ABDULŞİR
ABI
OBASTAN VİKİ
Abel Aqanbekyan
Abel Aqanbekyan və ya Abel Aqanbeqyan (erm. Աբել Գյոզի Աղանբեկյան, rus. Абел Гезевич Аганбегян; 8 oktyabr 1932[…] və ya 1932, Tiflis) — Ermənistan və Rusiya alimi, iqtisadiyyat elmləri doktoru, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, yenidənqurma illərində Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri. Abel Aqanbekyan 8 oktyabr 1932–ci ildə Tbilisidə anadan olmuşdur. 1955-ci ildə Moskva dövlət iqtisadiyyat institutunu bitirmiş, Moskvada müxtəlif elmi vəzifələrdə çalışmışdır. "Eko" jurnalının baş redaktoru həmçinin "Elm və Həyat" jurnalının redaksiya heyətinin üzvü olmuşdur. 1989–2002–ci illər ərzində, Rusiya hökuməti nəzdində Xalq təsərrüfatı akademiyasının rektoru vəzifəsində çalışmışdır. == Siyasi fəaliyyəti == Aqanbekyan 1980–ci illərin sonunda Moskvada erməni lobbisinin ən güclü nümayəndələrindən biri idi. Abel Aqanbekyan erməni millətçilərinin 80–ci illərin sonunda Dağlıq Qarabağı Azərbaycandan qoparmaq üçün başlatdıqları "Miatsum" hərəkatının görkəmli nümayəndələrindən biridir. Aqanbekyan, 1987–ci ilin noyabrında Parisdə Fransa Erməni institutunun və Erməni veteranlar assosiasiyasının onun şərəfinə təşkil etdiyi tədbirdə Qarabağ barədə bu sözləri demişdir: "Mən bir iqtisadçı kimi hesab edirəm ki, Qarabağ iqtisadi cəhətdən daha çox Ermənistana bağlıdır, nəinki Azərbaycana".
Abel Makaşvili
Abel Makaşvili (gürc. აბელ მაყაშვილი) və ya Avel Makayev (rus. Авель Макаев) — rus, gürcü və azərbaycanlı hərbçi, Rusiya İmperator Ordusunun general-mayoru. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Gəncə hərbi məktəbinin direktoru. == Erkən illəri == Abel Makaşvili 1860-cı il iyunun 6-da anadan olub. O, gürcü zadəgan nəslindən çıxmışdı. Ümumi təhsilini Yelizavetqrad hərbi progimnaziyasında alıb. == Hərbi karyerasının başlanğıcı == 11 avqust 1877-ci ildə hərbi xidmətə başlamışdır. Kazan piyada yunker məktəbini bitirdikdən sonra, 1880-ci il noyabrın 30-da praporşik kimi 164-cü Zaqatala piyada alayına göndәrilib. 17 dekabr 1881-ci ildə podporuçik, 17 dekabr 1885-ci ildə poruçik, 15 mart 1890-cı ildə isə ştabs-kapitan rütbəsinə yüksəlmişdir.
Abel Məhərrəmov
Abel Məmmədəli oğlu Məhərrəmov (5 yanvar 1950, Ağdam) — BDU-nun keçmiş rektoru (1999–2018), Azərbaycan Respublikası Milli Məclisinin sabiq III (2005–2010) və IV (2010–2015) çağırış deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, kimyaçı alim, BDU-nun üzvi kimya kafedrasının müdiri. == Həyatı == Abel Məhərrəmov 1950-ci il yanvarın 5-də Ağdam şəhərində anadan olmuşdur. Atası Məmmədəli Məhərrəmov riyaziyyatçı olub. Oğlu anadan olanda adını Norveç riyaziyyatçısı Nils Abelin şərəfinə Abel qoymuşdur. 1966-cı ildə Amasiya rayonunun Güllübulaq kənd orta məktəbini qızıl medalla bitirdikdən sonra, həmin il Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə qəbul olmuş və oranı 1971-ci ildə əla qiymətlərlə başa vurmuşdur. Universiteti bitirdikdən sonra təyinatla Ümümittifaq Olefinlər Elmi-Tədqiqat İnstitutunda operator, sonra isə mühəndis vəzifəsində çalışmışdır. 1973-cü ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetində "Üzvi kimya" ixtisası üzrə əyani aspiranturaya daxil olmuşdur. 1976-cı ildə akademik N. S. Zefirovun rəhbərliyi altında "İkiqat rabitələrə birləşmə reaksiyalarında sulfenxloridlərin elektrofilliyinin artırılmasının yeni metodu" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1991-ci ildən "Alkenlərin, üçüzvlü karbo və heterotsiklik birləşmələrin elektrofil reaksiyaları əsasında yeni sintetik yanaşmalar" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir və həmin ildən "Üzvi kimya" kafedrasının professorudur. 15 noyabr 2018-ci ildə Abel Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.
Abel Tasman
Abel Tasman (ing. Abel Janszoon Tasman) - Avstraliya və Okeaniya ərazilərini tam dövrə vurmuş və Yeni Zelandiyaya gəlmiş ilk avropalı səyyah. Abel Tasman Yeni Zelandiyanı 1642-ci ilin 15 aprel tarixində kəşf etmişdir. Avstraliyanın cənubunda yerləşən Tasmaniya adası, Tasmaniya dənizi, səyyahın şərəfinə adlandırılmışdır.
Abel cəmi
λ = {λ0, λ1, λ2, …} sonsuza istiqamətlənmiş artan bir ardıcıllıq olarsa və λ0 ≥ 0 olduğunda, əgər λn = n şərti ödənərsə, Abel cəmi metodu əldə edilə bilir. Burada f ( x ) = ∑ n = 0 ∞ a n exp ⁡ ( − n x ) = ∑ n = 0 ∞ a n z n , {\displaystyle f(x)=\sum _{n=0}^{\infty }a_{n}\exp(-nx)=\sum _{n=0}^{\infty }a_{n}z^{n},} Burada z = exp(−x) bərabərliyi mövcud olur. Beləliklə, x müsbət həqiqi ədədlərdən 0-a yaxınlaşdığında ƒ(x)-in limiti z 1-ə aşağıdan yaxınlaşdığında ƒ(z)-nin limitinə bərabər olur. Bu halda Abel cəmi A(s)s A ( s ) = lim z → 1 − ∑ n = 0 ∞ a n z n {\displaystyle A(s)=\lim _{z\rightarrow 1^{-}}\sum _{n=0}^{\infty }a_{n}z^{n}} şəklində təyin edilir. Abel cəmi Sezaro cəmi ilə uyumludur, ancaq ondan daha qüvvətli üsul hesab olunur. Ck(s)-nin təyin edildiyi bütün nöqtələrdə A(s) = Ck(s) bərabərliyi mövcud olur.
Abel mükafatı
Abel mükafatı— bir və ya bir neçə məşhur riyaziyyatçıya Norveç dövləti tərəfindən illik təqdim olunan beynəlxalq mükafatdır. Mükafat 2001-ci ildə Norveç dövləti tərəfindən məşhur Norveç riyaziyyatçısı Nils Abelin şərəfinə adlandırılıb. Abel mükafatı tez-tez riyaziyyatçıların "Nobel mükafatı" kimi təsvir olunur. Mükafatı qazananlara 6 milyon Norveç kronu (təxminən 1 milyon ABŞ dolları) məbləğində pul mükafatı da verilir. Mükafat rəhbərliyi həmçinin Norveç Riyaziyyat Cəmiyyəti tərəfindən idarə olunan Abel simpoziumunu yaradıb. Mükafatın təqdimetmə mərasimi 1947 və 1989-ci illər arasında Nobel sülh mükafatının təqdim olunduğu Norveçin Oslo Universitetinin Hüquq Fakültəsinin Atriumunda keçirilir. Abel mükafatının yaradılması Alfred Nobelin illik mükafatlandırma üzrə planlarına riyazıyyatın daxil olmamasını öyrəndikdən sonra 1899-cu ildə Sofus Li tərəfindən ilk dəfə olaraq təklif olunub. Linin ölümü mükafatın yaradılmasında fasilənin yaranması ilə nəticələnib. 1902-ci ildə mükafatı yaratmaq üçün II Oskar cəhd etsə də, üç il sonra İsveç-Norveç arasında ittifaqın parçalanmasınadək olan əngəllərə görə uğursuz olub.
Klark Abel
Klark Abel (ing. Clarke Abel; 5 sentyabr 1780, Saffolk qraflığı[d] – 24 noyabr 1826, Kanpur, Ost-Hind şirkətinin administrasiyası altında olan Hindistan) — Böyük Britaniya botaniki. == Elmi fəaliyyəti == Klark Abel toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Narrative of a Journey in the Interior of China and of a Voyage to and from that country, in 1816 and 1817 Londres (1818) == Şərəfinə adlandırılmış taksonlar == (Caprifoliaceae) Abelia R.Br. == İstinadlar == == Ədəbiyyat == Абель Кларкъ // Энциклопедический словарь, составленный русскими учёными и литераторами. СПб., 1861. == Xarici keçidlər == Dr. Clarke Abel bio and dwarf trees.
Nils Abel
Nils Henrik Abel (norv. Niels Henrik Abel; 5 avqust 1802[…] – 6 aprel 1829[…]) – Norveç riyaziyyatçısı. Nils Abel pastor ailəsində doğulmuşdur, Kristianiya (indiki Oslo) universitetində təhsil almışdır, Təhslini fəlsəfə elmləri namizədi dərəcəsi ilə bitimişdir. 1822–1823-cü illərin qışında differensial tınliklərin inteqrallanmasına dair böyük elmi iş həyata keçirmiş və bu işinə görə mükafat olaraq ona ölkə xaricində təhsilin davam etdirmık üçün dövlət təqaüdü ayrılmışdır. İlk əvvəl o Berlinə yollanır və 1825-ci ilin sentyabrından 1826-cı ilin fevarlına qədər burada yaşayır. Burada o Avqust Krelemlə tanış olur və Kremel istedadlı norveçlini "Journal fur reine u. angewandte Mathematik" jurnalına işə düzəldir. Onun işi xüsusilə elliptik funksiyalar nəzəriyyəsinə dair idi. Nils Abel Karl Qustav Yakobi ilə bu sahəni nəzəçarpacaq dərəcədə inkişaf etdidir. 1826-cı ilin fevralında Abel İtaliyaya yollanır və bir neçə ayı Venesiyada keçirir.
Norman Abel
Norman Abel (ing. Norman Abeles; 15 aprel 1928, Vyana) — Avstriya əsilli ABŞ psixoloqu. Norman Abel 1928-ci ildə Vyanada anadan olmuşdur. Əvvəlcə Nyu-York Universitetində (1949-cu ildə bakalavr dərəcəsi), sonra Ostin şəhərindəki Texas Universitetində (1952-ci ildə magistr dərəcəsi) təhsil almışdır. 1958-ci ildə həmin universitetdə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 1968-ci ildən Miçiqan Ştat Universitetində psixologiya professorudur. 1997–1998-ci illərdə Amerikan Psixoloqlar Birliyinin prezidenti olmuşdur. Norman Abel həmkarları ilə birlikdə ABŞ-də ən böyük psixoterapevtik audio yazılar arxivini yaratmışdır. Onun tədqiqatı əhvali-ruhiyyə və yaddaş arasındakı qarşılıqlı əlaqənin aspektlərini əhatə edirdi. O, öz işi ilə ABŞ-də peşəkar psixologiyanın inkişafına təsir göstərmişdir.
Otenio Abel
Otenio Lotar Frans Anton Lui Abel (alm. Othenio Lothar Franz Anton Louis Abel‎; 20 iyun 1875[…], Vyana – 4 iyul 1946[…]) — Avstriya paleontoloqu və təkamülçü bioloqu. O, SSRİ EA-nın fizika-riyaziyyat şöbəsinin biologiya elmləri (paleontologiya) kateqoriyası üzrə xarici müxbir üzvü (1927) olmuşdur. Abel 1900-cü ildə Vyanada Milli Geoloji Xidmətdə işə düzəlmiş, 1902-ci ildə dosent olmuşdur. O, 1912–1917-ci illərdə Vyana Universitetində paleontologiya və 1917–1934-cü illərdə paleobiologiya professoru olmuş, sonra 1935-ci ildən Göttingen Universitetinin professoru olmuşdur. O, əsasən paleontoloji məzmunlu çoxlu sayda əsərlərin müəllifidir. Abel "Onurğalıların paleobiologiyasının əsasları" (1912) əsərində fosil onurğalıların həyat tərzini, yəni onların hərəkət rejimini, qidalanma rejimini, yaşayış yeri və s. başa düşməyin yollarını araşdırmışdır. Onun digər əsərlərində də filogenetik və ekoloji problemlər mərkəzi yer tutur. Abelin paleontoloji tədqiqatları ilə bir sıra məməlilərin, xüsusən dəbalinakimilər və sirenlərin filogeniyasına mühüm töhfələr vermişdir.
Rudolf Abel
Rudolf İvanoviç Abel (rus. Рудо́льф Ива́нович А́бель; əsl adı Vilyam Henrixoviç Fişer; rus. Вилья́м Ге́нрихович Фи́шер, ing. William August Fisher; 11 iyul 1903, Nyukasl-apon-Tayn, Nortamberlend qraflığı[d] – 15 noyabr 1971, Moskva) — SSRİ kəşfiyyatçısı, polkovnik. O, 1948-ci ildən ABŞ-də fəaliyyət göstərmiş, 1957-ci ildə həbs olunmuşdur. Abel 10 fevral 1962-ci ildə SSRİ üzərində vurulmuş ABŞ kəşfiyyat təyyarəsinin pilotu Frensis Geri Pauers və 1961-ci ilin avqustunda Şərqi Berlində casusluğa görə həbs edilən amerikalı iqtisadiyyat tələbəsi Frederik Prayorla dəyişdirilmişdir. Vilyam Fişer "SSRİ-nin dövlət təhlükəsizliyinin təmin edilməsində görkəmli xidmətlərinə görə" aşağıdakılarla mükafatlandırılmışdır: üç "Qırmızı bayraq" ordeni "Lenin" ordeni – İkinci Dünya müharibəsi illərindəki fəaliyyətlərinə görə "Qırmızı əmək bayrağı" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı ulduz" ordeni çoxlu medallar. Николай Долгополов. Абель-Фишер. ЖЗЛ, выпуск 1513, Москва, Молодая гвардия, 2011 ISBN 978-5-235-03448-8 Владимир Карпов (составитель).
Eli-Abel Karryer
Eli-Abel Karryer (fr. Élie-Abel Carrière, 4 iyun 1818 – 17 avqust 1896) — fransız botaniki. == Elmi işləri == Jardin fruitier – Fruits à pépins – Poires, 1845. Pépinières, 1855. Traité général des conifères ou description de toutes les espèces et variétés, Carriere, Elie Abel. París. 1855. Entretiens familiers sur l'horticulture, 1860. (Les) Arbres et la civilisation, Carriere, E. A. París. 1860.
Frederik Avqust Abel
Frederik Avqust Abel (ing. Frederick Augustus Abel; 17 iyul 1827, London və ya Vulviç, Böyük London – 6 sentyabr 1902, London, Birləşmiş Krallıq) — İngiltərə kimyaçısı. == Həyatı == Frederik Avqust Abel 17 iyul 1827-ci ildə Vulviçdə anadan olmuşdur. O, Kral Politexnik İnstitutunu bitirmişdir. 1862-ci ildə Vulviçdəki Britaniya Müharibə İdarəsinin kimyəvi laboratoriyasının direktoru kimi Abelə təhlükəsi səbəbindən bu yaxınlarda kontinental Avropanın bütün dövlətlərində rədd edilmiş piroksilinlə bağlı yeni hərtərəfli tədqiqatlar aparmaq tapşırılmışdır. Çox geniş proqram üzrə aparılan tədqiqatlar nəticəsində Abel bu maddənin xassələrini təfərrüatı ilə öyrənə bilmiş, həmçinin onun fabrikdə istehsal üsulunu xeyli təkmilləşdirmişdir. Bunun sayəsində piroksilin dünyada yenidən hərbi məqsədlər üçün istifadə edilmişdir. 1883-cü ildə Abel Vyanada elektrik sərgisində hökumət komissarı idi və oradan qayıtdıqdan sonra zadəgan rütbəsinə yüksəlmişdir. 1877-ci ildə alim London Kral Cəmiyyətinin Kral Medalına layiq görülmüşdür. Frederik Avqust Abel 6 sentyabr 1902-ci ildə Londonda vəfat etmişdir.
Jan-Pyer Abel-Remüza
Jan-Pyer Abel-Remüza(fr. Jean-Pierre Abel-Rémusat; 5 sentyabr 1788, Paris — 2 iyun 1832, orda) — fransız şərqşünası. == Həyatı == Jan-Pyer Abel-Remüza 1788-ci ildə anadan olmuşdur. Əsas etibarilə Çin dilinin tədqiqatçısı kimi tanınır, 1811-ci ildə "Essai sur la langue et la littérature chinoises" və 1813-cü ildə "Recherche historique sur la médecine des Chinois" adlı əsərləri çapdan çıxır. 1814-cü ildə professor adını almışdır. 1816-cı ildə isə Akademiyaya üzv seçilmişdir. 1822-ci ildə Parisdə "Société Asiatique" dərnəyini yaratmışdır və dərnəyin orqanı olan "Journal Asiatique" dərgisini nəşr edir. Remusat "Éléments de la grammaire chinoise" (1822), "Mélanges asiatiques" (1825), "Nouveaux melarşa asiatiques" (1828) elmi əsərlərinin müəllifidir. Türkologiya sahəsində "Recherches sur les langues tartares" (1820) əsəri ilə tanınmışdır. 1822-ci ildə C. L. Spasskinin "Drevnosti Sibiri" adlı elmi əsəri haqqında elmi məqalə hazırlamışdır.
Abel Sançes: bir iztirabın tarixçəsi
== Müəllif == İspaniyada 98 Nəslinin qabaqcıl yazıçılarından, filosof Miqel de Unamuno, roman, esse, hekayə, teatr və müxtəlif şeirlərin müəllifidir. Salamanka Universitetində professor, müxtəlif dövrlərdə üç dəfə rektor olmuşdur. Həyat və yaradıcılığında, doqmatik fikirlərə, faşizmə qarşı mövqe ortaya qoymuş, bu səbəbdən Primo de Rivera rejimi tərəfindən sürgün edilmişdir. İkinci Respublika zamanı Salamankadan millət vəkili seçilmişdir. Frankist hərəkat zamanı əvvəlcə üsyana dəstək versə də, sonradan baş verənlər onu məyus etmiş və bu qərarından peşman olduğunu açıqca bildirmişdir. 1936-cı ildə General Frankonun qərarıyla ev həbsinə alınmış, qısa müddət sonra isə evində vəfat etmişdir. XX əsrdə Avropada, ekzistensializm fəlsəfəsinin qabaqcıl təmsilçilərindən sayılan Unamuno Tanrı, inanclar, insan mənəviyyatı və xarakteri kimi bəşəri yüklü mövzuları öz əsərlərində oxucularına çatdırmışdır. == Əsər == Uşaqlıqdan bəri bir-birlərini tanıyan, birlikdə böyümüş iki dost — Abel və Xoakin arasında gənclik illərində yaranmış davranış, xasiyyət fərqi, daha sonra isə Abelin Xoakinin sevdiyi bir qızla, Xoakinin qohumu Elena ilə evlənməyi, Xoakində Abelə qarşı dərin bir kin, nifrət duyğusu yaradır. Xoakinə görə Abel gizli gizli Xuakinin ağlını, dərrakəsini, bacarıqlarını bəyənmir, ona üstdən aşağı baxır və paxıllıq edir. Abel rəssam, Xoakin isə həkimdir və hər ikisi öz peşələrində olduqca uğurludur.
Abel ortalamaları
λ = {λ0, λ1, λ2, ...} sonsuza istiqamətlənmiş artan bir ardıcıllıq olarsa və λ0 ≥ 0 şərti ödənərsə, f ( x ) = ∑ n = 0 ∞ a n exp ⁡ ( − λ n x ) {\displaystyle f(x)=\sum _{n=0}^{\infty }a_{n}\exp(-\lambda _{n}x)} cəmi bütün x müsbət həqiqi ədədlər üçün yığıla bilirsə Abel ortalaması Aλ aşağıdakı şəkildə ifadə edilə bilər: A λ ( s ) = lim x → 0 + f ( x ) {\displaystyle A_{\lambda }(s)=\lim _{x\rightarrow 0^{+}}f(x)} Bu növ ardıcılıqlar ümümi olaraq Dirixlet silsilələri adlandırılır.
Abel çoxhədliləri
Abel çoxhədlisi çoxhədli ardıcıllığının bir formasıdır.n-ci həddə bağlı forma aşağıda verilmişdir. p n ( x ) = x ( x − a n ) n − 1 . {\displaystyle p_{n}(x)=x(x-an)^{n-1}.} Bu ardıcıllıq adını Norveçli riyaziyyatçı olan Nils Henrik Abelin adından almışdır. . == Misallar == a=1 əmsalı üçün və n-in qiymətinin dəyişməsi əsasında aşağıdakı nümunələri almaq olar. p 0 ( x ) = 1 ; {\displaystyle p_{0}(x)=1;} p 1 ( x ) = x ; {\displaystyle p_{1}(x)=x;} p 2 ( x ) = − 2 x + x 2 ; {\displaystyle p_{2}(x)=-2x+x^{2};} p 3 ( x ) = 9 x − 6 x 2 + x 3 ; {\displaystyle p_{3}(x)=9x-6x^{2}+x^{3};} p 4 ( x ) = − 64 x + 48 x 2 − 12 x 3 + x 4 ; {\displaystyle p_{4}(x)=-64x+48x^{2}-12x^{3}+x^{4};} a=2, əmsalı və n-in dəyişməsində çoxhədli p 0 ( x ) = 1 ; {\displaystyle p_{0}(x)=1;} p 1 ( x ) = x ; {\displaystyle p_{1}(x)=x;} p 2 ( x ) = − 4 x + x 2 ; {\displaystyle p_{2}(x)=-4x+x^{2};} p 3 ( x ) = 36 x − 12 x 2 + x 3 ; {\displaystyle p_{3}(x)=36x-12x^{2}+x^{3};} p 4 ( x ) = − 512 x + 192 x 2 − 24 x 3 + x 4 ; {\displaystyle p_{4}(x)=-512x+192x^{2}-24x^{3}+x^{4};} p 5 ( x ) = 10000 x − 4000 x 2 + 600 x 3 − 40 x 4 + x 5 ; {\displaystyle p_{5}(x)=10000x-4000x^{2}+600x^{3}-40x^{4}+x^{5};} p 6 ( x ) = − 248832 x + 103680 x 2 − 17280 x 3 + 1440 x 4 − 60 x 5 + x 6 ; {\displaystyle p_{6}(x)=-248832x+103680x^{2}-17280x^{3}+1440x^{4}-60x^{5}+x^{6};} == İstinadlar == Rota, Gian-Carlo. "All Polynomials of Binomial Type Are Represented by Abel Polynomials". Annali della Scuola Normale Superiore di Pisa - Classe di Scienze Sér. 4. 25 (3–4). 1997: 731–738.
C.Abel
Klark Abel (ing. Clarke Abel; 5 sentyabr 1780, Saffolk qraflığı[d] – 24 noyabr 1826, Kanpur, Ost-Hind şirkətinin administrasiyası altında olan Hindistan) — Böyük Britaniya botaniki. == Elmi fəaliyyəti == Klark Abel toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Narrative of a Journey in the Interior of China and of a Voyage to and from that country, in 1816 and 1817 Londres (1818) == Şərəfinə adlandırılmış taksonlar == (Caprifoliaceae) Abelia R.Br. == İstinadlar == == Ədəbiyyat == Абель Кларкъ // Энциклопедический словарь, составленный русскими учёными и литераторами. СПб., 1861. == Xarici keçidlər == Dr. Clarke Abel bio and dwarf trees.
Élie Abel Carrière
Eli-Abel Karryer (fr. Élie-Abel Carrière, 4 iyun 1818 – 17 avqust 1896) — fransız botaniki. Jardin fruitier – Fruits à pépins – Poires, 1845. Pépinières, 1855. Traité général des conifères ou description de toutes les espèces et variétés, Carriere, Elie Abel. París. 1855. Entretiens familiers sur l'horticulture, 1860. (Les) Arbres et la civilisation, Carriere, E. A. París. 1860.
Kyell Abell
Kyell Abell (dan. Kjeld Abell; 25 avqust 1901[…] – 5 mart 1961[…], Kopenhagen) — Danimarka dramaturqu, fəlsəfi və simvolik dramın yaradıcısı. == Həyatı == Kyell Abell 25 avqust 1901-ci ildə Danimarkanın Ribe şəhərində anadan olmuşdur. O, 1927-ci ildən teatr rəssamı işləmişdir. Fəlsəfi və simvolik antifaşist pyeslərinin, "İtirilmiş melodiya" (1935), "Anna Sofi Hedviq" (1939), "Silkeborq" (1946) komediyalarının müəllifidir. Onun "Andersen və ya həyatının nağılı" (1955), "Kameliyaların xanımı" (1959) və "Fəryad" (1961) dramları bədbinliklə doludur. == İstinadlar == == Əlavə ədəbiyyat == The Cambridge Guide to Theatre. / ed. by Martin Banham. — Cambridge University Press, 1992.
Ovanes Abelyan
Ovanes Abelyan (erm. Հովհաննես Աբելյան; 23 oktyabr (4 noyabr) 1865, Şamaxı – 1 iyul 1936, İrəvan, Ermənistan SSR, SSRİ) — erməni mənşəli Azərbaycan SSR xalq artisti (1932). 4 noyabr 1865-ci ildə Şamaxıda anadan olmuşdur. Uzun illər Bakı Erməni teatrında səhnə almışdır. 1 iyul 1936-cı ildə İrəvanda vəfat etmişdir.
Pyer Abelar
Pyer Abelyar (fr. Pierre Abélard/Abailard, lat. Petrus Abaelardus;; 1079[…] – 21 aprel 1142[…], Şalon-sür-Son, Burqundiya, Fransa krallığı) – orta əsr Fransa sxolastik filosofu, ilahiyyatçısı, şairi və musiqiçisi. Konseptualizmin yaradıcılarından və nümayəndələrindən biridir. Orta əsrlər fəlsəfəsi üçün səciyyəvi olan universalilərin təbiəti haqqında mübahisədə konseptualizm ideyalarına tərəfdar çıxmış,, Orta əsrlər realizmi ilə mübahisə və diskussiya aparmışdır. Məşhur əsərinin adı "Hə və yox"dur. Katolik kilsəsi onun baxışlarını və fəlsəfi mülahizələrini bidətçi baxışlar adlandırmış və ona qarşı mənfi münasibət bəsləmişdir. Gilson, Etienne. Heloise and Abelard. Ann Arbor: University of Michigan Press.
Pyer Abelyar
Pyer Abelyar (fr. Pierre Abélard/Abailard, lat. Petrus Abaelardus;; 1079[…] – 21 aprel 1142[…], Şalon-sür-Son, Burqundiya, Fransa krallığı) – orta əsr Fransa sxolastik filosofu, ilahiyyatçısı, şairi və musiqiçisi. Konseptualizmin yaradıcılarından və nümayəndələrindən biridir. Orta əsrlər fəlsəfəsi üçün səciyyəvi olan universalilərin təbiəti haqqında mübahisədə konseptualizm ideyalarına tərəfdar çıxmış,, Orta əsrlər realizmi ilə mübahisə və diskussiya aparmışdır. Məşhur əsərinin adı "Hə və yox"dur. Katolik kilsəsi onun baxışlarını və fəlsəfi mülahizələrini bidətçi baxışlar adlandırmış və ona qarşı mənfi münasibət bəsləmişdir. Gilson, Etienne. Heloise and Abelard. Ann Arbor: University of Michigan Press.
Qarri Abelyev
Qarri İzraileviç Abelyev (rus. Га́рри Изра́йлевич А́белев; 10 yanvar 1928, Moskva – 23 dekabr 2013, Moskva) — SSRİ və Rusiya biokimyacı, immunoloq, onkoloq, Rusiya Elmlər Akademiyasının akademiki (2000). Qarri İzraileviç Abelyev 10 yanvar 1928-ci ildə Moskvada anadan olmuşdur. 1945–1950-ci illərdə Moskva Dövlət Universitetinin Biologiya və Torpaq fakültəsinin Bitki biokimyası fakültəsini bitirmişdir. 1950-–-ci illərdə SSRİ Tibb Elmləri Akademiyasının N. F. Qamaleya adına Epidemiologiya və Mikrobiologiya İnstitutunda işləmişdir. O, biokimyəvi şöbəyə hazırlıqçı kimi qəbul edilmişdir, sonra Lev Zilberin şişlərin virusologiyası və immunologiyası şöbəsinə keçmiş, burada laboratoriya müdirinə qədər öz yolunu tutmşdur. Abelyev Zilverin ölümündən sonra şöbəyə rəhbərlik etmişdir. 1964–2006-cı illərdə Moskva Dövlət Universitetinin biologiya fakültəsinin virusologiya kafedrasında immunokimyadan (1964-cü ildən), molekulyar və hüceyrə immunologiyasından (1996-cı ildən) dərs demişdir. 1977-ci ildən N. N. Bloxin adına Rusiya Xərçəng Araşdırma Mərkəzinin İmmunokimya laboratoriyasının müdiri olmuşdur. 1955-ci ildə "Şiş toxumasının müəyyən fraksiyalarının tədqiqi üçün eksperimental materiallar" mövzusunda namizədlik, 1963-cü ildə "Şişlərin antigen quruluşunun ayrı-ayrı antigenlər səviyyəsində tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
Abelardo Rodriges
Abelardo Rodriges Luxan (isp. Abelardo Rodríguez Luján, İspanca tələffüz: [aβeˈlaɾðo ˈele roˈðɾiɣes]; 12 may 1889, Eroyka-Quaymas[d], Sonora – 13 fevral 1967, La-Hoyya[d], Kaliforniya) — Meksika dövlət xadimi, 1932–1934-cü illərdə Meksika Prezidenti. O, Paskual Ortis Rubionun istefasından sonra vəzifəyə başlamışdır. == Həyatı == Sonora ştatının San-Xose-de-Quaymas şəhərində kasıb bir ailədə anadan olmuşdur. O, həyatının ilk illərində dəmir məmulatları mağazasında, mis mədənlərində və peşəkar beysbolçu kimi çalışmışdır. Təhsilini başa vurmadan 1913-cü ildə Meksika inqilabında iştirak etmiş və hərbi karyera qurmuşdur. 1916-cı ildə polkovnik olmuş və 1921-ci ildə Aşağı Kaliforniyanın hərbi komandiri təyin edilmişdir. 1923-cü ildə Aşağı Kaliforniyanın qubernatoru olmuş, 1929-cu ilə qədər bu vəzifəni tutmuş və hərbi komendant olaraq qalmışdır. Bundan bir il sonra o, Aşağı Kaliforniya ştatının qubernatoru, daha sonra 1932-ci ildə prezident Paskual Ortis Rubionun ofisində hərbi şöbənin rəhbəri vəzifəsində çalışmışdır. Ortisin istefasından sonra Rodriges 4 sentyabr 1932-ci ildə prezident postunu tutmuşdur.
Abelia chinensis
Çin abeliyası (lat. Abelia chinensis) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin abeliya cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Çindir. == Botaniki təsviri == Hündürlüyü 2 m-ə çatan, çoxsaylı, gözəl, qırmızımtıl, sallaq zoğlara malik, zərif, yarım həmşəyaşıl koldur. Yarpaqları tünd-yaşıl, oval-ucu bizdir. Uzun müddət ağ ətirli, zəngvari, qırmızı xətli çiçəkləri budaqların uclarında çiçək qruplarına yığılmışdır. İyuldan oktyabr ayınadək çiçəkləyir. == Ekologiyası == Düz günəşli, işıqlı yerlərdə yaxşı bitir. Yazın əvvəlindən payızadək bol suvarılır. Qışda temperatur kəskin aşağı endikdə yarpaqları tökülməyə başlayır.
Abelemis
Əsmə (lat. Anemone) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Bu bitkinin adı yunanca "anemonos" sözündən götürülmüşdür, mənası "külək" deməkdir. Şimal yarımkürəsinin mülayim iqlim zonalarında və rayonlarında bitən əsmənin 120 növü məlumdur. Bitkinin mədəni formalarının 50 növü yaşıllaşdırmada istifadə olunur. Taclı əsmə (A. coronaria) qalın, ətli kökümsovlu, düzgövdəli, kök üstündə olan yarpaqlı, rozetli və tək, iri çiçəklıri olan çoxillik bitkidir. Çiçəklərin rəngi müxtəlif: ağ, çəhrayı, qırmızı, mavi ya da bənövşəyi olur. Əkindən əvvəl əsmənin kök yumrularını isti suda 24 saat islatmaq lazımdır. Əsmənin kök yumrusunu bir neçə hissəyə bölməklə çoxaltmaq olar. Hər hissədə bir tumurcuq olmalıdır.
Abella Deyncer
Abella Deyncer (ing. Abella Danger; 19 noyabr 1995[…], Mayami, Florida, ABŞ) — ABŞ fotomodeli və pornoaktrisası.
Hovannes Abelyan
Hovannes Abelyan (erm. Հովհաննես Աբելյան; 23 oktyabr (4 noyabr) 1865, Şamaxı – 1 iyul 1936, İrəvan, Ermənistan SSR, SSRİ) — erməni mənşəli Azərbaycan SSR xalq artisti (1932). == Həyatı == 4 noyabr 1865-ci ildə Şamaxıda anadan olmuşdur. Uzun illər Bakı Erməni teatrında səhnə almışdır. 1 iyul 1936-cı ildə İrəvanda vəfat etmişdir.