Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əhmədağa Babayev
Əhmədağa Şahbaba oğlu Babayev — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əhmədağa Şahbaba oğlu Babayev 1968 cı ildə İsmayıllı rayonu Quşencə kəndində anadan olub. 1993-cü ildə könüllü olaraq Qarabağ müharibəsinə gedib. Yanvar ayının 30 da Füzuli istiqamətində döyüşlərdə şəhid olmuşdur. == Təltifləri == 17 sentyabr 1996 cı ildə İsmayıllı rayonu Quşencə kəndi tam orta məktəbi Əhmədağa Babayev adını daşıyır.
Əhmədağa Muğanlı
Əhmədağa Əkbər oğlu Qurbanov (Muğanlı) (10 may 1926, Biləsuvar rayonu – 4 avqust 2001, Bakı) — nasir, ssenarist, kino redaktoru. 1962-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Kinematoqrafçılar Birliyinin üzvü, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986), Əməkdar Mədəniyyət İşçisi (1991). == Həyatı == Əhmədağa Muğanlı 10 may 1926-cı ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olmuşdur. İbtidai təhsili doğma kənddə, orta təhsili isə Xırmandalı kənd orta məktəbində almışdır. Lakin X sinifdə ikən ordu sıralarında əsgəri xidmət borcunu yerinə yetirmiş (1944–1946) tərxis olunandan sonra orta məktəbi gümüş medalla bitirmişdir. ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir (1947–1952).2001-ci il avqustun 4-də Bakıda vəfat etmişdir.Oğlu Nəriman Qurbanov Azərbaycan diasporu quruculuğu sahəsində xidmətlərinə görə tanınır. == Fəaliyyəti == Ədəbi fəaliyyətə "İnqilab və mədəniyyət" (1951, N 10) jurnalında dərc olunan "Biz qol çəkirik ki…" hekayəsi ilə başlamışdır. Ondan sonra dövri mətbuatda vaxtaşırı çıxış edir.20-yə yaxın sənədli fılm ("Azərbaycan…, Azərbaycan…", "Alagöz yaylağında", "Muğanın dastanı", "Çobanbayatı", "Mən sərhədçiyəm" və s.), "Dağlarda döyüş" (1968), "Od içində vahə" (1982), "Qocalar…, qocalar" (1982), "Atları yəhərləyin" (S.Rüstəmlə birlikdə, 1983), "Doğma sahillər" (1988) bədii fılmlərin ssenari müəllifıdir.Əmək fəaliyyətinə Biləsuvar rayonunun Bəyunlu kənd yeddillik məktəbində müəllimlikdən başlamışdır (1944). Orada Karl Marks adına kənd orta məktəbində baş dəstə rəhbəri (1946–1947), Azərbaycan KP Bakı Vilayət Komitəsinin orqanı "Bakı kommunisti" qəzeti redaksiyasında ədəbi işçi olmuşdur. Sonra Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında işləmişdir.
Əhmədağa Qurbanov

Əhmədağa İskəndərov
Əhmədağa Novruz oğlu İskəndərov(tam adı:İskəndərov Əhmədağa Novruz oğlu 20 sentyabr 1989, Bakı – 7 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi == Həyatı == 20 sentyabr 1989-cu ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Bakı şəhəri N.Nərimanov rayonu 82 nömrəli pilot-orta məktəbin birinci sinifinə gedib. 2007-ci ildə həmin məktəbi bitirib və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi Ali təhsil müəssisələrinə qəbul imtahanında yüksək nəticə göstərərək 614.75 bal toplamış, Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və İdarəetmə fakültəsinin Menecment ixtisasına qəbul olmuş və əlaçı təqaüdünə layiq görülmüşdür. Universitetdə təhsil aldığı müddətdə ixtisasını dərindən mənimsəməyə çalışmış və ixtisas fənlərinə daha çox diqqət yetirmişdir. 2011-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetindən məzun olmuş və elə həmin ildəcə Azərbaycan Respublikası Silahlı Qüvvələri sırasında xidmətə çağrılmışdır. Mingəçevir şəhərində “N” saylı hərbi hissədə xidmət etmiş və 2012-ci ildə xidmətini başa vurmuşdur. Ailəli idi. Bir övladı var. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Hərbi xidmətdən qayıtdıqdan sonra ixtisası üzrə bir sıra təkmilləşdirmə kurslarında iştirak etmişdir. 2013-cü ildə satış və distrübütorluq sektorunda ölkənin aparıcı şirkətlər qrupu olan Veysəloğlu Qrupda İnsan resursları mütəxəssisi olaraq peşəkar fəaliyyətinə başlamış və həmin şirkətdə İnsan resursları əməliyyatları bölmə müdiri vəzifəsinə qədər yüksəlmişdir.
Əhmədağa Əhmədov
Əhmədağa Hacı Ağa Mirzə Əbdülkərim oğlu Əhmədov (26 mart 1922, Maştağa, Bakı qəzası – 21 mart 2008, Maştağa) — texniki elmlər namizədi (1954), dosent, islamşünas, ədəbiyyatşünas. Bir sıra texniki, dini və ədəbi araşdırma kitablarının müəllifi. == Həyatı == Əhmədağa Əhmədov 1922-ci ildə Bakının Maştağa kəndində anadan olub. Dövrünün çox savadlı ruhanisi olmuş atası Hacı Mirzə Əbdülkərimin onun təlim-tərbiyəsində böyük əməyi olub. Hacı Mirzə Əbdülkərim uzun müddət İranda və İraqda oxuyub, Məşhəd və Nəcəf şəhərlərindəki mədrəsələrdə ərəb dilinin sərvi-nəhvi, məntiq, bəlağət elmləri, fiqh, üsul, hikmət, ilahiyyat və s. elmlərdən dərs deyib. O vaxtlar ruhanilərə "kulak" damğası vurulduğu üçün məktəb yaşı çatmasına baxmayaraq balaca Əhmədağanı məktəbə yalnız 13 yaşında qəbul edilib. Lakin 4-5 yaşlarında yazıb oxumağı öyrənmiş Əhmədağa bu illər fars və ərəb dillərini, məntiq ədəbiyyat elmlərini öyrənmişdi.Orta məktəbi altı il ərzində əla qiymətlərlə bitirib attestat aldıqdan iki gün sonra müharibə başlayır və onu ordu sıralarına çağırıb Uzaq Şərqə yola salırlar. Sibirin buzlu qazmalarında hərbi xidmət keçən Ə.Əhmədov ağır xəstələnir. 1943-ci ildə ürək tutmaları ilə ordudan tərxis olunur.
Səmədağa Şıxlarov
Səmədağa Məmməd oğlu Şıxlarov (5 sentyabr 1955, Xıllı, Xıllı rayonu – 1 iyun 2021, Bakı) — Sovet və Azərbaycan futbolçusu və məşqçisi. Azərbaycanın "Neftçi", "Xəzər Sumqayıt", "Avtomobilçi", "Kəpəz", "Çıraqqala Siyəzən", Ukraynanın "MOİK Kiyev" və Çexoslovakiyanın "SQV" klublarının və SSRİ U-21 milli futbol komandasının heyətində çıxış edib. Hücumçu mövqeyində oynayıb. == Həyatı == === Erkən illəri === Səmədağa Şıxlarov 1955-ci il sentyabrın 5-də Salyan rayonunun Xıllı kəndində anadan olub. Səmədağa Şıxlarov ailədə 4 uşaq idi – 2 qardaş, 2 bacı. Sübhan adlı əkiz qardaşı 1 yaşına çatmamış dünyasını dəyişib.1957-ci ildə ailəsi ilə Əli Bayramlı şəhərinə köçüb. Atası Məhəmməd kişi Böyük Vətən Müharibəsində Berlinə kimi getmişdi. Müharibədə xəsarət alan atasının bədənindəki qəlpələr onu çox incidirdi. O, Əli Bayramlıya köçəndə "Şirvanneft"də çilingər işləyirdi. O, Ramil Usubov, İsmət Qayıbov və digər tanınmış şəxslərin avtomobillərini təmir edirdi.
Əvəzağa Məlikov
Əvəzağa Məlikov (6 yanvar 1932; Salyan, Azərbaycan SSR ― 11 dekabr 2015; Bakı, Azərbaycan) ― Azərbaycan SSR əməkdar həkimi, tibb elmlər namizədi, ali dərəcəli cərrah, Salyan rayon mərkəzi xəstəxanasının baş həkimi (1971-1989). == Həyatı == 1932-ci il yanvarın 6-da Salyan rayonunun Piratman Gəncəli kəndində anadan olmuşdur. Kənddə yeddiillik məktəbi bitirdikdən sonra təhsilini Salyan şəhər 2 saylı orta məktəbdə davam etdirmişdir. 1950-1956-cı illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə fakültəsində təhsil almışdır. Uzun sürən xəstəlikdən sonra Əvəzağa Məlikov 2015-ci il dekabrın 10-da Bakı şəhərində vəfat etmişdir. Dekabrın 11-də doğulduğu Salyan rayonunun Piratman Gəncəli kəndində ailə məzarlığında dəfn edilmişdir. === Ailəsi === Ailəli idi, iki övladı var. == Fəaliyyəti == === Erkən illəri === Əmək fəaliyyətinə Rusiya SFSR-nin Kamensk vilayətinin Aleksey-Lozovski rayon mərkəzi xəstəxanasında terapiya şöbəsinin müdiri kimi başlamışdır. Bir müddət sonra mütəxəssis kimi Rostov Elmi-Tədqiqat Onkologiya və Radiologiya İnstitutuna kliniki ordinaturaya göndərilmiş, ordinaturanı bitirdikdən sonra Rostov vilayətinin Milyutinsk rayon xəstəxanasında cərrahiyyə şöbəsinin müdiri, bir qədərdən sonra isə bu xəstəxananın baş həkimi vəzifəsində çalışmışdır. 1964-cü ilin mart ayında doğma Salyana qayıdan Əvəzağa Məlikov burada ilk olaraq qanköçürmə kabinetində həkim işləmişdir.
Məlikov Əvəzağa Ərəstun