Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Baraspi (Urmiya)
Baraspi (fars. برسپي‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 375 nəfər yaşayır (64 ailə).
Barski evi
Barski evi — Qroznı şəhərində Putin prospektində yerləşən 1923-cü ildə tikilmiş bina. Bina Rusiyanın yerli əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Binada 1957-ci ildən 1994-cü ildə ölənə qədər çeçen hüquqşünas, tarixçi, hüquq müdafiəçisi və ictimai xadim Dziyaudin Malsaqov yaşamışdır. == Təsviri == Bina Qroznı şəhərinin mərkəzində bütöv bir məhəlləni tutur. Bir tərəfi iki, digər tərəfi üç mərtəbəlidir. Binanın bir hissəsindəki üçüncü mərtəbəsi 1930-cu illərdə əlavə edilmişdir. Barski evinin kvadrat formalı və həyətə açılan tağlı darvazası var. Bina Qriboyedov və Uqryumov küçələrinə (keçmiş Dağıstanskaya) və Putin prospektlərinə (keçmiş Qələbə prospekti) və Esambayev prospektinə (keçmiş İnqilab prospekti) baxır. == Tarixi == Oktyabr inqilabından sonra Rusiyada Xalq Komissarları Sovetinin 20 (7) iyun 1918-ci il tarixli "Neft sənayesinin milliləşdirilməsi haqqında" dekreti əsasında müəssisənin əmlakı dövlətin xeyrinə milliləşdirildi. Ancaq Yeni İqtisadi Siyasət dövründə vətəndaş müharibəsindən sonra sənayeni bərpa etmək üçün bolşeviklər tərəfindən yenidən xarici şirkətlər ölkəyə cəlb edildi..
Barski meşəsi
Barski meşəsi (rus. Барский лес) – Başqırdıstanın (Rusiya) İşimbayski rayonunun şimal-qərbində yerləşən meşə. Sahəsi 14 km2 təşkil edir. Sterlitamak şəhərindən 20 km, İşimbay şəhərindən 20 km uzaqlıqda yerləşir. Axmerovski meşəsində üstünlük təşkil edən əsas ağac növləri palıd və cökədir.
Neoseiulus baraki
Neoseiulus baraki (lat. Neoseiulus baraki) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Haraiki
Haraiki (fr. Haraiki) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Şimali Marutea atolundan 42 km şimal-qərbdə yerləşir. Adada meteostansiya fəaliyyət göstərir. == Coğrafiya == Atoll üçbucaq formaya malikdir. Atollun sahəsi 4 km²-dir. Daxilində laqun vardır. Laqun okeanla kiçik boğazla birləşir. == İnzibati bölgüsü == İnzibati baxımından Makemo kommunasına daxildir. == Əhali == 2007-ci il məlumatına görə adada 58 nəfər yaşayır.
Piraşki
Pirojok —Şərqi Avropada bişmiş və ya qızardılmış bulka üçün ümumi söz, müxtəlif doldurucular ilə doldurulur. İranda "Piraşki" adlanır.
Samaşki
Samaşki (Çeçen. СемаӀашка) kəndi Çeçenistan Respublikasının Açxoy-Martan rayonunda yerləşir. Samaşkinski kənd yaşayış məntəqəsinin inzibati mərkəzidir. == Coğrafiya == Kənd Açxoy-Martan rayonunun şimal hissəsində, Sunja çayının sol sahilində, regional mərkəz Açxoy-Martan şəhərindən 9 km şimalda və Qroznı şəhərindən 30 km qərbdə yerləşir. Kənddən 4 km cənubda "Qafqaz" federal magistral yolu keçir. Həmçinin kənddə Nazrandan Qroznıya dəmiryolu çəkilib. Kəndin bir hissəsi dəmiryolunun kənarında yerləşir. Samaşkinin quruluşuna bir neçə ikimərtəbəli yaşayış binalarından ibarət Drujba kəndi daxildir. Kənddə üç ayrı məktəb binası var. Kəndin ərazisisi Şimaldan Sunjenski silsiləsinin təpələri, cənubdan - Samaşkinski meşəsi və Sunja çayına bitişikdir.
Arşaki
Arşakilər sülaləsi — Bizim eradan əvvəl 250-ci ildən eranın 224-cü ilinədək Parfiyada iqtidarda olmuş, Parna əsilli xanədan. == Tarixi == E.ə. 53-cü ildə Roma sərkərdəsinin Azərbaycana uğursuz yürüşündən sonra Artaşeslər öz hakimiyyətini qısa müddətə bərpa edirlər, lakin E.ə. 36-cı ildə Mark Antoni Azərbaycandan keçib, onu dağıdaraq İrana hücum etdi. Antoni II Artavazdı öldürtdürdü. 63 il ərzində Azərbaycanı ələ keçirmək üçün Roma ilə İran ara-sında müharibələr getmiş və nəhayət, qarşılıqlı sazişə görə hər iki dövlət Ermənistanı öz nüfuz dairəsində saxlamışdı. Azərbaycan Romanın tərkibində qalmış, lakin oranı Parfiya Arşakilər sülaləsinin nümayəndələri idarə etməyə başlamışdı. Sülalənin başcısı İran hökmdarı Vologezin qardaşı Tiridat olmuşdur. 224-cü ildə İranda yeni Sasanilər sülaləsi hakimiyyəti ələ keçirir, lakin Arşakilər sülaləsi Azərbaycanda hakimiyyəti Sasanilərə vermək istəməyərək müharibəyə başlayır. Nəhayət, 297-ci ildə Roma imperiyasının köməyi ilə Arşakilər qələbə qazanır.
Jarski
Şirvanlı (əvvəlki adı: Yarski) — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1998-ci il tarixli, 524-IQ saylı Qərarı ilə Neftçala rayonunun Yenikənd kənd inzibati ərazi vahidi tərkibindəki Yarski kəndi Şirvanlı kəndi adlandırılmışdır. == Təhsil == Kənddə İbrahim İsmayıl oğlu Babayev adına orta ümumtəhsil məktəbi yerləşir. == Din == Kənddə "Həsənağa" məscidi dini icması fəaliyyət göstərir.
Barak
Barak — Kişi adı. Bu adı olan tanınmışlar Barak Obama — ABŞ prezidenti. Digər Barak (mifologiya) — türk mifologiyasında müqəddəs it.
Brask
Brask (fr. və oks. Brasc) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Ser-Sernen-syur-Rans kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12035. Kommuna təxminən Parisdən 550 km cənubda, Tuluza şəhərindən 100 km şimal-şərqdə, Rodezdən isə 45 km cənubda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 203 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 110 yaşında (15-64 yaş arasında) 79 nəfər iqtisadi cəhətdən, 31 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.8%, 1999-cu ildə 67.6%).
Aechmea warasii
Aechmea warasii (lat. Aechmea warasii) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Bakassi yarımadası
Bakassi yarımadası (fr. Bakassi) - Qərbi Afrikanın Atlantik okean akvatoriyasına daxil olan Qvineya körfəzi (Biafra) sahillərində yerləşir. Sahəsi 665 km² təşkil edir. 2008-ci ilin 14 avqust tarixindən yarımada Kamerunun Ndian departamentinin Cənub-qərb regionunda yerləşir. Ərazi Nigeriyaya məxsus olmuşdur. 22 noyabr 2007-ci ildə BMT təşkilatının Beynəlxaq Məhkəməsi yarımadanı Kameruna verilməsi haqqında qərar çıxarır. Buna baxmayaraq Nigeriya senatı bu qərarın konstutsiyaya zidd olduğu bildirərək çıxarılan qərara əməl etmir.
Balint Balaşşi
Balint Balaşşi (mac. Gyarmati és kékkői báró Balassi Bálint, slovak. Valentín Balaša barón z Ďarmôt a Kameňa; 20 oktyabr 1554[…], Zvоlеn, Macarıstan krallığı[d] – 30 may 1594[…], Esterqom, Macarıstan krallığı[d]) — Macarıstan intibahının ən görkəmli şairlərinindən biri idi. Əsasən macar dilində yazırdı, lakin latın, italyan, alman, polyak, türk, slovak, xorvat və rumın dillərində də danışa bilirdi. Müasir Macarıstanın lirik və erotik şeirinin banisidir. == Həyatı == Balint Balaşşi Macarıstan Krallığının Zolyom (hal-hazırda Slovakiyanın Zvolen şəhəri) şəhərində anadan olmuşdur. Peter Bornemisa və anası Anna Sulyokdan təhsil almışdır. Polşada sürgündə olan atasına təsəlli vermək üçün Maykl Bokun Wurlzgertlein für die krancken Seelen əsərini tərcümə etmişdir, bu onun ilk işi idi. Atasının reabilitasiyası zamanı onu məhkəməyə aparmış və eyni zamanda 1572-ci ildə Macarıstan Krallığının paytaxtı Pressburqda (indiki Bratislava) keçirilən tacqoyma mərasimində iştirak etmişdir. Daha sonra isə orduda xidmət etməyə başladı və Şimal-şərqi Macarıstanda yerləşən Eqer qalasında zabit kimi türklərə qarşı vuruşdu.
Baranlı (Təbriz)
Baranlı (fars. بارانلو‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.169 nəfər yaşayır (299 ailə).
Baranlı oymağı
Baranlı oymağı — Qaraqoyunlu tayfa ittifaqının aparıcı qolu. Baranlı oymağının ad açımı hələ tam müəyyənləşməyib. Baranı — qoç kimi yozanlar var. Bəzi tədqiqatçıların fikrincə adın kökü gedib, əski Oğuz bəyləri soyuna çıxır. Fəzlullah Rəşidəddinin "Cami ət-Təvarix" adlı əsərində bu barədə bilgi var. Həmin bilgidə deyilir: "Buran xanın ölümündən sonra oğlu Əli xan padşah oldu… Əli xan oğlu Qılıc Arslana qırx minə yaxın atlı çıxara bilən o yerləri idarə etməyi tapşırdı". Ağalıq dönəmi bəlli olmayan Qayı soylu Baran bəy Oğuz elini idarə etmişdi. Baran bəydən sonra oğlu Əli xan başçı olmuşdu. Əli xanın Qılıc Arslan adlı oğlu vardı. Maraqlıdır ki, XI əsrdə yaşamış Şah Məlik Əbülfəvaris Barani ünvanlı, Qılıc Arslan adlı oğuz yabqusunun atasının adı da Əli xan idi.
Baranlı sülaləsi
Baharlı və ya Baranlı sülaləsi — Oğuz Yabqu Dövlətini, Qaraqoyunlular dövlətini, Qütbşahları və Aud nəvvablığını idarə etmiş türk sülaləsi. == Sülalənin yaranması == Sülalənin banisi Tural bəy sayılır. 1202-ci ildə Mərkəzi Asiyadan Diyarbəkir ətrafına köçmüşdü. Onun nəvəsi Bayram xoca idi. Cəlairilər dövründə Ərciş hakimi olmuşdu. Bayram xocadan sonra hakimiyyətə qardaşı oğlu Qara Məhəmməd gəlmişdir. == Əsas sülalə üzvləri == === Qaraqoyunlu bəyləri === Qara Mənsur Bayram xoca (1351–1380) Qara Dursun (Bayram xocanın qardaşı) Qara Məhəmməd (1380–1389) Bayram (ö. 1389) Misr xacə Qara Yusif (d.1355–ö.1420) Pirbudaq (1410–1413) Şahməhəmməd Şah Əli Qara İsgəndər (1421–1429/1431–1435) Əlvənd - Həmədan hakimi Yar Əli Məlik Qasim Həsən bəy Şah Qubad İspənd (Bağdad hakimi – 1432–1445) Fulad Mirzə (Bağdad hakimi – 1445–1446) Cahan şah Pirbudaq - Əmisi Pirbudaqla qarışdırmamalıdır. İsfahan hakimi idi. Həsənəli Sultanəli Qasımbəy Mirzə Məhəmməd - Pirbudağı edam etmiş, özü də Uzun Həsən tərəfindən edam olunmuşdur.
Barazlı (Əcəbşir)
Barazlı (fars. بارازلو‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 660 nəfər yaşayır (158 ailə).
Buranovskiye Babuşki
Buranovskiye Babuşki (rus. Бурановские бабушки / Buranov nənələri; udm. Брангуртысь песянайёс) — Rusiyanı 2012 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən musiqi qrupu. Qrup müsabiqədə "Party for everybody" mahnısı ilə 2-ci yeri tutmuşdur.
Hüseyn Baranlı
Sultan Hüseyn Baranlı (d. ? - v. 1500) — Qaraqoyunlulardan olan Qarabağ və Göyçə hakimi. == Həyatı == Araz çayı ilə Göyçə gölü arasında hökmranlıq edirdi və Qaraqoyunlu Cahanşahın nəvəsi idi. 20 min evlik elata başçılıq edən Sultan Hüseyn hər il Ağqoyunlu hökmdarına sovqat verməsinə baxmayaraq, qiyam qaldırıb hakimiyyətə gəlmək niyyətində idi. Cünabədi yazır: Məhz buna görə də o, öz silahdaşlarına “mən xüruc etmək istəyirdim, lakin Şah İsmayıl məndən əvvəl xüruc etdi” deyərək, hakimiyyətə iddiaçı bir şəxs kimi, İsmayılı özünə siyasi rəqib hesab edirdi və “öz elinin ağsaqqalları” ilə keçirdiyi məşvərətdə onu mehribanlıqla qarşılayıb ziyafətə dəvət etməyi və orada hiylə yolu ilə zəhərləyib öldürməyi qərara almışdı. Sultan Hüseyn özü bir fərsəxlikdən İsmayılı qarşılamağa çıxmış, özünün 12 minlik qoşunla ona birləşəcəyinə və Ağqoyunluların taxtdan salınmasına, İsmayılın Təbriz mülkündə hökmdar olmasına yardımçı olacağına söz vermiş, İsmayılı səhəri gün keçirəcəyi ziyafətə dəvət etmişdi. Lakin qızılbaşlar onun hərəkətlərindən sübhələndikləri üçün səhəri gün ziyafətə bir qrup əmir getdi. İsmayıl isə xəstə olduğunu bəhanə edərək, növbəti gün təşrif buyuracağını bildirdi.
Hüseynqulu Sarabski
Hüseynqulu Sarabski (tam adı: Rzayev Hüseynqulu Məlik oğlu; 20 mart 1879, Bakı – 16 fevral 1945, Bakı — Azərbaycan opera müğənnisi (lirik tenor), aktyor, rejissor, pedaqoq, teatr xadimi, Azərbaycanın xalq artisti (1932), Azərbaycan peşəkar musiqi teatrının banilərindən biri. 1908-ci ildən "Nicat" cəmiyyəti nəzdində "Müsəlman Opera truppası"nın yaradıcılarından biri və solisti, Məcnun ("Leyli və Məcnun"), Şeyx Sənan ("Şeyx Sənan"), Kərəm ("Əsli və Kərəm"), Sərvər ("O olmasın, bu olsun"), Şah İsmayıl ("Şah İsmayıl") və b. partiyaların ən yaxşı ifaçılarından biri olmuşdur.O həmdə 1908-ci ilin 25 yanvarında "Leyli və Məcnun" operasında Məcnun rolunda oynayıb. == Həyatı == Hüseynqulu Sarabski 1879-cu ildə Bakıda kasıb bir ailədə anadan olmuşdur. Uşaqlıqdan musiqiyə böyük həvəsi və yaxşı səsi ilə seçilirdi. Özünün xatirələrində yazdığı kimi "Məhərrəmlik vaxtında dini havalar oxuyar, mərsiyə deyər, münacat çəkər, eyni zamanda el şənliklərində, toyda-bayramda muğamlara, mahnılara qulaq asar, öyrənərdi". O, 12 yaşı olarkən ilk dəfə teatr tamaşasına baxır: bu həvəskarların ifasında "Xan Sarabi" adı ilə qoyulmuş Mirzə Fətəli Axundovun "Sərgüzəşti-Vəziri-Xani-Lənkəran" komediyası idi. Əsl soyadı Rzayev olan Hüseynqulunun sonralar götürdüyü səhnə təxəllüsü — Sarabski də bu güclü təəssüratın əks-sədası oldu. Azərbaycanda milli dramaturgiyanın əsasını qoymuş Mirzə Fətəli Axundovun əsəri Azərbaycanın ilk opera artistinin taleyində rəmzi bir məna alaraq, onu əbədiləşdirən ada təkan verdi. Hüseynqulu Sarabski teatra çətin bir dönəmdə gəlmişdi.
Maks Barskih
Nikolay Mikolayeviç Bortnik (ukr. Микола Миколайович Бортник; 8 mart 1990, Xerson) — daha çox səhnə adı Maks Barskih (ukr. Макс Барських) və alter-eqo Mikolay ilə tanınan ukraynalı müğənni və bəstəkar. O, Ukraynanın Xerson şəhərində böyüyüb, təhsilini başa vurduqdan sonra Kiyevə köçüb. O, altı studiya albomu, bir kompilyasiya albomu və EP buraxdı. == Həyatı == Maks Barskix 8 mart 1990-cı ildə Xerson şəhərində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra Kiyevə köçüb, orada estrada və sirk sənətinin Kiyev Bələdiyyə Akademiyasına daxil olur (ixtisaslaşma "pop vokal"). == Karyera == 2008-ci ildə "Фабрика зiрок-2", adlı layihənin kastinqi başlayır (prodüseri Nataliya Mogilyovskaya idi). Layihədə o iki mahnı yazır: "Аномалия" və "Незнакомка". Layihəni öz arzusu ilə tərk eləyir.
Maks Barskix
Nikolay Mikolayeviç Bortnik (ukr. Микола Миколайович Бортник; 8 mart 1990, Xerson) — daha çox səhnə adı Maks Barskih (ukr. Макс Барських) və alter-eqo Mikolay ilə tanınan ukraynalı müğənni və bəstəkar. O, Ukraynanın Xerson şəhərində böyüyüb, təhsilini başa vurduqdan sonra Kiyevə köçüb. O, altı studiya albomu, bir kompilyasiya albomu və EP buraxdı. == Həyatı == Maks Barskix 8 mart 1990-cı ildə Xerson şəhərində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra Kiyevə köçüb, orada estrada və sirk sənətinin Kiyev Bələdiyyə Akademiyasına daxil olur (ixtisaslaşma "pop vokal"). == Karyera == 2008-ci ildə "Фабрика зiрок-2", adlı layihənin kastinqi başlayır (prodüseri Nataliya Mogilyovskaya idi). Layihədə o iki mahnı yazır: "Аномалия" və "Незнакомка". Layihəni öz arzusu ilə tərk eləyir.
Ramiz Karaeski
Ramiz Karaeski və ya Ramiz dayı — Türk istehsalı olan Ezel teleserialında uydurma bir obraz. Tuncəl Kurtiz tərəfindən yetişkin halı, Ufuq Bayraqdar tərəfindən isə gəncliyi canlandırıldı. Ramiz dayı ilk dəfə 12 oktyabr 2009-cu ildə serialın 3-cü bölümündə göründü və 61-ci bölümdə ayrıldı.
Sultanhüseyn Baranlı
Sultan Hüseyn Baranlı (d. ? - v. 1500) — Qaraqoyunlulardan olan Qarabağ və Göyçə hakimi. == Həyatı == Araz çayı ilə Göyçə gölü arasında hökmranlıq edirdi və Qaraqoyunlu Cahanşahın nəvəsi idi. 20 min evlik elata başçılıq edən Sultan Hüseyn hər il Ağqoyunlu hökmdarına sovqat verməsinə baxmayaraq, qiyam qaldırıb hakimiyyətə gəlmək niyyətində idi. Cünabədi yazır: Məhz buna görə də o, öz silahdaşlarına “mən xüruc etmək istəyirdim, lakin Şah İsmayıl məndən əvvəl xüruc etdi” deyərək, hakimiyyətə iddiaçı bir şəxs kimi, İsmayılı özünə siyasi rəqib hesab edirdi və “öz elinin ağsaqqalları” ilə keçirdiyi məşvərətdə onu mehribanlıqla qarşılayıb ziyafətə dəvət etməyi və orada hiylə yolu ilə zəhərləyib öldürməyi qərara almışdı. Sultan Hüseyn özü bir fərsəxlikdən İsmayılı qarşılamağa çıxmış, özünün 12 minlik qoşunla ona birləşəcəyinə və Ağqoyunluların taxtdan salınmasına, İsmayılın Təbriz mülkündə hökmdar olmasına yardımçı olacağına söz vermiş, İsmayılı səhəri gün keçirəcəyi ziyafətə dəvət etmişdi. Lakin qızılbaşlar onun hərəkətlərindən sübhələndikləri üçün səhəri gün ziyafətə bir qrup əmir getdi. İsmayıl isə xəstə olduğunu bəhanə edərək, növbəti gün təşrif buyuracağını bildirdi.