Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əzgili
Əzgili — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Göygöl r-nunun Toğanalı i.ə.v.-də kənd. Kürəkçayın sahilində, Murovdağ silsiləsinin yamacındadır; Zaqatala r-nunun Əli Bayramlı i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin yamacındadır. Yerli məlumata görə, oykonimlər bu kəndlərin ərazisində əzgil ağacının çox olması ilə bağlı yaranmışdır. Tədqiqatçılar belə güman edirlər ki, toponim erkən orta əsrlərdə qədim bulqar tayfa birliyinə daxil olan türkdilli eskil/eşkil tayfasının adı ilə bağlıdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 55 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılmasına 5 aprel 2018-ci il tarixli "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən 230 000 manat vəsait ayrılmışdır.
Əsgəri
Ordu - hərbiyyə ilə əlaqədar olan termin İmam Əsgəri - On iki imam şiəliyindəki İmam, İmam Mehdi əleyhissalamın atasıdır.
Alman əzgili
Alman əzgili (lat. Mespilus germanica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin əzgil cinsinə aid bitki növü. Əzgil böyük kol və ya kiçik ağacdır. Bu ağacın meyvəsi, digər adıyla muşmula, Roma dövründən bəri becərilir və qışda mövcud olması və yuyulduqda yeyilməsi qeyri-adidir. Çiy halda və müxtəlif bişmiş yeməklərdə yeyilə bilər. == Mənşəyi və əlaqəli növlər == Latın dilində "alman" mənasını verən germanica adına baxmayaraq, əzgilin yayıldığı bölgə İran, cənub-qərb Asiya, həmçinin cənub-şərqi Avropa, xüsusən də Bolqarıstan və Türkiyənin Qara dəniz sahilləridir. Ola bilsin ki, 3000 ildir becərilir. Qədim yunan coğrafiyaşünası Strabon "Coğrafiya" əsərinin 16-cı bölməsinin 4-cü fəslində μέσπιλον (mespilon) adını qeyd edir. Çiçəklərin beş geniş yumurtavari ağ ləçəkləri var. Çiçəklər yazın sonunda görünür, hermafroditdir, arılar tərəfindən tozlanır və öz-özünə məhsuldardır.
Qafqaz əzgili
Stern əzgili
Stern əzgili (lat. Mespilus canescens) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin əzgil cinsinə aid bitki növü.
Süleyman Əsgəri
Süleyman Əsgəri (türk. Süleyman Askerî) (d. 1884, Prizren, Osmanlı İmperiyası - ö. 14.04.1915, Bəsrə, Osmanlı İmperiyası) — Osmanlı əsgəri. 1902-ci ildə Hərbi məktəbi, 1905-ci ilin 5 noyabrında isə Osmanlı Hərbi Kollecini bitirmişdir. Selanikdəki Üçüncü ordunun tərkibində olan monastıra təyin edildi. Monastırda qaldığı müddət ərzində İttihad və Tərəqqi Cəmiyyətinə qoşuldu. Plovdivin ən tanınmış ailələrdindən birinin qızı olan Fadimə xanım ilə ailə həyatı qurdu. Fatimə və Dilək adlarında iki övladı dünyaya gəldi. 7 iyul 1908-ci ildə Şəmsi Paşaya qarşı sui-qəsd təşkil edən Atıf Əfəndini müdafiə etdi Jön türklər dövrünə qoşuldu.
Yapon əzgili
Yapon eriobotriyası (lat. Eriobotrya japonica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin eriobotriya cinsinə aid bitki növü. Bu ekzotik ağacın bir neçə adı var. Azərbaycan dilində ən geniş yayılmış adı "yapon əzgili"dir. Həmçinin, "Malta əriyi" və "yeni dünya meyvəsi" də adlandırılır. Hesab edilir ki, bu meyvənin ana vətəni Çin və Şimali Hindistandır. Amma Yaponiyada yetişdirilib. Daha sonra isə Aralıq dənizi ölkələri başda olmaqla Avropaya yayılıb. Əsasən şəhər parklarında və küçələrdə dekorativ bitki kimi əkilib-becərilir. Bitkinin şəhərlərdə çoxalmasının əsas səbəblərindən biri odur ki, o ətrafı çox zibilləmir.
İmam Əsgəri
İmam Əskəri, (tam adı: Əbul Məhəmməd Həsən ibn Əli əl-Əskəri; 3 dekabr 845, Mədinə, Abbasilər xilafəti – 1 yanvar 874, Səmərra, Abbasilər xilafəti) - Cəfəri şiələrinə görə 13-cü məsum, 11-ci imam və xəlifə. Künyəsi: Əbu Muhəmməd (Məhəmmədin atası) Ləqəbləri: İbni-Riza (Rizanın oğlu), Zəki, Hadi, Əskəri. Qurani Kərim Mehdi Pişvayi, "İmam Həsən Əskəri əleyhissəlamın həyatı", Tərcüməçi: Mais Ağaverdiyev, "Moce-elm", 2003, 22 səh. Arxivləşdirilib 2012-05-09 at the Wayback Machine Əllamə Kuleyni, "Əl Kafi", c.
Mustafa Dəstici
Mustafa Destici (3 fevral 1966, Gəcək[d], Əskişəhər ili[d]) — Türkiyə siyasətçisi və Böyük Birlik Partiyasının (BBP) hazırkı lideri. Ankara Universitetini bitirmişdir. 3 fevral 1966-cı ildə Əskişəhərin Günyüzü rayonunun Gəcək kəndində anadan olmuşdur. İbtidai məktəbi doğulduğu kənddə, orta məktəbi Sivrihasarda, liseyi isə Tofiq İləri Anadolu İmam Hatip Liseyində bitirmişdir. 1988-ci ildə Ankara Universitetinin İlahiyyat fakültəsindən məzun olmuşdur. 2007-ci ildə dövlət qulluğundan ayrılaraq Böyük Birlik Partiyasında siyasətə başlamışdır. O, 2007-ci ildə vitse-prezident vəzifəsinə təyin edilmişdir. Böyük Birlik Partiyasının qurucusu Möhsün Yazıçıoğlu 25 mart 2009-cu ildə helikopter qəzasına uğrayanda partiyanın təşkilati işlər üzrə sədr müavini olmuşdur. Yazıçıoğlunun ölümünün təsdiqlənməsindən sonra keçirilən IV Fövqəladə Qurultayda baş katib Yalçın Topçunun siyahısından seçilmişdir.
Qafqaz əsiri
"Qafqaz əsiri" (rus. Кавказский пленник; 1820–1821) — Aleksandr Puşkinin bayronsayağı cənub poemaları silsiləsindən olan ilk poeması. Puşkin poemanı yazmağa Qurzufda başlamış, 20 fevral 1821-ci ildə Kamenkada (Vasili Davıdov adına) tamamlamışdır. Puşkin Cənuba sürgün ediləndən sonra məşhur "Cənub poemaları"nı yazmışdır. Bu silsilədən olan poemaların birincisi "Qafqaz əsiri"dir. "Qafqaz əsiri"nin yaranması Puşkinin "Çaadayevə" və "Qara şal" kimi üsyankar şeirlərini yazdığı illərə təsadüf edir. Sürgün illərinin məhsulu olan bu əsər şairin öz yaşadıqlarının təsviridir. Puşkinin bütün poemalarında real həyat, məişət səhnələrinin təsviri əsas yer tutur. Bu cəhət Puşkin poeziyasına məxsus başlıca xüsusiyyətdir. Bu xüsusiyyəti "Qafqaz əsiri"ndə görürük.
Müharibə əsiri
Müharibə əsiri və ya hərbi əsir — silahlı münaqişə zamanı və ya dərhal sonra döyüşən dövlət tərəfindən əsir saxlanılan şəxs. "Müharibə əsiri" ifadəsinin ən erkən qeydə alınmış istifadəsi 1610-cu ilə aiddir. Döyüşçülər müharibə əsirlərini hələ də meydanda olan düşmən döyüşçülərindən təcrid etmək (döyüş əməliyyatlarından sonra nizamlı şəkildə azad etmək və geri qaytarmaq), hərbi qələbə nümayiş etdirmək, cəzalandırmaq, müharibə cinayətlərinə görə cinayət məsuliyyətinə cəlb etmək, onları əməkləri üçün istismar etmək, onları öz döyüşçüləri kimi işə götürmək və ya hətta hərbi xidmətə çağırmaq, onlardan hərbi və siyasi kəşfiyyat məlumatları toplamaq və ya onlara yeni siyasi və ya dini inanclar aşılamaq kimi bir sıra qanuni və qeyri-qanuni səbəblər əsasında əsirlikdə saxlayırlar. 1949-cu il Cenevrə Konvensiyalarına əsasən, bəzi mülki şəxslər və döyüşdən kənar olan düşmən döyüşçülər ilə yanaşı hərbi əsirlərə avtomatik olaraq qorunan şəxslər statusu verilir. Devaux, Roger. Treize Qu'ils Etaient : Life of the French prisoners of war at the peasants of low Bavaria (1939–1945) – Mémoires et Cultures – 2007. ISBN 2-916062-51-3ISBN 2-916062-51-3 Doylem Robert C. The Enemy in Our Hands: America's Treatment of Prisoners of War From the Revolution to the War on Terror (University Press of Kentucky, 2010); 468 pages; Sources include American soldiers' own narratives of their experiences guarding POWs plus Webcast Author Interview at the Pritzker Military Library on 26 June 2010 Gascare, Pierre. Histoire de la captivité des Français en Allemagne (1939–1945), Éditions Gallimard, France, 1967. ISBN 2-07-022686-7ISBN 2-07-022686-7. McGowran, Tom, Beyond the Bamboo Screen: Scottish Prisoners of War under the Japanese.
Şeqini
Şehıni (ukr. Шегині) — Ukraynanın Lvov vilayətinin Javorivskiy rayonunda kənd. Polşa ilə sərhəddə yerləşən bu kənddə "Şehıni" beynəlxalq buraxılış məntəqəsi yerləşir.
Aşıqçı
Aşıq — saz ifaçısı. Aşıq musiqisi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biridir. Aşıq sənətində musiqi, poeziya, təhkiyə, rəqs, pantomim, teatr sənəti elementləri üzvi şəkildə birləşmişdir. == Etimologiya == Azərbaycan bəstəkarlıq məktəbinin əsasını qoymuş Üzeyir Hacıbəyov "aşıq" sözünü "eşq" (ərəbcə) ilə bağlayır. Professor Məmmədhüseyn Təhmasib "aşığı" hazırda az işlənən və qədim türk söz kökü olan "aş"dan törədiyini qeyd edir. Əslində isə "aş" kökündən düzəldilən "aşılamaq" feli bu gün də işlənir. Güman etmək olar ki, "aş" kökü "mahnı" yaxud "nəğmə" mənasında da işlənib, çünki "aşulamaq" — "oxumaq" deməkdir. Hazırda özbək dilində "aşulaçi" "mahnı oxuyan", "müğənni" deməkdir. Məlumdur ki, "varsaq" sözü "aşıq şeri" yaxud "aşıq mahnısı (havası)" mənasını bildirir. Deməli, ehtimal ki, "aş-u-la" yaxud "aş-ı-la" "aş" kökündən törəyərək, Azərbaycan dili qanunlarına görə "-ıq" şəkilçisi ilə birləşib fəxri ad-ünvan şəklini almışdır.
Eşkinci ocağı
Eşkinci Ocağı, Osmanlı sultanı II Mahmud tərəfindən yaradılmış olan bir hərbi quruluşdur. Ələmdar hadisəsindən sonra Yeniçəri Ocağını ləğv etmək istəyən II Mahmud onu əvəz etmək üçün Eşkinci Ocağını qurdu. Bunu təhdid olaraq görən Yeniçərilərin üsyanı Vaqiəyi-Xeyriyyəyə doğru aparan prosesi sürətləndirdi. Üsyanla bərabər Eşkinci Ocağı ləğv edildi.
Müvəqqəti məşqçi
Müvəqqəti məşqçi — idmanda adətən müntəzəm məşqçi vəzifədən kənarlaşdıranda və ya başqa kluba keçəndə, müvəqqəti olaraq klubu və ya komandanı idarə edir.
Semiçi adaları
Semiçi adaları (ing. Semichi Islands, aleut. Самиян) — Aleut adaları qrupuna daxil olan adalar qrupu. Bütün adalar vulkan mənşəllidir. Bitki örtüyü olduqca kasıbdır. Sahillərini Sakit okean və Berinq dənizinin suları yuyur. Qrupa 3 əsas: Alaid, Nizki, Simiya və 2 kiçik ada daxildir: Hammerhed və Lotus. Adalar Attu adasından cənub-şərqdə, Aqattu adasından isə şimal-şərqdə yerləşir. Qrupun maksimal hündürlüyü 204 metrdir (Alaid a.). adalar qırmızısifət qarabatdaq və bozqanad qağayıların əsas yuvalama ərazisidir.
Seyiçi Miyake
Seyiçi Miyake (三宅 精一, Miyake Seyiçi, 5 fevral 1926, Kuraşiki, Okayama prefekturası – 10 iyul 1982, Okayama) – Yaponiya mühəndisi və ixtiraçısı. O, görmə məhdudiyyətli şəxslərin yol keçidlərində hərəkətini asanlaşdırmaq üçün taktil plitələri ixtira etməsinə görə tanınır. Seyiçi Miyake 5 fevral 1926-cı ildə Yaponiyanın Okayama prefekturasının Kuraşiki şəhərində doğulmuşdur. Mühəndislik təhsili almış, bir neçə ixtiraya imza atmışdır. 10 iyul 1982-ci ildə Okayama şəhərində ölmüşdür. Miyake 1965-ci ildə görmə qabiliyyəti zəifləmiş dostuna kömək etmək üçün qabarıq səthlərlə təcrübələr aparmağa başlamış və sonda öz maddi vəsaiti hesabına taktil plitələri və ya orijinal adı ilə Tenci plitələrini ixtira etmişdir. O, plitələrin iki növünü yaratmışdır: nöqtəli və zolaqlı. Zolaqlı plitələr təhlükəli yerə yaxınlaşdıqlarını bildirir və keçidlərin kənarında yerləşir. Zolaqlı plitələr isə istiqamət bildirir. O, görmə məhdudiyyətli şəxslərin əsasən müşayiətçi it və ya dəyənəklə hərəkət etdiyini düşündüyü üçün bu dizaynın uyğun olacağını qənaətinə gəlmişdir.
Seyiçi Sakiya
Seyiçi Sakiya (d. 1 dekabr 1950) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Spilornis elgini
Spilornis elgini (lat. Spilornis elgini) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kəkilli ilanyeyən cinsinə aid heyvan növü.
Solmaz Elqızı
Sevda Erginci
Sevda Erginci (3 oktyabr 1993, İstanbul) — Türk aktrisa. Erginci 15 yaşında Semaver şirkətinin "Paki ve Sevgi Çiçekleri" adlı tamaşasında rol alaraq aktyorluğa başlayıb, daha sonra Kenter Teatrında aktyorluq dərsləri alıb. O, 2012-ci ildə Star TV-də yayımlanan Özgü Namal və Ozan Güvenlə birlikdə "Koyu Kırmızı" serialında rol alıb, həmən il "Veda" tarixi dramındada rol alıb. Daha sonra 2013–2014-cü illər arasında "Karagül" serialında Ayşe obrazını canlandırıb. O, kinoda rol almağa ilk 2015-ci ildə Onur Ünlü tərəfindən yazılmış "Uzaklarda Arama" filmində başlayıb. O, "Hayat Bazen Tatlıdır" və "Ver Elini Aşk" seriallarında baş rol oynadıqdan sonra, "Yasak Elma" serialında Zeynep Yılmaz obrazını canlandırıb. 2019-cu ildə "Sevgili Geçmiş" serialında İpek Gencer rolunu canlandırıb. Ardı ilə 2020-ci ildə "Uyanış: Büyük Selçuklu" tarixi serialında rol alıb və Turna Hatun obrazını canlandırıb. O, 2022-ci ildə ekranlara çıxan "Seni Kalbime Sakladım " adlı romantik serialda rol alıb və Zeynep Gören obrazını canlandırıb. Nəhayət, yenidən "Yasak Elma" serialına daxil edildi və finala qədər davam etdi.
Seyiçi Morimura
Seyiçi Morimura (森村 誠一, Morimura Seyiçi, 2 yanvar 1933, Kumaqaya[d], Saytama prefekturası – 24 iyul 2023, Tokio) – müəmma janrında yazmış Yaponiya yazıçısı. İkinci Dünya müharibəsi zamanı Yaponiyada insanlar üzərində təcrübələr aparmış 731-ci dəstə haqqında olan mübahisəli "Şeytanın qarınqululuğu" ("Akuma no hoşoku") trilogiyasına görə tanınır. Seyiçi Morimura 1933-cü ildə Saytama prefekturasında doğulmuşdur. Kollecdən məzun olduqdan sonra 1964-cü ildə "Otani" hotelində işləməyə başlamış və növbəti 10 il oyunca burada işləmişdir. Hoteldə işləyərkən jurnal məqalələri yazmağa başlamışdır. İlk romanı "Böyük şəhər" ("Daytokay") 1967-ci ildə nəşr olunmuşdur. "Çoxmərtəbəli binada ölüm" ("Koso no şikaku") romanına görə 1969-cu ildə Edoqava Rampo mükafatını, 1973-cü ildə Yaponiya Müəmma Yazıçıları Mükafatını qazanmışdır. 1976-cı ildə yazdığı "İnsanın sübutu" ("Ninqen no şomey") romanı qaradərili gəncin qətlindən bəhs edir və Yaponiyanın müharibədən sonrakı qaranlıq dövrünü işıqlandırır. Roman əsasında film çəkilmişdir. 1977-ci ildə nəşr olunmuş "Vəhşinin sübutu" ("Yasey no şomey") romanı ucqar bir kənddə baş vermiş soyqırımdan bəhs edir.
Mustafa Destici
Mustafa Destici (3 fevral 1966, Gəcək[d], Əskişəhər ili[d]) — Türkiyə siyasətçisi və Böyük Birlik Partiyasının (BBP) hazırkı lideri. Ankara Universitetini bitirmişdir. 3 fevral 1966-cı ildə Əskişəhərin Günyüzü rayonunun Gəcək kəndində anadan olmuşdur. İbtidai məktəbi doğulduğu kənddə, orta məktəbi Sivrihasarda, liseyi isə Tofiq İləri Anadolu İmam Hatip Liseyində bitirmişdir. 1988-ci ildə Ankara Universitetinin İlahiyyat fakültəsindən məzun olmuşdur. 2007-ci ildə dövlət qulluğundan ayrılaraq Böyük Birlik Partiyasında siyasətə başlamışdır. O, 2007-ci ildə vitse-prezident vəzifəsinə təyin edilmişdir. Böyük Birlik Partiyasının qurucusu Möhsün Yazıçıoğlu 25 mart 2009-cu ildə helikopter qəzasına uğrayanda partiyanın təşkilati işlər üzrə sədr müavini olmuşdur. Yazıçıoğlunun ölümünün təsdiqlənməsindən sonra keçirilən IV Fövqəladə Qurultayda baş katib Yalçın Topçunun siyahısından seçilmişdir.
Məşqçi (idman)
Məşqçi — Məşqə rəhbərlik edən, məşq mütəxəssisi olan idmançıya məşqçi deyilir. Bir idman komandasına, yaxud bir idmançıya istiqamət verən, məşq etdirən bir şəxsdir.
Eqini Fema
Yucin Fama (ing. Eugene Francis "Gene" Fama; 14 fevral 1939[…], Boston) — amerikalı iqtisadçı. 2013-cü ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Xüsusilə portfel nəzəriyyəsi və varlıq qiymətləri mövzusunda olan tədqiqatları ilə tanınır. Yucin Fama çağdaş maliyyənin atası hesab olunur. İqtisadiyyat üzrə Nobel mükafatına varlıq qiymətləri mövzusundakı təcrübi analizlərlə bağlı tədqiqatlarına görə layiq görülmüşdür. Yucin Fama yeni məlumatların tez-tez daxil olduğunu söyləyərək, səhm qiymətlərini qısamüddətli dövrdə təxmin etmənin olduqca çətin olduğunu ifadə etmişdir.
Eşqin Axundov
Eşqin Bağırov
Əsgəri Mükəlləfiyyət haqqında müvəqqəti qanun
Əsgəri Mükəlləfiyyət haqqında müvəqqəti qanun — Azərbaycan Xalq Cümhuriyyətində orduya çağırış və hərbi səfərbərlik işini tənzimləyən hüquqi sənəd. Azərbaycan Hökuməti tərəfindən 1918-ci il oktyabrın 11-də qəbul edilmişdir. Azərbaycan Hökumətinin hərbi qanunvericilik sahəsində qəbul etdiyi ilk mühüm sənədlərdən biri idi. Həmin qanuna görə 17 yaşına çatmış hər bir gənc hərbi mükəlləfiyyətli hesab edilirdi. 18 və 19 yaşlarında olanlar xidmətqabağı 2-ci dərəcəli ehtiyatda sayılırdılar. Bu gənclər yalnız müharibə vaxtı xidmətə cəlb olunurdular. 20 yaşlı gənclər zərurətdən asılı olaraq ya tam, ya da qismən xidmətə çağırılırdılar. Hərbi xidmət müddəti piyada və nəqliyyat qoşunlarında 2 il, digər qoşun növlərində isə 3 il idi. Hərbi xidməti başa vurduqdan sonra keçmiş əsgərlərin 1-ci dərəcəli ehtiyatda xidməti piyadalar üçün 40 yaşına, digər qoşun növlərində olanlar üçün isə 38 yaşınadək davam edirdi. Müvəqqəti qanunun böyük hissəsi çağırışdan möhlətə və güzəştlərə həsr edilmişdi.
Hacı Məhəmməd Çələbi Əlici Qülhani
Hacı Məhəmməd Çələbi Əlici Qülhani – Azərbaycan şairi, alimi. == Həyatı == Bir çox elmlərdə və xüsusən fiqh elmində zamanının ən məşhur adamlarından olmuşdur. Tədvinül-Əlici adlı kitab onun əsərlərindəndir. Fiqh qanunlarını gözəl bir tərtiblə izah edən bu əsəri ölkə alimləri çox bəyənmişlər. Yeddi dəfə Məkkə ziyarətinə getmişdir. Hicri 1223 (=1808) ildə vəfat etmişdir. Rus qoşunu ilə şirvanlı Mustafa xanın əsgərləri birlikdə Qudyal (Quba) şəhərindən, Quba əhalisi də xaricdən bir-birilə müharibə etməkdə idilər. Bu zaman Əlicinin cənazəsini qəbiristana gətirdilər. Namaz üçün səlat çəkildikdə cənazəyə hörmət üçün hər iki tərəfin əsgərləri müharibəni dayandırıb, bir sırada durdular. == Həmçinin Bax == Azərbaycan ədəbiyyatı == Mənbə == Bakıxanov, Abbasqulu ağa.
Kapitan Amerika: Qış əsgəri (film, 2014)
Birinci qisasçı: Başqa müharibə və ya orijinal dildəki adı ilə Kapitan Amerika: Qış əsgəri (ing. Captain America: The Winter Soldier) — Marvel Kinematoqrafiya Kainatının doqquzuncu filmi. Film 2014-cü ildə istehsal olunmuşdur. Filmin elmi-fantastika, döyüş və macəra janrındadır.
Qafqaz əsiri və ya Şurikin yeni macəraları (1966)
"Qafqaz əsiri və ya Şurikin yeni macəraları" (rus. Кавказская пленница, или Новые приключения Шурика) — rejissor Leonid Qaydayın filmi. Əvvəllər ""I" əməliyyatı və Şurikin başqa macəraları" filmindən tanıdığımız mehriban və sadəlövh folklorçu Şurik (Aleksandr Demyanenko) Politexnik institutunun tələbəsi kimi müxtəlif qədimi nağıllar, əfsanələr, sağlıqlar öyrənmək üçün Qafqaza gəlir. Birdən yolda Şurikin ulağının tərsliyi tutur və getmək istəmir. Onun yanında durmuş sürücü Edikin (Ruslan Əhmətov) idarə etdiyi yük maşını da sahibini yolda qoyub... Birdən həmin yoldan Nina (Natalya Varley) adlı qız keçir. Dərhal həm ulaq, həm də maşın hərəkətə gəlib onun ardınca gedir. Həmin Nina gözəl, komsomol, idmançı, və pedaqoji institutun tələbəsidir. Onun dayısı Cəbrayıl (Frunzik Mkrtçyan) raykomxozun müdiri Saaxovun (Vladimir Etuş) sürücüsüdür. Saaxovun Ninadan xoşu gəlir və onu açıq VVAQ-a dəvət edir.
Qafqaz əsiri və ya Şurikin yeni macəraları (film, 1966)
"Qafqaz əsiri və ya Şurikin yeni macəraları" (rus. Кавказская пленница, или Новые приключения Шурика) — rejissor Leonid Qaydayın filmi. Əvvəllər ""I" əməliyyatı və Şurikin başqa macəraları" filmindən tanıdığımız mehriban və sadəlövh folklorçu Şurik (Aleksandr Demyanenko) Politexnik institutunun tələbəsi kimi müxtəlif qədimi nağıllar, əfsanələr, sağlıqlar öyrənmək üçün Qafqaza gəlir. Birdən yolda Şurikin ulağının tərsliyi tutur və getmək istəmir. Onun yanında durmuş sürücü Edikin (Ruslan Əhmətov) idarə etdiyi yük maşını da sahibini yolda qoyub... Birdən həmin yoldan Nina (Natalya Varley) adlı qız keçir. Dərhal həm ulaq, həm də maşın hərəkətə gəlib onun ardınca gedir. Həmin Nina gözəl, komsomol, idmançı, və pedaqoji institutun tələbəsidir. Onun dayısı Cəbrayıl (Frunzik Mkrtçyan) raykomxozun müdiri Saaxovun (Vladimir Etuş) sürücüsüdür. Saaxovun Ninadan xoşu gəlir və onu açıq VVAQ-a dəvət edir.