1. Bədən.
Qaşı, gözü, əndamı, təmamən əl-ayağı; Hər bir sənəmin başına yüz naz kimindir?
Uşağın əndamına quru xına sürtməyə başlardılar.
2. Boy, qədd, qamət, boy-buxun, bədən quruluşu. Əndamı olduqca düzgündür.
– Bunların şirin ləhcələri, duzlu danışıqları, mütənasib əndamları və alıcı, xumar gözləri vardır.
□ Əndamın yansın (açılsın), əndamı yanmış (açılmış) – qarğış ifadəsi.
Anası Gülpərinin təpəsinə iki əlli qapaz vurub deyərdi: – Əndamı açılmış, bir bax, gör uşağı nə günə salmısan!
Əndamına lərzə düşmək – titrəmək, əsmək (qorxudan).