Azərbaycanda əlavə parlament seçkiləri (2001) — 2001-ci ilin noyabr ayında Azərbaycanda boş qalan mandatlar üçün keçirilmiş əlavə parlament seçkiləri.
Azərbaycanda əlavə parlament seçkiləri | ||||
---|---|---|---|---|
16 noyabr 2001 | ||||
Seçici fəallığı | 60.69% | |||
Rəhbər | Heydər Əliyev | |||
Partiya | Yeni Azərbaycan Partiyası | |||
Tutulan yerlər | 1 | |||
Səslər | 24 959 (46.57%) |
2000-ci il parlament seçkiləri və 2001-ci il təkrar parlament seçkilərinin ardından formalaşmış II çağırış Azərbaycan Respublikasının Milli Məclisinin 52 saylı Ağcabədi şəhər seçki dairəsindən seçilmiş Yeni Azərbaycan Partiyası üzvü olan deputat Fəxrəddin Həsənov 2 may 2001-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 715 nömrəli sərəncamı ilə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinı təyin edilmişdir.[1] Dövlət qulluğuna keçdiyi üçün Fəxrəddin Həsənov deputat mandatından məhrum edilmişdir. Həmçinin 87 saylı Tovuz şəhər seçki dairəsi üzrə seçilmiş bitərəf deputat, Milli Məclisin sədr müavini Zakir Zeynalov deputat seçildikdən sadəcə 1 ay sonra — 6 dekabr 2000-ci il tarixində ölmüşdür.[2] Hər iki deputatdan boşalan yerlər üçün əlavə seçkilər təyin olunmuşdur.
Deputat Fəxrəddin Həsənov və deputat Zakir Zeynalovdan boşalan yerlər üçün 16 noyabr 2001-ci il tarixinə yeni seçkilər təyin olunmuşdur.
Seçkilərdə Azərbaycan Liberal Demokrat Partiyası, Vəhdət Partiyası, Yeni Azərbaycan Partiyası və o dövrdə rəsmi dövlət qeydiyyatından keçməmiş, yeni yaradılmış Azərbaycan Azad Respublikaçılar Partiyası üzvləri iştirak qərarı almışdır. Onlardan sadəcə Azərbaycan Liberal Demokrat Partiyasından deputatlığa namizəd Fuad Əliyev partiyası tərəfindən namizəd göstərilmişdir. Deputatlığa namizədliyini irəli sürən şəxslərə imza vərəqələrinin paylanması səbəbi ilə namizədlər siyahısı Mərkəzi Seçki Komissiyası tərəfindən hər iki dairə üzrə 12 sentyabr 2001-ci il tarixində açıqlanmışdır.[3] 52 saylı Ağcabədi şəhər seçki dairəsi üzrə deputatlığa 5 namizəd olmuşdur. Onlardan ikisi Yeni Azərbaycan Partiyası üzvü, biri Vəhdət Partiyası üzvü, biri rəsmi qeydiyyatdan keçməmiş Azərbaycan Azad Respublikaçılar Partiyası üzv, biri isə bitərəf olmuşdur. Vəhdət Partiyası üzvlərindən Tofiq Astan oğlu Cəfərov, Yeni Azərbaycan Partiyası üzvlərindən Ağcabədi Rayon Bələdiyyəsinin sədri Tahir Musa oğlu Rzayev və mühəndis-mexanik Bəylər Həbib oğlu Şirinov, Azərbaycan Azad Respublikaçılar Partiyası sədri, Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini olmuş Kamil Rzaqulu oğlu Seyidov, bitərəf olaraq isə Azərbaycan İkinci Dünya Müharibəsi Veteranları İttifaqı Ağcabədi Rayon Şöbəsinin sədri Ələsgər Əlican oğlu Allahverənov deputatlığa namizəd olmuşdur. 87 saylı Tovuz şəhər seçki dairəsi üzrə isə deputatlığa 7 namizəd olmuşdur. Onlardan 1-i Azərbaycan Liberal Demokrat Partiyası üzvü, 1-i Yeni Azərbaycan Partiyası üzvü, 5-i isə bitərəf olmuşdur. Azərbaycan Liberal Demokrat Partiyasından partiya sədri Fuad Əliyev, Yeni Azərbaycan Partiyasından Tovuz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məstan Rəsul oğlu Əliyev, bitərəf olaraq isə Lukoyl Şirkətinin Bakı şöbəsinin hüquqşünası professor İlham Məmmədhəsən oğlu Rəhimov, Kent Universitetinin doktorantı İlqar Əli oğlu Məmmədov, Müstəqil Elmi və Praktiki Hüquq Mərkəzinin Tovuz Nümayəndə Heyətinin sədri Firudin Muxdar oğlu Ələkbərov, Bakı şəhərində yerləşən 5 nömrəli Notariat Mərkəzinin mütəxəssisi Adir Zakir oğlu Zeynalov və "Azad Söz" Jurnalistlər Birliyinin Bakı Təşkilatının sədr müavini Elxan Talıb oğlu Məmmədov deputatlığa namizəd olmuşdur.[4][3]
Lakin hər bir namizəd namizədlik üçün lazım olan imza sayısını toplaya bilməmişdir. Bununla bərabər 52 saylı Ağcabədi şəhər seçki dairəsi üzrə bitərəf Teymur Qubad oğlu Rəhimov, 87 saylı Tovuz şəhər seçki dairəsi üzrə isə bitərəf İlqar Sayad oğlu Qılıcov deputatlığa namizədliyini irəli sürmüşdür. Yekun nəticə olaraq seçki bulletenində 52 saylı Ağcabədi şəhər seçki dairəsi üzrə 4 nəfər — Bəylər Şirinov, Ələsgər Allahverənov, Tahir Rzayev, Teymur Rəhimov, 87 saylı Tovuz şəhər seçki dairəsi üzrə isə 5 nəfər — Adil Zeynalov, Fuad Əliyev, İlham Rəhimov, İlqar Qılıcov, Məstan Əliyev deputatlığa namizəd olmuşdur.[4]
Seçki nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən 26 noyabr 2001-ci il tarixində 75/274 nömrəli qərar ilə təsdiqlənmiş və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə göndərilmişdir. Qərara əsasən 87 saylı Tovuz şəhər seçki dairəsi üzrə 7 və 34 saylı seçki məntəqələrindən daxil olmuş şikayətlərlə əlaqədar Mərkəzi Seçki Komissiyasında araşdırma aparılmış, göstərilən seçki məntəqələrində səsvermənin nəticələrinə dair seçki komissiyalarının qərarları ləğv olunmuş və hər iki məntəqədə seçkilərin nəticələri etibarsız sayılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 4 dekabr 2001-ci il tarixində qərara baxmış və təsdiqləmişdir. Nəticələrə əsasən 42 saylı Ağcabədi şəhər seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası üzvü Tahir Rzayev, 87 saylı Tovuz şəhər seçki dairəsi üzrə isə bitərəf namizəd İlqar Qılıcov deputat seçilmişdir.[5][6]
52 saylı Ağcabədi şəhər | 87 saylı Tovuz şəhər | Cəmi | |
Seçici | 87 327 | ||
Səs | 28 235 | 25 364 | 53 599 |
Seçici aktivliyi | 65.60% | 66.21% | 60.69% |
Deputat sayı | 1 | 1 | 2 |
Partiya | Sədr | Topladığı səs | Səs faizi (%) | Mandat sayı |
---|---|---|---|---|
Azərbaycan Liberal Demokrat Partiyası | Fuad Əliyev | 65 | 0.12 | 0 |
Yeni Azərbaycan Partiyası | Heydər Əliyev | 24 959 | 46.57 | 1 |
Bitərəf | - | 28 530 | 53.23 | 1 |
Heç biri | 45 | 0.08 | 0 | |
Ümumi | 53 599 | 100.00 | 2 |
Partiya | Namizəd | Topladığı səs | Səs faizi (%) |
---|---|---|---|
Yeni Azərbaycan Partiyası | Bəylər Şirinov | 3 697 | 13.09 |
Yeni Azərbaycan Partiyası | Tahir Rzayev | 18 764 | 66.46 |
Yeni Azərbaycan Partiyası | Teymur Rəhimov | 2 331 | 8.26 |
Bitərəf | Ələsgər Allahverənov | 3 403 | 12.05 |
Heç biri | 40 | 0.14 | |
Cəmi | 28 235 | 100.00 |
Partiya | Namizəd | Topladığı səs | Səs faizi (%) |
---|---|---|---|
Azərbaycan Liberal Demokrat Partiyası | Fuad Əliyev | 65 | 0.26 |
Yeni Azərbaycan Partiyası | Məstan Əliyev | 167 | 0.66 |
Bitərəf | Adil Zeynalov | 651 | 2.57 |
Bitərəf | İlqar Qılıcov | 18 396 | 72.53 |
Bitərəf | İlham Rəhimov | 6 080 | 23.97 |
Heç biri | 5 | 0.02 | |
Cəmi | 25 364 | 100.00 |