Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əliağa
Əliağa (türk. Aliağa) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 45 km-dir. İlçənin şimalında Berqama, cənubunda Foça və Menəmən ilçələri, şərqində Manisa ili, qərbində isə Egey dənizi yerləşir. İlçənin sahəsi 379 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 96,974 nəfərdir.
Əliağa Alim
Əliağa Alim — şair.Molla Pənah Vaqifin oğlu Oğlunun adı Əliağa idi, "Alim" təxəllüsü ilə şe'rlər yazmış və yetkin çağlarında qətlə yetirilmişdi. Əliağa "Alim" təxəllüsü ilə şerlər də yazmışdır. Müfti Mirzə Hüseyn əfəndi Qayıbzadə "Məcmuə"sində Vaqifin oğlu Əliağa Alimlə şerləşməsini də vermişdir. Hətta Səməd Vurğunun sağlığında Moskvada rusca nəşr olunmuş (1948-ci ildə) seçilmiş əsərlərində Əlibəyin adının qarşısında "Vaqifin birinci arvadından olan oğlu" sözləri yazılmışdır. Bu izahat sonrakı rusca nəşrlərinin hamısında saxlanılmışdır. Amma əsərin Azərbaycan dilində olan nəşrlərində "Əlibəy Vaqifin oğlu" yazmaqla kifayətlənmişlər.
Əliağa Aslan
Əliağa Aslan — Şair. == Həyatı == Əliağa Aslan Surxay oğlu 1961-ci il yanvar ayınin 1-də Qubadlı rayonunun Qaracallı kəndində müəllim ailəsində doğulmuşdur. Qaracallı kənd orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Bakıya gəlmiş, Qara Qarayev adına musiqi təmayüllü ota məktəbdə 9-10-cu sinifi oxumuş, məktəbi bitirdiyi ildə Naxçıvan Pedaqoji İnstitutunun Filologiya fakultəsinə qəbul olmuşdur. 1983-cü ildə institutu bitirmiş, yaşadığı Qaracallı kəndində müəllim işləməyə başlamışdır. 1991-ci ildə Qaracallı kənd Sovetinin sədri seçılmiş, 1992-ci ildə Qubadlı Rayon İcra Hakimiyyətinin Qaracallı kəndi üzrə İcra nümayəndəsi vəzifəsinə təyin olunmuş və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır. Əliağa Aslan uşaq yaşlarından şeir yazmağa başlamış, yerli mətbuat orqanında ( Qubadlıda) şeirləri dərc olunmuşdur. 1998-ci ildə ilk kitabı "Ayrılıqlar içində" çapdan şıxmışdır. Əliağa Aslan 2009-cu ilin mart ayının 2-də ağır xəstəlikdən (qara ciyər serrozundan) sonra dünyasını dəyişmişdir. Kİtablarından birinə (Bu dünya qonaq saxlamır) tanınmış tənqidçi, filologiya elmləri doktoru, Füzulişünas Vaqif Yusifli ön söz yazmış, haqqında dəyərli sözlər işlətmişdir. Əliağa Aslanın bir çox şeirlərinə musiqilər bəstələnmişdir.
Əliağa Ağayev
Əliağa İsmayıl oğlu Ağayev (9 (22) mart 1913, Bakı – 13 noyabr 1983, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1954). == Həyatı == Azərbaycan komediya aktyorluğunun parlaq simalarından olan, səhnəyə hər tamaşada ilk gəlişindən milli teatr tariximizdə bir kimsədə görünməmiş duzlu, cəlbedici və qeyri-adi səsi ilə tamaşaçıları ovsunlayan Əliağa İsmayıl oğlu Ağayev 22 mart 1913-cü ildə Bakıda doğulub. Erkən yaşlarından atasını itirib. 1930-cu ildə yeddinci sinfi bitirərək Paris kommunası adına gəmi təmiri zavodu nəzdindəki sənət məktəbində oxuyub. İki il sonra oranı bitirərək zavodun özündə gəmi çilingəri işləyib. Bəm və şirin zümzüməli səslə işdə də dodaqaltı oxuyan Əliağa zavodun dram dərnəyinə yazılıb. İlk rolu Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasında Hacı Qaradır. == Fəaliyyəti == Əliağa Ağayev 1936-cı ildə Gənc Tamaşaçılar Teatrının (əvvəlki adı Fəhlə Uşaqlar Teatrı idi) kollektivinə daxil olub. Peşəkar teatrda səhnəyə ilk dəfə Jül Vernin "Kapitan Qrantın uşaqları" dramının tamaşasında Dlk rolunda çıxıb. Qısa müddətdə fitri istedadı ilə teatrın yaradıcılıq iqlimini mənimsəyən Əliağa Ağayevə tədricən repertuarın əksər tamaşalarında rollar tapşırılıb.
Əliağa Bakir
Əliağa Bakir (Əliağa Hacıağa oğlu Rzayev; 1 noyabr 1923, Bakı – 22 may 1998, Bakı) — şair. == Həyatı == Məhəmməd Füzuli ədəbi məktəbinin görkəmli nümayəndələrindən biri olan Əliağa Bakir (Əliağa Hacıağa oğlu Rzayev) 1923-cü il noyabrın 1-də Bakı şəhərində fəhlə ailəsində anadan olmuşdur. İlk təhsilini Bakının bir neçə məktəbində alsa da (“Bədəlbəyin məktəbi”, 25, 136 və 171 nömrəli məktəblər), 171 nömrəli orta məktəbdən məzun olmuşdur (1941). Ədəbiyyata hələ uşaq illərindən böyük həvəs göstərən şair ilk şeirini 6-cı sinifdə oxuyarkən İspaniyada mübarizə aparan respublikaçılara həsr etmişdir (1937). Əliağa Bakir ilk əmək fəaliyyətinə 1941-ci ildə SSRİ Müdafiə Nazirliyinin 610 nömrəli hərbiləşdirilmiş zavodunda fəhlə olaraq başlamışdır. Daha sonra ikinci dünya müharıbəsinin ən şiddətli günlərində cəbhəyə yola düşmüş və Qudermes yaxınlığında alman qırıcı təyyarələrinin sovet hərbi qatarını bombardman etməsi nəticəsində ağır yaralanmışdır (1943). Şair gənclik çağlarında çox sıxıntılı və iztirablı günlər yaşamışdır. O, 1955-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitutunu bitirərək, inşaat mühəndisi ixtisasına yiyələnmişdir. Qırx ildən artıq bir dövr ərzində respublika Kənd Təsərrüfatı Nazirliyinin Baş Baytarlıq İdarəsində mühəndis vəzifəsində çalışmışdır. Böyük söz ustadı Əliağa Vahidin tələbələrindən olmuş Əliağa Bakir ədəbi fəaliyyətə 1940-cı illərdən başlamışdır.
Əliağa Cəfərli
Əliağa Cəfərov (Tam adı: Əliağa Qafar oğlu Cəfərov; 16 may 1954, Bakı) — nasir, publisist, filologiya elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2004), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2000), Beynəlxalq Ekologiya və Təbii Sərvətlərdən istifadə Akademiyasının həqiqi üzvü (2003). AMEA "Akademkitab" idarəsinin direktoru. == Həyat və fəaliyyəti == Əliağa Cəfərov 1954-cü ildə mayın 16-da Bakı şəhərində anadan olmuşdur. 1970-ci ildə Qubadlı rayonunun Əli-Qulu Uşağı kənd orta məktəbini bitirmişdir. 1970–1973-cü illərdə Sumqayıt Politexnik Tüxnikumunda təhsil almışdır. 1973–1975-ci illərdə Əliağa Cəfərov hərbi xidmətdə olmuşdur.1975–1979-cu illərdə Sumqayıt Superfosfat zavodunda çalışmışdır. Burada o, 5-ci dərəcəli bənna, komsomol komitəsinin katibi, 1975–1982-ci illərdə isə maddi-texniki təchizat şöbəsində mühəndis işləmişdir. 1980–1982-ci illərdə həmin zavodda böyük mühəndis vəzifəsində çalışmışdır. 1978–1983-cü illərdə Azərbaycan Dövlət Universitetində kitabxanaçılıq fakültəsində təhsil almışdır. 1982–1991-ci illərdə Sumqayıt şəhərindəki 69 saylı kitab mağazasında satıcı, müdir, 1991–1993-cü illərdə isə həmin təşkilatın Plan-İqtisad şöbəsinin rəisi olmuşdur.
Əliağa Cəfərov

Əliağa Hüseynov
Əliağa Hüseynov (tam adı: Əliağa İzzət oğlu Hüseynov; 16 dekabr 1946, Salyan, Salyan rayonu) — azərbaycanlı hərbçi, ictimai-siyasi xadim, ehtiyyatda olan general-leytenant; Azərbaycan Respublikasının Hərbi Komissarı (1998–2009); Salyan Rayon İcra Hakimiyyətinin başçısı (2009–2010); Azərbaycan Respublikasının Milli Məclisi IV və V çağırış deputatı (2010–2020). == Həyatı == Əliağa İzzət oğlu Hüseynov 1946-cı il dekabrın 16-da Salyan rayonunda anadan olmuşdur. 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunu, 1974-cü ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini, 1975-ci ildə isə Baş Ştabın Mərkəzi Kursunu bitirmişdir. 1970–1972-ci illərdə Bakı şəhər Tramvay-Trolleybus İdarəsində çalışmışdır. 1972-ci ildə Sovet ordusu sıralarına çağırılmışdır. 1972–1976-cı illərdə Bakı şəhəri 26 Bakı komissarı rayon (indiki Səbail rayonu) Hərbi Komissarlığında şöbə rəisinin köməkçisi, 1976–1978-ci illərdə İmişli rayon Hərbi komissarının müavini, 1978–1983-cü illərdə Bakı şəhəri Əzizbəyov rayon (indiki Xəzər rayonu) Hərbi Komissarlığında ikinci şöbənin rəisi, 1983–1988-ci illərdə Əzizbəyov rayonunun Hərbi komissarı, 1988–1997-ci illərdə Bakı şəhəri Yasamal rayonunun Hərbi komissarı işləmişdir. 1998–2009-cu illərdə Azərbaycan Respublikasının Hərbi Komissarı olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 2009-cu il tarixli Sərəncamı ilə General-leytenant Əliağa İzzət oğlu Hüseynov Azərbaycan Respublikasının hərbi komissarı vəzifəsindən azad edilərək "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "b" bəndinə və 164-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb.11 noyabr 2009-cu il tarixindən Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 7 noyabr 2010-cu ildə Azərbaycan Respublikası IV çağırış Milli Məclisinin deputatı seçilmişdir. Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 2010-cu il tarixli Sərəncamı ilə dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilməsi ilə əlaqədar olaraq Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Əliağa Həsənov
Əlağa Hacı Süleyman oğlu Həsənov (1871, Bakı – 18 mart 1933, Bakı) — Azərbaycan Xalq Cümhuriyyətinin Maliyyə naziri olmuşdur. == Həyatı == Ə.Həsənov 1871-ci ildə Bakıda anadan olmuşdur. Bakı kommersiya məktəbini bitirmişdir. Təhsil illərində Əliağa Həsənov türk, ərəb, fars və rus dillərini mükəmməl öyrənmişdir. Bakının ictimai həyatında fəal iştirak edən Ə.Həsənov şəhər Dumasının üzvü seçilmişdir. O, "Nəşri-maarif" cəmiyyətinin yaradılmasında və fəaliyyətində yaxından köməklik etmişdir. Bundan başqa Bakıya Şollar su kəmərinin, kanalizasiya şəbəkəsinin çəkilməsində, Dənizkənarı parkın salınmasında onun da böyük xidmətləri olmuşdur. 1918-ci il martın 18-dən 22-dək Bakıda və Azərbaycanın digər yerlərində cəbhədən qayıdan nizami erməni qoşun birlikləri 30 minə yaxın azərbaycanlını qırdı. Onlar S.Şaumyanın göstərişi ilə Bakı Sovetinin qoşunhissələri tərkibinə daxil edilmişdilər. Şəhərdə bu qırğının qarşısını almağa çalışanlardan biri də Ə.Həsənov olmuşdu.
Əliağa Kürçaylı
Vəliyev Əliağa Həsənağa oğlu (Əliağa Kürçaylı) (20 fevral 1928, Kür Qaraqaşlı, Salyan rayonu – 11 fevral 1980) — şair, dramaturq, tərcüməçi, 1951-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1979) == Həyatı == Əliağa Kürçaylı 1928-ci il fevral ayının 20-də Salyan qəzasının Kür Qaraqaşlı kəndində doğulmuşdur. Orta məktəbin 9-cu sinfindən təhsilini yarımçıq qoyub 1944–1946-cı illərdə Zaqafqaziya Dəmir Yolu İdarəsinin Salyan şöbəsində mühasib işləməyə başlamışdır. Bakı Dəmir Yolu Texnikumunda birillik mühasiblər kursunda oxuduqdan sonra baş mühasib olmuş, Salyan Dram Teatrında eyni vəzifəyə dəyişilmişdir (1946–1947). Bu dövrdə onda poeziyaya güclü maraq oyanmışdır. "Sənin gözlərin" adlı ilk şeiri ilə ("Azərbaycan gəncləri", 1946) ədəbiyyata gəlişi uğurlu olmuş, mərkəzi və respublika dövri mətbuatda müntəzəm çıxış etmişdir. Salyan radio qovşağında redaktor işləmiş, gənc yazıçıların I Respublika müşavirəsində iştirak etmişdir (1947). Bakıda fəhlə gənclər orta məktəbinin son sinfini bitirib ADU-nun Filologiya fakültəsinə daxil olmuşdur. Onu M. Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərmişlər, ab-havası düşmədiyindən geri qayıdıb universitetdə təhsili davam etdirmişdir (1949–1954), eyni zamanda "Kommunist" qəzeti redaksiyasında ədəbi işçi, "Ədəbiyyat və incəsənət" qəzetində şöbə müdiri (1953–1955) işləmişdir. Moskvada ali ədəbiyyat kursunun dinləyicisi (1955–1957), "Azərbaycan gəncləri" qəzeti redaksiyasında şöbə müdiri (1959–1965), "Azərbaycan" jurnalı redaksiyasında məsul katib, Azərbaycan Yazıçılar İttifaqı nəşriyyat şöbəsinin rəisi (1965–1966), "Literaturnıy Azerbaydjan" jurnalı redaksiyasında məsul katib, Azərbaycan Dövlət Nəşriyyatında redaktor (1966–1967) işləmiş, sonra bir müddət yaradıcılıq fəaliyyəti ilə məşğul olmuş, Azərbaycan Yazıçılar İttifaqında dramaturgiya bölməsinə rəhbərlik etmiş (1975), "Yazıçı" nəşriyyatında (1978-ci ilin mayından ömrünün axırınadək) baş redaktor olmuşdur.Əliağa Kürçaylı böyük xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanım ilə ailə qurmuşdur. 1 qızı və 1 oğlu var idi.
Əliağa Məmmədov
Əliağa Eldəniz oğlu Məmmədov (26 iyul 2001, Bakı – 6 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əliağa Məmmədov 2001-ci il iyulun 26-da Sabunçu rayonunda anadan olub. 2008–2013-cü illərdə Sabunçu rayonunun 80 nömrəli tam orta məktəbdə, 2013–2017-ci illərdə isə Sabunçu rayonunun 322 nömrəli tam orta məktəbində təhsil alıb. 2017–2018-ci illərdə 5 nömrəli Peşə Liseyində "İşıq operatoru" ixtisası üzrə təhsil alıb. 6 il cüdo idman növü ilə məşğul olub. Subay idi. == Hərbi xidməti == Əliağa Məmmədov 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə başladı. Azərbaycan Ordusunun əsgəri olan Əliağa Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi Ağdərə şəhəri istiqamətində gedən döyüşlərdə savaşıb. Əliağa Məmmədov oktyabrın 6-da Ağdərə döyüşləri zamanı şəhid olub. Sabunçu rayonunun Maştağa qəsəbəsində dəfn olunub.
Əliağa Quliyev
Əliağa Eyvaz oğlu Quliyev (9 may 1917, Bakı – 11 yanvar 1998, Bakı) — Azərbaycanın xalq artisti, tarzən. == Həyatı == Əliağa Quliyev 1917-ci il may ayının 9-da Xəzərin sahilində, Bakı şəhərində dünyaya göz açmışdır. Quliyevlər ailəsi əslən Şamaxının Sarıtorpaq məhəlləsindən idi.1934-cü ildə isə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin tar sinfinə qəbul edilir. 1936-cı ildə opera teatrında və radionun orkestrində daimi işləməyə başladı. 1937-ci ildə "Koroğlu" operasının böyük uğurla keçən ilk premyerasında simfonik orkestrin tərkibində Əliağa Quliyev tar çalırdı. 1939-cu ildə Əliağa Quliyev Azərbaycan Dövlət Konservatoriyasının xor-dirijorluq fakültəsinə qəbul olunur, lakin ali təhsilini heç yarıya çatdırmamış İkinci Dünya müharibəsi başlanır. Əliağa Quliyevin cəbhə həyatı müharibənin əvvəlindən — 1941-ci ildən başlamışdı. Hələ Belarusun Qomel vilayətinin Çausı şəhərində qatıldığı döyüşlərdən hünər, qeyrət sahibi olduğu özünü büruzə vermişdi. O, cəmi bir neçə ay ərzində rabitəçi peşəsinə yiyələnmişdi, halbuki başqaları buna bir ilə ancaq nail ola bilirdilər. 1942-ci ildə kiçik leytenant rütbəsində 712-ci atıcı alayının radio taqımına komandirlik edir.
Əliağa Süleymanzadə
Axund Əliağa Süleymanzadə (1885, Novxanı, Bakı qəzası – 26 noyabr 1977, Bakı) — Qafqaz müsəlmanlarının X Şeyxülislamı == Həyatı == Şeyxülislam Axund Əliağa Hacı Süleyman oğlu Süleymanzadə 1885-ci ildə Novxanı kəndində dindar bir ailədə dünyaya göz açıb. İlk təhsilini mollaxanada alan Əliağa Quranı, Sədi Şirazinin "Gülüstan" və "Bustan"ını öyrənmişdir. Əliağanın İslam dininə olan dərin marağını görən gələcək qohumu Axund Hacı Məhəmmədəmin onu öz doğma oğlu Ağaməmmədlə birlikdə Yaxın Şərq ölkələrinə ali ruhanilik təhsili almaq üçün oxumağa göndərmək istəyir. Əliağanın böyük qardaşı Ağaməhəmməd təhsil almaq xərclərini öz üzərinə götürür. 1902-ci ildə iki yoldaş əvvəlcə İranın Xorasan əyalətində bir müddət təhsil aldığdan sonra, onu İraqi-Ərəbin Nəcəf şəhərində davam etdirir. Mədinədə imtahan verərək ali ruhanilik təhsillərini 12 il müddətində başa vururlar. === Dini fəaliyyəti === Axund Əliağa Bakının bir çox məscidlərində axundluq etmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra din xadimlərinin təqibindən Axund Əliağa da yaxa qurtara bilmədi. O, daim NKVD-nin nəzarəti altında idi. Şeyxülislam Şeyx Möhsün Həkimzadə 1966-cı ildə vəfat etdikdən sonra iki ilə qədər Şeyxülislamlıq vəzifəsi boş qalır.
Əliağa Vahid
Əliağa Vahid (əsl adı: Əliağa Məmmədqulu oğlu İsgəndərov; 17 fevral 1895, Bakı – 1 oktyabr 1965, Bakı) — Azərbaycan-sovet şairi, qəzəlxanı Azərbaycan SSR əməkdar incəsənət xadimi (17 iyun 1943). == Həyatı == Əliağa Vahid 17 fevral 1895-ci ildə Bakı şəhərində anadan olub. O, mədrəsədə oxumağa başlasa da, daha sonra ehtiyac üzündən təhsilini yarımçıq qoyaraq xarratlıq etmişdir. Gənc yaşlarında Bakıdakı "Məcməüş-şüəra" ədəbi məclisində iştirak edib, Azər (İmaməliyev), Müniri və b. şairlərin təsiri ilə lirik şeirlər yazıb. Satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edib. Onun "Tamahın nəticəsi" adlı ilk kitabı nəşr olunmuşdur.[nə vaxt?]Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Vahid inqilabi təbliğat sahəsində fəal çalışıb, yeni həyatı tərənnüm edən çoxlu şeir ("Əsgər və fəhlə yoldaşlarıma", "Məktəb nə deməkdir", "Ucal, mələyim" və s.) yazmış, "Kommunist" qəzeti, "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq etmişdir. Onun "Kupletlər" (1924), "Mollaxana" (1938) kitablarındakı şeirlərdə yeniliyə mane olanlar kəskin satira atəşinə tutulur. Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə "Döyüş qəzəlləri" (1943), "Qəzəllər" (1944) kitablarında Əliağa Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edirdi. Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir.
Əliağa Yasinzadə
Əliağa Hacı oğlu Yasinzadə (1933–2005) — Azərbaycan yazıçısı, publisist, tərcüməçi == Həyatı == 1933-cü ildə Quba rayonunun Qarxun kəndində anadan olmuşdur. İbtidai məktəbi Xaçmaz rayonundakı Ağarəhimoba kəndində, yeddiillik məktəbi Əbilyataq kəndində tərifnamə ilə bitirib, (1953) Bakı statistika texnikumuna daxil olmuş, bir neçə aydan sonra Sovet ordusu sıralarına hərbi xidmətə çağırılmışdır. Yeddiillik məktəbdə oxuyarkən "Azərbaycan pioneri" qəzetində kiçik həcmli məqalələrlə çıxış etmişdir. Əsgəri xidmət dövründə isə "Qvardeyets" və "Vo slavu Rodinı" hərbi qəzetlərinin xüsusi müxbiri kimi fəaliyyət göstərmişdir. Ordudan tərxis edildikdən sonra 1956–1959-cu illərdə texnikumda təhsilini davam etdirmiş, 1962–1968-ci illərdə ADU-nun filologiya fakültəsində qiyabi təhsil almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi-Elmi Tədqiqatlar Mərkəzinin zabiti olmuşdur. Həyatının müxtəlif dövrlərində bir sıra mətbu orqanlarda çalışmış, tez-tez ədəbi-bədii və publisistik yazılarla çıxış etmişdir. 20-dək kitabın, çoxsaylı məqalələrin müəllifidir. == Mükafatları == "General Həzi Aslanov" mükafatı "Qızıl qələm" mükafatı == Əsərləri == Yollar, B. Azərnəşr, 1966, 86 səh, 6.000 nüs. Kuban çiçəkləri, B. Gənclik, 1974, 96 səh, 15.000 nüs.
Əliağa Şıxlinski
Əli Ağa Şıxlinski (tam adı: Əli Ağa İsmayıl Ağa oğlu Şıxlinski; 3 (15) mart 1863, Aşağı Salahlı, Tiflis quberniyası – 18 avqust 1943, Bakı) — Rusiya imperiyası ordusunda general-leytenant, Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi nazirinin müavini, Sovet hərb xadimi və artilleriya generalı. Artilleriyanın nəzəri və praktiki inkişafındakı danılmaz xidmətlərinə və qazandığı qələbələrə görə ruslar Əliağa Şıxlinskiyə "Artilleriyanın Allahı" ləqəbini veriblər. 1926-cı ildə Əliağa Şıxlinski "Rusca-Türkcə qısa hərbi lüğəti"ni Bakıda üç əlifbada rus, ərəb və latın əlifbası ilə nəşr etdirə bilmişdir. Bununla da ilk dəfə Azərbaycanda hərbi lüğətin yaradıcısı olmuşdur. == Həyatı == === Erkən illəri === Əliağa Şıxlinski 1865-ci il martın 3-də Yelizavetpol quberniyası, Qazax qəzasının Qazaxlı (indiki Aşağı Salahlı) kəndində ağalıq nəslində anadan olub. O yazırdı ki, onun atası İsmayıl ağa Əli Qazax oğlu Şıxlinski, əsli 1537-ci ildən başlayan igid bir nəslə mənsub olub. Şıxlinski 1904-cü ildən qeydlər apardığı "Zabitin dəftəri"ndə iftixarla yazır ki, onun anası Şahyəmən xanım Molla Vəli Vidadinin qız nəvəsidir. Əliağa Şıxlinskindən həm də iki qardaşı olmuşdur.O, 1876-cı ilin avqustunda Tiflis hərbi gimnaziyasının birinci sinfinə daxil olmuş, oranı-artıq kadet korpusuna çevrilmiş gimnaziyanı 1883-cü ildə birinci şagird kimi bitirmişdi. === Vəfatı === O, son günlərini Bakının Cəfər Cabbarlı küçəsi 14 saylı mənzildə keçirirdi. Ölümündən qabaq, Əliağa Şıxlinski 1942-ci ildə qələmə aldığı "Xatirələrim" hərbi memuar kitabını yazırdı.
Əliağa Əmirov
Əliağa Güləli oğlu Əmirov (10 avqust 1922, Corat, Bakı qəzası – 1984, Corat, Sumqayıt) — Böyük Vətən müharibəsi veteranı, azərbaycanlı Polkovnik == Həyatı və gənclik illəri == Əliağa Əmirov 1922-ci il, 15 avqust tarixində Bakının Corat kəndində anadan olmuşdur. II Dünya Müharibəsi başlayan zaman tələbə idi. O, cəbhəyə könüllü getmişdir. 6 ay Orconikidze adına hərbi piyadalar məktəbində oxuyub. Hərbi məktəbdə xüsusi fərqlənən Əliağa Əmirov Leytenant rütbəsi aldıqdan sonra 416-cı diviziyanın 1368-ci polkunda 6 ay gənc əsgərlərin təlimi ilə məşğul olub. == İkinci Dünya Müharibəsi == Əliağa Əmirov Mozdokdan Qafqaz dağlarınadək 15 çətin döyüş əməliyyatında xüsusi fərqlənmə ilə iştirak etmişdir. O, Qafqaz döyüşü (həmçinin Qafqaz uğrunda döyüş) və ya Don əməliyyatı adlandırılan və İkinci Dünya müharibəsinin şərq cəbhəsində, Qafqaz regionunda, xüsusilə də Don çayı və Böyük Qafqaz dağları arasındakı bölgədə baş verən xüsusi əhəmiyyət kəsb edən döyüşdə verilən döyüş tapşırıqlarını uğurla yerinə yetirmişdir. O, eyni zamanda II Dünya Müharibəsində həlledici döyüşlərdən hesab edilən Berlin döyüşündə iştirak etmişdir. Əliağa Əmirov məhz bu döyüşdə piyada əleyhinə minaya düşmüşdür. Nəticədə onun bir ayağı amputasiya edilmiş və əlil olmuşdur.
Əliağa (Türkiyə)
Əliağa (türk. Aliağa) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 45 km-dir. İlçənin şimalında Berqama, cənubunda Foça və Menəmən ilçələri, şərqində Manisa ili, qərbində isə Egey dənizi yerləşir. İlçənin sahəsi 379 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 96,974 nəfərdir.
Əlağa Həsənov
Əlağa Hacı Süleyman oğlu Həsənov (1871, Bakı – 18 mart 1933, Bakı) — Azərbaycan Xalq Cümhuriyyətinin Maliyyə naziri olmuşdur. == Həyatı == Ə.Həsənov 1871-ci ildə Bakıda anadan olmuşdur. Bakı kommersiya məktəbini bitirmişdir. Təhsil illərində Əliağa Həsənov türk, ərəb, fars və rus dillərini mükəmməl öyrənmişdir. Bakının ictimai həyatında fəal iştirak edən Ə.Həsənov şəhər Dumasının üzvü seçilmişdir. O, "Nəşri-maarif" cəmiyyətinin yaradılmasında və fəaliyyətində yaxından köməklik etmişdir. Bundan başqa Bakıya Şollar su kəmərinin, kanalizasiya şəbəkəsinin çəkilməsində, Dənizkənarı parkın salınmasında onun da böyük xidmətləri olmuşdur. 1918-ci il martın 18-dən 22-dək Bakıda və Azərbaycanın digər yerlərində cəbhədən qayıdan nizami erməni qoşun birlikləri 30 minə yaxın azərbaycanlını qırdı. Onlar S.Şaumyanın göstərişi ilə Bakı Sovetinin qoşunhissələri tərkibinə daxil edilmişdilər. Şəhərdə bu qırğının qarşısını almağa çalışanlardan biri də Ə.Həsənov olmuşdu.
Əlağa Kürçaylı
Vəliyev Əliağa Həsənağa oğlu (Əliağa Kürçaylı) (20 fevral 1928, Kür Qaraqaşlı, Salyan rayonu – 11 fevral 1980) — şair, dramaturq, tərcüməçi, 1951-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1979) == Həyatı == Əliağa Kürçaylı 1928-ci il fevral ayının 20-də Salyan qəzasının Kür Qaraqaşlı kəndində doğulmuşdur. Orta məktəbin 9-cu sinfindən təhsilini yarımçıq qoyub 1944–1946-cı illərdə Zaqafqaziya Dəmir Yolu İdarəsinin Salyan şöbəsində mühasib işləməyə başlamışdır. Bakı Dəmir Yolu Texnikumunda birillik mühasiblər kursunda oxuduqdan sonra baş mühasib olmuş, Salyan Dram Teatrında eyni vəzifəyə dəyişilmişdir (1946–1947). Bu dövrdə onda poeziyaya güclü maraq oyanmışdır. "Sənin gözlərin" adlı ilk şeiri ilə ("Azərbaycan gəncləri", 1946) ədəbiyyata gəlişi uğurlu olmuş, mərkəzi və respublika dövri mətbuatda müntəzəm çıxış etmişdir. Salyan radio qovşağında redaktor işləmiş, gənc yazıçıların I Respublika müşavirəsində iştirak etmişdir (1947). Bakıda fəhlə gənclər orta məktəbinin son sinfini bitirib ADU-nun Filologiya fakültəsinə daxil olmuşdur. Onu M. Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərmişlər, ab-havası düşmədiyindən geri qayıdıb universitetdə təhsili davam etdirmişdir (1949–1954), eyni zamanda "Kommunist" qəzeti redaksiyasında ədəbi işçi, "Ədəbiyyat və incəsənət" qəzetində şöbə müdiri (1953–1955) işləmişdir. Moskvada ali ədəbiyyat kursunun dinləyicisi (1955–1957), "Azərbaycan gəncləri" qəzeti redaksiyasında şöbə müdiri (1959–1965), "Azərbaycan" jurnalı redaksiyasında məsul katib, Azərbaycan Yazıçılar İttifaqı nəşriyyat şöbəsinin rəisi (1965–1966), "Literaturnıy Azerbaydjan" jurnalı redaksiyasında məsul katib, Azərbaycan Dövlət Nəşriyyatında redaktor (1966–1967) işləmiş, sonra bir müddət yaradıcılıq fəaliyyəti ilə məşğul olmuş, Azərbaycan Yazıçılar İttifaqında dramaturgiya bölməsinə rəhbərlik etmiş (1975), "Yazıçı" nəşriyyatında (1978-ci ilin mayından ömrünün axırınadək) baş redaktor olmuşdur.Əliağa Kürçaylı böyük xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanım ilə ailə qurmuşdur. 1 qızı və 1 oğlu var idi.
Əlağa Vahid
Əliağa Vahid (əsl adı: Əliağa Məmmədqulu oğlu İsgəndərov; 17 fevral 1895, Bakı – 1 oktyabr 1965, Bakı) — Azərbaycan-sovet şairi, qəzəlxanı Azərbaycan SSR əməkdar incəsənət xadimi (17 iyun 1943). == Həyatı == Əliağa Vahid 17 fevral 1895-ci ildə Bakı şəhərində anadan olub. O, mədrəsədə oxumağa başlasa da, daha sonra ehtiyac üzündən təhsilini yarımçıq qoyaraq xarratlıq etmişdir. Gənc yaşlarında Bakıdakı "Məcməüş-şüəra" ədəbi məclisində iştirak edib, Azər (İmaməliyev), Müniri və b. şairlərin təsiri ilə lirik şeirlər yazıb. Satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edib. Onun "Tamahın nəticəsi" adlı ilk kitabı nəşr olunmuşdur.[nə vaxt?]Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Vahid inqilabi təbliğat sahəsində fəal çalışıb, yeni həyatı tərənnüm edən çoxlu şeir ("Əsgər və fəhlə yoldaşlarıma", "Məktəb nə deməkdir", "Ucal, mələyim" və s.) yazmış, "Kommunist" qəzeti, "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq etmişdir. Onun "Kupletlər" (1924), "Mollaxana" (1938) kitablarındakı şeirlərdə yeniliyə mane olanlar kəskin satira atəşinə tutulur. Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə "Döyüş qəzəlləri" (1943), "Qəzəllər" (1944) kitablarında Əliağa Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edirdi. Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir.
Molla Əliağa Süleymanzadə
Axund Əliağa Süleymanzadə (1885, Novxanı, Bakı qəzası – 26 noyabr 1977, Bakı) — Qafqaz müsəlmanlarının X Şeyxülislamı == Həyatı == Şeyxülislam Axund Əliağa Hacı Süleyman oğlu Süleymanzadə 1885-ci ildə Novxanı kəndində dindar bir ailədə dünyaya göz açıb. İlk təhsilini mollaxanada alan Əliağa Quranı, Sədi Şirazinin "Gülüstan" və "Bustan"ını öyrənmişdir. Əliağanın İslam dininə olan dərin marağını görən gələcək qohumu Axund Hacı Məhəmmədəmin onu öz doğma oğlu Ağaməmmədlə birlikdə Yaxın Şərq ölkələrinə ali ruhanilik təhsili almaq üçün oxumağa göndərmək istəyir. Əliağanın böyük qardaşı Ağaməhəmməd təhsil almaq xərclərini öz üzərinə götürür. 1902-ci ildə iki yoldaş əvvəlcə İranın Xorasan əyalətində bir müddət təhsil aldığdan sonra, onu İraqi-Ərəbin Nəcəf şəhərində davam etdirir. Mədinədə imtahan verərək ali ruhanilik təhsillərini 12 il müddətində başa vururlar. === Dini fəaliyyəti === Axund Əliağa Bakının bir çox məscidlərində axundluq etmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra din xadimlərinin təqibindən Axund Əliağa da yaxa qurtara bilmədi. O, daim NKVD-nin nəzarəti altında idi. Şeyxülislam Şeyx Möhsün Həkimzadə 1966-cı ildə vəfat etdikdən sonra iki ilə qədər Şeyxülislamlıq vəzifəsi boş qalır.
Əliağa Vahid bağı
Əliağa Vahid bağı və ya Əliağa Vahid parkı — Bakıda, İçərişəhərdə kiçik meydan. Kiçik Qala küçəsinə bağlanır. Çin məscidi və YAY!Gallery burada yerləşir. == Tarixi == Bağın adı Azərbaycan şairi Əliağa Vahidin büstü qoyulduqdan sonra müəyyənləşdirildi. Əvvəllər, 1990-cı ildə, əvvəlcə Mikayılovski və ya Qubernator Baharı kimi tanınırdı. Cənubunda Niyazi küçəsi, şimal tərəfində İçərişəhər metrostansiyası, qərbdə İstiqlaliyyət küçəsi və şərqdə İçərişəhərin köhnə hissəsinin qala divarı yerləşir. 2009-cu ildə büst İçərişəhərə köçürüldü və bağ "Filarmoniya bağı" adlandırıldı. Bakı Filarmoniyası Cəmiyyəti adına "Əliağa Vahid bağı" adı yeni bir yerə təyin edildi. == İstinadlar == == Xarici keçidlər == Baku.
Əliağa Vahid parkı

Kəhrizə-i Əliağa (Bükan)
Kəhrizə-i Əliağa (fars. كهريزه علي اقا‎‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 218 nəfər yaşayır (28 ailə).
Elfaq Hüseynov
Elfaq Hüseynov (15 iyul 1969 – 27 may 1993, Gədəbəy) — Azərbaycanlı şəhid. == Həyatı == Hüseynov Elfaq Oruc oğlu 1969-cu ildə iyulun 15-də Gədəbəy rayonunun Qaraməmmədli kəndində anadan olmuşdur. Elfaq orta məktəbdə oxuyarkən öz yaşıdlarından sakit təbiəti, elmə həvəsi ilə fərqlənirdi. Valideynləri ona böyük ümüd bəsləyir, dərsləri ilə məşğul olması üçün hər cür şərait yaradırdılar. Orta məktəbi qurtardıqdan sonra, Sovet ordu sıralarında hərbi xidmətini yerinə yetirib təhsilini Azərbaycan Texniki Universitetində davam etdirirdi. Texniki Universitetin IV kurs tələbəsi idi. O, ermənilərin vəhşiliklərinə dözməyib könüllü batalyona yazıldı. Gənc leytenantın döyüş yolu Başkəndin alınmasından başlandı. Yoldaşları arasında cəsurluğu və hərbi intizamı ilə seçilən bu Vətən oğlu neçə-neçə qanlı döyüşdə düşmənə ağır itgilər vermişdi. 1993-cü il may ayının 27-si qəhrəmancasına şəhid olmuşdur.
Elfaq Nağıyev
Elfaq Azad oğlu Nağıyev (26 dekabr 1996, Parakənd, Gədəbəy rayonu – 21 oktyabr 2020, Xocavənd rayonu) - Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elfaq Nağıyev 1996-cı il dekabrın 26-da Gədəbəy rayonunun Parakənd kəndində anadan olub.2003—2011-ci illərdə kəndin tam orta məktəbində təhsil alıb. 2012—2016-cı illərdə Şamaxı rayonu Humanitar Kollecində "Bədən tərbiyəsi müəllimliyi" ixtisası üzrə ali təhsil alıb. Nişanlı idi. == Hərbi xidməti == Elfaq Nağıyev 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2016—2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun giziri Elfaq Nağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Hadrut əraziləri və bir neçə strateji yüksəkliklərin azad olunması uğrunda gedən döyüşlərdə şücaət göstərib. Oktyabrın 9-da Hadrut qəsəbəsinə bayraq sancan əsgərlərdən biri olub. Elfaq Nağıyev oktyabrın 21-də Xocavənd rayonu ərazisində gedən döyüşlərdə şəhid olub. Gədəbəy rayonunun Parakənd kəndində torpağa tapşırılıb.
Aliağa
Əliağa (türk. Aliağa) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 45 km-dir. İlçənin şimalında Berqama, cənubunda Foça və Menəmən ilçələri, şərqində Manisa ili, qərbində isə Egey dənizi yerləşir. İlçənin sahəsi 379 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 96,974 nəfərdir.
Ətağa
Mir Mövsüm Ağa (Seyidəli Mir Abutalıb oğlu Mirmövsümzadə; 1883, Bakı – 17 noyabr 1950, Bakı) — Bakı və ətraf kəndlərin sakinləri tərəfindən möcüzəli qüvvələrə malik olduğuna inanılan fiziki qüsurlu şəxs. Seyidəli Mirmövsümzadənin sümükləri zəif inkişaf etmişdi, özü hərəkət edə, düz otura bilmirdi. == Həyatı == 1883-cü ildə dünyaya gələn Seyid Mir Talıb Ağanın oğlu Seyidəli fiziki qüsurlu olsa da, hələ kiçik yaşlarından həm ailə üzvləri, həm də qohumları onda qeyri-adilik olduğunu iddia edirdilər; məsələn, onlar iddia edirdlər ki, Seyidəli başı ağrıyan adama əlini çəkən kimi həmin şəxsin bütün ağrıları keçir. Seyidəlinin bu xüsusiyyətlərinə görə ona Mir Mövsüm Ağa deyə müraciət edirdilər.40 yaşına qədər Seyidəli Mirmövsümzadə yeriyə və otura bilirdi, amma kalsium çatışmazlığına görə çətinlik çəkirdi. Seyid uzun illər İçərişəhərdə Firdovsi küçəsi – 3-dəki mənzildə yaşayıb. Sağlığında bu ünvan Mir Mövsüm Ağa ziyarətgahı kimi tanınıb. 1950-ci ildə Mir Mövsüm Ağa vəfat etdi. Hazırda dəfn edildiyi qəbiristanlıq ziyarətgaha çevrilib. == Mir Mövsüm Ağa ziyarətgahı == Ziyərətgah Bakının Şüvəlan qəsəbəsindəki "qədim qəbiristanlıq " deyilən ərazidə yerləşir. Ziyarətgah — kompleksin mərkəzində xalq arasında böyük inam sahibi olan Ağa Seyid Əli Mir Abutalıb oğlu Mir Mövsümzadənin türbəsi ucalıb.
Ellada
Yunanıstan (yun. Ελλάδα, Ellada), rəsmi adı Ellin Respublikası (yun. Ελληνική Δημοκρατία) — Avropada dövlət. Ölkə cənub-şərqi Avropada yerləşir və dünyada ən qədim sivilizasiyalardan biridir. Yunanıstan şərqdən Şimali Makedoniya, Bolqarıstan, Türkiyə və Albaniya ilə həmsərhəddir. Onun sahilləri qərbdən İon dənizi ilə və şərqdə Egey dənizinin suları ilə yuyulur. Avropanın cənub-şərqində, Balkan yarımadasında yerləşir. Avropa Birliyi və Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) üzvüdür. Qərbi Avropada 9-cu, dünyada 90-cı yer tutur. Yunanıstanın əlverişli coğrafi və hərbi-stratrji mövqeyi vardır.