Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
.biz
.biz — biznes-strukturlar üçün yuxarı səviyyəli ümumi domendir. Domen .com domenini yüngülləşdirmək məqsədilə 2001-ci ildə yaradılmışdı. Domenin adlandırması zamanı 3-dən 63-ə qədər simvol olmalıdır. BIZ domeni öz adının mahiyyətini ingilis dilində olan business (biznes, iş, kommersiya fəaliyyəti) sözündən götürmüşdür. BIZ domen zonası COM, NET və ORG zonalarının həddən artıq yüklənməsini qarşısını almaq üçün yaradılmışdır.
BiP
BiP Turkcell tərəfindən iOS və Android istifadəçiləriüçün hazırlanmış mesajlaşma tətbiqidir və pulsuz istifadə edilə bilər. BiP; App Store, Google Play və Huawei AppGallery- dən pulsuz yükləyə bilərsiniz.. Tətbiqdə itirilmiş mesaj, yumor yaratmaq, hər kəslə ünsiyyət qurma, qrup mesajlaşma və yer paylaşımı, oyunlar, pul köçürməsi kimi xüsusiyyətlərə malikdir. Tətbiq ilə istifadəçilər birbirinə mesaj, rəsim, video, və ses göndərəbilərlər. İtirilmiş mesaj xüsusiyəti ilə vaxtla silinən mesaj göndərə bilərlər. Tətbiqi işlətməyənlərə tətbiqdən SMS göndərməq mümkündür. Caps yəni yumor (mem) yaratma xüsusiyəti ilə insanlar şəkillərlə Caps yaradıb, paylaşabilir.
Bia
Biansa Miquela Landrau (ing. Bianca Miquela Landrau; 16 avqust 1991, Medford[d], Massaçusets) — əsasən Bia ləqəbi ilə tanınan ABŞ musiqiçisi. == Həyatı == Bia 16 avqust 1991-ci ildə Massaçusets ştatının Medford şəhərində anadan olmuşdur. Əslən Porto-Rikalı və italyandır. Qısa müddət kollecdə oxusa da, buranı tərk edib musiqi karyerasına addım atmışdır. 2017-ci ildə Los-Ancelesə köçdü.
Bil
Bil (ing. Biel/Bienne) — İsveçrənin şimal qərbində, Bern kantonunda şəhər. == Əhalisi == Əhalisi 51,6 min (2011; şəhərətrafı ilə təqribən 75 min). == Coğrafiyası == Yura dağ massivinin şərq ətəyində, Aare çayı sahilindədir. İri nəqliyyat qovşağı. Bil Sürix–Lozanna, Bern–Bazel, Bil–Le-Lokl mühüm dəmiryol xətlərinin kəsişdiyi yerdədir. Şəhərdən Sürix–Zolo turn–Nevşatel–Bezanson (Fransa) və Bern–Bil avtomobil magistralları keçir. Bil gölü sahilində yerli əhəmiyyətə malik portdur. == Tarixi == 1230-cu ildən məlumdur. == İqtisadiyyatı == İqtisadiyyatında xidmət sektoru üstünlük təşkil edir (turizm, rabitə və nəqliyyat, işgüzar xidmətlər).
Bin
Bin, Ben — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Şəhrikürd şəhristanının Bin bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,699 nəfər və 3,141 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir, azərbaycan dilində danışırlar və şiə müsəlmandırlar.
Bio
Bio — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Oykonimin düzgün adı Biəov olmalıdır. Yaşayış məntəqəsinin adı talış dilindəki biə "soyuq" və ov "su" sözlərindən yaranmışdır (Soyuqsu kəndi). Biu Astara rayonunun Siyaku inzibati ərazi vahidində kənd. Lənkəran ovalığındadır. Kənd öz adını yaxınlıqdakı mineral su bulağının adından almışdır. Əsli Büyəov olan bu hidronim Talış dilindəki buy (iy, qoxu) və ov (su) sözlərindən ibarət olub, "iyli, qoxulu su" mənasındadır.
Bir
Bir — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Saymağa birdən başlayırıq. Bir ikidən əvvəl gəlir. == Riyaziyyatda == Bir ədədi riyaziyyatda bir çox hallarda vahid adlanır. Vahidin aşağıdakı xassələri var: İstənilən ədədi vahidə vurduqda həmin ədəd özü alınar. Vahidi istənilən ədədə vurduqda həmin ədəd özü alınar. İstənilən ədədi vahidə böldükdə həmin ədəd özü alınar. Vahid tək ədəd hesab edilir. 1 ədədi nə sadə ədəd, nə də ki, mürəkkəb ədəddir. == İnam və etiqadlarda == Mənəvi və maddi mədəniyyətin tərkib hissələrindən bilinən ümumsay kompleksində həm də "tək", "vahid" adları daşıyan çoxmənalı bir sayı mifoloji dünya modelində "Tanrı", "Kosmos" anlayışı ilə hər hansı hadisə və işin, əşyanın ilkliyi, başlanğıcı təsəvvürünü yaratmaqla düşüncəyə, məişətə daxil olmuşdur.
Bit
Bit (ing. binary digit) — minimal informasiya vahidi olub, iki mümkün məntiqi qiymətdən birini ifadə edir. Bu qiymətləri adətən "0" və "1" (ikilik kod) kimi işarə edirlər. Bit "binary digit" sözlərinin qısaltmasıdır və kompüterdəki ən kiçik informasiya vahididir. Bu termin ilk dəfə 1946-cı ildə Con Taki tərəfindən istifadə edilmişdir. Bir neçə ikilik ədəddən ibarət sıra bit sətri və ya bit vektoru adlanır. Bir çox kompüter sistemlərində səkkiz bitdən ibarət qrup bayt adlanır, lakin bəzi sistemlərdə bu oktet kimi də adlandırılır. Bir baytın yarısı (dörd bit) nibbl adlanır. == Fiziki ifadəsi == Bir bit informasiya istənilən iki müxtəlif vəziyyəti olan rəqəmsal qurğu və ya digər fiziki sistem tərəfindən saxlanıla bilər. Bunlar triggerlərin iki stabil vəziyyəti, elektrik açarı, dövrənin iki müxtəlif cərəyan şiddəti və gərginlik səviyyələri, maqnitləşmə və polyarizasiyanın iki istiqaməti və s.
BİM
Birləşmiş Mağazalar ASC və ya qısaca BİM — Türkiyədə satış yapan diskaunter mağaza. Mağaza sayına görə 2-ci, illik gəlir baxımından Türkiyənin ən böyük pərakəndə marketidir. BİM şirkətinin xalis mənfəət 2013-cü ildə 3,5%, 2014-cü ildə 2.7% və 2015-ci ildə 3.3% idi. 2013 413 milyon, 2014 395.3 milyon, 2015 583.1 milyon Türk lirəsi təşkil etmişdir. == Tarixçə == 1995-ci ildə 21 mağaza ilə fəaliyyətə başlayan BİM Birləşik Mağazalar ASC-nin əsas prinsipi əsas ərzaq və istehlak məhsullarını ən yaxşı qiymətə və ən yüksək keyfiyyətlə istehlakçıya çatdırmaqdır. Diskaunt tipli Türkiyədəki ilk nümayəndəsi olan BİM, məhdud sayda məhsulla, lakin yüksək keyfiyyətlə daim xidmətdədir. 1997-ci ildə Türkiyənin ilk xüsusi marka məhsulu olan Dost Süd BİM-in məhsuludur. 2000-ci ildə 599 mağazaya, 2005-ci ildə 1,194 mağazaya çatan BİM ASC, 2016-ci ilin dekabr ayı etibarilə Türkiyə daxilində 5.580 mağazası var. Şirkət 2005-ci ilin iyul ayında BIMAS kodu ilə Borsa İstanbulda siyahıya alındı. 2016-cı ilin dekabr ayına olan məlumata görə, səhmlərin 71,02 faizi açıq şəkildə satılır.
Bıx
Bıx — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Qafan r-nunda) kənd. XIX əsrin əvvəllərindən kəndin əhalisi azərbaycanlılardan və ermənilərdən ibarət olmuşdur. 1918-ci ildə azərbaycanlılar qovulmuşlar. XIX əsrdə Şimali Qafqazın Ter əyalətində Bık dağı və Bıkova (əsli Bıkoba) kəndi (yenə orada), Azərbaycanda Qax r-nunda Zərnə kəndində Fıqlar obası toponimləri ilə mənşəcə eynidir. Ehtimal ki, türk dillərində buk «meşə sahəsi», «cəngəllik» sözündəndir. Altayda buk «çayın axarı boyu dağlar arası vadi» mənasındadır.
Biç
Bic (ing. bitch; /bɪtʃ/) — insanlara, xüsusən də qadınlara qarşı istifadə olunan aşağıladıcı ifadə. Bir qadın və ya qız uşağı nəzərdə tutulduqda dalaşqan, pisniyyətli, nəzarətçi, aqressiv və ya dominant mənasına gəlir. Bir kişiyə yaxud oğlana tətbiq edildikdə isə mənasını dəyişir, tabe olan, zəif, qorxaq kimi alçaldıcı mənaları ifadə edir. Bu ifadə homoseksual münasibətdə yüksək dərəcədə iddialı və ya qadının alçaldıcı xarakteristikasına sahib olan kişiyə istinad edə bilər.
Bir kəmər, bir yol
Kəmər və Yol Təşəbbüsü (abr. KYT; ing. Belt and Road Initiative; abr. BRI və ya B&R), əvvəlki adı ilə Bir kəmər, bir yol (çin. 一带一路; ing. One Belt One Road; abr. OBOR) — Çin hökumətinin 2013-cü ildə 70-ə yaxın ölkəyə və beynəlxalq təşkilata sərmayə yatırmaq məqsədilə qəbul etdiyi qlobal infrastruktur inkişaf strategiyası. Bu, Çin Kommunist Partiyasının (ÇKP) baş katibi və Çinin rəhbəri Si Tszinpinin xarici siyasətinin mərkəzi hissəsidir. O, təşəbbüsü ilk olaraq 2013-cü ilin sentyabrında Qazaxıstana rəsmi səfəri zamanı strategiyanı "İpək Yolu İqtisadi Kəməri" adı ilə elan etmişdir. "Kəmər" sözü "İpək Yolu İqtisadi Kəməri"nin qısaltmasıdır.
Haməd bin Abdullah bin Səud bin Xudeyr
Haməd bin Abdullah bin Səud bin Xudeyr (4 noyabr 1966, Ər-Riyad) — Səudiyyə Ərəbistanının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2018–2023) == İstinadlar == == Xarici keçidlər == H. E. Dr.
Kij boğazı
Kij boğazı (rus. Кижский пролив) - Kareliya Respublikası ərazisində Oneqa gölündə yerləşən Klimenes adasını materikdən ayırır. Ən dar yerdə eni 100 m təşkil edir, bu hissə gəmiçilik üçün təhlükəlidir. Uzunluğu 20 km, dərinliyi 10 m təşkil edir.
Little Big
Little Big — Sankt-Peterburqda yaradılan, reyv- və hip-hop-qrupu. Little Big musiqi qrupu 2013-cü ildə yaranmışdır. Onların 2018-ci ildə ifa etdikləri "Skibidi" mahnılası böyük populyarlıq qazanmışdı. Qrup Rusiyanı 2020 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər.
Lonq Biç
Lonq Biç (ing. Long Beach) — Sakit Okean'ın sahilində Los-Ancelesin 30 km cənubunda yerləşən, əhalisinə görə ABŞ-nin 38-ci, Kaliforniya ştatının 7-ci böyük şəhəri. Təxminən 500 min əhalisi olan şəhər dünyanın ən böyük limanlarından birinə və inkişaf etmiş neft sənayesinə sahibdir. Şəhərdə Təyyarə və Avtomobil hissələri istehsal edilir. == Coğrafiyası == Lonq-Biç Los-Ancelesin məkəzindən təxminən 30 km uzaqlıqda yerləşir. Ümumi səhəsi 170,7 km², quru sahəsi 130,5 km², su sahəsi isə 40 km²-dir. 1964-cü ildə Təyyarə qəzasında ölmüş kosmonavt Teodor Friman və 1967-ci ildə Apollon 1'də baş verən yanğında ölən 3 kosmonavt Qas Qrissom, Edvard Vayt və Rocer Çaffinin adı verilmiş 4 süni ada mövcuddur.
Luka Bıç
Luka Lavrentyeviç Bıç (rus. Лука Лаврентьевич Быч, 30 noyabr 1870 – 12 yanvar 1944) — sağ menşevik. "Yedinstvo" təşkilatının üzvü. 1917–1918-ci illərdə Kuban Xalq Respublikasının ilk sədri. == Həyat və fəaliyyəti == Luka Bıç 1870-ci ildə Pavlovski stanitsasında anadan olmuşdur. Moskva Universitetinin hüquq fakültəsini bitirmişdir. Fevral inqilabı ərəfəsində — 1912–1917-ci illərdə Bakı şəhər rəisi olmuşdur. Fevral inqilabından (1917) sonra o, Bakı Şəhər Duması adından vurduğu teleqramda yeni hökuməti salamlayaraq bildirirdi ki, Bakıda bu münasibətlə bir günlük təbrik tətili keçirilmişdir. Bıç 1917-ci il martın 5-də Müvəqqəti hökumətin Bakıda yaratdığı İctimai Təşkilatların İcraiyyə Komitəsinin sədri olmuşdur. 1917-ci ilin payızında Kuban vilayətində bolşeviklərə qarşı mübarizədə fəal iştirak etmiş, noyabrda müstəqil Kuban Respublikasının yaradıcılarından biri olmuş, ilk Kuban hökumətinin başçısı seçilmişdir.
Medison Bir
Medison Bir (ing. Madison Beer; 5 mart 1999, Ceriko, Nyu-York ştatı, ABŞ) — amerikalı müğənni və bəstəkar. == Həyatı == Madison Elle Beer 5 mart 1999-cu ildə Nyu-York ştatının Yeriko şəhərində yəhudi ailədə dünyaya gəldi. Atası Robert Beer əmlakçı, anası Tresi isə memar idi. 4 yaşında modellik yarışmasında qələbə qazanan Beer Child Magazine-nin baş səhifəsində yer aldı. Rider adlı kiçik qardaşı var. == Kariyerası == Musiqi karyerası 13 yaşında Castin Biberin vasitəsiylə başladı. Sonra Island Records ilə müqavilə imzaladı. 2017 avqust ayında ilk albomu As She Pleases-i yayımladı. Beer 2020-ci ildə Epic Records ilə razılaşıb 2021 fevralda ikinci albomu Life Support-u yayımladı.
Narbuta biy
Narbuta biy (1749-1798)—1764 -1798-ci illərdə Kokand xanlığını idarə etmiş hakim. 1764-cü ildən 1798-ci ilə qədər Kokand xanlığını Əbdülkərim biyin nəvəsi Narbuta biy minq idarə edirdi. Məlumatlara görə Narbuta biy uzun müddət hakimiyyətdən imtina etmişdi. Deyilənlərə görə, onun Fərqanədə hakimiyyəti təhlükəli idi. Kokandın tanınmış əyanları təntənəli surətdə Narbuta biyin qarşısında sədaqət andı içdilər. Ancaq bundan sonra Narbuta biy Fərqanənin hakimi olmağa razılıq verdi.. Narbuta biyin xanlığı dövründə Cust və Namanqan separatist hakimlərinin qüvvələri tərəfindən əzildi. Sonra o, üsyançı Xocənd hakimi üzərində qələbə çaldı, eyni zamanda Ura-tube formal olaraq Buxaradan asılı qaldı. Narbuta biyin xanlığı dövründə Kokand xanlığının ərazisi xeyli genişləndi. XVIII əsrdə Daşkənd iri ticarət mərkəzi idi, Qazaхıstan, Rusiya, Orta Asiya xanlıqları ilə karvan ticarəti yüksək səviyyəyə çatmışdı.
On bir
On bir — say sistemində ədədlərdən biridir. Ondan sonra, on ikidən əvvəl gəlir. On bir ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir. Natriumun atom rəqəmi.
Otuz bir
Otuz bir — say sistemində ədədlərdən biridir. Otuzdan sonra, otuz ikidən əvvəl gəlir. Otuz bir ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Piq-Biç
Piq-Biç (ing. Pig Beach) — Baham adalarında ada. Eksuma adalarının bir hissəsidir. Əhalisi yoxdur. Ada Piq-Aylend, Meycor-Ki, Bir-Meycor və rəsmi olaraq Biq-Meycir-Ki olaraq tanınır. Piq-Biç bir çəkməni xatırladan nizamsız formaya malikdir. Şimaldan cənuba ada 1.8 kilometr (1.1 mil) uzanır, maksimum eni 1.6 kilometr (0.99 mil) çatır, təxmini sahəsi 0,9 km2-dir. Adada kiçik göllər əmələ gətirən üç içməli su mənbəyi var. Ada Cennifer Nolanın "Donuz adasının sirri" adlı uşaq kitabına, həmçinin Sandra Boyntonun mahnısı adaya həsr olunmuşdur.
Qastone Bin
Qastone Bin (it. Gastone Bean; 11 avqust 1936) ― hücumçu mövqeyində çıxış etmiş İtaliya futbolçusu. San Kantsian d'İzontso kommunasında böyüyən Bin gənc yaşlarında "Milan" klubunun düşərgəsinə qatıldı. Seriya C-nın 1955–56 mövsümündə o, icarə əsasında "Pyaçentsa"ya keçdi və 21 oyuna 23 qol vura bildi. 14 oktyabr 1956-cı ildə "Milan"da debüt etdi. Onun vurduğu 17 qol "Milan" klubunun 1956-57 mövsümündəki qələbəsinə böyük töhfə verdi. Mövsümün dördüncü ən yaxşı bombardiri oldu, "Il calcio e il ciclismo illustrato" adlı italyan qəzeti onu 1957-ci ilin "sevimli çempionu" seçdi. Karlo Qalli ilə birlikdə onlar "Roma" klubuna transfer olunan Qunnar Nordalın işini davam etdirdilər. Dörd mövsümdə 39 qol vurmasına baxmayaraq, 1960-cı ildə "Cenoa" klubuna keçdi və Eddi Firmani ilə orada hücum tandemini qurdu. 2 aprel 1961-ci ildə Bin "Novara"nın qapısına 4 qol vurdu, lakin "qrifonlar" cəzalı qaldıqları üçün yüksək liqaya vəsiqə qazana bilmədilər.
Qvendal Biş
Qırx bir
Qırx bir — say sistemində ədədlərdən biridir. Qırxdan sonra, qırx ikidən əvvəl gəlir. Qırx bir ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır. 1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi. 2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi.
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.