Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Amaday
[[Şəkil:Azərbaycan_ərazisində_tayfalar_(e.ə._VI-IV_əsrlər).jpg|link=https://az.wikipedia.org/wiki/%C5%9E%C9%99kil:Az%C9%99rbaycan_%C9%99razisind%C9%99_tayfalar_(e.%C9%99._VI-IV_%C9%99srl%C9%99r).jpg%7Cthumb%7C[[Bütöv Azərbaycan|Azərbaycan]] ərazisində tayfalar (e.ə. VI-IV əsrlər)]] Amada və ya Amaday, Mannanın Assurilərə məğlubiyyətindən sonra Assuriya hücumuna qarşı dayanan ilk tayfalardan biriydi. == Tarixi == Müxtəlif tayfalar Manna torpaqlarında məskunlaşmışdılar və Amada qəbiləsinin şöhrəti düşmənə qarşı müstəqillik bayrağını qaldırmasıydı. Bunun nəticəsində, Assuriya padşahları tərəfindən Amada və Manna qəbilələri iki müstəqil dövlət olaraq tanındılar. Amada eyni zamanda böyük Midiya sülaləsinin banisi Deyokun doğulduğu yerdir.
Tasaday tayfaları
Tasaday (tɑsɑdɑj) — Filippinin Mindanao adasında yaşayan yerli bir xalqıdır. Onlar adanın digər xalqları ilə birlikdə Lumad qrupuna aid edilirlər.Tasadaylar qonşu tayfaların dilindən fərqli bir dildə danışırlar ki dilçilər tərəfindən , 200 il bundan əvvəl ehtimal ki qonşu Manobo dillərdən parçalanması təsvir edilibdir.
Saday Abbasov
Saday Həmid oğlu Abbasov — fizika riyaziyyat elmləri namizədi (1984), dosent (2005–2012). Saday Həmid oğlu Abbasov 1955-ci il iyunun 19-da Bərdə rayonu Mirzalıbəyli kəndində anadan olub. 1962–1972-ci illərdə Salyan şəhəri 4 saylı məktəbdə oxuyub. 1972–1977-ci illərdə BDU-nun (köhnə ADU-nun) fizika fakültəsində təhsil alıb. 1977–1978-ci illərdə Azərbaycan EA-nın "Kaspi" EM-də mühəndis işləyib. 1978-ci ildən BDU-da çalışan Saday Abbasov Fizika fakültəsinin "Optika və molekulyar fizika" kafedrasında mühəndis (1978–1979) işləmişdir. 1979–1994-cü illərdə isə BDU-nun Fizika fakültəsinin Molekulyar biofizika kafedrasında və ETL-da kiçik elmi işçi vəzifəsində çalışmışdır. Sonrakı illərdə BDU-nun Fizika fakültəsində baş müəllim (1994–1996), böyük elmi işçi (1996–2005), 2005-ci ildən ömrünün sonuna qədər (6 may 2012) isə "Optika və molekulyar fizika" kafedrasında dosent vəzifəsində çalışmışdır. 1984-cü ildə "Heksadeka-Valinomisin molekulunun və onun bir neçə üzvü ionlarla qeyri-valent komplekslərinin nəzəri konformasiya analizi" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fizika–riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. Molekulyar fizika və Biomolekulların fizikası Saday Abbasovun tədqiqat sahəsi idi.
Saday Budaqlı
Saday Budaqlı (13 noyabr 1955, Qazax) — Azərbaycanlı yazıçı, tərcüməçi. Azərbaycan Yazıçılar Birliyinin Qazax şöbəsinin katibi (1989-1993), Azərbaycan Dövlət Radiosunda baş redaktor (1993-2009), Maksim Qorki adına Ümumittifaq Mükafatı, Moskvada nəşr edilən "Nedelya" həftəlik məcmuəsinin laureatı, "Drujba Narodov" jurnalının "İlin ən yaxşı hekayəsi" mükafatını alıb (1982). 2009-cu ildə Azərbaycan Mədəniyyət Nazirliyinin "Qızıl Kəlmə" mükafatına layiq görülüb. Saday İsmayıl oğlu Budaqlı 1955-ci il noyabrın 13-də Qazax rayonunda anadan olub. 1984-cü ildə M. Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. 1984-1989-cu illərdə "Yazıçı" nəşriyyatında redaktor işləyib. 1989-1993-cü illərdə Yazıçılar İttifaqının Qazax şöbəsinin katibi olub. 1993-2009-cu illərdə Azərbaycan Dövlət Radiosunda baş redaktor vəzifəsində çalışıb. Povest və hekayələrdən ibarət kitabları Bakıda və Moskvada Azərbaycan və rus dillərində çapdan çıxıb. Hekayələri ingilis, yapon, litva, türk və başqa dillərə də tərcümə olunub.
Saday Məmmədəliyev
Saday Şəkərli
Şəkərov Saday Əsəd oğlu (Şəkərli) — şair, 1995-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Saday Şəkərli 1959-cu il sentyabrın 7-də Cəlilabad rayonunun Bəcirəvan kəndində anadan olmuşdur. Burada səkkizillik məktəbi bitirmişdir. Bakıda 18 saylı texniki-peşə məktəbində, Bakı sənaye-pedaqoji texnikumunda təhsil almışdır (1976-1980). Rusiyada Saratov Kənd Təsərrüfatı Mexanizasiyası İnstitutunda təhsilini davam etdirmişdir (1980-1985). Bədii yaradıcılığa tələbəlik illərində başlamışdır. "Məhəbbət ağacı" adlı ilk şeirlər toplusu 1985-ci ildə Saratov şəhərində dərc edilmişdir. 1984-cü ildə Gənc yazıçıların Moskvada keçirilən 8-ci Ümumittifaq seminar-müşavirəsinin iştirakçısı olmuşdur. Əmək fəaliyyətinə 1988-ci ildən Cəlilabad rayonunun suvarma idarəsində başlamışdır. Sonra burada kiçik müəssisə təşkil etmişdir.
Saday Əliyev
Saday Əliyev 1948-ci il iyulun 1-də Hacıqabul rayonunun Navahı kəndində, ziyalı ailəsində dünyaya göz açmışdır. 1966-cı ildə Nizami adına Navahı kənd orta məktəbinin 11-ci sinfini qızıl medalla bitirmişdir. Elə həmin il N. Nərimanov adına Azərbaycan Tibb Universtetinin müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1972-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur. Saday Əliyev 1972–1974-cü illərdə Almaniyadakı Sovet Qoşun qruplarının tərkibində hərbi həkim, 1974–1978-ci illərdə Bakı şəhəri, Qaradağ rayonunun 23 saylı birləşmiş xəstəxanasında cərrah işləmişdir. Lakin, Saday Əliyev həkim işləməklə yanaşı, elmin sirlərinə yiyələnmək arzusu ilə yaşayırdı. Bu istəklə o,1978-ci ildə ATU-nun "Cərrahiyyə" ixtisası üzrə kliniki ordinaturasına daxil olmuş,1980-ci ildə oranı bitirdikdən sonra I hospital cərahiyyə kafedrasında baş laborant vəzifəsində saxlanmışdır. 1988-ci ilədək I cərrahi xəstəliklər kafedrasının assisenti, 1996–2006-cı illərdə dosent vəzifələrində işləmişdir. 1988-ci ildə "Yüksək risk qrupundan olan xəstəliklərdə öd daşı xəstəliyinin müasir operativ müalicəsinin təhlili" mövzusunda namizədlik dissertasiyasını, 2001-ci ildə isə "Çənbər bağırsağın şiş mənşəli obturasion keçməzliyinin cərrahi müalicəsinin nəticələrinin yaxşılaşdırılması yolları" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Saday Ağalar oğlu Əliyev 2006-cı ildə ATU-nun Elmi şurasının qərarı ilə I cərrahi xəstəliklər kafedrasının professoru seçilmişdir. O, Tibb Universitetinin Elmi şurasının üzvü, Doktorluq Dissertasiya Şurasının Elmi katibidir.
Vladimir Saday
Vladimir Saday (çuvaşca: Владимир Сатай, Vladimir Leotyeviç Saday (Sırılnikov), 31 mart 1926, Ulyanovsk vilayəti – 22 iyul 1991, Çeboksarı) — çuvaş yazıçısı, tərcüməçisi, 1951-ci ildən SSRİ Yazıçılar Birliyinin üzvü Vladimir Saday 31 mart 1926-cı ildə Rusiya Federasiyasının, Ulyanovsk vilayəti, Silininsk rayonu, Kaşa kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra İkinci Dünya müharibəsinə getmişdir. Müharibə bitdikdən sonra Uşaq Şərqdə Yaponiyaya qarşı müharibədə iştirak etmiş, daha sonra Monqolustan,Çin və Koreyada hərbi xidmətini davam etdirmişdir. Ehtiyata göndərildikdən sonra iki il “Ümumi iş” («Пĕрлешӳллĕ ĕç») qəzetində məsul katib vəzifəsində çalışmışdır. 1951-ci ildə Çeboksarıya gələrək “Bayraq” («Ялав») ədəbi dərgisində və «Çамрăк коммунист» qəzetində çalışmışdır. M.Qorki adına Ədəbiyyat İnstitunda təhsil almışdır. 1951-ci ildə SSRİ Yazıçılar Birliyinin üzvü seçilmişdir. 22 iyul 1991-ci ildə Çuvaşiyanın paytaxtı Çeboksarı şəhərində vəfat etmişdir. Vladimir Saday çuvaş dilində yazılmış bir çox hekayə və romanların müəllifidir. Onun 20-dən artıq kitabı nəşr olunmuşdur.
Asada Qoryu
Asada Qoryu (麻田 剛立, 10 mart 1734 və ya 6 fevral 1734, Kitsuki hanı[d], Saykaydo[d] – 25 iyun 1799, Osaka[d], Osaka) – Yaponiya astronomu və həkimi. Yaponiyada müasir astronomiyanın qabaqcılı olmuş, Yaponiyada təqvim islahatında vacib rol oynamışdır. Yaponiya astronomlarının ənənəvi Çin texnikalarından Qərb texnikalarına keçid etməsi üçün ilham mənbəyi olmuşdur. == Həyatı və karyerası == Asada Kitsuki hanında yaşayan konfusiçi alim və həkim Keysay Ayabenin dördüncü oğlu idi. Doğulanda ona Yasuaki adı verilmişdi. Astronomiya və tibb öyrənmiş, 1767-ci ildə daymyonun rəsmi həkimi təyin olunmuşdur. Tezliklə təqvim elminə maraq göstərməyə başlamışdır. O, 1772-ci ildə astronomiya ilə məşğul olmaq üçün həkimlik vəzifəsini tərk etmək istəsə də, daymyo ona bu icazəni verməmişdir. Buna görə də daymyonu qeyri-qanuni şəkildə tərk etmişdir. Osakaya qaçmış, adını Asada Qoryu olaraq dəyişdirmiş, astronomiyaya daha çox vaxt ayırmağa başlamışdır.
Abadan
Abadan (fars. آبادان‎) — İranın Xuzistan ostanında yerləşən liman şəhəri. Şəttülərəb çayı sahilində portdur. Əhalisi 415 min (2005) nəfər. Avtomobil yolları qovşağıdır, beynəlxalq aeroporta malikdir. Ölkənin iri neft emalı və neft-kimya sənayesi mərkəzidir. Tehran və İsfahan boru kəmərlərinin başlanğıc məntəqəsidir. Xam neft və neft məhsulları ixrac edilir. == Tarixi == Şəhər 8-ci əsrdən məlumdur. Abbasilər dövründə liman şəhəri kimi fəaliyyət göstərirdi.
Aksaray
Aksaray — Türkiyənin Aksaray ilinin inzibati mərkəzi.
Alabay
Mərkəzi Asiya çoban iti (Alabay) — güclü və atletik quruluşlu bir gözətçidir. İri sümüklərə və əzələli bir bədən quruluşuna malikdir. İri və güclü quruluşu ilə kobud bir görünüşü olan Alabay irqinin başı böyük ancaq bədəni ilə mütənasibdir. Qulaqları başın iki yanında yerləşmişdir və qısadır. İki təbəqəli olan tüklər qısa və sıxdır. Geniş şəkildə ağ, qara, boz, açıq qəhvə, qırmızı qəhvə rənglərdə xallıdır. == Xarakteri == Ağıllı, özündən əmin, hər istiqamətiylə balanslı, eyni zamanda, azadlığına düşkün və cəsur bir irqdir. Xaricilərə qarşı şübhəçi, qorxusuz və basqın bir xarakterə sahib olan Alabay yaxşı bir gözətçi və sürü itidir. Doğuşdan qoruma instinktinə malikdir və təcavüzkar deyil. Alabayın pis xüsusiyyəti isə torpağı qazmağı sevməsi və gecə hürməsidir.
Aladağ
Aladağ — Adana ilinin ilçəsi. Şərqində Kozan ilçəsi, cənubunda İmamoğlu ve Qaraisalı ilçələri, qərbində Pozantı ilçəsi və şimalında Niğdə ilə Kayseri illəri vardır. Ərazisi 1.347 km² olub əhalisi 2008-ci il əhalinin siyahıyaalınma məlumatına görə 18.249 nəfərdir. İlçənin inzibati mərkəzi Aladağ qəsəbəsidir. Əvvələr Karsantı adı ilə Qaraisalı ilçəsinə bağlı bir bucaq olan ilçə, 1987-ci ildə ilçə olmuşdur. İlçənin şimal hissəsində Tavr Dağlarının Aladağlar adı ilə tanın qismi mövcuddur. İlçə də adını bu dağlardan almaqdadır. İlçə coğrafi baxımdan dağlıq bir ərazidə olduğundan kənd təsərrüfatında məhsuldarlıq aşağıdır. İlçə, 6360 saylı qanunla Böyükşəhər ilçə bələdiyyəsi statusuna malik olmuş, 31 məhəlləsi vardır. Turizm baxımın ən məşhur yerləri; Akören Kilisəsi, Meydan Qalası, Ağacakisə Abidə Ağac, Simit Şəlaləsi, Eğner, Kapuzbaşı Şəlaləsi, Mazılıq Örən Qalası, Posyağbasan Qalası, Sandıqlı su ve Acı sudur.
Aladaş
Aladaş silsiləsi — Baş Qafqaz silsiləsinin cənub-şərq qolu. Aladaş dağı — Zəngilan rayonu ərazisində dağ; Aladaş dərəsi — Zəngilan rayonu ərazisində dərə.
Aradan
Aradan — İranın Simnan ostanının şəhərlərindən və Aradan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,959 nəfər və 1,380 ailədən ibarət idi.
Atabay
Atabay (film, 2020)
Azadçay
Azadçay — Göygöl rayonu ərazisindən axan çay. == Ümumi məlumat == Uzunluğu 18 km, hövzəsinin sahəsi 52 km²-dir. Murovdağ silsiləsinin şimal yamacından (1700 m) başlayır. Kürəkçayın sol qoludur.
Ağadayı
Ağadayı — Azərbaycanda üzüm növü. Azərbaycanın əsas yerli süfrə üzümüdür. Abşeronda əkilmiş, əvvəlcə həyətyanı sahələrdə, sonralar ictimai təsərrüfatlarda irimiqyaslı üzümlüklər salınmışdır. Demək olar ki, respublikanın hər yerində yayılmışdır. Keçən əsrin 70-ci illəri Füzuli və Ağdam rayonları üçün çox yüksək məhsuldarlıq illəri olmuşdur. Tovuz rayonunun dağətəyi kəndi olan İbrahimhacılı kəndində bu sortdan bir neçə hektar üzümlük vardır. Ancaq Ağadayı sortunun gilələri orada lazımi rəng toplaya bilmir. == Yetişdirilməsi == 1990-cı ildə sortdan əkin materialı götürüb Gəncədə "Üzüm-tredinq LTD" MMC-də iki cərgə üzümlük salınmışdır. Kolları çox güclüdür. Suvarılan münbit torpaqlarda geniş qida sahəsi, güclü dayaq və güclü forma tələb edir.
Ağaçay
Ağaçay — Qubadlı rayonu ərazisində çay. == Toponimikası == Qubadlı rayonu ərazisində çay. Bazarçayın qoludur. Yerli məlumata görə, çay vaxtilə oradakı yaylaq yurdundan istifadə edən Ağa adlı pirani bir seyidin adını daşıyır. Hidronim ağa (böyük, enli, güclü) və çay (hidrokomp.) sözlərindən düzəlib, "böyük çay, güclü çay" deməkdir.
Masada
Masada (ivr. ‏מצודה‏‎ — "qala") — İsrailin cənubunda Nəcəf çölündə yerləşən qala. Romalılara təslim olmaq istəməyən yəhudilər bu qalaya sığınır. Romalılarla yəhudilər arasındakı münaqişələrin əsasını din təşkil edirdi. Onlar istəyirdilər ki, yəhudilər öz inanclarını tərk etsinlər. İnanca görə, Masada qalası içərisində gizlənən yəhudilər, qurtuluş ümidlərinin tükəndiyini düşünüb və aralarından silah istifadə etməyi bacaran 10 şəxsi 950 insanı öldürmələri üçün vəzifələndirirlər. Qaydaya görə, bu 10 adam, digər 950 adamı öldürdükdən sonra, 10 nəfər arasında bir nəfər seçirlər və həmin bir nəfər 9 yəhudini öldürdükdən sonra özünə qəsd etməli idi. Şərt olaraq heç kimin sağ qalmaması qoyulmuşdu həmin seçilmiş insanların öhtəliyinə. Lakin toplu intihardan yalnız 2 qadın və 5 uşaq həyatda qalmışdır ki, onlar da bu dəhşətli hadisəni gələcək nəsillərə çatdırıb.
Saadan
Saadan — Şabran rayonunun Sədan kəndi (hazırda bu kənd Siyəzən rayonuna daxildir) ərazisindəki palçıq vulkanıdır. Saatdan, Sədən variantlarında da qeydə alınmışdır. Əsli Sodandır. Palçıq vulkanı adını eyniadlı yaşayış məntəqəsindən almışdır.
Ataçay
Mənbəyini Xızının Altıağac Milli Parkıdan alan çay. == Haqqında == Ataçay Çayı Altıağac Milli Parkından mənbəyini götürmüş sonu Siyəzən rayonuna gələn çaydır. Azərbaycanın Xızı ilçəsində yerləşən Altıağac milli bağından başlanğıcın (39 T, 320921.20 d D, 4528287.15 m K) götürən, quzey-doğu istiqamətində uzanaraq, Azərbaycanın Siyəzən ilçəsi ərazisində (39 T, 347106.46 d D, 4550385.13 m K) Xəzər dənizinə tökülən çaydır. Mənbəyi 1760 metr yüksəklikdə yerləşir. Adının anlamı böyük çay deməkdir. Ataçay çayı Xızı rayonunun Xələc kəndi ilə Fındığan kəndi arasında (39 T, 334979.17 d D, 4534196.29 m K) güneydən gələn qolu ilə birləşir. Ataçay böyük Qafqazın quzey-doğu yamacından və mənsəbi okean səviyyəsindən aşağı olan çaylar qrupuna aiddir. Ataçay çayı Azərbaycanın daxili çaylarındandır. Ataçayın sağ sahilində, Fındığan kəndi ərazisində qədim qəbir qalıqları aşkar edilmişdir. Ataçay çayında su, əsasən (təxminən 45%) yağışın, (təxminən 20%) qarın və (təxminən 35%) yeraltı suların hesabına ortaya çıxmaqdadır (formalaşmaqdadır).
Maday
Vikipediyada Maday haqqında aşağıdakı məqalələr var: Maday (Yafətin oğlu) — Yafətin oğlu. Maday (dövlət) — tarixsəl bir qəbilə. Maday (Bölgə) — Midiya bölgəsinin digər adı.
Sadaa
Saada
Saada (ərəb. صعدة‎) — Yəməndə şəhər.