Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Astral rəsmlər
Astral rəsmlər — göy cisimlərinin qədim sənət əsərləri üzərindəki təsvirləri. Astral rəsmlər qayaüstü təsvirlər arasında xüsusilə geniş yayılmışdır. Bu rəsmlər qədim inancları ilə bağlı olmuşdur. Qədim insanlar həyatdakı uğurlarını təmin etmək üçün Göy cisimlərinə sitsyiş etmişdir. Astral rəsmlər arasında Günəş və Ayla bağlı təsvirlər xüsusilə geniş yer tutur. Bəzən qədim qəbir abidələrinin konstruksiyasında astral simvolikaya rastlanır. == Mənbə == Vəli Baxşəliyev. Gəmiqaya təsvirləri, Bakı, 2003.
Astral səyahət
Astral səyahət — insanın bədəndən kənar, ruhi səyahətidir. Əslində bu anlayışın hələ ki, tam izahı yoxdur. Amma ümumi izahati belədir: Biz ruhi və fiziki bədənlərdən ibarətik. Biz yatanda ruhi bədən fiziki bədənimizi tərk edir. Bu həmişə baş verir, lakin biz heç də həmişə astral adlanan zonaya düşə bilmirik. Cadugərlik və ya ekstrasenslikdə üç dünya var: ruhi dünya, astral dünya və fiziki dünya. Qədim dövrlərdə müdriklər fizika barədə çox dərin biliklərə sahib idilər. Onlar dörd əsas ünsürün adını çəkirdilər: torpaq, su, hava və od. Bu dörd ünsürdən başqa onlar bəzən beşinci ünsürün də olduğunu deyirdilər. Ona incə enerji, efir deyilirdi.
Astra
Çayırçiçəyi, aster (lat. Aster) — mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.Astranı çox vaxt kiçik təpələrdə əkirlər. Belə əkilmə şəraitində bitki daha cəzbedici görünür. Bu bitkinin gülləri ulduz formasında olduğuna görə adı yunancadan "ulduz" sözündən götürülmüşdür. Çoxillik astraların Şimali və Cənubi Amerikada, Avrasiya və Afrikada bitən 500-ə yaxın növü məlumdur. Onların 80 növündən bəzək bağçılığında istifadə olunur və aşağıdakı növlər xüsusilə geniş yayılmışdır: Alp astrasının (A.alpinus) çoxsaylı hamaşçiçəkləri səbətləri ilə fərqlənir. Dilcik formalı çiçəklər bənövşəyi, mavi, ağ rəngli olur. Boru formasında olan çiçəkləri sarıdır. Azərbaycanda Böyük və Kiçik Qafqazın Alp zonasında yabanı halda bitir. İtaliya astrası (A.amellus) — boruşəkilli, dilcikli çiçəkləri bənövşəyi, göy və sarı rəngdədir.
Astral (film, 2010)
Məkrli (ing. Insidious) — 2010-cu ildə rejissor Ceyms Van tərəfindən çəkilmiş ABŞ istehsalı olan qorxu filmi. == Süjet == Reney və Caş üç uşaqları ilə birgə yeni evə köçürlər. Bir müddət sonra onların oğlu Dalton özbaşına açılan və səslər eşitdiyi çardağın qırmızı rəngli qapısının şəklini çəkir. Çox qəribə səslər eşitməyə başlayır. Bir gün isə həkimlərin başa düşmədiyi komaya düşür. Bütün bədən funksiyalarının normal işləməsinə baxmayaraq oyana bilmir. Üç ay xəstəxanada qaldıqdan sonra ailəsi onu evə aparmaq məcburiyətində qalır. Məhz bu vaxtdan sonra Reney səslər eşitməyə və qarabasmalar görməyə başlayır. Bir gecə Reney uşaq monitorunda yeni doğumuş körpəsi Kalinin otağında səslər eşidir, halbuki otaqda heç kim yoxdur.
Astmal (Vərziqan)
Astmal (fars. استمال‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 363 nəfər yaşayır (127 ailə).
Astra FK
"Astra" (rum. Asociația Fotbal Club Astra Giurgiu) — Rumıniyanın Curcu şəhərini təmsil edən futbol klubu. == Tarixi == Klub 1921-ci ildə indi təmsil etdiyi Curcu şəhərində yox, Ployeşti şəhərində yaradılıb. İlk adı "Astra-Romana" olmuş klub, müxtəlif illərdə "Rafinorul", "Danubiana", "Ployeşti" kimi adlar altında çıxış edib. 1996-cı ildən etibarən klub indiki – "Astra" adını daşıyır. 1996-cı ildən klubun sahibi "İnterAgro Group"un rəhbəri olan Yoan Nikulaedir. Onun gəlişi komandanın nəticələrində də özünü göstərmiş, komanda tarixi ərzində ilk dəfə 1998-ci ildə Rumıniyanın yüksək liqasına vəsiqə qazanmışdır. Ployeşti təmsilçisi 5 il burda çıxış etdikdən sonra yenidən aşağı liqaya düşmüşdür. Klub 2003-cü ildə şəhərin digər komandası "Petrolul"la birləşərək, "Ployeşti" adı altında çıxış etməyə başlayır. Bir ara 3-cü liqaya kimi geriləyən komanda 2009-cu ildə yüksək liqaya qayıdır.
Qunars Astra
Qunars Astra (latış. Gunārs Astra‎; 22 oktyabr 1931, Riqa – 6 aprel 1988, Leninqrad) — Latviya milli müqavimət hərəkatının üzvü, siyasi məhbus, sovet dissidenti, radio mühəndisi. == Bioqrafiya == Qunars Astra Larion Astra və Elza Ernestina Astra ailəsində ikinci uşaq olaraq anadan olub. Hariys və Leon qardaşları. 1947-ci ildə Riqa şəhərində 48 saylı ibtidai məktəbi bitirib. 1952-ci ildə Riqa Elektromexanika Texnikumunu radio mühəndisi ixtisası üzrə bitirmişdir. 1952–1953-cü illərdə Ümumittifaq Qiyabi Hüquq İnstitutunun Latviya filialında təhsil alıb. 1958-ci ildə qiyabi olaraq Riqa Pedaqoji İnstitutunun Dillər və Ədəbiyyat fakültəsinə daxil olmuş, lakin 1958-ci ilin sentyabrında Latviya Dövlət Universitetinin tarix və filologiya fakültəsinə köçürülmüş və 1961-ci ilin fevralında həbs olunana qədər burada qiyabi ingilis dilini öyrənmişdir. 1961-ci ildə Qunars Astra casusluq, dövlətə xəyanət və antisovet təşviqat və təbliğatda ittiham olunurdu. O, 15 il müddətinə azadlıqdan məhrum edilib, cəzasını Mordoviya SSR-də və Perm vilayətində çəkib.
Opel Astra H
Astral: Fəsil 2 (film, 2011)
Məkrli: 2-ci fəsil (ing. Insidious: Chapter 2) — ABŞ istehsalı olan və rejissor Ceyms Van tərəfindən 2013-cü ildə çəkilmiş qorxu filmidir. Bu film Vanın 2011-ci ildə çəkmiş olduğu "Məkrli" filminin davamıdır. == Rollarda == Patrik Vilson — Caş Lambert Qarret Rian — Caşın uşaqlığı Rouz Bayrin — Reney Lambert Lin Şaye — Elis Ranier Lindsi seim — Elisin gəncliyi Tay Simpkins — Dalton Lambert Stiv Kautler — Karl Hank Harris — Karlın gəncliyi Barbara Herşei — Lorrain lambert Leiq Uannel — Speks Anqus Sampson — Tuker Andre Astor — Foster Lambert Danielle Bisutti — Mişel Kreyn Tom Fitzpatrik — Qara gəlinlikdəki adam / Parker Kreyn Tiler Qriffin — Parkerin uşaqlığı Maykl Biç — Detektiv Sendal C. LaRouz — Uzun saçlı şeytan Bruk Poples — Qonşu Cessika Eduina Fayndli — Tibb işçisi Hillari Stefanie Pirseon — Qara saçlı qadın Corge Pallo — Brayn Priskilla Qarita — Natali Cenna Orteqa — Anna Denei Rodriquez — Elison == Nümayiş olunması == Əvvəlcə Məkrli: 2-ci fəsil filminin nümayişinin 30 avqust 2013-cü ildə olunacağı nəzərdə tutulsada, sonradan 20 sentyabr tarixinə dəyişdirildi. Daha sonradan isə yenidən nümayiş tarixi dəyişdirilərək 13 sentyabr 2013-cü ilə təyin edildi. == Gəlir == Şimali Amerikada 32-35 milyon dollar gəlir əldə film təkcə nümayiş olunduğu gecə 1.5 milyon dollar qazanıb, bütün sentyabr ayında isə bu rəqəm 20 milyon dollara çatıb. Ümumilikdə isə film dünya üzrə 161,919,318 dollar gəlir əldə edib. == Davamı == Əsas məqalə: Məkrli: 3-cü fəsilFilmin davamı olan Məkrli: 3-cü fəsil filminin 5 iyun 2015-ci ildə nümayiş olunacağı gözlənilir. == Ev üçün buraxılış == Məkrli: 2-ci fəsil filminin DVD diski 24 dekabr 2013-cü ildə satışa çıxarıldı.
Aktual
Aktual [alm. Aktuell; fr. Actual; osm. tr. bilfiil; tr. Güncel; ər. فع actualis – bacarıqlı] - içərisində olduğumuz zaman kəsiyi üçün bir mənası, əhəmiyyəti olan, danışılan anda ortaya çıxan, yaxud da var olan deməkdir. Sözün kökünə hərəkətin tərzini bildir – al şəkilçisi artı-rılmışdır. Aktual sözü azərbaycan dilində müxtəlif anlamlarda işlənməktədir. Belə ki, hər hansı bir hal və hərəkətin, yaxud şeyin lazım-lılıq, vaciblik dərəcəsini bildirmək üçün işlədilir.
Antraj
Antraj (fr. Entrages, oks. Entratges) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Şərqi Din-le-Ben kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04074. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 114 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 75 yaş arasında (15–64 yaş arasında) 65 nəfər iqtisadi cəhətdən fəal, 10 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 86,7%, 1999-cu ildə 72,9%). Fəal olan 65 nəfərdən 61 nəfər (35 kişi və 26 qadın) çalışdı, 4 kişi işsizdi.
Astara
Astara rayonu — Astara (Azərbaycan) — Azərbaycanın Astara rayonunun inzibati mərkəzi. Astara (İran) — İranın Gilan ostanında yerləşən şəhər.
Astiaq
Astiaq (Herodotda Ἀστυάγης – Astiaqes, Ktesidə Astyigas, Diodorda Aspadas, Akkad dilli mənbələrdə Ištumegu, fars dilli mənbələrdə Ištovigu), əsil adı İştiməngü – Midiya dövlətinin e.ə. 585 – 550-ci illərdə hakimiyyətdə olmuş sonuncu hökmdarı, Kiaksarın oğlu. O, e.ə. 550-ci ildə fars şahzadəsi, nəvəsi olan II Kir tərəfindən devrilmiş və bununla da Midiya dövlətinin varlığına son qoyulmuşdur. Prof. Qiyasəddin Qeybullayev Astiaqı "türklərin tarixində qara səhifə açmış" hökmdarlardan sayır. == Hakimiyyəti == Astiaq 585–ci ildə Midiya və Lidiya arasında beş illik müharibənin sonu olan Pteria döyüşündən [mənbə göstərin] sonra hakimiyyətdə atasını əvəz etmişdir. Ona qayınları Lidiyalı Kroesus və Babilli Navoxadonnozor ilə bigə nəhəng imperiya miras qalmışdı. Navoxadonnozorun arvadı Astiaqın bacısı Amitis idi, hansı ki, əri onun şərəfinə qədim dünyanın yeddi möcüzəsindən biri olan Babilin Asma Bağlarını inşa etdirmişdi. Astiaq özü isə iki imperiya arasında əldə edilmiş razılığa əsasən Lidiya hökmdarı Kroesusun bacısı Arienis ilə evlənmişdi.
Asırqal
Asırqal (lat. Veratrum) — zanbaqçiçəklilər sırasının melantkimilər fəsiləsinə aid bitki cinsi.
Aştarak
Əştərək, Aştarak — Ermənistan Respublikasında şəhər. İrəvan şəhərindən Şimal-Qərbdə, Abaran (dəyişdirilmiş adı Kasax) çayı sahilində, İrəvan-Gümrü şosse yolunun üstündə yerləşir. 1963-cü ildən respublika tabeli şəhərdir. Əştərək rayonunun mərkəzidir. == Tarix == IV əsrlərdə Arşakilərin, VIII-X əsrlərdə ərəblərin, IX-XI əsrlərdə Şirak hakimiyyətinin tabeliyində Pəhləvilərin hökmranlığı altında olmuş, XI-XVI əsrlərdə Səlcuq türklərinin tabeliyində, XVI-XIX əsrlərdə İrəvan xanlığına tabe olan Karbibasar mahalının tərkibində olmuşdur. 1828-ci ildə rus işğalından sonra İrəvan quberniyasının İrəvan qəzasının, sonra Eçmiədzin qəzasının tabeliyinə keçmişdir. İndi Ermənistan adlanan ərazidə sovet hökuməti qurulandan sonra 1929-cu illərdə rayonlaşdırma inzibati-ərazi bölgüsü yaradıldı. Əştərək 9 sentyabr 1930-cu ildə yaradılan rayonun adı oldu. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Əştərək kimi, 1728-ci il tarixdə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə Karbi nahiyyəsinin tərkibində Aştarak, Qafqazın 5 verstlik xəritəsində Əştərək (Aştarak) kimi qeyd edilmişdir. Danışıq dilində Həştərək formasında işlədilir.
Aştyan
Aştiyan — İranın Mərkəzi ostanının şəhərlərindəndir. Həm də Aştiyan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,324 nəfər və 2,597 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti Aştiyan dilində danışırlar.
Basaral
Basaral — Balxaş gölünün cənub-qərbində yerləşən ada. Mınaral kəndindən 2,5 km aralıda qərarlaşır. İnzibati cəhətdən Jambıl vilayəti Moyumqum rayonu ərazisinə daxildir. Adanın uzunluğu 12 km, eni 8 km təşkil edir. Maksimal hünfürlüyü 393 metrdir. Sahilləri daşlı, sıldırımlıdır. Şimalı olduqca parçalıdır. Daş kömür dönəmində formalaşmışdır. Ərazisində bitən əsas bitkilər: Anabasis salsa, Xostək və s.
Katral
Katral (isp. Catral) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Veqa-Baxa-del-Sequra ərazisinin 20,01 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 8926 nəfərə çatmışdır.
Mistral
Mistral — Fransada, Rona çayının dərəsində əsən güclü və soyuq şimal-qərb küləyi.
Ostrax
Ostrax (alm. Ostrach‎) — Almaniyanın Baden-Vürtemberq əyalətində bir bələdiyyə. Ostrax bələdiyyəsi Tübingen inzibati dairəsi tərəfindən idarə edilir. Əhalisi 31 dekabr 2010-cu ildə 6714 nəfərdən ibarət idi. Ərazisi 108,93 km²-dir. Rəsmi kodu — 08 4 37 086. Bələdiyyə 9 mahaldan ibarətdir. == Dini == Ostraxlıların əsas dini Katoliklikdir, bələdiyyədə 7 keşiş məhəlləsi fəaliyyət göstərir. == Tarixi == Hərbi tarixdə Ostrax bələdiyyəsi Fransa və Avstriya arasında 21 mart 1799-cu ildə olan döyüşündən sonra yer aldı. == İstinadlar == == Keçidlər == Rəsmi sayt.
Pastoral
Pastorа́l — (fransız dilində: çobana aid, çoban (sif.)) çoban həyatını idilliyya şəklində təsvir edən bədii (ədəbiyyat), təsviri (təsviri incəsənət) və ya musiqi əsəri. Pastoral olur: Pastoral musiqi. Təbiəti və ya kənd həyatını səsləndirən musiqi əsərləri. Pastoral musiqisinə 6/8, 12/8 ölçülər xarakterikdir. Vivaldi, Skarlatti, Kuperen, Bax və digər bəstəkarların yaradıcılığında pastoral musiqiyə yer ayrılmışdır. Bethovenin hətta məşhur Pastoral simfoniyası da var. Kənd həyatını təsvir edən opera, pantomima, yaxud balet. Pastoral operalarını Qlük, Mosart, Lülli, Ramo yazmışlar. Bukolika. Çobanların həyatını təsvir edən antik poeziya.
Uşaral
Uşaral (qaz. Үшарал) — Qazaxıstanda şəhər, Almatı vilayətinin Alakol rayonunun regional mərkəzi. Şəhər Tentek çayının üstündə, Alakol gölündən 40 km qərbdə yerləşir. Təbii şərait heyvandarlıq və bitki becərilməsi üçün əlverişlidir. Şəhər Cunqar Alatau ilə Tarbagatai silsiləsi arasındakı Balxaş-Alakol çökəkliyindədir. Kadastr kodu 271-dir. == Tarixi == 1971-ci ildə SSRİ Müdafiə Nazirliyinin Xüsusi Tikinti Baş İdarəsi (GUSS MO) 146 ODSBR qurdu və uzunluğu 373,5 km olan A-7 Aktogay - Uçaral - Beskol - Koktuma - Drujba avtomobil yolunun tikintisinə göndərdi. Tikinti 1977-ci ildə başa çatmışdır. Briqadanın rəhbərliyi (qərargahı) Uçaralda yerləşdi. 1984-cü ildə şəhər statusu və yeni bir ad - Uçaral aldı.
Adstrat
Adstrat — bu dillərdə danışan xalqların uzunmüddətli birgəyaşayışı və təmasları şəraitində bir dilin digər dilə təsirinin nəticəsi kimi izah edilən dil sisteminin xüsusiyyətləri toplusu. Adstrat bu anlayışla əlaqəli substrat və superstrat terminlərindən fərqli olaraq, bir dilin digər dilə etnik assimilyasiyası və əriməsinin olmadığı neytral linqvistik qarşılıqlı əlaqə növü deməkdir. Adstratik hadisələr iki müstəqil dil arasında təbəqə əmələ gətirir. Bəzən "adstrat" termini qarışıq bilinqualizmə (multilinqualizm) iaid edilir. Adstratum anlayışı Matteo Culio Bartoli (1939) tərəfindən irəli sürülmüş və linqvistikada geniş istifadə olunmamışdır.
Asara
|status = Şəhər }} Asara— İranın Əlburz ostanının Kərəc şəhristanının Asara bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,030 nəfər və 282 ailədən ibarət idi. Asara şəhəri,Asara,Rey Zəmin, Sira, və Pol Xab kəndlərinin birləşməsindən yaranıb.
Astaf
Astaf — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Qabaqtəpə kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Oykonim ast (aşağı, çökək) və af (a/ab/ob) sözlərindən düzəlib, "dərə çay" və ya "çay dərəsi" deməkdir.Bundan başqa Astaf toponimini Ağstafa (yaxınlıqda yerləşən rayon) toponimi və onun daha qədim variantı olan, orta əsr qaynaqlarında qeyd edilən Axıstabad toponimi ilə də müqayisə etmək və əlaqələndirmək olar. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Qaflanqala silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Mədəniyyəti == Kənddə Astaf kənd kitabxana filialı, Astaf kənd klubu fəaliyyət göstərir. == Təhsil == Kənddə Daşkəsən rayon Astaf kənd tam orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə Astaf kənd tibb məntəqəsi yerləşir.
Astat
Astat (At) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 85-ci element. Bu element 1940-cı ildə süni olaraq siklotronda bismutu alfa-hissəciklərlə şüalandırmaqla alınmışdır. Amma yalnız kəşfdən 7 il sonra Çmilio Çino Seqre (1905-1989) başda olmaqla Amerika fiziklər qrupu bu elementə ad verdilər: yunan sözü astatos - “davamsız, səbatsız”-dan yaranmışdır. Bu elementin ən uzun ömürlü izotopu 7,2 saat yarımparçalanma dövrünə malikdir.
Astma
Bronxial astma – ilk növbədə bronxların – ağciyər tənəffüs yollarının iltihabi-allergik xəstəliyidir. Lakin iltihabın allergik reaksiya və ya xroniki xəstəlik olmasından asılı olaraq allergik komponentli astmanı qeyri-allergik astmadan fərqləndirirlər. Qeyri-allergik astmada xroniki iltihablı tənəffüs yolları həddən artıq həssasdırlar. Hər hansı qıcıqlanma bronxların spazmasına aparır, tənəffüs məhdudlaşır və bu da öskürək və boğulmalara gətirib çıxarır. Astmatiklər üçün tutmalara səbəb olan bir çox faktorlar vardır, məsələn; siqaret tüstüsünün kəskin iyi, məişət kimyası vasitələri, sabun, ətriyyat, işlənmiş qazlarin tüstüsü və s. Bir çox dünya alimlərinin gəldiyi nəticə heç də təsəlliveriçi deyil: hər beşinçi astmatik peşəsinə görə bu xəstəliyə tutulur. == Simptomlar və gedişat == Fiziki təsirdən bir neçə dəqiqə sonra (məsələn, qışda küçədə qaçarkən soyuq və quru havanın udulmasi) astmanın simptompları üzə çıxır. Aspirin və ya bu qrupdan olan bəzi iltihab əleyhinə preparatların (panadol, kalpol və s.) qəbulundan sonra adamda aspirin astmasının simptomları baş verə bilər. Qida əlavələri də, məsələn; pivə və caxırın koservantları, sulfitlərin qəbulu astmaya səbəb ola bilərlər. Astmanın ən xarakterik simptomları: öskürək – tez-tez, əziyyətli və daimi xarakterli.