Əhmədağa Novruz oğlu İskəndərov(tam adı:İskəndərov Əhmədağa Novruz oğlu 20 sentyabr 1989, Bakı – 7 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi
Əhmədağa İskəndərov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vəfat tarixi | (31 yaşında) |
Vəfat yeri | Füzuli rayonu |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri | 2020 |
20 sentyabr 1989-cu ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Bakı şəhəri N.Nərimanov rayonu 82 nömrəli pilot-orta məktəbin birinci sinifinə gedib. 2007-ci ildə həmin məktəbi bitirib və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi Ali təhsil müəssisələrinə qəbul imtahanında yüksək nəticə göstərərək 614.75 bal toplamış, Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və İdarəetmə fakültəsinin Menecment ixtisasına qəbul olmuş və əlaçı təqaüdünə layiq görülmüşdür. Universitetdə təhsil aldığı müddətdə ixtisasını dərindən mənimsəməyə çalışmış və ixtisas fənlərinə daha çox diqqət yetirmişdir. 2011-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetindən məzun olmuş və elə həmin ildəcə Azərbaycan Respublikası Silahlı Qüvvələri sırasında xidmətə çağrılmışdır. Mingəçevir şəhərində “N” saylı hərbi hissədə xidmət etmiş və 2012-ci ildə xidmətini başa vurmuşdur.
Ailəli idi. Bir övladı var.
Hərbi xidmətdən qayıtdıqdan sonra ixtisası üzrə bir sıra təkmilləşdirmə kurslarında iştirak etmişdir. 2013-cü ildə satış və distrübütorluq sektorunda ölkənin aparıcı şirkətlər qrupu olan Veysəloğlu Qrupda İnsan resursları mütəxəssisi olaraq peşəkar fəaliyyətinə başlamış və həmin şirkətdə İnsan resursları əməliyyatları bölmə müdiri vəzifəsinə qədər yüksəlmişdir. 2018-ci ildən etibarən peşəkar fəaliyyətini ölkənin önəmli restoranlarını özündə birləşdirən Saffron Restoranlar Qrupunda davam etdirməyə başlamışdır. Əhmədağa İskəndərov Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi, Kadr inzibatçılığı və əmək haqqı sahəsində ölkənin aparıcı ekspertlərindən biri olmuşdur.
21 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi toplanışa çağırılmış, 27 sentyabr 2020-ci il tarixində başlayan “Vətən Müharibəsi”-nin ilk günlərindən cəbhədə dövlətimizin ərazi bütövlüyünün təmin olunması uğrunda döyüşlərə qatılmışdır. Cəbrayıl-Füzuli-Xocavənd istiqamətində ordumuzun uğurlu əməliyyatlarında iştirak etmişdir. 07.10.2020-ci il tarixində Füzuli rayonu uğrunda gedən döyüşlərdə xidməti vəzifəsini icra edərkən qəhrəmancasına həlak olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 15.12.2020-ci il tarixində “Vətən uğrunda” və 24.12.2020 -ci il tarixində “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.