Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əhkam
Əhkam — Məsuliyyət yaşı olaraq təyin olunan həddi-büluğa çatmış hər bir ağıllı müsəlmanın edə biləcəyi hərəkətlərlə bağlı dini etiket və ya təsnifatı ifadə edən termindir. Etiketlər 8-ə bölünür. Bu 8 sinifdən ilk 5-in edilməsi; son 3 hərəkət edilməməsi lazım olan hərəkətlərdir. Bu mövzuda işlədilən digər ifadələr arasında “əmr” ciddi şəkildə icra edilməsi əmr edilənlər üçün, “qadağan” isə qəti şəkildə edilməməsi tələb olunan hərəkətlər üçün işlədilir. Fiqhdə insan davranışı müxtəlif kateqoriyalara bölünür. Fərz (mütləq zərurəti ifadə edən əməl və ibadət), Vacib (zəruri, daha aşağı dərəcədə mükəlləfiyyət), sünnə, müstəhəb (bəyənilən əməllər), halal, məkruh (çirkin hesab edilən; çox çirkin, təhrimi məkruh, az çirkin, tənzihi məkruh) haram (qəti qadağandır). Bu hərəkətlərin klassik şəriət anlayışında maddi və ya mənəvi ekvivalentləri var. Fərz, vacib və sünnə sayılan əməlləri tərk etmək, məkruh və haram sayılan işləri yerinə yetirməyə görə cəzalar verilir (had və ya tazir cəzaları). Bu gün insanların bu təsnifat əsasında etiketlənməsi və cəzalandırılması fundamental insan hüquqlarının ciddi şəkildə pozulmasını kimi nəzərdə tutur. Fərz - Allahın Quranda açıq və aydın şəkildə ifadə etdiyi sözlərdir.
Əkka
Əkka (ivr. ‏עכו‏‎, ərəb. عكا‎), Akra, Sen-Jen d’Akr (Avropa dillərində: Acre, St. Jean d’Acre) — İsrailin qərb sahilində olan önəmli bir şəhər. == Tarixi == Bugün İsrail dövləti sərhəd-sınırları içində yer alan Əkka şəhəri, Hayfa körfəzinin (qədimdən Əkka körfəzi) şimalında ehtimalən miladdan öncə III minil içində qurulmuşdur. Cənubunda olan Hayfaya 15 km. uzaqlıqdadır. Əhd-i Ətiqdə Akko adıyla keçən şəhərə Qədim Misirlilər kr, yunanlar Ptolemais, Fransızlar Acre adını vermişdilər. Əkka Xəlifə Ömər zamanında 636-cı ildə Şürahbil ibn Həsənə tərəfindən fəth edildi. Daha sonra Bizanslılarla aparılan savaşlar sırasında xaraba qoyuldusa da Xəlifə Müaviyə zamanında yenidən inşa edildi.
Okkam ülgücü
Okkam ülgücü (ing. Occam's razor) — hipotezlər arasında seçimə əsaslanan metodoloji prinsip. Termin öz adını XIV əsr fransiskan monaxı, filosof Vilyam Okkamın (t. 1287–1347) adından alıb. Qısaca, bu prinsipə görə, ehtiyac olmadan müddəaları artırmaq lazım deyil. Başqa sözlə, əgər hər hansı fikri təsdiq etmək üçün sonda eyni nəticəni verən iki yol varsa və birinci halda sübut üçün A, B və C müddəaları, ikinci halda isə A, B, C və D müddəaları lazımdırsa, o halda Okkam ülgücü D müddəasından imtina etməyi tələb edir, çünki ona ehtiyac yoxdur. == Tarixi == Okkam ülgücü termini ilk dəfə 1852-ci ildə, Okkamın ölümündən yüzillər sonra, ser Vilyam Hamiltonun işlərində ortaya çıxıb.
Əkram Abdullayev
Əkram Abdullayev (21 fevral 1998, Qarakazımlı, Cəlilabad rayonu – 29 oktyabr 2020, Laçın) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Əkram Abdullayev 21 fevral 1998-ci ildə Cəlilabad rayonunun Qarakazımlı kəndində anadan olmuşdur. 2016-cı ildə şəhid Murad Muradov adına Qarakazımlı kənd tam orta məktəbi bitirmişdir. 2017–2019-cu illərdə N saylı hərbi hissədə xidmət etmişdir. 2019-cu ildə yenidən Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə MAHHXHQ əsgər kimi xidmət etməyə başlamışdır. === İkinci Qarabağ müharibəsi === Azərbaycan Ordusunun əsgəri olan Əkram Abdullayev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın, Füzulinin, Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 29 oktyabr 2020-ci ildə Laçın uğrunda gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əkram Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əkram Abdullayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Əl-Həkkam
Əl-Həkam (ər. الحكم) — Allahın adlarından biri.
Vilyam Okkam
Vilyam Okkam və ya Uilyam Okkam (ən tezi 1287 və ən geci 1288 – 9 aprel 1349, Münxen) — məntiq alimi, filosof və ilahiyyatçı. == Həyatı == Vilyam Okkam 1285-ci ildə (AD) Londonun cənubundakı Surreydə (İngiltərə) Okkam kəndində anadan olmuşdur. O, çox güman ki, Skotun rəqsinin tələbəsi idi. Okkam bir müddət Parisdə dərs deyirdi və kilsə ilə hökumət arasında davam edən mübarizədə millətçiliyin tərəfdarı oldu və nəticədə kilsə ondan narazı qaldı və Bavariya hökmdarına sığınmağa məcbur oldu. == Fəlsəfi görüşləri == Uilyam Okkam XIV əsrin ən məşhur filosof idi, əslində sxolastik fəlsəfə dövrü Okkamla bitir. O İngiltərədə doğulub, Oksford universitetində oxuyub və dərs demişdir, fransiskanlar ordeninə daxil olub, papalığa qarşı mübarizədə fəal iştirak etmişdir. 1324-cü ildə bidətçilikdə ittiham edilir və Avinyonda həbsə alınır, sonradan Münhenə qaçmış, orada 1349-cu ildə vəbadan ölmüşdür. O dövləti papanın nüfuzundan müdafiə etmişdir. Filosof olaraq o, belə hesab edirdi ki, teologiya (ilahiyyat) elm deyil, fəlsəfə və həqiqi elmlər dinin təsirindən azad olmalıdır. Bilik inamdan ayrılmalıdır.
Zeyd ibn Ərkam
Zeyd ibn Ərkam (ərəb. بِشْرِ بْن بَراء‎; Əl-Mədinə[d]) — Məhəmməd peyğəmbərin səhabəsi. Xəzrəc qəbiləsindən olmuşdur. Məhəmmədlə 17 müharibədə iştirak etmiş və hicri 66-cı ildə vəfat etmişdir. Abdullah ibn Üveyin islam düşmənləri ilə əlaqələrinin olması Zeyd ibn Ərkam tərəfindən onun yaşamasını istəyən Peyğəmbərə deyilir. İbn Übey belə şeylər dediyini inkar edərək and içir və buna görə də azad edilir. Lakin sonradan Zeyd bin Ərkamın şahidliyi Munafiqun surəsinin nazil olması ilə təsdiqlənir. O, Əbu Bəkrə beyət etdiyi bilinir. == Səqaleyn hədisi == Məhəmmədin "Sizə 2 şeyi geridə qoyuram və onlara əməl etsən əsla azmazsan! Biri Allahın kitabı, digəri isə mənim Əhli-beytimdir" sekaleyn hədisini Zeyd böyüyərkən Əməvi xilafətində təkrar edir.
Akkad
Akkad dövləti və ya Akkad padşahlığı — Cənubi Mesopotamiyanın(İkiçayarası) şimalında Sippar (indiki Abu Habba) yaxınlığında qədim şəhər. Akkad şəhəri İkiçayarasının zəngin şəhərlərindən, Akkad dövləti isə regionun qüdrətli dövlətlərindən idi. Babilin sami əhalisinin yaşadığı şəhərlərdən biri. == Tarixi haqqında == Akkad dövlətinin yaradıcısı I Şarri-kin (akkad:Şarrumkenu) olmuşdur. O, e.ə. 2316–2261 illərdə bu dövlətin çarı olmuşdur. Yunanlar ona Sarqon deyirdilər. O sami olmuşdur və Kiş şəhərinin çarı Ur-Zababanın bağbanı vəzifəsində çalışırdı. Ur-Zababa Umma şəhərinin çarı tərəfindən savaşda məğlub edildiyindən sonra, bilinməyən səbəblər nəticəsində (əfsanəyə görə tanrıca İştarın himayəçiliyinin nəticəsində Sarqon çarlığı ələ keçirmişdi. Çar olandan sonra o, Kişdən Akkad şəhərinə köçmüş və onu ölkəsinin baş şəhəri elan etmişdir.
Akşam
= Akşam = Akşam, gündəlik çap olunan Türk dilli qəzet. Murat Kelkitlioğlunun baş redaktorluğu ilə, Esmedya tərəfindən çap olunur. == Tarixi == Akşam, 1918-ci il sentyabrın 20-də Necmettin Sadak tərəfindən təsis edilmişdir. Qəzetin baş redaktoru Muammer Senihi, Enis Tahsin Til idi. İlk nömrə kiçik və tək idi. Milli mübarizəni dəstəkləyirdi.Uzun illər Necmettin Sadak (Sivas Millət vəkili, Xarici İşlər Naziri) baş redaktor olmuşdur. Falih Rıfkı Atay milli mübarizəyə qarşı çıxanları tənqid etdi. İkinci Dünya Müharibəsi zamanı Axşam qəzetinin redaktoru Necmettin sadak Nazı Almaniya ilə yaxınlığıyla tanınırdı. Almanlar Sadaka bir Mercedes hədiyyə etdi və Türkiyədəki Alman səfirliyi onun böyük qumar borclarını qarşıladı. 1965-ci ildə qədər CHP-nin tərəfini tutdu.
Kəlam
Kəlam (ərəbcə: الكلام) — Allah-təalanın zatından və sifətlərindən, başlanğıcı və sonu etibarilə yaradılanların vəziyyətlərindən bəhs edən bir elmdir. Məlum olduğu kimi bu tərifdə ilahiyyat və səmiyyət zikr edilmiş, lakin peyğəmbərlik zikr edilməmişdir. Axirət və ona bənzər məsələlər ancaq peyğəmbərin təbliği ilə bilindiyi üçün, səmiyyat zikr edilincə nübuvvət də buna aid olduğu düşüncəsiylə peyğəmbərlik müəssisəsinə xüsusi olaraq yer verilməmişdir. == Kəlamın tərifi == Mərhum Ömər Nəsuhi Bilmən kəlam elminə çox gözəl və ətraflı bir tərif vermişdir: "Kəlam elmi, Allah Təala həzrətlərinin zat və sifətlərindən, nübüvvət və risalətə aid olan məsələlərdən, başlanğıcı və sonu etibarilə yaradılanların vəziyyətlərindən İslam qanununu əsas tutaraq bəhs edən bir elmdir." Kəlam elminə mövzusuna görə verilən təriflərdə iki xüsusiyyət diqqəti cəlb edir. Bunların birincisi başlanğıcı və sonu etibarilə yaradılanların vəziyyətləri, digəri isə İslam qanunu üzrə olmasıdır. Məlum olduğu kimi fizika, kimya, biologiya və riyaziyyat kimi müsbət elmlər də yaradılanların hallarından bəhs edir. Lakin, bu elmlər insanı ələ alarkən başlanğıcı və sonu etibarilə yaradılanların vəziyyətlərindən bəhs etməz. Yəni "bu hadisələr necə meydana gəlir? Bunları meydana gətirən ilk səbəb nədir? İnsanın yaradılışındakı məqsəd və qayə nədir?
Səkkəm
Sikkim — Hindistanda yerləşən əyalət. Bu əyalət, 16 may 1975-ci ildə bir krallıqdan Hindistanın nəzarəti altına keçmişdir. 2011-ci ilin statistikasına əsasən əyalətdə yaşayan insan sayı 607.000-dir. Əyalətin mərkəzi Qanqtok şəhəridir. Sikkim əyaləti Himalay dağ silsiləsində yerləşir. Dünyanın ən hündür dağı hesab edilən Kançencunga dağı, Sikkim ilə Nepalı ayıran təbii sərhəd hesab edilir. == Toponimiya == Sikkim adının mənşə nəzəriyyəsi onun iki Limbu sözünün birləşməsindən ibarətdir: "yeni" mənasını verən su və "saray" və ya "ev" mənasını verən khyim. == Tarix == == Coğrafiya == Himalay dağlarında yerləşən Sikkim əyaləti dağlıq ərazi ilə xarakterizə olunur. Demək olar ki, bütün əyalət dağlıqdır, hündürlüyü cənubda Qərbi Benqal ilə sərhəddə 280 metrdən (920 fut) Nepal və Tibet yaxınlığındakı şimal zirvələrində 8,586 metrə (28,169 fut) qədər dəyişir. Dünyanın üçüncü ən hündür zirvəsi olan Kangchenjunga zirvəsi Sikkim və Nepal arasında sərhəddə yerləşən ştatın ən yüksək nöqtəsidir.
Təkdam
Təkdam (Masallı) – Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Təkdam (Kəlbəcər) – Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd.
Əxşam
Əxşam — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Əxşam Yevlax rayonunun Havarlı inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Əsl adı Axşamdır. Axşam türkdilli xalqlarda "düşərgə, dayanacaq" deməkdir. Ərəb dilində işlənən əxşam sözü isə "köçəri tayfa, alaçıqda yaşayan tayfa" mənasındadır..
Əkrəm
Əkrəm — ad. Əkrəm Əylisli — nasir, dramaturq, tərcüməçi Əkrəm Cəfər — dilçi. Əkrəm Zeynallı — azərbaycanlı diplomat. Əkrəm ibn Əbu əl-Əkrəm — Məhəmməd peyğəmbərin səhabələrindən biri. Əkrəm Poladov — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2018) Əkrəm Əlican — Türk siyasətçi, maliyyəçi, partiya lideri. Əkrəm Abdullayev — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı.
Akka
Akka (lat. Acca) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.
Akkad dili
Akkad dili – Mesopotamiya və Assuriyanın qədim yerli əhalisinin dilidir. E.ə. III minillikdə Orta-aşağı və Aşağı Mesopotamiyada şumer dili ilə bərabər yayılmışdır. E.ə. II minillikdə Dəclə çayının sahilboyu-nun və Mesopotomiyanın bütün əhalisi assiriya dilindən istifadə etmişlər. Diaxronoloji və coğrafı baxımdan akkad dilləri 5 dialektə bölünür: köhnə akkad (E.ə. III minillik), köhnə Vaviliyon və köhnə Assiriya (b.e.ə. II minillik), yeni vavilion (e.ə. 10–5-ci əsrlər), yeni assiriya (E. ə. 10–7-ci əsrlər), Vavilyondan sonrakı dövr (E.ə.
Akkan Suvər
Akkan Suvər — Qara dəniz və Xəzər dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Beynəlxalq Fondunun vitse-prezidenti, Mərmərə Qrupu Fondunun prezidenti, "Tərəqqi" medalı laureatı. == Həyatı == Akkan Suvər 1942-ci il avqustun 8-də İstanbul şəhərində anadan olub. O, 1987-1995-ci illərdə Milliyyətci Hərəkat Partiyasının (MHP) mətbuat katibi, sonralar isə partiya katibinin müavini olub. 1997-ci ildə özünün qərarı ilə tutduğu vəzifədən azad edilib. Aktiv fəaliyyətinə və səylərinə gorə YUNESKO tərəfindən Mərmərə Qrupu Fondu Mədəniyyətlərarası Dialoq Komissiyasına uzv kimi qəbul olunub. 2009-cu il martın 4-də təsis olunmuş Qara dəniz və Xəzər dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Beynəlxalq Fondunun vitse-prezidenti və təsisçi üzvüdür. Hazırda Mərmərə Qrupu Fondunun prezidentidir. == Mükafatları == 2006-cı il martın 13-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif olunub.
Akkad (şəhər)
Akkad və ya Aqade (akkad. 𒀀𒂵𒉈𒆠, A-ga-de3ki; şum. 𒌵𒆠, URIKI) — Cənubi Mesopotamiyanın şimalında, Sippar (indiki Abu Habba) yaxınlığında qədim şəhər. Babilistanın sami əhalisinin yaşadığı şəhərlərdən biri olmuşdur. Akkadın yeri hələlik dəqiq məlum deyil. E.ə. 2,300-cü ildə Sarqonun yaratdığı Akkad dövlətinin paytaxtı olmuşdur. E.ə. təqribən 2,200-cü ildə Akkadı yarımköçəri quti tayfaları dağıtmış, o vaxtdan Babil şəhəri Cənubi Mesopotamiyanın əsas mərkəzi olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Foster, Benjamin R., Akkad (Agade) // Bagnall, Roger S. (redaktor ), The Encyclopedia of Ancient History, Chicago: Blackwell, 2013, 266–267, doi:10.1002/9781444338386.wbeah01005, ISBN 9781444338386 Meador, Betty De Shong, Inanna, Lady of the Largest Heart.
Mahmud Əkrəm
Rəcaizadə Mahmud Əkrəm (osman. رجاﺋﻰ زاده محمود اكرم) (1 mart 1847, Konstantinopol – 31 yanvar 1914, Konstantinopol) — Osmanlı şairi, nasiri və dramaturqu. == Həyatı == Türkiyə ədəbiyyatında "Tənzimat" dövrünün ən məşhur şair, nasir və dramaturqlarından olan Rəcaizadə Mahmud Əkrəm eyni zamanda "Sərvəti-funun"çuların sələflərindəndir. Böyük müasiri Namiq Kamalın yaradıcıhğına nə qədər mübarizlik, döyüşkənlik ruhu hakimdirsə, Mahmud Əkrəm bir o qədər həzin lirik şairdir. Övladlarının, xüsusilə sevimli oğlu Nicatın vaxtsız ölümü şairi sarsıtmış, onun yaradıcılığında kədər, bədbinlik motivləri daha da artmışdır.
Mustafa Akkad
Mustafa Akkad (ərəb. مصطفى العقاد‎, ing. Moustapha Akkad; 1 iyul 1930, Hələb – 11 noyabr 2005[…], Amman) — Suriya əsilli ABŞ kinorejissoru və kinoprodüseri. == Həyatı == Mustafa Akkad 1930-cu ildə anadan olmuşdur. 19 yaşında Kaliforniya Universitetində teatr təhsili almaq üçün Los-Anceles-ə getmişdir. Tanınmış ABŞ kinorejissorlarının yanında təcrübə keçmişdir. Dünyada ən çox "Allahın elçisi Məhəmməd" və "Səhra aslanı Ömər Muxtar" filmlərinin rejissoru, "Hellovin" ("İfritələr bayramı" silsiləsinin 8 filmin) prodüseri kimi tanınmışdır. Ən tanınmış filmi olan "Allahın elçisi Məhəmməd" Məhəmməd peyğəmbərin həyatından bəhs edir. Filmdə baş rol olan Həmzə roluna tanınmış Hollivud aktyoru Entoni Kuinn çəkilmişdir. Mustafa Akkadın "Allahın elçisi Məhəmməd" filmi qədər uğur qazanan ikinci filmi Ömər Muxtar haqqında çəkdiyi "Çöl aslanı" olmuşdur.
Tanər Akçam
Altuğ Tanər Akçam (23 oktyabr 1953, Ərdahan, Türkiyə) – türk-alman tarixçi və sosioloq. O, Erməni soyqırımın məsələsini açıq müzakirəyə çıxaran ilk türk alimlərindən biri olmaqla, həmin mövzuda “qabaqcıl beynəlxalq nüfuz”a malikdir. Akçam türk və erməni tərəflərinin soyqırım haqqında məlumatlarını uyğunlaşdırmağı, milli stereotiplərin dəstəklənməsi üçün istifadə etməyi təklif edir: “Biz məsələni yenidən analiz və hər iki cəmiyyəti analizimizin mərkəzinə qoymalıyıq. Bu paradiqma dəyişikliyi hər iki cəmiyyətin bir-birinə alışması və bir-birini öyrətməsi üçün yeni mədəni mühitin formalaşdırılmasına imkan verəcək." . == Həyatı == Akçam Türkiyənin Ardahan ilinin Ölçək kəndində Dursun və Pəriham Akçamların ailəsində anadan olub. 1976-cı ildə Ankarada yerləşən Orta Doğu Teknik Universitetini bitirib. 1974-cü ildə Türkiyənin Kiprə ordu çıxarması əməliyyatının əlehinə keçirilən tələbə hərəkatında iştirak etdiyinə görə həbs edilib. 1975-ci ildə şəhərdə elanlar və plakatlar yaydığına görə həbs edilib (Akçam qeyd edir ki, “o zaman, əlində indi Milli Təhlükəsizlik İşləri Üzrə Dərnək Müdürlüyü adlanan qurumdan icazə olmasına baxmayaraq həbs edilmiş və 3-5 gün ərzində polis şöbəsində saxlanmışdır.) Bakalavrı bitirib, həmin universitetdə aspirant təhsili aldığı dövrdə, 9 mart 1976-cı ildə kürd azlıqlarla bağlı jurnalın nəşrində iştirak etdiyinə görə həbs edilib. “Devirimci Gençlik” (İnqlabçı Gənclik) “Devirimci Yol” (İnqlabçı Yol) adlı radikal təşkilatın nəşri idi. Akçam qeyd edir ki, onunla bir yerdə təhsil alanların hamısı həbs olunmaqdan qorxduqlarına görə, qəzetlə işləməkdən imtina etdikləri halda, o, redaktor vəzifəsində işləməyə razılaşmışdı.
Təkdam (Germi)
Təkdam (fars. تكدام‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 29 nəfər yaşayır (7 ailə).
Təkdam (Kəlbəcər)
Təkdam — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yellicə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Keşdək kənd Sovetindən Təkdam kəndi Yellicə kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ilin noyabr ayında üçtərəfli razılaşmaya görə işğaldan azad olunub. == Toponimikası == Yaşayış məntəqəsini qonşu Keşdək kəndindən köçüb gəlmiş ailələr qədim dövrdə daşdan tikilmiş, indi də yaxşı saxlanmış kiçik bir binanın (yerli əhali bu binaya dam deyir) ətrafında saldığına görə belə adlandırılmışdır. Kənd ərazisində tək bir ev, tikili olan ərazidə salındığına görə belə adlanır. Yerli əhali arasında bir ev olan yerlərə tək evli və ya təkdam deyilir. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. === Yaylaqları === Əyir yaylaqları, Keçəltəpə yurdu. === Bulaqları === Çınqıllı bulaq, Sarı bulaq, Turşlu bulaq, Axac bulağı, Gözəllər bulağı.
Təkdam (Masallı)
Təkdam — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 521 nəfərdir. == Toponimiyası == Yaşayış məntəqəsi Masallı rayonunun Həsənli kəndindən bir nəfər naməlum səbəblərdən köçərək Taxtaçayın sahilində dam (ev) tikərək məskunlaşması nəticəsində yaranmışdır. == Din == Kənddə Təkdam kənd məscidi dini icması fəaliyyət göstərir.
Təkdam (Meşkinşəhr)
Təkdam (fars. تك دام‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 304 nəfər yaşayır (80 ailə).
Ehram
Piramida (yunanca πυραμίς pyramis) və ya ehram — təqribən həndəsi piramida ilə oxşar quruluşa malik, yerüstü səthi üçtərəfli olub və tərəfləri təpədə bir nöqtədə birləşən üçbucaq formalı tikilidir. Ehramın bünövrəsi üçbucaq, dördbucaq və ya istənilən digər çoxbucaqlı formasında ola bilər. Belə ki, ehramın ən azı 3 yerüstü üçbucaq səthi (bünövrə ilə birlikdə isə ən azı 4 üzü) var. Dördbucaq bünövrəyə və 4 üçbucaq yerüstü səthə malik ehram forması piramidanın bizə məlum olan ən məşhur variantıdır. Ehramların inşasında zəminə daha yaxın olan hissədə əsas kütlənin cəmlənməsi və üst hissədə piramidaının yerləşməsi onu göstərir ki, ehram üzərində nə qədər az material olarsa yuxarıdan olan təzyiq də o qədər çox olacaqdır. Materialın kütləsinin bu formada bölüşdürülməsi erkən sivilizasiyalara davamlı sanballı tikililər inşa etmək üçün əlverişli şərait yaratmışdır. Dünyanın bir çox hissələrindən olan sivilizasiyalar ehramların inşası ilə məşğul olmuşlar. Min illər boyu yer üzərində ən böyük tikililər ehramlar olmuşdur. Bunlara Misirdə Dəşur nekropolundakı Qırmızı Ehram və Dünyanın 7 qədim möcüzəsindən biri olan Böyük Küfü ehramını nümunə göstərmək olar. Küfü ehramının inşasında əsasən sal qayadan (bəzi daxili hissələrində geniş qırmızı qranit daşlardan) istifadə olunub və bu tikili gözəl memarlıq nümunəsi hesab olunur.
Ekman
Erik Leonard Ekman (isv. Erik Leonard Ekman, 14 oktyabr 1883, Stokholm – 15 yanvar 1931) — İsveç botaniki. == Elmi fəaliyyəti == Erik Leonard Ekman qıjıkimilər və toxumlu bitkilər üzrə ixtisaslaşmışdır.. == Şərəfinə adlandırılmış taksonlar == Ekmania Gleason Ekmaniopappus Borhidi Elekmania B.Nord. Ekmaniocharis Urb. Myrtekmania Urb. Ekmanochloa Hitchc.
Ekuan
Ekuan (fr. Écouen) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament — Val-d'Uaz, rayon — Sarsel, kanton — Ekuan. Əhalisi — 7.383 nəfər (2007). Bələdiyyə Paris şəhərinin təxminən 18 km şimalında, Serji bələdiyyəsinin 24 km şərqində yerləşir.
Eyham
Eyham — kinayə məqsədilə işlənən ikibaşlı söz, incə işarə. Cəlil Məmmədquluzadənin "Ölülər" əsərində İsgəndərin, Cəfər Cabbarlının "Sevil"ində Gülüşün dilində dəfələrlə belə eyhamlar işlənmişdir.
Reklam
Reklam — insanların hər hansı bir məhsulu almağına, xidmətdən istifadə etməyinə və ya hər hansı bir siyasi namizədi və ya onun ideyasını dəstəkləməsinə təsir etməkdə istifadə olunan məlumatlandırma vasitəsi. Reklam qəzet, websaytlar, radio, bilbord və s. kimi vasitələrlə ötürülə bilər. Bir qayda olaraq reklam məhsulun və ya xidmətin adı və bu məhsul və ya xidmətin alıcıya necə faydalı olacağı barədə məlumatları özündə saxlayır. Reklam bir çox hallarda potensial alıcıları hər hansı bir markanın məhsul və ya xidmətlərindən istifadə etməyə inandırmağa cəhd göstərir. Müasir reklam kütləvi istehalın artdığı 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində inkişaf etmişdir. Ticarət məqsədli reklamverənlər öz məhsul və ya xidmətlərinin istehlakını məhsulun təsvirini və ya adını özündə ehtiva etməklə istehlakçının yaddaşında məhsulun müvafiq xüsusiyyətləri ilə brend arasında əlaqə yaratmağa yönəldilmiş brendləşdirmə yolu ilə artırmağa çalışırlar. Reklam məlumatları ənənəvi qəzet, jurnal, radio, televiziya, bilbord kimi vasitələr də daxil olmaqla bir çox müxtəlif informasiya vasitələri ilə çatdırıla bilər. Reklam şirkət və ya təşilat adından reklam agentliyi tərəfindən də yerləşdirilə bilər. Reklama vəsait xərcləyən müxtəlif təşkilatlar yalnız istehlakçılar üçün nəzərdə tutulan mal və ya xidmətləri deyil həm də siyasi partiyaları, dini təşkilatları və dövlət agentliklərini də təbliğ edə bilərlər.
Tektam
Tektam (Teksaf, Teytam, Tektay; q.yun. Τέκταμος və ya Τέκσαφος, Τεύταμος, Τεκταῦος, Τεκταῖος) — qədim yunan mifologiyasında personaj. O, Dorun oğlu, Ellinanın nəvəsidir. Diodorun məlumatına görə, eolların və pelasqların başçısı olan Tektam Kritə keçərək adanın padşahı olur. Bu, Kritə köçən qəbilələrin üçüncüsüdür. Başqa bir versiyaya görə, Tektam dorilərin və axeylərin başçısı idi. O, Asterinin oğlu Krefeyin qızı ilə evlənmişdir. Yupiterin peyki Avropa üzərindəki Tektam xətti onun adını daşıyır.
Edam
Edam və ya ölüm hökmü, ya da ölüm cəzası — cəza növü kimi insanı həyatdan məhrum etmək. Həm hüquqi, həm cinayət aktı kimi ola bilər. Bir sıra ölkələrdə ölüm hökmü ən ağır cinayətlərə görə cəza növü kimi təyin olunmuş və hələ də qalmaqdadır. Bir sıra ölkələrdə isə o qanunla ləğv edilib. Ölüm hökmünün ən yayılmış növü güllələnmədir. Digər növləri zəhərli iynə vurulması, elektrik stulu, dar ağacı, baş kəsilməsi və daşqalaqdır. == Tarixi == Dünyada hazırda edam cəzaları öncədən planlaşdırılmış cinayətlər, casusluq, vətənə xəyanət, əxlaqsızlıq və s. cinayətlərə görə tətbiq edilir. İslam ölkələrində isə zina, uşaqbazlıq kimi cinayətlərə, həmçinin dinini dəyişənlərə ölüm hökmü kəsilir. İranda parlamentin 2007-ci ildə çıxardığı son qərarla pornoqrafik çəkilişlərlə məşğul olan şəxslər, internetdə erotik və pornoqrafik çəkilişlər yayımlayan şəxslər də edam edilir.
Ajda Pekkan
Ajda Pekkan (12 fevral 1946[…], İstanbul) — Türkiyəli pop müğənni və aktrisa. Türkiyədə, Türk pop musiqisinin "Superstar"ı olaraq tanınır. == Həyatı == Əsl adı Ayşe Ajda Pekkandır. Türk hərbi zabit və bir evdar qadın ailəsində anadan olmuşdur. Uşaqlığı Şakir dəniz bazasında keçib. Uşaqlığı Gölcük, Kocaelində keçmişdir. O, İstanbulda qızlar üçün elit Fransız Liseyini bitirib. Uşaqlıqdan müğənni olmaq arzusunda idi. Sənətinə 1965-ci ildə Türkiyədə başladı. 1970-ci illərdə Avropada tanınmağa başladı.