Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Belém
Belen — Braziliyada şəhər. Para vilayətinin mərkəzi şəhəri.
Bəlğəm
Bəlğəm (lat. sputum) — tənəffüsü təmin edən orqanların təmin etdikləri ağızdan çölə atılan sümüksüz maye.
Rəqəm
Rəqəm və ya say — ədədləri yazmaq üçün istifadə edilən xüsusi işarə. 1202-ci ildə riyaziyyatçı Leonardo Pizano (Leonardo Pisano) ərəb rəqəmlərinin adını çəkir. Hazırda istifadə edilən rəqəmlər Hindistandan gəlib və Avropa xalqları bu rəqəmlərlə ərəblərin sayəsində tanış olmuşlar. İlk dəfə XVI əsrdə yeni nömrələmə geniş şəkildə yayılmağa başlamışdır. Ərəb sistemi olan onluq say sistemi istənilən qədər böyük ədədi yazmağa imkan verir. Məlum olduğu kimi, Pifaqor, onun şagirdləri və davamçıları rəqəmlərin sayını azaldaraq 1–9 arasında saxladılar, çünki bu rəqəmlər başlanğıc rəqəmləridir, qalan rəqəmləri onlardan düzəltmək mümkündür. İyirmi əsr keçəndən sonra, məşhur Kornelius Aqrippa 1533-cü ildə nəşr etdiyi "Okkult fəlsəfəsi" əsərində həmin rəqəmləri və onların mənasını verdi. Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Çeqem
Çeqem (şəhər)
1000 (rəqəm)
Min (bir min) — say sistemində saylardan biri. Doqquz yuz doxsan doqquzdan sonra, min birdən əvvəl gəlir. Ən kiçik dördrəqəmli ədəddir. == Riyaziyyatda == === Əsas hesablamalarda. === Mürəkkəb ədəddir. Belə ki, 1, 2, 4, 5, 8, 10, 20, 25, 40, 50, 100, 125, 200, 250, 500 və 1000 ədədlərinə qalıqsız bölünür. === Say sistemində === == Elmdə == == Dində == == İnam və etiqadlarda == === Qurani-Kərim === Biz Nuhu öz tayfasına (peyğəmbər) göndərdik. Nuh onların arasında min ildən əlli əskik (doqquz yüz əlli il) qaldı. Onlar zülm edərkən tufan onları yaxaladı. Sən onları (yəhudiləri) bütün insanlardan, hətta müşriklərdən də daha artıq yaşamağa həris görərsən.
2014 (rəqəm)
2014 (iki min on dörd) — say sistemində ədədlərdən biridir. 2013 ədədindən sonra, 2015 ədədindən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === İki min on dörd ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Belem qalası
Belem qalası (port. Torre de Belém)- Portuqaliyanın paytaxtı Lissabonun Belem bölgəsində 16-cı əsrə aid tarixi bir qaladır. Qotik stilin dəvamı olan Manuelin stilində olan qala 16. əsrin başlarında Portuqaliyalı səyyah Vasko da Qama şərəfinə tikilmişdir.
Min (rəqəm)
Min (bir min) — say sistemində saylardan biri. Doqquz yuz doxsan doqquzdan sonra, min birdən əvvəl gəlir. Ən kiçik dördrəqəmli ədəddir. Mürəkkəb ədəddir. Belə ki, 1, 2, 4, 5, 8, 10, 20, 25, 40, 50, 100, 125, 200, 250, 500 və 1000 ədədlərinə qalıqsız bölünür. Biz Nuhu öz tayfasına (peyğəmbər) göndərdik. Nuh onların arasında min ildən əlli əskik (doqquz yüz əlli il) qaldı. Onlar zülm edərkən tufan onları yaxaladı. Sən onları (yəhudiləri) bütün insanlardan, hətta müşriklərdən də daha artıq yaşamağa həris görərsən. Onlardan hər biri istər ki, min il yaşasın, halbuki (uzun ömür etmək) onların heç birini axirət əzabından uzaqlaşdırmaz.
Ray Bequm
Ray Bequm (Kəşmir dili:राज बेगम (Devanagari), راج بیگم (Nəstəliq); 1927 – 26 Oktyabr 2016) — Kəşmirli populyar müğənni, XX əsrin xalq müğənnisi. Bequm 2002-ci ildə Padma Şri mükafatı ilə təltif olunmuşdur. Ray Bequm 2016-cı ilin oktyabrın 26-ına keçən gecə vəfat etmişdir. Bequm 27 mart 1927-ci ildə Maqarmal Bağın şeyxi olan Qulam Rəsulun vətəni hesab edilən Srinaqarda anadan olmuşdur.
Rəqəm generatorları
Bu tip generatorlar sabit cərəyan qida mənbəyinin enerjisi hesabına toplanana enerjinin (enerjinin toplanma prosesi kondensator və induktiv doloqlar vasitəsilə yerinə yetirilir) çıxışda azad olması hesabına yaranana qeyri-harmonik rəqslər yaranır ki, belə generatorlara releksasiya heneratorları deyilir. Burada qeyri-harmonik siqnallar (rəqslər) deyərkən xətti dəyişən, düzbucaqlı, eksponensial və başqa xüsusi formaya sahib xüsusi siqnallar nəzərdə tutulur. Multivibrator, təkvibrator, trigger, bloking generatorları releksasiya generatorlarına aid etmək olar. Müvazinətli vəziyyətin saxlama xarakteri düzbucaqlı impuls generatorlarının təsnifat əlamətidir. Müvazinətli vəziyyət uzun müddətli dayanıqlı və kvazidayanıqlı (demək olar ki-nisbətən dayanıqlı) olmaqla iki çür olur. Uzun müddətli dayanıqlı vəziyyət: Bu vəziyyətdə generator öz stabil halını istəlinən ana qədər saxlaya bilər və generatoru xarici təsirin köməyilə bu vəziyyətdən çıxarmaq olar. Kvazidayanıqlı vəziyyət: Bu vəziyyətdə generator öz stabil halını müəəyən sonlu müddət ərzində saxlayır və bu müddət generatorun daxili parametrləri və strukturu ilə müəyyən edilir. Bu tip generatorlarda bir dayanıqlı vəziyyətdən digərinə keçid üçün xarici təsirlər tələb edilmir. Düzbucaqlı impuls generatorları dayanıqlı vəziyyətin xarakterinə görə üç qrupa bölünür. Triggerlər: Belə generatorlar iki uzun müddətli dayanıqlı vəziyyətə sahib olurlar və bistabil düzbucaqlı impuls generatoru adlanırlar.
Rəqəm klaviaturası
Rəqəm klaviaturası (numeric keypad)- klaviaturanın sağ hissəsində olan və ədədləri rahat daxil etmək üçünistifadə oluna bilən əlavə klavişlər bloku. Rəqəm klaviaturası, adətən, kompüter klaviaturalarının əksəriyyətində olur, ancaq ayrıca blok kimi də mövcuddur. Onun tərkibinə rəqəm klavişlərindən savayı toplama, çıxma, vurma, bölmə və hətta ENTER klavişləri də (adətən, klaviaturanın əsas hissəsində olan eyni adlı klavişdən fərqlənən) əlavə olunub. Çox zaman rəqəm klaviaturasının bir çox klavişlərinin ikili təyinatı olur; Num Lock indikatorunu yananda bu klavişlərinin ikili təyinatı olur; Num Lock indikatorunu yananda bu klavişlərdən kursoru hərəkət etdirmək, sənədi aşağı-yuxarı səhifələmək, mətni artırmaq və uzaqlaşdırmaq üçün istifadə etmək olar. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Çeqem (şəhər)
Çeqem (rus. Чеге́м; kab.-çərk. Шэджэм) — Rusiya Federasiyasının Kabarda-Balkariya Respublikasının Çeqem rayonunun inzibati mərkəzi və şəhəri. Nalçik şəhərindən 10 km şimalda, 470 metr yüksəklikdə yerləşir. 2010-cu ilə əsasən əhalisi 18.019 nəfərdir. Əvvəlki adı Çeqem Pervıy olmuşdur. 1972-ci ildə kənd tipli yaşayış məntəqəsi statusu almışdır. 2000-ci ildə isə şəhər statusu almış və adı Çeqem olaraq dəyişdirilmişdir.
Çeqem rayonu
Çeqem rayonu (kab.-çərk. Шэджэм район / Шэджэм куей, qaraç.-balk. Чегем район) - Rusiya Federasiyası, Kabarda-Balkariyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Çeqem şəhəridir. Çeqem rayonu Kabarda-Balkariya Respublikasının mərkəzi hissəsində yerləşir. Çeqem çayının sahili boyunca cənub-qərbdən şimal-şərqə qədər uzanır. Rayonun ərazisi dəniz səviyyəsindən 500 ilə 4617 m yüksəklikləri arasındadır. Respublika dağətəyi və dağlıq bölgələrdən ibarətdir. Rayonun sahəsi 1503.32 km²-dir. Rayon aşağıdakı ərazilərlə həmsərhəddir: qərbdə Elbrus rayonu, şimalda Baksan rayonu, şərqdə Urvan və Çerek rayonları, cənubda Gürcüstan.
Çeqem çayı
Çeqem çayı (kab.-çərk. Шэджэм, qaraç.-balk. Чеге́м суу) — Kabarda-Balkariya Respublikasında, Şimali Qafqazda axan çay. Çayın uzunluğu 103 kilometr, hövzəsinin sahəsi isə 931 km²-dir. Çay mənbəyini Elbrusun şərqindəki Baş Qafqaz silsiləsinin şimal yamacında, Başil buzlaqlarından götürür. Ən yuxarı hissədə, Qara-Auzusu çayı ilə birləşmədən əvvəl, Başil-Auzusu adlanır. Çay şimal-şərq istiqamətində, Çeqem dərəsi boyunca axır. Düzənliyə çıxan çay, burada Çeqem 1 və Çeqem 2 olmaqla iki kanala bölünür, sonra yenidən birləşərək Baksan çayına tökülür. Çeqem sürətli axan çaydır və xüsusilə yaz aylarında, dağlarda ən güclü qarların sürətli əriməsi nəticəsində çayın suyu bol olur, daşqınlar olur. Bu səbəbdən çay bəzən kənd təsərrüfatına ciddi ziyan vurur.
Çeqem şəlalələri
Çeqem şəlalələri — Kabarda-Balkariyanın Çeqem rayonunda, Adaysu, Sakal-Tup və Kayart çayları üzərində olan şəlalələri qrupu və təbiət abidəsi. Çaylar sonda Çeqem çayına tökülür. Şəlalələrə ən yaxın yaşayış məntəqələri Aşağı Çeqem və Xuşto-Sırtdır. Rayon mərkəzi olan Çeqem şəhərinə — 44 km, ölkənin paytaxtı Nalçikə isə — 55 km-dir. Çeqem şəlalələr qrupuna üç şəlalə daxildir. Əyər Çeqem dərəsi boyu cənuba hərəkət etsək, ilk öncə Aşağı Çeqem kəndindən 2 km cənubda yerləşən Kiçik Ceqem və ya Aday-Su şəlaləsinə çatmış olarıq. Bu şəlalə Çeqem çayının eyni adlı qolunun üzərində yerləşir. Çay Çeqemə sağdan birləşir. Şəlalə yoldan 200 m aralı yerləşir. Xarici görünüşcə şəlalə təbiət tərəfindən yaradılmış nəhəng daş novçanı xatırladır.
Analoq-rəqəm çeviricisi
Analoq-rəqəm çeviricisi – analoq (zamana görə fasiləsiz dəyişən) fiziki kəmiyyətləri diskret rəqəmli kəmiyyətlərə çevirən qurğu. Analoq kəmiyyətlər kimi elektrik gərginliyi və cərəyanı, rəqslərin tezliyi, faza sürüşmələri, dönmə bucaqları və s. götürülür. Ədədi kodlar, əsasən, ikilik, ikilik-onluq və ya onluq say sistemləri ilə verilir. Ümumi halda analoq-rəqəm çevrilməsi prosesi kvantlaşdırma (fasiləsiz verilənlərin zaman, səviyyə və ya hər iki parametr üzrə eyni anda diskretləşdirilməsi) və kodlaşdırmadan ibarətdir. Kvantlaşdırma zamanı fasiləsiz kəmiyyət müəyyən qanunla seçilmiş və ümumilikdə ilkin kəmiyyəti (əvvəlcədən təyin edilmiş səhvlə) əks etdirən ani qiymətlərdən ibarət ardıcıllığa çevrilir. Kodlaşdırma zamanı kvantlaşdırma prosesində seçilmiş ilkin kəmiyyətin ani qiymətləri ölçülür və nəticələr ədədi kodlar şəklində qeyd edilir. Müasir Analoq-rəqəm çeviricisində kvantlaşma və kodlaşma prosesləri analoq və inteqral sxemlərin, mikroprosessorların və s. köməyilə yerinə yetirilir. Analoq-rəqəm çeviricisi verilənlərin ötürülməsi sistemlərində, informasiya-ölçmə sistemlərində, avtomatik idarəetmə qurğularında və s.
Bələm ibni Baur
Bələm ibni Baur - Tövratda adı çəkilən dini fiqur. == İslamda == Tarix kitablarında Yuşə ibni Nunun Bəni-İsrailin düşmənlərilə vuruşduğu müharibələrdə Bəl`əm ibni Baurunun da adı çəkilib. Təfsirçilərdən bir dəstəsi də “Əraf” surəsinin ayələrini də belə təfsir ediblər. Allah taala o iki ayədə öz peyğəmbərinə xitab edərək buyurur: - “Biz ayələrimizi belə ətraflı izah edirik ki, onlar bəlkə, (batildən haqqa, küfrdən imana) dönələr. (Ey Məhəmməd!) Onlara (yəhudilərə) ayələrimizi verdiyimiz kimsənin xəbərini də söylə (oxu). O, (ayələrimizi inkar edib) imandan döndü. Şeytan onu özünə tabe etdi və o, (haqq yolundan) azanlardan oldu. Əgər biz istəsəydik, onu (həmin ayələrlə) ucaldardıq. Lakin o yerə (dünyaya) meyl edib nəfsinin istəklərinə uydu. O, elə bir köpəyə bənzəyir ki, ona tərəf gəlsən də, gəlməsən də hürkər (onun üçün heç bir fərqi yoxdur.) Bu, ayələrimizi yalan hesab edənlər barəsində çəkilən misaldır.
Həkim Məhəmməd Bəqər
Həkim Məhəmməd Bəqər (Təbriz) — == Həyatı == Həkim Məhəmməd Bəqər Təbrizdə doğulub boya-başa çatmışdı. Onun qardaşı Mir Bəqər məşhur və istedali həkim idi və Shah Abbas Səfəvinin saray həkimi vəzifəsində çalışırdı. Məhəmməd Bəqər də, qardaşi kimi, tibb sahəsində və başqa elmlərdə dərin savada malik idi. Bir müddət Təbrizdə həkim işləyəmdən sonra o, Hindistana yollanır və Əbdürrəhman Hani-Hanan adında xeyriyyəçinin sarayına yol tapır. Bu xeyriyyəçinin əməlləri bütün İran və Azərbaycana əks səda salmışdı. Xani-xanan Məhəmməd Bəqəri hörmətlə qarşılayır, onunla dostlaşır və özünün şəxsi həkimi təyin edir. Məhəmməd Bəqər ömrünün sonuna qədər orada yaşayır və böyük var-dövlət sahibi olur.
Bəqli (Beqli)
Bəqli (Beqli) — Arsakda məntəqə adı. == Toponim == Kutaisi quberniyasının Şorapan qəzasında (indiki Zestafoni rayonunda) Beqlevi kənd adı . Cənub-şərqi Avropada yaşamış qıpçaqların Burcabo tayfa üç qoldan ibarət idi. Aklan, Osoluk və Beqlik. Bu kənd Beqlik qolunun adını əks etdirir. Gürcüstanda Beqlevi, Beqleti və Beqli. Ermənistanda Biqli kənd adlarında da əksini tapmışdır. Albaniyada erkən orta əsrlərdə Tatev monastırının (Zəngəzurda) adında da eb sözü iştirak edir. Qafqazın toponimiyasında Beqle, Beqli formalarındadır. XIX əsrdə İrəvan quberniyasının Novobayazid qəzasında Beqludağ, Şimali Qafqazda Dağıstan əyalətinin Dargin dairəsində Beqala-Moxi (Beqlidağ deməkdir), Batumi dairəsində Beqleti, Borcalı qəzasında Böyük Beqler və Kicik Beqler, Azərbaycanda Şamaxı rayonunda Bəklə.
AEGEE
AEGEE (fr. Association des États Généraux des Étudiants de l'Europe) , yaxud Avropa Tələbələr Forumu, Avropanın ən böyük, transmilli tələbə təşkilatlarından biridir. 1985-ci ildə Parisdə əsası qoyulan AEGEE, hal-hazırda öz əlaqələrini genişləndirərək Avropanın 40 ölkəsinin 147 şəhərindən olan 13.000 tələbəni özündə birləşdirir. İdarə heyəti və baş ofisi Brüsseldə olan AEGEE-nin Rusiya, Türkiyə və Qafqaz da daxil olmaqla, Avropadakı universitet şəhərlərində 200 -dən çox yerli şöbələri (antenna) mövcuddur. Qeyri-hökumət, siyasi cəhətdən müstəqil, heç bir gəlir marağında olmayan bu təşkilat bütün sahələrdən və fakültələrdən olan tələbələrin və gənclərin üzünə açıqdır. Təşkilatın əsas məqsədi bərabərhüquqlu, demokratik və sərhədsiz - vahid Avropa məkanı yaratmaqdır. Hər il şəbəkə daxilində yüzlərlə konfrans, təlim və tədbirlər təşkil edilir. Həyata keçirilən bütün layihələr və fəaliyyətləri təşkilat üzvlərinin könüllülük prinsipləri əsasındadır. == Təşkilatın tarixi == 1985 Assosiasiyanın əsası 16 Aprel 1985-ci ildə EGEE 1 konfransının (États Généraux des Étudiants de l'Europe) nəticəsi olaraq Parisdə: Leyden, London, Madrid və Milandan olan tələbələrin toplantısı zamanı qoyulmuşdur. Bu toplantı Parisdəki beş “Grandes Écoles” ilə birlikdə qurucu prezident Franck Biancheri tərəfindən təşkil edilmişdir.
Bagel
Beyql (ing. Bagel; idiş בײגל‎, translit: beygl; pol. bajgiel; həmçinin beigel) — ABŞ, Kanada və Böyük Britaniyada geniş şəkildə istehlak edilən mayalı xəmirdən hazırlanmış qalın və halqa şəkilli çörək növü. İlk dəfə 17-ci əsrdə Aşkenazi yəhudiləri Polşada ortaya çıxarılan beyqlın istehsalında maya, un, şəkər, duz və su istifadə edilir. Dad baxımından küncütsüz simiti xatırladır. İlk zamanlar yəhudilər tərəfindən istehlak edilən bagel, sonralar ABŞ və Kanadaya yayılmışdır. Amerikada xüsusilə, Nyu-York və Kaliforniya ştatlarında çox istehlak edilir. Simitdən fərqli olaraq suda qaynadılan bagelin küncütlü, çörəkotulu, sarımsaqlı, soğanlı, xaş-xaşlı növləri vardır.
Baget
Baget (fr. une baguette de pain) — fransız çörəyidir.Bəzi tarixçilər, bagetin inqilabdan sonra Napoleon Bonapart tərəfindən icad edildiyini qarşıya qoyur. O günə qədər yumru bişirilən çörəklər bu haldaykən daşına bilmirdi. Rusiya səfərinə hazırlanan Fransız İmperatoru, çörəklərə incə, uzun bir şəkil verilərək əsgərlərin şalvarına dayaza bilməsini planlamışdı. Beləcə baget, Napoleonun ordularıyla bütün Avropaya yayıldı.
Belen
Belen (Para) — Braziliya da yerləşən şəhər. Para vilayətinin mərkəzi şəhəri. Belen xanım — türk mifologiyasında səyahət ilahəsi.
Beqiç
Beqiç (v. 11 avqust 1378) — Qızıl Orda tümənbəyisi, Mamayın ordusuna başçılıq etmişdi. Voşe çayı sahilində Dmitri Donskiyə və onun müttəfiqlərinə qarşı vuruşmuşdu. Bir çox tümənbəyilərlə (Xazibəy, Koverqa, Karabuluk, Kostrov) birlikdə 50 minlik ordunun başında məğlub olmuş, öldürülmüşdü. == İstinadlar == == Ədəbiyyat == Греков И. Б., Шахмагонов Ф. Ф. "Мир истории. Русские земли в XIII–XV веках". М.: "Молодая гвардия", 1988.
Beqli
Bexleti (Xaşuri) (gürc. ბეღლეთი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Toponimkası == Beqli — Tiflis quberniyasının Qori qəzasında (indi Xaşur rayonunda) kənd adı. Beqle toponimindən və gürcücə yer, məkan bildirən "eti" şəkilçisindən ibarətdir. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 22 nəfər idi. 2014-cü ildə 22 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, II cild, səh.
Bədəl
Bədəl — kişi adı. Bədəl bəy Bədəlbəyli — müəllim, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu. Bədəl Bədəlov — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial məsələlər üzrə vitse-prezidenti. Təxəllüs Ümmügülsüm Bədəl — Türkiyəni təmsil edən həndbolçu. Yaşayış məntəqələri Molla Bədəl — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. Əli Bədəl (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Digər Hacı Bədəl körpüsü — Qubadlı rayonunun Dəmirçilər kəndində yerləşən tağsız körpü.
Beqmen
Beqmen (ing. bagman, hərf. çuval adamı) — müxtəlif ölkələrdə fərqli mənalara malik olan termin. Təriflərin bir qrupu səyahət ideyasına əsaslanır. İngilis dilində "bagman" 1808-ci ildən məlum olan səyyar satıcı üçün termindir. Avstraliyada bu, avara və ya evsiz adam mənasını verə bilər. Bununla belə, bir çox başqa təriflər pul ətrafında cəmlənir. Siyasi fandreyzinqdə, ianə toplamaqda və ya başqa bir şəkildə siyasi kampaniyanın maliyyə tərəfində iştirak edən şəxslərə beqmen adı verilə bilər. Bu, terminin mənasının genişləyərək dövlət məmurları üçün rüşvət istəyənləri əhatə etməsinə səbəb olmuşdur. Mütəşəkkil cinayətkarlıqda bir beqmen mühafizə raketləri və ya nömrələr oyununda iştirak edə bilər. O, pulu toplayır və ya paylayır.
Beigel
Beyql (ing. Bagel; idiş בײגל‎, translit: beygl; pol. bajgiel; həmçinin beigel) — ABŞ, Kanada və Böyük Britaniyada geniş şəkildə istehlak edilən mayalı xəmirdən hazırlanmış qalın və halqa şəkilli çörək növü. İlk dəfə 17-ci əsrdə Aşkenazi yəhudiləri Polşada ortaya çıxarılan beyqlın istehsalında maya, un, şəkər, duz və su istifadə edilir. Dad baxımından küncütsüz simiti xatırladır. İlk zamanlar yəhudilər tərəfindən istehlak edilən bagel, sonralar ABŞ və Kanadaya yayılmışdır. Amerikada xüsusilə, Nyu-York və Kaliforniya ştatlarında çox istehlak edilir. Simitdən fərqli olaraq suda qaynadılan bagelin küncütlü, çörəkotulu, sarımsaqlı, soğanlı, xaş-xaşlı növləri vardır.