Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alcea
Gülxətmi (lat. Alcea) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi.
Allel
Allel bir genin müxtəlif formalarını ifadə edir. == Ümumi məlumat == Bir əlamətin müxtəlif formasına allel əlamətlər və onların inkişafına səbəb olan genlərə allel genlər deyirlər. Allel genlər homoloji xromosomların eyni sahəsində (lokosunda) yerləşir. Allel əlamətlərə misal olaraq insanda qara göz-mavi göz; qara rəngli saç-açıq rəngli saç; qıvrım saç-hamar saç; uza boy-qısa boy; iyi göz-xırda göz; tünd rəngli dəri-açıq rəndli dəri bə i.a. göstərmək olar. Allel əlamət və genləri hərflərlə işarə edilər. Dominant əlamət böyük hərflərlə, resessiv əlamət isə həmin hərfin kiçiyi ilə yazılır. Məsələn, qara gözü A hərfi ilə yazsaq, mavi gözü a ilə yazmaq lazımdır. Başqa allerləri yazanda da bu qayda tətbiq edilir. F1 -onlardan alınan birinci nəsil (övlad); AA – qara gözlü, aa – mavi gözlü valideyn; A və a – onların cinsi hüceyrələri – qametləri; Aa birinci nəsil (övlad.) Vurma işarəsi (x) – Genetikada çarpazlaşma və evlənməni bildirir.
Alloa
Alloa (ing. Alloa, şot.kelt Alamhagh) — Böyük Britaniyada, Şotlandiya (Şotlandiya Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Altea
Altea (isp. Altea) — İspaniya əyalətində bələdiyyə, Marina-Baxa ərazisinin 35.30 km² hissəsini əhatə edir. 2010-cu ildə əhali sayı 24006 nəfərə çatmışdır.
Alcea hyrcana
Hirkan gülxətmisi (lat. Alcea hyrcana) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin gülxətmi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir –EN B2ab (ii,iii, iv). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == 35-85 sm, nadir hallardada 100 sm hündürlükdə, çoxillik ot bitkisidir. Yarpaqları saplaqlı, saplaqlar isə yumşaq tükcüklü, aşağı yarpaqlar yuxarı yarpaqlardan daha uzundur. Yarpaq ayası ürəkvari-yumru, 5-7 qanadlı, qanadlar küt, düz olmayan dişli qanadlardır. Aşağı yarpaqlar daha iri və daha az qanadlı, yuxarı yarpaqlar dərin qanadlı; bütün yarpaqlar boz-məxməri rəngdədir. Çiçəklər tək-tək olur. Tacı qurumuş halda 40mm-dək çəhrayı-bənövşəyi rəngdədir.
Allel genlər
Allel bir genin müxtəlif formalarını ifadə edir. == Ümumi məlumat == Bir əlamətin müxtəlif formasına allel əlamətlər və onların inkişafına səbəb olan genlərə allel genlər deyirlər. Allel genlər homoloji xromosomların eyni sahəsində (lokosunda) yerləşir. Allel əlamətlərə misal olaraq insanda qara göz-mavi göz; qara rəngli saç-açıq rəngli saç; qıvrım saç-hamar saç; uza boy-qısa boy; iyi göz-xırda göz; tünd rəngli dəri-açıq rəndli dəri bə i.a. göstərmək olar. Allel əlamət və genləri hərflərlə işarə edilər. Dominant əlamət böyük hərflərlə, resessiv əlamət isə həmin hərfin kiçiyi ilə yazılır. Məsələn, qara gözü A hərfi ilə yazsaq, mavi gözü a ilə yazmaq lazımdır. Başqa allerləri yazanda da bu qayda tətbiq edilir. F1 -onlardan alınan birinci nəsil (övlad); AA – qara gözlü, aa – mavi gözlü valideyn; A və a – onların cinsi hüceyrələri – qametləri; Aa birinci nəsil (övlad.) Vurma işarəsi (x) – Genetikada çarpazlaşma və evlənməni bildirir.
Allen Center
Allen Center - ABŞ-nin Hyuston şəhərində yerləşən göydələn kompleksidir. Kompleks One Allen Center, Two Allen Center və Three Allen Center binalarından ibarətdir. Kompleks 280,000 m² yeri tutur.
Allen Mirqədirov
Allen Mirqədirov (ing. Allen Mirkadyrov; əvvəlki adı: Ələkbər Mirqədirov; 5 may 1979, Bakı) — Azərbaycan əsilli ABŞ aerokosmik mühəndisi və ABŞ Hərbi Hava Qüvvələrinin zabiti. == Həyatı == === İlk illəri === Allen (Ələkbər) Mirqədirov 1979-cu il may ayının 5-də Bakı şəhərində anadan olmuşdur. O, ailəsi ilə birgə Bakının 8-ci kilometr şəhər tipli qəsəbəsində yerləşəm Tofiq Abbasov küçəsi, ev 30-da yaşayırdı. Birinci sinifdən altıncı sinfə qədər Bakı şəhəri 145 nömrəli tam orta məktəbdə təhsil alıb. === ABŞ-yə köçməsi === 1991-ci ilin yayında ailəsi ilə birlikdə Bakını tərk edib ABŞ-yə köçüb. O, ABŞ-nin bir neçə ştatında, o cümlədən Arizonada, Havayda, Koloradoda, Kaliforniyada və Merilenddə yaşayıb.Allen Amerika Hərbi Hava Akademiyasında (USAFA) kosmik texnika üzrə bakalavr dərəcəsi, San Dieqo Dövlət Universitetində aerokosmik texnika üzrə magistr dərəcəsi almışdır. O, təhsilini başa vurandan sonra 10 il ərzində ABŞ Hərbi Hava Qüvvələrində xidmət etmişdir. === Aerokosmik karyerası === 2010-cu ildə isə NASA-nın orbital missiyalarında uçuşların təhlükəsizliyinə cavabdeh olan mərkəzdə aerokosmik mühəndis işinə təyin olunub.2014-cü ildə Allen və daha 5 nəfər NASA komissiyası tərəfindən Marsa uçuşa maksimum bənzəyən təcrübə üçün seçilib. Təcrübədə Allen avadanlığın, o cümlədən kompüterlərin texniki vəziyyətinə, onun işlək vəziyyətdə olmasına və uçuş marşrutuna görə məsuliyyət daşıyıb.
Allen Nyuell
Allen Nyuell (ing. Allen Newell, 19 mart 1927[…], San-Fransisko, Kaliforniya – 19 iyul 1992[…], Pitsburq, Pensilvaniya) — koqnitiv psixologiya və süni intellekt sahəsində amerikalı alim. RAND Tədqiqat Mərkəzində və Karnegi Mellon Universitetində işləmiş, IPL proqramlaşdırma dilinin və iki ən erkən süni intellekt proqramının inkişafında iştirak etmişdir — Məntiq nəzəriyyəsi maşını (Logic Theory Machine) (1956) və General Problem Solver (1957) (Herbert Saymon ilə birlikdə). 1975-ci ildə, Saymon ilə birlikdə, süni intellekt və insan qavrayış mexanizmlərinin psixologiyası sahəsində fundamental işlərinə görə Türinq mükafatına layiq görüldü. ABŞ Milli Elmlər Akademiyasının üzvü (1972), Milli Elm Medalı (1992) ilə təltif edilmişdir. == Bioqrafiyası == 1940-cı illərin sonlarında Stenford Universitetində fizika və Prinston Universitetində riyaziyyat öyrənmişdir. 1951–1960-cı illərdə RAND Korporasiyasının analitik mərkəzində çalışmışdır. Elmi rəhbəri Herbert Saymon ilə birlikdə 1956-cı ildə süni intellektin inkişafında simvolik bir nailiyyət olan Rassel və Uaythed, "Principia Mathematica" tərəfindən kitabdan 38 qanunu avtomatik sübut edə bilən Logical Theorist kompüter proqramını hazırladı. Saymon və Nyuellin növbəti uğuru General Problem Solver (GPS) proqramının inkişafı — Logical Theorist-dən daha güclü vasitə idi: proqram təkcə ifadələri sübut edə bilməz, həm də şahmat və Hanoi qalaları oynaya bilər. Proqram, problemin həllinə nail olmaq üçün daha sadə komponentlərə qoydu.
Allen Qinzberq
Allen Qinzberq (doğum adı İrvin Allen Qinzberq; 3 iyun, 1926 - 5 aprel, 1997) — Amerikalı şair, müharibə əleyhdarı və Bit cərəyanının qurucularından biri. == Həyatı == 1926-cı ildə Nyu Cersidə Yəhudi bir ailənin uşağı olaraq dünyaya gələn Qinzberqin uşaqlığı Nyu Cersinin Paterson şəhərində keçmişdir. Yetkinlik illərində Amerikanın köklü qəzetlərindən biri olan The New York Times'a İkinci dünya müharibəsi və işçi hüquqları ilə bağlı yazdığı mətnləri vermişdir. Məktəb illərində müəlliminin tövsiyəsi ilə Volt Uitmenin yazılarını oxumağa başlamışdır. Atası Luiz Qinzberq şair və lisey müəllimi idi. Anası Naomi Liverqant Qinzberq isə uzun müalicələr nəticəsində diaqnozu qoyula bilməyən bir psixoloji böhranın içində həyatını davam etdirirdi. Həmçinin Naomi, Kommunist Partiyanın köklü üzvlərindən olub, çox vaxt Allen və qardaşını da partiyanın yığıncaq və mitinqlərinə aparmışdır. Allenin anasının bu qəribə böhranında, əksəriyyət olaraq paranoyaqlıq əlamətləri görülməkdə idi. Məsələn; həmin vaxt dövlət başçısının, evlərinə gizlicə dinləmə cihazları yerləşdirdiyini düşünüb, bir mitinq əsnasında dövlət başçısını qətl yetirməyə cəhd etmişdi. Allen, anası Naomi'yə həsr etdiyi avtobioqrafik janrdakı "Kaddish" adlı şeir kitabını 1961-ci ildə, anasının ölümündən 5 il sonra nəşr etmişdir.
Allen Uippl
Allen Uippl, Allen Oldfader Uippl (ing. Allen Oldfather Whipple ) — ABŞ cərrahı. İlk dəfə mədəaltı vəzin xərçənginin cərrahi yolla müalicə metodunu işləmişdir. Onun şərəfinə həmin əməliyyat Uippl proseduru adlandırılır.Allen Uippl 2 sentyabr 1881 ci ildə Cənubi Azərbaycanin Urmiyə şəhərindən missiyoer ailəsində doğulmuş, 6 aprel 1963 cü ildə Nyu Cersi ştatının Prinston şəhərində vəfat etmişdir.
Alley-op
Alley-op (ing. Alley-oop, — asma, paraşüt) — basketbolun hücüm elementlərindən biri. Alley-op zamanı hücumçulardan biri topu asma olaraq səbətə doğru atır, digər oyunçu isə tullanaraq topu göydə tutur və yerə enmədən səbətə salır. Bu həm də yuxarıdan atış hesab olunur (slem-dank). Ilk alley-op 1960-cı illərə təsadüf edir. Məhs bu oyun elementinin ilk dəfə həyata keçirən El Taker və onun qardaşı Cerald olmuşdur. Onlar Oklahoma Babtist Universitetinin komandasında iştirak edirdilər. NBA-da alley-opu oyunçular 1990-cı illərdən sonra müntəzəm istifadə etməyə başladılar. Müasir dövrdə alley-op basketbolun ən populyar elementlərindən biri hesab olunur. Alley-op zamanı topu ötürən «oynayan müdafiəçi» , topu qəbul edən isə ön xətdə olan uca boylu hücumçu olur.
Aqnes Allen
Aqnes Allen (ing. Agnes Allen; 21 sentyabr 1930 – 24 fevral 2012) — İngilis uşaq kitablarının müəllifidir. Britaniya adalarında evlərin tarixini izləyən məşhur bir kitab olan "Evinizin tarixi" kitabına görə 1949-cu ildə İngilis uşaq kitabları üçün Karneqi medalı qazandı. Karneqi medalını alan ikinci məşhur elmi kitab Allen və əri Cek tərəfindən çəkilmiş detallı rəsmlər idi. Aqnes Allenin "Hekayələr" seriyası 1947-ci ildə "Kəndin nağılları" ilə başladı. Əsasən sosial tarix və sənət mövzusunda bir sıra kitablar yazdı. Bunlara Parlamentimizin tarixi (1949), Şosenin tarixi (1950) və Geyim tarixi (1955) daxildir.
Pol Allen
Pol Allen (21 yanvar 1953[…], Sietl, Vaşinqton – 15 oktyabr 2018[…], Sietl, Vaşinqton) — Microsoft şirkətinin qurucularından biri. == Həyatı == Pol Qardner Allen 1953-cü il yanvarın 21-də anadan olub. Çoxları onu Bill Qeytsin yaxın dostu və Microsoft şirkətinin banisi kimi tanıyır. Eyni zamanda o, dünyanın ən varlı adamlarından biridir. Pol Allen məşhur sahibkarlıq fəaliyyəti ilə yanaşı, həm də xeyriyyəçi kimi də çoxlarının rəğbətini qazanıb. İlk olaraq icazə verin sizə qəhrəmanımın ictimaiyyətə məlum olan sosial fəaliyyətinin görünən tərəfləri barədə məlumat verim. P. Allen çoxşaxəli fəaliyyəti ilə şöhrət qazanan çox az sayda insanlardan biridir. Yəqin mənimlə razılaşarsınız ki, eyni anda bir neçə şirkəti idarə etmək hər kəsə nəsib olmur. P. Allen isə eyni zamanda 3 şirkətin rəhbərliyində təmsil olunur. O, "Microsoft"la yanaşı, "Vulcan İnc" və "Charter Communications"-in də rəhbər postunda əyləşib.
Vudi Allen
Vudi Allen (tam adı: Allen Stüart Koniqsberq; 30 noyabr 1935, Bronks, Nyu-York, ABŞ və ya Nyu-York, Nyu-York ştatı) — Amerika kino rejissoru, ssenari müəllifi, aktyoru və prodüseri. Yəhudi ailəsində doğulmuşdur. İlk filmini ("Nə olub, pələng səhləbi?") 1966-cı ildə çəkib. Həmçinin pyeslərin ("Suyu içməyin", "Üzən kiçik lampa" və s.) və hekayələr məcmuələrinin müəllifidir. 1977-ci ildə "Enni Holl" çəkdiyi filmi üç Oskar mükafatı qazandı. 1985-ci ildə isə Allen Qızıl Qlobus aldı. Daha bir neçə mükafata layiq görülüb. Caz həvəskarı olan Allen həm də klarnet çalır.
Alcea kusjariensis
Qusar gülxətmisi (lat. Alcea kusjariensis) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin gülxətmi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1ab(v) +B2ab(v). Qafqazın nadir, endemik növüdür. == Qısa morfoloji təsviri == Ulduzşəkilli tükcüklərlə sıx tüklənmiş, çoxillik ot bitkisidir. Gövdəsi 50(18)-100, nadir hallarda 150 sm hündürlükdədir. Yarpaqları uzun saplaqlı, yarpaq ayalarının üst tərəfi yaşıl, çökək damarcıqlara görə bir qədər qarışıq, alt tərəf, xüsusən cavan yarpaqlarda, çox tükcüklü olduğuna görə bozarmış haldadır. Çiçəkləri uzun halda düzülmüş çiçək qrupunda, tək-təkdir. Kasacıq 18-22 mm uzunluğunda olur. Tac 30-58 mm uzunluğunda, parlaq-sarı rəngdədir.
Alcea lenkoranica
Lənkəran gülxətmisi (lat. Alcea lenkoranica) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin gülxətmi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir –EN B2ab (ii,iii, iv, v). Azərbaycanın nadir növüdür. Qafqazın endemik növüdür. Regional IUCN Statusu: EN B2ab (ii,iii, iv, v). == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdəsi 100 sm-ə qədər hündürlükdədir. Yarpaqlar saplaqlı, altdan məxməri, xırda tükcüklü, ağımtıl, ya da boz rəngdə; üstdən-yaşıl, oval-uzunvari paylarla, 5-7 bölümlüdür Tacə parlaq-sarı rəngdə, 35-50 mm uzunluğundadır. Meyvələri 16-18 mm-dir, meyvəcikləri qanadlı, hamardır.
Alcea rosea
Çəhrayı gülxətmi (lat. Alcea rosea) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin gülxətmi cinsinə aid bitki növü. Çəhrayı bəlğəmotunun hündürlüyü 2-2,5 metrə qədər çata bilir. Ağ, çəhrayı, bənövşəyi, sarı, qırmızı çiçəkləri ola bilər. Çiçəkləri xətli ya da ləkəli ola bilir. Geniş və yumru yarpaqları ürək formasındadır. Günəşli, küləksiz yerlərdə yaxşı inkişaf edir. Gilli və qida maddələrin tərəfindən zəngin, yaxşı gübrələnilmiş torpaqları sevir. ilıq iqlimlərdə, iyun-avqust sonuna qədər çiçəkli qalır. == Xalq təbabətində istifadəsi == Xalq təbabətində bəlğəmotunun yarpaqlarından, çiçəklərindən və köklərindən dəmlənmiş çay öskürəyə qarşı və sinə ağrılarında sakitləşdirici vasitə kimi istifadə edilir.
Alla Axundova
Alla Axundova (27 oktyabr 1939, Moskva) — ssenari müəllifi == Həyatı == 27 oktyabr 1939-cu ildə Moskvada anadan olmuşdur. 1964-ci ildə Moskvada M.Qorki ad. Ədəbiyyat İnstitutunu və 1967-ci ildə Ali rejissorluq və ssenaristlər kursunun ssenari bölməsini bitirmişdir. == Mükafatları == Azərbaycanın əməkdar incəsənət xadimi (1988), Respublika Dövlət mükafatı laureatıdır (1970). == Filmoqrafiya == Cırtdan (film, 1969) Şərikli çörək (film, 1969) Var olun, qızlar... (film, 1972) Şahzadə-qara qızıl (film, 1974) Alma almaya bənzər (film, 1975)(tammetrajlı bədii film)-ssenari müəllifi Şir evdən getdi (film, 1977) Bizi bağışlayın (film, 1979) Uşaq və külək (film, 1982) Təqib (film, 1984) Bahar əyləncələri (film, 1989) == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
Alla Cəlilova
Alla Cəlilova (d. 8 (21) noyabr 1908, Tiflis – 12 aprel 1992, Moskva) — Sovet aktrisası və müəllimi, Bolşoy Teatrın balet solisti (1927-1951), ilk Dağıstan balerinası. Dağıstan Muxtar Sovet Sosialist Respublikasının əməkdar artisti (1951). == Bioqrafiyası == Alla Cəlilovanın atası Abdulqay Abduloviç, inqilabdan əvvəlki dövrlərdə ali təhsil alan azsaylı axtılılardan biri olmuşdur. Axtı məktəbini bitirdikdən sonra Stavropol gimnaziyasına (Puşkinin bitirdiyi məktəb) oxumağa başlayır. Orada Sofiya Nikolaevna Zaiçevskaya ilə tanış olur. 1900-cü ildə Abdulqay Moskva Universitetinin hüquq fakültəsinə daxil olur. 1903-cü ildə Abdulqay Kare (indiki Türkiyə) şəhərinə işləməyə gedir. Daha sonra Moskvaya gələn Sofya Zaiçevskaya ilə evlənir. 1908-ci ildə qızı Alla Tiflisdə dünyaya gəlir.
Alla Dudayeva
Alla Fyodorovna Dudayeva (rus. А́лла Фёдоровна Дуда́ева; 10 avqust 1947 və ya 24 mart 1947) - 1990-cı illərdə Çeçenistanın Rusiyadan ayrılması üçün yaradılmış hərəkatın lideri Cövhər Dudayevin həyat yoldaşı. == Həyatı == Alla Dudayeva 1947-ci ildə Kolomenski rayonundakı sovet zabit ailəsində dünyaya gəlmişdir. O, Smolenskdə rəssamlıq təhsili almışdır. 1967-ci ildə o zaman SSRİ Hava Qüvvələrinin zabiti olan Cövhər Dudayevlə evlənmişdi. Alla 1996-cı ildə Birinci Çeçenistan müharibəsində ərinin ölümündən sonra Türkiyəyə qaçmağa çalışarkən Nalçikdə saxlanılmış və daha sonradan tanıya bildiyi, gənc zabit Aleksandr Litvinenko tərəfindən istintaqa cəlb edilmişdir. Eyni ilin sonlarına yaxın buraxıldıqdan sonra Çeçen İçkeriya Respublikasının Mədəniyyət Nazirliyində işləyən Alla 1999-cu ildə İkinci Çeçenistan müharibəsinin başlamasıyla Azərbaycana, daha sonra Türkiyəyə və Litvaya qaçmışdır. O, 2010-dan 2012-ci ilə qədər Gürcüstanın Qafqaz TV kanalında mədəniyyət proqramlarının aparıcısı olaraq işləmişdir.2016-cı il məlumatlarına görə, bir müddət Estoniyada da yaşan Dudayevanın hal-hazırda Stokholmda yaşayır. == Əsərləri == Alla Dudayeva əri Cövhər Dudayevlə bağlı xatirələrini yazdığı kitab da daxil olmaqla, bir neçə kitabın müəllifidir: Milyon birinci (Milyon birinci) "Şule Yayınları", 448 стр. 2003 ISBN 9756446080 (türk.) Le loup tchétchène: ma vie avec Djokhar Doudaïev (Çeçen canavar: Cövhər Dudayevlər həyatım) "Maren Sell" 398 səh.
Alla Həsənova
Alla Həsənova (d. 6 avqust 1970) — Azərbaycanı təmsil edən voleybolçu. Alla Həsənova, Azərbaycan yığmasının heyətində 1994-cü ildə baş tutan Dünya Çempionatına qatılıb və 9-cu yeri tutub. == Həyatı == Alla Həsənova 1970-ci il 6 avqustda anadan olub. Alla Həsənova ailəlidir. Onun, həyat yoldaşı, futbol üzrə Azərbaycan yığmasının sabiq qapıçı Elxan Həsənovdur. == Karyerası == Alla Həsənova, 1994-cü ildə Azərbaycan yığması ilə birgə Braziliyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışların 1/8 final mərhələsində Azərbaycan yığması, Almaniya yığmasını 1:3 hesabı ilə məğlub oldu və Dünya Çempionatını 9-cu yerdə başa vurdu. Alla Həsənova daha sonra, 2005-ci ildə Azərbaycan yığması ilə birgə Xorvatiyada baş tutan Avropa Çempionatına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Azərbaycan yığması, Rusiya yığmasına 0:3 hesabı ilə məğlub oldu və Avropa Çempionatını 4-cü yerdə başa vurdu.
Alla Kudlay
Alla Kudlay (d. 23 iyul 1954, Losınivka, SSRİ) — Ukrayna müğənnisi, Ukraynanın Xalq Artisti (1997).
Alla Nikolayenka
Alla Nikolayenka (azərb. Nikolayenka Alla Alekseyevna) - 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir. == Həyatı == Alla Nikolayenka 1972-ci ildə anadan olub. Salyan qazarmasının yaxınlığındakı "Krasnı Vostok" hərbi şəhərciyində atası ilə birlikdə yaşayırdı. Atası Aleksey hərbçi idi. Yanvarın 20-si hərbi xidməti ilə əlaqədar olaraq onların ailəsi Almaniya Demokratik Respublikasına getməliydi. Yanvarın 19-u axşam atası bununla bağlı hazırlıq görürdü. Alla isə şəhərdən heç getmək istəmirdi. Atası Aleksey Allasız şəhəri tərk etməli olur.
Alla Panova
Alla Vasilyevna Panova (rus. Алла Васильевна Панова) — Sovet aktrisası. == Həyatı == Alla Panova 22 dekabr 1948-ci ildə anadan olmuşdur. Voronejdə təhsil almış, 1966-cı ildə 23 saylı orta məktəbi bitirmişdir.1972-ci ildə Şepkin adına Teatr məktəbindən məzun olmuş, kinoda ilk rolunu 1973-cü ildə, sonuncu rolunu isə 1979-cu ildə ifa etmişdir. Hazırda Moskva şəhərində yerləşən "Yeni opera" teatrının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiridir.
Alces alces
Alces alces (lat. Alces alces) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin alces cinsinə aid heyvan növü. Fəsiləyə daxil olan ən iri növ hesab olunur. Erkəyinin bədəninin uzunluğu 3 metrdək, süysününün hündürlüyü 2,3 metrədək, kütləsi 570 kq-dək olur. Dişisi erkəkdən nisbətən kiçikdir. Ayaqları uzun, dırnaqları ensiz və itidir. Başı uzun, burnu donqar, ətli üst dodaqı sallaqdır. Quyruqu qısadır. Erkayinin kürəşəkilli buynuzu var. Dişisi buynuzsuzdur.