F. Axundov) Həkim — ("Şelkunçik", E. T. A. Hofman) Polis — ("Oliver Tvistin macəraları", Ç. Dikkens) Valideyn — ("Mənim ağ göyərçinim", T. Vəliyeva) Əbdülqasım, Coqaş — ("Əcəl atı", V. Əlixanlı) Nəcəf — ("Mən səni sevirəm – M. S. S", Ə. Əmirli) Səftər müəllim — ("Buzovna kəndinin əhvalatları", Elçin) Hacı Qara — ("Müsyö Jordan və dərviş Məstəli şah", M. F. Axundzadə) Hacı Qara — ("Hacı Qara", M. F. Axundzadə) Çinar — ("Pələng ili", F. Mustafa) Polis — ("Buratinonun macəraları", A. Tolstoy) Ağabəşir — ("Sarıköynəklə Valehin nağılı", İ. Əfəndiyev) Girov (film, 2005) İnterpapa (film, 2006) Qızlar (film, 2007) Qüdsi (film, 2007) Qaydasız döyüş (film, 2009) Komediya səhnəsi (veriliş, 2009) Səhərə inan...
Ədalət Axundov
Ədalət Yavuz oğlu Axundov — AMEA Riyaziyyat və Mexanika İnstitutuda təhsil şöbəsinin müdiri, elmi işlər üzrə direktor müavini, riyaziyyat elmlər doktoru, professor. Ədalət Yavuz oğlu Axundov 1 iyun 1949-cu ildə Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur.1966–1971-ci illərdə Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsində təhsil almışdır.1975–1980-ci illərdə Riyaziyyat və Mexanika İnstitutunun dissertantı olmuşdur. 1984–2002-ci illərdə Azərbaycan Texniki Universitetinin dosenti olmuş, 2002-ci ildən AMEA Riyaziyyat və Mexanika İnstitutunda işləyir. 1966-cı ildə Bakı Dövlət Universitetinin "Mexanika-riyaziyyat" fakültəsinə daxil olmuş, 1971-ci ildə həmin fakültəni bitirərək riyaziyyatçı, riyaziyyat müəllimi ixtisasını almışdır. O, 1976-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının "Riyaziyyat və Mexanika İnstitutu" nun aspiranturasına daxil olmuş, 1981-ci ildə "Qeyri məhdud oblastlarda xətti və kvazi xətti parabolik tənliklər üçün tərs məsələlər" mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi (fəlsəfə doktoru) elmi dərəcəsi almışdır. 1984-cü ildən Azərbaycan Texniki Universitetinin "Ali riyaziyyat" kafedrasının dosenti olmuşdur. 2002-ci ildən AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda çalışır. 2008-ci ildə "Xətti və kvazi xətti elliptik və parabolik tənliklər üçün tərs məsələlər" mövzusunda dissertasiya işini müdafiə edərək riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almışdır. 2013-cü ildə professor elmi adını almışdır. Riyazi fizika tənlikləri üçün tərs məsələlər nəzəriyyəsi sahəsində tanınmış mütəxəsisdir, bu sahəyə aid 50-dən artıq məqalənin müəllifidir.
Ədalət Ağaoğlu
Ədalət Ağaoğlu (türk. Adalet Ağaoğlu; 13 oktyabr 1929 – 14 iyul 2020, İstanbul) — daha çox roman və hekayə janrındakı əsərləriylə tanınan Türkiyə yazıçısı. XX əsr Türkiyə ədəbiyyatının ən əhəmiyyətli yazıçılarından biri qəbul edilir. Türkiyənin müxtəlif dövrlərini və bu dövrlərin insan həyatlarına təsirini araşdıran əsərlər yazır. Romanlardan başqa hekayə, tamaşa, sınaq, xatirə növündə əsərlər yazır. 1929-cu ilin Oktyabr ayının 13-də Ankaranın Nallıhan rayonunda anadan olmuşdur. Atası, parça taciri Hafız Mustafa Sümərdir. Dörd uşaqlı bir ailənin ikinci uşağı və tək qızıdır. Qardaşları Cazib Sümər həkim, Günər Sümer tamaşa yazıçısı, aktyor, Ayxan Sümər isə biznesmen olmuşdur. Təhsilini Nallıhanda tamamladıqdan sonra 1938-ci ildə ailəsi ilə birlikdə Ankaraya köçdü.
Ədalət Bayramoğlu
Ədalət Bayramoğlu (1956, Sabirabad – 2 sentyabr 2008, Kastamonu, Kastamonu ili) — əsasən Türkiyədə fəaliyyət göstərmiş azərbaycanlı miniatür rəssam, heykəltaraş, keramika ustası. Ədalət Bayramoğlu 1956-cı ildə Sabirabad rayonunda anadan olub. 1976–1982-ci illər ərzində Azərbaycan Dövlət Pedaqoji Universitetində Təsviri incəsənət fakültəsində təhsil alıb. 1982-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyində muzeylərin dekorativ bəzək işlərini görməyə başlamış, eləcə də həmin ildən etibarən SSRİ və Azərbaycanda keçirilən bir çox sərgilərdə də iştirak etmişdir. 1984-cü ildə SSRİ Rəssamlar İttifaqına üzv olan Bayramoğlunun Amerika, İngiltərə, Kanada, Fransa, Çin, Rusiya, Polşa, Litva, Seneqal, Türkiyə və Əlcəzairdə sərgiləri keçirilmişdir. 1995-ci ildə Dövlət Rəssamlıq Akademiyasının nəzdində fəaliyyət göstərən Rəssamlıq Kollecində bir müddət dərs deyib. Həmçinin Antalyada yerləşən Venesiya, Topqapı və Kreml Palas otellərinin relyefli keramika, mozaika və dekorativ bəzək işlərini görmüşdür. 2000-ci ildə Türkiyənin Kastamonu şəhərinə işləməyə dəvət edilir. İngiliscə, fransızca, ərəbcə və rusca bilən Bayramoğlu 2001–2008-ci illər ərzində Kastamonuda tarixi abidələrin bərpasını və dekorativ bəzək işlərini aparıb. Bayramoğlu daha çox miniatür üslubda əsərlər yaratmışdır.
Ədalət Dəmirov
Ədalət Firqəsi
Ədalət Partiyası, Ədalət İnqilabi Fəhlə Təşkilatı və ya Ədalət Firqəsi — 1916-cı ildə iranlı mühacirlər tərəfindən əsası qoyulmuş, 1916-cı ildə sosial demokrat təşkilat kimi formalaşmışdır. Onun qurucuları arasında Əsədulla Qafarzadə, Bəhram Ağayev, Ağababa Yusifzadə və, sonradan Seyid Cəfər Pişəvəri kimi tarixə keçən, Cavadzadə Xalxali vardılar. Ədalət özünü İctimaiyyun-Amiyyunun varisi hesab edir, Cənubi Azərbaycanda müntəzəm surətdə fəal inqilabi iş aparırdı. Təşkilatın Rusiya Sosial Demokrat Fəhlə Partiyası (bolşeviklər) Bakı Komitəsində və Hümmətdə daimi nümayəndələri var idi. Ədalətin proqram və nizamnaməsi Azərbaycan və fars dillərində xüsusi kitabça şəklində nəşr edilmişdir, həmçinin, "Hürriyyət" qəzetində dərc olunmuşdu, hansınınki redaktoru partiyanın üzvü olan Mir-Cəfər Pişəvəri idi. Ədalət 1917-ci ildən Azərbaycan və fars dillərində "Bayraqi-ədalət" adlı jurnal nəşr etməyə başlamışdı. Burada, əsasən, İranın daxili siyasi vəziyyətinə dair problemlər, Qacar sülaləsinə qarşı mübarizə, şahlıq hakimiyyətinin devrilməsi və demokratik respublika qurulması tələbi işıqlandırılırdı. 1917–1918-ci illərdə təşkilat xeyli möhkəmləndi və Cənubi Azərbaycan fəhlələri içərisindən silahlı dəstə təşkil etdi. Bu dəstə 1918-ci ilin mart soyqırımı zamanı mədən-zavod rayonlarında asayişə nəzarət edir, burada qırğın düşməsinin qarşısını alırdı. 1919-cu ilin əvvəlində Əsədulla Qafarzadə başda olmaqla, partiyanın Mərkəzi Komitəsinin yeni tərkibi seçildi.
Ədalət Fərəcov
Fərəcov Ədalət Nurulla oğlu (d.1936) — Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, professor. Ədalət Nurulla oğlu 1936-cı ildə Masallı rayonunun Öncəqala kəndində doğulub.
Ədalət Hüseynli
Ədalət Hüseynov
Ədalət Hüseynov (tam adı: Ədalət Abuş oğlu Hüseynоv) — Azərbaycan diasporunun nümayəndəsi. Ədalət Hüseynov 1947-ci ildə martın 13-də Masallı rayonunun Qızılağac kəndində anadan olmuşdur. 1969-1972-ci illərdə kənd orta məktəbində müəllim, 1972-1974-cu illərdə Masallı rayonun LKSM-in katibi, 1974-1992-ci illərdə Milli Təhlükəsizlik orqanlarında xidmət etmişdir. 1990-1995- ci illərdə Ali Sovetin deputatı olmuşdur. 2006-cı ildə Ümumrusiya Azərbaycan Konqresinin Həştərxan Regional Şöbəsinin sədri olmuşdur. 2007-ci ildə Ümumrusiya Azərbaycan Konqresinin Rəyasətinin qərarı ilə "Ən yaxşı regional şöbəsinin rəhbəri" nominasiyası üzrə "İlin adamı" elan edilib. 2014-cu ildə Russiya Federassiyasinin Həştərxan Şəhər Dumasının qərarı ilə "Həştərxan şəhərinin Fəxri Vətəndaşı" adına layiq görülmüşdür. Ədalət Hüseynov həmçinin dəfələrlə Həştərxan Vilayətinin mükafatları-"Həştərxan vilayətinin qarşısında xidmətlərinə görə" ordeni və Həştərxan vilayətinin Qubernatorunun "Peşəkar xidmətlərinə görə" fəxri nişanı ilə təltif olunub. O, Knyaz Vladimirin abidəsinin ucaldılmasında göstərdiyi köməyə görə 2013-cü ildə Moskva və Bütün Rusiyanın Patriarxı Kiril tərəfindən Müqəddəs Vladimir ordeni ilə təltif edilib. Milli Təhlükəsizlik nazirliyinin (ləğv edilmiş) istefadadə olan polkovnikıdir.
Ədalət Muradov
Ədalət Cəlal oğlu Muradov (29 yanvar 1962, Güllücə, Ağdam rayonu) — Azərbaycan alimi, iqtisad elmləri doktoru (1998). Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru (2014-cü ildən). Muradov Ədalət Cəlal oğlu 29 yanvar 1962-ci ildə anadan olmuşdur. 1979-cu ildə 5 saylı kimya-biologiya təmayüllü məktəbi bitirmiş, 1980–1982-ci illərdə Sibir Hərbi Dairəsində əsgəri xidmət keçmişdir. 1985-ci ildə Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuş və 1990-cı ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1989-cu ildə tələbələr arasında keçirilən Ümumittifaq Olimpiadada "İqtisadiyyat və istehsalın təşkili üzrə" SSRİ-də 2-ci yerə layiq görülmüşdür. 1990-cı ildə Kiyev Dövlət Universitetinin əyani aspiranturasına daxil olmuş və 1993-cü ildə "Bazar iqtisadiyyatına keçid şəraitində region iqtisadiyyatının struktur dəyişiklikləri" ("Структурные преобразования экономики региона при переходе к рынку") mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1994-cü ildə "Profi – AD" LTD (Kiyev) şirkətinə rəhbərlik etmişdir. 1995-ci ildə Kiyev Dövlət Universitetində doktoranturaya daxil olmuş və 1998-ci ildə isə "Keçid iqtisadiyyatının dünya təsərrüfatı sisteminə inteqrasiyası" ("Интеграция переходной экономики в систему мирового хозяйства") mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1995–1999-cu illərdə T. Şevçenko adına Kiyev Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuş, "Makroiqtisadiyyat", "İqtisadi Siyasət", "Beynəlxalq İqtisadiyyat", "Keçid İqtisadiyyatının Ümumi Nəzəriyyəsi" fənlərini tədris etmişdir.
Ədalət Mədədoğlu
Ədalət Mədəd oğlu İsmayılov (Ədalət Mədədoğlu; 1 fevral 1968, Dmanisi) — azərbaycanlı şair, yazıçı, publisist, siyasi xadim. Ədalət Mədədoğlu 1968-ci ilin fevralın 1-də Gürcüstanın Dmanisi şəhərində anadan olub. 1985-ci ildə Dmanisi rus orta məktəbini, 1996-ci ildə isə A. M. Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Müxtəlif illərdə “Kaspi” (rus dilində), “Xəzər” (Azərbaycan dilində), “Nyu Baku Post” (Azərbaycan dilində) qəzetlərinin redaktor, baş redaktorun müavini və məsul katib, “Kaspiy İz” (rus dilində), “İçəri şəhər” (rus dilində), “Mobil time” (Azərbaycan və ingilis dillərində) jurnallarının redaktoru olub, BBC radiosunun rus xidmətində çalışıb. Hal-hazırda, “Əqli mülkiyyət jurnalının” baş redaktorudur. Ədalət Mədədoğlu 2000 ildə təsis etdiyi Azərbaycan Sabit İnkişaf Partiyasının (ASİP) sədridir. ASİP ölkənin siyasi-ictimai həyatında sol-mərkəzçi, islahatçı partiya kimi fəaliyyət göstərir. Ədalət Mədədoğlu Azərbaycan, Türkiyə, Qazaxıstan, Rusiya Gürcüstan Ukrayna, Özbəkistan, Moldova, Almaniya, Səudiyyə Ərəbistanı mətbuatında dərc edilmiş 200-dən artıq siyasi və elmi məqalələri, “Azərbaycan dilində onomastik vahidlərin semantik inkişafı” adlı avtoreferatın müəllifidir. Адалат Мадатоглу. «Скалы» (“Qayalar”) 1995, Украина, Городская типография Донецкого областного комитета по делам печати и информации.
Ədalət Məmmədov
Ədalət Məti oğlu Məmmədov (1949) — azərbaycanlı sənətçi. Ədalət Eyvaz oğlu Məmmədov (1959) — azərbaycanlı memar. Ədalət Aydın oğlu Məmmədov (1974-2003) — azərbaycanlı boksçu.
Ah, ədalət!
Ah, ədalət! — qısametrajlı televiziya tamaşası rejissor Mirzə Əliyev tərəfindən 1997-ci ildə ekranlaşdırılmışdır. Teletamaşa Azərbaycan televiziyasında istehsal edilmişdir. Televiziya tamaşası azərbaycanlı şair, yazıçı, dramaturq, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan Hüseyn Cavidin həyatını əks etdirir. Teletamaşada rolları Nazir Rüstəmov, Azad Şükürov, Məleykə Məmmədova, Əfqan Soltanov, Kazım Abdullayev, Rafiq İbrahimov və Elman Təvəkküloğlu ifa edirlər. == Məzmun == Televiziya tamaşası azərbaycanlı şair, yazıçı, dramaturq, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan Hüseyn Cavidin (Nazir Rüstəmov) həyatını əks etdirir. Teletamaşada ziyalıların ona qarşı çıxışları, onun yaradıcılığını əsassız tənqid etmələri, digərlərinin isə cidd-cəhdlə onun tərəfini tutmaları, Cavidin haqsız yerə həbsi, həbsdə Mişkinaz (Məleykə Məmmədova) xanımla son görüşü, uzun illər sonra Cavidin nəşinin Azərbaycana gətirilməsi lirik şəkildə tərənnüm olunur. == Filmin üzərində işləyənlər == Əsər müəllifi: Nafilə Abuzərli Rejissor: Mirzə Əliyev Operator: Abbasağa İmanov Rəssam: Rəfael Əlizadə == Rollarda == Nazir Rüstəmov — Hüseyn Cavid Azad Şükürov — Cavidin tərəfdarı Məleykə Məmmədova — Mişkinaz Cavid Əfqan Soltanov — Cavidin tərəfdarı Kazım Abdullayev — Cavidə qarşı çıxan Rafiq İbrahimov — Cavidə qarşı çıxan Elman Təvəkküloğlu — Cavidə qarşı çıxan == Film haqqında == Televiziya tamaşası Nafilə Abuzərlinin "Cavid" poeması əsasında ekranlaşdırılıb.
Ədalət (ad)
Ədalət — Azərbaycanlı kişi adı. Aşıq Ədalət — Azərbaycan aşığı, Azərbaycan SSR əməkdar incəsənət xadimi. Ədalət Şükürov — Azərbaycanlı müğənni. Ədalət Məmmədov (hərbçi) — Baş serjant, şəhid. Ədalət Yusub — Klassik Xalq Cəbhəsi Partiyasının sabiq sədr müavini Ədalət Əbdülsəmədov — azərbaycanlı aktyor. Ədalət Abdinov — Azərbaycan Sosialist Hərəkatının sədri, jurnalist.
Ədalət Kaya
Ədalət Kaya (1977, Diyarbəkir ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Ədalət Kaya 1977-ci ildə Diyarbəkir ilinin Kulp ilçəsində anadan olub. Qazi Universiteti Siyasi və İctimai Elmlər Bölməsindən məzun olub. Milli Təhsil Nazirliyində və TBMM-də çalışıb. Mardin Şəhər Bələdiyyəsində şöbə müdiri vəzifəsində təmsil olunub. Rosa Qadınlar Dərnəyinin qurucu prezidenti olub. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Diyarbəkir ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Kişi və qadınlar üçün bərabər cəmiyyət Komissiyasının Katibi vəzifəsində təmsil olunub. 1 uşaq anasıdır.
Ədalət qapıları
"Ədalət qapıları"(pyesi) — İki pərdədən ibnarət pyes. 1926-cı ildə "Bakı fəhləsi kooperativ nəşriyyatı" tərəfindən Bakıda nəşr olunub. Əbdürrəhim bəy Haqverdiyev tərəfindən 1921-ci ildə qələmə alınan pyes iki pərdədən ibarətdir. Sovet dövründə qələmə aldığı ilk pyeslərdə olduğu kimi burada da yazıçı feodalizmi tənqid edir. Əsərdə monarxiya rejimindəki xalqların problemləri əks olunur. Yazıçı pyesdə ölkələrin birində dövləti ədalətsiz idarə edən şahın acı sonunu təsvir edir. Özünü ədalətli görən şah cəza metodlarını insanlara tətbiq edir. Bu ağır cəzaların qurbanları arasında öz qızının sevgilisi də var. Qızının bütün təkidlərinə baxmayaraq onu edam etməyə qərar verir, lakin xalqın reaksiyası ilə qarşılaşır və taxtdan salınır. Beləliklə, ölkədə dinc günlər başlayır.