Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əsirəddin Əbhəri
Əsirəddin əl-Müfəddal ibn Ömər əs-Səmərqəndi əl-Əbhəri (1200, Əbhər, Zəncan ostanı – 1264, Şəbistər, Şərqi Azərbaycan ostanı) — filosof, astronom və riyaziyyatçı. Həyatı haqqında yetərli bilgi yoxdur. 1200-ci ildə əslən Səmərqəndli bir ailəyə mənsub olan Əbhəri Mosulda anadan olub. Bəzi qaynaqlarda bu ad yanlış olaraq Əbəhri şəklində keçməkdədir. Bu arada çağdaş İranlı müəlliflərdən bir çoxu, Əbhəri nisbəsinə dayanaraq onun Zəncan və İsfahana bağlı iki Əbhərdən birində doğulmuş olduğunu iddia edir; ancaq modərn qaynaqların bəzilərinin qeyd etdiyi kimi şəxsən Əbhərinin Səmərqəndi nisbəsini işlətdiyi diqqətə alınırsa ailəsinin əslən Səmərqəndlı olduğu anlaşılır. "Seyfül-gullab" əsərinin müəllifi Məhəmməd Fövzi isə Əbhəri nisbəsinin üç ayrı anlamı olduğunu bildirərək bunları bir bölgəyə mənsub olma, bir qəbiləyə mənsub olma və “Bəyazi”də olduğu kimi bir eyniliyi bildirmə şəklində sıraladıqdan sonra Əbhəri nisbəsinin bölgəyə deyil, qəbiləyə mənsubiyət ifadə etdiyini söyləyir; ona görə Əsirəddin Əbhər qəbiləsinə mənsubdur. Mehmet Sadəttin Aygen "Böyük Filosof Əsirəddin Əbhəri" adlı əsərində, Əbhərinin Afyon elinin Çay ilçəsi yaxınında Əbər gölü civarındakı Əbər kəndindən (indiki Doğanlı) olduğunu və türbəsinin də orada olduğunu iddia edirsə də, indilik bu iddia “əbhər” ilə “əbər” kəlimələri arasındaki səs bənzərliyinin ötəsində bir anlam daşımır. Ə. Əbhəri ilk təhsilini Mosulda aldı, daha sonra Xorasan və Bağdada gedərək təhsilini tamamladı. O dönəmin ən ünlü bilginlərindən olan Kəmaləddin İbn Yunisin tələbəsi, İbn Xallikanın da müəllimi oldu. Bir müddət Mosul sarayında himayə gördü; 1228-ci ildə Mosuldan Ərbilə keçərək oraya yerləşdi.
Zinəddin Zidan
Zinəddin Zidan (fr. Zinédine Zidane, ərəb. زين الدين يزيد زيدان‎ ; 23 iyun 1972[…]) — fransalı futbolçu, BMT-nin xoşməramlı səfiri. 2006-cı ildə futbolçu karyerasını başa vurmuşdur. Karyerası ərzində, 1988–1992-ci illərdə, Fransanın "Kann", 1992–1996-cı illərdə "Bordo", 1996–2001-ci illərdə İtaliyanın "Yuventus" və 2001–2006-cı illərdə İspaniyanın "Real Madrid" klublarında çıxış edib. Bu klublarla Zidan UEFA Çempionlar Liqasının, Avropa Superkuboku və Qitələrarası Kubokun ikiqat qalibi, İspaniya çempionu, İspaniya Superkubokunun qalibi, İtaliyanın ikiqat çempionu və İtaliya Superkubokunun qalibi olub. 1988–1995-ci illərdə Fransanın aşağı yaş qrupları üzrə milli komandalarında çıxış edib. 1994–2006-cı illərdə Fransa milli futbol komandasının heyətində 108 oyun keçirib və 31 qol vurub. Fransa yığmasının heyətində Zidan ayrı-ayrı vaxtlarda 6 beynəlxalq turnirdə çıxış edib. O, millinin heyətində 1998-ci ildə dünya çempionu, 2000-ci ildə Avropa çempionu olub.
Zirəddin Tağıyev
Zirəddin Məmmədtağı oğlu Tağıyev — Bakı Bələdiyyə Teatrının aktyoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi. Zirəddin Məmmədtağı oğlu Tağıyev 8 may 1943-cü ildə Gəncə şəhərində anadan olmuşdur. 1959-cu ildə Gəncə teatrında Ələddin Abbasovun rejisorluğu ilə hazırlanmış "Dəli Kür" tamaşasına baxdıqdan sonra, teatra marağı yaranmış və teatra olan həvəsi onu on yeddi yaşında Bakıya gətirir. 1960-cı ildə M.A. Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki ADMİU) Dram və Kino aktyorluğu fakültəsinə daxil olur. Azərbaycan Dövlət Teatr İnstitutunu bitirdikdən sonra M. Qorki adına Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına göndərilir və 4-5 ay müddətində teatrın qəhrəmanı olur. Adil İsgəndərovun səhnələşdirdiyi "İki qardaş" lirik əsərində 80 yaşlı qocanın rolunu məharətlə canlandırır. 1971-ci ildə Adil İsgəndərov onu C.Cabbarlı "Azərbaycanfilm" kinostudiyasına rejissor olmağa dəvət edir, bir müddət burada işlədikdən sonra təhsilini artırmaq üçün Moskvaya M. Qorki adına Kinostudiyasisına göndərilir. Kursu bitirdikdən sonra "Mozalan" kinojurnalında rejissor və aktyor kimi fəaliyyət göstərir. Bu müddətdə 100-dən artıq xarici film Azərbaycan dilinə çevrildi. 1991-ci ildə Gəncə Dram Teatrına qayıdır və teatr səhnəsində Rəşad Nuri Güntəkinin "Qondarma ər" əsərini tamaşaya qoyur.
Ziyəddin Göyüşov
Ziyəddin Bahadur oğlu Göyüşov (20 may 1920, Ağdam rayonu – 9 fevral 1985, Bakı) — fəlsəfə elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Ziyəddin Bahadur oğlu Göyüşov 1920-ci ilin may ayının 20-də Ağdam rayonunun Boyəhmədli kəndində anadan olmuşdur. Ziyəddi Göyüşov 1928–1936 illərdə Ağdamın Boyəhmədli kənd məktəbində oxumuş, 1938–1939 illərdə Ağdam Pedaqoji Texnikumunda təhsil almış, oranı fərqlənmə diplomu ilə bitirmişdir. Ziyəddin Göyüşov Boyəhmədli kəndində müəllimlik etmiş, Böyük Vətən müharibəsində iştirak edib yaralandıqdan sonra Vətənə qayıdaraq 1943-cü ildə bir müddət Ağdamda yerli radio verlişləri redaksiyasına rəhbərlik də etmişdir. O, 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Tarix fakültəsinin nəzdindəki Fəlsəfə şöbəsinə daxil olmuş, 1950-ci ildə oranı bitirmişdir. Ziyəddin Göyüşov 1953-cü ildə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasına daxil olmuşdur. O,1957-ci ildə fəlsəfə elmləri namizədi, 1963-cü ildə fəlsəfə elmləri doktoru,1964-cü ildə professor adı almışdır.1976-cı ildən Azərbaycan Respublikası Elmlər Akademiyasının üzvü seçilmiş, elə həmin ildən də Azərbaycan Respublikası Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunda fəlsəfə tarixi şöbəsinin müdiri olmuşdur. O, Azərbaycanda ilk çoxcildli milli ensiklopediyanın yaradılmasında fəal iştirak etmiş, Azərbaycan Sovet Ensiklopediyası Elmi Şurasının üzvü olmuşdur. Ziyəddin Bahadur oğlu Göyüşov 9 fevral 1985-ci ildə Bakıda vəfat etmişdir. Ziyəddin Göyüşov Azərbaycanda fəlsəfi-etik fikir tarixi problemlərini araşdırmış, Həsən bəy Zərdabinin seçilmiş əsərlərini ilk dəfə tərtib və çap etdirmişdir. Ziyəddin Göyüşovun tədqiqat sahəsi Azərbaycanın etik fikrinin qədim dövrdən XX əsrə qədər inkişaf meylləri və əsas aspektlərinin təhlili idi.
Ziyəddin Məhərrəmov
Ziyəddin Məhərrəmov (tam adı:Ziyəddin Həmil oğlu Məhərrəmov; 31 may 1947, Qoşabulaq, Basarkeçər rayonu) — filologiya elmləri doktoru (2020), Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti (1999), Qabaqcıl təhsil işçisi (sentyabr, 2009), Azərbaycan Jurnalistlər Birliyinin (1998), Azərbaycan Yazıçılar Birliyinin üzvü (noyabr, 2007), "Qızıl qələm" mükafatı laureatı (14.06.2013), "Xalqın nüfuzlu ziyalısı" diplomu (17.03.2015), "Şərəf" media mükafatı laureatı (20.05.2015) Ziyəddin Məhərrəmov 31 may 1947-ci ildə Qərbi Azərbaycanın tarixi ərazilərindən olan Göyçə mahalındakı Basarkeçər rayonunun Qoşabulaq kəndində anadan olmuşdur. 1960-cı ildə kənd 7 illik məktəbi, 1964-cü ildə Daşkənd kənd orta məktəbini, 1969-cu ildə V. İ. Lenin adına Аzərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinin dil-ədəbiyyat şöbəsini, 1985-ci ildə isə Bakı Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirmişdir. Həmçinin Marksizm-Leninizm Universitetinin Dağlıq-Qarabağ filialını da fərqlənmə diplomu ilə bitirmişdir (1977–1979). Ziyəddin Məhərrəmov Qoşabulaq kəndində müəllim işləmiş, 1970-ci ildə Həştərxan vilayətində hərbi xidmətdə olmuşdur. 1971–1973-cü illərdə Qoşabulaq kənd orta məktəbində müəllim işləmişdir. 1973–1975-ci illərdə "Vardenis" rayon qəzetində ədəbi işçi işləmişdir. 1975–1976-cı illərdə Şuşa şəhər yerli radio verilişləri redaksiyasında müxbir, Kitabsevərlər Cəmiyyəti rayon təşkilatının məsul katibi işləmişdir. 1976–1983-cü illərdə Azərbaycan KP Şuşa Rayon Komitəsinin təbliğat-təşviqat və təşkilat şöbələrində təlimatçı, partiya komissiyasının sədri, 1983–1985-ci illərdə BАPM-də dinləyici olmuşdur. 1985–1991-ci illərdə Azərbaycan KP Şuşa Rayon Komitəsində təlimatçı, ideologiya şöbəsinin müdiri vəzifələrində işləmişdir. Həmin müddətdə Şuşa şəhər Sovetinin deputatı, şəhər icraiyyə komitəsinin üzvü və sədri (1986), rayon partiya komitəsinin aparat işçiləri ilk partiya təşkilatı bürosunun katibi, raykomun üzvü (1989) seçilmişdir.
Ziyəddin Rəşidov
Ziyəddin Arzu oğlu Rəşidov (28 avqust 1997, Xırdalan – 30 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Ziyəddin Rəşidov 1997-ci il avqustun 28-də Xırdalan şəhərində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Ziyəddin Rəşidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ziyəddin Rəşidov oktyabrın 30-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziyəddin Rəşidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziyəddin Rəşidov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziyəddin Rəşidov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziyəddin Rəşidov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ziyəddin Sadıqov
Ziyəddin Əjdər oğlu Sadıqov - Azərbaycan kimyaçı alimi, kimya elmləri doktoru[mənbə göstərin]. Ziyəddin Sadıqov 22 dekabr 1934-cü ildə Qarayazının Qaratəhlə kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1954-cü ildə Qarayazının Qaratəhlə kənd orta məktəbini qızıl medalla, 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1959-1962-ci illərdə BDU-nun kimya fakültəsinin aspiranturasında oxumuşdur. Aspiranturanı bitirdikdən sonra BDU-nun üzvi kimya kafedrasında assistent, baş müəllim vəzifələrində işləmişdir. 1965-ci ildən "Yüksək molekullu birləşmələr kimyası" kafedrasının dosenti olmuş, 1965-1983-cü illərdə isə həmin kafedraya rəhbərlik etmişdir. 1963-cü ildə namizədlik, 1980-cı ildə isə Moskva şəhərində doktorluq dissertasiyasını müdafiə etmişdir. Ziyəddin Sadıqovun elmi-tədqiqat işləri əsasən stirol və onun bəzi törəmələrinin izobutilen ilə birgə sopolimerləşmə reaksiyasına, alınmış məhsulların özlülük aşqarı kimi tədqiqinə və alınmış sopolimerlərin destruksiyasının qanunauyğunluqlarına həsr edilmişdir. Onun elmi-pedaqoji fəaliyyəti 60 məqalədə, o cümlədən 3 müəlliflik şəhadətnaməsində əks olunmuşdur. Onun rəhbərliyi ilə 6 elmlər namizədi hazırlanmışdır.
Ziyəddin Xanalıyev
Ziyəddin Əliyev
Ziyəddin İsmayıl oğlu Əliyev (27 iyun 1963) — 2017–2023-cü illərdə Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Əməkdar mühəndis (2017). Əliyev Ziyəddin İsmayıl oğlu 27 iyun 1963-cü ildə Ermənistanın Krasnoselsk rayonunun Ardanış kəndində anadan olmuşdur. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. İxtisasca inşaat mühəndisidir. "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin işçisi olmuşdur. Əmək fəaliyyətinə 1980-ci ildə "Azərbaycan Kənd Təsərrüfatı Texnikası" Layihə Kontorunda başlamışdır. 1981–1983-cü illərdə hərbi xidmətdə olmuşdur. 1984–1993-cü illərdə "Bakı Mühəndis Tikinti" Trestində mühəndis, böyük mühəndis, müdir, 1993–1998-ci illərdə "İnşa" Elm-İstehsalat Mərkəzinin direktoru, 1999–2001-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Departamentinin "Yoltəmirtikinti" Birliyində idarə rəisi, 2001–2002-ci illərdə "Bakı Yoltikintiservis" ATSC-nin Material təchizatı sahəsinin rəisi, 2002–2008-ci illərdə "Bakı Yol Tikinti-1" ATSC-nin direktoru, 2009–2010-cu illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin "77 saylı Yol İstismarı" MMC-də baş mühəndis, 2010–2013-cü illərdə "Mühəndis Yol Təmir-Tikinti" MMC-də baş mühəndis, 2013–2015-ci illərdə "Azəryolservis" ASC-nin "81 saylı Yol İstismarı" MMC-nin rəisi, 2015–2017-ci illərdə "Azəravtoyol" ASC-nin "Bakı 2 №-li Yol İstismarı" MMC-nin direktoru vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 02 dekabr 2017-ci il tarixli Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
İzzəddin Həsənoğlu
İzzəddin Həsənoğlu (XIII əsr, Xorasan – 1260) — XIII–XIV əsrlərdə yaşayıb, yaratmış, azərbaycan və farsca şeirlər yazmış sufi şair. Həsənoğlunun həyat və yaradıcılığı haqqında ilk məlumat XV əsrdə yaşamış təzkirəçi Dövlətşah Səmərqəndinin 1487-ci ildə tərtib etdiyi "Təzkirətüş-şüəra" əsərindən aşkar edilmişdir. İzzəddin Həsənoğlu Azərbaycan dilli poeziyanın bilinən ilk nümayəndəsi hesab edilir. İzzəddin Həsənoğlunun həyatı haqqında orta əsr qaynaqlarında kifayət qədər məlumat yoxdur. Onu müasir elmi ədəbi-ictimaiyyətə ilk dəfə tanıdan və haqqında məlumat verən türk alimi M. F. Köprülü olmuşdur. Köprülünün "Azəri Ədəbiyyatına dair notlar: Həsənoğlu-Həbib" adlı məqaləsində verdiyi məlumata görə, Əsfərayin türklərindən olan şair Şeyx Rədiyüddin Əli Lələ xilafətindən Şeyx Cəmaləddin Əhməd Zakirin şagirdidir. Buna əsasən İzzəddin Həsənoğlunun XIII əsrin birinci yarısında yaşamış olduğu ehtimal edilir. ХIV əsrin tatar-qıpçaq şairi Seyfi Sarayi (1321–1396) Şeyx İzzəddinin "Apardı könlümü…" qəzəlinə nəzirə yazmış, həm həmin qəzəl, həm də nəzirə S. Sarayinin S. Şirazinin "Gülüstan" əsərini türkcəyə etdiyi tərcüməyə əlavə olunmuşdur. Bu, о deməkdir ki, Həsənoğlu ya S. Sarayi ilə cağdaş idi, ya da ondan əvvəl yaşamışdı. Beləki, türk alimlərindən M. F. Köprülü, I. Hikmət, N. S. Banarlı və başqaları da şairin ХIII yüzilliyin sonu və ХIV yüzilliyin əvvəllərində yaşadığını qəbul edirlər.
İzzəddin Naxçıvani
İzzəddin Naxçıvani (azərb. Əbulfəz Dövlətşah ibn Səncər Abdulla əs-Sahibi ən Naxçıvani‎;Naxçıvan – 1300, Luristan ostanı) — ədib, xəttat, riyaziyyatçı. Tarixi-cahangüşay (Dünya fatehinin tarixi) əsərinin müəllifi Əladdin Cüveyniyə (1225-1283) hörmət əlaməti olaraq əs-Sahibi nisbəsi qəbul etmişdir.Məşhur ərəb alimi və biblioqrafı İbn əl Fuvatinin verdiyi məlumata görə, İzzəddin Naxçıvani yaxşı ədəbiyyatçı olmuş və bir sıra əsərlər yazmışdır. Zəngin kitabxanası var idi. 13-cü əsrin 80-90-ci illərində Bağdadda yaşamışdır. Hillə şəhərinə getmiş və oranın icarədarı olmuşdur. Lakin icarə məbləğini ödəyə bilmədiyindən Luristana (Qərbi İran) getmiş və orada vəfat etmişdir. Cənazəsu qardaşı Nəsirəddin Qutluğşahın Salmas əl-Farsii ziyarətgahındakı məqbərəsində basdırılımışdır. 1300-cu ildə vəfat edib.
İzzəddin Qarabaği
İzzəddin (Mühyəddin) Məhəmməd Əli oğlu Qarabaği (XVII əsr və ya XVIII əsr, Qarabağ – 1635) — Azərbaycan alimi. İbn Sina məktəbinin davamçılarındandır. Cəlaləddin Dəvaninin "Zəruri varlığın sübutuna dair traktat" kitabının şərhi Qarabağinin başlıca fəlsəfi əsəridir. Qarabağinin "Məlumatlar kitabının şərhi" və "İşlərin şərhi" traktatlarının əlyazması Saltıkov-Şedrin adına Sankt-Peterburq Dövlət kütləvi kitabxanasında saxlanılır.
İzzəddin Türkmani
İzzəddin Türkmani — Azərbaycan da doğulmuş məşhur sufi, övliya Xəlvətiyə şeyxi. Böyük vəlilərdəndir. Adı, Mahmud bin Mövdud bin Əhməd, künyəsi Əbü’l-Həsən, ləqəbi İzzəddindir. Soyu, Misir hakimi Aybək Türkmaniyə çatır. Misirdə doğulub. Doğulma tarixi bilinməməkdədir. Hicri 828-ci (1424) ildə Marağada vəfat etdi. Dərgahındakı bağçaya dəfn edildi. İzzəddinin yetişdirdiyi şeyxlər Ömər Şirvani, İbrahim Qubadi və Sədrəddin Xiyavidir.
İzzəddin Şirvani
İzzəddin Şirvani (XII əsr, Şamaxı) – XII əsr Azərbaycan şairi, alimi. Öz əsrinin böyük fəzl və kamal sahiblərindən biridir. O, fazil kimsələrin hamisi və əhli-hal adamların mürəbbisi olub, Xaqani ilə müasir idi. Xaqani əsərlərində adı hörmətlə xatırlanan bu sənətkarın həyatı və şeirləri haqqında məlumat azdır. Şair Xaqani və Fələkinin müasiri olmuş, sənət adamlarına qayğı göstərmişdir. Əsərlərindən müxtəlif təzkirə və cünglərdə bir sıra nümunələr qalmışdır.İzəddin Şirvani səmimi və əlvan təbiət təsvirləri verməklə daha çox məşhurdur. O, saraylarda təşkil edilən məclislərin təsvirini məharətlə yaradır.
Əliəddin Abbasov
Əliəddin Abbasov (Abbasov Əliəddin Dəyyan oğlu; 1 avqust 1952, Bənəniyar, Culfa rayonu) — Kimya elmləri doktoru, Dosent, AMEA-nın müxbir üzvü (2014). Əliəddin Abbasov 1 avqust 1952-ci ildə Naxçıvan MSSR-in Culfa rayonunun Bənəniyar kəndində anadan olub. 1.Xrom (VI) ionlarının anionitlərlə sorbsiyasına bir sıra amillərin təsiri /AMEA-nın Məruzələri, 2010,c.66, №2,s 66-72 2. Cu2+, Zn2+, Co2+ və Ni2+ ionlarının Daueks M-4195 ioniti ilə sorbsiyasının termodinamikası – XVII Beynəlxalq kimyəvi termodinamika konfransı, Samara, 2011, s. 5-8 3.Seçici konsentrat almaq məqsədilə qurğuşun- sink filizinin flotasiyası/ Avropa elm və texnologiyası, Vaysbaden, Almaniya , 2012, s.
Ziyəddin Sultanov
Ziyəddin Kamal oğlu Sultanov (Sultanov Ziyəddin Kamal oğlu) — Azərbaycan Respublikasının əməkdar jurnalisti 1951-ci ildə Ağdam rayonunun Mollalar kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır. Mətbuat aləminə ilk addımlarını 1960-cı illərin ikinci yarısından atmışdı. Onun ilk yazısı Ağdam rayonunda dərc olunan "Lenin yolu" qəzetində çap edilmişdir. Əmək fəaliyyətinə "Gənclik" nəşriyyatında redaktor kimi başlamışdı (1979). Sonralar "Azərbaycan gəncləri" qəzetində müxbir, "Kommunist" qəzetində müxbir və Qarabağ bölgəsi üzrə xüsusi müxbir vəzidələrində çalışmışdı, ömrünün son günlərinə qədər "Xalq qəzeti"nin Qarabağ bölgəsi üzrə xüsusi müxbiri idi. 13 avqust 2020-ci ildə vəfat etmişdir. Qarabağ müharibəsi başlandığı gündən cəbhə bölgələrində olmuşdur. Jurnalist kimi hadisələrin ən gərgin nöqtələrindən - Xankəndindən, Şuşadan, Ağdamdan, Laçından, Xocalıdan, Kəlbəcərdən xəbərlər verirdi. O, baş verən hadisələrə şahidlik etmiş, müharibə və onun doğurduğu faciələri ürək ağrısı ilə qələmə alaraq silsilə əsərlər yaratmışdı.
İzzəddin Aybək
İzzəddin Aybək (ö. 1257, Qahirə) — Misir Məmlük dövlətinin qurucusu və ilk sultanı olan Qıpçaq bəzi qaynaqlara görə Türkman kökənli hökmdar. 1250 və 1257-ci illər arasında hökm sürmüşdü. == Həyatı == Dövlətin qurucusu olan Aybək, Əyyubilər dövlətində yaşanan daxili qarışıqlıqlara son qoymaq məqsədilə Misirə gəlmiş və Əyyubilər dövlətini yıxaraq Məmlüklər dövlətini qurmuşdur. Bu dönəmdə Misirdə yaşanan Şiə məzhəbli Ərəb üsyanları məğlub edilmiş və Suriya Əyyubilərinə son verilmişdir. Məmlüklər 1250-ci ildən 1382-ci ilə qədər Bəhri Məmlüklər (Türk kökənli), 1382-ci ildən 1517-ci ilə qədər isə Bürci Məmlüklar (Çərkəz kökənli) olaraq adlandırılmışdılar. === Üsyan === 1253-cü ildə Misirdə Bəhri məmlüklərinə qarşı bədəvi üsyanı baş vermişdir. İştirakçıları Şimali Afrikada yaşayan köçəri ərəblər, əsasən, bədəvilər olmuşdur. Yuxarı Misirin 12 min süvaridən və çoxlu piyadadan ibarət üsyançı qoşunu şimala doğru hərəkət etmişdir. Lakin Sultan Aybəkin qoşunları üsyanı yatırmışdır.
İzzəddin İldırım
İzzəddin İldırım — kürdəsilli Türkiyə nurçu aktivisti və "Med-Zehra" lideri. O, "Kürd Hizbullahı" tərəfindən qətlə yetirilmişdir. == Həyatı == İzzəddin İldırım 1946-cı ildə Ağrı vilayətinin Patnos rayonunun Qızılqaya kəndində anadan olmuşdur. Onun atası imam olan Tahir İlıdırm İzəddin çox gənc ikən vəfat etmişdir. İbtidai təhsilini öz kəndində başa vurduqdan sonra müxtəlif vilayətlərdə müxtəlif mədrəsələrdə oxumuşdur. Səid Nursinin "Risalə-i Nur"unu oxumağa başlamış və nurçu olmağa qərar vermişdir. Sonra hərbi xidmətini başa vurmaq üçün İstanbula getmişdir. 1990-cı ildə yaxın dostları Zəkəriyyə Özbək, Hüseyn Daşqın, Qiyasəddin Bingöl və Yasin İldırımla birlikdə "Med-Zehra" adı ilə tanınan Zəhra Təhsil və Mədəniyyət Vəqfini təsis etmişdir. İzzəddin İldırım 29 dekabr 1999-cu ildə təravih namazına hazırlaşan zaman qaçırılmışdır. Həftələrlə ondan xəbər alınmamışdır.
Əmirəddin Məsud Naxçıvani
Əmirəddin Məsud Naxçıvani (XII əsr) — memar. Naxçıvan memarlıq məktəbinin nümayəndələrindəndir. Naxçıvanda Eldənizlər sarayında yaşamışdır. Əcəmi memarlıq üslubunun davamçısı оlmuş, dini və xatirə memarlığı ilə yanaşı, ictimai binaların inşasında və bəzədilməsində də iştirak etmişdir. Müasiri Nizami Gəncəvi kimi Əmirəddin Məsud Naxçıvani də ulduzların Yerdə baş verən hadisələrə müdaxiləsi barədə saray münəccimlərinin fikirlərini qəbul etməmiş, оnlar atəbəyi guya 40 gəz (42 m) tоrpağı sоvurub aparacaq qasırğa qоpacağına inandırmağa cəhd göstərərkən buna etirazını bildirmişdir. Təkzibində haqlı оlan Ə.M.N. bunu şeirlə də ifadə etmişdir. Bu barədə "Əcaib əl-buldan" əsərində bəhs оlunur. "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 111.
Həsən İzzəddin Dinamo
Həsən İzzəddin Dinamo (1 yanvar 1909, Ağcaabad, Trabzon ili – 20 iyun 1989, İstanbul) — Türkiyə şairi. == Həyatı == Şeirlərini "Yeni yol", "Sokak", "Həmlə", "Küllük", "Səs", "Yeni ədəbiyyat" dərgilərində çap etdirir. Bu dövrdəki şeirlərini "Adsız kitab" (1931-ci ildə, Vəhbi Cəm və Mehmet Cavad ilə birlikdə) və "Dəniz fənəri" (1937) adı altında nəşr etdirir. 1926-cı ildən etibarən çap olunan ilk şeirlərində Faruq Nafizin təsiri görünür və heca vəznini işlədir. Fərdi mövzulara yer verir. Nazimin "835 sətr" kitabını oxuyunca Nazimin təsiri ilə sərbəst vəzndə şeirlər yazmaya başlayır. Mövzuları fərdidən sosiala dönür. Şeirlərində ideoloji ünüsürlər çox bəlirgin, sənət dəyəri isə çox zəifdir. 1933-cü ildən sonrakı şeirlərində N. Hikmətin təsiri azalır, öz şəxsiyyətini tapmağa çalışır.
II İzzəddin Keykavus
II İzzəddin Keykavus (XIII əsr – 1279, Krım) — Anadolu Səlcuq Sultanlığı hökmdarı, II Qiyasəddin Keyxosrovun böyük oğlu. 1246-1257-ci illərdə hakimiyyətdə olmuşdur. II İzzəddin Keykavus Türk tarixi və Anadolu Səlcuq sultanlığının tarixi üçün önəmli şəxslərdən biridir. Monqolların Anadoluya hücumu II Qiyasəddin Keyxosrovun hakimiyyəti illərində baş versə də təsirləri II İzzəddin Keykavusun zamanında özünü ən ağır şəkildə göstərmişdir. Onun hakimiyyəti qarmaşıq və bir o qədər əhəmiyyətli hadisələrin başlanğıcı olmuşdur. == Həyatı == II İzzəddin Keykavus II Qiyasəddin Keyxosrovun Bərduliyə Xatunla evliliyindən olan oğlu idi. O 1235-ci ildə anadan olmuşdur. Anası Bərduliyə Xatun keşiş qızı olduğu üçün uşaqlıqdan xristian dinindən təsirlənmişdir. II Qiyasəddin Keyxosrov ölərkən oğlu Məlik İzzəddini Atabəyi ilə birgə Burqulu (Uluborlu) valisi olaraq təyin etmişdi. Lakin vali olaraq hansı illər ərzində fəaliyyət göstərdiyi məlum deyildir.
I İzzəddin Keykavus
I İzəddin Keykavus (bilinmir – 1220) — Hakimiyyəti dövründə ölkə ərazisini dənizlərə açıb ticarətini genişləndirmiş, Kilikiya Erməni Çarlığını, Trabzon İmperiyasını Artuqlu bəyliyinə birləşdirib. == Həyatı == === Uşaqlıq və Gənclik illəri === I Qiyasəddin Keyxosrovin böyük oğludur.
Yusif İzzəddin Əfəndi
Yusif İzzəddin Əfəndi (10 oktyabr 1857, Dolmabağça sarayı, Konstantinopol, Osmanlı imperiyası – 1 fevral 1916, Konstantinopol) — 33. Osmanlı sultanı Əbdüləzizin böyük oğlu, Osmanlı şahzadəsi. Şahzadə Yusif İzzəddin Əfəndi 1857-ci ildə Dolmabağça sarayında doğuldu. Atası Osmanlı şahzadəsi Şahzadə Əbdüləziz (Sultan Əbdüləziz), anası isə onun ilk xanımı Dürrünəv xanım idi. Dünyaya gəldiyi əsnada əmisi Sultan Əbdülməcid taxtda idi və şahzadələrin övlad sahibi olması qadağan olduğu üçün Məkkə mollası Mehmed Qədri bəyin Əyyubsultandakı evində gizlicə böyüdüldü. 4 yaşına gəldikdə isə atası taxta çıxmış, bundan sonra ictimaiyyətə təqdim olunmuşdur. 26 sentyabr 1862-ci ildə atasının İzmit səyahətində, 3 aprel 1863-cü ildə isə Misir səyahətində iştirak etdi. Bu səyahətlərə onunla yanaşı əmisi oğlanları Murad, Əbdülhəmid və Rəşad da qatıldı. İlk təhsilini uşaqlıq illərində gizlədildiyi Mehmed Qədri bəyin köşkündə onun övladlarıyla birlikdə aldı. 10 yaşında ikən 21 iyun 1867-ci ildə atasıyla birlikdə Avropa səyahətinə çıxdı.
Şeyx Əminəddin Cəbrayıl türbəsi
Şeyx Əminəddin Cəbrayıl türbəsi (fars. آرامگاه سید امین‌الدین جبراییل‎) — İranın Ərdəbil şəhəri yaxınlığındakı Sulxordad kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. F. Zarre qeyd edir ki, türbə Şeyx Səfinin atası Şeyx Cəbrayılın məzarı üzərində inşa edilmişdir. XIX əsrdə türbənin iki yaxşı rəsmini nəşr etdirən fransız arxeoloq Jak De Morqan, rəsmlərdən birini “Seyid Danyalın mavzoleyi”, digərini isə “Seyid Cəbrayılın mavzoleyi” adlandırmışdır. Sənətşünaslıqla bağlı ədəbiyyatlarda tikilinin əsas hissəsinin XIV əsrdə ucaldılması və ilkin olaraq qülləvari görünüşə malik olması haqqında fikir söylənmişdir. Ə. Salamzadə türbənin, Şeyx Cüneyd türbəsi ilə yaxın anologiyaya malik olması, xüsusilə baraban və günbəzin həll edilməsini əsas gətirərək Şeyx Cəbrayıl türbəsinin XVI əsr abidəsi olmasını bildirir. Tədqiqatçının fikrincə Səfəvilərin hakimiyyətə gəlməsindən sonra Şeyx Səfi kompleksində olduğu kimi, Şeyx Cəbrayıl türbəsində də genişləndirmə və yenidənqurma işləri aparılmışdır. Xarici konturlarına əsasən türbə planda əsas fasaddan kənarları kəsilmiş və uzadılmış düzbucaqlı formasına malikdir. Əsas dəfn otağı günbəzlə örtülmüş səkkizguşəli zal formasındadır. Zalın künclərində kiçik otaqlar, əsas oxu boyunca isə dərin portal nişləri yerləşir.
İzzəddin Həmzə bəy Ramazanoğlu
İzzəddin Həmzə bəy Ramazanoğlu(? - 1427/1428) - 1418-1426-cı illərdə hakimiyyətdə olmuş Ramazanoğulları bəyi. Onun hakimiyyəti dövründə real hökmdarlıq qardaşı İbrahim bəydə idi. Onun hakimiyyəti formal xarakter daşıyırdı. Qardaşının asılılığından qurtulmaq üçün apardığı mübarizələrin birində öldürülmüşdü.