Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Apollon
Apollon (yun. Ἀπόλλων; lat. Apollo mənası işıq; şüa) yunan mifologiyasında ikinci nəsil tanrısı, Zevsin və Letonun oğlu, Artemidanın əkiz tayı — qardaşı. 12 Olimp tanrısından biridir. İşıq, kəhanət, şeir və musiqi tanrısı, oxçuların hamisidir. O həm də həkimliyin tanrısıdır. Həkimliyi insanlara o öyrətmişdir. Yoluxucu xəstəlikləri o göndərir və o sağaldır. Simvolları dəfnə, yay, lira, delfin və qarğadır. Apollon biseksualdır.
Atollon
Atollon — "Ulduz müharibələri" kainatında uydurma planet. Atollon qalaktikanın xəritələnməmiş bölgəsində yerləşir. Planetin nəfəs ala bilinəcək atmosferi var, lakin isti iqlimi mövcuddur. Mərcan ağacları ilə örtülmüş qayalı səthi olan Atollonun quraq havasına baxmayaraq, planet səthinin dərinliklərində şirin su mənbəyinə malikdir. Planetdə Bendu adlı qüdrətli güc canlısı yaşayır. O, özünü gücün aydın və qaranlıq tərəfləri arasında tarazlıq kimi görür. Planet ilk dəfə "Üsyançılar" teleserialında nümayiş olunmuşdur. == İstinadlar == == Xarici keçidlər == Atollon — Vukipediya saytında.
Apollo
Apollo — İsveçrənin 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Timebelle qrupu "Apollo" mahnısı ilə İsveçrəni Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir. Mahnı İsveçli bəstəkarlar Elias Noslin, Nikolas Qüntardt və Alessandra Qüntardt tərəfindən yazılmışdır.
Adi apollon
Adi apollon (lat. Parnassius apollo) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin yelkənqanadlılar fəsiləsinin parnassius cinsinə aid heyvan növü. == Qısa təsviri == Qanadları açıq halda 70–94 mm-dir. Bədəninin üzəri qara, yanlardan isə iki cərgə qırmızı ləkə keçir. Qanadları ağ, bəzən isə krem rəngində olub, zirvədə şəffafdır. Onların xarici kənarı boyu ağ ləkəli, enli boz zolaq keçir. Üst qanadlar üzərində 5 qara ləkə, alt qanadlar üzərində isə qara haşiyəli 5 qırmızı ləkə vardır. Qırmızı və qara ləkələrin yeri çox dəyişkəndir. Alt qanadlar dairəvidir. Yenicə pupdan çıxmış kəpənəklərdə qanadlar əvvəlcə sarımtıl olur.
Apollon-11
Apollon 11 — Apollon proqramı çərçivəsində insanın Ay səthinə enməsinin həyata keçirildiyi ilk uğurlu missiya. Bu uçuş Apollon layihəsi üzrə təşkil olunmuş beşinci kosmik uçuş olmaqla, əvvəlki 4 sınaq uçuşunun uğurlu yekunu idi. 1969-cu il iyulun 16-da Saturn V raketi vasitəsilə Keyp Kennedi kosmodromundan qalxan Apollon 11-in heyəti komandir Neyl Alden Armstronq, idarə modulunun pilotu Maykl Kollins və ay modulunun pilotu Edvin Yucin Oldrindən ibarət idi. İyulun 20-də "İql" (Eagle) adlı Ay moduluna keçən Armstronq və Oldrin iyulun 21-də səhərin erkən saatlarında Aya ayaq basdılar, ekipajın üçüncü üzvü Maykl Kollins Ay orbitində dövr edən İdarəetmə modulunda qaldı. Ayın səthinə ilk addım atan Neyl Armstronq həmin an demişdi: "Bu, insan üçün kiçik bir addım, bəşəriyyət üçün isə böyük bir sıçrayışdır".
Apollon (mifologiya)
Apollon (yun. Ἀπόλλων; lat. Apollo mənası işıq; şüa) yunan mifologiyasında ikinci nəsil tanrısı, Zevsin və Letonun oğlu, Artemidanın əkiz tayı — qardaşı. 12 Olimp tanrısından biridir. İşıq, kəhanət, şeir və musiqi tanrısı, oxçuların hamisidir. O həm də həkimliyin tanrısıdır. Həkimliyi insanlara o öyrətmişdir. Yoluxucu xəstəlikləri o göndərir və o sağaldır. Simvolları dəfnə, yay, lira, delfin və qarğadır. Apollon biseksualdır.
Apollon (yelkənciklər)
Apollon 1
Apollon-1 NASA-nın Apollon proqramlarından birincisidir. Apollon-1 insanın ilk dəfə aya uçması cəhdidir. Bu layihənin hazırlanmasına 1967-ci ildə başlanılıb, amma həmin il yanvar ayının 27-də Apollon-1-in ilk sınağı zamanı raket alışıb yanıb və bunun nəticəsində üç kosmonavt həlak olub. Bu hadisədən sonra NASA Apollon raketini daha da təkmilləşdirib.
Apollon 11
Apollon 11 — Apollon proqramı çərçivəsində insanın Ay səthinə enməsinin həyata keçirildiyi ilk uğurlu missiya. Bu uçuş Apollon layihəsi üzrə təşkil olunmuş beşinci kosmik uçuş olmaqla, əvvəlki 4 sınaq uçuşunun uğurlu yekunu idi. 1969-cu il iyulun 16-da Saturn V raketi vasitəsilə Keyp Kennedi kosmodromundan qalxan Apollon 11-in heyəti komandir Neyl Alden Armstronq, idarə modulunun pilotu Maykl Kollins və ay modulunun pilotu Edvin Yucin Oldrindən ibarət idi. İyulun 20-də "İql" (Eagle) adlı Ay moduluna keçən Armstronq və Oldrin iyulun 21-də səhərin erkən saatlarında Aya ayaq basdılar, ekipajın üçüncü üzvü Maykl Kollins Ay orbitində dövr edən İdarəetmə modulunda qaldı. Ayın səthinə ilk addım atan Neyl Armstronq həmin an demişdi: "Bu, insan üçün kiçik bir addım, bəşəriyyət üçün isə böyük bir sıçrayışdır".
Apollon 13
Apollo 13 - Apollon seriyasından 7-ci pilotlu kosmik gəmidir. Aya uçan pilotlu kosmik gəmilərdən yalnız bunda ciddi qəza olmuşdur. Aya eniş mümkün olmasa da, yüzlərlə NASA işçisinin səyləri nəticəsində gəmi Ay ətrafında dövrə vurduqdan sonra, astronavtlar salamat Yerə qayıda bilmişlər.
Apollon 15
Apollon 15, Apollon proqramının dördüncü Ay səthinə eniş proqramıdır. 26 iyul 1971-ci il tarixli bu səyahətin heyəti David Scott, Alfred Worden və James Irwin adlı astronavtlardan ibarət idi. Falcon adlı Apollon ay modulu ilə ay səthinə enən komanda ilk dəfə Ay avtomobilindən istifadə etmişdir.
Apollon 16
Apollon 16, ABŞ tərəfindən reallaşdırılmış olan Apollon Kosmik Proqramı missiyalarından birinin adıdır. 16 aprel 1972-ci ildə reallaşan bu səyahətin heyəti John Young, Thomas Mattingly və Charles Duke adlı astronavtlardan ibarət idi. Orion adlı Apollon ay modulu ilə birlikdə komanda Ay səthinə çıxmışdır.
Apollon 17
Apollon 17 — 7 dekabr 1972-ci ildə aya getmiş Amerikalı kosmik heyət. Bu, aya enən sonuncu pilotlu uçuş olmuşdur. Apollon 17 Eugene Cernan, Ronald Evans və Dr. Harrison Schmittdən ibarət idi. Schmitt bir geoloq idi. Challenger adlı modulla Dr. Schmitt və Cernan Ay səthinə enmiş və 22 saatlıq bir tədqiqat aparmışdırlar.
Apollon 4
Apollon-4 — NASA-nın Apollon proqramlarından biridir. Apollon-4 Apollon proqramının kosmonavtsız layihələrindəndir. NASA 1967-ci il noyabrın 9-da Apollon 4-ü Kennedi Kosmos Mərkəzindən (Florida, ABŞ) Saturn raketilə kosmosa göndərdi.
Apollon 5
Apollon-5 NASA-nın Apollon proqramlarından biridir. Apollon-5 Apollon proqramının kosmonavtsız layihələrindəndir. NASA 1968-ci ildə Apollon-5-i Kennedi Kosmos Mərkəzindən (Florida, ABŞ) Saturn raketilə kosmosa göndərdi.
Apollon 6
Apollon-6 NASA-nın Apollon proqramlarından biridir. Apollon-6 Apollon proqramının kosmonavtsız son layihəsidir. NASA 1968-ci il aprelin 4-də Apollon 6-nı Kennedi Kosmos Mərkəzindən (Florida, ABŞ) Saturn V raketilə kosmosa göndərdi.
Apollon 8
Apollon 8 — Amerika Birləşmiş Ştatlarının 1961-ci ildə başlatdığı Apollon Proqramının 8-ci layihəsi idi. Apollon 8 əvvəlki proqramlarda olduğu kimi uçuş Saturn 5 roketi vasitəsilə həyata keçirilmişdi. Heyət 3 nəfərdən: Komandir Frank Borman, komanda modulu pilotu Ceyms Lovel və Ay modulu pilotu Uilyam Andersdən ibarət olmuşdu. Uçuş 21 dekabr, 1968-ci ildə həyata keçirilmişdi. Apollon 8 27 dekabr, 1968-ci ildə Sakit Okeannın şimalına dəniz enişi etmişdi. == Maraqlı faktlar == Apollon 8 proqramı həm də kosmik gəminin uçuş trayektoriyasının 8 rəqəminə oxşaması ilə üst-üstə düşür. Apollon 8 Ayın Yerdən görünməyən tərəfinə baş tutmuş ilk kosmik səyahət idi. Apollon 8-in heyəti Yerin uzaqdan ilk dəfə olaraq tam şəklini çəkə bilmişdilər.
Apollon Kutateladze
Apollon Karamanoviç Kutateladze (gürc. აპოლონ ყარამანის ძე ქუთათელაძე; 25 dekabr 1899 (6 yanvar 1900), Xoni, İmereti – 25 iyun 1972, Tbilisi) — Sovet, gürcü rəssam-rəssam, qrafika rəssamı. SSRİ xalq rəssamı (1970). == Həyatı == Potidə gimnaziyada, sonra "Qafqaz Rəssamları Təşviq Cəmiyyəti"nin məktəbində (1914–1915), Tiflisdə N.V.Sklifosovskinin (1915) rəngarlıq-rəssamlıq məktəbində təhsil almışdır. 1916-cı ildə könüllü olaraq hərbi xidmətə getdi. 1916–1921-ci illərdə Zakariya Tuşmalişvilinin alayında poruçik rütbəsində xidmət etmişdir. 1921-ci ildə Gürcüstan Müstəqillik Müharibəsinin iştirakçısı olmuşdur. Müstəqillik müdafiəçiləri məğlub olduqdan sonra o, Metexi qalasında həbsdə saxlanılmış güllələnmədən son anda xilas olmuşdur. 1922–1926-cı illərdə Tbilisi Rəssamlıq Akademiyasında G.İ.Qabaşvili, E.E.Lansere, İ.A.Şarlmandan təhsil almış, ardınca Leninqradda təlim keçmişdir. 1920-ci illərin əvvəllərində o, "Nialgi" (Krokodil, Tiflis) satirik jurnalının redaksiyasında işləmişdir.
Apollon Proqramı
Apollon proqramı (ing. Apollo program) və ya Apollon layihəsi — NASA tərəfindən reallaşdırılmış Ay uçuş layihəsidir. Gemini layihəsindən sonra qəbul edilən bu proqramın reallaşmasında kosmik yarış və soyuq müharibənin böyük rolu olmuşdur. Layihə Apollon kosmik vasitələri və Saturn V daşıyıcı raketi ilə 1961-1975-ci illərdə planlaşdırılmış və həyata keçirilmişdir. Apollon Layihəsi adını qədim yunan mifologiyasının tanrılarından olan Apollondan almışdır. Apollon kosmik gəmiləri 3 nəfərlik kabinə, raket və özüqalxan kapsuladan ibarətdir. Raket Yerdən qalxmaq və manevr, kapsula isə kosmik gəmi ilə Ay səthi arasındakı əlaqəni təmin etmək məqsədi daşıyırdı. Əvvəl kosmik gəmi göndərilərək Ayın orbitinə yerləşdirilir, sonra isə 3 astronavtdan ikisi kapsulaya keçərək onun əyləc sistemi sayəsində Ay səthinə enirlər. Astronavtlar işlərini tamamladıqdan sonra kapsula vasitəsilə orbitdə onları gözləyən kosmik gəmiyə geri qayıdırlar. NASA bu layihəni gerçəkləşdirməzdən əvvəl Aya Yerdən idarə olunan Orbiter, Ranger və Surveyor gəmilərini göndərmişdi.
Apollon 14
Apollon 14 (ing. Apollo 14) - ABŞ-ın Apollon proqramının səkkizinci missiyası, Aya enən üçüncü və Ay dağlıq ərazilərinə ilk enən missiya idi. Missiya ilkin olaraq 1970-ci il üçün nəzərdə tutulmuşdu, lakin Apollon 13-ün uğursuzluğu ilə bağlı araşdırmalar və nəticədə kosmik gəmidə dəyişikliklər edilməsi zərurəti səbəbiylə təxirə salındı. Komandir Alan Şepard, komanda modulunun pilotu Stuart Rusa və Ay modulunun pilotu Edqar Mitçel 31 yanvar 1971-ci il bazar günü 16:03:02-də doqquz günlük missiya üçün yola düşdülər. Ayın enişinə gedərkən ekipaj ardıcıl ikinci missiyanı dayandıra biləcək nasazlıqların öhdəsindən gəldi və bəlkə də Apollon proqramını vaxtından əvvəl sona çatdırdı. Şepard və Mitçel səthdə olarkən, Rusa Komandanlıq və Xidmət Modulunun göyərtəsində Ay orbitində qaldı, elmi təcrübələr apardı və gələcək Apollo 16 missiyasının eniş yeri də daxil olmaqla fotoşəkil çəkdi. O, özü ilə bir neçə yüz toxum götürdü, bir çoxu qayıdandan sonra cücərdi və sonrakı illərdə geniş yayılmış ay ağacları adlanan ağacları meydana gətirdi. Ayın səthindən buraxıldıqdan və uğurla yerləşdikdən sonra kosmik gəmi Yerə qaytarıldı və burada fevralın 9-da üç astronavt Sakit Okeana təhlükəsiz şəkildə endilər. == Ekipaj və mühəndislər == Əsas heyət Alan Şepard — komandir (2-ci kosmosa uçuş) Stuart Rusa — komanda modulunun pilotu (1-ci kosmik uçuş) Edqar Mitçel — Ay modulunun pilotu (1-ci kosmosa uçuş) Alan Şepard uçuş zamanı ən yaşlı idi (47 yaş). Ekipaj bütövlükdə minimal uçuş təcrübəsinə malik idi: Şepard Merkuri proqramı çərçivəsində cəmi 15 dəqiqəlik suborbital uçuşda olmuşdu.
Apollon 10
Apollo 10 — NASA-nın Apollon proqramının Ayın səthinə insan endirmək məqsədi daşıyan ekipajlı missiyası. Bu, dördüncü ekipaj missiyası idi və Apollo 11 tərəfindən ediləcək faktiki eniş üçün məşq idi. 10 may 1969-cu ildə yola çıxan:76 üç kosmonavt, Tom Stefford, Con Yanq və Yucin Sernan Ay ətrafında orbitə çıxdılar. Stefford və Sernan ay modulunu Ayın səthindən cəmi 14.5 kilometr (9 mil) yüksəyə qədər uçurdular. :76 Apollo 10 ekipajı orbitlərinin Ayın qaranlıq üzü tərəfində yerləşən ən uzaq nöqtəyə çatmışdır ki, bu nöqtə də hər hansı bir insanın Yer səthindən səyahət etdiyi ən uzaq məsafədir.
Apollon 12
Apollon 12 — Apollon proqramı çərçivəsində insanın Ay səthinə enməsinin həyata keçirildiyi ikinci uğurlu missiya. Bu uçuş Apollon layihəsi üzrə təşkil olunmuş 6-cı uçuş idi. 14 noyabr 1969-cu ildə Kennedi Kosmik Mərkəzindən buraxılıb.
Nordman apollonu
Nordman apollonu (lat. Parnassius nordmanni) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin yelkənqanadlılar fəsiləsinin parnassius cinsinə aid heyvan növü. Qafqazın yüksək dağ endemikidir. Qanadları açıq halda 70-94 mm-dir. Bədəninin üzəri qara, yanlardan isə iki cərgə qırmızı ləkə keçir. Qanadları ağ, bəzən isə krem rəngində olub, zirvədə şəffafdır. Onların xarici kənarı boyu ağ ləkəli, enli boz zolaq keçir. Üst qanadlar üzərində 5 qara ləkə, alt qanadlar üzərində isə qara haşiyəli 5 qırmızı ləkə vardır. Qırmızı və qara ləkələrin yeri çox dəyişkəndir. Alt qanadlar dairəvidir.
Perqalı Apolloni
Perqalı Apolloni (d. E.ə. 260 – ö. E.ə. 170) — qədim yunan riyaziyyatçısı və astronomu; "Konik kəsiklər" əsərində konik kəsiklərin tam şərhini vermişdir; Planetlərin görünən hərəkətlərini izah edən nəzəriyyənin müəllifidir.
Tianlı Apolloni
Tianalı Apollonius (yun. Ἀπολλώνιος ὁ Τυανεύς, təxminən m. 1 – 98) — Roma filosofu, yeni pifaqorçular məktəbinin təmsilçisi. Dövrümüzə onun adına yazılan 97 məktubu gəlib çatmışdır. Miladi III yüzillikdə yazıçı Lusius Flavius Filostratus Apolloniusun kimliyinə həsr olunmuş “Tianalı Apolloniusun həyatı” adlı bir roman yazmışdır. Bu roman hərəsində 40 fəsil olan 8 kitabdan ibarətdir. Orada Apolloniusun müxtəlif şəhərlərə səfərləri, onun krallarla, məmurlarla və müdriklərlə görüşləri, dini-fəlsəfi mülahizələri, möcüzələri, sehrbazlığı haqqında söhbət açılmışdır. Sonra o, Romaya qayıtdıqdan sonra imperator Nero tərəfindən təqib olunmuş, ancaq növbəti imperator Vespasianusun zamanında yüksək vəzifəyə yüksəlmişdir. İmperator Domisianusun dövründə isə o yenə də təqib olunmuş və möcüzə göstərərək hamının gözü qarşısında qeyb olmuşdur. Sonra Efesdə peyda olmuş, orada pifaqorçular məktəbini yaratmışdır.
Avallon
Avallon (rayon) — Fransanın Burqundiya regionun rayonlarından biri. Avallon (şəhər) — Fransanın Yonna departamentində yerləşən köhnə burqund şəhəri.
Napoleon
Napoleon Bonapart (it. Napoleone Buonaparte, fr. Napoléon Bonaparte; 15 avqust 1769[…], Ayaçço, Fransa krallığı[…] – 5 may 1821[…], Lonqvud evi[d], Müqəddəs Yelena, Askenson və Tristan-da-Kunya adaları, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı) — Fransa imperatoru, bacarıqlı sərkərdə, Fransa inqilabi ordusunun Generalı, Fransa Respublikasının birinci prezidenti (9 noyabr 1799 – 20 mart 1804), fransızların imperatoru (18 may 1804 – 11 aprel 1814, 12 mart 1815 – 22 iyun 1815), İtaliya Respublikasının Prezidenti (26 yanvar 1802 – 17 mart 1805), İtaliya kralı (17 mart 1805 – 11 aprel 1814), Reyn İttifaqının protektoru (12 iyul 1806 – 19 oktyabr 1813), İsveçrə Konfederasiyasının mediatoru (19 fevral 1803 – 19 oktyabr 1813), Berqin Böyük Hersoqu (1808–1809). Napoleon Bonapart 15 avqust 1769-cu ildə Ayyaçoda anadan olub. O, Karlo Bonapartın və Letizia Ramolinonun 2-ci oğlu idi. Napoleon Briendəki hərbi akademiyaya daxil olur və 1785-ci il 28 oktyabra qədər burada təhsilini davam etdirir, elə həmin ildən artilleriya üzrə kiçik leytenant rütbəsi ilə peşəkar hərbi fəaliyyətə başlayır. O dövrdə Fransada böyük çaxnaşmalar baş verirdi. Napoleon Korsikaya qayıdıb öz vətəni uğrunda döyüşlərə qoşulur. O, 1793-cü il 17 dekabrda ilk hərbi uğurunu İngiltərə tərəfindən zəbt olunmuş Tulonu azad etməklə qazanır. Bu qələbəsinə görə Napoleon briqada generalı, 23 fevral 1796-cı ildə isə İtaliya ordusunun komandanı təyin edilir.