Naxçıvanda əlavə parlament seçkiləri (2012)

Naxçıvanda əlavə parlament seçkiləri (2012) — 2012-ci ilin iyul ayında Naxçıvan Ali Məclisində boş qalan mandat üçün keçirilmiş əlavə parlament seçkiləri.

Naxçıvanda əlavə parlament seçkiləri
15 iyul 2012
Seçici fəallığı 63.60
Rəhbər İlham Əliyev
Partiya Yeni Azərbaycan Partiyası
Tutulan yerlər 0
Səslər 1 122
(27.69)

2010-cu il Naxçıvan Ali Məclisinə keçirilmiş seçkilər ilə formalaşmış Naxçıvan Ali Məclisinin 20 saylı Yarımca seçki dairəsi üzrə seçilmiş Yeni Azərbaycan Partiyası üzvü Allahverdi Ramiz oğlu Mirzəliyev 2012-ci il tarixində ölmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 17 may 2012-ci il tarixli sərəncamı ilə 20 saylı Yarımca seçki dairəsi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə iyulun 15-nə əlavə seçkilər təyin edilmişdir.[1][2]

20 saylı Yarımca seçki dairəsi üzrə Ali Məclisə deputatlığa 3 nəfər — 1 nəfəri Yeni Azərbaycan Partiyası üzvü, 2 nəfəri isə bitərəf siyasətçi namizəd olmuşdur. Onlar Naxçıvan Muxtar Respublikasə Yazıçılar Birliyinin sədri, bitərəf Asim Yediyar oğlu Əliyev, Naxçıvan Dövlət Universitetinin kafedra müdiri, bitərəf Məmmədəli Həmzə oğlu Rəhimov və Babək Rayon Təhsil Şöbəsinin mühasibi, Yeni Azərbaycan Partiyasının üzvü Yusif Cəlil oğlu Kazımov idi.[3]

Seçki nəticələri

[redaktə | mənbəni redaktə et]







Səslərin siyasi partiyalara görə dağılışı   Bitərəf (72,31 %)  Yeni Azərbaycan Partiyası (27,69 %)








Mandatların siyasi partiyalara görə dağılışı   Bitərəf (100 %)

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə 20 saylı Yarımca seçki dairəsi üzrə 15 iyul 2012-ci il tarixində keçirilmiş seçkilərin nəticələrinə dair həmin dairə seçki komissiyasından daxil olmuş protokolları, onlara əlavə edilmiş sənədlərlə birlikdə yoxlayıb Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 16-cı və "Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununun 93.2-ci maddələrinə uyğun olaraq Ali Məclisə seçkilərin ümumi yekunları haqqında Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunu və müvafiq Qərarını tərtib edərək dairə və məntəqə seçki komissiyalarının protokolları ilə birlikdə seçkilərin yekunlarının yoxlanılıb təsdiq edilməsi üçün Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə təqdim etmişdir.[2]

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin Qərarına əsasən 20 saylı Yarımca seçki dairəsi üzrə keçirilmiş seçkilərin yekunları təsdiq edildiyindən namizədlər arasında ən çox səs toplamış bitərəf Asim Yediyar oğlu Əliyev həmin seçki dairəsi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilmiş hesab olunmuşdur.[2]

Seçki qutusu sayı 568
Seçici sayı 6 437
Səslərin sayı 4 094
Etibarlı səslərin sayı 4 051
Seçici aktivliyi 63.60%
Deputat sayı 1

Partiyalar üzrə

[redaktə | mənbəni redaktə et]
Siyasi partiya Sədr Topladığı səs Səs faizi (%) Mandat sayısı
Yeni Azərbaycan Partiyası İlham Əliyev 1 122 27.69 0
Bitərəf - 2 929 72.30 1
Cəmi 4,051 100,00 1
Partiya Namizəd Topladığı səs Səs faizi (%)
Yeni Azərbaycan Partiyası Yusif Cəlil oğlu Kazımov 1 122 27.69
Bitərəf Məmmdəli Həmzə oğlu Rəhimov 449 11.08
Bitərəf Asim Yediyar oğlu Əliyev 2 480 61.29
Etibarlı səslərin sayı 4 051 100
Etibarsız səslərin sayı 43 -
  1. "NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN SƏRƏNCAMI 20 saylı Yarımca seçki dairəsi üzrə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə əlavə seçkilərin təyin edilməsi haqqında" (PDF). 2023-03-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-03-07.
  2. 1 2 3 "15 iyul 2012-ci il tarixdə 20 saylı Yarımca seçki dairəsi üzrə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilmiş əlavə seçkilərin yekunlarının müəyyənləşdirilməsinə dair Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası Q Ə R A R" (PDF). 2021-01-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-03-07.
  3. "Bu gün Naxçıvan Ali Məclisinə əlavə seçkilər keçirilir". 2023-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-08.