Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Barbar
Barbarlar (yun. bάrbαroi, lat. barbari, çin. 華夷之辨 – yadellilər, əcnəbilər) – qədim yunanların, sonra isə romalıların, həmçinin hindlilərin, Uzaq Şərq xalqlarının, yapon və çinlilərin dil və mədəniyyətcə onlara yad olan başqa tayfa və xalqlara verdikləri addır. == Tarixi == Eramızın başlanğıcında ən çox german tayfalarını barbar adlandırırdılar. Yeni dövrün tarix ədəbiyyatında "Barbar" termini Roma imperiyasını istila edib, onun ərazisində müstəqil krallıqlar (barbar krallıqlar) yaradan xalqları müəyyənləşdirmək üçün işlədilmişdir. Roma imperiyasında quldarlığın ləğvi və feodal münasibətlərinin formalaşmasında barbar istilaları mühüm rol oynamışdır. Məcazi mənada – imperialist müharibə qızışdırıcıları, irqi ayrı-seçkilik və apartheyd siyasəti yeridənlər, kobud, qəddar adamlar, mədəni sərvətləri dağıdanlar və b. da barbar adlandırılır. === Avropa dəmir dövrü === Antik dövrdə bu söz yunanlar tərəfindən yunan olmayan xalqlara qarşı istifadə olunurdu.
Barbar (film)
Barbar (ing. Barbarian) — 2022-ci il ABŞ istehsalı qorxu, triller filmi. Rejissoru və ssenari müəllifi Zak Kreqqerdir. Filmdə Corcina Kempbell, Bill Skarsqard və Castin Lonq çəkiliblər. == Məzmun == İş üçün qəsəbəyə yollanan gənc qadın özü üçün kirayə götürdüyü evə gəlib çatır, ancaq o, bu evdə başqa bir şəxsin yaşadığını öyrənir. Gecə yarısı hara gedəcəyini bilməyən qadın evdəki digər şəxslə tanış olur və burada qalmaq qərarına gəlir. İkisi qaldıqları bu evdə dəhşətli şeylər kəşf edirlər.
Barbar küçəsi
Barbar küçəsi (ing. Rue barbare) — 1984-cü ildə ildə istehsal olunmuş Fransa filmidir. Bu film Jan-Klod Van Dammın çəkildiyi ilk filmidir. Jan-Klod Van Damm epizodik rolda çəkilmişdir.
Aarya Babbar
Aarya Babbar (24 may 1981, Bombey) — Bollivud və Pəncab filmlərində çəkilən hind aktyoru.
Aqata Barbara
Aqata Barbara (ing. Agatha Barbara 11 mart 1923 – 4 fevral 2002) — Maltanın dövlət xadimi və siyasətçisi, 1982-1987-ci illərdə Malta prezidenti. == Bioqrafiyası == Karyerasına məktəbdə müəllim kimi başlamışdır (1942-1947). 1946-cı ildən siyasətdə fəal iştirak edir və Leyborist Partiyasına qoşulur. 1947-ci ildə Malta Leyborist Partiyasının İcraiyyə Komitəsinin üzvü olur və Maltanın Nümayəndələr Palatasına seçilir. Ölkədə ilk qadın millət vəkili kimi tarixə düşür. Sonradan 1982-ci ildə deputatlıqdan könüllü istefaya qədər Malta Parlamentinin də istisnasız olaraq bütün seçkilərdə deputat seçilir. 1955-ci ildə təhsil və mədəniyyət nazirinin portfelini təhvil alır. Bununlada ilk Malta qadın naziri olur. Təhsilin geniş əhali üçün daha əlçatan olmasına yönəlmiş bir islahatı həyata keçirir.
Barbara Bax
Barbara Bax (ing. Barbara Bach, qızlıq soyadı Qoldbax (ing. Goldbach); 27 avqust 1947, Nyu York, ABŞ) — amerikalı aktrisa və model. "Məni sevən casus" filmində Ceyms Bondun sevgilisi rolunu oynayıb. "The Beatles" qrupunun barabançısı Rinqo Starın həyat yoldaşıdır. == Həyatı == 27 avqust 1947-ci ildə Nyu Yorkda anadan olub. Barbaranın atası Avstriyadan olan yəhudi olub. Anası İrlandiya, nənəsi isə rumın əsilli olub. Barbara öz soyadını Qoldbaxdan Baxa dəyişib və "On yeddi" jurnalının üz qabığında çəkilib. 18 yaşı olarkən özündən 10 yaş böyük olan italiyalı biznesmen Avqusto Qreqoriniyə ərə gedib.
Barbara Brılska
Barbara Brılska (pol. Barbara Brylska; 5 iyun 1941) — Sovet və Polşanın teatr-kino aktrisası, müğənni. SSRİ Dövlət Mükafatı laureatı (1977). Keçmiş SSRİ məkanında daha çox Eldar Ryazanovun "Qəribə təsadüf və ya həmişə təmizlikdə" filmindəki Nadya Şevelyova rolu ilə tanınır. == Həyatı == Barbara Brılska 5 iyun 1941-ci ildə Polşada Lodzi yaxınlığındakı Skotniki şəhərində anadan olmuşdur. 15 yaşında olarkən ilk rolunu kinoda ifa edir. Çəkilişlərdən sonra teatr dərnəyində məşğul olmağa başlayır. O, Lodz teatr məktəbində oxuyurdu. 1967-ci ildə oranı qurtarır. 1966-cı ildə Boleslav Prusun romanı əsasında çəkilən "Firon" filmində (rejissor: Yeji Kavaleroviç) kahinə Kama rolunu ifa edir.
Barbara Buyka
Barbara Buyka (d. 5 sentyabr 1986) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Barbara Buyka, Macarıstan yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:14 hesabı ilə məğlub olan Macarıstan yığması, London Olimpiadasını dördüncü pillədə başa vurdu. Daha sonra Barbara Buyka, Macarıstan yığmasının heyətində 2016-cı ildə Braziliyanın ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 18:20 hesabı ilə məğlub olan Macarıstan yığması, Rio-de-Janeyro Olimpiadasını dördüncü pillədə başa vurdu.
Barbara Buş
Barbara Buş (ing. Barbara Pierce Bush; 8 iyun 1925[…], Manhetten, Nyu-York ştatı və ya Nyu-York, Nyu-York ştatı – 17 aprel 2018[…], Hyuston, Texas) - ABŞ Prezidenti Corc Herbert Uoker Buşun həyat yoldaşıdır.
Barbara Kyappini
Barbara Chiappini (it. Barbara Chiappini; 2 noyabr 1974, Piaçensa, Emiliya-Romanya) — İtaliya kino, televiziya və teatr aktrisası və model.
Barbara Liskov
Barbara Liskov (ing. Barbara Liskov; 7 noyabr 1939, Los-Anceles, Kaliforniya) — hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış amerikalı alim. == Həyatı == 7 noyabr 1939-cu ildə anadan olmuşdur. Liskov 2008-ci ildə proqramlaşdırma dillərinin və sistem dizaynının nəzəri və praktiki əsasları sahəsinə verdiyi töhfələrə görə Türinq mükafatına layiq görülmüşdür. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Barbara Palvin
Barbara Pavlin (mac. Pavlin Barbara; d. 8 oktyabr 1993) — Macarıstan modeli. == Həyatı == 8 oktyabr 1993-cü ildə Macarıstanda Budapeşt şəhərində anadan olub. Erkən yaşlarından musiqi və futbol hobbisinə çevrilib. Aqnes və Bens Pavlini ailəsində doğulub. Özündən böyük bacısı da var. Barbara Palvini 13 yaşında Budapeşt küçələrində anası ilə gəzərkən bir model şirkətinin nümayəndəsi cənab Blajeli kəşf etdi. Hazırda da onun meneceridir. Blajeli Barbara Palvini test çəkilişlərə dəvət etdi.
Barbara Peyton
Barbara Peyton(ing. Barbara Lee Payton), qızlıq soyadı Redfild (ing. Redfield; 16 noyabr 1927, Klokey, Minnesota, ABŞ — 8 may 1967, San-Dieqo, Kaliforniya, ABŞ) — amerikalı aktrisadır. == Həyatı == Barbara Peyton 16 noyabr 1927-ci ildə ABŞ-nin Minnesota ştatının Klokey şəhərində anadan olmuşdu. Barbara Peyton dörd dəfə ailə həyatı qurmuşdu. Yeganə oğlu Con Li Peyton 14 mart 1947-ci ildə dünyaya gəlib. Barbara Peyton 8 may 1967-ci ildə ABŞ-nin Kaliforniya ştatının San-Dieqo şəhərində vəfat edib.
Barbara Pompili
Barbara Pompili (fr. Barbara Pompili; 13 iyun 1975[…], Bois-Bernard[d]) — fransız siyasətçi, Fransa Milli Assambleyasının üzvü. Kompleks Ətraf Mühitin Dəyişiklikləri Naziri (2020-ci ildən). == Bioqrafiya == 13 iyun 1975-ci ildə Bois-Bernard kəndində (Pas-de-Kale departamenti) anadan olub. Lill Universitetini siyasi elmlər üzrə bitirib. Siyasi fəaliyyətə 2000-ci ildə Yaşıllar Partiyasına qoşularaq başlayıb. 2002-ci ildə Fransada keçirilən prezident seçkiləri zamanı o, Yaşılların namizədi Noel Mamerin mətbuat katibi olub. Sonrakı beş il ərzində o, İva Koşun köməkçisi kimi çalışır. 2007-2012-ci illərdə o, Fransa Milli Assambleyasında Sol Demokratlar və Respublikaçılar fraksiyasının Aparat rəhbərinin müavini olub. 2012-ci il Milli Assambleya seçkilərində Barbara Pompili Somme departamentinin 2-ci seçki dairəsində Yaşıllar və Sosialistlər Alyansının namizədi olur və 50,83% səslə qalib gəlir.
Barbara Qonzalez
Barbara Qonzalez (d. 15 yanvar 1985) — İspaniyanı təmsil edən bədii gimnast. Barbara Qonzalez, İspaniyanı 2004-cü ildə baş tutan XXVIII Yay Olimpiya Oyunlarında və 2008-ci ildə baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. Barbara Qonzalezin bacısı, Lara Qonzalezdə bədii gimnastdır. == Karyerası == Barbara Qonzalez, 2004-cü ildə İspaniyanın bayrağı altında Yunanıstanın paytaxtı Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Soniya Abexon, Karolina Rodrigez, Marta Linares, İsabel Paqan və Nuriya Velasko ilə birgə finalda 45.350 xal topladı və 7-ci yeri tutdu. Barbara Qonzalez növbəti dəfə, Olimpiya Oyunlarına 2008-ci ildə Çinin paytaxtı Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Lara Qonzalez, İsabel Paqan, Ana Pelaz, Veronika Ruiz və Elizabet Salom ilə təsnifat mərhələsində 30.100 xal topladı və 11-ci yeri tutaraq mübarizəni dayandırdı.
Barbara Qordon
Barbara Qordon (ing. Barbara Gordon) — DC Comics tərəfindən nəşr edilən komiks kitablarında görünən uydurma personajdır.
Barbara Stenvik
Barbara Stenvik (ing. Barbara Stanwyck; 16 iyul 1907 – 20 yanvar 1990) — Amerkia kinoaktrisası.
Barbara Streyzand
Barbra Streyzand (ing. Barbra Joan Streisand, 24 aprel 1942[…], Bruklin, Nyu-York ştatı) — ABŞ aktrisası və müğənnisidir. == Həyatı == Barbra Streyzandın ən yaxşı rollarından biri Vilyam Uaylerin 1968-ci ildə ekranlaşdırdığı "Məzəli qız" filmində olub. Bu filmdə onun tərəf müqabili Ömər Şərif idi. Onların işbirliyi və dekorasiyaların zənginliyi nəticəsində bu film yaddaşlarda dərin iz qoyub və hələ də maraqla izlənilir.
Barbara Trjetelevka
Barbara Stanislav Trjetelevka (rum. Pia Brătianu 30 sentyabr 1954, Yavojno[d]) — daha çox Basiua adı ilə tanınan Polşa müğənnisi, mahnı müəllifi və musiqiçisi. Latın caz pop musiqisini ilə məşquldur. == Bioqrafiya == Basiya 1954-cü ildə Polşada, Yavojna şəhərində anadan olmuşdur. Musiqiçilərin olduğu bir ailədə böyüyən Basiya, erkən yaşlarından mahnı oxumağı sevir və geniş vinil vallar toplayır. Anası ona fortepiano dərsləri verir. 1969-cu ildə Basiya yerli Astry qrupunda bir vokalçı olaraq debüt edir. Kaliş şəhərində keçirilən Milli Festivalda qrup ilə birlikdə çıxış edərək birinci yeri tutur. Basiya Yaqellon Universitetində riyaziyyat öyrənməyə hazırlaşırdı, lakin sonda fizikanı üstün tutur. Kursun birinci ilində məşhur qrup Polşa Alibabki qadın qrupunun meneceri ilə görüşür, onu qrupla danışmağa dəvət edir.
Barbara Vussou
Barbara Vussou (28 mart 1961, Münxen) — Alman aktrisa.
Barbra Streyzand
Barbra Streyzand (ing. Barbra Joan Streisand, 24 aprel 1942[…], Bruklin, Nyu-York ştatı) — ABŞ aktrisası və müğənnisidir. == Həyatı == Barbra Streyzandın ən yaxşı rollarından biri Vilyam Uaylerin 1968-ci ildə ekranlaşdırdığı "Məzəli qız" filmində olub. Bu filmdə onun tərəf müqabili Ömər Şərif idi. Onların işbirliyi və dekorasiyaların zənginliyi nəticəsində bu film yaddaşlarda dərin iz qoyub və hələ də maraqla izlənilir.
Portuqaliyalı Barbara
Portuqaliyalı Barbara (isp. María Bárbara de Braganza y Austria) (4 dekabr 1711, Lissabon – 27 avqust 1758[…]) — İspaniya kralının xanımı. Atası Portuqaliya kralı V Con, anası isə Müqəddəs Roma imperatoru I Leopoldun qızı Mariya Annadır. Bu səbəblə eyni zamanda Portuqaliya infantası ünvanı almışdır. Noel, Charles C. (2004). "'Barbara Succeeds Elizabeth…': The Feminisation and Domestication of Politics in the Spanish Monarchy, 1701–1759". In Campbell Orr, Clarissa (ed.). Queenship in Europe 1660–1815: The Role of the Consort. Cambridge University Press. pp.
Santa-Barbara
Santa Barbara — ABŞ-nin Kaliforniya ştatında istirahət şəhəridir. Sakit okean sahilində Los-Ancelesin şimal-qərbindədir. Əhali: 92,325 (2000). Santa Barbara irili xırdalı bir çox park var. Bəziləri: Alameda Park Elings Park Alice öğürmek Park Memorial Gardens De La Guerra Plaza Skofield Park Parma Park Sahil Park, Santa Barbara Douglas Ailə Qoruğu Şərq Beach (Santa Barbara) Leadbetter Beach Qərb Beach (Santa Barbara) Hendry çimərlik Andree Clark quş Cenneti Kaliforniya Universiteti, Santa Barbara Santa Barbara City College Westmont College Fotoqrafiya Brooks İnstitutu Qərb Musiqi Akademiyası Santa Barbara Business College Antakya Universiteti Fielding Graduate University Derecik, İrlandiya Respublikası Palma de Mallorca, İspaniya Puerto Vallarta, Meksika San Juan, Filippin Toba City, Yaponiya Weihai, Çin Yalta, Ukrayna Santa Barbara şəhərinin rəsmi səhifəsi http://flagspot.net/flags/us-ca-sb.html Santa Barbara Kaliforniya Arxivləşdirilib 2007-02-24 at the Wayback Machine Local Info: http://www.edhat.com Informational Pages: http://www.santabarbara.com/ avtobus tarifləri Santa Barbara earthquakes Arxivləşdirilib 2006-01-09 at the Wayback Machine Wikitravel'da Santa Barbara Santa Barbara Deniz Muzeyi Free to view video interview with Alan Heeger (Nobel laureatı at UCSB and resident of Santa Barbara) provided by the Vega Science Trust.
İan Barbur
İan Gram Barbur (ing. Ian Graeme Barbour; 5 oktyabr 1923, Pekin – 24 dekabr 2013, Minneapolis, Minnesota) — 1923-cü ildə Çin Xalq Respublikasının paytaxtı olan Pekin şəhərində dünyaya göz açmış, 2013-cü ilin dekabr ayında 90 yaşında Amerikada vəfat etmişdir. İ.Barbur 20 yaşında "Syortmor" kollecini (Swarthmore College) bitirmiş, 1946-cı ildə Dyuk Universitetində (Duke University) fizika üzrə magistr təhsili almışdır. Daha sonra müasir nəzəri və ekspremental fizikaya böyük töhfələr vermiş dahi italyan fiziki Enriko Ferminin (Ernico Fermi −1901–1954) yardımçı və köməkçisi olmuşdur. Çikaqo Universitetində (University of Chicago) fizika üzərinə tədqiqatlarını bitirir və 1949-cu ildə doktorluq dərəcəsinə yiyələnir. Doktorluq dərəcəsinə yiyələnən İ.Barbur Miçiqana gedir. İ.Barbur Kalamazu kollecində fizika kafedrasında çalışmağa başlayır. Bu müddət ərzində elmi jurnallarda məqalələr yazmağa və nəşr etməyə başlayır. İki il sonra, gələcək illər üçün intellektual və akademik karyerasını müəyyənləşdirəcək çox mühüm addımını atır. O, Amerikada məşhur və mötəbər hesab edilən Yel Universitetinə (Yale University) ilahiyyat, fəlsəfə və etika təhsili almaq üçün qeydiyyatdan keçir və 1956-cı ildə universiteti uğurla bitirir.
İosafat Barbaro
İosafat Barbaro (it. Giosafat Barbaro) (1413–1494) — Venesiya taciri, səyyahı və diplomatı. 1413-cü ildə Antonio Barbaro və Françeskina Barbaronu ailəsində doğulmuşdu. Məşhur Barbaro ailəsinin üzvü idi. 1434-cü ildə Nona Duodo ilə evlənmiş, 3 qızı və Ciovanni adlı oğlu olmuşdur. 1436-cı ildə Venesiyanı tərk edərək Azov dənizi sahilindəki Genuya koloniyası olan Tana şəhərinə ticarət məqsədilə gəlir və 1452-ci ilədək burada qalır. 1437-ci ildə Alanların son hökmdarının qəbrini kəşfə çıxan və bu kurqandan xəzinə əldə etmə cəhdləri uğursuz oldu. Daha sonra bu kurqan rus arxeoloq Aleksandr Miller tərəfindən tapıldı və əslində mətbəx olduğu üzə çıxdı. Tanada olduğu müddətdə Barbaro tatar dilini və şərq adətlərini öyrənir. 1438-ci ildə Böyük Orda xanı Kiçik Məhəmməd xanın hücumu ərəfəsində ona diplomat olaraq göndərildi.