Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
ARTE
ARTE (fr. Association relative à la télé européenne) — Fransa və Almaniyanın ortaq televiziya kanalı Mərkəzi Strasburqda yerləşir. ARTE kanalı Avropanın əksər ölkələrində 14 fərqli dildə yayımlanır.
Arze
Arze (fr. Arzay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kot-Sent-Andre kantonuna daxildir. Kommunanın dairəsi — Vyenn. INSEE kodu — 38016. Kommunanın 1999-cu il üçün əhalisi 169 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 560 ilə 2064 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 45 km cənub-şərqdə, Qrenobldan 55 km şimal-qərbdə yerləşir.
Arxe
Arxe (q.yun. ἀρχή — "başlanğıc, təməl, mənşə; birinci səbəb, prinsip") — Sokrataqədərki qədim yunan fəlsəfəsində dünyanın əsasını təşkil edən birinci prinsip, ilkin substansiya, ilkin element. Aristotel bu termindən ilk filosofların təlimlərini xarakterizə etmək üçün istifadə etmişdir. Fales üçün su arxe rolunda çıxış edir (ən "formasız" maddə, element kimi). Anaksimandrda arxe — apeyrondur (q.yun. ἄπειρον — hüdudsuz və ya qeyri-müəyyən) — hər hansı konkret bir şey olmayan, özlüyündə "heç nə" olan, lakin dörd elementi və müəyyən şeylərin bütöv bir dünyasını doğuran birinci element. Anaksimendə arxe "qeyri-müəyyən hava"dır (q.yun. ἀήρ ἄπειρος — aer (və ya airos) apeiros). Onun fikrincə, hava həm qeyri-müəyyən, həm də müəyyəndir. Konsepsiya ziddiyyəti izah etmək cəhdi kimi ortaya çıxmışdır: əsas prinsip müəyyən bir şey olmamalıdır ki, hər şey ondan qaynaqlana bilsin (axı, müxtəlif şeylər müxtəlif müəyyənliklərə malikdir, çox vaxt bir-birinə ziddir, məsələn, soyuq və isti), lakin müəyyən bir şeydən nəyinsə yarana bilməsi üçün bu bir şeyin artıq bir növ əminliyi olmalıdır.
Arne
Arne — ad. Arne Tiselius — isveç kimyaçısı. Arne Jensen — Tonqalı oxatan.
ARB
Azerbaijan Republic Broadcaster və ya qısaca ARB — 10 may 2014-cü il tarixində Bakı şəhərində yayıma başlayan 10-cu ümumrespublika televiziya kanalı. == Tarixçə == 14 mart 2014-cü il tarixində "ARB" televiziya şirkəti Milli Televiziya və Radio Şurasının keçirdiyi tenderin nəticələrinə əsasən Azərbaycan üzrə yayım hüququ əldə edib. Beləliklə də, ölkə üzrə yayımlanan ümumrespublika televiziya kanallarının sayı 10-a çatıb. "ARB" televiziya kanalı müstəqil regional telekanallar – Kəpəz TV (Gəncə), ARB Şimal (Xaçmaz), ARB Cənub (Lənkəran), EL TV (Yevlax), Kanal-S (Şəki) və ARB 24-ün (Bakı) birgə yaratdığı Azərbaycanda ilk televiziya şəbəkəsidir. "ARB" Bakı və Abşeron yarımadası ərazisində 37-ci tezlikdə (11 sektor) yayımlanır. Bölgələrdə isə yayım regional telekanalların — ARB Kəpəz, ARB Şimal, ARB Cənub, ARB Aran və ARB Şəki-nin siqnalları vasitəsilə həyata keçirilir. Açıq yayımla yanaşı ARB, Azərbaycanın ilk peyki olan Azerspace 1-in Avropa seqmentində, kabel televiziyası və internet şəbəkəsi vasitəsilə də yayımlanır. "ARB"-nin yayım və proqram mərkəzi Kəpəz TV-in bazasında yaradılıb və Gəncə şəhərində yerləşir. Mərkəzi xəbər aparatı Azərbaycanın xəbər kanalı — ARB 24-ün əsasında yaradılıb. "ARB"-də yayımlanacaq bütün veriliş və buraxılışlar həm regional telekanallarda, həm də Bakıda yerləşən xüsusi telestudiyada hazırlanır.
Are
Are və ya Aare (alm. Aare‎, fr. Aar) — İsveçrədə çay. Reyn çayının sol qolu. Uzunluğu 295 km, hövzəsinin sahəsi təqribən 17,8 mun kv. kilometrdir. Bern Alp dağlarındakı Aare buzlaqlarından başlanır. Tun gölünədək gəmiçiliyə yararlıdır. Aşağı axınında orta illik su sərfi saniyədə 560 kub metrdir. Aare çayı boyunca çoxlu Su Elektrik Stansiyaları var.
A.Arber
Aqnes Robertson Arber (ing. Agnes Robertson Arber; 23 fevral 1879[…] – 22 mart 1960[…], Kembric) — Böyük Britaniya botaniki.. == Elmi fəaliyyəti == Aqnes Robertson Arber toxumlu bitkilər üzrə (kələmkimilər) ixtisaslaşmışdır. == Əsərləri == Arber, A. (1912). "Herbals: their origin and evolution. A chapter in the history of botany, 1470–1670". Cambridge: Cambridge University Press. Arber, A. Water Plants: A Study of Aquatic Angiosperms (ing.). — Cambridge, 1920. Arber, A. The Gramineae (q.müəy.).
Abbe refraktometri
Abbe Refraktometr — maye və bərk mühitlərin sınma əmsalını ölçmək üçün vizual optik cihazdır. Onun fəaliyyəti işığın kiçik sınma əmsalı n 1 mühitdən böyük sınma əmsalı n 2 mühitə yayılması zamanı tədqiq olunan qeyri-şəffaf mühit halında tam daxili əks olunma, ya da şəffaf mühitlər halında (tədqiq olunan və məlum) müstəvi ayrılma hüdud sınma bcağının ölçülməsinə əsaslanır. Hər iki üsulda sınma qanunu istifadə olunur. n1 sin i 1 = n 2 sin i 2 (i1 düşmə bucağı, i 2 sınma bucağı). Abbe refraktometr iki düzbucaqlı şüa prizmadan sınma əmsallı n2 = 1,7 (natriumun sarı xətti ʎd = 589,3 nm) üçün prizması cilalanmış hipotenuz tərəfli və tutqunlaşdırılmış hipotenuz tərəfli köməkçi açılan prizmadan 2, müşahidə borusu, hesablama şkalası, xüsusi kompensatordan 6 ibarətdir. Tədqiq olunan mayelər prizmanın hipotenuz tərəfləri arasındakı aralıqda (0,1 mm ətrafında) yerləşdirilir. Bərk şəffaf nümunələr bir cilalanmış müstəvi tərəfə malik olmalıdır, yan tərəflərdən biri isə cilalanmış tərəfə perpendikulyar olmalıdır. Nümunələrə cilalanmış tərəflə ölçü prizmasının hipotenuz tərəfinə sıxlırlar (açılmış köməkçi prizmalar zamanı), onlar arasındakı aralığa (deşiyə(isə sınma əmsalı nə olan immersiya mayesinin damcıları daxil edilir ki, onun n1 < nə < n2 (adətən nə= 1,66 olan monobromnaftalin) şərti ödənilsin. Şəffaf maye mühitlərinin ölçülməsində işıq, mühitin ayrılması sərhəddində köməkçi prizmanın kiçik katetindən keçərək istiqamətlənir (keçən işıqda ölçmə), qeyri-şəffaf mühit halında isə prizmasıının tutqun tərəfi onun böyük kateti (əks olunan işıqda ölçmə) işıqlandırılır. Borunun görmə sahəsində işıqlı və tutqun sahələrin ayrılma xəttlərinin çarpaz birləşməsində şkalada bilavasitə n-nin qiyməti hesablanır.
Abbe ədədi
Abbe ədədi – optik şüaların dispersiyasını xarakterizə edən kəmiyyətdir. Abbe ədədi ʋ ilə işarə olunur. ʋ-nin ədədi qiymətləri şüşənin tərkibindən asılıdır. Kiçik dispersialı optik şüşələr üçüm 60-70-dən (məsələn: silikat, kron), böyük dispersiyalı şüşələr üçün 20-40-a dək (məsələn: ağır flint) dəyişir. Abbe ədədi optik sistemlərin hesablanması üçün lazımlıdır. Bu kəmiyyət optik şüşələrin bütün kataloqlarında verilir. == İstinadlar == Depman İ.Y. "Ernst Abbe (1840-1905)" "Природа", 1940. №1 Пудоровский А.И., "Теория оптических приборов", т.1, 2 изд., М.-Л., 1948.
Agnes Arber
Aqnes Robertson Arber (ing. Agnes Robertson Arber; 23 fevral 1879[…] – 22 mart 1960[…], Kembric) — Böyük Britaniya botaniki.. == Elmi fəaliyyəti == Aqnes Robertson Arber toxumlu bitkilər üzrə (kələmkimilər) ixtisaslaşmışdır. == Əsərləri == Arber, A. (1912). "Herbals: their origin and evolution. A chapter in the history of botany, 1470–1670". Cambridge: Cambridge University Press. Arber, A. Water Plants: A Study of Aquatic Angiosperms (ing.). — Cambridge, 1920. Arber, A. The Gramineae (q.müəy.).
Anton Ajbe
Anton Ajbe (30 may 1862[…], Krayna[d] – 6 avqust 1905, Münxen) — Sloveniya rəssamı və pedaqoqu. == Yaradıcılığı == Vyana və Münxen Rəssamlıq Akademiyasını oxumuşdur. Realist əsərlərin müəllifidir Avtoportret (1890), Zənci qadın (1895) tanınmış əsərləridir. 1891-ci ildə Münxendə şəxsi rəssamlıq məktəbini açmışdır. Sloven impressionistlərindən İ. Qroxar, M. Yama, çex boyarı L. Kuba, həmçinin İ. E. Qrabar, V. V. Kandinski, serb rəssamı Nadejda Petroviç və b. Anton Ajbenin şagirdi olmuşdur.
Arbel dağı
Arbel (ivr. ‏הר ארבל‏‎) — İsrail ərazisində yerləşən dağ və milli park . Dağ ölkənin Aşağı Qaliley bölgəsinə aiddir. Arbel dağı Tiberiya şəhərindən şimal-qərbdə, Arbel vadisindən isə şimalda yerləşir. Arbel dağının dəniz səviyyəsində hündürlüyü 181 metrdir. Ölü dənizin səviyyəsindən olan hündürlük isə 390 metrdir. Dağı əhatə edən ərazinin böyük hissəsi dəniz səviyyəsindən aşağıdadır. Zirvədə yerləşən müşahidə meydançasından bütün Qalileya, Qolan təpələri, eləcə də Safed, Tiberiya və Ölü dənizin böyük bir qismi görsənir. Arbel dağında dört kənd yerləşir: Kfar-Zaytim, Arbel, Kfar-Hittim və Mispa. == Tarixi == Arbel dağı yaxınlığında qədim yəhudi sinaqoqu yerləşir ki, tarixi e.ə.
Arbi Mamakayev
Arbi Şəmsədinoviç Mamakayev (çeç. Мамакаев Iарби Шамсудди-кӏант;2 dekabr 1918, Nadtereçnoye, Terek vilayəti – 24 avqust 1958) — Çeçen sovet yazıçısı, tərcüməçi, çeçen ədəbiyyatının klassiki olan Vaynax ədəbiyyatının banilərindən biri. == Həyatı == Arbi Mamakayev 1918-ci il dekabrın 2-də Aşağı Naur kəndində kəndli ailəsində anadan olub. Erkən yaşlarınan atasız və anasız qalıb. Sernovodsk kəndindəki uşaq evində tərbiyə alıb, sonra fəhlə fakültəsində oxuyub. 1930-cu illərdə o, "Leninski put" qəzetində və radioda işləməyə başlayıb, dramaturqlar kursuna daxil olub. Ərbi Mamakayevin ilk şeirləri 1934-cü ildə çap olunub. "Terekin dalğaları" adlı ilk toplusu 1940-cı ildə nəşr edilib. Şairin ən məşhur əsərlərindən biri də "Əslaq və Səlixət" poemasıdır. 1941-ci ildə danon ilə o, ilk dəfə əksinqilabi fəaliyyətdə ittiham edilərək həbs edilərək, altı ay həbsdə saxlanılıb.
Arbi Osmanov
Arbi Osmanov (7 noyabr 1942) — Çeçen yazıçı və şair, tərcüməçi, dramaturq. Çeçenistan və Rusiya Yazıçılar Birliyinin üzvü, Çeçenistanın Əməkdar Mədəniyyət İşçisi, Çeçenistan Respublikası Başçısı yanında Mədəniyyət Şurasının sədri, Çeçenistan Respublikasının Fəxri Vətəndaşı. == Bioqrafiya == 7 noyabr 1942-ci ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası, Çeberloyev rayonu, Boqaçeroi kəndində anadan olmuşdur. Atası doğulmazdan bir qədər əvvəl cəbhədə itkin düşür. 23 fevral 1944-cü ildə digər çeçenlərlə birlikdə deportasiya edilir. Sürgün illərində Arbi kolxozunda, daha sonra Qazaxıstan SSR, Taldı-Kurqan vilayəti, Taldı-Kurqan rayonu, Kirovskoye kəndində yaşayır. 1960-cı ildə Kirov orta məktəbini bitirir. Məktəbi bitirdikdən sonra vətənə qayıdır. 1960-cı ildə Çeçen-İnquş Pedaqoji İnstitutuna daxil olur. Bir il sonra qiyabi şöbəyə keçir və Qroznı rayonunda Komsomolsk orta məktəbində ibtidai sinif müəllimi olaraq işə başlayır.
Arne Jensen
Arne Jensen (25 fevral 1998) — Tonqalı oxatan. Arne Jensen Tonqanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Arne Jensen birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Niderlandın nümayəndəsi Sjef van den Berg ilə üz-üzə gəldi. Həmin görüşdə Arne Jensen rəqibinə 3:7 hesabı ilə uduzdu.
Arne Tiselius
Arne Tiselius (10 avqust 1902[…], Stokholm – 29 oktyabr 1971[…]) — isveç kimyaçısı. == Həyatı == İsveç kimyaçısı Arne Vilhelm Kaurin Tiselius 1902-ci ilin avqustun 10-da Stokholmda anadan olmuşdur. 1925-ci ildə Upsal universitetini bitirmişdir. Həmin universitetdə işləmiş, 1938-ci ildən professor vəzifəsində çalışmış, 1951-ci ildən biokimya institutunun direktoru olmuşdur. 1946-1950-ci illərdə təbiət elmləri sahəsində tədqiqatlar sahəsində İsveç dövlət şurasının sədri olmuşdur. O, 1971-ci ilin oktyabrın 29-da vəfat etmişdir. == Elmi fəaliyyəti == Əsas elmi işləri adsorbsiya və elektroforezə həsr olunmuşdur. 1931-1935-ci illərdə frontal adsorbsiyalı xromatoqrafiya üsulunu yaratmışdır. Bu üsulun köməyi ilə aminturşular, peptidlər, karbohidratlardan ibarət qarışığın keyfiyyət və miqdari analizini apara bilmişdir. 1935-ci ildə elektroforez sahəsində apardığı tədqiqatlar nəticəsində biokalloidlərin müxtəlif modifikasiyalı elektroforetik analizini işləyib hazırlamışdır (mikroelektroforez, kağız üzərində elektroforez, immunoelektroforez).
Arte (manqa)
Arte (Yapon. アルテ, Hepburn: Arute) — Kei Ohkubo tərəfindən yazılmış Yapon manqa seriyasıdır. O, 2013-cü ilin oktyabr ayından Tokuma Şotenin seinen manqa jurnalı Monthly Comic Zenon-da seriallaşdırılıb. O, on altı tankobon cildində toplanmışdır. Manqa Şimali Amerikada Media Do tərəfindən lisenziyalaşdırılıb. Seven Arcs tərəfindən 2020-ci ilin aprelindən iyun ayına qədər televiziya seriyası yayımlandı. == Mövzu == 16-cı əsrin əvvəllərində İtaliyanın Florensiya şəhərində Arte varlı, lakin iflasa uğramış Spalletti ailəsinin yeganə qızıdır. Uşaqlıqdan Artenin qeyri-adi rəssamlıq istedadı olduğunu sübut etdi, lakin atası öldükdən sonra anası onu sənət sevgisindən əl çəkməyə və mümkün qədər tez evlənmək üçün varlı bir gənc tapmağa məcbur edir. Ancaq Arte xəyallarından əl çəkmir və dövrünün inancının əksinə olaraq, bir gün özünün də ustad rəssam olacağı ümidi ilə birlikdə işləmək üçün ustad rəssam axtarmağa başlayır. Onun güclü qətiyyəti gənc tanınmış rəssam Leonun diqqətini çəkir və nəticədə onu şagirdi kimi qəbul edir.
Arye Qut
Arye Qut (2 iyun 1975, Bakı – 20 sentyabr 2022) — "Cəmiyyət üçün beynəlxalq layihələr" təşkilatının başçısı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, siyasi analitik, The Jerusalem Post qəzetinin siyasi şərhçisi. == Həyat və fəaliyyəti == Arye Qut 2 iyun 1975-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsini Fərqlənmə diplomu ilə bitirib. Sonra müəllimlik təcrübəsi keçmək məqsədi ilə İtaliyanın Genova Universitetinə göndərilib. Üç il ərzində Bakı Dövlət Universitetinin ən gənc müəllimlərindən biri idi. Beynəlxalq münasibətlər sahəsində magistr elmi dərəcəsi var. Arye Qut azərbaycan, rus, ingilis, ivrit, türk və alman dillərində sərbəst danışır. 2000-ci ildə İsrail Dövlətinə köçüb. 2002–2009-cu illər ərzində Arye Qut tanınmış "GİLRO LTD" İsrail şirkətində idxal-ixrac departamentin rəhbəri çalışıb. 2007–2009-cu illərdə Arye Qut Türkiyənin İsraildəki səfiri Namiq Tanın siyasi müşaviri vəzifəsində çalışıb.
Ernst Abbe
Ernst Karl Abbe (d. 23 yanvar 1840, Eisenach - ö. 14 yanvar 1905, Jena) alman fiziki və sənayeçisi. 1861-ci ildən başlayaraq Göttingen Universitetində nəzəri fizika professoru və rəsədxana idarəçiliyi edən Ernst Abbe, Karl Zeiss ilə birgə fəaliyyət göstərirdi. (1875), Karl Zeiss vəfat edəndən sonra, optik cihazlar istehsal edən şirkətin rəhbərliyini üstünə götürdü. Mikroskopun klassik qaydasını ortaya atdı. Qırılma qanunları vasitəsilə mikroskopun seçmə gücünü hesabladı (1877). Abbe sinuslar bağlantısını ortaya qoydu.
Lez-Abre
Lez-Abre (fr. Les Abrets) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Şartryoz-Qye kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38001. Kommunanın 2012-ci il üçün əhalisi 3607 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 261 ilə 434 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 65 km cənub-şərqdə, Qrenobldan 45 km şimal-qərbdə yerləşir.
Luis Arse
Luis Alberto Arse Katakora (isp. Luis Alberto Arce Catacora; 28 sentyabr 1963, La-Pas) — 2020-ci ildən etibarən Boliviyanın 67-ci Prezidenti vəzifəsində çalışan Bolivya siyasətçisi. Arse La-Pasda anadan olub. 1984-cü ildə La-Pazdakı Bank Təhsili İnstitutundan mühasib olaraq məzun olub, San Andres Ali Universitetində və İngiltərədəki Uorvik Universitetində iqtisadiyyat dərəcəsi alıb. 1990-cı illərin çox hissəsini dövlət məmuru olaraq bir-birinin ardınca dövlət postlarında və müxtəlif universitetlərdə iqtisadiyyat müəllimi olaraq keçirdi. 2006-cı ildə yeni seçilmiş Prezident Evo Morales tərəfindən Maliyyə Naziri təyin edildi. Arse Boliviyada iqtisadi yüksəliş dövrünə nəzarət etdi və SUH üzvü olaraq texnokrat olduğu üçün şöhrət qazandı. Arse ilk turda səslərin 55.1%-i aldığı 2020-ci il ümumi seçkilərində Sosializm Hərəkatından prezidentliyə namizəd olaraq seçildi. == Həyatı == Luis Arse 28 sentyabr 1963-cü ildə La-Pasda anadan olub. Hər iki valideyni müəllimdir, Karlos Arse Qonzales və Olqa Katakoranın oğludur.
İrbe boğazı
İrbe boğazı(est. Kura kurk, latış. Irbes jūras šaurums‎) - Sirvesyaer yarımadasını (Saaremaa adası Estoniya) Kurzem yarımadasından (Latviya) ayırır. İki dövlətin sərhəddini təşkil edir. Əsas limanı Ventspilsdir. Sərt qış ayları boğaz donur. 1915-ci ilin 8 avqustunda Birinci Dünya Müharibəsinin qanlı dəniz döyüşlərindən biri baş vermişdir. Belə ki, Rusiya donanmasının Slava , Alman donanmasının isə Nassay və Rozet gəmiləri arasında baş vermişdir. Eni 33 km, uzunluğu 65 km təşkil edir.
Abbe Ernst və Abbe ədədi haqqında
Abbe ədədi – optik şüaların dispersiyasını xarakterizə edən kəmiyyətdir. Abbe ədədi ʋ ilə işarə olunur. ʋ-nin ədədi qiymətləri şüşənin tərkibindən asılıdır. Kiçik dispersialı optik şüşələr üçüm 60-70-dən (məsələn: silikat, kron), böyük dispersiyalı şüşələr üçün 20-40-a dək (məsələn: ağır flint) dəyişir. Abbe ədədi optik sistemlərin hesablanması üçün lazımlıdır. Bu kəmiyyət optik şüşələrin bütün kataloqlarında verilir. == İstinadlar == Depman İ.Y. "Ernst Abbe (1840-1905)" "Природа", 1940. №1 Пудоровский А.И., "Теория оптических приборов", т.1, 2 изд., М.-Л., 1948.
Hiroyuki Abe
Hiroyuki Abe (5 iyul 1989, Nara) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Kobo Abe
Kobo Abe (əsl adı — Kimifusa Abe — yap. 安部公房; 7 mart 1924[…], Kita, Tokio – 22 yanvar 1993[…], Tokio) — yapon yazıçı, dramaturq və ssenaristi. İkinci dünya müharibəsindən sonra yaranmış yapon avanqardizminin əsas nümayəndəsi. Yaradıcılığının əsas mövzusu insanın kimliyinin müasir dünyada axtarışıdır. "Qumluqdakı qadın", "Yad sima", "Yandırılmış xəritə" romanları əsasında, 1960-cı illərdə Xirosi Tesiqaxaranın rejissorluğu ilə filmlər çəkilmişdir. == Həyatı == Yazıçı, uşaqlığını 1940-cı ildə orta məktəbi bitirdiyi Mançuriyada keçirdi. Yaponiyaya qayıtdıqdan sonra, orta təhsilini Seijou məktəbində aldıqdan sonra, 1943-cü ildə Tokyo İmperator Universitetinin Tibb fakültəsinə daxil oldu. Hələ tələbə ikən, 1947-ci ildə, gələcəkdə Abe'nin kitablarının dizaynında və teatr əsərləri üçün dekorasiyada əhəmiyyətli rol oynayacaq sənətçi Mati Abe ilə evləndi. 1948-ci ildə Abe universiteti bitirdi, lakin imtahanında yaxşı nəticə göstərə bilmədiyi üçün, faktiki olaraq praktik həkim olmaq fürsətini itirdi. == Yaradıcılığı == Ən məşhur əsərləri: "Qumluqdakı qadın" (1962), "Yad sima", "Yandırılmış xəritə", "Qutu adam".
.срб
.срб (.xn--90a3ac) — Yuxarı səviyyəli kiril əlifbasında olan Serbiyanın milli domeni. İnternetdə kiril əlifbasında yazılmış ikinci domen. (birinci .рф) . Domen 3 may 2011-ci ildə işə salınmışdı . Domen adlarının qeydiyyat prosesi 27 yanvar 2012-ci ildə başladı.. Bu zonada birinci qeyd edilmiş domen "рнидс.срб" oldu — (Serb milli domen registratoru).
Аpе
Ape (latış. ‎) — Latviyada şəhər, əhalisi 1.8 min nəfərdir. Riqadan 177 km. şimali-şərqdə, Estoniya sərhəddinin yaxınlığındadır. Estonca adı Hopadır.