Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kanada ərgəvanı
Qriffit ərgəvanı
Çin ərgəvanı
Kanada ərkəvanı
Kanada ərkəvanı (lat. Cercis canadensis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin ərkəvan cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Amerikada, Nyu-Yorkdan cənuba tərəf Şimali Floridaya, qərbdən Ayova, Texas və Şimali Meksikaya qədər olan ərazilərdə bitir. == Botaniki təsviri == Hündürlüyü 12–18 m-ə çatan, bozumtul-qara gövdəyə malik ağacdır. Cavan zoğları qırmızı-qonurdur. Yarpaqların uzunluğu 16 sm-ə qədər olub, enli, oval və ya ürəkşəkilli, ucu biz, səthi hamardır. Yarpaqların rəngi yazda açıq yaşıl, payızda isə açıq sarı olur. Çiçəkləri kəpənək formasında, qalın budaq və ya gövdədə dəstələrlə yerləşir, uzunluğu 10–12 mm-ə çatır, açıq çəhrayı və ya solğun çəhrayı rəngdədir. Aprel-may aylarında çiçəkləyir. Meyvələri sentyabrda yetişir.
Qriffit ərkəvanı
Qiffit ərkəvanı (lat. Cercis griffithii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin ərkəvan cinsinə aid bitki növü. Orta Asiya, İran və Əfqanıstanın dağlarında, daşlıq yamaclarda dəniz səviyyəsindən 800-2200 m hündürlükdə bitir. Hündürlüyü 1-4 (10) m-dək olan çoxbudaqlı kol və ya ağacdır. Budaqları enli çətir əmələ gətirir. Cavan qabığı qırmızı-qonur, sonradan isə tünd boz rəngli olur. Yarpaqları yumru böyrəkşəkilli, uzunluğu 5-8 sm, eni 7-12 sm, binövrəsi enli, ucu bütöv, üstü parlaq yaşıl, alt tərəfi göyümtül, saplaqların uzunluğu 2-3 sm-dir. Çiçəkləri qısa salxımlarda yerləşir. Kasacığı qabarıq qısa dişciklidir; çiçək tacı çəhrayı və ya al-qırmızı bənövşəyidir. Mart-aprel aylarında yarpaqlar açılmamışdan əvvəl çiçəkləyir.
Çin ərkəvanı
Çin ərkəvanı (lat. Cercis chinensis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin ərkəvan cinsinə aid bitki növü. Mərkəzi Çində geniş yayılmışdır. Hündürlüyü 15 m olan, yarpağını tökən ağac və ya koldur. Düz budaqlı gövdəsi sıx çətirlidir. Yarpaqları yumru, diametri 6-12 sm, çılpaq, parlaq, dəricikli, alt tərəfi göyümtüldür. Yumru, yaşıl yarpaqları payızda saralır. Mayda çiçəkləyir, çiçəkləri yarpaqları açılanadək budaqları örtür. Çiçəkləməsi adi ərgəvana nisbətən daha bol və parlaqdır. 5-8 ədəd çəhrayı, al-qırmızı çiçəkləri dəstələrdə yerləşir, uzunluğu 1,5-1,8 sm-dir.
Zərəvani
Zərəvani (kürd. زێرەڤانی, Zêrevanî, hərf. Mühafizəçi), həmçinin Zəravani — Kürdüstan Regional Hökuməti tərəfindən idarə olunan hərbiləşdirilmiş polis qüvvəsi. Bəziləri tərəfindən jandarmeriya kimi təsvir edilir. 2008-ci ilin iyununda "Zərəvani"lər kürd jurnalistin oğurlanması iddiasından sonra "Amnesty International"ın kampaniyasının mövzusu olmuşdular. Kanadanın "McLeans.ca" saytına görə, "Zərəvani"lər hakim Kürdüstan Demokratik Partiyasına sadiq hesab olunurlar. General-mayor Əziz Vaisiyə görə, partiya üzvlüyünə icazə verilsə də, "Zərəvani" daxilində bütün siyasi fəaliyyətlər qadağandır.
İrəvani
İrəvani — Tarixən Azərbaycanda daha çox işlədilən təxəllüs. Daniş Hacı Hüseyn İrəvani — Azərbaycanlı şair və yazıçı Fazil İrəvani — Qafqaz müsəlmanlarının II Şeyxülislamı. İrəvani Aşub — Azərbaycanlı şair və yazıçı Hacı Süleyman İrəvani — XVIII əsrdə yaşamış görkəmli Azərbaycan həkimi və alimi. Məhəmmədhəsən xan Sərdar İrəvani — Yəzd və Kirmanın hakimi. Əmir Əli Sərdari İrəvani Məhəmmədrəhim Mütəqqi İrəvani — Mirzə Qədim İrəvani — XIX əsrdə yaşamış Azərbaycan portretçisi və ornamentalist rəssamı. Nəcəf Şərifi İrəvani — Azərbaycanlı şair və yazıçı Şeyx Əbdülkərim İrəvani — İslam alimi, müctəhid. Hacı Mirzə Ağası İrəvani — 1835–1848-ci illərdə İranın baş naziri.
Ərkəvan
Ərkəvan (lat. Cercis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Atlı (İrəvani)
Atlı — Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin çəkdiyi rəsm. Rəsm Bakıda, Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. == Təsviri == Bu əsərdə təsvir zəif, təxmini və sxematikdir. Miklaşevskinin sözlərinə görə insan və atın təsviri taxta kimi və ya kukla kimi görünür. "Atlı" İrəvaninin dövrümüzə çatmış əsərləri arasında peyzaj və at təsviri olan yeganə əsərdir.. == İstinadlar == == Ədəbiyyat == Миклашевская Н. М. Художники XIX в. Мирза Кадым Эривани и Мир Мохсун Навваб / Под ред. Полевого В. М. — Искусство Азербайджана. — Баку, 1954.
Döyüşçü (İrəvani)
Döyüşçü — Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin çəkdiyi rəsm. Rəsm Bakıda, Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. == Təsviri == Zirehli geyimdə təsvir edilmiş "Döyüşçü" yaşıl oturacaq üzərində əyləşmiş vəziyyətdə təsvir edilmişdir. Onun sərt xəttlərlə vurğulanmış üz cizgiləri az ifadəlidir. Böyük oval gözləri geniş qara qaşlarla əhatələnib, böyük qıvrım bığı isə dodağını kölgədə qoyur. Baş geyimi dəmir dəbilqə və çiyinlərə qədər düşən dəmir tordan ibarətdir. Qoşqu şəklində olan ağ parça tirmədir. Bu cür parça dəbilqənin başda möhkəm oturması üçün istifadə edilirdi. Dizlik və sinəlik sadə oyma naxışlarla bəzədilmişdir. Metalın traktovkası cüzi kölgələnməyə malik boz rəngdədir.
Dərviş (İrəvani)
Dərviş — XIX əsr Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin çəkdiyi rəsm, İrəvaninin erkən yaradıcılıq dövrünə aiddir. Rəsm şüşə üzərində yağlı boya ilə çəkilib. Hal-hazırda rəsm Bakıda, Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. == Təsviri == İncəsənət muzeyinin inventar kitabında bu rəsm “Kişi” adı ilə qeyd edilib. Hal-hazırda "Dərviş" adlandırılır. Dərviş tamamilə yaşıl fonda təsvir edilib. Onun bədəni qabaqdan, üzünün dörddə üçü, ayaqları isə tam profildə təsvir edilib. Dərvişin üzü gənc və saqqalsızdır, sağ yanağında xalı var. Miklaşevskaya həmçinin qeyd edir ki, üz ifadəsinə bic-bic baxan gözlər əlavə edilib. Dərvişin qara saçları düz daranıb və onun çiyinlərinə qədər uzanır.
Fazil İrəvani
Şeyxülislam Fazil İrəvani Məhəmmədbağır oğlu (1782, İrəvan – 1885, İrəvan) — Qafqaz müsəlmanlarının II Şeyxülislamı. == Həyatı == Şeyxülislam Fazil İrəvani 1782-ci ildə İrəvan şəhərində göz açmışdı. İlk təhsilini elə doğulduğu şəhərdə mədrəsədə aldıqdan sonra ali dini təhsilə yiyələnmək üçün 20 yaşında Qahirənin "Əl-Əzhər" Unversitetinə göndərilmişdir. 45 yaşında İrana qayıdıb, uzun müddət İsfahan və Təbriz şəhərlərində axundluq etmişdir. Sonralar İrəvan şəhərinə qayıtmiş və Göy Məsciddə baş axund kimi fəaliyyətə başlamışdır. === Şeyxülislam müavini kimi === 1843-cü ildə Fazil İrəvani Qafqaz Müsəlmanları Şeyxülislamının müavini vəzifəsinə dəvət olunur. Dəvəti qəbul edən Fazil İrəvani idarənin fəaliyyətini xeyli genişləndirir və işini təkmilləşdirir. Diyarın müsəlman əhalisi ruhani dairələrinə bölünməklə diyarda şəriət məhkəmələri yaradılır. Bütün müsəlmanlara ruhani zümrəsinə daxil olmaq hüququ verilir. İrəvanin təşəbbüsü ilə ruhanilərə vəzifə maaşları kəsilməklə onlara dövlət məmurları ilə eyni səlahiyyətlər verilir.
Mühəqqiq İrəvani
Şeyx Əbdülkərim İrəvani (?-1858) — İslam alimi, müctəhid. Ayətullah Şeyx Əbdül-Kərim İrəvani XVIII əsrin axırlarında yaşayıb-yaratmış zahid və fəzilətli şiə müctəhidi və fəqihlərindən biridir. Alimin fəzilətindən və zöhdündən təkcə onu demək kifayətdir ki, o Kərbəla və Nəcəfi-Əşrəfdə mərcəiyyət məqamını qoyub İranın Qəzvin şəhərinə köçür, pərhizkarlıqla, dinə xidmətlə məşğul olur. O, XVIII əsrin axırlarında İrəvan şəhərində dünyaya göz açmış ərəb və fars dillərinin müqəddimatını, fiqhi və üsul bəhslərini orta səviyyədə əvvəlcə İrəvanda sonra isə Ərdəbil şəhərində oxumuşdur. daha sonra elmi və mənəvi cəhətdən kamala çatmaq üçün Kərbəlaya köçür və orada "Riyaziül-məsail" kitabının müəllifi Seyid Əli Təbatəbainin fiqh dərslərində iştirak edir. Fitri istedadına və elmi məharətinə görə bu ustadın seçilmiş şagirdlərindən hesab olunur və çox çəkmir ki, ictihad məqamına çatır. Alim özü buyurur: "Biz üç nəfər Seyyid Əli Təbətəbainin dərsində iştirak edirdik. Tələbələrin hamısından qabaqda biz idik. Biz üç nəfər mən, Mərhum Molla Şərifül-Üləma Mazandarani və Molla Əhməd Türk birlikdə bəhs edirdik." Hətta "Qisəsül-üləma"-nın müəllifinin nəql etdiyinə körə, İrəvani elmdə və bilikdə, zəmanəsinin ən elmli müctehidlərindən biri olan Şərifül-Üləmadan da üstün olub. Təəssüflər olsun ki, alimin həyatı haqqında "Rical" kitablarında bir şey yazılmayıb.
İrəvani Aşub
İrəvani Aşub (1813, İrəvan – 1881, İrəvan) — şair. İrəvani Aşub 1813-cü ildə İrəvan mahalında anadan olub. Təhsilini davam etdirmək üçün 1834-cü ildə Nəcəfə getmiş və orada bədii yaradıcılıqla məşğul olmuşdur. Fətəli şaha mədhiyyələr yazmışdır. 1876-cı ildə vətəninə qayıtmış, 1881-ci ildə 63 yaşında vəfat edib.
Sərdar İrəvani
Sərdar İrəvani — İrəvan xanlığının son xanları olan Hüseynqulu xan Sərdar Qacar (1740-1830) ilə onun qardaşı Həsən xan Qacarın titulları. Bu titul həmçinin Məhəmməd xan İrəvaninin oğlu Məhəmmədhəsən xan Sərdar İrəvani tərəfindən də istifadə edilmişdir. O, qədim Qacar nəslindən olan Sərdari İrəvani nəslinin əcdadı idi.
Hacı Sülеyman İrəvani
Mehdi Vaez-İrəvani
Mehdi Vaez-İrəvani — əslən İrəvan şəhərindən olan İran azərbaycanlısı elm adamı, ixtiraçı və mühəndis. == Həyatı == 1971-1975-ci illərdə İranın paytaxtı Tehran şəhərindəki Alborz Ali Məktəbində təhsil almışdır. Mehdi Vaez-İrəvani doktorantura təhsilini London Universitet Kollecində almış və KLA Tenkora qoşulmamışdan əvvəl Roçester Texnologiya İnistitutunda dərs deməyə başlamışdır. Onun optika, optikal mühəndislik və bununla əlaqəli bir çox sahələrdə çox saylı patentləri və nəşr edilmiş məqalələri mövcuddur. == Seçilmiş biblioqrafiya == Vaez-Iravani, Mehdi, redaktorScanning Probe Microscopies III (Proceedings Volume). Scanning Probe Microscopies III. 2384. Bellingham, WA, USA: International Society for Optics and Photonics. 30 March 1995. ISBN 978-0-8194-1731-2. OCLC 57388570.
Mirzə Qədim İrəvani
Mirzə Qədim İrəvani (tam adı: Mirzə Qədim Məmmədhüseyn oğlu İrəvani, rus. Мирза Кадым Мамед-Гусейн оглы Эривани; 4 dekabr 1825 – 1875) — XIX əsrdə yaşamış Azərbaycan portretçisi və ornamentalist rəssamı. Azərbaycan panel rəssamlığının əsasını qoymuşdur, yaradıcılığı Azərbaycanın yeni dövr təsviri sənətində vacib dəyişikliklə yadda qalmışdır. İrəvani ,əsasən, tikmə üçün olan trafaret rəsimləri, divar naxışları, zərgərlik məmulatları, lakla çəkilmiş rəsm əsərləri və şüşə rəssamlığı ilə tanılır. Demək olar ki, İrəvani, bir qayda olaraq, bütün əsərlərini azərbaycan və ya rusca imzalayaraq özünü «Mirzə Qədim İrəvani», ya da bəzən «kollec asessoru» sözlərini əlavə edərək, özünü sadəcə «Qədim bəy» adlandırırdı. Onun ən çox tanınan əsərlərin «Gənc qadının portreti», «Gənc oğlanın portreti», «Fətəli şahın portreti», «Rəqqasələr», «Molla», (hamısı Azərbaycan Milli İncəsənət Muzeyində), «Mah Tələtin portreti» (Gürcüstan Dövlət İncəsənət Muzeyi), «Quş və çiçəklər» (Dövlət Ermitajı), həmçinin də, 1850-ci illərdə, İrəvandakı Sərdar sarayının divarlarında, yağlı boya ilə çəkilmiş dörd böyük (1 m x 2 m) portretin müəllifidir. Mirzə Qədim Məhəmmədhüseyn oğlu İrəvani 1825-ci ildə, İrəvan xanlığının paytaxtı, İrəvan şəhərində anadan olmuşdur. Xarrat Məhəmmədhüseynin ailəsinin yeganə uşağı idi. Elmi ədəbiyyatda, adı ilk dəfə 1954-cü ildə, sənətşünas Natalya Miklaşevskayanın İrəvaniyə həsr olunan məqaləsində hallanıb. Miklaşevskayanın sözlərinə görə, Mirzə Qədimin atası, Məhəmmədhüseyn adi xarrat yox, bədii ağac işlənməsi üzrə usta olub.
Mirzə Əlixan İrəvani
Mirzə Əli Ləli və ya Mirzə Əlixan İrəvani (1845, Təbriz və ya İrəvan, Gürcüstan-İmeretiya quberniyası – 1907, Tiflis və ya Təbriz) — azərbaycanlı şair, həkim. Mirzə Əli Ləli 1845-ci ildə Təbrizdə dünyaya gəlib. Ata-anası əslən irəvanlı olub. Təbriz mədrəsələrində təlim-tərbiyə alıb. Ərəb və fars dillərini öyrənib. Təbrizdə əttarlıq dükanı açıb və bir müddət ticarətlə məşğul olub. Sonra o dövrün məşhur həkimlərindən təbabət elmini öyrənib. Bu sahədə biliklərini təkmilləşdirmək üçün Tehrana gedib. Sonra Təbrizə qayıdaraq həkimlik etməyə başlayıb. Öz bilik və təcrübəsini artırmaq üçün Misirə, İstanbula, hətta Avropanın bəzi şəhərlərinə səfərlər edib.
Məhəmməd xan İrəvani
Məhəmməd xan Həsənəli xan oğlu Ziyadlı-Qacar (?—?) — İrəvan xanlığının hakimi (1805–1806), Rus-İran savaşlarının iştirakçısı, Abbas mirzə Qovanlı-Qacarın şəxsi mühafizəsinin rəisi. Məhəmməd xan Həsənəli xan oğlu İrəvan şəhərində doğulmuşdu. Ailə təlim-tərbiyəsi, saray təhsili almışdı. Onun gəncliyi haqqında mənbələr günümüzə çox az gəlib çatmışdır. Bəzi müəlliflər belə hesab edirlər ki, Məhəmməd xan İrəvan xanı Hüseynəli xanın gürcü qızından olan oğlu, Qulaməli xanın isə ögey qardaşıdır. 1783-cü ildə hakimiyyətə gəlmiş Qulaməli xan, hakimiyyətə gəldiyi günlərdən təcrübəsiz və gənc olduğu üçün digər dövlətlərlə əlaqə saxlayırdı. Səkkiz aylıq hakimiyyətdə olan Qulaməli xan, 1784-cü ilin yayında sui-qəsd nəticəsində qətlə yetirildi. Beləliklə, xarici düşmənlərin İranda siyasi nüfuzu, nəzarəti itirmək istəməyən bir sıra güclərin və hakimiyyət uğrunda mübarizə aparan yerli qruplaşmaların fəaliyyətinin nəticəsi olan bu sui-qəsd İrəvanda siyasi-sosial durumu daha da kəskinləşdirdi. Daxili və xarici durumda gərginlik artmaqda davam etdi. Sui-qəsddən sonra İrəvan əhalisinin əksəriyyəti Qulaməli xanın 12 yaşlı qardaşı Məhəmmədi xan seçdi.
Məhəmmədrəhim Mütəqqi İrəvani
Məhəmmədrəhim Mütəqqi İrəvani — İranlı sərmayədar, sahibkar və İranın Milli Ayaqqabı Fabrikasının qurucusu. Atası Mirzə Məhəmmədkazım Mütəqqi İrəvani, Şirazın məşhur tacirlərindən idi. O, 2006-cı ilin mart ayında Londonda vəfat edib.
Nəcəf Şərifi İrəvani
Şeyx Nəcəf Şərifi İrəvaniələsl — Azərbaycanlı şair və yazıçı, "Məqtəl" kitabının müəllifidir. Bu kitabda İmam Hüseyn barəsində Azərbaycanca və Farsca şeirlər və nəsrləri toplayıb, gahdan öz şeirlərində kitabda yazıb. Nəcmi İrəvanidən də neçə şeir nəql edib.
Hacı Süleyman İrəvani
Hacı Süleyman ibn Salman Qacar İrəvani — XVIII əsrdə yaşamış görkəmli Azərbaycan həkimi və alimi. == Həyatı == 600-dən artıq dərman bitki növünü təsvir etmiş Hacı Süleyman Qacar İrəvani Azərbaycanın siyasi və mədəni tarixində mühüm rol oynayan və İrəvan xanlığını idarə edən Qacar nəslinin nümayəndəsi idi. O, Azərbaycanın məşhur mədəniyyət mərkəzi olmuş İrəvan xanlığının paytaxtı İrəvan şəhərində anadan olmuşdur. Onun fars dilində yazdığı "Fəvaidül-hikmət" ("Hikmətin faydası") əsəri nəinki Azərbaycanda, eləcə də Orta Asiya və İranda böyük şöhrət qazanmışdı. Bu kitab orta əsr əczaçılıq ensiklopediyasıdır və minlərcə dərman bitkisinin, heyvan və mineralın müalicəvi keyfiyyətlərindən bəhs edir. "Fəvaidül-hikmət" əsərinin nadir əlyazma nüsxələri AMEA Əlyazmalar İnstitutunda və eləcə də İran və Misirdə saxlanılır. Bəzi kataloqlarda onun adı "Kitabül-hikmət" ("Hikmət kitabı") kimi də göstərilir. Kitab iki hissədən ibarətdir. Birinci hissədə dərman xassələrinin əlifba sırası ilə siyahısı verilib. İkinci hissə isə orta əsr farmakoloji terminlərin izahlı lüğətidir.
Məhəmməd Baqir İrəvani
Ayətullah Şeyx Məhəmməd-Baqir İrəvani (ərəb. محمد باقر الإيرواني‎) (1949) — İraq şiə alimi, dini avtoriteti və şairi. Əslən azərbaycanlıdır. İrəvani böyük ayətullah seyid Əli Sistanidən sonra Nəcəfdə böyük dini hakimiyyətə güclü namizədlərdən biri hesab olunur.
Ergani
Ergani — Dəclənin sağ sahilində 10 km uzaqlıqda və 1537 metr hündürlükdəki Zülküf dağının cənub ətəyində qurulmuş (Xalq arasında Zülküf Dağı, Zülküf Peyğənbər Dağı, Mövqə Dağı olaraq adlandırılmaqdadır. Diyarbakırın əhəmiyyətli bölgəsindən biridir. Ergani, Diyarbakır ilinin ən böyük ilçəsidir. İlçə mərkəzinə bağlı 86 kənd var.
Binəqədi kərgədanı
Binəqədi kərgədanı (lat. Rhinoceros binagadensis və ya lat. Dicerorhinus binagadensis) — Kərgədanlara aid nəsli kəsilmiş növ. Sonuncu buz dövründə yaşamışlar. Qalıqlar ilk dəfə 1938-ci ildə Binəqədi qır gölündə aşkarlanmışdır. Göl Abşeron yarımadasında Binəqədi rayonunun cənub-şərqində yerləşir. Bu növ ilk dəfə ətraflı olaraq 1955-ci ildə Cəfərov tərəfindən araşdırılmış və qeydə alınmışdır. Müasir kərgədanlarda olduğu kimi binəqədi kərgədanında iki buynuzu olmuşdur. Onların dişləri Asiya növlərindən fərqlənir və daha çox Afrika kərgədanına yaxındır. 2010-cu ildə kərgədanın skleti nümayiş məqsədi ilə Neapola aparılmış və Sitta dellaSienza müzeyində nümayiş etdirilmişdir.
Hindistan kərgədanı
Hindistan kərgədanı (lat. Rhinoceros unicornis) — kərgədanlar fəsiləsinin Rhinoceros cinsinə aid növ. Hindistan kərgədanı nəhəng heyvan olub kütləsi 2,5 tona çatır. Yetkin erkək fərdlərinin süysününün hündürlüyü 2 m-ə çatır. Dişilər bir qədər kiçik olur. Quyruq və qulaqlarında sərt tüklərdən ibarət kiçik qotaz olur. Çılpaq, boz-çəhrayı dərisi Gözləri kiçik olur. Adətən 25 sm-ə qədrə olan yeganə buynuzunun uzunluğu bəzən 60 sm-ə çatır. Fəsiləyə daxil olan digər növlər kimi Hindistan kərgədanının da ayaqlarında 3 barmaq olur.
Kvemo Arkevani
Aşağı Qoşakilsə (Kvemo Arkevani) – Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd. == Tarixi == Kənd iki qisimə bölünür: Yuxarı Qoşakilsə və Aşağı Qoşakilsə. == Əhalisi == 1870-ci ildə 46 ailədə 309 nəfər, 1926-cı ildə 68 ailədə 371 nəfər, 2002-ci ildə 263 ailədə 1053 nəfər, 2006-cı ildə 264 ailədə 1002 nəfər.
Sumatra kərgədanı
Sumatra kərgədanı (lat. Dicerorhinus sumatrensis) — Kərgədanlar fəsiləsinin Sumatra kərgədanı cinsinə aid növ. Sumatra kərgədanı, körpələrin doğum və tərbiyə dövrü istisna olmaqla, yalnız həyat tərzini sürür. Bu növ kərgədanlar vaxtilə Hindistan, Butan, Banqladeş, Myanma, Laos, Tayland, Malayziya, İndoneziya və Çinin yağış meşələrində, bataqlıqlarda və bulud meşələrində yaşayırdılar. Tarixin müxtəlif dövrlərində onlar Çinin cənub-qərbində, xüsusən Siçuanda yaşayırdılar. İndi vəhşi təbiətdə onlar yalnız beş əsas populyasiya ilə kritik təhlükə altındadır: dördü Sumatra və biri Borneo adasında. Şərq sumatra kərgədanı (D. s. harrissoni) Qərb sumatra kərgədanı (D. s. sumatrensis) † Şimal sumatra kərgədanı (D. s.
Yava kərgədanı
Yava kərgədanı (lat. Rhinoceros sondaicus) — Kərgədanlar fəsiləsinin Rhinoceros cinsinə aid növ.
Zemo Arkevani
Yuxarı Qoşakilsə (Zemo Arkevani) – Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeliyində kənd. Xrami çayının sağ sahilində yerləşir. Tiflis əyalətinin müfəssəl dəftəri"ndə Şahsuvar-Kolagir və Aşağı Kovxa qışlaqlarına malik kənd olaraq anılır. Kəndin əvvəlki adı Muluxsalıdır. Qoşakilsə də deyilir. Kənd iki qisimə bölünür: Yuxarı Qoşakilsə və Aşağı Qoşakilsə. Qoşakilsə kəndi Borçalı çökəyində, Xram çayının sağ sahilində, rayon mərkəzindən 23 km cənub-şərqdə, dəniz səviyyəsindən 400 m yüksəklikdə yerləşir. 1870-ci ildə 12 ailədə 81 nəfər, 1926-cı ildə 33 ailədə 168 nəfər, 2002-ci ildə 142 ailədə 604 nəfər, 2006-cı ildə 142 ailədə 556 nəfər.
İbn Həcər Əsgəlani
İbn Həcər Əsgəlani (773 — 852) — görkəmli fəqih və tanınmış mühəddis. Əsl adı Əbül-Fəzl Əhməd ibn Əli ibn Məhəmməd Kinani Şafiidir. O, Misirdə doğulmuşdur. Erkən yaşlarında Quran hafizi olmuş, sonra Məkkəyə getmiş və orada nüfuzlu alimlərdən dərs almışdır. Orada o, hədis elminə böyük maraq göstərib Hicaz, Şam və Misirin görkəmli alimlərindən hədis elminin sirlərini öyrənmişdir. Sonra İbn Həcər müəllimlik etmiş, İslam elminin müxtəlif sahələrinə aid kitablar yazmışdır. Sonralar isə o, qazi (II) vəzifəsini də icra etmişdir. İbn Həcər 150-ə qədər əsərin müəllifi olmuşdur. Bu əsərlər hələ onun sağlığında ona şöhrət qazandırmışdır. İbn Həcərin ən görkəmli əsəri “Fathül-Bari fi Şərhis- Sahihül-Buxari” əsəri olmuşdur.