Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mansa Musa
Mansa Musa (təq. 1280, Mali imperiyası – ən tezi 1332 və ən geci 1337) — 1307/12-1332/37-ci illərdə hakimiyyətdə olmuş orta əsr Mali dövlətinin mansası (ali hökmdar). Keyta sülaləsinin nümayəndəsi idi. Mali dövlətinin banisi Sundiat Keytanın qardaşı oğlu idi. May ayının ilk ongünlüyündə anadan olmuş, bu təxminən 1 maydan 8 maya qədərdir və avqustun son ongünlüyündə ölmüşdür - bu isə 24-31 avqust aralığını əhatə edir. Onun hakimiyyəti illərində Mali tarixində ən böyük ərazilərə sahib idi. Ölkə əhəmiyyətli dərəcədə böyümüş və mədəni inkişafının zirvəsinə çatmışdır. == Ümumi təsvir == Musanın hökmranlığı əsasən o dövrün ərəb salnaməçilərinin qeydlərindən məlumdur: ən dolğun məlumatları - Şihab əd-din Əhməd ibn Yəhya ibn Fadlallah əl-Omari ad-Dimashki (ərəb. شهاب الدين احمد ابن يحيى ابن فضل الله العمري الدمشقي‎), İbn-Bətutə Əbu Abdullah Məhəmməd ibn Abdullah al-Lavati at-Tancı (ərəb. أبو عبد الله محمد ابن بطوطة‎‎) və Əbu Zeyd Əbdürrəhman ibn Məhəmməd ibn əl Hədrami (ərəb.
Masai Mara
Masai Mara— Cənubi-qərbi Keniyada yerləşən qoruq. == Coğrafiyası == Sahəsi 1800 km² olan Masai-Mara Milli Qoruğu Keniyada yerləşir. Masai-Mara Keniyanın ən məşhur qoruğudur. Onun ərazisi aksiyaların geniş yayıldığı savannalardan və bu savannalarda otlayan saysız-hesabsız heyvanlardan ibarət düzənliklərdir. Burada qnu-antilopları, ceyranlar, zürafələr, aslanlar, kaftarlar, begemotlar və timsahlar vardır.
Abar
Abar - qədim türk mənşəli tayfanın adıdır. Bu tayfa adının avar variantı da məlumdur. Eramızın II-III əsrlərində Kür sahilində Obaren adlı tayfanın yaşaması ədəbiyyatda göstərilir.V əsr erməni müəllifi Yeqişenin Balasakanda aparan adında tayfanın yaşadığını qeyd etmişdir(21, 96). Etnonim av+ar formasında düzəlmişdir. Tədqiqatçılar ar, ər sözünün türk dillərindəki ər "kişi, qəhrəman, igid" mənasında olduğunu qeyd edirlər. Etnonimin birinci hissəsi olan av elementinə gəlincə isə onun ab variantının işlənməsi türk dilləri üçün xarakterik olan bv keçidi ilə əlaqədardır. Beləliklə, qədim türk tayfasının adı abar(avar) olmuş və bu tayfa Qafqazın müxtəlif regionlarında, o cümlədən də Ermənistan ərazisində yaşamışdır. == Abar sözü ilə bağlı coğrafi adlar == Ermənistanda türk mənşəli abar(avar) tayfasının adından düzəlmiş Aşağıdakı etnotoponimlər qeydə alınmışdır: ABARAN- Irəvan xanlığında mahal adı; Alagöz (Ələyəz) və Pəmbək dağ silsilələri arasında Kasax (əsli Qazax) çayının yuxarı axınında yaylaq adı; İrəvan qəzasında çöl adı, İrəvan xanlığının Abaran mahalında çay adı 1728-ci ildə Irəvan əyal ətinin Karbi nahiyyəsində kənd adı; ABARANOĞLU – 1590-cı ildə Rəvan əyalətinin Abaran nahiyyəsində kənd adı; AVARAN-Irəvan quberniyasının Eçmiadzin qəzasında kənd adı; BAŞ ABARAN - Irəvan xanlığında mahal adı. Əsasında abar(avar) tayfasının adı duran etnotoponimlər yalnız Ermənistan ərazisində yayılmamışdır. Bu etnotoponimin başqa ərazilərdə yayılması da aşkara çıxarılmışdır.
Adur
Adur – Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kənd Qaraçayın sahilində, Yan silsiləsinin yamacında yerləşir. Türk dillərində adir/adır/adur "tepelik", "dağlıq yer", "düzən olmayan yer", "suvarıla bilməyən yüksəklik", "bir neçə təpədən ibarət meşəsiz yer", "dağ ətəyi" mənalarında işlənir. Dağlıq yerdə, alçaq təpəli ərazidə yerləşən kəndin coğrafi relyefi adın verilməsində əsas olmuşdur. Fərqanə vadisini əhatə edən təpəli dağətəyi sahələr adır adlanır. Altay toponimiyasında Adur, Türkiyə toponimiyasında Ədirnə oykonimləri bu sözlə əlaqədardır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 573 nəfər əhali yaşayır.
Ajur
Ajur (fr. à jour) — mühasibatda təsərrüfat əməliyyatları başa çatdırılan gün bütün hesab qeydlərinin aparılmasını göstərən mühasibat uçotunun vəziyyəti. Bu, daha geniş mənada uçot hesabalama işlərinin qrafiklə müəyuən edilmiş müddətdə yerinə yetirilməsidir. Ajur ilə istənilən vaxt aralığı üçün müəssisə haqqında dəqiq təsəvvür əldə etmək mümkündür. == İstinadlar == == Əlavə ədəbiyyat == Ажур // Українська радянська енциклопедія : у 12 т. / гол. ред. М. П. Бажан ; редкол.: О. К. Антонов та ін. — 2-ге вид. — К. : Головна редакція УРЕ, 1974–1985.
Amur
Amur çayı — Rusiyada çay
Avur
Avur — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Avur Yardımlı rayonunun Çayüzü inzibati ərazi vahidində kənd. Viləş çayının sahilindədir. Yerli əhalinin məlumatına görə, av (ov sözünun qədim variantı) və ur (qədim türk dillərində "bol", "cox") komponentlərindən ibarət olan bu toponim "ovlaq, ov heyvanları cox olan yer" mənasını ifadə edir. Qədim türk yazılı abidələrinin dilində avırmak/evirmək "bir şeyin ətrafında hərlənmək, dolanmaq" mənasında işlənmışdır. Kəndin adlandırılmasında onun coğrafi movqeyi nəzərə alınmışdır. Kəndin kənarındakı çay onun ətrafına dolanır.
Babur
Qazi Zahirəddin Məhəmməd Babur (fars. ﻇﻬﻴﺮﺍﻟﺪﻳﻦ محمد‎ ; al-ṣultānu 'l-ʿazam wa 'l-ḫāqān al-mukkarram bādshāh-e ġāzī) (14 fevral 1483 — 26 dekabr 1530) — Böyük Moğol İmperiyasının qurucusu və ilk hökmdarıdır. Baburun Çağatay türkcəsində yazdığı və həyatından xronoloji olaraq bəhs etdiyi Baburnamə əsəri Türk ədəbiyyatı tarixində önəmli yerə sahibdir. Xətti Babur deyilən yazı sistemini təkmilləşdirən Babur eyni zamanda Çağatay türkcəsində yazılmış ədəbiyyatın Əlişir Nəvaidən sonra ən böyük şairi hesab olunur. == Soyu və ailəsi == Babur ata tərəfdən Teymurilər sülaləsindən, ana tərəfdən isə Çingizlilər sülaləsindəndir. Baburun atası Əmir Teymurun nəvəsi olan Ömər Şeyx Mirzə Barlas idi. Baburun anası isə Çingizlilər nəslindən olan Yunus xanın qızı Qutluq Nigar xanım idi.Baburun ata tərəfdən mənsub olduğu Teymurilər sülaləsinin əsasını qoyan Əmir Teymur əslən barlas boyundandı. Barlaslar Orta Asiyada yaşayan türkləşmiş monqol boyu idi. Monqolların gizli tarixi (rus. Монголын Нууц Товчоо) adlı əsərə görə barlaslar boruciginlərlə bir soydan gəlir.
Nabur
Nabur — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi mənbələrdə == Osmanlı imperiyası ilə Rusiya arasında 1727-ci il 12 dekabrda Şamaxı yaxınlığında Nabur kəndində imzalanmış müqaviləyə əsasən ruslar Cavad, Salyan, Şeşpara və Rustov ərazilərinə yiyələndilər. Azərbaycan torpaqlarının qərb hissəsi isə Osmanlııların əlində qaldı. Bu müqavilə tarixdə "Nabur müqaviləsi" adlanır. == Etimologiyası == Nabur oykoniminin adı zülqədər tayfa]]sının nabur tirəsinin adı ilə bağlıdır. Ermənistan ərazisində də eyniadlı kənd qeydə alınmışdır. == Əhalisi == Əhalisi təxminən 5000 nəfərdir. Muğam ustadı Alim Qasımov, general-mayor Əbdül Xalıqov bu kənddə anadan olmuşlar. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti maldarlıq, qoyunçuluq, əkinçilik və qismən arıçılıqdır. == Din == Kənddə Nabur kənd məscidi dini icması fəaliyyət göstərir.
Gün
Gün və ya sutka – zamanın ölçü vahidi. Bir Yer günü 24 saata bərabərdir.
Qara Musa Paşa
Qara Musa Paşa (Yunanıstan – 1649, Konstantinopol) — I İbrahim dönəmində 5 günlük Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == Əslən yunan olub, dəvşirilərək Əndəruna gətirilmişdir. IV Muradın müsahibi və silahdarı olmuşdur. Sultan İbrahim dönəmində müsahibə Şəkərparə Xatunla evləndirilmiş, daha sonra qapıçıbaşı vəzifəsinə gətirilmişdir. 1640-cı ildə liman emini, daha sonra ard-arda sipahi ağası, şəhər emini, qapıçıbaşı, bölük ağası, 1645-ci ildə isə yeniçəri ağası oldu. 1645-ci ilin dekabr ayında vəzir rütbəsilə başdəftərdar olaraq divana daxil oldu.Kaptan-ı dərya Qoca Musa Paşanın Venesiya ilə apardığı döyüşdə məğlub olaraq şəhid düşməsinin ardından 1647-ci ilin yanvar ayında kaptan-ı dərya olaraq təyin edildi. Ancaq Aralıq dənizindəki yürüşlərinin uğursuzluğu və İraklion qalasının uğursuz mühasirəsindən sonra bu vəzifəsindən azad edildi. Həyat yoldaşı Şəkərparə Xatunun Sultan İbrahimin üzərindəki nüfuzu ilə canını güclə qurtaran Qara Musa Paşa 16 sentyabr 1647 tarixində vəfat edən sədrəzəm Bosniyalı Saleh Paşanın yerinə sədarətə gətirildi. Bu xəbər paytaxta gələn donanmaya dərhal bildirildi. Sədarət möhrü isə qapıçı kəndxudası tərəfindən donanmaya dənizyolu ilə çatdırıldı.
Qoca Musa Paşa
Qoca Musa Paşa (ö. 22 yanvar 1647) — IV Murad və Sultan İbrahim səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Əndərundakı təlim-tərbiyəsi tamamlandıqdan sonra Sultan Muradın silahdarlığına gətirildi. Ardından 1630-cu ildə vəzir rütbəsiylə Misir bəylərbəyi olsa da, bir il sonra paytaxta çağırıldı və divan vəziri oldu. 1636-1637 və 1639-1644-cü illərdə Budin bəylərbəyi olaraq xidmət etdi. Ardından 1644-cü ilin martında Silistrə sancaqbəyi oldu. 1645-ci ildə kaptan-ı dərya olsa da, elə həmin il Əyriboz yaxınlığındakı dəniz döyüşündə şəhid düşdü. Cənazəsi Üsküdara gətirilərək dəfn edildi. == Mənbə == Sicill-i Osmani IV, səh.
Masa
Masa və ya büro — məktəbdə, ofisdə, evdə və ya oxşar, oxu, yazma və ya kompüter kimi avadanlıqlardan istifadə etmək kimi akademik, peşə və ya məişət fəaliyyəti üçün istifadə olunan düz bir masa tərzi iş səthinə malik bir mebel parçasıdır. == Tarix == Masa üslubunda mebel klassik antik dövrdə və ya Yaxın Şərq və ya Uzaq Şərqdəki savadlı sivilizasiyanın digər qədim mərkəzlərində istifadə edilməmiş kimi görünür, lakin konkret bir dəlil yoxdur.
Kim Sun-qan
Kim Sun-qan (17 noyabr 1912, Pxenyan, Yaponiya imperiyası – 29 may 1984) — keçmiş Cənubi Koreya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
ABU
Azərbaycan Beynəlxalq Universiteti — Azərbaycan Respublikasında 1997–2010-cu illərdə fəaliyyət göstərmiş ali məktəb. == Təhsil == Universitetdə bakalavr hazırlığı üçün 4 il vaxt norması nəzərdə tutulmuşdu. Təhsil ödənişli əsaslarla idi. Burada əyani və qiyabi şöbələri fəaliyyət göstərirdi. Universitetdə təhsil Azərbaycan və rus dillərində aparılırdı. == Tərəfdaşları == Açıq Cəmiyyət, Amerika-Azərbaycan Dostluq Cəmiyyəti və digər xarici ölkə təşkilatları və ali məktəbləri ilə əməkdaşlıq müqavilələri bağlanmışdır. == Lisenziyası == Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 1997-ci il tarixli, 204s saylı qərarı ilə qeydiyyatdan keçərək özəl ali məktəb statusu almışdı. Universitet, həmçinin Ədliyyə Nazirliyinin 17 oktyabr 1997-ci il tarixli 15 saylı şəhadətnaməsini alaraq dövlət qeydiyyatından keçmişdir. 1998-ci ildə Təhsil Nazirliyinin 04.12.1997-ci il tarixli 48–11-4058/16 nömrəli qərarı ilə ilk dəfə, 1999-cu ildə 6 il müddətinə, 2005-ci ildə isə 5 il müddətinə yenidən lisenziya alıb. 2010-cu il iyulun 8-də ABU-nun lisenziya müddəti bitdiyi üçün bu məsələyə yenidən baxılıb.
Amur (mifologiya)
Amur — Qədim Roma mifologiyasında məhəbbət tanrısı. == İstinadlar == Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Amur arizeması
Amur arizeması (lat. Arisaema amurense) — aroidkimilər fəsiləsinin arizema cinsinə aid bitki növü.
Amur cökəsi
Amur cökəsi (lat. Tilia amurensis) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cökə cinsinə aid bitki növü.
Amur enlibaşı
Amur enlibaşı (lat. Pseudorasbora parva) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin pseudorasbora cinsinə aid heyvan növü. == Xarakterik morfoloji əlamətləri == Bədəni üst tərəfdən sarımtıl-boz, yanlardan açıq boz, üzgəcləri (bel, döş, qarın, anal və quyruq) açıq sarımtıl rəngdədir. Körpə fərdlərdə bədənin arxa hissəsində yan xətti boyunca tünd rəngli qara zolaq olur, yetkin fərdlərdə bu zolaq itir. İri fərdlərin pulcuqlarının arxa hissəsi aypara formalı qara zolaqla örtülmüşdür. Azərbaycan sularında yaşayan Amur enlibaşının uzunluğu 3.1–9.5 sm, kütləsi 0.33–10.7 q arasında dəyişir. == Yaşayış yeri və həyat tərzi == Şirin və şortəhər su hövzələrində yaşayan Amur enlibaşı durğun su tutarlarında daha çoxsaylı olur. Qış aylarında yırtıcı balıqlardan qorunmaq üçün su hövzələrinin dib hissələrində passiv hərəkət edirlər. Ömrün uzunluğu orta hesabla 4–5 il olub, 1–2 yaşında cinsi yetkinliyə çatır. Fərdi inkişaf forması tam çevrilmə şəklindədir.
Amur məxmərağacı
== Ümumi yayılması == Çində və Koreyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 25 m-ə, gövdəsinin diametri 70 sm-ə çatan, kənarları aşağıya doğru əyilmiş, sıх çətirli ağacdır. Gövdəsi boz qabıqla örtülmüş və iki qatlıdır: üst qatı məхməri, alt qatı sarıdır. Yarpaqları lələkvaridir, 5-13 хırda yarpaqcıqdan ibarətdir, uzunluğu 25-35 sm-dir. Yarpaqcıqların kənarı tam və ya bir qədər dalğavari dişlidir, ucu sivridir. Üstdən nöqtəşəkilli, açıq-yaşıldır, lətli vəzilərlə örtülüdür. İyun-iyul aylarında çiçəkləyir. Çiçəkləri bircinslidir, sarımtıl-yaşıl rəngdədir, budaqlarının uclarında süpürgəşəkilli çiçək qrupunda toplaşmışdır. Meyvələri diametri 1 sm-ə çatan, şarşəkilli yaхud armud formalı, lətli, parlaq-qaradır, beş toхumludur. Sentyabr-oktyabr aylarında yetişir.
Amur nərəsi
Amur nərəsi (lat. Acipenser schrenckii) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.
Amur plitəsi
Amur plitəsi — materik qabığı üzərində yerləşən litosfer plitəsi. Plitənin sahəsi 0,13066 steradion təşkil edir. Plitənin üzərində Mancuriya, Koreya yarımadası, Qərbi Yaponiya və Primorsk diyarının əraziləri yerləşir. Adətən Avrasiya plitəsinin təkib hissəsi kimi göstərilir. Şimaldan və qərbdən Avrasiya plitəsi, şimal-şərqdən Oxot plitəsi, cənubdan isə Filippin plitəsi ilə sərhədlənir. Avrasiya plitəsi ilə Amur plitəsi arasında Baykal rifi yerləşir.
Amur pələngi
Amur pələngi (lat. Panthera tigris altaica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü. Nadir yarımnövdür, bəzi yerlərdə tamamilə yox olub. == Görünüşü == Zahiri görünüşü üçün pələngin görünüşünə bax. Bədənin uzunlu]u 190-290 sm. bəzən 317 sm. Quyruğunun uzunluğu 115 sm. qədər. Tük örtüyü qışda hündür, gur və sıxdır. Əsas fon rəngi açıq, narıncı çalarlı tünd sarıdır.
Amur quşarmudu
Adi quşarmudu (lat. Sorbus aucuparia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir - VU A2c+3 cd. Azərbaycanın nadir növüdür. Quşarmudu qiymətli bitki olduğundan bağlarda və parklarda da becərilir. Meyvələri tam yetişəndə toplanır. Meyvələrinin xoşagələn turşməzə dadı vardır. Təbabətdə quşarmudu mədə-bağırsaq, nəfəs yolları xəstəliklərində istifadə olunur. Çox vaxt təzə dərilən kimi, bəzən isə xüsusi peçlərdə qurudandan sonra işlədilir. Təzə dərilmiş meyvələri soyuq binalarda və ya dondurulmuş halda bütün qış ayları saxlamaq olur.
Amur qızılquşu
Amur qızılquşu (lat. Falco amurensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
2009 год
== Hadisələr == Azərbaycan Respublikasında "Uşaq ili". 1 aprel - Xorvatiya və Albaniyanın NATO-ya qəbul edilməsi. 21 iyun — Danimarkanın keçmiş müstəmləkəsi Qrenlandiyanın öz müstəqilliyini elan etməsi. A-Team adlı rep-qrupu yaradılmışdır. 18 fevral - "Bakı İslam mədəniyyətinin paytaxtı – 2009" tədbirlərinin təntənəli açılışı . 18 mart - Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər haqqında əlavə və dəyişikliklər edilməsinə dair referendum keçirilməsi. 18-24 mart - Bakıda "Muğam aləmi" Beynəlxalq musiqi festivalının keçirilməsi. 30 aprel — Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi 4 may - Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamın imzalanması. 9 sentyabr — Azərbaycan və Tuvalu dövlətləri arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike imzalanması. 6 dekabr — Bakı şəhərində Azərbaycan Vikipediyası istifadəçilərinin ilk görüşünün keçirilməsi.
2011 год
== Hadisələr == Azərbaycan Respublikasında "Turizm ili". 1 yanvar Estoniya avro pul vahidinə keçir, Avro Bölgəsinin 17-ci üzvü olur. Macarıstan Avropa Birliyi Şurasının sədri oldu. 3 yanvar Arnold Şvartsenegger Kaliforniya ştatın qubernator yerini buraxıb. 4 aprel — Cartoon Network (Türkiyə) Loqosunu dəyişmişdir. 11 fevral – Misirdə uzun sürən etirazlardan sonra ölkə prezidenti Hüsnü Mübarək istefa verir. 11 mart – Yaponiyada 8.9 bal gücündə dağıdıcı zəlzələ baş verir. Zəlzələ nəticəsində sunami fəlakəti yaşanır, Fukusima atom stansiyasında qəza baş verir. 15 sentyabr — Moskvada Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun dəstəyilə hazırlanmış Müslüm Maqomayevin abidəsinin təntənəli açılış mərasimi olmuşdur 24 oktyabr — Azərbaycan Respublikası ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. 31 oktyabr — Dünya əhalisinin sayı 7 milyard olmuşdur.
Əbdürrəhman Abdi Paşa
Əbdürrəhman Abdi Paşa (təq. 1616 – 2 sentyabr 1686, Buda) — Sultan İbrahim və IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi, Osmanlıların son Budin bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Əslən alban olub, yeniçəri ocağında təlim-tərbiyə edildikdən sonra, o əsnada davam edən Krit müharibəsinə ocaq kəndxudası olaraq qatıldı. Müharibə əsnasında 1669-cu ilin mayında yeniçəri ağası təyin edildi. Kandiyə qalasının (indiki İraklion) mühasirəsində və 1672-ci ildə başlayan Lehistan səfəri əsnasında Kamaniçe (indiki Kamenets-Podolski) və Bucaş bölgəsinin ələ keçirilməsində göstərdiyi şücaət səbəbilə vəzir rütbəsi aldı, ardından 1674-cü ilin iyununda Bağdad bəylərbəyi oldu. Daha sonra 11 may 1676-cı ildə Misir bəylərbəyi olan Abdi Paşa 1681-ci ilin iyununda vəzifədən alındı və Bosniya bəylərbəyliyinə təyin olundu. 1682-ci ildə əlavə olaraq Kamaniçe qalasının mühafizəsi ilə vəzifələndirildi. 1684-cü ilin noyabrında Budin bəylərbəyi oldu. 1685-ci ildə Hələb bəylərbəyliyi ilə Macarıstan sərdarlığına təyin edildi.
Oton (Эн)
Oton (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.