Ədalət Abdulsəmədov
Ədalət Əbdülsəmədov (tam adı: Ədalət Həsən oğlu Əbdülsəmədov; 17 yanvar 1966) — azərbaycanlı aktyor.
== Həyatı ==
Ədalət Əbdülsəmədov 17 yanvar 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1990-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Teatr və kino sənəti» fakültəsini bitirib. 1989-cu ildən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 1993-cü ildən Teatr Xadimləri İttifaqının üzvüdür. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyorudur.
== Əsas rolları ==
Kral — ("Əriməyən ürək", O.Uald)
Mirzə Cavad — ("Aydın", C.Cabbarlı)
İbn Səlam — ("Leyli və Məcnun", M.Füzuli)
Məcid — ("Dələduz", N.B.Vəzirov)
İlya — ("Halallıq", V.Rasputin)
Murtuz — ("Dağ tikirik", V.Səmədoğlu)
Nəvə — ("Generalın son əmri", V.Səmədoğlu)
Kişi — ("Qara qutu", F.Mustafa)
Balay — ("Sultanqulu körpüsü", İ.Məlikzadə)
Baba — ("Xoşbəxt gün", Ə.Əmirli)
Bulat — ("Arvadımın əri", S.Xuqayev)
Ulaq — ("Dünyanın axırı", R.Əlizadə)
Ağamehdi — ("Qumm üzərində ev", R.İbrahimbəyov)
Pinay — ("Bir az gəlirmisiz", Ə.Nesin)
Saz yoxlayan — ("Öldür məni can-ciyər", Ə.Nesin)
MİS rəisi — ("Su pərisi", F.Mustafa)
Novruz bəy — ("Aydın", C.Cabbarlı)
Kazak — ("Hekayəti-xırs-quldurbasan", M.F.Axundov)
Həkim — ("Şelkunçik", E.T.A.Hofman)
Polis — ("Oliver Tvistin macəraları", Ç.Dikkens)
Valideyn — ("Mənim ağ göyərçinim", T.Vəliyeva)
Əbdülqasım, Coqaş — ("Əcəl atı", V.Əlixanlı)
Nəcəf — ("Mən səni sevirəm – M.S.S", Ə.Əmirli)
Səftər müəllim — ("Buzovna kəndinin əhvalatları", Elçin)
Hacı Qara — ("Müsyö Jordan və dərviş Məstəli şah", M.F.Axundzadə)
Hacı Qara — ("Hacı Qara", M.F.Axundzadə)
Çinar — ("Pələng ili", F.Mustafa)
Polis — ("Buratinonun macəraları", A.Tolstoy)
Ağabəşir — ("Sarıköynəklə Valehin nağılı", İ.Əfəndiyev)
== Filmoqrafiya ==
Girov (film, 2005)
İnterpapa (film, 2006)
Qızlar (film, 2007)
Qüdsi (film, 2007)
Qaydasız döyüş (film, 2009)
Komediya səhnəsi (veriliş, 2009)
Səhərə inan...