Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əlavə sinir
== İstinadlar ==
Əlavə vaxt
Əlavə vaxt, bəzi idman növlərindəki bərabərliyi pozmaq məqsədilə oyunun normal vaxtına əlavə olaraq artırılan vaxtdır. Futbol, Amerikan futbolu, Kanada futbolu, basketbol, buzüstü xokkey, həndbol, beyzbol, softbol, reqbi, Avstraliya futbolu,su polosu, körlinq, kriket kimi idman növlərində istifadə olunur.
Əlavə dalaq
Əlavə dalaq — dalağın əsas gövdəsindən ayrı olan dalaq toxumasının kiçik bir düyünü. Əlavə dalaqlar əhalinin təxminən 10%-də rast gəlinir və adətən diametri təxminən 1 sm. olur. Onlar limfa düyünlərinə və ya kiçik dalağa bənzəyirlər. Əlavə dalaq ya inkişaf anomaliyaları ya da travma nəticəsində əmələ gəlir və tibbi əhəmiyyət kəsb edir, çünki o, diaqnostik təsvirin yanlış təfsirinə və ya terapevtik splenektomiyadan sonra simptomların qalmasına səbəb ola bilər.Polispleniya bir normal dalağın deyil, bir neçə əlavə dalağın olmasıdır. == Səbəbləri == Əlavə qalaq embrional inkişaf zamanı inkişaf edən dalağın bəzi hüceyrələri dalağın əmələ gəldiyi orta xəttdən qarın boşluğunun sol tərəfində 9–11-ci qabırğalardakı son yerə qədər olan yol boyunca yerləşdirildikdə əmələ gələ bilər. Əlavə dalağın ən çox yayıldığı yerlər dalağın hilum hissəsi və mədəaltı vəzinin ucudur. Əlavə dalaq damarlarının hər hansı bir yerində — qastrosplenik bağda, dalaq bağında, mədə və ya bağırsaq divarlarında, mədəaltı vəzi ucunda olur. Tipik ölçü təxminən 1 sm-dir, lakin bir neçə ml-dən 2–3 sm-ə qədər olan ölçülər də rast gəlinir.İnkişaf edən dalaq sidik-cinsiyyət orqanının yaxınlığında formalaşır, ondan cinsi vəzilər əmələ gəlir. Cinsi vəzilər dalaqdan bəzi toxuma götürə bilər və inkişaf zamanı qarın boşluğundan aşağı düşdükdə, çökmüş dalaq toxumasının davamlı və ya qırıq xəttini əmələ gətirə bilərlər.Splenoz — əksər hallarda fiziki travma və ya splenektomiyadan sonra dalaq toxumasının ocaqlarının autotransplantasiyaya məruz qaldığı bir vəziyyətdir.
Əlavə etməklə nizamlama
Artırmalı nizamlama (ing. insertion sort ~ ru. сортировка вставкой ~ tr. eklemeli sıralama) – siyahıda bir elementdən başlayıb, yeni elementləri bir-bir lazım olan yerlərə qoymaqla siyahının yenidən qurulmasından ibarət nizamlama alqoritmi. Artırmalı nizamlama massivlərlə işlərkən səmərəli olmur (elementlərin daim yerlərini dəyişdirilməsi səbəbindən), ancaq əlaqəli siyahıların çeşidlənməsi üçün ideal uyğun gəlir. Proqramlaşdırması olduqca sadə olan ancaq performans baxımından digər sıralama alqoritmlərindən zəifdir. Alqoritmin adı seçilən elementin sıralanmış massivdə uyğun yerə əlavə edilməsindən gəlir. İşləməsinə aşağıdakı nümunə üzərində baxaq. 3 4 2 8 ilk rəqəmdən başlayaq.(3) Birinci gedişdə sadəcə 3 sıralanır yəni heç nə etmirik. 3* 4 2 8(* simvolu O ana qədər sıraladığımız rəqmləri göstərir.
Əlavə etməklə sıralama
Artırmalı nizamlama (ing. insertion sort ~ ru. сортировка вставкой ~ tr. eklemeli sıralama) – siyahıda bir elementdən başlayıb, yeni elementləri bir-bir lazım olan yerlərə qoymaqla siyahının yenidən qurulmasından ibarət nizamlama alqoritmi. Artırmalı nizamlama massivlərlə işlərkən səmərəli olmur (elementlərin daim yerlərini dəyişdirilməsi səbəbindən), ancaq əlaqəli siyahıların çeşidlənməsi üçün ideal uyğun gəlir. Proqramlaşdırması olduqca sadə olan ancaq performans baxımından digər sıralama alqoritmlərindən zəifdir. Alqoritmin adı seçilən elementin sıralanmış massivdə uyğun yerə əlavə edilməsindən gəlir. İşləməsinə aşağıdakı nümunə üzərində baxaq. 3 4 2 8 ilk rəqəmdən başlayaq.(3) Birinci gedişdə sadəcə 3 sıralanır yəni heç nə etmirik. 3* 4 2 8(* simvolu O ana qədər sıraladığımız rəqmləri göstərir.
Annanı kəşf etmək
Annanı kəşf etmək — Anna Sorokinin həyatından bəhs edən və Cessika Presslerin Nyu-York jurnalında dərc olunan və "Anna Delvi Nyu Yorkun əyləncə dünyasının insanlarını necə aldatdı" adlı məqaləsindən ilhamlanaraq Şonda Rayms tərəfindən istehsal olunmuş dram janrında Amerikan miniserialıdır.Serial 11 fevral 2022-ci ildə Netflix -də yayımlanıb. Anna Sorokin rolunu Culiya Qarner canlandırır.Serial, tamaşaçılar və tənqidçilərdən əsasən müsbət rəylər aldı, xüsusilə Culiya Qarnerin aktyorluğu bəyənilib.
Əmanətə xəyanət etmək
== İslamda əmanətdarlıq == Əlidən nəql olunur ki, əmanətdarlıq imanın üstünlüyünün göstəricisidir və əmanəti istənilən halda sahibinə qaytarmaq vacibdir: "İmanın ən üstünü əmanətdarlıq, ən pis xislət isə xəyanətkarlıqdır." "Sənə etibar edib əmanət tapşıran şəxsə xəyanət etmə, hətta o sənə xəyanət etmiş olsa belə.Onun sirrini faş etmə, hətta əgər o sənin sirrini faş etmiş olsa belə." Peyğəmbər (s) əmanətə xəyanət edənin onun ümmətindən olmadığı qeyd edir: "Əmanəti əhəmiyyətsiz sayaraq bu səbəbdən onu zay edən kəs bizdən deyil." İslam peyğəmbəri (s) həmçinin etibarsız şəxsə əmanət tapşırılmamasını tövsiyə edir: "Allah etibarsız şəxsə əmanət tapşıran kəsin zamini deyil.
Əlavə Məsuliyyətli Cəmiyyət
MMC-dən fərqli olaraq əlavə məsuliyyətli cəmiyyətin iştirakçıları müəssisənin öhdəlikləri üzrə əlavə məsuliyyət daşıyırlar. Bunun səbəbi şirkətə kredit vasitələrinin cəlb edilməsini asanlaşdırmaqdır. Ona görə ki, kreditorlar MMC-lərə vəsait verməyi riskli hesab edirlər.
Əlavə dəyər vergisi
Əlavə dəyər vergisi (ƏDV) istehlak vergisinin növüdür. Bu vergi məhsula və ya materiala hər bir istehsal və çatdırma (distribusiya) mərhələsində əlavə olunan bazar dəyərinə qoyulur, və axırda istehlakçının üzərinə düşür. Bu satış vergisindən fərqlidir, çünki satış vergisi alış-veriş nöqtəsində götürülür. Fransanın Vergi Vəkalətinin (Direction générale des impôts) birgə direktoru Maurice Lauré 1964-cü ildə aprelin 10-da bu vergini ilk dəfə tətbiq edən olub, baxmayaraq ki bu konsepti 1918-ci ildə təklif edən alman sənayeçi Vilqeym fon Simens (Wilhelm von Siemens) olub. İlkin olaraq o böyük bizneslərə yönəldilmişdir, amma sonra biznesin bütün sahələri əhatə edib. Fransada o dövlət gəlirlərin 50%nı təşkil edən dövlət maliyyənin vacib mənbəyidir.Fərdi axrıncı istehlakçılarda ƏDV-ni geri qaytarmaq imkanı yoxdur, amma müəssisələr təchizat zənciri çərçivəsində alınan və növbəti mərhələrə satılan (digər müəssisəyə və ya istehlakçılara) məhsullar və xidmətlər üçün ödənilmiş ƏDVni geri ala bilərlər. O cümlədən təchizat zəncirin hər bir mərhələsində vergi biznes tərəfindən əlavə olunan dəyərin daimi hissəsidir, və verginin yığması ilə bağlı xərclər dövlətə yox, daha çox bizneslərə düşür. ƏDV ona görə yaradılıb ki, yüksək satış vergiləri onlardan qaçmağa və fırıldaqlığa səbəb olurdu. Verginin tənqidçiləri qeyd edir ki, o qeyri-proporsional olaraq aşağı və orta gəliri olan ev təsərrüfatları üçün vergi ağırlığını artırır. ƏDV-nin mahiyyəti və dolayı vergilər sistemində ƏDV dolayı vergi olmaqla məhsulun qiymətinə əlavə formasında çıxış edir.
Əlavə qapayıcı sinir
Əlavə qapayıcı sinir (lat. Nervus obturatorius accessorius) bel kələfiniə aid III və IV bel sinirlərinin (L3 və L4) liflərindən təşkil olunmuşdur.
Əlavə yarımtək vena
Əlavə yarımtək vena (lat. v. hemiazygos accessorius) — yuxarı II-V dal qabırğaarası venaların toplaşmasından meydana çıxan damar. Bu damar yuxarı döş fəqərələrinin sol tərəfilə aşağı gedir və yeddinci döş fəqərəsi bərabərliyində yarımtək vena ilə birləşir və ya sağa doğru dönərək tək venaya açılır. Bəzən yuxarıda ən yuxarı sol qabırğaarası vena (lat. v. intercostalis suprema sinistra) ilə anastomozlaşır. == İstinadlar == == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1979 Р. Д. Синельников.
Batum müqavilələrinə əlavə sazişlər
Batum müqavilələrinin (1918, 4 iyun) konkret detalalları üzrə razılaşdırılmış sazişlər. Bakı-Batum neft kəmərinə aid saziş Osmanlı imperiyası ilə Azərbaycan və Gürcüstan arasında, dəmir yollarına aid ikinci saziş isə dörd dövlət- Cənubi Qafqaz respublikaları ilə Osmanlı imperiyası arasında imzalanmışdı. == I Saziş == Osmanlı imperiyası ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında “Sülh və dostluq” müqaviləsinə əlavə olaraq, 1918-ci il, iyunun 14-də Batumda daha iki saziş imzalandı. Birinci sazişdə 4 iyun müqaviləsinin Almaniyaya və Avstriya-Macarıstana da aid olduğu bildirilir, Osmanlı öz üttəfiqləri tərəfindən Azərbaycanın müstəqilliyini tanınacağı barədə öhdəlik götürürdü. İkinci sazişə görə, Dördlər İttifaqı ilə müharibə edən ölkələrin hərbi və mülki məmurları təcili olaraq respublika ərazısındən çıxarılmalı və bu ölkələrin zabitləri hərbi xidmətə qəbul edilməməli idi. Osmanlı hərbi komendantlığı Azərbaycan dəmir yolundan hərbi məqsədlərlə istifadə hüququ alırdı. == II Saziş == Gəncədə 1918-ci il, iyulun 14-də Osmanlı dövləti hərbi dəmir yolları və limanları baş idarəsinin rəisi İsmayıl Hakkı paşa və Azərbaycan ticarət və sənaye naziri Ağa Aşurov 5 maddədən ibarət müqavilə imzalamışdılar. Müqaviləyə görə, Azərbaycan Hökuməti Osmanlı imperiyası hökuməti qarşısında dəmir yollarını və dəniz gəmiçiliyini neft və neft məhsulları ilə təmin və təchiz edilməsini öhdəsinə götürürdü, I Maddə Bakı və neft rayonu Azərbaycan hökumətinin tabeliyinə keçdiyi andan qüvvəyə minirdi, neft və neft məhsullarının qiyməti və texniki şərtlər Batum müqavilələrinə (1920) uyğun olaraq yaradılmış qarışıq komissiya tərəfindən hesablanmalı idi, Osmanlı hökumətinə verilən yanacağın əvəzində qısa müddətdə Azərbaycan hökumətinin hesabına kredit olaraq, 500 min türk lirəsi verilməli idi və s. == III Saziş == Həmin tarixdə İsmayıl Hakkı paşa, Azərbaycanın yollar naziri Məlik-Aslanov vı Xarici İşlər Naziri Məhəmməd Həsən Hacınski 7 maddədən ibarət digər bir müqavilə də imzalamışdılarş Müqaviləyə görə, Azərbaycan yolları 5 il müddətinə Osmanlı dövlətinin istifadəsinə verilirdi. Azərbaycan hökuməti respublikanın bütün yollarının daşınar və daşınmaz əmlakını, bütün materiallarını Osmanlı hökümətinə verirdi.
Yağlara əlavə edilən aşqarlar
Yağlara əlavə edilən aşqarlar -Yağların istismar xassəsini yaxşılaşdırmaq və ya uzunmüddətli saxlamaq üçün sürtkü yağlarına əlavə edilən birləşmələrə aşqarlar deyilir. Aşqarların effektivliyi onların kimyası ilə müəyyən edilir. Sürtkü yağlarında aşqarların qatılığı mühüm xüsusiyyətlərdən biridir. Sürtkü yağlarında istifadə olunan aşqarların digər əsas xassələri- yaxşı həll olmalı, tərkibin sabitliyi, geniş temperatur diapazonunda saxlama və istismar zamanı buxarlanma dərəcəsi, su ilə yuyulmamaq və hidrolizə məruz qalmamaq; sürtkü ilə qarşılıqlı təsirə məruz qalmamaq, sürtkü yağları ilə materiallar təmasda olmaması (aşqarların özlərinin təsir mexanizminin əsasını belə p-ionlar təşkil etdiyi hallar istisna olmaqla); öz funksiyalarını mövcud vəziyyətdə saxlamaq. Aşqarlar sürtkü yağlarında yaxşı həll olmalıdırlar. == Sürtkü xassəsini yaxşılaşdıran aşqarlar == Aşqarlar yüksək və aşağı temperaturlarda sürtünmə səthlərinin yeyilməsini, aşınmasını azaldır. Bu aşqarlara hər ikisi heyvan mənşəli və piylərvə bitki mənşəli yağlar (məsələn, xardal yağı, donuz piyi); yüksək yağ turşuları (məsələn, olein turşusu) və efirlər(məsələn, pentaeritrit və sebatin (C10H18O4) turşunun efiri); tərkibində S [məsələn, kükürdləşdirilmiş spermaçit yağı, bms-(alkilbenzil) disulfid], P (məsələn, trikrezilfosfat), S və P (məsələn, Ba diizooktilditiofosfat, arilditiofosfor turşusunun izobutil efirinin Zn-Ba duzu), N (məsələn, 1-butilbenzotriazol) və s. Sürtkü materiallarında aşqarların qatılığı 0,1–3,0%- dən yüksək olmur. == Təzyiqə qarşı olan aşqarlar == Təzyiqə qarşı olan aşqarlar — sürtünmə səthlərinin yüksək yükləri altında sürtünmədə və təzyiqdə normal işləməyi təmin edir. Tərkibində S olan birləşmələr təzyiqə qarşı istifadə edilir (məsələn, etilen diizopropilksantat izopropilksantogenat K-nin dixloroetan ilə qarşılıqlı təsirinin məhsuludur); Cl (məsələn, üçxlorsirkə turşunun izobutil efiri, penta- və tetraxlorodifenillərin qarışığı); S və P (məsələn, Zn dialkilditiofosfat) və s.
Əlavə iz (film, 1981)
== Məzmun == Mənzillərin birində cavan qız qətlə yetirilir. Hadisə yerinə prokurorluğun müstəntiqi Babayev (Şahmar Ələkbərov) gəlir. O, cinayət axtarışı inspektoru Yaqubovla (Viktor Dəmirtaş) birgə Nərgizin (Dinarə Seyidova) qatilini axtarıb tapmalı və cinayətin baş vermə səbəbini aydınlaşdırmalıdır... Qətl haqqında təhqiqat işi filmin əsas süjetini təşkil edir. Film çox ciddi sosial və mənəvi problemlərə toxunmuşdur. == Film haqqında == Rus dilində olan film Azərbaycan Dövlət Televiziyası tərəfindən dublyaj olunub. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Ssenari müəllifi: Arif Heydərov, Dmitri Hüseynov Quruluşçu rejissor: Nicat Bəkirzadə Quruluşçu operator: Ələsgər Ələkbərov Quruluşçu rəssam: Məmməd Hüseynov Bəstəkar: Tofiq Quliyev Bədii rəhbər: Rasim Ocaqov Məsləhətçi: T.Aslanov (daxili xidmətlər polkovniki) Səs operatoru: Ələkbər Həsənzadə Rejissor: Ziya Şıxlinski Operator: Vaqif Muradov Geyim rəssamı: Afət Məmmədova Qrim rəssamı: Firuzə İsmayılova Rejissor assistenti: Mirzəbala Məlikov, Səadət Məmmədova Operator assistenti: Arif Həsənov, Abbas Rzayev Rəssam assistenti: Y.Kirşner Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı: Gennadi Tişşenko İşıq ustası: T.Orucov Trüklərin quruluşu: A.Blinkov Kaskadyor: A.Aristov, V.Şinitsın Montaj edən: Lidiya Vyalsova Redaktor: D.Tahirova Çalır: Dövlət Kinematoqrafiya İdarəsinin Simfonik Orkestri Filmin direktoru: Davud Zöhrabov === Rollarda === Şahmar Ələkbərov — Babayev Rasim Balayev — Nazim Dinarə Seyidova — Nərgiz Viktor Dəmirtaş — Yaqubov Hamlet Xanızadə — Məlikov Tofiq Mirzəyev — Alik Larisa Xələfova — Valya Yavər Rzayev — Vaqif Mayak Kərimov — Tağıyev Həsənağa Turabov — Əli Səfurə İbrahimova — Leyla Ofeliya Məmmədzadə — Knarik Muxtar Maniyev Vaqif İbrahimoğlu — Sese A.Məmmədov B.Tarxanov R.Rəziyev Məzahir Cəlilov — Alikin tanışı S.Ələsgərov F.Məmmədov L.Alaverdov A.Petrosova Vəliəhd Vəliyev — Müfəttiş Qəribov A.Məmmədzadə N.Zeynalov M.Əfəndiyev Zilli Namazov — milis nəfəri Tanilə Əhmərova — Bağırova == Çəkilişə köməklik edən qurum == Azərbaycan SSR Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi == Mənbə == Sevda Sultanova. Gecələr barları gəzən qız öldürülürsə...
Əlavə təsir (film, 2010)
Əlavə təsir — Rejissor Elxan Cəfərovun filmi. Filmin təqdimatı Beynəlxalq Muğam Mərkəzində olmuşdur. == Məzmun == Film cinayət məqsədilə istifadə olunan və adamları zombiləşdirən məhlul hazırlayan alim haqqındadır. 90-cı illərdə sovet hakimiyyəti dağıldıqdan sonra Azərbaycanın elmi-tədqiqat institutlarından birində kimyaçı alim yeni məhlul əldə edir. Alim bu kimyəvi məhlulun müsbət və mənfi nəticələrini araşdırır. Onun köməyi ilə insanın yaddaşının müəyyən bir hissəsini silib, ondan neqativ işlərdə də istifadə etmək olar. Eyni zamanda, bu yolla insanları narkomaniya və alkoqolizmdən də uzaqlaşdırmaq mümkündür. Lakin nəticələr heç də gözlənildiyi kimi olmur. == Film haqqında == Film Daxili İşlər Nazirliyi və Prokurorluq əməkdaşlarının fəaliyyətinə həsr edilib. Filmin çəkilişlərində Azərbaycan Kaskadyorlar Assosiasiyasının əməkdaşlarının köməyindən istifadə edilib.
Səhv etmək insana xasdır
Errare humanum est (azərb. Səhv etmək insana xasdır‎) — latınca bir ifadənin ön hissəsi. İfadə o qədər məşhurdur ki, tam söynəlilməsinə ehtiyac duyulmur, yalnız cümlənin ilk hissəsi deyilməklə fikir aydın olur. İfadə tam şəkildə belədir:lat. "Errare (Errasse) humanum est, sed in errare (errore) perseverare diabolicum." Tərcüməsi:azərb.
Sıravi Rayanı xilas etmək
"Sıravi Rayanı xilas etməli" 1998-ci il amerikan filmi. Ən yaxşı kinodrama görə 1999-cu ildə Qızıl Qlobus mükafatını almışdır.
Annanı kəşf etmək (serial, 2022)
Annanı kəşf etmək — Anna Sorokinin həyatından bəhs edən və Cessika Presslerin Nyu-York jurnalında dərc olunan və "Anna Delvi Nyu Yorkun əyləncə dünyasının insanlarını necə aldatdı" adlı məqaləsindən ilhamlanaraq Şonda Rayms tərəfindən istehsal olunmuş dram janrında Amerikan miniserialıdır.Serial 11 fevral 2022-ci ildə Netflix -də yayımlanıb. Anna Sorokin rolunu Culiya Qarner canlandırır.Serial, tamaşaçılar və tənqidçilərdən əsasən müsbət rəylər aldı, xüsusilə Culiya Qarnerin aktyorluğu bəyənilib.
Seksi idarə etmək (yarışma, 2020)
Too hot to handle — Böyük Britaniya istehsalı teleşou. Şouda iştirakçılara mövsüm müddətində əməl etmələri lazım olan qaydaları "Lana" adlı virtual köməkçi deyir.
Azərbaycanda əlavə parlament seçkiləri (2003)
Azərbaycanda əlavə parlament seçkiləri (2003) — 2003-cü ilin mart ayında Azərbaycanda boş qalan mandatlar üçün keçirilmiş əlavə parlament seçkiləri. == Zəmin == 2000-ci il parlament seçkiləri və 2001-ci il təkrar parlament seçkilərinin ardından formalaşmış II çağırış Azərbaycan Respublikasının Milli Məclisinin 14 saylı Qaradağ seçki dairəsindən seçilmiş bitərəf deputat Nazim Hüseyn oğlu İbrahimov Azərbaycan Prezidenti Heydər Əliyevin 5 iyul 2002-ci il tarixli, 731 nömrəli fərmanı ilə Xarici Dövlətlərdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilmişdir. Bu səbəbdən Nazim Hüseyn oğlu İbrahimov deputat mandatından məhrum edilmişdir. Həmçinin 69 saylı İsmayıllı seçki dairəsi üzrə seçilmiş Yeni Azərbaycan Partiyası üzvü olan deputat Mirmövsüm Kamil oğlu Abbasov Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 25 iyul 2002 tarixli, 994 nömrəli sərəncamı ilə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur. Bu səbəbdən Mirmövsüm Abbasov deputat mandatından məhrum olunmuşdur. Həmçinin 91 saylı Xanlar-Daşkəsən seşki dairəsi üzrə seçilmiş Yeni Azərbaycan Partiyası üzvü deputat Yaşar Tofiq oğlu Əliyev Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 26 iyul 2002-ci il tarixli, 738 nömrəli fərmanı ilə Azərbaycan Respublikasının Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir. Bu səbəbdən o, deputat mandatından məhrum edilmişdir. Hər üç deputatdan boşalan yerlər üçün əlavə seçkilər təyin olunmuşdur. === Partiyalardaki vəziyyət === Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əbülfəz Elçibəyin ölümündən sonra partiya daxilindəki çəkişmələr daha da böyüdü və nəticədə partiya Mirmahmud Mirəlioğlu rəhbrəliyində "klassiklər", Əli Kərimli rəhbərliyində "islahatçılar" qollarına bölünmüşdür. Bu qollar arasında birləşmə müzakirələri aparılsa da reallaşmamışdır.
Azərbaycanda əlavə parlament seçkiləri (2004)
Azərbaycanda əlavə parlament seçkiləri (2004) — 2004-cü ilin oktyabr ayında Azərbaycanda boş qalan mandatlar üçün keçirilmiş əlavə parlament seçkiləri. == Zəmin == 2000-ci il parlament seçkiləri və 2001-ci il təkrar parlament seçkilərinin ardından formalaşmış II çağırış Azərbaycan Respublikasının Milli Məclisinin 24 saylı Birinci Nərimanov seçki dairəsindən seçilmiş Yeni Azərbaycan Partiyası üzvü deputat Samur Novruzov 24 sentyabr 2001-ci il tarixində ölmüşdür. Həmçinin 28 saylı Səbail seçki dairəsi üzrə seçilmiş Yeni Azərbaycan Partiyası üzvü Əli Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 fevral 2004 tarixli 95 nömrəli sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universiteti rektoru vəzifəsindən azad edilmiş və 20 fevral 2004 tarixli, 96 nömrəli digər bir sərəncamla Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri təyin edilmişdir. Bu səbəbdən də Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 20 aprel 2004 tarixli iclasında alınmış 3/30 nömrəli qərara əsasən Əli Məmməd oğlu Abbasovun deputat səlahiyyətləribə xitam verilmişdir. Eyni zamanda 2002-ci il tarixində keçirilmiş konstitusiya referendumuna əsasən proporsional seçki sistemi və çoxmandatlı seçki dairələri ləğv edilmiş, əvəzinə 125 tək mandatlı seçki dairəsi təsis edilmişdir. Bu səbəbdən 28 saylı Səbail seçki dairəsi ləğv edilmiş, əvəzində 29 saylı Səbail seçki dairəsi yaradılmışdır. Həmçinin 5 mart 2003-cü il tarixində keçirilmiş əlavə parlament seçkilərində 91 saylı Xanlar-Daşkəsən seçki dairəsi üzrə seçilmiş bitərəf deputat Şadman Hüseyn 5 avqust 2003-cü il tarixində ürəktutma səbəbi ilə ölmüşdür. Onun ölümündən sonra 91 saylı Xanlar-Daşkəsən seçki dairəsinin əvəzində yeni yaradılmış 101 saylı Xanlar-Daşkəsən seçki dairəsi boş qalmışdır. Qeyd olunan üç dairədə də boşalan yerlər üçün əlavə seçkilər təyin olunmuşdur. === Partiyalardakı vəziyyət === Yeni Azərbaycan Partiyasının ilk sədri və qurucusu Heydər Əliyev 12 dekabr 2003-cü il tarixində Amerika Birləşmiş Ştatlarının Ohayo ştatının Klivlend şəhərində, müalicə aldığı Klivlend Klinikasında ölmüşdür.
Azərbaycanda əlavə parlament seçkiləri (2001)
Azərbaycanda əlavə parlament seçkiləri (2001) — 2001-ci ilin noyabr ayında Azərbaycanda boş qalan mandatlar üçün keçirilmiş əlavə parlament seçkiləri. == Zəmin == 2000-ci il parlament seçkiləri və 2001-ci il təkrar parlament seçkilərinin ardından formalaşmış II çağırış Azərbaycan Respublikasının Milli Məclisinin 52 saylı Ağcabədi şəhər seçki dairəsindən seçilmiş Yeni Azərbaycan Partiyası üzvü olan deputat Fəxrəddin Həsənov 2 may 2001-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 715 nömrəli sərəncamı ilə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinı təyin edilmişdir. Dövlət qulluğuna keçdiyi üçün Fəxrəddin Həsənov deputat mandatından məhrum edilmişdir. Həmçinin 87 saylı Tovuz şəhər seçki dairəsi üzrə seçilmiş bitərəf deputat, Milli Məclisin sədr müavini Zakir Zeynalov deputat seçildikdən sadəcə 1 ay sonra — 6 dekabr 2000-ci il tarixində ölmüşdür. Hər iki deputatdan boşalan yerlər üçün əlavə seçkilər təyin olunmuşdur. == Namizədlər == Deputat Fəxrəddin Həsənov və deputat Zakir Zeynalovdan boşalan yerlər üçün 16 noyabr 2001-ci il tarixinə yeni seçkilər təyin olunmuşdur. Seçkilərdə Azərbaycan Liberal Demokrat Partiyası, Vəhdət Partiyası, Yeni Azərbaycan Partiyası və o dövrdə rəsmi dövlət qeydiyyatından keçməmiş, yeni yaradılmış Azərbaycan Azad Respublikaçılar Partiyası üzvləri iştirak qərarı almışdır. Onlardan sadəcə Azərbaycan Liberal Demokrat Partiyasından deputatlığa namizəd Fuad Əliyev partiyası tərəfindən namizəd göstərilmişdir. Deputatlığa namizədliyini irəli sürən şəxslərə imza vərəqələrinin paylanması səbəbi ilə namizədlər siyahısı Mərkəzi Seçki Komissiyası tərəfindən hər iki dairə üzrə 12 sentyabr 2001-ci il tarixində açıqlanmışdır. 52 saylı Ağcabədi şəhər seçki dairəsi üzrə deputatlığa 5 namizəd olmuşdur.
Naxçıvanda əlavə parlament seçkiləri (2011)
Naxçıvanda əlavə parlament seçkiləri (2011) — 2011-ci ilin oktyabr ayında Naxçıvan Ali Məclisində boş qalan mandat üçün keçirilmiş əlavə parlament seçkiləri. == Zəmin == 2010-cu il Naxçıvan Ali Məclisinə keçirilmiş seçkilər ilə formalaşmış Naxçıvan Ali Məclisinin 6 saylı Çərçiboğan seçki dairəsi üzrə seçilmiş bitərəf siyasətçi Məmməd Yarəli oğlu Məmmədov 21 may 2011-ci il tarixində ölmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 4 avqust 2011-ci il tarixli frəmanı ilə 6 saylı Çərçiboğan seçki dairəsi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə oktyabrın 2-nə əlavə seçkilər təyin edilmişdir. == Namizədlər == 6 saylı Çərçiboğan seçki dairəsi üzrə Ali Məclisə deputatlığa 3 nəfər — 2 nəfəri Yeni Azərbaycan Partiyası üzvü, 1 nəfəri isə bitərəf namizəd olmuşdur. == Seçki nəticələri == Ən çox səs toplamış Yeni Azərbaycan Partiyası üzvü Kamal Həsən oğlu Camalov həmin seçki dairəsi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilmişdir.
Naxçıvanda əlavə parlament seçkiləri (2012)
Naxçıvanda əlavə parlament seçkiləri (2012) — 2012-ci ilin iyul ayında Naxçıvan Ali Məclisində boş qalan mandat üçün keçirilmiş əlavə parlament seçkiləri. == Zəmin == 2010-cu il Naxçıvan Ali Məclisinə keçirilmiş seçkilər ilə formalaşmış Naxçıvan Ali Məclisinin 20 saylı Yarımca seçki dairəsi üzrə seçilmiş Yeni Azərbaycan Partiyası üzvü Allahverdi Ramiz oğlu Mirzəliyev 2012-ci il tarixində ölmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 17 may 2012-ci il tarixli sərəncamı ilə 20 saylı Yarımca seçki dairəsi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə iyulun 15-nə əlavə seçkilər təyin edilmişdir. == Namizədlər == 20 saylı Yarımca seçki dairəsi üzrə Ali Məclisə deputatlığa 3 nəfər — 1 nəfəri Yeni Azərbaycan Partiyası üzvü, 2 nəfəri isə bitərəf siyasətçi namizəd olmuşdur. Onlar Naxçıvan Muxtar Respublikasə Yazıçılar Birliyinin sədri, bitərəf Asim Yediyar oğlu Əliyev, Naxçıvan Dövlət Universitetinin kafedra müdiri, bitərəf Məmmədəli Həmzə oğlu Rəhimov və Babək Rayon Təhsil Şöbəsinin mühasibi, Yeni Azərbaycan Partiyasının üzvü Yusif Cəlil oğlu Kazımov idi. == Seçki nəticələri == Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə 20 saylı Yarımca seçki dairəsi üzrə 15 iyul 2012-ci il tarixində keçirilmiş seçkilərin nəticələrinə dair həmin dairə seçki komissiyasından daxil olmuş protokolları, onlara əlavə edilmiş sənədlərlə birlikdə yoxlayıb Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 16-cı və "Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununun 93.2-ci maddələrinə uyğun olaraq Ali Məclisə seçkilərin ümumi yekunları haqqında Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunu və müvafiq Qərarını tərtib edərək dairə və məntəqə seçki komissiyalarının protokolları ilə birlikdə seçkilərin yekunlarının yoxlanılıb təsdiq edilməsi üçün Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə təqdim etmişdir.Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin Qərarına əsasən 20 saylı Yarımca seçki dairəsi üzrə keçirilmiş seçkilərin yekunları təsdiq edildiyindən namizədlər arasında ən çox səs toplamış bitərəf Asim Yediyar oğlu Əliyev həmin seçki dairəsi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilmiş hesab olunmuşdur.
Naxçıvanda əlavə parlament seçkiləri (2016)
Naxçıvanda təkrar parlament seçkiləri (2016) — 2016-cı ilin avqust ayında Naxçıvan Ali Məclisində boş qalan mandat üçün keçirilmiş əlavə parlament seçkiləri. == Zəmin == 2015-ci il Naxçıvan Ali Məclisinə keçirilmiş seçkilər ilə formalaşmış Naxçıvan Ali Məclisinin 45 saylı Aza seçki dairəsi üzrə seçilmiş Yeni Azərbaycan Partiyası üzvü, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı Kərəm Mustafayevin xanımı, Naxçıvan Tibb Kollecinin sabiq direktoru deputat İlhamə Rafiq qızı Mustafayeva 1 noyabr 2015-ci il tarixində Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasına ərizə ilə müraciət edərək deputat mandatından imtina etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 8 iyun 2016-ci il tarixli sərəncamı ilə 45 saylı Aza seçki dairəsi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə avqustun 6-na əlavə seçkilər təyin edilmişdir.45 saylı Aza dairə seçki komissiyasının tərkibi Qanuna müvafiq olaraq seçki gününə 55 gün qalanadək müxtəlif siyasi partiyaların və ictimai təşkilatların irəli sürdükləri bitərəf namizədlər sırasından püşkatma yolu ilə 7 nəfərdən ibarət təşkil edilmişdir. Dairə seçki komissiyası fəaliyyətə başladıqdan sonra Qanunun 32-ci və 33-cü maddələrinə müvafiq olaraq seçicilərin sayını və onların rahat səsvermələrinin təmin olunmasını nəzərə alaraq seçki gününə 35 gün qalanadək 14 seçki məntəqəsinin, 30 gün qalanadək isə hər biri 5 nəfərdən ibarət olmaqla müxtəlif siyasi partiyaların və ictimai birliklərin yerli təşkilatlarının, həmçinin seçicilərin yaşayış yeri üzrə təşəbbüs qruplarının təqdim etdikləri bitərəf nümayəndələri təmsil etməklə məntəqə seçki komissiyalarının tərkiblərinin formalaşdırılmasını başa çatdırılmışdır. == Namizədlər == 45 saylı Aza seçki dairəsi üzrə Ali Məclisə deputatlığa 3 nəfər — 2 nəfəri Yeni Azərbaycan Partiyası üzvü, 1 nəfəri isə bitərəf siyasətçi namizəd olmuşdur. == Seçki nəticələri == Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə 45 saylı Aza seçki dairəsi üzrə 6 avqust 2016-cı il tarixdə keçirilmiş seçkilərin nəticələrinə dair həmin dairə seçki komissiyasından daxil olmuş protokolları, onlara əlavə edilmiş sənədlərlə birlikdə yoxlayıb Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 16-cı və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununun 93.2-ci maddələrinə uyğun olaraq Ali Məclisə seçkilərin ümumi yekunları haqqında Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunu və müvafiq Qərarını tərtib edərək 8 avqust 2016-cı il tarixdə dairə və məntəqə seçki komissiyalarının protokolları ilə birlikdə seçkilərin yekunlarının yoxlanılıb təsdiq edilməsi üçün Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə təqdim etmişdir.Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin 10 avqust 2016-cı il tarixli Qərarına əsasən, 45 saylı Aza seçki dairəsi üzrə keçirilmiş seçkilərin yekunları təsdiq edildiyindən namizədlər arasında ən çox səs toplamış Yeni Azərbaycan Partiyası üzvü Telman Əsəd oğlu İbadov həmin seçki dairəsi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilmiş hesab olunmuşdur.
Cinsi əlaqə
Cinsi əlaqə və ya seks — cinsi məmnuniyyət (həzz) və nəsil artırma məqsədini daşıyan genital əlaqə. Bu, vaginal cinsi əlaqə və ya vaginal seks kimi də qeyd olunur. Bu əlaqələr iki və ya daha çox şəxs arasındakı fiziki yaxınlığı əhatə edir və ümumiyyətlə insanlar arasında fiziki və ya emosional məmnuniyyətin artması üçün istifadə olunur və insanın bir-biri ilə yaxınlaşmasına kömək edə bilər.Cinsi əlaqə və ya digər cinsi fəaliyyətin nədən ibarət olduğu, bu əlaqələrin reproduktiv sağlamlığa təsiri haqqında fərqli fikirlər mövcuddur.Müxtəlif yurisdiksiyalarda insest, yetkinlik yaşına çatmayanlarla cinsi fəaliyyət, fahişəlik, təcavüz, zoofiliya, sodomiya, nikah öncəsi və nikahdan kənar seks kimi bəzi cinsi davranışlara məhdudiyyət qoyulur. == Dinlərdə cinsi əlaqə == === Buddizm === Buddizm inancına görə insan nə aseksual, nə də cinsi əlaqənin köləsi olmalıdır. İnsanlar mənəvi inkişafına zidd olmadığı müddətcə cinsi əlaqəyə girə bilərlər. Evlilikdən əvvəl cinsi əlaqə haram deyil, amma həyat yoldaşını aldatmaq yaxşı davranış sayılmır. Üstəlik, daha yüksək mənəvi inkişafa nail olmaq üçün seksuallığın son dərəcə zəruri olduğu deyilir. === Xristianlıq === Cinsi əlaqə xristian kilsəsində qəbul ediən müqəddəs evlilik vədlərindən sonra normaldır. Xristian dinində nikahdan kənar cinsi əlaqəyə iffətsizlik deyilir. Əhdi-Cədiddə deyilir: "Zinakarlar, bütpərəstlər, hiyləgərlər...
Empirik əlaqə
Elmdə empirik əlaqə və ya fenomenoloji əlaqə təcrübə və müşahidə ilə dəstəklənən, lakin nəzəriyyə ilə mütləq şəkildə dəstəklənməyən əlaqə və ya korrelyasiyadır . == Nəzəriyyəsiz analitik həllər == İlk prinsiplər kimi nəzəri əsaslardan asılı olmayaraq empirik əlaqə təsdiqedici məlumatlar ilə dəstəklənir. Bəzən ilkin empirik əlaqələr üçün nəzəri izahatlar tapılır, bu halda əlaqələr artıq empirik hesab edilmir. Buna misal olaraq hidrogen spektral xətlərinin dalğa uzunluqlarını təxmin etmək üçün Ridberq düsturunu göstərmək olar. 1876-cı ildə təklif edilmiş o, Lyman seriyasının dalğa uzunluqlarını mükəmməl təxmin etmişdi, lakin 1925-ci ildə Niels Bor atomun Bohr modelini yaradana qədər nəzəri əsası yox idi. Bəzən empirik amil hesab edilən şey sonradan əsas fiziki sabit hesab olunur. == Təxminlər == Bəzi empirik əlaqələr sadəcə təxminlərdir, çox vaxt fenomeni təsvir edən analitik həllin Taylor seriyasının ilk bir neçə həddinə ekvivalentdir. Digər əlaqələr yalnız müəyyən spesifik şərtlər altında baş verir və onları daha ümumi əlaqənin xüsusi hallarına endirir. Bəzi təxminlər, xüsusən fenomenoloji modellər hətta nəzəriyyə ilə ziddiyyət təşkil edə bilər; Onlar bəzi nəzəriyyələrə nisbətən riyazi cəhətdən daha asan başa düşülən və nəticə verə bildikləri üçün istifadə olunurlar.
Kovalent əlaqə
Kovalent əlaqə — Elektromənfilikləri kəskin fərqlənməyən atomlar arasında kovalent əlaqə yaranır. Kovalent əlaqənin təbiəti atomlar cütünün ümumi (əlaqələndirici) elektron cütünün əmələ gəlməsindən və bu cütə birgə sahib olmaqdan ibarətdir. Bu cütlüyün elektronları hesabına hər bir atom öz valent səviyyəsini tamamlayır və bununla da öz enerjisini azaldır. Bu cütün yerləşdiyi yerdə mənfi yükün iki qat olması hesabına nüvələrdən hər birinin arasında və bu oblastda cazibə güclənir. Beləliklə atomlar əlaqələnmiş olur və birlikdə olur. == Kovalent rabitə nəzəriyyəsi == Kovalent rabitə nəzəriyyəsi ümumi şəkildə 1916-cı ildə Amerika alimi Lyus tərəfindən yaradılmışdır. Bu nəzəriyyənin sonrakı inkişafında, xüsusilə onun kompleks birləşmələrə tətbiqi sahəsində N.Sicivikin böyük rolu olmuşdur. Buna görə kovalent rabitə nəzəriyyəsi son vaxtlarda Lyus-Secvik nəzəriyyəsi adlanır. ion rabitəsində olduğu kimi kovalent rabitə nəzəriyyəsinin də əsas mahiyyətini qarşılıqlı kimyəvi təsirdə olan element atomlarında müvafiq təsirsiz qazlara məxsus davamlı elektron konfiqurasiyasının əmələ gəlməsi təşkil edir.Lakin kovalent rabitənin yaranması zamanı ion rabitəsindən fərqli olaraq, elektronun bir element atomundan digər element atomuna tam keçidi baş vermir. Yalnız qarşılıqlı təsirdə olan hər iki element atomlarının açıq elektronlarının bir-biri ilə qapanması hesabına ümumi elektron cütləri yaranır ki, bunlar da eyni vaxtda hər iki atoma aid olmaqla onların arasında rabitənin yaranmasına səbəb olur.
Qarşılıqlı əlaqə
Ünsiyyət Qarşılıqlı əlaqə – dialektikanın ən ümumi kateqoriyalarından biri; obyektiv aləmin daimi hərəkət və dəyişilməsində onun vəhdətini, onu təşkil edən predmet və hadisələr arasındakı sonsuz əlaqəni ifadə edir. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Əlaqə (1989)
== Məzmun == "Yerdənkənar varlıqlarla səylə əlaqə axtarırlar, bəs bizim aramızda, Yer kürəsinin adamları arasında əlaqə varmı?.." Personajların birinin verdiyi bu sual filmin müəlliflərini düşündürür və onlar "belə bir bəşəri, millətlərarası əlaqələr barədə həmişəkindən daha çox düşünməliyik" mesajını tamaşaçılara çatdırmağa çalışırlar. Filmdə amansızlığın necə hərc-mərcliyə, zorakılığa, planetdə bütün varlığın məhvinə gətirib çıxardığı göstərilmişdir. Burada adamlara bir daha xatırladılır ki, əlaqələrin olmaması dəhşətli bəladır, qlobal qəzalar doğurur, amma film ümid hissilə sona çatır. Müsəlman və xristian dini mahnıları oxunur və yeni həyat başlanır. == Film haqqında == Film yazıçı Anarın "Əlaqə" povesti əsasında ekranlaşdırılmışdır. Filmdə xronikal kadrlardan istifadə edilmişdir. Filmin 14-cü dəqiqəsində tələbə ilə qoca qadının daxil olduğu bina hal-hazırda Lider TV-nin yerləşdiyi binadır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi : Anar Quruluşçu rejissor : Cahangir Zeynallı Quruluşçu operator : Kənan Məmmədov Quruluşçu rəssam : Kamran Zeynallı Bəstəkar : Firəngiz Əlizadə Səs operatoru : Akif Nuriyev Rejissor : Adil İsmayılov Operator : Tərlan Babayev Montaj edən : Esmira İsmayılova Geyim rəssamı : Tamilla Dağıstanlı Qrim rəssamı : Çingiz Paşayev, Berta Roqova Quraşdırılmış səhnələrin operatoru : B. Travkin Quraşdırılmış səhnələrin rəssamı : M. Zavrajnı Rejissor assistenti : F. Hüseynov Montaj üzrə assistent : Tamilla Muxtarova Assistent : F. Qaryağdı İnzibatçı : M. Səfərov Səs Operatoru-Stajçı : T. Babayev İşıq Tənzimçisi : Əminə Cəfərova İşıq Ustası : Tahir Bağırov (T. Bağırov kimi) Çalır : SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri Dirijor : Konstantin Krimets Redaktor : Əhmədağa Qurbanov Filmin direktoru : Əli Məmmədov === Rollarda === İlqar Həsənov-Tələbə Rafiq Əliyev-Psixiatr Aliyə Əliyeva Fikrət Məmmədov-Dazbaş T. Babayeva R. Axundova Q. Süleymanov Niyazi Bədəlov-Qoca === Filmi səsləndirənlər === Pərviz Bağırov-Tələbə (İlqar Həsənov) (titrlərdə yoxdur) Nəcibə Hüseynova-Qarı (titrlərdə yoxdur) Eldəniz Rəsulov-Psixiatr (Rafiq Əliyev) (titrlərdə yoxdur) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Bərpa etmə
Bərpa etmə(k) – (ing. undelete) uzaqlaşdırılmış informasiyanın, adətən, sonuncu uzaqlaşdırılmış elementin bərpası əməliyyatı. Bərpa etmə "undo" (geri almaq) komandası ilə müqayisə oluna bilər; ancaq o, daha məhduddur, belə ki, UNDO komandası sistemi sonuncu əməliyyatdan qabaqkı vəziyyətə qaytarır, bərpa etmə isə yalnız silinməni bərpa edir. Ümumiyyətlə, bərpa etmə kəsilib götürülmüş mətnə aid olur. Bax: UNDO. Fayla aid işlədildikdə bərpa etmə informasiyanın yaddaşda bərpasını bildirir. Adətən, fayl silinərkən onun tutduğu yaddaş sahəsinin nişanı götürüldüyündən, yəni həmin sahə yeni verilənlər üçün açıldığından, bərpa etmə asanca gerçəkləşdirilir, bir şərtlə ki, bu məqsəd üçün xidməti proqramlardan istifadə olunsun. Yox, əgər yeni faylın bir hissəsi silinmiş faylın üzərinə yazılıbsa, əlbəttə, bərpa etmə daha mümkün olmayacaq. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Sentrifuqa etmə
Sentrifuqa—hazırda bioloji tədqiqat işinin aparılmasında geniş tətbiq olunur.O,çox böyük dövretmə surətinə malikdir.Hüceyrələri dəqiqədə 10 minlərlə dəfə dövr etdirən aparatın köməyi ilə müxtəlif xüsusi çəkiyə malik hüceyrə strukturlarına ayırmaq mümkün olur.Sentrifuqanın köməyi ilə müxtəlif hüceyrə orqanoidləri,onların köməyi ilə müxtəlif hüceyrə orqanoidləri,onların kimyəvi tərkibi də tədqiq olunur. Müasir avadanlıqlar insan orqanizmində gedən bioloji proseslərin gedişinin izlənilməsində əvəzsiz vasitədir.Bu cihazların köməyi ilə orqanizmə zərər vurmadan bioloji prosesləri tədqiq etmək mümkündür. == Sentrifuqa etmə == Sentrifuqa etmə—mərkəzdənqaçma qüvvəsi sahəsinin təsiri altında qeyri-cinsli sistemlərin ayrılması prosesidir. Sentrifuqa üçün müxtəlif quruluşlu sentrifuqalar tətbiq olunur.Yüksək ayrılma faktoruna malik,nimçəvari barabanlarla təchiz olunmuş sentrifuqalar-seperatorlar sentrifuqanın ən geniş yayılmış tiplərindəndir.Seperatorlar nəmliyi 60–90%-ə qədər olan çöküntüləri qatılaşdırmağa imkan verir. Son illərdə seperasiya prosesini avtomatlaşdırılmış rejimdə aparan,konkret kultur məhlulu üçün optimum fərdi şərait seçilməsinə imkan verən xüsusi hermetik seperatorlar meydana gəlmişdir. === Tətbiq sahələri === Sentrifuqa etmənin tətbiq sahələrinə aiddir: 1.Kultur məhlulundan biokütlənin (mayalar,bakteriyalar,göbələklər) ayrılması; 2.Mikrobioloji sintezin müxtəlif məqsədli məhsulların ayrılması (antibiotiklər,fermentlər, vitaminlər və s),qabaqcadan bərk fazaya keçirilməsi; 3.Ekstraksiyada əmələ gələn emulsiyanın ayrılması.
Əmək
Əmək — fərdin və cəmiyyətin tələbatını ödəmək üçün insanın məqsədyönlü, maddi (fiziki əmək) və qeyri-maddi (əqli əmək) fəaliyyəti. == Ümumi anlayış == Əmək vasitəsi ilə insan özü ilə təbiət arasında münasibətləri tənzimləyir. Əmək prosesində təbiəti dəyişməklə insan özünü də dəyişir, yeni imkanlarını üzə çıxardır. Əmək insanı təbiətdən təcrid etsə də, təbiətlə xüsusi münasibətlərini daima saxlayır. Əmək iqtisadi kateqoriya kimi istehsalat faktorlarından biri sayılır. Marksizm nəzəriyyəsinə görə əmək insanın dünyaya bağlılığın ilk faktorudur. Həmçinin əmək prosesində xüsusi münasibətlər - istehsal münasibətləri yaranır. Əmək kollektiv fəaliyyət olduğundan onu təşkil etmək üçün əlaqə vasitələri lazım olur. Bu rolu isə insan dili oynayır. Cəmiyyətin inkişafı əsasən əmək alətlərinin və istehsal münasibətlərinin təkmilləşdirilməsindən asılıdır.
Ətək
Ətək və ya yubka — beldən asılan və ayaqları bütün və ya qismən əhatə edən boru və ya konus formalı geyim. Ətək paltarın və ya donun alt hissəsidir və yaxud bir insanı beldən aşağı hissəsini əhatə edən ayrı bir xarici geyimdir. Qərb dünyasında, ətək adətən qadın geyimi hesab olunur. Lakin, istisnalar da var: Kilt, Şotlandiyanın ənənəvi kişi geyimidir. Yubkaların ətəyinin uzunluğu mikro ölçüdən döşəmə uzunluğuna qədər dəyişə bilər və estetika mədəni anlayışlarına, geyinənin şəxsi zövqünə görə, moda və sosial kontekst kimi amillərin təsirinə görə dəyişə bilər. Əksər ətəklər ayrı geyimlərdir, lakin bəziləri şort və mayo kimi bir geyimlərin bir hissəsi ola bilər. == Tarixi == === Erkən dövr === Ətəklər erkən dövrlərdən bəri alt bədəni örtməyin ən sadə yolu kimi geyilib. Mis dövrünün əvvəlindən indiki Serbiya və qonşu Balkan xalqlarının ərazisində yerləşən Vinça mədəniyyətinin (e.ə.5700-4500) istehsal etdiyi heykəlciklər qadınlara ətək kimi geyimlər göstərir. Ətək Yaxın Şərqdə və Misirdə bütün qədim mədəniyyətlərdə kişilər və qadınlar üçün standart geyim idi. Mesopotamiyadakı şumerlər kaunakes geyirdilər, bu bir kəmərlə bağlanmış xəz yubka növü idi.
Əlamət
Əlamət dəqiq elmlərdə hansısa halın faktlarının təsviri.
Əlvan
Əlvan— İranın Xuzistan ostanının Dəşt Azadegan şəhristanının Əlvan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,100 nəfər və 1,081 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti ərəblərdən ibarətdir, ərəb dilində danışırlar və şiə müsəlmandırlar.
Ələvi
Ələvilik — islamda mövcud məzhəblərdən biri. Daha çox şiəliyə və bəktaşiliyə yaxındır. == İyerarxiya nərdivanı == Aşiqlər – bunları assosiativ üzvlər də adlandırmaq olar, elektorat da. Təriqətə rəğbətlə yanaşan, amma hələ Yolu seçməyənlər belə adlanardı. Mühibb – təqdimetmə mərasimini keçmiş aşiqlərdir. Bunlara bir sıra mərasim və ayinlərin icrasında iştirak etməyə icazə verilərdi. Dərviş – özündən böyüklərə qulluq eləmək qaydalarını öyrənmiş, Yolu keçmək üçün and içib icazə al/götürmüş, xirqə və digər simvolları daşımaq hüququ əldə eləmiş kəslər. Ata – Dədə-baba və ya regional təkyənin xəlifəsi tərəfindən təyin olunardı. Bu titulun sahibi yerli təkyənin başçısı, ya da regional təkyədə şöbə rəhbəri ola bilərdi. Dərvişi-mücərrəd – nikahsızlıq andı içmiş dərviş.
Ərmək (Hurand)
Ərmək (fars. ارمك‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 140 nəfər yaşayır (27 ailə).
Leave Me Alone
Leave Me Alone (azərb. Məni Yalnız Buraxın‎) – Maykl Ceksonun 1987-ci ildə çıxarılmış yeddinci studio albomu olan Bad albomundan olan sinql. 1989–cu ildə çıxarılan sinql həmin albomdan olan səkkizinci sinqldır. "Leave Me Alone "Bad" albomunun yalnız CD versiyasında özüdə bonus parça olaraq satışa çıxarılıb. Mahnı Maykl Cekson tərəfindən yazılıb. Prodüsserliyini isə Cekson və Kuinsi Cons edib. Mahnının sözləri tez-tez dövri mətbuatda Cekson haqqında yayılan saxta və neqativ xəbərlər haqqındadır. Mahnı bütün dünyada uğur qazanmış və sevilmişdir. Belə ki, İspaniyada birinci, Birləşmiş Krallıqda ikinci yerə qədər yüksəlmiş, Yeni Zellandiya və İtaliyada isə uzun müddət hit paradda qalmağı bacarmışdır. Mahnıya həmçinin musiqi videosu da çəkilmişdir.
Live or Leave
Live Or Leave - Azərbaycanda Nu-Metal,Rapcore,Alternativ janrında ifa edən qrup. Qrup 2010-cu il Aprel ayının 17-si Anar Həmidov tərəfindən yaradılmışdır. Musiqi forumunda Anar gitarist Ayaz və zərb ifaçısı Bəxtiyar ilə tanış olur. Daha sonra qrupa vokalist Məsut qatılır. Qrup bu heyyətlə məşqlərə başlayır. Daha sonra Anar qrupa digər bir qrupda gördüyü gitarist və vokalist Fəridi dəvət edir. Qrup koverlər ifa edir və öz mahnıları üzərində işləyirdi. Bu heyyətlə Live or Leave bir neçə Bakı konsertlərində, eləcə də Gəncədə "Bakı Küləyi" festivalında uğurla çıxış etmişdir.Məhz həmin bu festivaldan sonra qrup belə qərara gəldi ki, Məsutun vokalı onları qane etmir və Məsut artıq qrupla vidalaşdı. Qrup əsas vokalistsiz məşq edirdi lakin artıq Noyabr ayında qrupa öz səsi,vokal imkanları ilə qrupu təəccübləndirən vokalist və klavişnik Orxan qoşuldu. Təxminən elə həmin vaxt bəzi yaradıcılıq səbəblərinə görə yollar qrupun zərb ifaçısı - Bəxtiyarla ayrıldı.
Kəcavə
Kəcavə, kəcabə — Yaxın Şərqin bir sıra ölkəsində mövcud olmuş minik vasitəsi. Üç tərəfi və üstü bağlı, bir tərəfi isə pərdə ilə örtülü olan kəcavə, əsasən, dəvə (bəzən fil, at və ya qatır) belinə qoyulurdu. Keçmişdə, 4 adamın (əsasən qulların) çiynində apardığı kəcavə növü (hakim sinif nümayəndələrinə məxsus) də olmuşdur. Kəcavədən uzaq yola çıxarkən qadın və uşaqların, həmçinin gəlinin aparılmasında da istifadə edilirdi.
Kəlalə
Kəlalə- İranın Gülüstan ostanının şəhərlərindəndir. Həm də Kəlalə şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 27,661 nəfər və 6,446 ailədən ibarət idi.
Səlivə
Səlivə — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Coğrafi ad talış dilində sə (sı) «qırmızı» və livə «yarpaq» sözlərinin birləşməsindən ibarətdir (Dəmir ağacının yarpaqları payızda qırmızı rəngdə olur). == Tanınmış şəxslər == === Şəhidləri === Novruz Əsgərov (20 Yanvar şəhidi) (1968-1990).
İlahə
İlah (kişi) və ya İlahə (qadın) (ərəb. إله‎) — müqəddəs hesab olunan, fövqəltəbiilik və ya ölümsüzlük xüsusiyyətlərinə malik olan sima. Sitayiş və pərəstiş obyekti. İlahlar müxtəlif obrazlarda və daha çox insan və ya heyvan şəklində təsvir olunurlar. Bəzi dini etiqadlar ilahların hər hansı formada təsvir edilməsini küfr hesab edirlər. İlahlar bir qayda olaraq ölümsüz olurlar, individuallığa və həmçinin insana xas olan şüur, istək və emosiyalar kimi xüsusiyyətlərə malik olurlar. Təbiət hadisələri — ildırım çaxması, sel daşqınları, zəlzələlər, digər "fors-major hallar" və möcüzələr ilahların əməlləri kimi qəbul edilir. Möminlərin hesab edirlər ki, bəzi ilahlar insanın taleyini müəyyən edir, onun doğulması və ölümünü tənzimləyir, dünyanı və kainatı, yaxud onların ayrı-ayrı elementlərini yaradırlar. İlahələrə misal ağıllılıq ilahəsi Afina, səfehlik ilahı Ate, dəniz ilahı Poseydon, alov ilahı Hefest, ov ilahəsi Artemis, torpaq ilahı Artey, çaylar, sular ilahı Axel, evlilik ilahəsi Yuno, hərb ilahı Appolon, müharibə ilahı Mars, kələkbazlıq ilahı Hermes, yeraltı aləmin ilahı Aid'dir.
Şəlalə
Şəlalə — Çay yatağı boyu bərk süxurları yuyub keçə bilmədiyi hissələrində əmələ gəlmir. Su bir neçə çıxıntıdan töküldükdə şəlalələr kaskadı əmələ gəlir. Yer kürəsində ən hündür şəlalələr Anhel (1054 m, Venesuela, Çurun çayı), Tugela (933 m, CAR, Tugela çayı) və Yosemitidir (727.5 m, ABŞ, Mersed çayı). Viktoriya şəlaləsinin (120m) eni 1800 m, Niaqara şəlaləsinin (51 m) eni 1100 m-dir.Stenli və Lvinqston şəlaləsi-konqo çayı, İquasa şəlaləsi - parana çayı Azərbaycanda bir neçə kiçik şəlalə (Mucuq, Afurca və s.) vardır. Şəlalənin əsas iki tipi vardır: Niaqara tipli şəlalə — bu tip şəlalənin eni hündürlüyündən xeyli artıq olur. Məsələn, Şimali Amerikada Niaqara şəlaləsi. Josemiti tipli şəlalə — bu tipdə olan şəlalədə su xeyli ensiz zolaqla çox hündürdən tökülür.Məsələn, Kaliforniyada Josemiti, Cənubi Amerikada Anhel və s.
Şəlvə
Şəlvə (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Şəlvə (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd.
Agave
Aqava (lat. Agave) — aqavakimilər fəsiləsinə aid bitki cinsi.Gövdəsiz çoxillik bitki olub, qısa ağaclaşmış gövdəsi vardır. Latınca "Agave" adlanır. Ən çox Amerika və Meksikada geniş yayılmışdır. Öz vətənində bitki çox iridir (3 m). Aqavalar ömründə bir dəfə çiçəkləyir. Buna görə də monokarp bitki adlanırlar. Ömrünün 6–10-cu ilində aqavanın mərkəzi yarpaqlarının arasında çiçək oxu əmələ gəlir, inkişaf edərək 10–12 m hündürlüyə qalxır. Saplağın üzərində 4000-ə qədər çiçək olur. Meksikalılar çiçək oxunu dibdən kəsib oradan çıxan şirəni toplayırlar.
Delaver
Delaver (ing. Delaware) - Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Dover şəhəridir.
Eland
Eland — Baltik dənizində ada. Skandinaviya yarımadasının cənub şərq sahilləri yaxınlığındadır. İsveçə məxsusdur. Uzunluğu şimaldan cənuba 136 km, sahəsi 1342 km²-dir. Əsasən, moren çöküntülərilə örtülmüş əhəng daşından təşkil olunmuşdur. Ərazisində şam meşələri var. Əhalisi əkinçilik və maldarlıqla məşğul olur. Mühüm şəhəri Borqholmdur.
Elnarə
Elnarə — Azərbaycanlı qadın adı. Nar-alov mənasındadır, odlu qız deməkdir. Elnarə Xəlilova — Azərbaycan müğənnisi və aktrisası.
Elüvi
Elüvi - əsas süxurların aşınma məhsulunun əmələ gəldiyi əvvəlki yerində qalan hissəsidir. Elüvi aşınma qabığını əmələ gətirir. .