EŞİK

is.
1. Bayır, dışarı, çöl.
Gecənin bir aləmində Nəbi evdən eşiyə çıxır. Qaçaq Nəbi”.
Hacı Həsən bir söz deməyib gəlir, yapışır İskəndərin qolundan və çəkə-çəkə aparır eşiyə. C.Məmmədquluzadə.
[Dərviş:] Ruqiyyə, niyə eşikdə oturubsan? A.Divanbəyoğlu.

□ Eşiyə atmaq – bayıra tullamaq, çıxarıb atmaq, tullamaq.
Eşiyə çıxmaq1) üzə çıxmaq, zühura çıxmaq, aşkara çıxmaq, görünmək. Bir müddət Cahangir dərviş paltarında tacirin evində qaldı. Bir gün öz-özünə fikir elədi ki, yaxşı, bəs mən nə vaxta kimi bu dörd divar arasından eşiyə çıxmayacağam? (Nağıl);
2) təbii ehtiyacını rəf etmək, ayaqyoluna getmək.
Eşiyə salmaq – qovmaq. Həsən ağa kimi zalımın biri getdi, naçalnikdən xahiş elədi.
Bir də görəcəksən, papağımı qoltuğuma verib saldılar eşiyə. Ə.Haqverdiyev.

2. Bayır tərəfə baxan, çıxan, eşiyə tərəf olan.
…Eşik otaqda, qəzetlərə sərilmiş qərənfil və xrizantem dəstələri açılıb hazırlandı. M.S.Ordubadi.
Eşik qapı dəhlizə açılırdı. Mir Cəlal.
Muxtar əmi evin eşik divarına söykəndi. M.Hüseyn.

3. Bir şeyin bayır hissəsi, çöl tərəfi. Qazanın eşiyini də, içini də ağartdırmaq.
4. Bax ev-eşik.
Gözəllik babında şahicahansan; Eşiyində yüz min qullar dolanır. M.P.Vaqif.
[Tükəzban:] Anası ölmüş ev bilmir, eşik bilmir, təkdənbir gələndə də gözünə yuxu getmir. M.Hüseyn.

Синонимы

  • EŞİK bayır — dışarı — çöl
  • EŞİK eşik bax çöl 1

Антонимы

  • EŞİK EŞİK – İÇƏRİ Hacı Həsən bir söz deməyib gəlir, yapışır İskəndərin qolundan və çəkə-çəkə aparır eşiyə (C
EŞİDİLMƏZLİK
EŞİKAĞASI
OBASTAN VİKİ
Eşik iyesi
Eşik iyəsi — türk xalq inancında eşiyin qoruyucu ruhu. Eşgik iyəsi və ya Esik iyəsi olaraq da deyilər. Astana iyəsi və ya Bosaqa (Busağa, Busava, Bosaha, Bosaka) iyəsi ifadələri də istifadə olunur. Monqollar Bohogo Ezen deyərlər. == Xüsusiyyətləri == Hər eşiyin qoruyucu bir ruhu vardır. Bu ruh eşikdə yatar. İnəklərin çaşmadan evlərini tapmalarını təmin edər. Heyvanları qoruyar. Eşikdə oturmaq, eşikdə danışmaq yaxşı sayılmaz, bunun səbəbi ruhun orada olmasıdır. Eşiyin bəxtlə də əlaqəsi vardır.
Eşik iyəsi
Eşik iyəsi — türk xalq inancında eşiyin qoruyucu ruhu. Eşgik iyəsi və ya Esik iyəsi olaraq da deyilər. Astana iyəsi və ya Bosaqa (Busağa, Busava, Bosaha, Bosaka) iyəsi ifadələri də istifadə olunur. Monqollar Bohogo Ezen deyərlər. == Xüsusiyyətləri == Hər eşiyin qoruyucu bir ruhu vardır. Bu ruh eşikdə yatar. İnəklərin çaşmadan evlərini tapmalarını təmin edər. Heyvanları qoruyar. Eşikdə oturmaq, eşikdə danışmaq yaxşı sayılmaz, bunun səbəbi ruhun orada olmasıdır. Eşiyin bəxtlə də əlaqəsi vardır.
Eşikağasıbaşı
Eşikağasıbaşı -"Üməra-ye dövlətxane-ye mübarək"in 4 əmirindən biri, sarayda mərasim qaydalarına baxan məmurların başçısı. Bəzi mənbələr onu "saray dərgahının rəisi" kimi səciyyələndirirlər. O, şah divanının bütün yasavullarının, eşikağasılarının, qapıçılarının və carçılarının rəisi olub, şah məclislərinin təşkil və tərtibinə məsul idi. == İyerarxiyada yeri == "Üməra-ye dövlətxane-ye mübarək" mübarək dövlətxana əmirləri qorçubaşı, qullarağası, eşikağasıbaşı, tüfəngçibaşı olmaqla 4 əsas vəzifədən ibarət idi. Saray daxili vəzifə sahiblərini bəzən "Ərkani dövlət-e qahirə" də adlandırırdılar. Eşikağasıbaşı bu əmirlərin 4-cüsü- sonuncusu idi. Eşikağasıbaşı vəzifəsi eşikağasıbaşı-i Divan və eşikağasıbaşı-i Hərəm olaraq iki hissəyə bölünür.Adətən, kim eşikağasıbaşı vəzifəsinə təyin edilirdisə, Rey və Tehran ona tiyul verilirdi. == Tarixi == Eşikağasıbaşı vəzifəsini I Şah İsmayılın hakimiyyəti dövründə Üləma sultan Təkəli icra edirdi. Naməlum müəllif tərəfindən qələmə alınan "Tarix-i aləmara-yi Şah İsmayıl" əsərində Şah İsmayıl dövründə eşikağasıbaşı vəzifəsini icra edən bir başqa şəxs kimi Durmuş xan Şamlının adı çəkilir. O, "xan-i ali-şan" ("yüksək şanlı xan") rütbəsinə malik idi.

Значение слова в других словарях