Tianlı Apolloni

Tianalı Apollonius (yun. Ἀπολλώνιος ὁ Τυανεύς, təxminən m. 198) — Roma filosofu, yeni pifaqorçular məktəbinin təmsilçisi. Dövrümüzə onun adına yazılan 97 məktubu gəlib çatmışdır.

Tianalı Apollonius
Ἀπολλώνιος ὁ Τυανεύς
Doğum tarixi təq. 15
Vəfat tarixi təq. 100
Vəfat yeri
Vəfat səbəbi bilinmir
İstiqaməti Neopifaqorçuluq[1]
Əsas maraqları fəlsəfə
Təsirlənib Pifaqor
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Antik fəlsəfə
Yunan fəlsəfəöncəsi dövrü
(e. ə. VII yüzilliyə qədər)

Orfizm  • Homer  • Hesiod  • Ferekid  • Yeddi yunan müdriki  • Epixarm

Qədim yunan fəlsəfəsi
(e. ə. VII–IV yüzilliklər)
Müstəqil filosoflar
Heraklit  • Anaksaqor  • Empedokl
Qədim yunan atomçuları
Levkipp  • Demokrit
Sofistlər

"Böyük" sofistlərProtaqor  • Prodikus  • Qorqias  • Hippias

"Kiçik" sofistlərTrasimaxus  • Likofron  • Kritius  • Alkidamas
Ellinizm dövrünün fəlsəfəsi
(e. ə. IV–I yüzilliklər)
Qədim Roma dövrünün fəlsəfəsi
I–V yüzilliklər
Stoaçılıq

Seneka  • Epiktet  • Mark Avreli  • Siseron

Orta platonizm
Alkinous  • Apuleyus  • Qalen  • Plutarx  • Maksim  • Filon  • Selsus  • Teon
Neoplatonizm

Roma məktəbi → Ammonius Sakkas  • Plotin  • Porfirius  • Amelius
Apameya məktəbi → Yamblix  • Sopater
Perqama məktəbi → Sallustius  • Yulian Avqust
Afina məktəbi → Afinalı Plutarx  • Proklus  • Marinus  • Simplikius  • Damaskius

İskəndəriyyə məktəbi → Hierokles  • Hipatiya  • İoann Filoponus
Antik dini təlimlər

Qnostisizm  • Hermetizm  • Mitraizm
NeopifaqorçuluqApollonius  • Nikomaxus  • Numenius  • Moderatus

Erkən Xristian fəlsəfəsi

Klement  • Origen  • Avqustin Avrelius  • Boesius  • Saxta Dionisius Areopagit

Həyat yolu və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Miladi III yüzillikdə yazıçı Lusius Flavius Filostratus Apolloniusun kimliyinə həsr olunmuş “Tianalı Apolloniusun həyatı” adlı bir roman yazmışdır. Bu roman hərəsində 40 fəsil olan 8 kitabdan ibarətdir. Orada Apolloniusun müxtəlif şəhərlərə səfərləri, onun krallarla, məmurlarla və müdriklərlə görüşləri, dini-fəlsəfi mülahizələri, möcüzələri, sehrbazlığı haqqında söhbət açılmışdır. Sonra o, Romaya qayıtdıqdan sonra imperator Nero tərəfindən təqib olunmuş, ancaq növbəti imperator Vespasianusun zamanında yüksək vəzifəyə yüksəlmişdir. İmperator Domisianusun dövründə isə o yenə də təqib olunmuş və möcüzə göstərərək hamının gözü qarşısında qeyb olmuşdur. Sonra Efesdə peyda olmuş, orada pifaqorçular məktəbini yaratmışdır. Beləliklə, Apollonius filosof kimi deyil, daha çox bir peyğəmbər, sehrbaz, öncədəngörən kimi təsvir olunmuş və antik dünyada bu keyfiyyətləri ilə tanınmışdır.

Bir çox Roma filosofları Apolloniusun həyatını İsa Məsihin həyat yolu ilə müqayisə edib, onun (Apolloniusun) daha da çox peyğəmbərliyə layiq olduğunu iddia edirdilər.[2] Hətta əslində İsanın elə Apollonius olduğunu iddia edənlər də olmuşdur. Bununla da, onlar xristian ehkamlarını təkzib etməyə çalışmışdırlar. Məsələn, Roma filosofu Hierokles yazırdı ki, Apollonius İsadan daha çox möcüzələr göstərmiş, ancaq ondan fərqli olaraq, onu heç kəs tanrı elan etməmişdir. Daha sonra Hieroklesin fikrincə Romada xristianlığı yayan həvari Paulus (Pavlos) və Petrus etibarlı adamlar olmamışdırlar. Digər tərəfdən isə Apolluniusun haqqında məlumat verən Filostratus və Damis isə öz möminlik və doğruluqları ilə xalq arasında tanınmışdırlar. Hieroklesi təkzib etmək üçün kilsə tarixçisi Eusebius Həqiqət sözü (lat. Philalethes logos) əsərini yazmışdır.[3] Üstəlik Apolloniusun ölümündən sonra onun şərəfinə məbədlər tikilmiş, orada insanlar ona tapınmışdırlar. Bütün bunlara görə də sonralar qalib gəlmiş xristianlıq onun kitablarını tonqallarda yandırmış, məbədlərini isə darmadağın etmişdirlər.

Filostratusun romanından belə nəticəyə gəlmək olar ki, Apollonius pifaqorçuluğa xas olan çətin riyazi problemlərlə deyil, daha çox dini və əxlaqi məsələlərə önəm vermişdir. O, ruhların bir bədəndən digərlərinə köçməsinə inanırdı. Eləcə də Apollonius hesab edirdi ki, qanlı qurbanların kəsilməsi, ətin yeyilməsi, çaxırın içilməsi, ailə həyatı müdrik insana yaraşmayan əməllərdir. Həyatın mənası Tanrını anlamaq, onu duymaqdır. Onun fikrincə bütün dinlərdə həqiqət vardır və onların hamısı Tanrıya aparan yollardır. Bununla belə, o tanrılar haqqında yunan və Misir xalq dinində olan ibtidai təsəvvürləri də pisləyirdi. Apollonius öz həyat yolunu mömin insanın örnəyi kimi təqdim edirdi.

  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 237-239. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 237-239. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
  • Maria Dzielska. Apollonius of Tyana in Legend and History, Roma 1986.
  • Филострат Ф. Жизнь Аполлония Тианского, перевод и комментарии Е. Г. Рабинович, М.: Наука, 1985.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Perseus Digital Library. 1987.
  2. Ранович А. Б. Первоисточники по истории раннего Христианства. Античные критики Христианства Arxivləşdirilib 2020-12-02 at the Wayback Machine. М.: Политиздат, 1990, c. 393.
  3. Ранович А. Б. Первоисточники по истории раннего Христианства. Античные критики Христианства Arxivləşdirilib 2020-12-02 at the Wayback Machine. М.: Политиздат, 1990, c. 393-394