Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əliqulu
Alıqulu — Azərbaycan Respublikasının Laçın rayonu Pircahan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Laçın rayonunun Pircahan inzibati ərazi vahidində olan bu kənd Şəlvə çayının (Həkəri çayının qolu) sahilində, Mıxtökən silsiləsinin yamacındadır. Keçmiş adı Əliqulukənd olmuşdur. Əliqulular nəslinin adı ilə bağlıdır. Etnotoponimdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Mədəniyyəti == Kənddə orta məktəb, mədəniyyət evi, kitabxana, qarışıq mallar mağazası, feldşer-mama məntəqəsi fəaliyyət göstərirdi. Bundan əlavə Alıqulu kəndinin ətrafında "Yalkənd" adlanan dağın üstündə kiçik həcmli televizor ötürücü stansiyası fəaliyyət göstərirdi. Kəndin idarə və müəsisələri, 50-ə yaxın fərdi yaşayış evi telefonlaşdırılmışdır.
Əlqul
Əlqul — Persey bürcünün β ulduzudur. Əlqul ulduzu ilk və ən yaxşı bilinən tutulan qoşa ulduzdur. β Persey üç ulduzlu sistemdir, Aa1, Aa2 və Ab ibarət olan böyük və əsas parlaq β Persey Aa1 ulduzu nizamlı olaraq zəif parlaqlı β Persey Aa2 ulduzu tərəfindən tutulur. Onun parlaqlığı periodik olaraq artıb azalır. Beləliklə, Əlqul ulduzunun ulduz ölçüsü adətən 2,1 ətrafında sabit qalır, ancaq təxminən 10 saat davam edən qismən tutulmalar zamanı hər 2,86 gündə (2 gun, 20 saat 49 dəqiqə) 3,4 qiymətinə enir. Əlqul ulduzu tutulan dəyişən ulduz sinfinə aid edilir və Əlqul dəyişənləri kimi tanınır. == Müşahidə tarixi. == Əlqulun dəyişkənliyi İtalyan astronomu Geminiano Montanari tərəfindən 1667 ci ildə qeyd edildi, ancaq parlaqlıqdakı dəyişmələrin periodik təbiəti, bir əsrdən sonra, İngilis amatör astronom John Goodricke tərəfindən ulduzun dəyişənliyi qeydə alındı. 1783-cü ilin may ayında o, tapıntılarını Kral Cəmiyyətinə təqdim etdi və dövrü dəyişkənliyə ulduzun qarşısında keçən bir qaranlıq cisimin (və ya ulduzun dövrü olaraq Yer üzünə doğru döndüyü daha qaranlıq bir bölgəyə sahib olması) səbəb olduğu fikri irəli sürürdü. Bu məlumata görə Copley Medalına layiq görüldü.
Əlaqəli hüquqlar
Əlaqəli hüquqlar – Müəlliflik hüququ ilə qorunan əsərlərin kütləyə çatdırılmasında iştirak edən vasitəçilərin müəlliflik hüququ ilə təmasda olan hüquqları. == Ədəbiyyat == Əliquliyev R.M., Ağayev N.B., Alıquliyev R.M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015.
Əlaqəli ifadə
Əlaqəli ifadə – iki, yaxud bir neçə əlaqəni tutuşdurmaq üçün əlaqə (münasibət) operatorlarının (məsələn, “kiçikdir”, yaxud “böyükdür”) istifadə olunduğu ifadə. Əlaqəli ifadənin nəticəsi Bul kəmiyyəti (doğru/yalan) olur. Bax: BOOLEAN, RELATIONAL OPERATOR. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Əlaqəli model
Əlaqəli model (ing. Relational model) — verilənlərin əlaqələr əsasında təşkil olunduğu model; çağdaş verilənlər bazalarının idarəolunması sistemlərinin əksəriyyətində bu model gerçəkləşdirilib. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Əlaqəli siyahı
Əlaqəli siyahı (en. linked list) – proqramlaşdırmada: verilənlər strukturunun göstəricilərlə (POINTER) bir-birinə bağlanmış bəndlərinin və ya elementlərinin siyahısı. Sadə bağlantılı siyahının hər bir bəndində bir göstərici var ki, həmin göstərici siyahının növbəti bəndinə göndərir (müraciət etdirir); ikiqat bağlantılı siyahının (DOUBLE-LINKED LIST) hər bir bəndində iki göstərici var ki, onlardan bir növbəti, o biri isə əvvəlki bəndə göndərir; dairəvi siyahıda birinci və axırıncı bəndlər əlaqəlidir. Massivlər kimi, bağlantılı siyahılardan da tez-tez siyahıların, steklərin və verilənlər növbələrinin yaradılmasında istifadə olunur. Bağlantılı siyahılar daha əlverişlidir, çünki onlarda bəndlər dinamik paylanır və bütün bəndlərin eyni tipdən olması tələb olunmur; massivlər isə, öz növbəsində, verilmiş bəndə birbaşa erişməyə imkan verir. == Həmçinin bax == Dövrün tapılması == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Əliqulu Ağalarov
Ağalarov Əliqulu Behbud bəy oğlu (23 mart 1923, Ordubad, Naxçıvan MSSR – 23 iyun 1982, Bakı) — Azərbaycan alimi, neyrocərrahı, Azərbaycan SSR əməkdar elm xadimi (1971), tibb elmləri doktoru (1967), professor (1970). == Həyatı == Əliqulu Ağalarov 1923-cü il mart ayının 23-də Ordubad şəhərində doğulmuşdur. Orta təhsilini Ordubad şəhərində almışdır. N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra Bakı ŞHK-ndan orduya çağırılmışdır (1941). İkinci dünya müharibəsinin son günlərinədək hərbi təx. xəstəxanasında cərrahlıq etmiş, gənc tibb mütəxəssisi kimi təcrübə dərsi keçmiş, sənətini daha da kamilləşdirmişdir. Neçə-neçə döyüşçünü ölümün pəncəsindən alıb yenidən döyüşən orduya göndərmiş, faşizm üzərində qabaqcıl bəşəriyyətin tarixi Qələbəsini öz xeyirxah nəcib işi ilə yaxınlaşdırmağa çalışmışdır. Ağalarov bu Qələbəni Avstriyanın paytaxtı Vyana şəhərində cərrahiyyə vzvodunun komandiri kimi tibb xidməti podpolkovniki (1945) rütbəsində qarşılaşmışdır. Ordudan tərxis olunduqdan sonra keçmiş Azərbaycan SSR EA Eksperimental Tibb İnstitutunun kiçik elmi əməkdaşı N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunun təxliyə cərrahiyyəsi kafedrasının assistenti olmuşdur. Ağalarov 1954-cü ildə qastroenterologiya sahəsində tibb elmləri namizədi alimlik dərəcəsini almışdır.
Əliqulu Cabbardar
Əliqulu Fərəcov
Əliqulu Səttar oğlu Fərəcov (15 mart 1898, Ordubad, Naxçıvan qəzası – 20 yanvar 1981, Bakı) — iqtisadçı, iqtisad elmləri namizədi, professor (1939), Azərbaycan SSR əməkdar iqtisadçısı (1967). == Həyatı == Fərəcov Əliqulu Səttar oğlu, 15 mart 1898-ci il tarixində Ordubadda anadan olmuşdur. O, 1915-ci ildə Tiflis ticarət kurslarını, 1927-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. Fərəcov, Azərbaycanda uçotun qurulmasında mühüm rol oynamış və bir növ banisi kimi tanınmışdır. O, bir çox sahibkar şirkət və firmalarda mühasib kimi işləmiş və 1917–1920-ci illərdə hesabdar-mühasiblər kursları (o vaxtlar Əliqulu Fərəcov kursu adlanırdı) açaraq onu o dövrün tələblərinə uyğun təşkil etmək üçün rus alim-mütəxəssislərini Azərbaycana dəvət edərək, onların təcrübəsindən istifadə etmişdir. Mühasibat uçotu ixtisası üzrə mütəxəssisləri daha təkmil formada hazırlamaq üçün Əliqulu Fərəcov kadr hazırlığının daha müasir orta ixtisas və ali təhsil sistemini seçməyə üstünlük vermiş, demək olar ki, ona nail olaraq bu kadrları hazırlayan "Statistika", "Kommersiya" texnikumlarının, Azərbaycan Dövlət Sənaye İnstitutunun nəzdində iqtisad fakültəsinin və sonradan bu fakültənin bazasında Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun açılmasında və fəaliyyət göstərməsində iştirak etmişdir. Uzun müddət respublikanın ali məktəblərində dərs demişdir. Elmi-pedaqoji fəaliyyətilə yanaşı, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) prorektoru (1943–1944), Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki ADİU) rektoru (1944–1950), bir sıra kafedraların, o cümlədən ADU-nun mühasibat uçotu və təsərrüfat fəaliyyətinin analizi kafedrasının (1959–1960) müdiri, ADU-nun (1962–1966) və AXTİ-nin məsləhətçi professoru (1966-cı ildən) olmuş, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat bölməsində (indiki İqtisadiyyat İnstitutu) baş elmi işçi, şöbə müdiri (1951–1958) işləmişdir. Fərəcov, Azərbaycanda iqtisadi təhsilin təşkilatçılarından idi. O, Azərbaycan dilində mühasibat uçotunun nəzəri və əməli məsələlərinə dair dərsliklər yazmış, konkret iqtisadiyyata dair elmi terminlər işləyib hazırlamış, mühasibat uçotunun nəzəri, texniki və tarixi məsələlərinə, k.t.
Əliqulu Həsənoğlu
Əliqulu Həsənoğlu (d. 1944 – ö. 3 yanvar 2016) — Yunan-Roma güləşi üzrə SSRİ-nin və Azərbaycanın əməkdar məşqçisi. == Həyatı == Əliqulu Həsənoğlu 3 yanvar 2016-cı ildə vəfat etmişdir. == Fəaliyyəti == Azərbaycan idmançısı, olimpiya çempionu Fərid Mansurovun məşqçisi olmuşdur.Yeniyetmələri arasında Arif Niftullauev, Avdışev kimi tanınmış gənclər də var.
Əliqulu Nəcəfov
Əliqulu Qəmküsar (doğum adı: Əliqulu Məşədi Ələkbər oğlu Nəcəfov; 24 may 1880 – 4 mart 1919) — Azərbaycan şairi, publisisti. Yazıları ilə "Molla Nəsrəddin", "Yeni füyuzat", "Həyat", "İrşad", "Sədayi-həqq", "Al bayraq", "Gələcək" və s. qəzet və jurnallarda iştirak etmişdir. Əsərləri "Otaylı", "Cüvəllağı", "Cüvəllağı bəy", "Sarsaqqulu bəy", "Qəmküsar" və başqa imzalarla nəşr edilmişdir. Ziyalı maarifçi nəsil olan Nəcəfovların nümayəndəsidir. == Həyatı == Əliqulu Nəcəfov Qəmküsar 1880-cı ildə Naxçıvanda doğulmuşdur. Atası Məşədi Ələkbər Hacı Nəcəf oğlu əvvəllər papaqçılıq, sonralar isə Culfa kömrükxanasında komissionçuluq etmişdir. Ana babası Məşədi Əsəd "Məddah" təxəllüsü ilə şeir yazmışdır. Əmisi "Fani" təxəllüslü Məhəmməd Hüseyn Nəcəfov Naxçıvanın qüvvətli şairlərindən sayılmışdır. Qəmküsar səkkiz yaşından molla məktəbində ərəbcə və farscanı öyrənmişdir.
Əliqulu Quliyev
Əliqulu Quliyev (Quliyev Əliqulu Umud oğlu; d. 15 iyul 1939, İmişli) — fizika riyaziyyat elmləri namizədi, riyazi analiz kafedrasının fəxri professor. == Həyat və fəaliyyəti == 15 iyul 1939-cü ildə İmişli rayonunda anadan olmuşdur. 1947–1957-ci illərdə orta məktəbdə oxumuşdur. 1959–1964–cü illərdə Kirovabad Dövlət Pedaqoji İnstitutu, fizika-riyaziyyat müəllimliyində təhsil almışdır. 1965–1967-ci illərdə aspirant olmuşdur. 1967-ci ildən GDU-da çalışır. == Təhsili və elmi dərəcə == 1964-cü ildə KDPİ-nu bitirib. "Polinomial əmsallı adi diferensial (məxsusiyyəti olan) tənliklərin ümumiləşmiş funksiyalar fəzasında həlli" (namizədlik dissertasiyası), 1974-cü il. == Əmək fəaliyyəti == "Riyaziyyat tarixi", "Riyazi məntiq" fənlərini tədris edir.
Əliqulu Qəmküsar
Əliqulu Qəmküsar (doğum adı: Əliqulu Məşədi Ələkbər oğlu Nəcəfov; 24 may 1880 – 4 mart 1919) — Azərbaycan şairi, publisisti. Yazıları ilə "Molla Nəsrəddin", "Yeni füyuzat", "Həyat", "İrşad", "Sədayi-həqq", "Al bayraq", "Gələcək" və s. qəzet və jurnallarda iştirak etmişdir. Əsərləri "Otaylı", "Cüvəllağı", "Cüvəllağı bəy", "Sarsaqqulu bəy", "Qəmküsar" və başqa imzalarla nəşr edilmişdir. Ziyalı maarifçi nəsil olan Nəcəfovların nümayəndəsidir. == Həyatı == Əliqulu Nəcəfov Qəmküsar 1880-cı ildə Naxçıvanda doğulmuşdur. Atası Məşədi Ələkbər Hacı Nəcəf oğlu əvvəllər papaqçılıq, sonralar isə Culfa kömrükxanasında komissionçuluq etmişdir. Ana babası Məşədi Əsəd "Məddah" təxəllüsü ilə şeir yazmışdır. Əmisi "Fani" təxəllüslü Məhəmməd Hüseyn Nəcəfov Naxçıvanın qüvvətli şairlərindən sayılmışdır. Qəmküsar səkkiz yaşından molla məktəbində ərəbcə və farscanı öyrənmişdir.
Əliqulu Səmədov
Əliqulu Qüdrət oğlu Səmədov (19 avqust 1953, Astara, Azərbaycan SSR) — azərbaycanlı aktyor və rejissor. == Həyatı və Fəaliyyəti == Əliqulu Qüdrət oğlu Səmədov (Əliqulu Qüdrətoğlu) Astarada anadan olub. Bakı Rabitə Texnikumunda (1970-1975), Ümuittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb (Yevgeni Matveyevin kursu). 1979-cu ildə “Azərbaycanfilm” kinostudiyasının aktyor şöbəsinə qəbul olunub, hazırda fəaliyyətini kinostudiyada davam etdirir. Bir çox filmlərin ikinci rejissoru, dublyaj rejissoru, kastinq rejissoru kimi çalışıb və sinxron səs effektlərinin yazılışında iştirak edib. t2012-2021-ci illərdə Bakı Uşaq və Gənclər Teatrında çalışıb. Xarici film istehsalçılarının “Bizi gənclik yaşadır...” (1986, rejissor Yevgeni Şerstobitov) serialında Stepanov rolunda, “Müsahibə alan adam” (1986, rejissor Yuri Maruxin / Belarus) filmində, ““Alfa” layihəsi” (1990, rejissor Yevgeni Şerstobitov / Ukrayna) filmində şturman rolunda, “Qara qış” (1991 / İran) filmində, “Sıçrayış” (1991, rejissor Yevgeni Şerstobitov / Ukrayna) filmində kapitan rolunda, “Dronqo” (2002, rejissor Zinoviy Royzman / Rusiya) serialında, “Onlar da insandır” (Türkiyə) serialında, “57 saylı qatar” (Türkiyə) serialında çəkilib, “Divlər zindanı” (1993, rejissor Həsən Məmmədzadə / İran) filminin ikinci rejissoru olub. Azərbaycan Kinematorafçılar İttifaqının üzvüdür (1991). Əməkdar artistdir (2011). == Filmoqrafiya == 1.
Əliqulu Uşağı
Əliquluuşağı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Əliquluuşağı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Qubadlı rayonunun Əliquluuşağı kəndi Məlikəhmədli kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Əliquluuşağı kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Keçmiş adı Qarabaşlı olmuşdur. Kənd əvvəllər bir qədər aralıda yerləşirdi. Sonralar Qarabaşlı kəndindən Aliquluuşağı nəslinə mənsub ailələr indiki ərazidə kəndin bünövrəsini qoymuşlar. Kənd həmin nəslin adını daşıyır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 118 evdə 222 tatar (sonralar azərbaycanlı) yaşayırdı.
Əliqulu xan
Əliqulu xan — Kişi adı.
Əliqulu Cabbadar
Əliqulu Cabbadar (fa. علی قلی جبه‌دار; gür. ალი-ყული ჯაბადარი) və ya tam adı ilə Məhəmməd Əli İbn Abdul Bəy İbn Əliqulu Cabbadar - gürcü əsilli İran rəssamı. XVII-XVIII əsrlərdə yaşamışdır. == Həyatı == Qərb tərzində rəsm əsərlərini ilk çəkənlərdən biridir. Xüsusən Səfəvi sarayının həyatı ilə bağlı çəkdiyi rəsmlərlə tanınır. O, rəsmdəkilərin fiziki quruluşu və geyim detallarını diqqətlə ifa etməsi ilə seçilməkdədir. Onun adına hal-hazırda dördü Rusiyada Ermitajda, dördü də ABŞ-nin Metropolitan İncəsənət Muzeyində saxlanılan rəsm əsərlərində rast gəlmək mümkündür. Rəsm əsərlərində o özündən Frank deyə bəhs etməkdədir. Çox gümanki, o, bununla özünün gürcü və ya xristian köklərini bildirmək istəməkdədir.
Əlaqəli damarlar
Əlaqəli damarlar — eyni venoz sistemin 2 fərqli nöqtəsi ilə əlaqə quran venalar. Səthi venoz sistemi dərin venoz sistemlə birləşdirən digər venalara perforator venalar deyilir. Onlar böyük dəri altı venasını kiçik dəri altı vena ilə əlaqələndirə bilərlər (məsələn, Giakomini venası). == Giakomini venası == Giakomini venası — böyük dərialtı vena (BDV) və kiçik dərialtı vena (KDV) arasında birləşdirici damardır. Giakomini venası ya gövdənin proyeksiyası kimi, ya da kiçik dərialtı venanın qolu kimi budun arxası boyunca uzanır. Giakomini venasının çatışmazlığı təcrid olunmuş şəkildə özünü göstərə bilər, lakin daha çox böyük dərialtı vena çatışmazlığı ilə birlikdə müşahidə olunur. Bunun ya endovenöz lazer ablasiyası, ya da ultrasəslə idarə olunan skleroterapiya ilə effektiv şəkildə müalicə olunduğu bildirilir.
İsmayıl Eloğlu
Hüseynov İsmayıl Məşədi Bəşir oğlu (İsmayıl Eloğlu) (1912—1957) — müğənni. == Həyatı == İsmayıl Eloğlu 27 sentyabr 1912-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Birinci dərəcəli Şuşa məktəbini bitirmişdi. Bülbül onun səsini dinləyib Bakıya aparmışdı. Orda Eloğlu ləqəbini qəbul edib oxumağa başlamışdı. Bir çox ölkələrə qastrol səfərlərinə çıxmışdı. O, 21 iyul 1957-ci ildə vəfat edib. == Fəaliyyəti == 1926-cı ildən AOBT-nda müxtəlif rollar oynamışdır. "Leyli və Məcnun"da Nofəl, "Əsli və Kərəm"də Keşiş və Paşa, "Koroğlu"da Alı kişinin yaddaqalan obrazlarını yaratmışdır.
Əlisahib Əroğul
Əlisahib Əroğul (tam adı: Əlisahib İsrafilzadə Qiyas oğlu; d.10 sentyabr 1948, Dağ Tumas, Cəbrayıl, Azərbaycan) — nasir, publisist, 1993-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı. == Həyatı == 1948-ci il sentyabr ayının 10-da Qarabağda, Cəbrayıl bölgəsinin Dağtumas kəndində anadan olub. Burada kənd səkkizillik məktəbini bitirdikdən sonra 1963-1966-cı illərdə Bakı şəhərindəki 56 saylı axşam fəhlə-gənclər məktəbində, 1967-ci ildə Bakı politexnikumunun Hidromeliorasiya şöbəsində təhsilini davam etdirmişdir. 1966-1971-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin mexanika şöbəsində təhsil almışdır. 1976-cı ildə isə Marksizm-Leninizm Universitetinin iqtisadiyyat fakültəsini bitirmişdir. Qarabağ müharibəsi veteranıdır. Məcburi köckün kimi Bakı şəhəri, Nəsimi rayonu, Droqal döngəsi ev 4, mənzil 24-də məskunlaşmışdır. Ailəlidir, 3 övladı, 7 nəvəsi var. == Əmək və İctimai fəaliyyəti == Əmək fəaliyyətinə Bakıda inşaatçı fəhlə kimi başlamışdır. Sonra elmi işçi, müəllim, məktəb direktoru işləmişdir.
Oqtay Eloğlu
"Oqtay Eloğlu" pyesi - Cəfər Cabbarlının 1922-ci ildə qələmə aldığı pyes. Əsərdə ədib cəhalət içində boğulan, pulun, səltənətin hakim olduğu cəmiyyətdə vətəndaş - ziyalı təəssübkeşliyini ön plana çəkmişdir. Əsərin əsas qəhrəmanı xalqını, Vətənini bütün varlığı ilə sevən bir gəncdir. O özünü el oğlu, böyük bir vahidin kiçik parçası sayır. Millətinin cəhalət içində yaşaması Oqtayı ağrıdır. 0, rahatlıq tapa bilmir, həyatını, xalqını gerilikdən qurtarmaq, inkişafa qoşmaq uğrunda mübarizəyə həsr edir. Oqtay xalqına xidmət yolunda milli teatr yaratmağı ən yaxşı vasitə sanır və bunu qarşısına məqsəd qoyur. O, dostu Səməd bəyə qətiyyətlə bildirir: «Səhnəmiz yox. Fəqət olmalıdır. Onu da mən yaradacağam».
Bankın əlaqəli şəxsləri
Molla Əliqulu Vaqif
Molla Əliqulu Vaqif (?-?)—XVI əsr Azərbaycan şairi. == Həyatı == Molla Əliqulu Vaqif Xalxalda doğulmuşdur. Molla Nəsrulla Vaqifin bacısı oğludur. Doğma yurdunda mədrəsə təhsili aldıqdan sonra Təbrizə yollanmışdı. Orada müxtəlif alimlərin yanında təhsilini artırmışdı. Molla Əliqulu Vaqifin divanı qalıb.
Əliqulu Nəcəfov-Qəmküsar
Əliqulu Qəmküsar (doğum adı: Əliqulu Məşədi Ələkbər oğlu Nəcəfov; 24 may 1880 – 4 mart 1919) — Azərbaycan şairi, publisisti. Yazıları ilə "Molla Nəsrəddin", "Yeni füyuzat", "Həyat", "İrşad", "Sədayi-həqq", "Al bayraq", "Gələcək" və s. qəzet və jurnallarda iştirak etmişdir. Əsərləri "Otaylı", "Cüvəllağı", "Cüvəllağı bəy", "Sarsaqqulu bəy", "Qəmküsar" və başqa imzalarla nəşr edilmişdir. Ziyalı maarifçi nəsil olan Nəcəfovların nümayəndəsidir. == Həyatı == Əliqulu Nəcəfov Qəmküsar 1880-cı ildə Naxçıvanda doğulmuşdur. Atası Məşədi Ələkbər Hacı Nəcəf oğlu əvvəllər papaqçılıq, sonralar isə Culfa kömrükxanasında komissionçuluq etmişdir. Ana babası Məşədi Əsəd "Məddah" təxəllüsü ilə şeir yazmışdır. Əmisi "Fani" təxəllüslü Məhəmməd Hüseyn Nəcəfov Naxçıvanın qüvvətli şairlərindən sayılmışdır. Qəmküsar səkkiz yaşından molla məktəbində ərəbcə və farscanı öyrənmişdir.
Əliqulu xan (gürcü)
Əliqulu xan (vəfatı 1667) — Səfəvi məmuru, qulam və ardıcıl üç Səfəvi şahı olan I Şah Səfi (1629-1642), II Şah Abbas (1642-1666) və Şah Süleyman Səfəvinin (1666-1694) dövründə xidmət etmiş gürcü mənşəli yüksək dərəcəli hərbi komandir. Saakadze nəslinin nümayəndəsi olan Bican bəy Saakadzenin oğlu, Rüstəm xan (vəfatı 1644) və İsa xanın (vəfatı 1654) qardaşı idi. Əlli il sürən "əlamətdar karyerası" ilə tanınan Əliqulu bəy gələcəkdə xan, kansler / baş ədliyyə (divanbəyi), baş komandan (sepahsalar) və Təbriz bəylərbəyliyinin bəylərbəyi kimi yüksək vəzifələri tutdu. 1654-cü ildə Əliqulu xan o zamankı şah II Abbasın lehinə dəstək oldu. Babası I Şah Abbasdan (1588-1629) sonra ən bacarıqlı Səfəvi hökmdarı olduğu bilinən II Abbas Səfinin hakimiyyətindən sonra ortaya çıxan bir çox məsələdə, o cümlədən hərbi idarədə təsiri oldu. Əsgərlərin şikayətlərindən sonra Əliqulu xanın davranışı II Abbas tərəfindən araşdırıldı,nəticədə o, vəzifəsindən uzaqlaşdırıldı. Sonralar II Abbasın oğlu və varisi Süleyman I hakimiyyəti dövründə Əliqulu xanın fəaliyyəti bərpa edildi, Süleyman isə onu sepahsalar olaraq təyin etdi. == Mənbələr == Floor, Willem. Safavid Government Institutions. Costa Mesa, California: Mazda Publishers.