Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aterin
Aterin (lat. Atherina) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin aterinkimilər dəstəsinin aterinlər fəsiləsinə aid heyvan cinsi. Əsasən Atlantik okeanının şərq hissəsində yayılmışdır. Bu cinsə daxil olan növlər Aralıq, Qara və Azov dənizlərində yayılmışdır. sürü halında yaşayırlar. Uzanmış bədən quruluşuna malikdirlər. Uzunluqları 8–20 sm arasında dəyişir.
Azərin
Azərin (doğum adı: Anaxanım Etibar qızı Tağıyeva; 9 may 1971, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2015), Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin orkestr ifaçısı, Azərbaycan Silahlı Qüvvələrinin kapitanı. == Karyerası == İlk solo albomu, 2001-ci ildə Qazaxıstandaki "Asiyanın Səsi" müsabiqəsindən sonra işıq üzü görüb. Bu diskin, həmçinin 2004-cü ildə çıxan diskin repertuarına korifey sənətkarların mahnıları və xarici klassik musiqi nümunələri daxil edilmişdir. 2006-cı ildə "Azərbaycan Respublikasının əməkdar artisti", 2015-ci ildə isə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adlarına layiq görülmüşdür.
Afərin Qulamzadə
Afərin Müqəddəs oğlu Qulamzadə (13 iyul 1999, Mamusta, Lənkəran rayonu – 19 noyabr 2020, Xocavənd) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Afərin Qulamzadə 13 iyul 1999-cu ildə Lənkəran rayonunun Mamusta kəndində anadan olub. == Hərbi xidməti == 2020-ci ilin 14 iyul tarixində general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Afərin Qulamzadə də səfərbər olunmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Afərin Qulamzadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Xocavənd istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. 19 noyabr 2020-ci ildə torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Afərin Qulamzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Afərin Qulamzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2022-ci il tarixli Sərəncamına əsasən Afərin Qulamzadə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Afrin
Əfrin və ya Afrin (ərəb. عفرين‎, kürd. Efrîn) — Suriyanın şimal-qərbində, Hələb mühafəzəsində şəhər. Əfrin mühafəzənin şimal-qərbində, Əfrin çayının sahillərində, dəniz səviyyəsindən 215 metr yüksəklikdə yerləşir. Mühafəzənin inzibati mərkəzi Hələb Əfrindən 38 kilometrlik məsafədə yerləşir. 1981-ci ilin siyahıya alınmasına əsasən şəhərdə 11.914 insan yaşayırdı. 2012-ci ildə əhalinin sayı hesablamaya əsasən 54.451 nəfər idi. Şəhər əhalisinin əksəriyyəti kürdlərdir. Roma imperiyası dövründə bu ərazidən keçən ilk yol tikilmişdir. Osmanlı dövründə Əfrində karvansara mövcud idi..
Aleksandr Averin
Aleksandr Dmitriyeviç Averin 11 aprel 1954-cü il təvəllüdlü təqaüdçü Sovet velosipedçisidir. O, Azərbaycan velosiped məktəbinin yetirməsi, SSRİ-nin əməkdar idman ustası, SSRİ çempionatları və kubokunun 6 qat qalibidi. == Həyatı == 1976-cı ildə SSRİ yığma komandasının heyətində Monreal Yay Olimpiya Oyunlarında iştirak edib, və 17-ci yeri tutmuşdu. 1978-ci ildə SSRİ yığma komandasının heyətində Dünya Turunun qalibi olub. 1980-ci ildə Averin mövsümündə yarışıb, lakin Moskva Olimpiadaları üçün seçilməyib. 1978-80-ci illərdə Tour de l'Avenir-də 1978 və 1979-cu illərdə xalların təsnifatını qazanaraq, 1979-cu ildə ikinci yerə yüksəlib. 1977 və 1979-cu illərdə Tour de France-ın Şərqi Avropadakı ekvivalentini 1977-ci ildə 21-ci və 1979-cu ildə 28-də bitirib. 1977-ci ildə Averin də Küba turunda ikinci yeri tutub. Onun oğlu Maksim Averin də velosipedçidi və Ukraynanı təmsil edib. 2011-ci ildə Trofeo Edildə ikinci yerə layiq görulub.
Maksim Averin
Maksim Averin (28 noyabr 1985, Lvov) — Rusiyanı və Azərbaycanı təmsil edən velosipedçi. == Karyerası == Maksim Averinin atası şosse velosipedi üzrə dəfələrlə SSRİ çempionu olan Aleksandr Averindir. 2002-ci ildə Almaniyada gənclər arasında UEC Avropa Çempionatının bürünc medalına sahib olan Maksim Averin Rusiya yığmasının heyətində çıxış edən müddətdə beynəlxalq turnirlərdə bir sıra uğurlara imza atdı. 2014-cü ilin iyununda Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) Maksim Averini Azərbaycan yığmasının heyətinə cəlb elədi. 2015 və 2016-cı illərdə Azərbaycan Çempionatlarının qalibi oldu. Maksim Averin 2016-cı ildə Azərbaycanı Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil elədi. Avqustun 6-da baş tutan fərdi turnirdə Maksim Averin finiş həddinə çata bilmədi və olimpiadanı nəticəsiz başa vurdu.
Afrin döyüşü
Əfrin və ya Ərz əl-Hatim döyüşü — 29 iyun 1149-cu ildə Raymond de Poitiers və Əli ibn Vəfanın komandanlığındakı birləşmiş Antioxiya knyazlığı və Xaşxaşilərin ordusu ilə Suriya atabəy bölmələrinin müttəfiq xaçlı ordusunu yox etdiyi, Antioxiyanı yağmaladığı və xristian knyazlığının şərq torpaqlarını işğaldan qurtardığı döyüşlərdən biridir. == Arxa plan == Atabəy Nurəddin Zənginin atası İmaməddin Zənginin 1146-cı ildə ölümündən sonra Raimund de Poitiers Hələb əyalətini işğal etdi. Bununla birlikdə, 1147-ci ildə Nurəddin Zəngi Hələbin nəzarətini geri aldı və Şamı xaçlılara qarşı uğurla müdafiə etdi. Bundan sonra, 1148-ci ilin sonunda Antioxiya knyazlığını işğal etdi və Apameanı mühasirəyə aldı. Raimund onu məğlub etdi və cəbhəxanasını ələ keçirdi. Atabəy bir neçə ay sonra Jaqra hücum etmək üçün geri döndüyündə Raimund onu yenidən Hələbə geri çəkilməyə məcbur etdi. 1149-cu ilin iyununda Nurəddin Zəngi Antioxiya knyazlığını yenidən işğaldan azad etdi və Şam hökmdarı Unur və türkmənlərin dəstəyi ilə İnab qalasını mühasirəyə aldı. Atabəyin çoxu at üstündə olmaqla, təxminən 6 min döyüşçüsü var idi. Raimund və qonşusu Edessa qrafı II Josselin 1146-cı ildən Raimundun Jesselinə yardım üçün qoşun göndərməməsindən sonra düşmən olmuşdular. II Josselin Raimonda qarşı Nurəddin Zəngi ilə ittifaqa belə girdi.
Afrin əməliyyatı
Zeytun budağı əməliyyatı və ya Əfrin əməliyyatı, Əfrin hərəkatı və ya əməliyyatın şifrələnmiş adı ilə Zeytun budağı hərəkatı (türk. Zeytin Dalı Harekâtı) — 2018-ci ilin 19 yanvar tarixindən etibarən Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın şimalında yerləşən Hələb mühafəzəsinin daxil olduğu Əfrin bölgəsinə doğru başladılmış hərəkat. Türkiyə və Azad Suriya Ordusunun əsas məqsədi ərazidəki PYD, YPG və PKK hökmranlığını aradan qaldırmaq və bölgəni təhdid edən "terrorçu" ünsürləri məğlub etməkdir. İraq Şam İslam Dövlətinin bölgədən uzaqlaşdırılması da, qarşıya qoyulan hədəflər arasındadır. Türkiyə Respublikasının prezidenti, Rəcəb Tayyib Ərdoğan əməliyyatın başladığı gün etdiyi çıxışında Əfrindən sonrakı hədəfin Mənbic olduğunu açıqlamışdır. == Arxa plan == Suriya vətəndaş müharibəsinin gedişində, 2012-ci ilin yazında Suriya Ordusunun geri çəkilməsi nəticəsində Hələb mühafəzəsinda yerləşən Əfrin şəhəri PYD-nin nəzarəti altına keçdi. 2014-cü ilin yanvar ayında YPG Əfrin bölgəsində tək tərəfli müstəqillik elan etdi. 2016-cı ilin əvvəlində isə Şimali Hələbdə yerləşən Tel Rıfatı ələ keçirdi. Buna qarşı olaraq Türkiyə hökuməti YPG mövqelərinə artilleriya zərbələri endirmək barədə qərar qəbul etdi. Türkiyə tərəfindən 2016-2017-ci illərdə həyata keçirilən Fərat Qalxanı əməliyyatı nəticəsində Suriya sərhədindəki IŞİD hakimiyyəti sona çatdı.
Xoda Afərin su anbarı
Xudafərin SES — İran və Azərbaycan arasındakı beynəlxalq sərhəddə yerləşən Araz çayı üzərindəki torpaqla doldurulmuş bir bənddir. İranın Şərqi Azərbaycan ostanına daxil olan Xumarlı kəndindən 8 kilometr (5,0 mil) qərbdə və Azərbaycanın Cəbrayıl rayonundakı Xudafərin kəndindən 1 km şimal-qərbdə yerləşir. 1993-cü ildən 2020-ci ilin 18 oktyabr tarixinə qədər Ermənistan Respublikasının nəzarəti altında olmuşdur.[mənbə göstərin] SES Araz çayı üzərində İranla Azərbaycan arasında imzalanmış razılaşmaya uyğun olaraq inşa edilir. Stansiyanın gücü 102 və ya 200 meqavata bərabərdir. Su anbarı vastəsi ilə 75.000 hektar ərazinin suvarılması nəzərdə tutulmuşdur. == Tarixi == Bəndin məqsədi hidroelektrik enerji istehsalı və suvarmadır. Sovet İttifaqı ilə iran arasında 1977-ci ilin oktyabrında baş tutan razılaşması ilə layihəsi hazırlanmışdır. Layihələndirmə 1982-ci ildə sona çatmış, 1990-cı illərin əvvəllərində yenidən işlənmiş və 1999-cu ildə inşaat işlərinə başlamışdır. Ermənistan KİV-lərinin verdiyi məlumata görə, İran Ermənistanla layihəni başa çatdırmaq üçün gizli bir razılaşma imzalanmışdır. Bəndin tamamlanması 2008-ci ildə baş tutmuşdur.
Aberdin
Aberdin — Böyük Britaniyada, Şotlandiyada şəhər. Aberdin Birləşmiş Krallığın nəhəng liman şəhəridir. Buradan neft buruqlarına xidmət göstərmək üçün xeyli gəmi yola çıxır. Şəhərin və qraflığın əhalisi birlikdə yarım milyondan artıqdır. Bilavasitə Aberdində 200 mindən artıq insan yaşayır. Aberdində iki universitetdən və çox sayda tədris və təhqiqat intstitutlarından ibarət güclü akademik baza var. Şotlandiyada əsas fəaliyyəti bütün sənaye sektorlarının inkişafına və onların əməkdaşlarının ixtisaslarının artırılmasına yönəlmiş bir sıra şirkətlər çalışır. == Tarixi == Şəhərin əsası Qədim Romanın müstəmləkəsi Devanın yerində qoyulub və iki çayın – Di və Donun məcraları arasında uzanır. Bu çaylar şəhəri iki hissəyə — Köhnə Aberdinə (şimal hissə) və Yeni Aberdinə (cənub hissə) ayırır. XII əsrdən başlayaraq XV əsrə qədər Aberdin Şotlandiya krallarının iqamətgahı olub.
Aberia
Dovyalis (lat. Dovyalis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinə aid bitki cinsi. == Arealı == Tropikal və Cənubi Afrika, Şri-Lanka ərazilərində yayılmışdır.
Adenin
Adenin — cəmi 5 azot əsası olan kimyəvi birləşmə. Tərkibinə görə isə 8 azot əsası vardır. Bunlardan biridə adenindir. Adenin A hərfi ilə işarə olunur. DNT -nin ikiqat zəncirində azot əsasları daxilə doğru yönələrək hidrogen (H) rabitəsi yaradır bu , zaman Adeninin komplementarı Timin (T) olur. Adenin və timin arasında 2 qat rabitə olur.
Atebrin
Mepakrin, akrixin, və ya atebrin — sintetik dərman preparatı. Bu, malyariyanın müxtəlif formalarını, həmçinin lyambliyoz, dəri leyşmaniozu, qırmızı qurdeşənəyi və s. müalicəsində işlədilir. == İstinadlar == == Əlavə ədəbiyyat == М. Д. Машковский. Лекарственные средства. 2 (25000 nüs.). М.: ООО «Новая волна». 2002. ISBN 5-7864-0129-4.
Azerion
Azerion — 2016-cı ildə qurulan Niderland videooyun istehsalı və yayımı şirkəti. Şirkətin mərkəzi Şxiphol-Reykdə yerləşir. "Spil Games" və "Hyves Games" kimi videooyun studiyalarının ana şirkətdir. == Tarixi == "Azerion" 2016-cı ildə türk əsilli iki hollandiyalı təşəbbüskar tərəfindən təsis edilmişdir. Şirkət 2019-cu ildə Niderlandın "Spil Games" videooyun studiyasının mobil filialını və bir il sonra bütün studiyanı satın almışdır. "Azerion" 2019-cu ildə 12,5 milyon avro yığmışdır. 2021-ci ildə Azerion bir İİT-yə maraq göstərdiyini açıqlamışdır.
Famərin
Famərin (fars. فامرين‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Milacerd bəxşinin Milacerd dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 186 ailədə 332 nəfəri kişilər və 314 nəfəri qadınlar olmaqla cəmi 646 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Lafelin
Lapryun (fr. Laféline) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Sen-Pursen-syur-Siul kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03134. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 193 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 123 yaşda (15-64 yaş arasında) 91 nəfər iqtisadi cəhətdən fəal, 32 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 74.0%, 1999-cu ildə 78.1%). Aktiv olan 91 nəfərdən 82 nəfəri (43 kişi və 39 qadın), 9 nəfəri işsizdir (5 kişi və 4 qadın). 32 hərəkətsiz 8 nəfər arasında şagird və ya şagird, 13 nəfər təqaüdçü, 11 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Şverin
Şverin (alm. Schwerin‎) — Almaniyada şəhər, Meklenburq-Ön Pomeraniya əyalətinin paytaxtı. 95,740 nəfər əhalisi ilə Şverin Almaniyada əyalət mərkəzi şəhərləri arasında ən az əhaliyə malik şəhər, həmçinin Meklenburq-Ön Pomeraniya əyalətində Rostokdan sonra ikinci ən böyük şəhərdir. == Qardaş şəhərlər == Vaasa, Finlandiya Recco nel Emiliya, İtaliya Vuppertal, Almaniya Tallinn, Estoniya Pila, Polşa Odense, Danimarka Miluoki, Fransa == Şəxslər == Oliver Ridel — Rammstein adlı alman musiqi qrupunun bas gitaristi. == İstinadlar == == Xarici keçidlər == VikiSəyahətdə Şverin haqqında səyahət məlumatları var.
Amerina
Söyüd (lat. Salix) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Söyüd qışda yarpağını tökən, iri ölçülü ağac və ya xırda kol şəklində olan bitkidir. Yarpaqları uzunsov lansetvaridir, damarlanması lələkvaridir, saplağı qısadır. Çiçək sırğaları sallaq və ya dikdayanandır. Yarpaqlamadan əvvəl və ya sonra, yaxud yarpaqlama vaxtı çiçəkləyirlər. Nektarlı bitkilərdir. Cinsin yer kürəsində 600-dən artıq növü məlumdur. Qafqazda təqribən 25 növü, Azərbaycanda isə 15 növü bitir. Çox qədim cinsdir və onun qazıntı halında tapılmış nümunələri üçüncü dövrə aiddir.
Amerix
Söyüd (lat. Salix) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Söyüd qışda yarpağını tökən, iri ölçülü ağac və ya xırda kol şəklində olan bitkidir. Yarpaqları uzunsov lansetvaridir, damarlanması lələkvaridir, saplağı qısadır. Çiçək sırğaları sallaq və ya dikdayanandır. Yarpaqlamadan əvvəl və ya sonra, yaxud yarpaqlama vaxtı çiçəkləyirlər. Nektarlı bitkilərdir. Cinsin yer kürəsində 600-dən artıq növü məlumdur. Qafqazda təqribən 25 növü, Azərbaycanda isə 15 növü bitir. Çox qədim cinsdir və onun qazıntı halında tapılmış nümunələri üçüncü dövrə aiddir.
Afeli
Afeli [yun. apo – uzaqlıq + yun. Helios – Günəş] == Ümumi məlumat == Afeli - Günəş ətrafında fırlanan planetlərin, asteroid və kometaların orbitinin Günəşdən ən uzaq nöqtəsi. Yer hər il iyulun 5-də Afelidən keçir və bu vaxt Günəşdən 152 mln. km məsafədə olur.
Afriq
Afriq (IV əsr – IV əsr) — Xarəzmin Afriqilər sülaləsinin qurucusu. Onun Katda paytaxtının yaxınlığında Fil və ya Fir kimi tanınan bir qala tikdiyi qeyd edilmişdir. Onun haqqında çox şey məlum deyil. Sonra onun yerinə oğlu Bəqrə keçmişdir. == İstinadlar == Bosworth, C. E. ĀL-E AFRĪḠ // Encyclopaedia Iranica, Vol. I, Fasc. 7. 1984. 743–745. İstifadə tarixi: 9 May 2021.
Aberdin Universiteti
Aberdin Universiteti — Şotlandiyada Aberdin şəhərində yerləşən universitetdir. Universitetin təməli 1495-ci ildə qoyulub və St. Andrews və Qlazqo Universitetindən sonra Şotlandiyada üçüncü ən qədim universitetdir. Universitet dünyada ingilis dilli 5-ci ən qədim universitetdir. Hazırkı universitet 1860-cı ildə iki bazlı kollecin-King's College (təməli 1495-ci ildə qoyulub və Aberdin Universiteti kimi hesab olunur) və Marischal College (1593-cü ildə təməli qoyulub və hazırda Aberdin şəhər mərkəzinə aid edilir). Bu gün Aberdin Universiteti mərkəzləşdirilmiş tədqiqat universiteti kimi fəaliyyət göstərir və dünyanın ilk 150 universiteti arasında mövqe tutur. Hazırda Aberdin universiteti Aberdin şəhərində yerləşində yerləşən 2 universitetdən biridir(digəri Robert Gordon Universitetidir). Universitet Aberdin şəhərinin simbolu olan rəmzi binaları ilə şəhər həyatında mühüm yer tutur. Universitetin 2 əsas şəhərciyi var: əsas tədbirlər və dərslər əsasən Old Aberdin Kings College şəhərciyində (əsasən 20-əsrdə tikilmiş binalar və qədim orjinal binalar yerləşir) baş verir.
Aberia caffra
Dovyalis caffra (lat. Dovyalis caffra) — dovyalis cinsinə aid bitki növü. == Arealı == Dovyalis caffra növü Afrika üçün endemik növdür. == Sinonim == Aberia caffra Hook.f. & Harv. Dovyalis caffra (Hook. f. & Harv.) Warb. == İstinadlar == Dovyalis caffra:''The Plant List saytında takson barədə məlumat.
Aceria erinea
Keçəli qoz gənəsi (lat. Aceria erinea (Nalepa, 1891)) — ancaq qoz ağaclarına ziyan vuran gənə növü. İlk dəfə A.Nalepa tərəfindən qeyd edilən bu növün klassik təsvirini Q.Kifer (Keifer 1938, 1952) vermişdir. Sorucu ağız aparatına malik olan sarımtıl rəngli keçəli qoz gənəsi sorucu ağız aparatı vasitəsilə yarpaqların hüceyrə şirəsini sorur və nəticədə həmin yerdə yarpaqların üst səthində qalın divarlı, iri, girdə qabarıqlar və ya şişkinliklər əmələ gəlir. Yarpaqların alt səthində isə həmin qabarıqlara uyğun müxtəlif ölçülü çökəkliklər yaranır. Çökəkliklərin daxili divarı isə sarımtıl rəngli sıx tükcüklərlə (erineum) örtülmüş olur. Bu mənzərə keçəni xatırladır (adı da buradan götürülüb) və gənələr orada açıq halda yaşayır. Tükcuk və ya keçə ilə əhatə olunmuş ərazinin ölçüsü 0,25 – 4,50 mikrometr təşkil edir. Keçəli qoz gənəsinin biologiyası bir çox cəhətdən ziyilli qoz gənəsi (lat. Aceria tristriata) ilə oxşardır.
Aceria macrochela
Aceria macrochela (lat. Aceria macrochela) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin eriophyidae fəsiləsinin aceria cinsinə aid heyvan növü. Bostanlarda tərəvəz bitkiləri, otlardansa yonca olan hər yerdə rast gəlir. Yarpaqların səthində kisəyə bənzər fırlar əmələ gətirir. Fırların sayı o qədər də çox olmur. Müəyyən müddətdən sonra tədricən artaraq, 50-60-a çatır. Rəngləri qırmızımtıl və ya sarımtıl olur. == Azərbaycanda rast gəlinməsi == Azərbaycanda Ağstafa rayonunun Köçəsgər, Aşağı Kəsəmən, Həsənsu, Qaçaq Kərəm kəndlərində və Səməd Vurğun qəsəbəsində əkilmiş bostan – tərəvəz bitkiləri üzərində rast gəlinmişdir.