Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Avstriya
Avstriya (alm. Österreich‎), rəsmi adı Avstriya Respublikası (alm. Republik Österreich‎) – Mərkəzi Avropada bir dövlət. Dövlətin adı qədim alman dilindən tərcümədə Ostarrichi — " şərqi ölkə " deməkdir. Şimaldan Çexiya (362 km sərhəd uzunluğu), şərqdən Slovakiya (91 km) və Macarıstan (366 km), cənubdan Sloveniya (330 km) və İtaliya (430 km), qərbdən İsveçrə (164 km), Lixtenşteyn (35 km) və Almaniya (784 km) ilə həmsərhəddir. Paytaxtı Vyana şəhəridir. Ölkə 9 federal torpaqdan və ya vilayətdən (Aşağı Avstriya, Burqenland, Forarlberq, Karintiya, Ştiriya, Tirol, Yuxarı Avstriya, Vyana və Zaltsburq) ibarətdir. Dövlət bayrağındakı qırmızı rəng Avstriya Respublikasının azadlığı və müstəqilliyi üçün tökülən qan, ağ rəng isə qərbdən şərqə axan Dunay çayının rəngidir. Avstriya bayrağı dünyanın ən qədim dövlət simvollarından biridir. Mərkəzi Avropada doqquz dövlətdən ibarət dənizə çıxışı olmayan ölkə.
Avstriya Respublikası
Avstriya (alm. Österreich‎), rəsmi adı Avstriya Respublikası (alm. Republik Österreich‎) – Mərkəzi Avropada bir dövlət. Dövlətin adı qədim alman dilindən tərcümədə Ostarrichi — " şərqi ölkə " deməkdir. Şimaldan Çexiya (362 km sərhəd uzunluğu), şərqdən Slovakiya (91 km) və Macarıstan (366 km), cənubdan Sloveniya (330 km) və İtaliya (430 km), qərbdən İsveçrə (164 km), Lixtenşteyn (35 km) və Almaniya (784 km) ilə həmsərhəddir. Paytaxtı Vyana şəhəridir. Ölkə 9 federal torpaqdan və ya vilayətdən (Aşağı Avstriya, Burqenland, Forarlberq, Karintiya, Ştiriya, Tirol, Yuxarı Avstriya, Vyana və Zaltsburq) ibarətdir. Dövlət bayrağındakı qırmızı rəng Avstriya Respublikasının azadlığı və müstəqilliyi üçün tökülən qan, ağ rəng isə qərbdən şərqə axan Dunay çayının rəngidir. Avstriya bayrağı dünyanın ən qədim dövlət simvollarından biridir. Mərkəzi Avropada doqquz dövlətdən ibarət dənizə çıxışı olmayan ölkə.
Avstriya adaçayı
Avstriya adaçayı (lat. Salvia austriaca) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü. == Yayılması və ekologiyası == Mərkəzi vəə Şərqi Avropada rast gəlinir. Çöllərdə, çəmənliklərdə, sahələrin kənarında bitir. == Botaniki təsviri == Bitkinin boyu 30-50 sm, gövdəsi sadə, düz olur. == Sinonimləri == === Homotipik sinonimləri === Elelis austriaca (Jacq.) Raf.
Avstriya ayıdöşəyi
Dryopteris campyloptera (lat. Dryopteris campyloptera) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin ayıdöşəyikimilər fəsiləsinin ayıdöşəyi cinsinə aid bitki növü.
Avstriya bayrağı
Avstriya bayrağı — Avstriyanın Dövlət bayrağı.Bu bayraq Danimarkanın bayrağı ilə birlikdə dünyanın ən qədim bayraqlarından biri hesab edilir == Tarixi == Avstriyanın indiki bayrağı ilk dəfə rəsmi olaraq 1919-cu ildə qəbul edilib. 1933-cü ildə ləğv edilməsinə baxmayaraq, 1945-ci ildə dövlət bayrağı kimi yenidən təsdiqlənib. Avstriyanın milli bayrağı üfüqi vəziyyətdə olan üç bərabər düzbucaqlı zolaqdan ibarətdir. Yuxarı və aşağı zolaq qırmızı, orta zolaq isə ağ rəngdədir. Bayrağın eninin uzunluğuna nisbəti 2:3-dür. Qırmızı rəng Avstriyanın azadlığı və müstəqilliyi uğrunda vətənpərvərlərin tökülən qanının simvoludur. Ağ rəng isə Avstriya xalqının ölkədə monarxiya rejiminə son qoyaraq, əldə etdiyi müstəqilliyinin rəmzidir, həmçinin ağ rəng Avstriya ərazisindən keçən Dunay çayını da təmsil edir. Avstriya bayrağının rənglərinin yaranması barədə rəvayət də var. Həmin rəvayətdə deyilir ki, 1191-ci ildə Hersoq Leopald Babenberqskiy (qədim Avstriya Hersoq Evinin nümayəndəsi) Ptolemazine yaxınlığındakı döyüşdə iştirak etmişdi. O, həmin döyüşdə yaralanıb və onun ağ plaşı qana bulanıb.
Avstriya bağacığı
Avstriya bağacığı(lat. Eurygaster austriacus Schreck.) — buğumayaqlılar tipinin Həşəratlar cinsinin Taxtabitilər dəstəsinə aid olan növ. == Xarici quruluşu == Eurygaster austriacus Schreck bədəni geniş dairəvidir. Rəngi dəyişkən olub, sarımtıl – boz və yaxud tutqun, bəzən isə qaradır. Ön döşün yan tərəfləri xaricdən təpəvari çıxıntılıdır. Başın eni uzununa bərabər olub, təpəsi itiləşmiş şəkildədir. Skul lövhəsi dilçəkdən uzundur və hər ikisi başın qabaq tərəfində rastlaşır. Uzunluğu 11 – 13 mm – dir. == Yayılması == Avstriya bağacığının Azərbaycanda yayılma arealı digər bağacıqlardan məhduddur. Bu növə yalnız Kiçik Qafqazda yerləşən rayonların ərazisində təsadüf edilir.
Avstriya boğazı
Avstriya boğazı — Frans-İosif arxipelaqına daxil olan adaları ayırır. Arxengelsk vilayətinin ərazisinə daxildir. Boğaz 1874-cü ildə Avstriya-Macarıstan ekspedisiyası tərəfindən kəşf edilir. Ekspedisiya tərəfindən anoloji olaraq Avstriya adlandırılmışdır.
Avstriya coğrafiyası
Avstriya coğrafiyası — Avstriya Respublikasının coğrafi xüsusiyyətləri. == Xüsusiyyətləri == Avstriya dağlıq ölkədir. Ərazisinin çox hissəsi, yəni 75%-i Şərqi Alp dağları, şimal hissəsi isə ucqar şimal-şərqdə Orta Dunay ovalığına keçən təpəlik və düzənliklərdir. Mərkəzi Kristalik Alp dağlarının Yüksək Tauern massivində olan Qrosqlokkner (3,797 metr) zirvəsi Avstriyanın ən yüksək nöqtəsidir. Silsilələrin yalları həmişə qarla örtülü olur. Buzlaqları var. Əsas faydalı qazıntııları neft, qaz, qonur kömür, maqnezitdir. Dəmir və qurğuşun-sink filizi, qrafit, müxtəlif düz yataqları, mineral bulaqları var. Düzən rayonlarda və Alp dağlarının ətəklərində iqlim mülayim kontinental, qərbində isə rütubətlidir. Orta tempratur yanvarda –1 °C-dən –4 °C-yə qədər, iyulda 15–18 °C olur.
Avstriya hersoqluğu
Avstriya hersoqluğu (Almanca: Erzherzogtum Österreich) — Müqəddəs Roma imperiyasına və Habsbuq monarxiyasına daxil olan dövlətlər arasında ən önəmlisi. Paytaxt şəhəri olan Vyana ilə birlikdə imperiya daha çox cənub-şərq bölgəsində mərkəzləşdirilmişdir. Habsburq ailəsi 1282-ci ildə Vyanada hakimiyyəti ələ aldı və 1453-cü ildə Müqəddəs Roma imperatoru III Fridrix tərəfindən rəsmi olaraq tanındı və hersoq elan edildi. XV əsrdən etibarən isə bir nəfər istisna olmaqla geridə qalan bütün Müqəddəs Roma imperatorları Avstriya hersoqu idi. 1526-cı ildə Bohemiya və Macarıstan torpaqlarının itirilməsiylə Avstriya hersoqluğu Avropada Müqəddəs Roma imperiyasının mərkəzinə çevrildi. == Mənbə == Heinz-Dieter Heimann, Die Habsburger. Dynastie und Kaiserreiche. 2010. pp. 38–45.
Avstriya ilanbaşı
Avstriya ilanbaşı (lat. Dracocephalum austriacum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin i̇lanbaşı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Gövdəsi bir və ya bir neçə, hündürlüyü 20–50 sm, tüklü, aşağı hissəsi bənövşəyi rənglidir. Qısa saplaqlı yarpaqları 3–7 xəttvari küt hissəyə bölünmüşdür, qısa yan budaqlarının yarpaqları ucları biz olan 3 hissəyə bölünmüşdür və ya bütövdür. Köbələri azçiçəklidir, bəziləri gövdənin təpəsində başcıqlı çiçəkqrupu şəklində yığılmışdır. Kasacığı 10–13 mm, uzuntüklü, bənövşəyidir. Tacı 3–4 sm, tünd bənövşəyi, xaricdən seyrək tüklüdür. Toxumcaları 3 mm uzunluqda, qabırğacıqları qanadabənzər şəkildə enlənmişdir. == Yayılması == BQ Quba sahəsinin rayonlarında subalp qurşağında yayılmışdır. Çəmənlərdə, dağ çəmənlərində bitir.
Avstriya imperiyası
Avstriya imperiyası (alm. Kaiserthum Österreich‎) — tarixi alman dövləti. Paytaxtı Vyana şəhəri. Çoxsaylı millətlərlə dolu olan (polietnik), ümumi adı olmayan, lakin Vyanadakı idarəedici dairələrə tabe olan dövlət. == Yaranması == Napoleon Bonapartın imperator elan olunmasına cavab olaraq Frans II Avstriyalı özünü imperator elan eləyərək Avstriya imperiyasını yaradır. == Etnik münaqişələr == Çoxmillətli dövlətdə stabilliyi gorumaq üçün imperator dairəsi maliyyənin inkişaf edib qorunub saxlanmasına güvənirdi. İmperiyada əhalinin 1/4-i almanlar olduğuna görə almanizasiyaya ehtiyac vardı. Almanizasiya ilk öncə təhsildən başdı. == 1848–1849-illərin inqilabı == 1848-ci ilin mart ayında maliyyə böhranı zamanı Vyanada olan çatışmalar nəticəsində Metternix istefaya yollanır. Yeni konstitusiya demokratik olmadığına görə 15 may 1848-ci ildə mitinqlər başlayır.
Avstriya iqtisadiyyatı
Avstriya iqtisadiyyatı — Avstriyanın əsas güzaranıdır. == Avstriya və Azərbaycan iqtisadiyyat əlaqələri == Bakıda keçirilən iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Avstriya hökumətlərarası komissiyanın altıncı iclasının yekunları üzrə Azərbaycan və Avstriya iqtisadiyyatın bəzi sahələrində əməkdaşlığın statusunu müəyyən edən protokol imzalayıblar. Protokolda sənaye, enegetika, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, turizm, tikinti, səhiyyə, maliyyə və bank, informasiya-kommunikasiya texnologiyaları, idman və s. sahələrdə əməkdaşlıq haqqında ilkin sazişlər öz əksini tapıb. Azərbaycan tərəfdən protokolu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Avstriya tərəfdən iqtisadiyyat, ailə və gənclər federal nazirinin müavini Yozef Mayer imzalayıblar. == Turizm == Avstriya iqtisadiyyatında turizm əhəmiyyətli yer tutur. Şimal-cənub, qərb-şərq istiqamətində hərəkət edən turistləri Avstriyanın gözəl avtomobil yolları cəlb edir. Onların əksəriyyəti bir günlük turistlərdir. Avstriyada ölkədaxili turizm işi dünya standartlarına uyğun şəkildə təşkil edilir, ancaq, Avstriyalılar öz ölkələrində səyahət etməyə o qədər də maraq göstərmir, Aralıq dənizi sahillərində və qışda dağ kurortlarında dincəlməyə üstünlük verirlər. Hazırda Avstriya qış idman növləri üzrə lider mövqeyi tutmuş beynəlxalq turizm mərkəzidir.
Avstriya kinematoqrafı
Avstriya kinematoqrafı — Avstriya mədəniyyət və iqtisadiyyatının film istehsalı və onların auditoriyaya nümayişi ilə əlaqədar qolu. == Tarixi == Avstriyada ilk bədii film 1908-ci ildə çəkilmişdir ("Pillədən pilləyə", rejissor X. Hanus). 1920-ci illərdə Avstriyada işləyən macar rejissoru Aleksandr Kordanın "Şahzadə və dilənçi" (1920), "Samson və Dalila" (1923), Robert Vinenin "Orlakın əlləri" (1924) filmləri ilə Avstriya kinosunda müvəqqəti yüksəliş başlamışdı. Nasist ağalığı dövründə Avstriya kinematoqrafiyası tənəzzülə uğramışdı. İkinci Dünya müharibəsindən sonra antisemitizm əleyhinə çəkilmiş "Mühakimə" (1948, rejissor Georq Vilhelm Pabst) filmi Avstriya kinosunun nailiyyətidir. Avstriya kinosunda revü janrı ("Dünay övladı", 1951, rejissor Georq Yakobi; "Qızıl simfoniya", 1956, rejissor E. Bordozi), milli və xarici bəstəkarların həyatından alınmış bioqrafik filmlər – "Frans Şubert" (1953, rejissor V. Kilm-Velte), Motsartın həyatının son illərindən bəhs edən "Ver əlini, mənim həyatım" (1956, rejissor K. Xartl), pyes ("Uzaq ölkə", 1973, Artur Şnitslerin pyesi üzrə), opera ("Vindzor cici bacıları", 1965) və operettaların ekranlaşdırılması əsas yer tutur. 1950-ci illərin axırlarından etibarən Almaniya, ABŞ, Birləşmiş Krallıq, İtaliya, Fransa və başqa ölkələrin kino prokatları Avstriya kinosuna böyük təzyiq göstərməyə başlamışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Г. С. Паповян. Австрийская кинематография // Кино: Энциклопедический словарь / С. И. Юткевич. — Москва: Советская энциклопедия, 1987.
Avstriya kinosu
Avstriya kinematoqrafı — Avstriya mədəniyyət və iqtisadiyyatının film istehsalı və onların auditoriyaya nümayişi ilə əlaqədar qolu. == Tarixi == Avstriyada ilk bədii film 1908-ci ildə çəkilmişdir ("Pillədən pilləyə", rejissor X. Hanus). 1920-ci illərdə Avstriyada işləyən macar rejissoru Aleksandr Kordanın "Şahzadə və dilənçi" (1920), "Samson və Dalila" (1923), Robert Vinenin "Orlakın əlləri" (1924) filmləri ilə Avstriya kinosunda müvəqqəti yüksəliş başlamışdı. Nasist ağalığı dövründə Avstriya kinematoqrafiyası tənəzzülə uğramışdı. İkinci Dünya müharibəsindən sonra antisemitizm əleyhinə çəkilmiş "Mühakimə" (1948, rejissor Georq Vilhelm Pabst) filmi Avstriya kinosunun nailiyyətidir. Avstriya kinosunda revü janrı ("Dünay övladı", 1951, rejissor Georq Yakobi; "Qızıl simfoniya", 1956, rejissor E. Bordozi), milli və xarici bəstəkarların həyatından alınmış bioqrafik filmlər – "Frans Şubert" (1953, rejissor V. Kilm-Velte), Motsartın həyatının son illərindən bəhs edən "Ver əlini, mənim həyatım" (1956, rejissor K. Xartl), pyes ("Uzaq ölkə", 1973, Artur Şnitslerin pyesi üzrə), opera ("Vindzor cici bacıları", 1965) və operettaların ekranlaşdırılması əsas yer tutur. 1950-ci illərin axırlarından etibarən Almaniya, ABŞ, Birləşmiş Krallıq, İtaliya, Fransa və başqa ölkələrin kino prokatları Avstriya kinosuna böyük təzyiq göstərməyə başlamışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Г. С. Паповян. Австрийская кинематография // Кино: Энциклопедический словарь / С. И. Юткевич. — Москва: Советская энциклопедия, 1987.
Avstriya kronu
Avstriya kronu (alm. Österreichische Krone‎) — 1919—1925-ci illər ərzində Avstriyanın pul vahidi. == Tarixi == Avstriya-Macarıstanın dağılmasından sonra, Avstriya və Macarıstan tərəfindən ortaq şəkildə idarə olunan Avstriya-Macarıstan bankı, Avstriya, Macarıstan və Çexoslovakiyanın ortaq pul vahidi olaraq qalan və digər ölkələrin tərkibinə girən ərazilərdə dövriyyədə olan Avstriya-Macarıstan kronunu buraxmağa davam edirdi. Yeni dövlətlərin həll etməli olduqları ən vacib problem, məzənnəni sabitləşdirmək və onun daha da ucuzlaşmasının qarşısını almaq idi. Vəziyyəti düzəltmək işini Çexoslovakiya öz üzərinə götürdü. Hər şeydən əvvəl, ölkə hökuməti Avstriya-Macarıstan bankından müharibə istiqrazları üzrə ödənişləri və Avstriya və Macarıstan hökumətlərinə kredit vermə prosesini dayandırmağı tələb etdi. Daha sonra, Avstriya-Macarıstan bankı ilə yeni qurulmuş dövlətlər arasında danışıqlar aparıldı, bu görüşlərdə bütün yeni dövlətlərin emissayalara nəzarət etmək üçün öz emissarlarını təyin etmələrinə icazə verildi. Bank, öz növbəsində, bütün emissarların xəbəri olmadan kredit verməyəcəyinə söz verdi. Bununla birlikdə, bank tezliklə yeni dövlətlərin hökumətləri ilə bağlanmış müqavilə şərtlərini pozdu, istiqraz ödənişlərini bərpa etdi və Avstriya hökumətinə kreditlər verdi. 1919-cu ildə banka güvənlərini itirən yeni dövlətlər milli kredit və pul sistemləri yaratmağa başladılar.
Avstriya memarlığı
Avstriya memarlığı — Avstriya Respublikasının memarlıq sənəti. == Tarixi == XII–XIII əsrlərdə Avstriya memarlığında roman üslubu bazilikalar, XIII–XV əsrlərdə qotik üslub (Vyanadakı Müqəddəs Ştefan kafedralı), XVII əsrin sonu XVIII əsrin birinci yarısında isə barokko üslubu (Vynada Karl Borromey kilsəsi, Şenbruin, Trautzon, Şvartsenberq sarayları) geniş yayılmışdır. XIX əsr Avstriya memarlığında eklektizm modernizmlə (memar V. Vaqner, A. Looz və başqaları) əvəz olunmuşdur. 1920–1930-cu illərdə Avstriya memarlığında, memar Klemens Holtmeysterin yaradıcılığında milli romantik istiqamət inkişaf etmişdir. 1945-ci ildən sonra Avstriyada müasir üslubda binalar (Vyanada Ştadthalle universal şəhər zalı, 1955–1958, memar Roland Rayner; internat məktəb, 1966, memar Q. Peyxl; Linsdə A. Brükner adına konsert zalı. 1972, memar X. Siren və s.) yaradılmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Hielscher K., Gube R. Österreich. Landschaft und Baukunst, Berlin, 1928. Riehl H. Barocke Baukunst in Österreich, München, 1930. Sedlmayer H., Österreichische Barockarchitektur 1690—1740, Wien, 1930.
Avstriya musiqisi
Avstriya musiqisi — Avstriyalı bəstəkar və müğənnilərin Avstriya mədəniyyətinə, eləcə də dünya mədəniyyətinə bəxş etdikləri ən yaxşı musiqi nümunələri. == Klassik musiqi == Klassik musiqi əsri olan XVIII əsrdə Avropa klassik musiqisi dominantlıq edirdi. Bu zaman Vyana musiqi innovasiyaları üçün xüsusi bir vacib məkan idi. Klassik musiqi müasir dövrdə də Avstriyada öz aktuallığını saxlayır. Bu ölkədə çoxlu sayda məşhur avstriyalı bəstəkarlar var. Onlardan ən məşhurları bunlardır: Volfqanq Amadey Motsart Frans Şubert Yozef Haydn Lüdviq van Bethoven Alban Berg Anton Bruckner Qotfrid von Aynem Erik Volfqanq Kornqol Frits Kreysler Ernst Krenek Yozef Lanner Franz Lehar Qustav Maler Arnold Şönberq İohann Ştraus Franz von Suppe Anton Vebern == Musiqi mərkəzi Vyana == Avstriyanın paytaxtı Vyana musiqi innovasiyalarının əsas mərkəzi hesab olunur. XVIII-XIX əsr bəstəkarları habsburqların himəyadarlığı altında şəhərə gəlir və Vyananı Avropa klassik musiqinin mərkəzinə çevirirdilər. Volfqanq Amadey Motsart, Lüdviq van Bethoven, İohann Ştrauss şəhərlə sıx bağlı olan əsas bəstəkarlardır. Barokko epoxasında slavyan, macar xalq musiqisi formaları Avstriya musiqisinə təsir etmişdir. Vyananın mədəni mərkəz statusunun formalaşması XVI əsrin əvvəlində başlamış və lütnada daxil olmaqla musiqi alətlərinin ətrafında cəmlənmişdir.
Avstriya mədəniyyəti
Bu günkü Avstariya ərazisində mədəniyyəti e.ə. 1050-ci ildən Qolştat və Laten mədəniyyətlərindən başlayaraq izləmək olar. Lakin, bizə tanış olan bugünkü Avstriya mədəniyyəti Avstriya torpaqları Müqəddəs Roma imperiyası tərkibində olan zaman, Avstriyanın inkişafında mühüm mərhələ olan, 1156-ci ildə qəbul olunmuş Avstriyanı knyazlıq statusuna qaldıran "Kiçik imtiyazla" (Privilegium Minus) formalaşmağa başlamışdır. Avstriya mədəniyyəti keçmiş və hal-hazırkı qonşuları: İtaliya, Polşa, Almaniya, Macarıstan və Çexiyanın da kifayət qədər təsirinə məruz qalmışdır. == Adı == Qədim alman dilindəki Ostarrichi sözündən törəmə olan ölkənin alman dilindəki Österreich adı "Şərq krallığı" kimi tərcümə edilir. Ehtimal ki, termin başlanğıcını region üçün xalq tərcümələrində orta əsrlərdə işlədilən latın Marchia orientalis adından götürür. Marchia orientalis - "şərq sərhəddi" kimi tərcümə edilir. Beləki, ölkə Müqəddəs Roma İmperiyasının şərq sərhəddində yerləşirdi. Bu əksini həmçinin Anşlüsdən sonra Üçünçü reyxə tətbiq edilən Ostmark adında da tapmışdı. Latın adı başlanğıc qədim alman dilindən "ost-" hissəciyinin klassik latın dilindən fərqli olaraq cənub deyil şərq kimi işlədilməsinə gətirir (Klassik latın dilində "ost-" hissəciyi Avstraliya- Cənub torpağı üçün kök rolunu oynayır).
Avstriya məktəbi
Avstriya məktəbi (eyni zamanda psixoloji məktəb, Vyana məktəbi) — bazar qiymət mexanizminin özünü təşkil edən gücünün rolunu vurğulayaraq, marjinalizm çərçivəsində iqtisadi nəzəriyyənin bir istiqamətidir. Bu yanaşma, insan davranışının mürəkkəbliyi və bazarların davamlı dəyişən təbiəti iqtisadiyyatda riyazi modelləşdirməni son dərəcə çətinləşdirir (mümkün deyilsə). Bu vəziyyətdə, iqtisadi siyasət sahəsində sərbəst iqtisadiyyat (laissez-faire), iqtisadi liberalizm və libertarizm prinsipləri əsasdır. Avstriya məktəbinin ardıcılları bazar iştirakçıları (iqtisadi subyektlər) tərəfindən bağlanmış müqavilələrin azadlığının qorunması və əməliyyatlara müdaxilə edilməməsini (xüsusilə dövlət tərəfindən) müdafiə edirlər. == Doktrina == Avstriya məktəbinin xüsusiyyətləri : riyazi tədqiqat metodlarının istifadəsindən imtina; subyektivlik məktəbin demək olar ki, bütün nümayəndələrinin xarakterik bir xüsusiyyəti kimi; istehlakçı davranışının psixoloji xüsusiyyətlərinin öyrənilməsinə vurğu; makroiqtisadi problemlər öyrənilərkən kapitalın quruluşuna və sonuncusunun müvəqqəti dəyişkənliyinə vurğu. Avstriyalı iqtisadçılar, insan fəaliyyətinin fərdlər nöqteyi-nəzərindən təhlili kimi xarakterizə etdikləri metodoloji fərdiliyə sadiq qalırlar. Avstriya məktəbinin iqtisadçıları, mənalı bir iqtisadi nəzəriyyə qurmağın yeganə yolunu insan fəaliyyətinin əsas prinsiplərindən məntiqi olaraq çıxarmaq olduğunu iddia edərək belə bir metodu praksiologiya adlandırdılar. Bundan əlavə, təbii təcrübələrdən tez-tez iqtisadi axının davamçıları tərəfindən istifadə olunsa da, "avstriyalılar" iqtisadi modellərin eksperimental sınağının demək olar ki, mümkün olmadığını göstərirlər, çünki insanların normal iqtisadi fəaliyyəti — iqtisadi tədqiqat mövzusu süni şəraitdə təkrarlana bilməz. == Əsas nümayəndələr == birinci nəsil — Karl Menger (1840−1921) (banis), Teodor Hertzka (1845—1924), və digərləri. ikinci nəsil — Oygen fon Bem-Baverk (1851−1914), Fridrix fon Vizer (1851−1926), Oygen fon Filippsberq (1858−1917), Emil Zaks (1845−1927); üçüncü nəsil — Lüdviq fon Mizes (1881−1973), Karl Şlezinqer (1889−1938), X. Mayer (1879−1955), Rixard fon Ştriql (1891−1942), Leo İlli (d.
Avstriya mətbəxi
Avstriya mətbəxi tez-tez Vyana mətbəxinə bənzədilsə də, Avstriya-Macarıstan imperiyasının ümumi tarixinə əsasən, Avstriyanın ənənəvi mətbəx mədəniyyəti yerli cəhətlərinə görə özünəməxsusluğu ilə fərqlənir. Avstriya mətbəxində Macarıstan, Bohemiya, Bavariya və İtaliya mətbəx mədəniyyətlərinin nümunələri geniş yayılmışdır. Digər ölkələrin yeməklərindən alınmış hazırlanma üsulları yerli ənənələrə uyğunlaşdırılmışdır. Avstriya mətbəxi bütün dünyada bişmə çörək və şirniyyatları ilə tanınır. Vyana şniseli isə dünya şöhrəti qazanmışdır. == İçkilər == Qəhvə: avstriyalılar qəhvənin müxtəlif növlərini (məsələn, Vyana melanjı) içməyi çox sevirlər. Belə içkilərə çoxsaylı kafelərdə rast gəlmək olar. Hazırlanmasında, əsasən, mokkonun növlərindən istifadə olunur. Qəhvənin də istifadə olunduğu xüsusi çərəz növləri mövcuddur ki, əvvəllər "Vyana qəhvəsi" ("Kofe lyejski") adını almışdı. İsti şokolad.
Avstriya palıdı
Avstriya palıdı (lat. Quercus cerris) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü. == Təbii yayılması: == Vətəni Qafqaz və Ukraynadır. Cənub-Şərqi Avropada təbii halda bitir. == Botaniki təsviri: == Hündürlüyü 25–40 m, gövdəsinin diametri 2 m, olan yarpağını tökən böyük ağacdır. Qabığı tünd-boz və dərin şırımlıdır. Qoca ağaclarda qabığı yarıqlı, gövdə daxilində borular narıncıdır. Yarpaqları yaşılımtıl-boz, növbəli, dərili, uzunsov, uzunluğu 7-14 sm, eni 3-5 sm, hər tərəfdən 6-12 üçkünc hissəlidir. Çiçəkləri küləklə tozlanan sırğalardır. Meyvəsi-uzunluğu 2,5-4 sm, eni 2 sm, kasacığın dərinliyi 2 sm, yumşaq, üzəri 4–8 mm tükcüklərlə örtülmüş böyük qozadır.
Avstriya pinçeri
Avstriya pinçeri — pinçerlərə aid olan it cinsi. Avstriya ərazisində yetişdirilmiş it cinsi. Əsasən çoban iti və anbarların sıçovullardan qorumasına xidmət etmişdir. Əvvəllər «Avstriya qısaayaq pinçeri» adlı cinsi sonradan Avstriya pinçeri ilə bir cinsə aid edilir. == Xarici görünüş == Digər çoban itləri kimi müxrəlif xüsusiyyətlərə sahibdir. Bununla belə onların əsas xüsusiyyəti təsərrefat işlərində istifadəsidir. Onlar it şouları üçün deyildir. Bu cinsə daxil olan itlər bir qayda olaraq müxtəlif rənglərdə olurlar. Bununla belə qarın, üz və quruğun sonuclarında ağ ləkələr olur. == Tarixi == Avstriya pinçeri bir cins olaraq 1928-ci ildə təstiqlənmişdir.
Avstriya qraflığı
Avstriya qraflığı (Almanca: Herzogtum Österreich) — 1156-cı ildə imzalanan razılaşma ilə Müqəddəs Roma imperiyasının orta əsrlər dövründəki bir əyalətidir. Babenqer ailəsinin tükənməsinin ardından Almaniya kralı I Rudolf 1276-cı ildə hakimiyyəti ələ aldı. Beləliklə, Habsburq ailəsindən ilk dəfə bir hökmdar çıxmış və Avstriya torpaqları Habsburqların mərkəzinə çevrilmişdi. 1453-cü ildə isə Avstriya hakimlərinin statusuları Müqəddəs Roma imperatoru III Fridrix tərəfindən rəsmiləşdirildi və hersoq olaraq tanındılar. == Mənbə == Kann, Robert A. A History of the Habsburg Empire, 1526–1918 (2nd ed. 1980), ch.
Avstriya gerbi
Avstriya gerbi — Avstriyanın rəsmi dövlət simvoludur. Dövlət Bayrağı və Dövlət Himni ilə birlikdə əsas dövlət rəmzlərindən biridir. İlk dəfə 15-ci əsrdə qəbul edildi, lakin bu günə qədər də qalxandakı tək başlı qartalın ilk təsviri Frederik Barbarossanın gümüş sikkəsinə yerləşdirilib. 15-ci əsrdən 1806-cı ilə qədər ikibaşlı qartal qədim imperiya simvolu, qəhrəmanların yoldaşı idi. Bununla birlikdə, Almaniyanın Prussiya monarxlarının hakimiyyəti altında birləşməsi ilə tək başlı qartal Alman gerbinə qayıdır, burada bir sıra dəyişikliklərə məruz qalaraq bu gün də qalır. İkibaşlı qartal Avstriya gerbindən itib. Bu, 1918-ci ildə Avstriya-Macarıstan İmperiyasının süqutu ilə baş verdi. Avstriya Respublikası qüllə tacı ilə taclanmış, pəncələrində çəkic və oraq tutan və sinəsində Avstriya milli rəngləri olan qalxan daşıyan birbaşlı qartalı təsvir edən yeni gerbi təsdiqləyib. Ölkə nasizmdən azad edildikdən sonra gerbdə qırıq zəncirlər təsvir olunmuşdu. Qalxanda üç xətt təsvir edilmişdir: qırmızı, ağ və qırmızı.
Avstriya himni
Avstriya himni — 22 oktyabr 1946-cı ildən Avstriyanın federal himni. Himninin musiqisi Volfqanq Amadey Motsartın ölümündən 19 gün əvvəl, 5 dekabr 1791-ci ildə tamamladığı "Mason kantata" adlı son əsərindən götürülüb. Müasir musiqişünaslıqda isə belə hesab edilir ki, bu xüsusi melodiya Motsart tərəfindən deyil, onun həmkarı İohan Holzer tərəfindən yazılmışdır. Himninin sözləri Paula fon Preradoviç tərəfindən yazılmış və 1947-ci ildə müsabiqə əsasında təsdiq edilmişdir.