Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ğəliyəhməd (Xaybulla)
Əliməmməd Atayev
Əliməmməd İbadulla oğlu Atayev (1899, Bakı – 1963, Bakı) — Azərbaycan teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1940). Əliməmməd (Əli Məmməd) Atayev 1899-cu ildə Bakıda anadan olmuşdur. 1934-cü ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının truppasına qəbul olunmuş və burada müxtəlif rollar ifa etmişdir. Aktyor 1963-cü ildə Bakıda vəfat etmişdir. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 23 aprel 1940 İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 1-ci cild. Bakı: Azərnəşr. 2016. 428 səh.
Əliməmməd Mustafayev
Əliməmməd Nuriyev
Əliməmməd Mali oğlu Nuriyev (1 mart 1964, Ərkivan, Masallı rayonu) — Azərbaycan Respublikasının Milli Məclisi II çağırış deputatı, "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti. 1964-cü il martın 1-də Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1989–1992-ci illərdə Vəkillər Kollegiyasının üzvü olub. 1992–1993-cü illərdə Prezident Aparatında çalışıb. 1994–2001-ci illərdə BDU-da hüquq fakültəsində müəllim işləyib. Rus və fransız dillərini bilir. Evlidir, 2 övladı var. Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvü olmuşdur. 2001-ci il yanvarın 7-də 7 saylı Yasamal ikinci seçki dairəsindən deputat seçilmişdir.
Qəliyəhməd (Xaybulla)
Ğəliyəhməd (başq. Ғәлиәхмәт) — Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Akyul kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Ğəliyəhməd kəndinin milli tərkibi: başqırdlar 100 %. Məsafələr: rayon mərkəzindən (Akyar):61 km., ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 117 km. Işmorat Kayumoviç İlbakov (1963) — artist, Başqırd Dövlət Filarmoniyasının kuratoru, Başqırdıstan Respublikasının Xalq Artisti Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Mirzə Əlməmməd Xəlilov
Mirzə Əlməmməd Xəlilov (1862, Naxçıvan – 1896) — Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu, pedaqoq. Mirzə Əliməmməd 1862-ci ildə Naxçıvan şəhərində anadan olmuşdu.Zaqafqaziya (Qori) Müəllimlər seminariyasını bitirmişdi. O. bu seminariyanın ilk şagirdlərindən idi. 1879-cu ildə Qori Müəllimlər Seminariyası nəzdində Azərbaycan şöbəsinin açılması məsələsi müzakirəyə çıxarılan zaman A. Çernyayevski bu şöbənin təşkili və yaradılması üçün ən münasib və layiqli şəxs hesab edilir. Həmin ilin yayında Azərbaycanın bütün irili-xırdalı yaşayış məntəqələrini, kənd və şəhərlərini qarış-qarış gəzib, seminariyanın yenicə açılmış Azərbaycan şöbəsində oxumaq üçün şagird toplayan Aleksey Osipoviç cəmi bir neçə gənc ilə geri qayıdır. Sonralar onlardan yalniz üç nəfəri, Teymur bəy Bayraməlibəyov (Lənkəran), Səfərəli bəy Vəlibəyov (Şuşa) və Mirzə Əliməmməd Xəlilov (Naxçıvan) şəhadətnamə alıb xalq müəllimi adına layiq görülürlər. A. Çernyayevski Səfərəli bəy Vəlibəyovu dərs demək üçün seminariyada saxlayır. Mirzə Əliməmməd müəllim işləmişdi. O, 1896-cı ildə vəfat edib. Dövrün tərəqqipərvər, açıqfikirli ziyalılarından Məhəmməd ağa Şahtaxtlı (1846–1931), Qurbanəli Şərifov (1854–1917), Məhəmməd Tağı Sidqi (1854–1903), Cəlil Məmmədquluzadə (1869–1932), Eynəli bəy Sultanov (1866–1935), Mirzə Əlməmməd Xəlilov (1862–1896), Mirzə Ələkbər Süleymanov (1862–1921), Mirzə Məmməd Zamanbəyov və başqalarının təşəbbüsü və səyi nəticəsində 1883-cü ildə Naxçıvanda ilk dəfə olaraq "Müsəlman incəsənəti və dram cəmiyyəti" (R.Nəcəfov.
Əliməmməd bəy Mustafayev