Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əliqulu
Alıqulu — Azərbaycan Respublikasının Laçın rayonu Pircahan kənd inzibati ərazi dairəsində kənd. Laçın rayonunun Pircahan inzibati ərazi vahidində olan bu kənd Şəlvə çayının (Həkəri çayının qolu) sahilində, Mıxtökən silsiləsinin yamacındadır. Keçmiş adı Əliqulukənd olmuşdur. Əliqulular nəslinin adı ilə bağlıdır. Etnotoponimdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Kənddə orta məktəb, mədəniyyət evi, kitabxana, qarışıq mallar mağazası, feldşer-mama məntəqəsi fəaliyyət göstərirdi. Bundan əlavə Alıqulu kəndinin ətrafında "Yalkənd" adlanan dağın üstündə kiçik həcmli televizor ötürücü stansiyası fəaliyyət göstərirdi. Kəndin idarə və müəsisələri, 50-ə yaxın fərdi yaşayış evi telefonlaşdırılmışdır.
Əlqul
Əlqul — Persey bürcünün β ulduzudur. Əlqul ulduzu ilk və ən yaxşı bilinən tutulan qoşa ulduzdur. β Persey üç ulduzlu sistemdir, Aa1, Aa2 və Ab ibarət olan böyük və əsas parlaq β Persey Aa1 ulduzu nizamlı olaraq zəif parlaqlı β Persey Aa2 ulduzu tərəfindən tutulur. Onun parlaqlığı periodik olaraq artıb azalır. Beləliklə, Əlqul ulduzunun ulduz ölçüsü adətən 2,1 ətrafında sabit qalır, ancaq təxminən 10 saat davam edən qismən tutulmalar zamanı hər 2,86 gündə (2 gun, 20 saat 49 dəqiqə) 3,4 qiymətinə enir. Əlqul ulduzu tutulan dəyişən ulduz sinfinə aid edilir və Əlqul dəyişənləri kimi tanınır. Əlqulun dəyişkənliyi İtalyan astronomu Geminiano Montanari tərəfindən 1667 ci ildə qeyd edildi, ancaq parlaqlıqdakı dəyişmələrin periodik təbiəti, bir əsrdən sonra, İngilis amatör astronom John Goodricke tərəfindən ulduzun dəyişənliyi qeydə alındı. 1783-cü ilin may ayında o, tapıntılarını Kral Cəmiyyətinə təqdim etdi və dövrü dəyişkənliyə ulduzun qarşısında keçən bir qaranlıq cisimin (və ya ulduzun dövrü olaraq Yer üzünə doğru döndüyü daha qaranlıq bir bölgəyə sahib olması) səbəb olduğu fikri irəli sürürdü. Bu məlumata görə Copley Medalına layiq görüldü. Yerin baxış nöqtəsindən Əlqul Aa1 və Əlqul Aa2 tutulan qoşa formasında görünür, çünki onların orbital müstəvisi Yerin baxış şüası istiqamətində yönəlir.
Tiliqul limanı
Tiliqul limanı (ukr. Тилігульський лиман) — Ukraynanın Odessa və Nikolayev vilayətləri ərazisində, Qara dənizin sahilində yerləşən estuari. Limanın uzunluğu 80 km, eni 0,2–3,5 km, maksimal dərinliyi 19 m təşkil edir. Limanın sahəsi 170 km²-dir. Dənizdən eni 4 km, uzunluğu 7 km təşkil edən bərzəxlə ayrılır. 27 dekabr 2017-ci ildən liman dənizlə kiçik dayazlıqla birləşir. Limana Tilikul çayı tökülür. Limanın sağ və solunda iki təbiət lanşaft parkı yerləşir. Tiliqul limanı Ramsar Konvensiyasının su-bataqlıq zonasına daxil ərazi olaraq qorunur. Limanın adı türk sözü olub «Dəli göl» mənasını verir.
Əliqulu Ağalarov
Ağalarov Əliqulu Behbud bəy oğlu (23 mart 1923, Ordubad, Naxçıvan MSSR – 23 iyun 1982, Bakı) — Azərbaycan alimi, neyrocərrahı, Azərbaycan SSR əməkdar elm xadimi (1971), tibb elmləri doktoru (1967), professor (1970). Əliqulu Ağalarov 1923-cü il mart ayının 23-də Ordubad şəhərində doğulmuşdur. Orta təhsilini Ordubad şəhərində almışdır. N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra Bakı ŞHK-ndan orduya çağırılmışdır (1941). İkinci dünya müharibəsinin son günlərinədək hərbi təx. xəstəxanasında cərrahlıq etmiş, gənc tibb mütəxəssisi kimi təcrübə dərsi keçmiş, sənətini daha da kamilləşdirmişdir. Neçə-neçə döyüşçünü ölümün pəncəsindən alıb yenidən döyüşən orduya göndərmiş, faşizm üzərində qabaqcıl bəşəriyyətin tarixi Qələbəsini öz xeyirxah nəcib işi ilə yaxınlaşdırmağa çalışmışdır. Ağalarov bu Qələbəni Avstriyanın paytaxtı Vyana şəhərində cərrahiyyə vzvodunun komandiri kimi tibb xidməti podpolkovniki (1945) rütbəsində qarşılaşmışdır. Ordudan tərxis olunduqdan sonra keçmiş Azərbaycan SSR EA Eksperimental Tibb İnstitutunun kiçik elmi əməkdaşı N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunun təxliyə cərrahiyyəsi kafedrasının assistenti olmuşdur. Ağalarov 1954-cü ildə qastroenterologiya sahəsində tibb elmləri namizədi alimlik dərəcəsini almışdır.
Əliqulu Cabbardar
Əliqulu Fərəcov
Əliqulu Səttar oğlu Fərəcov (15 mart 1898, Ordubad, Naxçıvan qəzası – 20 yanvar 1981, Bakı) — iqtisadçı, iqtisad elmləri namizədi, professor (1939), Azərbaycan SSR əməkdar iqtisadçısı (1967). Fərəcov Əliqulu Səttar oğlu, 15 mart 1898-ci il tarixində Ordubadda anadan olmuşdur. O, 1915-ci ildə Tiflis ticarət kurslarını, 1927-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. Fərəcov, Azərbaycanda uçotun qurulmasında mühüm rol oynamış və bir növ banisi kimi tanınmışdır. O, bir çox sahibkar şirkət və firmalarda mühasib kimi işləmiş və 1917–1920-ci illərdə hesabdar-mühasiblər kursları (o vaxtlar Əliqulu Fərəcov kursu adlanırdı) açaraq onu o dövrün tələblərinə uyğun təşkil etmək üçün rus alim-mütəxəssislərini Azərbaycana dəvət edərək, onların təcrübəsindən istifadə etmişdir. Mühasibat uçotu ixtisası üzrə mütəxəssisləri daha təkmil formada hazırlamaq üçün Əliqulu Fərəcov kadr hazırlığının daha müasir orta ixtisas və ali təhsil sistemini seçməyə üstünlük vermiş, demək olar ki, ona nail olaraq bu kadrları hazırlayan "Statistika", "Kommersiya" texnikumlarının, Azərbaycan Dövlət Sənaye İnstitutunun nəzdində iqtisad fakültəsinin və sonradan bu fakültənin bazasında Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun açılmasında və fəaliyyət göstərməsində iştirak etmişdir. Uzun müddət respublikanın ali məktəblərində dərs demişdir. Elmi-pedaqoji fəaliyyətilə yanaşı, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) prorektoru (1943–1944), Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki ADİU) rektoru (1944–1950), bir sıra kafedraların, o cümlədən ADU-nun mühasibat uçotu və təsərrüfat fəaliyyətinin analizi kafedrasının (1959–1960) müdiri, ADU-nun (1962–1966) və AXTİ-nin məsləhətçi professoru (1966-cı ildən) olmuş, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat bölməsində (indiki İqtisadiyyat İnstitutu) baş elmi işçi, şöbə müdiri (1951–1958) işləmişdir. Fərəcov, Azərbaycanda iqtisadi təhsilin təşkilatçılarından idi. O, Azərbaycan dilində mühasibat uçotunun nəzəri və əməli məsələlərinə dair dərsliklər yazmış, konkret iqtisadiyyata dair elmi terminlər işləyib hazırlamış, mühasibat uçotunun nəzəri, texniki və tarixi məsələlərinə, k.t.
Əliqulu Həsənoğlu
Əliqulu Həsənoğlu (d. 1944 – ö. 3 yanvar 2016) — Yunan-Roma güləşi üzrə SSRİ-nin və Azərbaycanın əməkdar məşqçisi. Əliqulu Həsənoğlu 3 yanvar 2016-cı ildə vəfat etmişdir. Azərbaycan idmançısı, olimpiya çempionu Fərid Mansurovun məşqçisi olmuşdur. Yeniyetmələri arasında Arif Niftullauev, Avdışev kimi tanınmış gənclər də var.
Əliqulu Nəcəfov
Əliqulu Qəmküsar (doğum adı: Əliqulu Məşədi Ələkbər oğlu Nəcəfov; 24 may 1880 – 4 mart 1919) — Azərbaycan şairi, publisisti. Yazıları ilə "Molla Nəsrəddin", "Yeni füyuzat", "Həyat", "İrşad", "Sədayi-həqq", "Al bayraq", "Gələcək" və s. qəzet və jurnallarda iştirak etmişdir. Əsərləri "Otaylı", "Cüvəllağı", "Cüvəllağı bəy", "Sarsaqqulu bəy", "Qəmküsar" və başqa imzalarla nəşr edilmişdir. Ziyalı maarifçi nəsil olan Nəcəfovların nümayəndəsidir. Əliqulu Nəcəfov Qəmküsar 1880-cı ildə Naxçıvanda doğulmuşdur. Atası Məşədi Ələkbər Hacı Nəcəf oğlu əvvəllər papaqçılıq, sonralar isə Culfa kömrükxanasında komissionçuluq etmişdir. Ana babası Məşədi Əsəd "Məddah" təxəllüsü ilə şeir yazmışdır. Əmisi "Fani" təxəllüslü Məhəmməd Hüseyn Nəcəfov Naxçıvanın qüvvətli şairlərindən sayılmışdır. Qəmküsar səkkiz yaşından molla məktəbində ərəbcə və farscanı öyrənmişdir.
Əliqulu Quliyev
Əliqulu Quliyev (Quliyev Əliqulu Umud oğlu; d. 15 iyul 1939, İmişli) — fizika riyaziyyat elmləri namizədi, riyazi analiz kafedrasının fəxri professor. 15 iyul 1939-cü ildə İmişli rayonunda anadan olmuşdur. 1947–1957-ci illərdə orta məktəbdə oxumuşdur. 1959–1964–cü illərdə Kirovabad Dövlət Pedaqoji İnstitutu, fizika-riyaziyyat müəllimliyində təhsil almışdır. 1965–1967-ci illərdə aspirant olmuşdur. 1967-ci ildən GDU-da çalışır. 1964-cü ildə KDPİ-nu bitirib. "Polinomial əmsallı adi diferensial (məxsusiyyəti olan) tənliklərin ümumiləşmiş funksiyalar fəzasında həlli" (namizədlik dissertasiyası), 1974-cü il. "Riyaziyyat tarixi", "Riyazi məntiq" fənlərini tədris edir.
Əliqulu Qəmküsar
Əliqulu Qəmküsar (doğum adı: Əliqulu Məşədi Ələkbər oğlu Nəcəfov; 24 may 1880 – 4 mart 1919) — Azərbaycan şairi, publisisti. Yazıları ilə "Molla Nəsrəddin", "Yeni füyuzat", "Həyat", "İrşad", "Sədayi-həqq", "Al bayraq", "Gələcək" və s. qəzet və jurnallarda iştirak etmişdir. Əsərləri "Otaylı", "Cüvəllağı", "Cüvəllağı bəy", "Sarsaqqulu bəy", "Qəmküsar" və başqa imzalarla nəşr edilmişdir. Ziyalı maarifçi nəsil olan Nəcəfovların nümayəndəsidir. Əliqulu Nəcəfov Qəmküsar 1880-cı ildə Naxçıvanda doğulmuşdur. Atası Məşədi Ələkbər Hacı Nəcəf oğlu əvvəllər papaqçılıq, sonralar isə Culfa kömrükxanasında komissionçuluq etmişdir. Ana babası Məşədi Əsəd "Məddah" təxəllüsü ilə şeir yazmışdır. Əmisi "Fani" təxəllüslü Məhəmməd Hüseyn Nəcəfov Naxçıvanın qüvvətli şairlərindən sayılmışdır. Qəmküsar səkkiz yaşından molla məktəbində ərəbcə və farscanı öyrənmişdir.
Əliqulu Səmədov
Əliqulu Qüdrət oğlu Səmədov (19 avqust 1953, Astara, Azərbaycan SSR) — azərbaycanlı aktyor və rejissor. Əliqulu Qüdrət oğlu Səmədov (Əliqulu Qüdrətoğlu) Astarada anadan olub. Bakı Rabitə Texnikumunda (1970-1975), Ümuittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb (Yevgeni Matveyevin kursu). 1979-cu ildə “Azərbaycanfilm” kinostudiyasının aktyor şöbəsinə qəbul olunub, hazırda fəaliyyətini kinostudiyada davam etdirir. Bir çox filmlərin ikinci rejissoru, dublyaj rejissoru, kastinq rejissoru kimi çalışıb və sinxron səs effektlərinin yazılışında iştirak edib. t2012-2021-ci illərdə Bakı Uşaq və Gənclər Teatrında çalışıb. Xarici film istehsalçılarının “Bizi gənclik yaşadır...” (1986, rejissor Yevgeni Şerstobitov) serialında Stepanov rolunda, “Müsahibə alan adam” (1986, rejissor Yuri Maruxin / Belarus) filmində, ““Alfa” layihəsi” (1990, rejissor Yevgeni Şerstobitov / Ukrayna) filmində şturman rolunda, “Qara qış” (1991 / İran) filmində, “Sıçrayış” (1991, rejissor Yevgeni Şerstobitov / Ukrayna) filmində kapitan rolunda, “Dronqo” (2002, rejissor Zinoviy Royzman / Rusiya) serialında, “Onlar da insandır” (Türkiyə) serialında, “57 saylı qatar” (Türkiyə) serialında çəkilib, “Divlər zindanı” (1993, rejissor Həsən Məmmədzadə / İran) filminin ikinci rejissoru olub. Azərbaycan Kinematorafçılar İttifaqının üzvüdür (1991). Əməkdar artistdir (2011). 1.
Əliqulu Uşağı
Əliquluuşağı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Əliquluuşağı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Qubadlı rayonunun Əliquluuşağı kəndi Məlikəhmədli kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Əliquluuşağı kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Keçmiş adı Qarabaşlı olmuşdur. Kənd əvvəllər bir qədər aralıda yerləşirdi. Sonralar Qarabaşlı kəndindən Aliquluuşağı nəslinə mənsub ailələr indiki ərazidə kəndin bünövrəsini qoymuşlar. Kənd həmin nəslin adını daşıyır. Kənd dağətəyi ərazidə yerləşir. "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 118 evdə 222 tatar (sonralar azərbaycanlı) yaşayırdı.
Əliqulu xan
Əliqulu xan — Kişi adı.
Əliqulu Cabbadar
Əliqulu Cabbadar (fa. علی قلی جبه‌دار; gür. ალი-ყული ჯაბადარი) və ya tam adı ilə Məhəmməd Əli İbn Abdul Bəy İbn Əliqulu Cabbadar - gürcü əsilli İran rəssamı. XVII-XVIII əsrlərdə yaşamışdır. Qərb tərzində rəsm əsərlərini ilk çəkənlərdən biridir. Xüsusən Səfəvi sarayının həyatı ilə bağlı çəkdiyi rəsmlərlə tanınır. O, rəsmdəkilərin fiziki quruluşu və geyim detallarını diqqətlə ifa etməsi ilə seçilməkdədir. Onun adına hal-hazırda dördü Rusiyada Ermitajda, dördü də ABŞ-nin Metropolitan İncəsənət Muzeyində saxlanılan rəsm əsərlərində rast gəlmək mümkündür. Rəsm əsərlərində o özündən Frank deyə bəhs etməkdədir. Çox gümanki, o, bununla özünün gürcü və ya xristian köklərini bildirmək istəməkdədir.
Alıqul Osmonov
Alıqul Osmonov ( 21 mart 1915, Aulie-Ata qəzası[d], Rusiya Türkistanı general-qubernatorluğu – 12 dekabr 1950, Bişkek) — Qırğız əsilli şair, dramaturq və tərcüməçi. Əsas uğurları daxili duyğu, gündəlik həyat və milliyyətçiliyə vurğu edərək dünyəvi mövzulara yönəlmiş şifahi xalq şeirinin qeydidir. Uilyam Şekspirin, Şandor Petöfinin və Aleksandr Puşkinin əsərlərini qırğız dilinə tərcümə edib. == Həyatı == 21 mart 1915-ci ildə Qırğızıstanın Panfilov kəndində dünyaya gəlmişdir. Kiçik yaşındaykən yetim qalmış və uşaqlığını Bişkek uşaq evində keçirtmişdir. İlk təhsilini 1929-cu ildə Bikşeş Pedaqoji məktəbində almışdır. Ancaq keçirtdiyi xəstəliyə görə təhsilini yarımçıq saxlamışdır. Buna baxmayaraq, jurnalistik karyerasına başlayaraq Sovet dövründə erkən qırğızdilli bir neçə qəzetdə, o cümlədən "Çabul" ("Hücum"), "Leninçil Yaş" ("Lenin Gəncliyi") və "Qızıl Qırğızıstan" da çalışdı. "Qırğızıstan Qırğızıstan", "Qırğızıstan Tusu" adı altında bu günə qədər də mövcuddur. 1939-1940-cı illərdə Qırğızıstan Milli Yazıçılar Birliyində baş katib vəzifəsində çalışmışdır ("Bu gün də mövcuddur.
Molla Əliqulu Vaqif
Molla Əliqulu Vaqif (?-?)—XVI əsr Azərbaycan şairi. Molla Əliqulu Vaqif Xalxalda doğulmuşdur. Molla Nəsrulla Vaqifin bacısı oğludur. Doğma yurdunda mədrəsə təhsili aldıqdan sonra Təbrizə yollanmışdı. Orada müxtəlif alimlərin yanında təhsilini artırmışdı. Molla Əliqulu Vaqifin divanı qalıb.
Əliqulu Nəcəfov-Qəmküsar
Əliqulu Qəmküsar (doğum adı: Əliqulu Məşədi Ələkbər oğlu Nəcəfov; 24 may 1880 – 4 mart 1919) — Azərbaycan şairi, publisisti. Yazıları ilə "Molla Nəsrəddin", "Yeni füyuzat", "Həyat", "İrşad", "Sədayi-həqq", "Al bayraq", "Gələcək" və s. qəzet və jurnallarda iştirak etmişdir. Əsərləri "Otaylı", "Cüvəllağı", "Cüvəllağı bəy", "Sarsaqqulu bəy", "Qəmküsar" və başqa imzalarla nəşr edilmişdir. Ziyalı maarifçi nəsil olan Nəcəfovların nümayəndəsidir. Əliqulu Nəcəfov Qəmküsar 1880-cı ildə Naxçıvanda doğulmuşdur. Atası Məşədi Ələkbər Hacı Nəcəf oğlu əvvəllər papaqçılıq, sonralar isə Culfa kömrükxanasında komissionçuluq etmişdir. Ana babası Məşədi Əsəd "Məddah" təxəllüsü ilə şeir yazmışdır. Əmisi "Fani" təxəllüslü Məhəmməd Hüseyn Nəcəfov Naxçıvanın qüvvətli şairlərindən sayılmışdır. Qəmküsar səkkiz yaşından molla məktəbində ərəbcə və farscanı öyrənmişdir.
Əliqulu xan (gürcü)
Əliqulu xan (vəfatı 1667) — Səfəvi məmuru, qulam və ardıcıl üç Səfəvi şahı olan I Şah Səfi (1629-1642), II Şah Abbas (1642-1666) və Şah Süleyman Səfəvinin (1666-1694) dövründə xidmət etmiş gürcü mənşəli yüksək dərəcəli hərbi komandir. Saakadze nəslinin nümayəndəsi olan Bican bəy Saakadzenin oğlu, Rüstəm xan (vəfatı 1644) və İsa xanın (vəfatı 1654) qardaşı idi. Əlli il sürən "əlamətdar karyerası" ilə tanınan Əliqulu bəy gələcəkdə xan, kansler / baş ədliyyə (divanbəyi), baş komandan (sepahsalar) və Təbriz bəylərbəyliyinin bəylərbəyi kimi yüksək vəzifələri tutdu. 1654-cü ildə Əliqulu xan o zamankı şah II Abbasın lehinə dəstək oldu. Babası I Şah Abbasdan (1588-1629) sonra ən bacarıqlı Səfəvi hökmdarı olduğu bilinən II Abbas Səfinin hakimiyyətindən sonra ortaya çıxan bir çox məsələdə, o cümlədən hərbi idarədə təsiri oldu. Əsgərlərin şikayətlərindən sonra Əliqulu xanın davranışı II Abbas tərəfindən araşdırıldı,nəticədə o, vəzifəsindən uzaqlaşdırıldı. Sonralar II Abbasın oğlu və varisi Süleyman I hakimiyyəti dövründə Əliqulu xanın fəaliyyəti bərpa edildi, Süleyman isə onu sepahsalar olaraq təyin etdi. Floor, Willem. Safavid Government Institutions. Costa Mesa, California: Mazda Publishers.
Əliqulu xan Kəngərli
Əliqulu xan Kəngərli (v. 1773) — Naxçıvan xanı. 1770-ci ildə Kərim xan Zəndin köməyilə Naxçıvanda hakimiyyətə gəlmiş Əliqulu xan da öz növbəsində üç ildən sonra Vəliqulu xan Kəngərli tərəfindən devrildi. O, Heydərqulu xanın qardaşı idi.
Əliqulu xan Püsyan
Əliqulu xan Püsyan (1890-1916) azadlıq mücahidi, İran ordusunun mayoru. Əliqulu xan Həmzə xan oğlu 1890-cı ildə Təbriz şəhərində dünyaya gəlmişdi. Əslən Qarabağın Püsyan (indiki Qubadlı rayonundan) mahalındandır. O, təhsilini Təbriz şəhərində almışdı. 1913-cü ildə Tehranda jandarm zabitlik məktəbini bitirdikdən sonra, kapitan dərəcəsilə jandarm qüvvələri sırasına qəbul olmuşdu. 1914-cü ilin ortalarında Fars əyalətinə göndərilmiş Əliqulu xan əvvəlcə Borazcan, Kazerun jandarm, qüvvələrinin komandiri vəzifəsində çalışmış, sonra 1915-ci ilin əvvələrində Şiraza çağırılmış, isveçli zabitlər Şirazdan getdikdən sonra Əliqulu xan mayor dərəcəsilə Şirazdan, sonra da bütün Fars əyalətinin jandarm qüvvələrinin komandiri vəzifəsinə qədər yüksəlmişdi. Mayor Əliqulu xan 1915-ci ilin əvvəlindən İngiltərə təcavüzkarlarına nifrət bəsləmiş və ölkənin istiqlalını qorumaq üçün daim çarə yolları axtarmışdı. Mayor Əliqulu xan Borazcandan Şiraza getdikdən sonra İDP-nin fəal bir üzvü kimi ilk partiya təşkilatlarının güclənməsində var qüvvəsilə çalışmışdı. Mayor Əliqulu xan ölkənin xarici dövlətlər tərəfindən işğal edilməsini, onun müstəmləkəyə çevrilməsinin qarşısını almıq məqsədilə Fars əyalətində mütərəqqi və mübariz qüvvələri birləşdirməkdə, xüsüsilə jandarm zabitlərini, onun sıravi nəfərlərini vətəni müdafiə uğrunda mübarizə sıralarına sövq etdirməkdə fəaliyyət göstərmişdir. 1915-ci il noyabrın 10-da Şirazda başlanmış silahi üsyana, 1916-cı ilin aprelin 10-adək Şirazda yaranmış xalq hakimiyyətinin rəhbər orqanı olan vahid komitəyə mayor Əliqulu xan başçılıq etmişdir.
Əliqulu xan Qacar
Əliqulu xan Qacar — 1796-cı ildə noyabrın 6-da Ağa Məhəmməd xan Qacar İrəvan və Naxçıvan xanlarını hüzuruna çağıraraq Tehranda həbs etdirdi. Ağa Məhəmməd şahın əmrinə əsasən onun qardaşı Əliqulu xan Qacar İrəvanda hakim təyin edildi. Lakin Ağa Məhəmməd şahın 1797-ci ildəki qətlindən sonra İrəvan əhalisi vergilərin çoxluğu səbəbindən Əliqulu xana üsyan edərək onu qovdular. Qacarlar dövlətinə sədaqətini saxlaması şərtilə, Məhəmməd xanı həbsdən azad edib İrəvana göndərdi. Səməd Sərdariniya. "İrəvan müsəlman sakinli vilayət olmuşdur". Bakı, "Zərdabi" nəşriyyatı, 2014, 202səh. ISBN 978-9952-8010-1-9 Fuad Əliyev, Urfan Həsənov. "İrəvan xanlığı". Bakı, "Şərq- Qərb", 2007,144 səh.
Əliqulu xan Ustaclı
Əliqulu xan Fəthoğlu-Ustaclı (?-?) — Ustaclı elinin Fəthoğlu oymağından qızılbaş sərkərdəsi, Cənubi Azərbaycanın, Təbriz bəylərbəyliyinin bəylərbəyi. 1885-ci ilin yazında şahzadənin həmpiyaləsi Əliqulu bəy Fəthoğlu Əmir xanın dövlət üçün təhlükəli olduğu fikrini irəli sürdü. Şamlı əmirləri də onu dəstəklədilər. Şahzadə Əmir xanın tutulub, Qaradağa, Qəhqəhə qalasına salınmasına əmr verdi. Əliqulu bəy xan ünvanı ilə Azərbaycan bəylərbəyi təyin edildi. Ustaclı və Şamlı elinin nümayəndələri şahzadənin köməyi ilə Türkman, Təkəli ellərinin əmirlərini vəzifədən uzaqlaşdıraraq, özləri yiyələndilər. Əmir xan Türkman zindanda öldürüldü. Şahzadə Həmzə mirzə həmpiyaləsi Əliqulu xanı özündən aralamadığından bəylərbəyilikdən çıxarıb, saraya gətirdi. Hüseynqulu sultan Fəthoğlunu Güney Azərbaycana bəylərbəyi təyin etdi. Təbriz şəhərinin müdafiəsini möhkəmləndirmək işini Pir Qeyb xan Ustaclıya tapşırdı.
Əliqulu xan Şahsevən
Əliqulu xan Şahsevən (əvvəl Əliqulu bəy Şahsevən) — Şahsevən elinin, Muğan mahalının başçısı. Tarixdə ziddiyətli, lakin sərt, bacarıqlı bir şəxsiyyət kimi tanınmış Əliqulu xan Şahsevən elinin "Sarıxanbəyli oymağı"ndandır. 1727-ci ildə ruslar Astaranı, bir qədər sonra Lənkəranı da ilhaq etdilər. 1724-cü il müqaviləsinə görə, Azərbaycanın Kür çayından cənubda rus işğal zonasına daxil olmuş Xəzəryanı əyalətlərin hakimlərinin əksəriyyəti rus ordusunun üstün qüvvələrinə müqavimətin qeyri-mümkünlüyünü başa düşürdülər. Bu səbəbdən, öz hakimiyyətlərini saxlamaq üçün Muğanın mahal, nahiyə və el başçıları Dolqorukinin yanına gəldilər və rus təbəəliyini qəbul etməyə razı olduqlarını elan etdilər. Muğanlı Ramazan sultan, onun naibi Əliqulu bəy, Salyanlı Naib Əli bəy, eyni zamanda ətraf oba və kəndlərin kədxudaları, yüzbaşıları və digər nümayəndələri Rusiya dövlətinə sədaqət andı içdilər. General-feldmarşal V. Dolqoruki Ucarud mahalına Şahsevən Məhəmmədcəfər sultanı, Məzariq nahiyəsinə Ramazan sultanı başçı təyin etmişdi. Ramazan sultanın Əliqulu bəy adlı naibi vardı. Ramazan sultan osmanlılara meyl edəndən sonra ruslar Əliqulu bəyi xan ünvanı ilə Muğana və Şahsevən elinə başçı təyin etdilər. Əliqulu bəy ruslara məruzə etmişdi ki, Ramazan sultan draqunlara vəd etdiyi 200 atı vermək istəmir.
Əliqulu xan Şamlı
Əliqulu xan Şamlı (?-1581) — Sultan Hüseyn bəyin oğlu, Durmuş xanın nəvəsi, II Şah İsmayıl Səfəvinin zamanında Heratın hakimi, Abbas mirzənin (I Şah Abbas Səfəvinin) lələsi, I Şah Təhmasib Səfəvinin kürəkəni. II Şah İsmayıl Səfəvi tərəfindən paytaxtda ustaclı tayfasının məruz qaldığı cəza tədbirləri genişləndi. Bu xəbər əyalətlərdə ustaclı nümayəndələrinin devrilməsi üçün sanki bir işarə idi. Belə ki, mühüm vəzifələrin bu tayfa əyanlarının əlində olduğu Xorasanda (Heratda) Avşar eliin digər tayfalarla birlikdə qiyamı baş verdi. Bunun nəticəsində Xorasan hakimi Şahqulu sultan Yegan öldürüldü. Tayfa darmadağın edildi və pərakəndə salındı. Şah, xan rütbəsi verməklə Əliqulu xan Şamlını Heratın hakimi və Xorasanın əmir əl-ümərası təyin etdi. II Şah İsmayıl şamlı tayfasının əmiri Əliqulu xanı Heratı hakimi təyin etmişdi. Şah Məhəmməd Xudabəndə onu bu vəzifədə təsdiq edərək öz oğlu Abbas mirzənin (gələcək I Şah Abbasın) lələsi etmişdi. Abbas mirzə Xorasanın nominal canişini sayılırdı, lakin bütün işləri Əliqulu xan Şamlı idarə edirdi.
Hacı Mirzə Əliqulu Yusifzadə
Hacı Mirzə Əliqulu Yusifzadə - (1808-?), xəttat, həkim, şair, alim. == Həyatı == Əliqulu Kərbəlayı Yusif oğlu 1808-ci ildə Şuşa şəhərində dоğulmuşdu. Ilk təhsilini atasından almışdı. Təzkirəçi Məhəmməd ağa Müctəhidzadə "Riyazül-aşiqin" adlı əsərində yazır: "Bu alimü amilü fəqihi-kamil təvəllüd еdibdir Şuşada və əvayili-sinnində tərbiyə tapıb əbəvisi Mirzə Yusif məhrumun və şəhərinin sair ülamalarının hüzurunda, sоnra ikilli təhsil üçün ətəbati-aliyyata müşərrəf оlub. Sеyidi Cəlil və aləmi-Nəbil cənab Hacı Sеyid Kazım Rəşti əl-allah məqamının hüzuri-pürnurlarında təhsilini tamama yеtirəndən sоnra vətəni-əslisi оlan Şuşa şəhərinə müraciət buyurub, əhkami-dini-nübin sеyid əl-Mürsəlin səməlla əlеyhə və məhunun pişrəftandə və çəhərdəh məsumun fəzayil və məqaqibini kəşf еtməkdə хadimi-şəriəti-qurra оlub fəzayili-ali Məhəmməd əlеyüsəlamda nеçə cild kitablar ərəb və fars dilində təsnif buyurub". Mirzə Əliqulu böyük alim və şair idi. Şərq dillərinin əksəriyyətini bilirdi və bu dillərdə sərbəst yazılar ərsəyə gətirirdi. Qasım bəy Zakir Şuşa qazısı Mirzə Əbdülqasım bəy Kəbirliyə bir nеçə həcv yazıb. Özünü böyük alim Hacı Mirzə Əliquludan yüksək tutan qazını qamçılayırdı. Kimdi yanında оnun Əliqulu Əbdürrəhim, Kühi-Əlbürsü yıхar çün tохunan dəm qazı… Hacı Mirzə Əliqulu Yusifzadənin şеirləri ərəb dilində оlduğundan yazımızda vеrməyi gərəkli bilmədik.