Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ruh
Ruh — insanın duyğularını və xarakterini ehtiva edən hissəsi, mənəvi və ya qeyri-maddi mahiyyəti. Çoxları inanır ki, ruh əbədidir və fiziki bədənin ölümündən sonra varlığını davam etdirir, ya reinkarnasiya olunur, ya da başqa bir aləmə keçid edir. İslam dinində hər bir ruhun bu dünyadan əvvəl Allahın yanında pak surətdə mövcud olduğuna və nurdan yaradıldığına inanılır. Qurani-Kərimdə vurğulanır ki, Allah ruhları insan bədənində yer üzünə göndərərək imtahan edir. Allaha ibadət edən, xeyirxah əməllərlə məşğul olan və paklığı qoruyanlar cənnətlə mükafatlandırılacaqlar. Allahdan bağışlanma diləmədən günahkar həyat sürənlər isə cəhənnəmə məhkum ediləcəklər. Özünü kosmosla əlaqədə hiss edən bəzi adamlar var ki, onların açıqlamalarını da müəyyən dərəcədə ciddiyə almaq olar. Deyirlər ki, ruh bir enerjidir. Həmin enerjinin mahiyyətinin ilkin mənbəyi barədə heç fizikada da məlumat yoxdur. Bəlkə də bunun mənbəyi Ali Güc, Ali Enerji olan İlahi varlığın özüdür.
Müqəddəs Ruh
Müqəddəs Ruh və ya Rəbbin Ruhu, Allahın Ruhu — xristianlıqda Üç üqnumun üçüncü sifəti. Bibliyanın ilk sətirlərində Allahın Ruhu ifadəsinə rast gəlinir. Tövratın birinci hissəsi olan Yaradılış Kitabı belə başlanır: "Başlanğıcda Allah göyləri və yeri yaratdı. Yer quruluşsuz və boş idi. Dərin sular üzərində qaranlıq var idi. Allahın Ruhu suların üzərində dolaşırdı. Allah dedi: "Qoy işıq olsun". İşıq oldu". Xristian inancına görə, Ata Allah hər şeyin mənbəyi, Oğul Allah İlahi Kəlam olaraq hər şeyi var edən Şəxsdir, Allahın Ruhu isə Kainatın mövcudluğunu davam etdirir, həyatla təmin edir. Buna görə də Müqəddəs Ruh şəxssiz qüvvə deyil, İlahi Şəxs kimi qəbul olunur.
Ruh-şəhəri
Kabus şəhər (ing. Ghost town) — əksəriyyəti müvəffəqiyyətsiz iqtisadi quruluşu, təbii insan resurslarının azlığı və ya müharibələr səbəbindən boşaldılan şəhərlərə verilən ümumi addır. Şəhərlərin boşalmasının digər önəmli səbəbləri kimi kütləvi xəstəlikləri misal göstərmək olar. Termin kimi əhalinin sayı kütləvi şəkildə azalan şəhərlərə də aid edilir. Əsil kabus şəhər yerli əhali tərəfindən tamamilə boşaldılmış şəhərlərdir. Buna misal olaraq, Kaliforniyadakı Bodie şəhərini, ya Montana ştatında yerləşən Banak və İtaliyadakı Craco şəhərini göstərmək olar. Müasir dövrdə kabus şəhərləri turistlərin ən çox ziyarət etdikləri yerlərdəndir. Ancaq bəzi şəhərlərə girmək təhlükəli, hətta qanunlara zidd hesab olunur. Bunlara misal olaraq Ukrayna ərazində yerləşən Çernobıl və ya Pripyat şəhərlərini göstərmək olar. Şəhərlərin tərk edilməsinin əsas səbəbləri kimi azalan təbii qaynaqlar, su kimi əsas ehtiyacların təmin edilə bilməməsi, dəmiryolu və ya quru yolun yol dəyişikliyi və ya fəlakətləri (Çernobil) göstərmək olar.
Ruh (film)
Ruh (ing. Ghost) — rejissor Cerri Zukerin 1990-cı ildə çəkdiyi film. Film 5 Oskara nominantlaşmış, onlardan ikisini alıb: "İkinci planın ən yaxşı qadın roluna" (Vupi Qoldberq) görə və "Ən yaxşı orijinal ssenariyə" görə (Brüs Coel Rubin). The Righteous Brothers — "Unchained Melody". Meksikanın Monterrey şəhərində bu filmə gedən qadınlara zərflərdə şal verirdilər. Ceri Zuker öz filmlərində həmişə anana balaca rol verir. Bu filmdə anası bank işçisi oynamışdı. Brüs Uillis bu filmdə baş rolu oynamağa istəmədi, çünki fikirləşirdi ki, o, pul gətirməyəcək. Filmdəki şeytanların səsləri əslində yavaş sürətlə səslənən uşaqların qışqırmasıdır.
Ruh Festivalı
Ruh festivalı və ya Jonqyuan festivalı (ənənəvi Çin dili: 中元節; sadələşdirilmiş Çin dili: 中元节), Buddizmdə Yulanpen Festivalı (ənənəvi Çin dili: 盂蘭盆 節; sadələşdirilmiş Çin dili: 盂兰盆 节) olaraq tanınır. Bu, müəyyən Şərqi Asiya ölkələrində təşkil edilən ənənəvi bir Daoizm və Buddist festivalıdır. Çin təqviminə görə , Ruh Festivalı yeddinci ayın 15-ci gecəsidir. Çin mədəniyyətində, ay təqvimində yeddinci ayın on beşinci günü Ruh Günü adlanır və ümumiyyətlə yeddinci ay Ruh Ayı (鬼 月) olaraq qəbul edilmişdir və bu ayda ölmüş əcdadları da daxil olmaqla ruhların yer üzünə çıxdığına inanılır. Həm Qingming Fetivalından (ya da Yazda Məzar Süpürmə Günü) həm də yaşayan nəsillərin ölmüş əcdadlarına hörmət göstərdikləri Qoşa Doqquzuncu Festivaldan (payızda) fərqli olaraq, Ruh Festivalı zamanı mərhumların diriləri ziyarət etdiyinə inanılır. On beşinci gündə Cənnət və Cəhənnəm aləmləri və canlılar aləmi açıqdır və həm Taocular, həm də Buddistlər mərhumun əzablarını dəyişdirmək və bağışlamaq üçün ayinlər edərdilər. Ay ərzində fəaliyyətlərə ritualist qida hazırlamaq, tüstü yandırmaq və joss kağızı yandırmaq daxildir. Mükəmməl yeməklər (tez-tez vegterian yeməklər), ailədəki ölənlərin hər biri üçün boş yerlərə qoyularaq ölənləri hələ yaşadıqları kimi qəbul edərdilər. Ruh Festivalı Çin təqviminin yeddinci ayında keçirilir. Bu tarix həm yeni fəsil, payız məhsulu, Buddist rahibə zahidliyinin zirvəsi, əcdadların yenidən doğulması və yerli icmanın məclisi ilə eyni vaxtda düşür.Bu ay ərzində cəhənnəmin qapıları açılır və ruhlar yemək və əyləncə axtardıqları yer üzündə sərbəst gəzirlər.
Ruh adam
Ruh adam — məşhur türk şairi, yazıçısı, tarixçisi və türk millətçiliyinin ideoloji rəhbərlərindən biri olan Hüseyn Nihal Atsızın romanlarındandır. Atsızın digər romanlarının əksinə olaraq simvolizmi mənimsədiyi əsəridir. Qədim türkcə əsərin izahı ilə başlayan hekayə, Türkiyə Cümhuriyyətinin qurulduğu illərdə yaşamış zabitin hekayəsidir. Əsərin qəhrəmanı məhkəmədə sədaqət andını daha əvvəl Sultana edən və indi Cümhuriyyətə bağlanan zabitlərin necə olub da Osmanlını bu qədər tez tərk edə bildiyinə heyrətlənməsindən bəhs edir. Roman evli olduğu halda başqa qadına aşiq olan kapitan Burkayın acılarını anladaraq başlayır. Romanın qəhrəmanı kapitan Səlim Pusatdır. Səlim Pusat dostu Şərəf ilə birlikdə monarxist olduğunu gizlətmir. Buna görə də dostu Şərəf ilə birlikdə hərbi sahədən qovulurlar. Məhkəmə prosesi zamanı günahsız olduqları bilinsə də, rütbələri əllərindən alınmışdır. Səlim Pusat və dostu Şərəf iki il həbsə məhkum edilirlər.
Ruh bulanıqlığı
Ruh şəhər
Kabus şəhər (ing. Ghost town) — əksəriyyəti müvəffəqiyyətsiz iqtisadi quruluşu, təbii insan resurslarının azlığı və ya müharibələr səbəbindən boşaldılan şəhərlərə verilən ümumi addır. Şəhərlərin boşalmasının digər önəmli səbəbləri kimi kütləvi xəstəlikləri misal göstərmək olar. Termin kimi əhalinin sayı kütləvi şəkildə azalan şəhərlərə də aid edilir. Əsil kabus şəhər yerli əhali tərəfindən tamamilə boşaldılmış şəhərlərdir. Buna misal olaraq, Kaliforniyadakı Bodie şəhərini, ya Montana ştatında yerləşən Banak və İtaliyadakı Craco şəhərini göstərmək olar. Müasir dövrdə kabus şəhərləri turistlərin ən çox ziyarət etdikləri yerlərdəndir. Ancaq bəzi şəhərlərə girmək təhlükəli, hətta qanunlara zidd hesab olunur. Bunlara misal olaraq Ukrayna ərazində yerləşən Çernobıl və ya Pripyat şəhərlərini göstərmək olar. Şəhərlərin tərk edilməsinin əsas səbəbləri kimi azalan təbii qaynaqlar, su kimi əsas ehtiyacların təmin edilə bilməməsi, dəmiryolu və ya quru yolun yol dəyişikliyi və ya fəlakətləri (Çernobil) göstərmək olar.
Ruh Əkizi
Ruh əkizi (ing. soulmate) — sosiologiya sahəsinə daxil olan, şəxsin başqa bir şəxsə qarşı hiss etdiyi xüsusi bir hissi ifadə etmək üçün işlədilən termindir. Bu hissə eşq, romans, dostluq, seksuallıq, ehtiras, güclü inam və s. aid edilə bilər.
Ruh dumanlığı
Ruh dumanlığı — Kassiopeya istiqamətində təqribən 7500 işıq ili məsafədə bir emissiya dumanlığı. Bir neçə kiçik ulduz, klasterlər toplusu mövcuddur: CR 34, 632 və 634 (yuxarı hissəsi) və IC1848 (orta hissəsi). Bu obyekt daha çox klaster adı altında IC 1848 kimi tanınır. Bu birləşmə şərq qonşusu IC1805 (Ürək bulanığı) ilə birlikdə "Ürək və Ruh" olaraq adlandırılır. Bulanıqlığın (dumanın) mərkəzində kiçik bir ulduz qrupunun yaydığı işıq.
Müstəqil Ruh mükafatı
Müstəqil Ruh mükafatı (ing. Independent Spirit) — ilk növbədə müstəqil Amerika kinosuna yönəlmiş Amerika film mükafatıdır. 1984-cü ildən mövcuddur və başlanğıcda FINDIE Awards (Friends of Independents – müstəqillərin dostları (rejissorların)) adlanırdı. İndiki adını 1986-cı ildən bəri daşıyır. 2006-cı ildən mükafat dirəkdə oturan quş formasında metal heykəlcik şəklindədir. Müstəqil ruh qeyri-kommersiya təşkilatı - "Film Independent" tərəfindən mükafatlandırılır. Mükafatların təqdimetmə mərasimi Kaliforniyanın Santa Monika şəhərində Oskar təqdimatı ərəfəsində (1999-cu ilə qədər - Oskar təqdimatından əvvəlki son şənbə) keçirilir. Beləliklə, “Müstəqil ruh” sanki kinoakademiyanın mükafatlarına qarşı qoyulur.
Müstəqil ruh (mükafat)

Ruh-bədən problemi
Ruh-bədən və ya nəfs-bədən problemi (ing. mind-body problem) — fəlsəfi fikir tarixinin əsas problemlərindən biridir. Hazırda zehin fəlsəfəsi daxilində müzakirə olunan ruh-bədən probleminin əsasında maddi olmayan ruh və ya nəfslə maddi olan bədən arasındakı əlaqənin keyfiyyətinin öyrənilməsi dayanır. Bu problemi insanın nəliyi ilə bağlı fəlsəfi arayışlar doğurmuşdur. İnsan nədir? Adi maddi bir tərkibdən ibarətdir, yoxsa mental bir tərəfə, ruha da sahibdir? Əgər mental tərəfimiz də varsa o şey nədir? İnsan əslində nədir, bir ruha sahib bədən, yoxsa bir bədəni olan ruhdur? Ruh bədən problemində bu iki substansiya arasında əlaqəni müəyyənləşdirməzdən əvvəl həll edilməli olan iki problem ruh və bədənin nəliyi məsələsidir. Ruh və bədən haqqında suallara verilən cavablar bu problemə berilən cavabı böyük ölçüdə təmin etmiş olur.
Ruh (animasiya, 2020)
Ruh (ing. Soul) - "Pixar Animasiya Studiyası" tərəfindən istehsal olunmuş və "Walt Disney Pictures" tərəfindən buraxılmış 2020-ci il animasiya filmi. Film Pit Dokter və Kemp Poversin rejissorluğu ilə çəkilib. Filmdə qəzadan sonra komaya düşən və ruhunu bədəninə qaytarmağa çalışan məktəb müəllimi Co Qardnerdən bəhs edilir. "Soul" Pit Dokterin "88. Akademiya Mükafatları" haqqında məlumatın duyurulması əsnasında yeni yaradıcı tərəflər axtardığı 2016-cı ilin yanvarından etibarən inkişaf etdirdiyi bir layihə idi.
Ruh (film, 1990)
Ruh (ing. Ghost) — rejissor Cerri Zukerin 1990-cı ildə çəkdiyi film. Film 5 Oskara nominantlaşmış, onlardan ikisini alıb: "İkinci planın ən yaxşı qadın roluna" (Vupi Qoldberq) görə və "Ən yaxşı orijinal ssenariyə" görə (Brüs Coel Rubin). The Righteous Brothers — "Unchained Melody". Meksikanın Monterrey şəhərində bu filmə gedən qadınlara zərflərdə şal verirdilər. Ceri Zuker öz filmlərində həmişə anana balaca rol verir. Bu filmdə anası bank işçisi oynamışdı. Brüs Uillis bu filmdə baş rolu oynamağa istəmədi, çünki fikirləşirdi ki, o, pul gətirməyəcək. Filmdəki şeytanların səsləri əslində yavaş sürətlə səslənən uşaqların qışqırmasıdır.
Kitab əhli
Kitab əhli — (ərəb.اهل الكتاب) İslam ənənəsinə görə, digər iki səmavi dinlərin əhalisini, yəhudi və xristianları, bildirən anlayış. Kitab əhlinə münasibət fərqli idi. Bütpərəstlərdən fərqli olaraq, kitab əhli daha imtiyazlı vəziyətdə idi, onların sıxışdırılması və təqib olunması barədə açıq göstərişlər yox idi. Məsələn kitab əhlinin qadınları ilə nigaha girmək icazəsi vardı, lakin onlara qız vermək qadağan idi. Kitab əhli öz kilsələrində və sinaqoqlarında ibadət edirdilər və öz ayinlərini yerinə yetirməkdə azad idilər. Lakin onlar zimmilər zümrəsinə aid idilər və xüsusi cizyə vergisi ödəyirdilər, yaxud bunun əvəzinə orduda köməkçi qoşun kimi istifadə edilirdilər.
Əhli-Beyt
Əhli-Beyt (ərəb. أهل البيت‎; "ev əhli" mənası verir) — İslam ənənəsinə görə Məhəmməd peyğəmbərin ailəsi. Əhli Beyt sözü müsəlmanların müqəddəs kitabı olan Quranda 2 yerdə işlədilmişdir. Cahiliyyə dövrü ərəb cəmiyyətində qəbilənin hakim ailəsini bildirən "Əhli-Beyt" ifadəsi islam meydana gəldikdən sonra Məhəmməd peyğəmbərin ailəsinə şamil olundu. Quranda "əhl" sözü sahib, tərəfdar, eyni məkanı paylaşanlar, bir dinə, yaxud peyğəmbərə inananlar, zövcə, "beyt" sözü isə ev, Allahın evi (məscid) və ailə mənalarında işlənmişdir. "Əhli-Beyt" ifadəsinə İbrahimin (11:73), Musanın (28: 12) və Məhəmmədin (33:33) ailəsindən bəhs edən üç ayədə rast gəlinir. Əhli-Beyt-ә kimlərin daxil edilməsi barədə fikirlər fərqli olsa da, bunlar, əsasən, Məhəmməd peyğəmbər, Əli ibn Əbu Talib, Fatimə, Həsən əl-Müctəba, Hüseyn ibn Əli və digər doqquz imamdan ibarətdir. İlahi lütfün və gizli biliklərin daşıyıcıları kimi Əhli-Beyt-ә xüsusi ehtiram bəslənilir. Sünnilərin ən mötəbər hesab etdikləri altı kitabdan biri olan "Səhihi-Müslim"də Peyğəmbərin zövcəsi Aişədən nəql olunur: "Bir gün Peyğəmbər kürəyində əba ilə evdən çıxdı. Onu görən Həsən yanına getdi, Peyğəmbər ona əbasının altına girməsini söylədi.
Əhli-Haqq
Yarsanizm, Əhli-haqq və ya Kakayi (kürd. یارسان, kürd. ئەهلی حەق; fars. اهل حق‎, ərəb. كاكائي‎) — 14-cü əsrin sonlarında İranın qərbində Sultan Sahaq tərəfindən əsası qoyulmuş sinkretik bir din. Yarsanizm ardıcıllarının ümumi sayının İranda yarım milyondan bir milyona qədər olduğu təxmin edilir. İraqdakı rəqəmlər məlum deyil. Davamçılar daha çox Guran, Səncabi, Kəlhur, Zəngənə və Cəlalvənd tayfalarından olan kürdlərdir. İranda türk yarsan anklavları da mövcuddur. İraqdakı bəzi Yarsanilərə Kakayi deyilir.
Əhli-Həqq

Əhli-Sünnə
Sünnilik (ərəbcə أهل السنة والجماعة — Əhl əs-Sünnə və əl-Cəmaat və ya qısa olaraq أهل السنة — Əhl əs-Sünnət) — İslamda ən böyük məzhəb və ya əqidə. Dünyada İslam dininə etiqad edənlərin 85-90%-ni sünni məzhəbinin nümayəndələri təşkil edir. Sünnə sözü ərəbcədən tərcümədə "yol" mənasına gəlir. Sünnilər bu adla Həzrəti Məhəmməd peyğəmbərin ﷺ yoluna sadiq olduqlarını bildirirlər. Sünniliyin 3 etiqadı, 4 fiqh məzhəbi var: Əşariyyə, Matüridiyyə və Əsəriyyə etiqadı, Hənəfi, Maliki, Şafii və Hənbəli isə fiqhi məzhəblərdir.
Əhli-Sünnət

Əhli Beyt
Əhli-Beyt (ərəb. أهل البيت‎; "ev əhli" mənası verir) — İslam ənənəsinə görə Məhəmməd peyğəmbərin ailəsi. Əhli Beyt sözü müsəlmanların müqəddəs kitabı olan Quranda 2 yerdə işlədilmişdir. Cahiliyyə dövrü ərəb cəmiyyətində qəbilənin hakim ailəsini bildirən "Əhli-Beyt" ifadəsi islam meydana gəldikdən sonra Məhəmməd peyğəmbərin ailəsinə şamil olundu. Quranda "əhl" sözü sahib, tərəfdar, eyni məkanı paylaşanlar, bir dinə, yaxud peyğəmbərə inananlar, zövcə, "beyt" sözü isə ev, Allahın evi (məscid) və ailə mənalarında işlənmişdir. "Əhli-Beyt" ifadəsinə İbrahimin (11:73), Musanın (28: 12) və Məhəmmədin (33:33) ailəsindən bəhs edən üç ayədə rast gəlinir. Əhli-Beyt-ә kimlərin daxil edilməsi barədə fikirlər fərqli olsa da, bunlar, əsasən, Məhəmməd peyğəmbər, Əli ibn Əbu Talib, Fatimə, Həsən əl-Müctəba, Hüseyn ibn Əli və digər doqquz imamdan ibarətdir. İlahi lütfün və gizli biliklərin daşıyıcıları kimi Əhli-Beyt-ә xüsusi ehtiram bəslənilir. Sünnilərin ən mötəbər hesab etdikləri altı kitabdan biri olan "Səhihi-Müslim"də Peyğəmbərin zövcəsi Aişədən nəql olunur: "Bir gün Peyğəmbər kürəyində əba ilə evdən çıxdı. Onu görən Həsən yanına getdi, Peyğəmbər ona əbasının altına girməsini söylədi.
Əhli Sünnə
Sünnilik (ərəbcə أهل السنة والجماعة — Əhl əs-Sünnə və əl-Cəmaat və ya qısa olaraq أهل السنة — Əhl əs-Sünnət) — İslamda ən böyük məzhəb və ya əqidə. Dünyada İslam dininə etiqad edənlərin 85-90%-ni sünni məzhəbinin nümayəndələri təşkil edir. Sünnə sözü ərəbcədən tərcümədə "yol" mənasına gəlir. Sünnilər bu adla Həzrəti Məhəmməd peyğəmbərin ﷺ yoluna sadiq olduqlarını bildirirlər. Sünniliyin 3 etiqadı, 4 fiqh məzhəbi var: Əşariyyə, Matüridiyyə və Əsəriyyə etiqadı, Hənəfi, Maliki, Şafii və Hənbəli isə fiqhi məzhəblərdir.
Əhli Şirazi
Məhəmməd ibn Yusif Əhli Şirazi (fars. اهلی شیرازی‎; təq. 1454, Şiraz – təq. 1535, Şiraz) — fars şairi. Əhli Şirazinin təxminən 1454–1535-ci illərdə İranın Şiraz şəhərində yaşadığı və öldüyü zaman cənazəsini oradakı Hafiz Şirazinin türbəsində dəfn olunduğu güman edilir. Onun haqqında tənha həyat sürdüyü, ehtiyac içində yaşadığı, bütün həyatının mübarizə ilə keçdiyi barədə şahid ifadələri var. Manuscript of his works available on the digital library website of the Iran Parliament Library.
Əl-Əhli İK
Əl-Əhli — Misirin futbol klubu. 1907-ci ildə yaradılıb.
Şəkildəki ruh (2008)
Şəkildəki ruh (ing. Shutter) — amerikan qorxu filmi. 2004-cü ildə çəkilmiş eyniadlı tayland filmi əsasında çəkilmişdir. Gələcək vəd edən iş fürsəti üçün Yaponiyaya yenicə köçmüş yeni evli cütlük — Ben və Ceyndən bəhs edilir. İlk öncə elə görünür ki, Ceyn bilmədən gənc bir qızı maşını ilə öldürür. Maşın ağaca çırpılır, Ben və Ceyn huşlarını itirir. Ayılandan sonra isə yolda heç kəsi görmürlər. Sonrakı gedişatda çəkilən bir çox şəkillərdə ağ ləkə düşür. Ceyn elə düşünür ki, bu, ölən qızın ruhudur. Ancaq Ben buna inanmaq istəmir.
Veyllənən ruh əməliyyatı
Veyllənən ruh əməliyyatı (ing. Operation Wandering Soul) — Vyetnam müharibəsi zamanı ABŞ qüvvələri tərəfindən həyata keçirilən təbliğat kampaniyası və psixoloji müharibə səyləri. Bu, Vyetkonq qüvvələrində fərarilik hallarını artırmaq və onların mənəviyyatını zəiflətmək cəhdi idi. Əksər mədəniyyətlərdə olduğu kimi, Vyetnam mədəniyyətində də ölülərə ehtiram göstərmək haqqında inanclar və mərasimlər var. Vyetnam mədəniyyəti mərhumun nəşinin düzgün formada dəfn edilməsini tələb edir və güman edilir ki, bu baş verməsə, mərhumun ruhu yer üzündə dolaşmağa davam edir və beləliklə, o, bir ruha bərabər olan "veyllənən ruh"a çevrilir. İnanca görə, onlarla bəzən ölüm ildönümündə və öldüyü yerin yaxınlığında əlaqə saxlamaq mümkündür. Vyetnamlılar bu ölü ruhları bayram günlərində vəfat etdikləri yeri ziyarət edərək ehtiram göstərirlər. ABŞ Vyetnam müharibəsində bundan öz xeyrinə istifadə etmiş və ölmüş dostlarının səs yazısını səsucaldıcılarına verməklə Vyetkonq qüvvələrini aldatmağa çalışmışdır. ABŞ mühəndisləri öldürülən Vyetkonq əsgərlərinin rolunu daşıyan qorxunc və dəyişdirilmiş səsləri lentə yazmaq üçün həftələr sərf etmişdilər. ABŞ komandanlığı həmçinin, etibarlılığı artırmaq məqsədilə səsyazılarını lentə almaq üçün Cənubi Vyetnam əsgərlərindən istifadə etmişdir.
Ruh (film, 2020)
Ruh (ing. Soul) - "Pixar Animasiya Studiyası" tərəfindən istehsal olunmuş və "Walt Disney Pictures" tərəfindən buraxılmış 2020-ci il animasiya filmi. Film Pit Dokter və Kemp Poversin rejissorluğu ilə çəkilib. Filmdə qəzadan sonra komaya düşən və ruhunu bədəninə qaytarmağa çalışan məktəb müəllimi Co Qardnerdən bəhs edilir. "Soul" Pit Dokterin "88. Akademiya Mükafatları" haqqında məlumatın duyurulması əsnasında yeni yaradıcı tərəflər axtardığı 2016-cı ilin yanvarından etibarən inkişaf etdirdiyi bir layihə idi.
Müqəddəs Ruh Kilsəsi
Müqəddəs Ruh Kilsəsi (Batumi)
Nuh
Nuh — ulul-əzm peyğəmbər. Quranda adı müstəqil bir surəyə verilən 6 peyğəmbərdən (Hud, İbrahim, Yusif, Yunus, Məhəmməd və Nuh) biridir. Nuhun əsl adı müxtəlif rəvayətlərdə gəlmişdir. Bəzilərində Əbdül-Qəffar, Əbdül-Məlik, bəzilərində isə Əbdül-Əla olduğu qeyd olunmuşdur. O, həddindən artıq ağladığına görə onu Nuh deyə çağırırdılar. Onun xüsusiyyətlərində yazırlar ki, sifəti nazik, hündürboylu, iri gözlü, nazik baldırlı və dərisi buğdayı rəngli bir kişi idi. Gözəl bəyana və güclü məntiqə malik idi. Nuh peyğəmbər indiki insan nəslinin ikinci atası sayılır. Yəqubi və onun kimi bir çox tarixyazarlar onun ömrünü Ənkəbut surəsində olduğu kimi camaatın arasında qalma müddəti (950 il) qeyd edirlər. Məclisi "Biharul-ənvar" kitabında yazır ki, yer əhli Nuhun ömründə ixtilaf edirlər.
Rsh
Rsh (Remote Shell) - terminal vasitəsilə uzaqdakı (remote) komputeri idarə etmək üçün alət. TCP protokolundan və 514-cü portdan istifadə edir. Əsas mənfi cəhəti, təhlükəsiz olmamısıdır. Çünki şəbəkədən məlumatı şifrələnməmiş halda göndərir. rsh - remote shell Arxivləşdirilib 2004-12-05 at the Wayback Machine - rsh Bələdçi səhifəsi.
Rua
Ruğa (lat. Rua, ?-434) — Avropa Hun İmperiyasının hökmdarı. Attilanın əmisi. 412-422 illəri arasında Avropa Hun dövləti ilə əlaqədar çox bir məlumata rast gəlinməməkdədir. Hökmdar soyundan gələn Rua 422-ci ildə taxtı ələ keçərərək, ölkəni qardaşları Muncuk, Oktar və Aybars ilə birlikdə idarə etdi. Muncukun erkən ölümü üzərinə Aybars ölkənin şərq qanadının rəhbərliyinə, Oktar isə qərb qanadının rəhbərliyinə gətirildi. Rua, Uldızın təyin etdiyi Hun xarici siyasətini tətbiqə davam etdi. Casusluq fəaliyyətlərini irəli sürərək Bizans üzərinə bir səfər təşkil etdi (422). Bu səfər nəticəsində Bizans ağır bir vergiyə bağlandı. Qərbi Romadakı taxt qarışıqlıqlarından faydalanmaq istəyən Bizans, İtaliyaya hərbi qüvvə göndərdi.
Rum
Rum, rumilər və ya rumlular (ərəb. الرُّومُ‎‎, təkdə رُومِيٌّ) — romalıların və bizanslıların tarixi adı.
Rus
Ruslar (rus. русские) — hind - avropa dil ailəsinin slavyan qrupunun şərqi-slavyan qoluna aid Avropanın ən çoxsaylı millətidir. Təxmini sayları 133 milyon nəfərdir. 2010-cu ilin siyahıyaalınmasına görə Rusiyada sayları 111 016 896 nəfərdir . Yayılma əraziləri əsasən Şərqi-Avropa düzənliyi, Volqaboyu ,Don və Kuban çayları hövzələri, Ural, Qərbi Sibir düzənliyi, Altay, Sayan, Orta Sibir yastı dağları, Verxoyansk sıra dağları, Baykal gölü ətrafı, Kamçatka yarımadası, Amur çayının aşağı axarı və Sixote-Alin sıra dağları. Şərqi-Avropa düzənliyini çıxmaqla əsasən şəhərlərdə və böyük qəsəbələrdə yaşayırlar. Bundan başqa çox sayda rus Ukrayna (9 mln.), Qazaxıstan (3,5 mln.), Özbəkistan (500 min.), ABŞ (3,5mln.), Kanada (500 min.), Belarus (800 min.), Azərbaycan (180 min.) və bir sıra başqa ölkələrin əsasən şəhərlərdə yaşayırlar. Dindarları əsasən pravoslav xristianlardır. Etnoqenezlərində birinci növbədə hindavropalı slavyanlar, eləcə də altaylı fin-uqor və türk-tatarlar iştirak ediblər.
Rud
Rud — qədim simli çalğı alətidir. Ud tipli alətlər qrupuna daxildir. Əsasən saray mədəniyyətinə məxsus olan musiqi alətləridir, yaranması XVI əsrə qədər gəlib çatıb. Orta əsr Azərbaycan klassiklərinin əsərlərində təsvir edilmişdir. "Rud" farsca "bağırsaq" anlamına gəlir. Nizami Gəncəvi Əflatunun (Platon) ərğanunu ruda istinadən icad etdiyi haqqda bilgi verir. Deməli, Əflatunnun yaşadığı dövrdə, e. ə. V əsrdə rud aləti mövcud idi. Rud Nizami Gəncəvinin "İsgəndərnamə" əsərində belə vəsf olunmuşdur: Müğənni, çal rudu, gəl dadıma çat,Məni bu amansız yuxudan oyat.
Rüi
Rüi və ya Rüi-Monso (fr. Ruy-Montceau) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Burquen-Jalyö kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dü-Pen. 4 avqust 2015-ci ildə kommunanın adı Ryuydan Ryuy-Monsoya dəyişilmişdir. INSEE kodu — 38348. Kommunanın 1999-cu il üçün əhalisi 1810 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 244 ilə 505 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 45 km cənub-şərqdə, Qrenobldan 55 km şimal-qərbdə yerləşir.
Rus dili
Rus dili (rus. русский язык) — Hind-Avropa dillərinin Baltik-slavyan dilləri qrupuna aid şərqi slavyan dili. Dünyanın ən çoxyayılmış dillərindən biri — ümumi danışanların sayına görə beşinci, doğma dil kimi qəbul edənlər kimi sayca səkkizincidir. Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstanın rəsmi dili, Belarusun ikinci dövlət dili. Ən çox vətəni olan Rusiyada danışılır. SSRİ-nin rəsmi dili olduğundan bu birliyə daxil olan ölkələrdə hələ də çox işləkdir. Keçmiş SSRİ ölkələrinin bəzilərində rus dili rəsmi deyilsə də, hamısında rus dilli məktəblər var, yaxud rus dili tədris olunur. Rus dilində vurğunun yeri sabit deyildir. Rus əlifbasında 33 hərf 42 səs var. Kiril əlifbasından istifadə olunur.
Azərbaycanda rus dili
Azərbaycanda rus dili — 150.000-dən çox insanın, əsasən etnik rusların, eləcə də ruslaşmış azərilərin, ukraynalıların, yəhudilərin və digər azlıqların birinci dilidir. 1994-cü ilə əsasən, azərbaycanlıların 38%-i ikinci dil kimi rus dilində sərbəst danışırdı. == Tarixi == 1813-cü ildə Gülüstan və 1828-ci ildə Türkmənçay müqavilələrinə əsasən Qacar İranı Qafqaz ərazilərini Rusiya imperiyasına verməyə məcbur edildikdən sonra rus dili Cənubi Qafqaza XIX əsrin birinci yarısında geniş yayılmağa başlamışdır. 1830-cu ilə qədər Şuşa, Bakı, Yelizavetpol və Şamaxı şəhərlərində tədris rus dilində olan məktəblər var idi; sonralar Quba, Ordubad və Zaqatalada belə məktəblər yaradıldı. 1887-ci ildə Həbib bəy Mahmudbəyov və Sultan Məcid Qənizadə Bakıda ilk rus-azəri məktəbini qurana qədər rus dilində təhsil etnik azərbaycanlılar arasında populyar deyildi. Tədris həm rus, həm də azərbaycan dillərində olan dünyəvi məktəb, onun proqramları müsəlman əhalinin mədəni dəyərlərinə və adət-ənənələrinə uyğun qurulmuşdu. Nəhayət, Cənubi Qafqazın "sovetləşdirilməsi"ndən əvvəl həm oğlanlar, həm də qızlar üçün 240 belə məktəb, o cümlədən 1901-ci ildə qızlar məktəbi yaradılmışdı İlk rus-azəri kitabxanası 1894-cü ildə açılmışdı . 1918-ci ildə Azərbaycanın müstəqilliyinin qısa bir dövründə hökumət Azərbaycan dilini rəsmi dil elan etdi, lakin bütün dövlət qulluqçuları dövlət dilini mənimsəyənə qədər dövlət sənədlərində rus dilindən istifadəyə icazə verildi. Sovet dövründə Bakının rus əhalisinin çoxluğu, rus dilində təhsilin keyfiyyəti və perspektivi, rus ədəbiyyatına çıxış imkanlarının artması və digər amillər Bakı əhalisinin intensiv şəkildə ruslaşmasına səbəb olmuşdur. XX əsrin ortalarında onun bilavasitə nəticəsi rus, azərbaycanlı, erməni, yəhudi və digər mənşəli insanları birləşdirən və xüsusi xüsusiyyətləri kosmopolit və rusdilli olan xalqlar üzərində etnik şəhər Bakı subkulturasının formalaşması oldu.
Qədim rus dili
Qədim rus dili, qədim şərq slavyanları dili və ümumi qədim şərq slavyancası — şərq slavyanlarının bilinən ən qədim dili. Dilin rus dili adlandırılmasının səbəbi, VII-XV əsrlərdə bütün şərq slavyanlarının "rus" adlandırılması idi. XV əsrdə müasir Şərq slavyan dillərinə (rusca, belarusca və ukraynca) ayrıldı. Rusların dili.
Qərbi rus dili
Ruthen və ya Rusen və yaxud Qərbi Rus yazı dili Ukrayna, Belarus və Rus dillərinin atası sayılan ölü statusu daşıyan tarixi slavyan dilidir. Slavyan dillərinin şərq qoluna daxil olan dildir və bu qrupdakı müasir dillərin əcdadı hesab olunur. Bu dil 10-15-ci əsrlər arasında mövcud olmuş Litva Böyük Hersoqluğunun da rəsmi dili idi. Rusen dili orta əsrlərdən müasir dövrə zaman keçdikcə yerini rus, ukrayna və belarus dillərinə buraxaraq bu üç şərqi slav dillərinin formalaşdırdı.
Yaponiyada rus dili
Yaponiyada rus dili (rus. русский язык в Японии) populyar xarici dillərdən biridir. Yaponların rus dili ilə tanışlığı ilk dəfə XVIII əsrdə baş versə də, Meyci dövrünə qədər rus dili tədrisi olmamışdır. Meyci dövründə Yaponiyalı Nikolay və Futabatey Şimey kimi şəxslər rus dilinin təbliğində vacib rol oynamışdırlar. Müasir dövrdə Yaponiyada bir çox universitet və kollecdə yapon tələbələr üçün rus dili dərsləri təşkil olunur və 1971-ci ildən etibarən rus dili üzrə natiqlik müsabiqəsi keçirilir. Hokkaydo prefekturasının Hakodate və Nemuro şəhərlərində xeyli rus yaşadığı üçün həmin şəhərlərdə rus dilində yol nişanları və lövhələr quraşdırılmışdır. Ruslarla yaponlar arasında ilk əlaqələrin tarixi XVII əsrin ikinci yarısına qədər uzanır. Rusiya imperiyasının sərhədləri Uzaq Şərq sahillərinə qədər çatsa da, qapalı ölkə siyasət yürüdən Yaponiya ilə diplomatik münasibətlər qurmaq mümkün olmamışdır. Yaponiya torpaqlarında rus dilinin ilk dəfə 1770-ci illərin əvvəlində istifadə olunduğu güman olunur. Belə ki, XVIII əsrdə qəzaya uğramış bir çox yapon dənizçi ruslar tərəfindən xilas olunaraq Rusiyaya aparılmışdır.