ZİYATƏŞ
ZORAY
OBASTAN VİKİ
Ziyəddin Göyüşov
Ziyəddin Bahadur oğlu Göyüşov (20 may 1920, Ağdam rayonu – 9 fevral 1985, Bakı) — fəlsəfə elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü == Həyatı == Ziyəddin Bahadur oğlu Göyüşov 1920-ci ilin may ayının 20-də Ağdam rayonunun Boyəhmədli kəndində anadan olmuşdur. Ziyəddi Göyüşov 1928–1936 illərdə Ağdamın Boyəhmədli kənd məktəbində oxumuş, 1938–1939 illərdə Ağdam Pedaqoji Texnikumunda təhsil almış, oranı fərqlənmə diplomu ilə bitirmişdir.Ziyəddin Göyüşov Boyəhmədli kəndində müəllimlik etmiş, Böyük Vətən müharibəsində iştirak edib yaralandıqdan sonra Vətənə qayıdaraq 1943-cü ildə bir müddət Ağdamda yerli radio verlişləri redaksiyasına rəhbərlik də etmişdir. O, 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Tarix fakültəsinin nəzdindəki Fəlsəfə şöbəsinə daxil olmuş, 1950-ci ildə oranı bitirmişdir. Ziyəddin Göyüşov 1953-cü ildə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasına daxil olmuşdur. O,1957-ci ildə fəlsəfə elmləri namizədi, 1963-cü ildə fəlsəfə elmləri doktoru,1964-cü ildə professor adı almışdır.1976-cı ildən Azərbaycan Respublikası Elmlər Akademiyasının üzvü seçilmiş, elə həmin ildən də Azərbaycan Respublikası Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunda fəlsəfə tarixi şöbəsinin müdiri olmuşdur. O, Azərbaycanda ilk çoxcildli milli ensiklopediyanın yaradılmasında fəal iştirak etmiş, Azərbaycan Sovet Ensiklopediyası Elmi Şurasının üzvü olmuşdur. Ziyəddin Bahadur oğlu Göyüşov 9 fevral 1985-ci ildə Bakıda vəfat etmişdir. == Elmi yaradıcılığı == Ziyəddin Göyüşov Azərbaycanda fəlsəfi-etik fikir tarixi problemlərini araşdırmış, Həsən bəy Zərdabinin seçilmiş əsərlərini ilk dəfə tərtib və çap etdirmişdir.Ziyəddin Göyüşovun tədqiqat sahəsi Azərbaycanın etik fikrinin qədim dövrdən XX əsrə qədər inkişaf meylləri və əsas aspektlərinin təhlili idi. Məlumdur ki, fəlsəfə tarixi çox aspektli tədqiqatları tələb edir, çünki mənəvi mədəniyyət, mənəvi fikir həyatın bütün rəngarəngliyini və mürəkkəbliyini özündə əks etdirir. Fəlsəfi, o cümlədən, etik ideyalar mənəvi fikrin müxtəlif formalarında özünü büruzə verir.
Ziyəddin Məhərrəmov
Ziyəddin Məhərrəmov (tam adı:Ziyəddin Həmil oğlu Məhərrəmov; 31 may 1947, Qoşabulaq, Basarkeçər rayonu) — filologiya elmləri doktoru (2020), Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti (1999), Qabaqcıl təhsil işçisi (sentyabr, 2009), Azərbaycan Jurnalistlər Birliyinin (1998), Azərbaycan Yazıçılar Birliyinin üzvü (noyabr, 2007), "Qızıl qələm" mükafatı laureatı (14.06.2013), "Xalqın nüfuzlu ziyalısı" diplomu (17.03.2015), "Şərəf" media mükafatı laureatı (20.05.2015) == Həyatı == Ziyəddin Məhərrəmov 31 may 1947-ci ildə Qərbi Azərbaycanın tаriхi ərаzilərindən olаn Göyçə mahalındаkı Basarkeçər rayonunun Qoşabulaq kəndində аnаdаn olmuşdur. 1960-cı ildə kənd 7 illik məktəbi, 1964-cü ildə Dаşkənd kənd ortа məktəbini, 1969-cu ildə V.İ.Lenin аdınа Аzərbаycаn Dövlət Pеdаqoji İnstitutunun tаriх-filologiyа fаkültəsinin dil-ədəbiyyat şöbəsini, 1985-ci ildə isə Bаkı Аli Pаrtiyа Məktəbini fərqlənmə diplomu ilə bitirmişdir. Həmçinin Marksizm-Leninizm Universitetinin Dağlıq-Qarabağ filialını da fərqlənmə diplomu ilə bitirmişdir (1977–1979). Ziyəddin Məhərrəmov Qoşabulaq kəndində müəllim işləmiş, 1970-ci ildə Həştərхаn vilаyətində hərbi хidmətdə olmuşdur. 1971–1973-cü illərdə Qoşаbulаq kənd ortа məktəbində müəllim işləmişdir. 1973–1975-ci illərdə "Vаrdеnis" rаyon qəzеtində ədəbi işçi işləmişdir. 1975–1976-cı illərdə Şuşa şəhər yеrli rаdio vеrilişləri rеdаksiyаsındа müхbir, Kitаbsеvərlər Cəmiyyəti rаyon təşkilаtının məsul kаtibi işləmişdir. 1976–1983-cü illərdə Аzərbаycаn KP Şuşа Rаyon Komitəsinin təbliğаt-təşviqаt və təşkilаt şöbələrində təlimаtçı, pаrtiyа komissiyаsının sədri, 1983–1985-ci illərdə BАPM-də dinləyici olmuşdur. 1985–1991-ci illərdə Аzərbаycаn KP Şuşа Rаyon Komitəsində təlimаtçı, idеologiyа şöbəsinin müdiri vəzifələrində işləmişdir. Həmin müddətdə Şuşа şəhər Sovеtinin dеputаtı, şəhər icrаiyyə komitəsinin üzvü və sədri (1986), rаyon partiya komitəsinin аpаrаt işçiləri ilk pаrtiyа təşkilаtı bürosunun kаtibi, rаykomun üzvü (1989) sеçilmişdir.
Ziyəddin Rəşidov
Ziyəddin Arzu oğlu Rəşidov (28 avqust 1997, Xırdalan – 30 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ziyəddin Rəşidov 1997-ci il avqustun 28-də Xırdalan şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Ziyəddin Rəşidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ziyəddin Rəşidov oktyabrın 30-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziyəddin Rəşidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziyəddin Rəşidov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziyəddin Rəşidov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziyəddin Rəşidov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ziyəddin Sadıqov
Ziyəddin Əjdər oğlu Sadıqov - Azərbaycan kimyaçı alimi, kimya elmləri doktoru[mənbə göstərin]. == Həyatı == Ziyəddin Sadıqov 22 dekabr 1934-cü ildə Qarayazının Qaratəhlə kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1954-cü ildə Qarayazının Qaratəhlə kənd orta məktəbini qızıl medalla, 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1959-1962-ci illərdə BDU-nun kimya fakültəsinin aspiranturasında oxumuşdur. Aspiranturanı bitirdikdən sonra BDU-nun üzvi kimya kafedrasında assistent, baş müəllim vəzifələrində işləmişdir. 1965-ci ildən "Yüksək molekullu birləşmələr kimyası" kafedrasının dosenti olmuş, 1965-1983-cü illərdə isə həmin kafedraya rəhbərlik etmişdir. 1963-cü ildə namizədlik, 1980-cı ildə isə Moskva şəhərində doktorluq dissertasiyasını müdafiə etmişdir. Ziyəddin Sadıqovun elmi-tədqiqat işləri əsasən stirol və onun bəzi törəmələrinin izobutilen ilə birgə sopolimerləşmə reaksiyasına, alınmış məhsulların özlülük aşqarı kimi tədqiqinə və alınmış sopolimerlərin destruksiyasının qanunauyğunluqlarına həsr edilmişdir. Onun elmi-pedaqoji fəaliyyəti 60 məqalədə, o cümlədən 3 müəlliflik şəhadətnaməsində əks olunmuşdur. Onun rəhbərliyi ilə 6 elmlər namizədi hazırlanmışdır.
Ziyəddin Xanalıyev
Ziyəddin Ariz oğlu Xanalıyev (16 yanvar 1999; Ağalıkənd, Biləsuvar rayonu, Azərbaycan — 6 noyabr 2020; Daşaltı, Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ziyəddin Xanalıyev 16 yanvar 1999-cu ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. Orta təhsilini Təzəkənd kənd tam orta məktəbində almışdır. Subay idi. == Hərbi xidməti == Ziyəddin Xanalıyev 27 sentyabr 2020-ci il tarixində başlanan İkinci Qarabağ müharibəsində Hadrut, Şuşa uğrunda gedən döyüşlərdə vuruşmuş, 6 noyabr 2020-ci il tarixində Daşaltı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. O, 19 noyabr 2020-ci il tarixində doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb.
Ziyəddin Əliyev
Ziyəddin İsmayıl oğlu Əliyev (27 iyun 1963) — 2017–2023-cü illərdə Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Əməkdar mühəndis (2017).Əliyev Ziyəddin İsmayıl oğlu 27 iyun 1963-cü ildə Ermənistanın Krasnoselsk rayonunun Ardanış kəndində anadan olmuşdur. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. İxtisasca inşaat mühəndisidir. == Karyerası == "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin işçisi olmuşdur.Əmək fəaliyyətinə 1980-ci ildə "Azərbaycan Kənd Təsərrüfatı Texnikası" Layihə Kontorunda başlamışdır. 1981–1983-cü illərdə hərbi xidmətdə olmuşdur. 1984–1993-cü illərdə "Bakı Mühəndis Tikinti" Trestində mühəndis, böyük mühəndis, müdir, 1993–1998-ci illərdə "İnşa" Elm-İstehsalat Mərkəzinin direktoru, 1999–2001-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Departamentinin "Yoltəmirtikinti" Birliyində idarə rəisi, 2001–2002-ci illərdə "Bakı Yoltikintiservis" ATSC-nin Material təchizatı sahəsinin rəisi, 2002–2008-ci illərdə "Bakı Yol Tikinti-1" ATSC-nin direktoru, 2009–2010-cu illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin "77 saylı Yol İstismarı" MMC-də baş mühəndis, 2010–2013-cü illərdə "Mühəndis Yol Təmir-Tikinti" MMC-də baş mühəndis, 2013–2015-ci illərdə "Azəryolservis" ASC-nin "81 saylı Yol İstismarı" MMC-nin rəisi, 2015–2017-ci illərdə "Azəravtoyol" ASC-nin "Bakı 2 №-li Yol İstismarı" MMC-nin direktoru vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 02 dekabr 2017-ci il tarixli Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə "Əməkdar mühəndis" fəxri adı verilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Qaşqay Ziyəddinoğlu
Qaşqay Ziyəddin oğlu Ramazanov (6 oktyabr 1972, Ermənistan) — Azərbaycan jurnalisti, siyasi elmlər üzrə fəlsəfə doktoru, publisist. == Həyatı == Qaşqay Ziyəddinoğlu 6 oktyabr 1972-ci ildə anadan olmuşdur. Bakı şəhərindəki 270 №-li orta məktəbin məzunudur. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. == Ailəsi == Ailəlidir, iki övladı var. == Jurnalist fəaliyyəti == 25 ildən çoxdur ki, Azərbaycan mətbuatında jurnalist fəaliyyəti ilə məşğuldur. 1995-ci ildən, Azərbaycanda nəşr olunan "Avrasiya", "Vətəndaş", "Retro", "Dövran", "Yeni Avrasiya", "Mərkəz" və digər qəzetlərdə müxbir, məsul katibin müavini, məsul katib, şöbə müdiri, redaktor, baş redaktorun birinci müavini vəzifələrində çalışmış və "Xalq qəzeti", "İki sahil", "Yeni Azərbaycan" və ölkənin digər aparıcı KİV və media qurumları ilə əməkdaşlıq etmişdir.. Hazırda "Yeni Azərbaycan" qəzetində işləyir. Uzun müddət Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatında bölmə rəisi və redaktor, "Hərbi bilik" jurnalında redaktor vəzifələrində çalışmışdır. Jurnalsit-tədqiqatçı kimi bir çox layihələrdə və müsabiqələrdə iştirak etmiş, yüksək nailiyyətlər əldə etmişdir.
Tamxil Ziyəddinoğlu
Tamxil Ziyəddinoğlu (Hacıyev Tamxil Ziyəddin oğlu; 20 mart 1958, Kurud, Qafan rayonu) — Bütöv Azərbaycan qəzetinin təsisçisi və baş redaktoru (2008), AzTv-də "Hərbi-vətənpərvərlik" şöbəsinin baş redaktoru (01.09.2016), "Zireh" və "Hünər meydanı" verilişlərinin müəllifi. Hərbi Jurnalistlər Birliyinin sədri; Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də İnformasiya Proqramları Studiyasının direktor müavini (01.06.2017). Açıq Hökumətin Təşviqinə Dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının üzvü. == Həyatı == Tamxil Ziyəddinoğlu 20 mart 1958-ci ildə Zəngəzur mahalında, indi Ermənistan adlanan Qərbi Azərbaycanın Qafan rayonunun Kurud kəndində anadan olub. 1973-cü ildə Kurud kənd 8 illik məktəbini bitirib. Orta təhsili Gığı kənd orta məktəbində başa vurub. 1975–76-cı dərs ilində Bakı şəhərindəki 56 nömrəli Texniki Peşə məktəbini fərqlənmə ilə bitirib. 1977–79-cu illərdə Sovet Ordusu sıralarında xidmət edib. Tərxis olunduqdan sonra fasiləsiz olaraq çilingər, fəhlə, kitabxanaçı və digər işlərdə çalışıb. 1985-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsininin əyani şöbəsinə daxil olub.
бря́кать высоко́нько горбу́шина колбаса́ лесоскла́д неземледе́льческий ограни́ченно по-брази́льски прохола́живать вприти́рку го́нчий размягча́ть умалишённая вып(ь) binary notation bypast final drive inexactness nude veritas pastelist telegraph line trigamy альпинист мусульманский пересоздать