Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Katun Dövlət Təbiət Qoruğu
Katun biosfer qoruğu — Rusiyanın dövlət təbiət qoruğu. 2000-ci ilin yanvarından biosfer statusunu almışdır. Qoruq 25 iyun 1991-ci ildə yaradılımış və Mərkəzi Altayın yüksək dağlıq ərazisində yerləşir. Sahəsi — 151 664 hektardır. Qoruğun idarə mərkəzi Ust-Koksa kəndindədir. Kutan və Alyat qoruqlarının ərazisi «Altayın Qızıl Dağları» adı altında UNESCO Ümumdünya irsinə daxil edilmişdir (1998). 2000-ci ildə qoruq UNESCO-un Ümumdünya biosfer ehtiyatları şəbəkəsinin «İnsan və biosfer» proqramına əlavə olunmuşdur. Altay-Sayan milli parkının və qoruqlar assosiasının tərkibə daxildir. == Fiziki-coğrafi xüsusiyyətləri == Katun qoruğu Mərkəzi Altay fiziki-coğrafi vilayətə aiddir. Qoruq özündə Katun silsiləsinin cənub, qismən şimal və Listvyaqa silsiləsini birləşdirir.
Akiten
Akvitaniya (fr. Aquitaine, IPA: ​[a.ki'tɛn]) — Fransanın cənub-qərbində yerləşən region. 2016-ci il yanvar ayının 1-dən Yeni Akvitaniya regionun bir hissəsidir. Regionun inzibati mərkəzi ən böyük şəhər olan Bordodur. Regionun sakinləri akvitaniyalılar adlanır. == Coğrafiyası == Akvitaniyanın sahəsi 41 309 km², Fransa metropolisinin regionlar arasında üçüncü sırada, dövlətin isə yüzdə 8 faizini təmsil edir.
Aratan
Aratan — qədim türkcə ər "kişi", "igid", "sərrast atıcı", və tən "bərabər", "sanki özü", "elə bil" sözlərindən; ümumi mənası: "igid kimi", "sanki igid", "igidə tay" və s. Qədim türkcə təng (sonunda qovuşuq "nq" fonemi ilə) öz inkişafında eyni mənalı iki söz yaratmışdır: tən və tək. Azərbaycan dilində bu sözlərin ikisi də vardır. Məsələn, Aytən qız adı "Ay kimi", "Sanki ay" mənasını verir; tək sözü isə, məsələn, "aslan tək döyüşdü", yəni "şair kimi döyüşdü" ifadəsində qalır. Bu söz dilimizdə təkin formasında da işlənir. == Tarixi == Aratan- İrəvan xanlığının Karpibasar mahalında kənd adı. XIX əsrin II yarısından etibarən adı çəkilmir. Musa Kalankatlının "Alban tarixi"ndə Albaniyanın Arsak bölgəsində Tancik (yəni "Kiçik Tan"), Bulu-Tan (1828-ci ildə İrandan gəlmə ermənilər yerləşdikdən sonra təhrif olunmuş Plıtans şəklindədir) yəni "Ulu (böyük) Tan" və 1727-ci il arxiv sənədinə görə orada Müsəlman-Tan kənd adları ilə sıra təşkil edir. 1949-1950-ci illərdə kəndin əhalisi Azərbaycana köçürülmüşdür.
Hakaton
Hakaton (ing. Hackathon) — haker neologizmi, proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Sözün mənşəyi ingiliscə "hack" və "marathon" sözləri ilə bağlıdır və "haker marafonu" mənasını verir. Hakatonun əsas məqsədi keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hakerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlama və yeni biliklər qazanmalarına şərait yaratmaqdır. == Azərbaycanda == Hakaton hərəkatı Azərbaycanda əvvəli "Baku Google Technology User Group" ilə birgə həyata keçirilmiş, sonra sərbəst fəaliyyətə keçək "Hackathon Azerbaijan" adlı layihə ilə təmsil olunur. Layihənin əsas məqsədi yerli proqramçı və texnologiya həvəskarlarının öz biliklərini yoxlama, bir-birləri ilə yarışma, yeni və praktiki biliklər qazanmasını təmin etməkdir. Bu layihə çərçivəsində aşağıdakı istiqamətlərdə yarışma və olimpiadaların təşkili nəzərdə tutulur: İnformasiya təhlükəsizliyi; Android proqramlaşdırma; Windows Mobile proqramlaşdırma; Veb proqramlaşdırma; Veb təhlükəsizlik; Chrome üçün proqram əlavələrinin yazılması; Google API. IoT — Əşyaların İnterneti Game Jam — 3D oyun proqramlaşdırması Aquahack — Su mövzusunda keçirilən hakatonTəşkil olunan yarışma və olimpiadalarda qaliblərə qiymətli hədiyyələr verilir. Azərbaycanda Hakatonlar keçirildikdən sonra bir çox dəyişikliklər hiss edilməyə başlandı. Bunlara nümunəolaraq ilk Android Hakatonlardan sonra yaradılmış mobil tətbiqlər, 3D oyunlar, yaradıcı qruplar, şirkətlərin yaradılmasını göstərmək olar.
Çakaten
Çakaten — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur.
Akantu
Tatlısu (türk. Tatlısu), Akantu (yun. Ακανθού) — qismən tanınmış Şimali Kipr Türk Cümhuriyyətinin ərazisindəki Kipr adasında bir kənd (beynəlxalq birliyin rəyinə görə - Kipr Respublikası ərazisində yerləşir). İnzibati baxımdan Gazimagus rayonu daxilində bələdiyyə statusuna malikdir. 1383-cü ildən bəri adı çəkilir. == Coğrafiyası == Kənd adanın şimal-şərq hissəsində, bölgənin şimal hissəsində, Girne silsiləsinin şimal ətəklərində, dəniz səviyyəsindən 352 metr yüksəklikdə yerləşir. Akantu mahalın inzibati mərkəzi olan Famagustadan təxminən 28 kilometr şimal-qərbdə yerləşir. == Əhali == 2006-cı il əhalinin siyahıya alınmasına görə, Akantu əhalisi 1379 nəfər olmuşdur. Bunlardan kişilər 62,2 %, qadınlar 37,8 % olmuşdur. == Nəqliyyat == Ən yaxın mülki hava limanı Ercan Beynəlxalq Hava Limanıdır.
Akaku
Ağdam (əvvəlki adı: Akaku) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Tuğ kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Akaku kəndi Ağdam kəndi adlandırılmışdır. 1993-cü ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Ağdam kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == XIX əsrdə buraya gələn ermənilər kəndin adını Akaku toponimi ilə əvəz etmişdilər. 1992-ci ildə kəndin əvvəlki adı özünə qaytarılmışdır.Tədqiqatçıların əksəriyyəti bu oykonimi "mənası aydın olmayan" adlar sırasına daxil edir. 1933-cü ildə həmin kənd Ataqut inzibati ərazi vahidinin tərkibində verilmişdır. Türk dillərində "aka" sözü "baba, böyük qardaş, ata" mənalarını ifadə edir. Eyni zamanda həm "ku", həm də "ut" komponentlərinin hər ikisi "davamçı; vəliəhd, şahzadə; arxasınca gedən" mənalarında işlənmışdir. Əgər bu sinonimliyə Ağaoğlan oykonimini də əlavə etsək, görərik ki, eyni ərazidə yerləşən Ataqut (və ya Ataut), Akaku məntəqə adları "atanın oğlu, atanın davamçısı, kicik şahzadə" mənalarına uyğun gəlir.
Aktau
Aqtau / Ağdağ (qaz. Aqtau) — Qazaxıstanın qərbində, Xəzər dənizi sahilində Manqışlaq yarımadasında yerləşən şəhər. Şəhər 1964-1991-ci illər aralığında Şevçenko adlandırılıb, hal-hazırda Manqıstau əyalətinin əyalət mərkəzidir. == Tarixi == Aqtaunun yerləşdiyi ərazi neft və uran ehtiyatları ilə zəngin olduğundan SSRİ dövründə 1961-ci ildə bu ərazidə yeni yaşayış məntəqəsinin tikintisinə başlanıldı. Salınan yeni yaşayış məntəqəsi isə 1963-cü ildə şəhər statusu aldı. Şəhərin adı 1963-cü ildən 1991-ci ilə kimi Ukrayna şairi Taras Şevçenkonun xatirəsinə Şevçenko adlandırılsa da 1991-ci ildə şəhərin adı dəyişdirilərək Aqtau (aq [aқ] -ağ, tau [тау] -dağ; Ağdağ) edildi.
Karun
Karun — İranın ən şax-budaqlı və yalnız naviqasiya edilə bilən çayı. İran-İraq müharibəsindən sonra naviqasiya üçün istifadə ola bilmir. Əhvaz şəhərinin içməli suyu bu çaydan təmin olunur.
Xatun
Xatun və ya xatın — türkdilli xalqlarda hökmdarın qadın həyat yoldaşına və ya şahzadə qızlara verilmiş ad. Sonralar digər Şərq xalqları arasında da yayılmışdır. Xatunlar dövlətin idarə olunmasında, siyasi və iqtisadi həyatında mühüm rol oynamışdılar. İndiki dövrdə qadın adı kimi istifadə olunur. == Etimologiyası == İslam Ensiklopediyasına görə, "Xatun Göytürklərin və sonrakı türk hökmdarlarının arvadları və qadın qohumları tərəfindən daşınan soqd mənşəli bir tituldur". Bruno de Nikolanın "Women in Mongol Iran: The Khatuns, 1206-1335" kitabına görə, "xatun" termininin linqvistik mənşəyi məlum deyil, lakin ehtimal olunur ki, qədim türk və ya soqd mənşəlidir. Piter Bencamin Qoldenin müşahidəsinə görə, "xatun" titulu Göytürklər arasında xaqanın qadın həyat yoldaşının titulu kimi yaranmışdır və soqdca "xwāten", yəni "hökmdarın arvadı" sözündən götürülmüşdür.
Aconitum alatum
Turpabənzər kəpənəkçiçəyi (lat. Aconitum napellus) — kəpənəkçiçək cinsinə aid bitki növü. == Sinonim == Aconitum alatum Wender. Aconitum amoenum Rchb. Aconitum ampliflorum Rchb. Aconitum anglicum Stapf Aconitum bavaricum Starm. Aconitum braunii Rchb. Aconitum caeruleum Dulac Aconitum canescens Schleich. ex Rchb. Aconitum clusii Rchb.
Akakus dağları
Akakus dağları və ya Tadrart Akakus (ərəb. تدرارت أكاكوس‎ :Tadrārt Akākūs) — Liviyanın qərbində, Böyük Səhranın bir hissəsi olan Qat rayonunun səhrasında bir dağ silsiləsi formalaşmasıdır. Bura Liviyanın Qat şəhərinin şərqində yerləşir və Əlcəzairlə sərhəddən 100 kilometr (62 mil) şimala uzanır. Ərazidə ibtidai icmaya aid qaya təsvirlərinin zəngin bir sırası var. == Tarix == === Etimologiya === Tadrart Bərbər dilində "dağ" ın qadın formasıdır (kişi forması isə adrar-dır). === Qaya təsvirləri === Ərazi qaya təsvirləri ilə tanınır və 1985-ci ildə bu rəsm və oymaların əhəmiyyəti səbəbiylə UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmişdir. Rəsmlərin tarixi e.ə 12000-ci ildən başlayır 100- cü ilə qədər dəvam edərək bölgədəki mədəni və təbii dəyişiklikləri əks etdirir. Təsvirlərdə zürafələr, fillər, dəvəquşular və dəvələr kimi heyvanların, eyni zamanda kişilərin və atların şəkilləri və oymalar var. İnsanlar gündəlik həyatda, məsələn, musiqi və rəqs edərkən təsvir olunmuşdur. === Süd lipidləri === Tadrart Akakus eyni zamanda günümüzdən 7500 il əvvələ aid olan və keramika üzərində emal edilmiş süd lipidlərinin ən erkən göründüyü yerdir.
Akantus (ornament)
Akantus (yun: Ἄκανθος) qədim yunan memarlığında sütun başlarını bəzəmək üçün istifadə olunan bitki fiqurudur. Azəricə adı “ayı pəncəsi” olan akantus, sıx, qalın, silindrik və dik çiçəkli, tikanlı, hündür, ot bitkilərindəndir. Çiçəkləri gözə çarpan olduğundan bəzək bitkisi kimi yetişdirilir. Akantus, ilk əsrlərdən bəri Roma və Bizans başda olmaqla müxtəlif dairələrin sənətinə daxil olan bir bitkidir. Sütun başlıqlarının ayrılmaz hissəsidir. Xüsusilə Aralıq dənizi mühitinin sənətində, müxtəlif materiallarla yarpaq, qıvırcıq və ya rozet formasında olan bir çox tikilidə rast gəlinir. Son antik dövr sənəti və barokko sənətində də tez-tez istifadə edilmişdir. Korinf və kompozit sütun başlıqlarında akantus yarpaqlı bəzək motivinin inkişafını müşahidə etmək mümkündür. Vitruvius bu kapitel janrının meydana gəlməsinin hekayəsindən belə bəhs etmişdir: “Korinfli azad bir qız evlilik yaşında bir xəstəlikdən ölür. Qızın süd anasy, qızın ölümündən sonra həmin qıza həyatda zövq verən bəzi kiçik əşyaları yığaraq, səbətə qoyub qızın qəbrinə aparır; məzarın üstünə qoyduğu səbətin içindəki əşyaların daha uzun müddət ərzində qalması üçün səbətin üstünə bir kafel qoyur.
Akutan adası
Akutan adası (ing. Akutan Island) — Aleut adaları qrupuna, Tülkü adalarına daxil olan ada. İnzibati baxımından Alyasaka ştatı ərazisinə daxildir. == Etimalogiya == "Akutan" adı aleut mənşəllidir. Belə bir deyim vardır ki, bu isim "hakuta" adından törəmiş və mənası "Mən səhvlər edirəm" mənasını verir. == Coğrafiya == Adada aktiv olan akutan vulkanı vardır. Adanın sahəsi 334,13 km²-dir. Adada 713 nəfər yaşayır (2000). Əhali eyni adlı qəsəbədə yaşayır. ada müasir adı ilə ilk dəfə 1768-ci ildə Pyotr Kuzmiç və Mixail Levaşkov tərəfindən xəritəyə salınmışdır.
Akyatan laqunu
Akyatan laqunu ― Ramsar konvensiyasında beynəlxalq əhəmiyyətə malik olan su-bataqlı ərazisi olaraq təyin olunmuş 14 700 hektarlıq su-bataqlıq ekosistemi. Köçəri quşlar üçün böyük dayanacaq olan Akyatan BirdLife International tərəfindən Əhəmiyyətli Quş Sahəsi olaraq tanınır. Bura, Aralıq dənizindəki yaşıl tısbağa populyasiyasına 43%-nə sahib olmaqla Aralıq dənizindəki ən böyük yuva qurma sahəsidir.Laqun Aralıq dənizinin şimal-şərq sahilində, Türkiyənin Çukurova regionundakı Adana şəhərinin 30 km cənubunda yerləşir. == Geologiya == Akyatan gölü və ətrafındakı laqunlar 4-cü dövrdə (10 000 il əvvəl) Aralıq dənizində suyun səviyyəsinin dəyişməyə başladığı zaman meydana gəlib. Delta yaradan çayların suyu daşdıqca Akyatan gölünün olduğu yerdə böyük bir bataqlıq meydana gəlmişdir. Bataqlıq daha sonralar dənizdən ayrılmış və göl əmələ gətirmişdir. Akyatan gölü tipik allüuvial bənd gölüdür. Yayda gölü bəsləyən suyun miqdarının azalması və yüksək buxarlanma nəticəsində gölün sahəsi azalır. Qurumuş ərazilərdə palçıq layları əmələ gəlir və yayın sonunda göl tamamilə quruyur. Palçıq laylarına xüsusilə gölün qərb və şimal-şərq hissələrində rast gəlinir.
Bulbophyllum alatum
Bulbophyllum alatum (lat. Bulbophyllum alatum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Kalimantan üçün endemik növdür.
Celastrus alatus
Euonymus alatus (lat. Euonymus alatus) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin gərməşov cinsinə aid bitki növü.
Daucus alatus
Yabanı yerkökü (lat. Daucus carota) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin yerkökü cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Yabanı yerkökü kökümeyvəlilər içərisində ən çox yayılmış tərəvəzdir. Ondan təzə halda aşpazlıqda, qurudulmaq, şirə hazırlamaq, tərəvəz konservləri və karotin istehsalı üçün istifadə olunur. Yerkökünün üzəri nazik qabıq təbəqəsi ilə örtülüdür. Qabığın altında qidalı maddələrlə zəngin ətli hissə yerləşir. Kök mərkəzində özək vardır. Özəyin zərif və ya kobud olması yerkökünün keyfiyyətliliyini göstərir. Tərkibində az miqdarda şəkər olan özəyin dadı yerkökünün ətli hissəsinə nisbətən pis olur. Yerkökünün tərkibində orta hesabla 4–12% şəkər, 0,53–2,23% zülal, 0,1–0,7% yağ, 0,54–3,50% sellüloza, 0,4–2,9% pektin maddəsi, 2,3–5,6% azotsuz ekstraktlı maddə, o cümlədən dekstrin və nişasta, 0,6–1,7% kül olur.
Demet Akalın
Demet Akalın (23 aprel 1972, Gölcük[d], Kocaeli ili) — Türkiyəli pop müğənni, aktrisa ve maneken . == Həyatı == Demet Akalın 1972-ci ildə Türkiyənin Kocaeli vilayətinin Gölcük kəndində anadan olub. == Karyerası == == Modellik karyerası == 1990-cı ildə keçirilən gözəllik müsabiqəsində qalib gəlib. Altı il modellik biznesində çalışmışdır. == Müğənnilik == 1996-cı ildə ilk albomu işıq üzü görüb.
Euonymus alatus
Euonymus alatus (lat. Euonymus alatus) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin gərməşov cinsinə aid bitki növü.
Euseius alatus
Euseius alatus (lat. Euseius alatus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Nakatu (İcrud)
Nakatu (fars. نكتو‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 652 nəfər yaşayır (146 ailə).
Vitali Skakun
Vitali Vladimiroviç Skakun (ukr. Віталій Володимирович Скакун; 19 avqust 1996, Berejanı[d], Ternopil vilayəti – 24 fevral 2022, Geniçesk[d], Xerson vilayəti) — Ukrayna hərbi qulluqçusu, matros, Ukrayna Qəhrəmanı (2022), kontr-admiral Mixail Ostroqradski adına 35-ci əlahiddə dəniz piyada briqadasının əlahiddə batalyonunun mühəndis-istehkam bölməsinin istehkamçısı. == Həyatı == Vitali Skakun 19 avqust 1996-cı ildə Ternopol vilayətinin Berejanı şəhərində anadan olmuşdur. Berejanı şəhəri 3 nömrəli ümumtəhsil məktəbini, 20 nömrəli Lvov Ali peşəkar məktəbini (2017) və "Lvov Politexnikası" Milli Universitetini bitirmişdir. Rusiyanın Ukraynaya hücumu zamanı 24 fevral 2022-ci ildə kontr-admiral Mixail Ostroqradski adına 35-ci əlahiddə dəniz piyada briqadasının əlahiddə batalyonunun mühəndis-istehkam bölməsinin istehkamçısı, matros Vitali Skakun Xerson vilayətində rus qoşunlarına aid tank kolonunun hərəkətinin qarşısını almaq üçün Geniçesk avtomobil körpüsünü partladan zaman həlak olmuşdur. 26 fevral 2022-ci ildə Ukrayna prezidenti Volodimir Zelenskinin sərəncamı ilə matros Vitali Skakun ölümündən sonra "Ukrayna Qəhrəmanı" adına layiq görülmüşdür. == İstinadlar == == Xarici keçidlər == Белякова, И. Виталик, дитя, как??? Что рассказали в Бережанах о Герое Виталие Скакуне, который взорвал мост вместе с собой // 20 минут Тернополь. — 2022. — 25 fevral.
Atagün Yalçınkaya
Atagün Yalçınkaya (14 dekabr 1986, Altındağ ilçəsi, Ankara ili) — türk boksçu və bədən tərbiyəsi müəllimi. == Həvəskar karyerası == Yalçınkaya çox gənc yaşlarında boksa başlamış və Türkiyədə kollec və kadet kateqoriyalarında altı titul qazanmışdır. O, 2003-cü ildə Macarıstanda keçirilən Balaton turnirində birinci , Pakistanın Green Hill kubokunda üçüncü yer və İtaliyada tələbə boks üzrə Avropa çempionatında birinci yeri tumuşdur. 2004-cü ildə Alfonso Pinto və dünya çempionu Sergey Kazakovu məğlub edərək Türkiyəyə gümüş medal qazandırmışdır. O, Türkiyə tarixinin ən gənc medalçısıdır. Jolly Katongole (Uqanda) 22–7 hesabı ilə məğlub olub. Ceyhun Abiyevi (Azərbaycan) 23–20 hesabı ilə məğlub edib. Alfonso Pintonu (İtaliya) 33–24 hesabı ilə məğlub edib. Sergey Kazakovu (Rusiya) 26–20 hesabı ilə məğlub edib. Yan Bartelemí Varelaya (Kuba) 16–21 hesabı ilə məğlub olub.
Demet Akalin
Demet Akalın (23 aprel 1972, Gölcük[d], Kocaeli ili) — Türkiyəli pop müğənni, aktrisa ve maneken . == Həyatı == Demet Akalın 1972-ci ildə Türkiyənin Kocaeli vilayətinin Gölcük kəndində anadan olub. == Karyerası == == Modellik karyerası == 1990-cı ildə keçirilən gözəllik müsabiqəsində qalib gəlib. Altı il modellik biznesində çalışmışdır. == Müğənnilik == 1996-cı ildə ilk albomu işıq üzü görüb.
Aktu