Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
AKAK
Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları (QAKA) (rus. А́кты Кавка́зской археографи́ческой коми́ссии (АКАК)) — Qafqaz Canişini Baş İdarəsi arxivindən əldə edilmiş sənədlərin rəsmi nəşri. == Nəşrin içindəçilər == Aktlar 12 cilddən ibarətdir (VI cild 2 hissədə olmaqla).
AZAL
Azərbaycan Beynəlxalq Hava Yolları və ya qısaca AZAL — Azərbaycanın ən iri aviaşirkəti, milli aviadaşıyıcı. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) üzvüdür. AZAL-ın qərargahı Bakı şəhərində yerləşir. 7 aprel 1992-ci il tarixdə təsis edilmişdir və ölkənin müstəqillik əldə edildikdən sonra yaradılmış ilk milli aviaşirkətidir. Aviaşirkətin baza hava limanı, Heydər Əliyev Beynəlxalq Aeroportu, Bakı şəhərindən 20 km şimal-şərqdə yerləşir. Şirkət Avropa, MDB, Şimali Amerika, Yaxın Şərq və Asiya ölkələrinə sərnişin daşımalarını həyata keçirir. Azərbaycan Prezidenti İlham Əliyevin 30 mart 2021-ci il tarixli sərəncamına əsasən Azərbaycan İnvestisiya Holdinqinin tabeliyinə verilmişdir. == Tarix == 1992-ci ilin aprel ayında müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikası hökumətinin qərarı ilə aviasiya üzrə dövlət orqanı – "Azərbaycan Hava Yolları" Dövlət Konserni yaradılmışdır. 1996-cı ildə "Azərbaycan Hava Yolları" dövlət konserninin tərkibində "Azəraeronaviqasiya" hava hərəkətinin idarəedilməsi mərkəzi yaradılmışdır. 1997-ci ildə "Azərbaycan Hava Yolları"-nın tərkibində AZALOIL müəssisəsi yaradılmışdır.
Akaa
Akaa — Finlandiyada şəhər.
Akar
Aval
Aval (fr. aval, ehtimala görə ərəb. حوالة‎) — vekseli imzalamış şəxsin və ya veksel üzrə öhdəlik daşıyan digər şəxslərin öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürən şəxsin veksel zəmanəti. Avalist vərəqçi ilə bərabər məsuliyyət daşıyır və onun öhdəliyi, hətta onun zəmanət verdiyi öhdəlik forma qüsurundan başqa hər hansı səbəbdən etibarsız olduğu halda da etibarlıdır. Bu baxımdan aval əsas öhdəliyə münasibətdə əlavə (aksesuar) olan təminata deyil, bank təminatına tam bərabərdir. Avalistin məsuliyyəti onun zəmanət verdiyi şəxslə birgə və bir sıra məsuliyyət daşıyır. Aval vekselə və ya çekə yazmaqla həyata keçirilir; o, öz adını ödəyicinin adına aid edir, bunun üzərinə “aval başına” (yaxud “aval üçün hesab” və ya hər hansı ekvivalent düstur) sözlərini əlavə edir və aval verənlərə imza qoyur. Lakin avalın etibarlılığı üçün vekselin və ya çekin üz tərəfində yalnız avalistin imzası kifayətdir, əgər bu imza ödəyici və ya veksel sahibi tərəfindən qoyulmursa. Aval kimin üçün verildiyini göstərməlidir. Belə bir əlamət olmadıqda çekin siyirtməsi və ya çekmecesi üçün verilmiş sayılır.
Ağal
Bakal
Bakal — Rusiya Federasiyasında yerləşən şəhər Çelyabinsk vilayətinə daxildir
Feras Abu Akal
Feras Abu Akal (8 fevral 1997) – Azərbaycan Premyer Liqasında çıxış edən Qəbələnin futbolçusu. == Karyerası == === Hapoel İroni === Hapoel İroninin heyətində ilk matçına 27 avqust 2018-ci ildə keçirilən Hapoel Aşkelon-Hapoel İroni matçında çıxıb. Matç Hapoel Aşkelonun 2–1 hesablı qələbəsi ilə başa çatıb. === Aşdod === Aşdodda ilk matçına 19 avqust 2019-cu ildə keçirilən Aşdod-Bney Yehuda matçında çıxıb. Matça start heyətdə başlayan Feras Abu Akal 59-cu dəqiqədə əvəzlənib. Matç 1–1 hesablı bərabərliklə başa çatıb. Aşdodda ilk qolunu isə 15 iyul 2021-ci ildə keçirilən Aşdod-Hapoel Beer Şeva matçının 58-ci dəqiqəsində vurub. Matça start heyətdə başlayan Feras Abu Akal 78-ci dəqiqədə əvəzlənib. Matç Hapoel Beer Şevanın 1–2 hesablı qələbəsi ilə başa çatıb. === Qəbələ === 5 iyul 2022-ci ildə rəsmi olaraq Qəbələ ilə müqavilə imzaladı.
AZAL PFK
Şüvəlan FK — Azərbaycanın Bakı şəhərinin Şüvəlan qəsəbəsini təmsil edən peşəkar futbol klubu. == Adları == AMMK (1996-2005) Olimpik (2005-2009) Olimpik-Şüvəlan (2009-2010) AZAL (2010 -2017) Şüvəlan FK (2017-) == Tarix == "Olimpik-Şüvəlan" futbol klubu adı ilə 1996-cı ildə yaradılıb. Komanda əvvəllər AMMK adı altında (təsısçi "Azərbaycan Beynəlxalq Gənclər Komitəsi"nin (rusca Азербайджанский Международный Молодёжный Комитет-in şərəfinə) futzal üzrə həvəskarlar liqasında çıxış edib. Klub 1997-ci ildə futzal üzrə həvəskarlar liqasında 8 komanda arasında 1-ci olub. Bir çox futzal turnirlərində ölkəmizi təmsil edib. Daha sonra peşəkar futzal liqasına qatılan AMMK daim mükafatlar uğrunda mübarizə aparıb. 2002/2003-cü il Futzal üzrə Çempionlar Liqasında Azərbaycanı təmsil edib və qrup oyunlarında ikinci yeri tutub. 2004-cü ildə AFFA-da peşəkar futbol klubu kimi qeydiyyatdan keçib və həmin ildə 17 yaşlılardan ibarət milli komandanın bazasında AMMK adı altında 1-ci dəstədə mübarizə aparıb. AMMK mövsümün yekununda 1-ci yeri tutaraq güclülər dəstəsinə vəsiqə qazanmışdır. 2005-ci ilin avqust ayında klub adını dəyişərək "Olimpik" adlanıb.
AZAL stadionu
AZAL stadionu — Azərbaycan stadionu; Bakıda yerləşir. 2011-ci ildə açılmışdır. Azarkeş tutumu 3500 nəfərdir. == Tarixi == Tikintisinə 2009-cu ildə başlanılan stadion 2011-ci ildə açılıb. Açılış ünü 10 aprel 2011-ci ildə keçirilən oyunda AZAL PFK 1:0 hesabı ilə Bakı FK komandasına qalib gəlib. UEFA tərəfindən iki ulduz verilən stadionda beynəlxalq dərəcəli oyunlar da keçirilə bilər.
Hulusi Akar
Hulusi Akar (12 mart 1952, Kayseri) — Türkiyənin sabiq milli müdafiə naziri (2018-2023). == Həyatı == Ordu generalı Hulusi Akar, 1972-ci ildə Türkiyə Quru Qoşunları Məktəbini və 1973-cü ildə Quru Qoşunları Piyada Məktəbini bitirmişdir. 1973–1980-ci illərdə müxtəlif birliklərdə və Quru Qoşunları Hərb Məktəbində Komanda Korpus Komandanlığı və Məlumat Əməliyyat xidmətinin zabiti vəzifələrində çalışmışdır. 1982-ci ildə Quru Qoşunları Hərb Akademiyasından, 1985-ci ildə Silahlı Qüvvələr Akademiyasından, 1987-ci ildə ABŞ Silahlı Qüvvələri Qərargah Kollecindən məzun oldu. Ali Baş Qərargahda daxil olmaqla müxtəlif qərargahlarda və birliklərdə Hərəkət və Təhsil rəisi, İcra zabitliyi və şöbə müdiri vəzifələrini icra etmişdir. Bundan başqa Quru Qoşunları Hərbi Akademiyanın Tədris işçisi və 1990–1993-cü illərdə İtalyanın Napoli şəhərində Müttəfiq Qoşunları Cənub Bölgə Komandanlığı Qərargahında Kəşfiyyat zabiti vəzifələrini icra etmişdir. 1993–1994-cü illərdə Türkiyə Quru Qoşunları Komandanlığının Xüsusi Qələm və Mətbuat, İctiamiyyətlə Əlaqələr Şöbəsi müdiri, 1994–1997-ci illərdə Ali Baş Qərargahın Xüsusi Qələm müdiri vəzifələrini yerinə yetirmiş, 1997–1998-ci illərdə isə Bosniya və Herseqovina Türk Vəzifə Qüvvələri Komandanlığında işləmişdir. 1998-ci ildə Briqada generalı rütbəsi ilə təltif edilmiş və bu rütbə ilə 1998–2000-ci illərdə Tuncəlidə Daxili Müdafiə Briqada Komandanlığı, 2000–2002-ci illərdə İtaliyanın Napoli şəhərində Müttəfiq Qoşunları Cənub Bölgə Komandanlığı Qərargah Plan və Prinsiplər şöbəsində işləmişdir. 2002-ci ildə general-mayor rütbəsi ilə təltif edilmişdir. General-mayor rütbəsi ilə 2002–2005-ci illərdə Quru Qoşunları Komandanlığı, 2005–2007-ci illərdə Quru Qoşunları Hərbi Akademiyası Komandanlığı vəzifələrini icra etmiş və 2007-ci ildə xidmətlərinə görə general-leytenant rütbəsi ilə təltif edilmişdir.
Kiçik Aral
Kiçil Aral, Şimali Aral (qaz. Солтүстік Арал теңізі) — Qazaxıstanın Qızıl Orda vilayətində yerləşən duzlu göl. Qurumuş Aral dənizinin şimal hissəsini təşkil edir. Gölə Sırdərya çayı tökülür. Göl 1987-ci ildə Aralın quruması ilə meydana gəlmişdir. == Coğrafiyası == Kiçik Aralın tərkibinə daxil olan körfəzlər: Şevçenko körfəzi, Butakov körfəzi, Böyük Sarışıqanak (keçmiş sahilində Aralsk şəhəri yerləşirdi), Paskeviç buxtası, Jalanaş buxtası (2010-cu ildə tamamən qurumuşdur. Sahilində Jalanaş şəhəri yerləşirdi. Üstəlik gölün tərkibinə Berqa boğazı daxildir. Onun qarşısına Kokaaral bəndi atılmışdır. 2009-cu ildə gölün dərinliyi 42 metr təşkil etmişdir.
Müşerref Akay
Müşerref Akay (1952, İstanbul) — tanınmış türk müğənni və aktrisası. 14 yaşında "Hürriyyət" qəzetinin açdığı və Selami Şahinin qatıldığı səs yarışmasına qatılan sənətçi 1952-ci ildə İstanbulda dünyaya gəlib, Balıkəsirlidir. Anası Nebahat Akaydır. Kino karyerasına kiçik yaşlarından başlayan Akay 1971-ci ildə Yılmaz Güneyin "Baba" filmində rol alıb. Daha sonra 1983-cü ildə keçmiş həyat yoldaşı Mahmut Tezcanın prodüseri olduğu "Türkiyəm" filmində baş rolu canlandırıb. Həmin illərdə bəstəsi və sözləri özünün "Türkiyem" mahnısı ilə məşhurlaşdı. 1984-cü ildə Müşerref Akay Yılmaz Güneyin baş rolda oynadığı "Ona Çirkin Kral Derlerdi" filmində də rol aldı. Özünü dərin millətçi kimi tanıdan sənətçinin məşhurlaşdığı "Türkiyəm" mahnısına TRT tərəfindən klip çəkilib və çəkilən klip ilk yerli klip olub. Klip Türkiyə televiziyasında yayımlanır. Hətta klip bir müddət xəbər kəsilərək yayımlanıb.
Sakal xaqan
Sakal xaqan — Türgişlərin hökmdarı. 708-ci ildə taxta çıxmışdır. Çin imperatoru onu şəxsən tanımış, Aşina Xuaytaonu səfir kimi göndərmişdi və Çinhe knyazı (金河) kimi tanımışdı. Hakimiyyətinin ilk illərini ona qarşı üsyana başlamış Kül Çörlə mübarizə edərək xərclədi. Kül Çör əsas dəstəyi rüşvətlə ələ aldığı Çin əyanlarından gördü. Sakal xaqan isə tezliklə Kül Çörün edam edilməsi üçün imperatora xəbərdarlıq göndərdi. Üsyankar Çanqanda həbs olunaraq edam edildi. Çox keçmədən Sakal xaqanın qardaşı Çjen qaçaraq Qapağan xaqana sığındı və onu qardaşına qarşı səfərbərliyə çağırdı. Xaqanın həyat yoldaşı isə öldüyü üçün başı yasa qarışmışdı. Əvəzində Tonyukuk, Tardu şad və İnel şadın başçılığı ilə böyük bir ordunu Türgiş ölkəsinə göndərdi.
Anal tıxac
Anal tıxac — cinsi zövq almaq məqsədilə anal dəliyə yeridilən (daxil edilən) müxtəlif material, ölçü və dizaynlarda hazırlanmış seks oyuncağıdır. Anusa rahat daxil ola bilməsi üçün daralmış (küt konusvari) uca sahib olan anal tıxaclar mərkəzə qədər genişlənir və mərkəzdən başlayaraq yenidən daralır. Anal dəlik tərəfindən udulmaması üçün anal tıxaclar tutacaq hissəyə sahibdir. == Növləri == == İstifadəsi == Anal tıxacların istifadəsindən əvvəl tıxacın və anus dəliyinin xüsusi vasitələr ilə sürüşkən hala gətirilməsi tövsiyə olunur. Bu, arzuolunmaz qıcıqlanmanın və yaralanmanın qarşısını almaqda kömək edir. == Təmizlənməsi == Anal tıxaclar adətən sabun və su ilə və ya müxtəlif seks oyuncaq təmizləyiciləri ilə təmizlənə bilər. Bununla belə anal tıxac alan zaman qutunun içərisindəki təlimatlar mütləq oxunmalıdır.
AZAL Arena
AZAL stadionu — Azərbaycan stadionu; Bakıda yerləşir. 2011-ci ildə açılmışdır. Azarkeş tutumu 3500 nəfərdir. == Tarixi == Tikintisinə 2009-cu ildə başlanılan stadion 2011-ci ildə açılıb. Açılış ünü 10 aprel 2011-ci ildə keçirilən oyunda AZAL PFK 1:0 hesabı ilə Bakı FK komandasına qalib gəlib. UEFA tərəfindən iki ulduz verilən stadionda beynəlxalq dərəcəli oyunlar da keçirilə bilər.
Ahal müqaviləsi
Ahal müqaviləsi ( rus. Ахалский договор) həmçinin Ahal-Xorasan Sərhəd Konvensiyası kimi tanınan Qacarlar ilə Rusiya arasında 21 sentyabr 1881-ci ildə İranın Xarəzmin (əsasən indiki Türkmənistan ərazisi) Rusiya İmperiyası tərəfindən ilhaqını rəsmən tanımasını qeyd etmək üçün imzalanmış müqavilədir.
Akan dilləri
Akan dilləri — Akan xalqının dilləri. Kva dil qrupunun bir hissəsidir. Mərkəzi və cənub Qanada yayılmışdır. Natiqlərin sayı 8 milyona yaxındır (1995-ci ilin məlumatı). Əvvəllər "akan" termini elmi ədəbiyyatda və daha geniş mənada indiki akan xalqlarının adında qorunan kva linqvistik icmasının tano (Volta-Komoe) qolunu təyin etmək üçün istifadə olunurdu. Digər tərəfdən, "akan" termini də "çvi" icmasını, "çvi" isə əksinə, bütün çvi-fanti klasterini təyin etmək üçün istifadə edilmişdir. == Əlavə ədəbiyyat == Christaller J. A grammar of the Asante and Fante language called Tshi. Basel, 1875; Попов В. А. Язык чви (тви) в современной Гане // Народы Азии и Африки. 1983, № 6; Dakubu K.M.E., Esther M. (eds.) The Languages of Ghana. New York, 1988; Dolphyne F.A. The Akan (Twi-Fante) Language.
Anal fissur
Anal fissur və ya Anal çat — Anus dərisinin cırılmasına anal çat və ya anal fissur deyilir. Anal çat əsasən anal kanalın arxa komissurunda yerləşir. Nadir hallarda, xüsusilə qadınlarda ön komissurda da yerləşə bilər. Anal çatın uzunluğu 5–10 mm olur.
Anal inkontinensiya
Anal inkontinensiya — qazların, duru və bərk nəcisin saxlanıla bilməməsinə deyilir. Çanaq sümüklərinin travmaları – çanaq dibi əzələlərinin zədələnməsi nəticəsində yarana bilir.
Anal qaşınma
Anal qaşınma (ing. pruritus ani) — ilə birlikdə perianal nahiyədə ağrılar, qızartı, masserasiya, sulanma, yanma hissi və perianal dərinin sərtləşməsi müşahidə olunur. Bu əlamətlər cinsi orqanlara və qasıq nahiyəsinə sirayət edir.
Anal stenoz
Anal stenoz — Anal kanalın daralması, diametrinin azalması və elastiklik qabiliyyətinin itirilməsi anal stenoz və ya anal darlıq adlandırılır. Anal darlıq həqiqi anatomik darlıq, əzələ sıxlıması və funksional daralma formalarında olur. Anodermada əməliyyatdan sonrakı çapıq toxumasının inkişafı həqiqi anal daralmadır. Anal kanalın normal diametri sakitlikdə 3 sm, açılma zamanı 5–9 sm, tam sıxılma zamanı isə 2,5 sm hədlərindədir.
Anal tromboz
Anal tromboz — Anal kanal ətrafında hemorroidal damar yumaqcıqlarının (kavernoz cisimciklərin) birinin və ya bir neçəsinin mənfəzinə qan laxtasının toplanması hadisəsidir.
Bin Akao
Bin Akao (赤尾敏, Akao Bin, 15 yanvar 1899, Naqoya – 6 fevral 1990, Toşima) – yapon ifrat sağçı siyasətçi. Böyük Yaponiya Vətənpərvərləri Partiyasını qurmuşdur. == İlk illəri == Akao Bin 1899-cu ildə Yaponiyanın Ayçi prefekturasının Naqoya şəhərində doğulmuşdur. 1916-cı ildə Ayçi Üçüncü Orta Məktəbindən məzun olduqdan sonra nəşriyyat biznesi ilə məşğul olmağa başlamışdır. == Fəaliyyəti == Akao siyasi fəaliyyətinə kommunist kimi başlamış və 1920-ci illərdə Yaponiya polisi ilə yaşanan qarşıdurmalar səbəbilə həbs olunmuşdur. Həbsdə olduğu müddətdə İtaliya siyasətçisi Benito Mussolininin faşizim haqqında əsərlərini oxumuş və siyasi baxışını dəyişərək ifrat sağçı aktivistə çevrilmişdir. Akao 1942-ci ildə Yaponiya parlamentinin Nümayəndələr palatasına seçilmişdir. Lakin baş nazir Hideki Toconu ictimai tənqid etdiyi üçün bu mövqeyindən uzaqlaşdırılmışdır. O, müharibə illərində Milli Fond Assosiasiyasına və Yaponiya İmperator Hakimiyyəti Assosiasiyasına rəhbərlik etmiş, Beynəlxalq Antikommunist Liqasının direktoru olmuşdur. Akao 1952-ci ildə Böyük Yaponiya Vətənpərvərləri Partiyasını qurmuş və partiyanın prezidenti seçilmişdir.
İbrahim Akil
İbrahim Akil (ərəb. ابراهيم عقيل‎‎; 24 dekabr 1962, Bednayel[d], Bəəlbək-əl-Hirmil mühafəzəsi – 20 sentyabr 2024, Haret-Xreyk[d], Cəbəl Lübnan mühafəzəsi[d]) — Livan hərbçisi, "Hizbullah" şiə silahlı təşkilatının hərbi lideri. "Təhsin" və "Əbdülqdir" təxəllüsləri ilə tanınır. == Vəfatı == 20 sentyabr 2024-cü ildə İsrailin Beyrutun cənub ətrafına endirdiyi aviazərbə nəticəsində həlak olmuşdur. Aviazərbə Akildən başqa, "Rizvan gücü" xüsusi dəstəsinin bütün yüksək rütbəli əməliyyat heyətini və rəhbərliyini öldürmüşdür.
Аfаk
Vələsyаrpаq аzаt
Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida Sıra / Order: Urticales Fəsiə/ Family: Dağdağankimilər – Celtidaceae Link. Elmi adı / Scientific name: Celtis caucasica Willd. “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir –EN B1ab(i, ii, iii, iv, v)c(iii) + 2b(i) c (ii,iii). Azərbaycanın nadir növüdür. 20(15)-25(35) m hündürlükdə ağacdır, oduncağı 2 m diametrində, boz-qonurumtul rəngdədir. Budaqlarının yarpaqları yumurtavari, (1,5) 2-3,5 (4,6) sm uzunluqda, sivri, qaidədə qyeri –bərəabəryanlı, aşağıda damarlar boyunca qısA, yumşaqtüklü , oturaq və ya 0,5 (1) mm uzunluqda saplaqı, kənarları küt dişlidir. Dişicikli çiçəkləri zəngçiçəyi quruluşunda, yaşılımtıl –ağ və ya qonurdur. Fındıqcığı küncvari, qısa yumşaq tüklü və ya çılpaq, qırılı, yaşılımtıl, birtoxumlu, buruncuğu fındıqcığın təpəsinin altında yerləşir Çiçəkləməsi mart, meyvə əmələgətirmə dövrü avqust-sentyabr aylarıdır. Toxum və vegetativ yolla çoxalr, mezofitdir, arandan orta dağ qurşağına kimi, meşələrdə Parrotia persica, Carpinus caucasica, Quercus castaneifolia, Mespilus germanica, Ulmus foliaceae bitkilərindən təşkil olunmuş senozlarda komponent kimi iştirak edir]. Dekorativ bitkidir.