Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bıtuv
Bıtuv (pol. Bytów, kaşub Bëtowò), əvvəllər Bütov (alm. Bütow‎) — Polşada, Pomeraniya voyvodluğunun Bıtuv povyatında şəhər. Bytov şəhər-kənd kommunasının inzibati mərkəzi. 8,72 km2 ərazini tutur. Əhalisi 16,888 nəfərdir (2004-cü il).
Səlahəddin Bitar
Salahəddin Bitar (ərəb. صلاح الدين البيطار‎; 5 may 1912, Dəməşq – 21 iyul 1980[…], VIII arondisman (Paris)) — Suriya siyasətçisi. O, 1940-cı illərin əvvəllərində Mişel Əfləq ilə Ərəb Bəəs Partiyasını qurmuşdur. Onlar 1930-cu illərin əvvəllərində Parisdə təhsil alan tələbələr olaraq, milliyətçilik və sosializm aspektlərini birləşdirən bir doktrina formalaşdırmışdılar. Bitar daha sonra Suriyada bir neçə erkən Bəəs hökumətində baş nazir vəzifəsində çalışmış, lakin partiya daha radikallaşdıqca oradan uzaqlaşmışdır. O, 1966-cı ildə ölkədən qaçmış, daha çox Avropada yaşayıb və 1980-ci ildə sui-qəsdə uğrayana qədər siyasi fəaliyyətini davam etdirmişdir. Onun yazılarına aşağıdakılar daxildir: Al-Siyasah al-Arabiyah bayn al-Mabda wa al-Tatbiq (Prinsip və təcrübədə ərəb siyasəti). Beirut: Dar al-Taliah, 1960. Nida al-Ba'th (Bəəs mübarizəsi). Beirut: Dar al-Taliah, 1963–1965.
Bibai
Bibai (yap. 美唄市) — Yaponiyanın Hokkaydo adasında və eyni adlı prefekturanın Soraçi sabprefekturada yerləşən şəhər.
Bicar
Bicar şəhəri (az.-əski. بایجار Baycar‎, fars. بیجار‎, kürd. Bîcar) — İranın qərbində yerləşən şəhər. Kürdüstan ostanında yerləşən Bicar şəhristanının inzibati mərkəzi. .2006-cı ilin siyahiyəalınması əsasında bu şəhərin 46.156 nəfər ahalisi var.
Bidam
Bidam (Koreya[d] – 17 yanvar 647, Koreya[d]) – Koreyanın tarixi üç krallığından biri olan Şilada üsyan qaldırması ilə tanınır. Üsyan qaldırmazdan əvvəl, (məhkəmədə ən yüksəək vəzifə) adını aldı. Doğum taroxi və ya qazandığı nəaliyyətləri bəzi sənədlərdə tam olaraq göstərilməyib. Ancaq onun bir Sangdaedeung olmağı krallıq zadəganlarının və ya bir Jinggol-un tərkibində olduğunu göstərir. == Üsyan == Bidam 635-ci ildə Kraliça Seondeok tərfindən məhkəmənin ən yüksək vəzifəsi olan sangdeung təyin edildi. Həmin zamanlarda Kraliçanın səhhətində problemlər baş qaldırırdı və artıq vəzifəsinin öhtəsindən əvvəlki kimi gələ bilmirdi. Buna görə də işlərin çoxunu Bidama həvalə etdi. Bu ərəfədə Şila qərbdəb 40 qalanı zəbt edən Baekje və Goguryeo krallıqlarının birləşmiş güclərinin hücumuna məruz qaldı. Digər tərəfdən ,Kraliçanın gücünün artması Hwanbaek şürasının zadəgan üzvlərini narahat edirdi. Şilla yavaş-yavaş solurdu.
Bifax
Bifax (lat. Bifax) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin batraxkimilər dəstəsinin batraxlar fəsiləsinə aid heyvan cinsi.
Bihar
Bihar (orijinal adı बिहार) — Hindistanda ştatdır. Mərkəzi Patna şəhəridir. Əhalisi 84 milyondur.
Bihaç
Bixaç (serb-xorv. Bihać) — Bosniya və Herseqovinanın şimal-qərbindəki Bosniya diyarı vilayətində, Una çayı üzərində yerləşən bir şəhər. Şəhər 56,261 nəfərlik bir əhaliyə malikdir. Bixaç, Bosniya və Herseqovina Federasiyasının Una-Sana kantonunda (I Kanton) yerləşir. Bələdiyyənin səthi 900 km2-dir. 1995-ci ilə qədər edən təxminən 689 km2-lik bir ərazini əhatə edirdi. Dayton sazişindən sonra, Drvar bələdiyyəsinin bir qismi Bixaç bələdiyyəsinə verilmişdir. == Coğrafiyası == Bixaç, Bosniya və Herseqovinanın şimal-qərbi hissəsində, Una-Sana Kantonunun iqtisadi, inzibati və mədəni mərkəzində yerləşir. Bixaçın qərbində, Xorvatiyanın Donyi Lapas bələdiyyəsi və Plitviçka Gölləri Milli Parkı, şimalında Cazin bələdiyyəsi, şərqində Bosanska Krupa və Bosanski Petrovac bələdiyyələri və cənubunda isə Drvar bələdiyyəsi yerləşir. Bixaç bələdiyyəsinin relyefi, əksəriyyətlə çöllərdən, təpələrdən və dağlardan ibarətdir.
Bilal
Bilal — kişi adı. Bilal Həbəşi — Məhəmməd peyğəmbərin (s) səhabəsi. İlk müəzzin. Bilal Dadaşov — Azərbaycanın Əməkdar elm xadimi Bilal Dündar — Avropa Azərbaycan Konqresinin vitse-prezidenti Bilal İsmayılov — filologiya elmləri doktoru, professor. Bilal Kiçibəyov — Azərbaycan alimi. Bilal Əliyev — Azərbaycan müğənnisi; Azərbaycanın xalq artisti.
Biləv
Biləv — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Ümumi məlumat == Biləv bələdiyyəsinin mərkəzidir. Rayonun mərkəzindən 35 km şimal-qərbdə, Ordubad-Bist avtmobil yolunun üstündədir. Gilan çayının (Arazın qolu) sahilində, Zəngəzur silsiləsinin ətəyindədir Orta məktəbi, klubu, kitabxanası, tibb məntəqəsi, rabitə şöbəsi, ATS-i var. Gilançayın yuxarı axını boyunca yerləşən Biləv kənd ərazisində Tunc və ilk Dəmir dövürlərinə aid maddi mədəniyyət qalıqları tapılmışdır. Biləv kəndində orta əsrlərə aid nekropol və Gilançay üzərində iki açırımlı körpü də var. == Oykonimin izahı == Oykonim kəndin ərazisindəki eyniadlı bulağın adındandır. Tədqiqatçılar kəndin adının ərazidəki dağlarda olan bulov daşlarından götürüldüyünü ehtimal edirlər. Lakin belə olduqda kəndin adı Bilov deyil, Bulovlu olmalı idi. Oykonim mənbələrdə də Biləv kimi qeydə alınmışdır.
Binab
Bünab (yerli xalqın ləhcəsində bəzən Binab) (fars. بناب‎)— İranın Şərqi Azərbaycan ostanındakı Bünab şəhristanının inzibati mərkəzi. 2006-cı ilin hesablamalarına görə əhalisinin sayı 75 332 nəfərdir. Əhalisi azərbaycanlılardan ibarətdir və regionun ümumi dili Azərbaycan dilidir. Bünab şəhəri Marağa şəhəri və Urmiya gölünün arasında yerləşir. == Tarixi yerlər == Səvər kəndi, Qoyunlar və Çaxmaqlar köhulləri, Geymasxan kəndi, Siçan təpəsi, Erməni təpəsi, Çimən təpəsi, Supigan Qara Təpəsi, Gəzöviş Qara Təpəsi, Garaküllük təpəsi, Quruq təpəsi, Pus təpəsi, Süpigan yer altındakı köhüllər, Zuvara qəbirləri, İskəndər qalası, Qızlar qalası, Qarqa dərəsi,… Beş gözlü körpü, Meydan məscidi, Mehrava məscidi, Zərgərlər məscidi, İsmayıl bəy məscidi, Göy məscid, Həci Fətulla Hamamı, Mehrava hamamı, Seyfullama evi, Hac Əli Bəzzaz evi,… == Mədəniyyəti == Bünabın Kababı bütün dünyada tanınmışdır. Binabın Zuvara kəndinin üzümü dünyada ən yaxşı üzümdür və habelə binab xiyarı iranda tanınmışdır. İndilikdə Binabda olan Universitetlər (Kolleclər) bunlardılar: Azad İslam Universiteti, Pəyam-i Nur Universiteti (PNU), Enginering state university (Tabriz university), Power state university, Səhənd Universiteti, IT university. Bünabda olan fabrikaların sayı 100-dən artıqdır. Bünab kəndlərində yaşayanlar əkinçiliklə də məşğuldurlar.
Biota
Biota (q.yun. βιοτή - həyat) — biosenozun, assosiasiyanın, həmçinin daha böyük taksonların bitki və heyvanat aləminin növ məcmusu (flora və fauna). Biotanın orqanizmləri (biontlar) bir-birilə mürəkkəb biotik, mühitlə isə trasabiotik əlaqələrlə bağlıdır. Biota termini ən çox biocoğrafiyada istifadə olunur. == Mənbə == == Ədəbiyyat == О полифункциональной роли биоты в самоочищении водных экосистем // Экология. 2005. № 6. С. 452–459.
Biran
Biran Kubanın Olqin əyalətindəki kənd, Fidel və Raul Kastronun doğulduğu yer. Onların atasının 23.000 akr (93 km²) plantasiyası olub. == Tarixi == 1976-cı il bələdiyyə islahatına qədər kənd qonşu Mayari bələdiyyəsinin bir hissəsi idi. == Tanınmış şəxsləri == Fidel Kastro- Kuba inqilabçısı, 1959-2008-ci illərdə Kuba lideri. Raul Kastro-Kuba inqilabçısı.
Biraç
Biraç (serb. Birač) — Bosniya və Herseqovinanın tarixi vilayəti. Serb Respublikasının Miliçi, Vlasenisa, Srebrenisa, Bratunas, Zvornik və Şekovisi icmaları daxildir. == Coğrafiya == Osmanlı İmperatorluğu dövründə Biraç bölgəsi Podrine vilayəti daxilində yerləşirdi. Qərbdən Vlasenisa və şərqdən Srebrenitsa ilə əlaqəli oəhatələnir. Öz növbəsində 600 - 900 metr arası hündürlüyə malik platodur. Şimal-qərbdən cənub-şərqə doğru uzanır. Hündür zirvələri — Sirika (1071 m), Komiç (1032 m), Lisina (1262 m). Yavor dağlarının cənub-qərbindən axan çay vadiləri Yadar çayına şimal-şərqdən tökülür. Biraç özünəməxsus yumşaq iqlimə və bitki örtüyünə malikdir.
Bisau
Bisau (port. Bissau) — Qvineya-Bisaunun paytaxtı və əsas sənaye mərkəzi. Əhalisi 2007-ci ilin hesablamalarına görə 407 424 nəfərdir. Atlantik okeanı sahilində liman şəhəridir. Şəhərin əsası 1687-ci ildə portuqallar tərəfindən qul ticarəti mərkəzi kimi qoyulmuşdur. 1942-1973-cü illərdə Portuqal Qvineyasının paytaxtı olmuşdur.
Bitaga
Bitaga (gürc. ბითაგა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 720m hündürlüktə, Suxumidən 70 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ენციკლოპედია „საქართველო“, ტ. 1, თბ., 1997. — გვ. 433.
Bitki
Bitkilər (lat. Plantae) — arxeplastidlər kladına aid aləm. Mamırlar, qıjılar, qatırquyruğular, plaunlar, çılpaqtoxumlular və çiçəkli bitkiləri özündə birləşdirən çoxhüceyrəli orqanizmlərin əsas qruplarından biri. Bəzi mütəxəssislər[kimlər?] yosunları bütünlüklə, bəziləri[kimlər?] isə onların bir qismini bitkilər qrupuna aid edirlər. == Ümumi məlumat == Botanika elminin tədqiqat obyekti olan bitkilər Yer kürəsində geniş yayılmışdır. Quru səthində hər il yaşıl bitkilər tərəfindən atmosferdən CO2 mənimsəməklə, günəş enerjisindən, torpaqdan daxil olan su və mineral birləşmələrdən istifadə etməklə 53 milyard ton biokütlə sintez edilir. Bu biokütlənin bir hissəsi kök və yerüstü qalıqlar şəklində təzədən torpağa qayıdır. Yaşıl bitkilər torpaqda üzvi maddələrin yeganə ilkin mənbəyidir. Onların torpaqəmələgətirici kimi əsas funksiyası maddələrin bioloji dövranı – torpaqdan qida elementlərinin və suyun mənimsənilməsi, üzvi kütlənin sintezi və həyat dövranı başa çatdıqdan sonra onun təzədən torpağa qaytarılmasıdır. Bioloji dövranın nəticəsi kimi – torpağın üst qatlarında potensial enerjinin və bitkilərin qida elementlərinin akkumulyasiyası torpaq profilinin tədrici inkişafını və torpağın əsas xassəsi olan münbitliyin inkişafını şərtləndirir.
Bitli
Bitli - İrəvan xanlığının Abaran mahalında kənd adı. XIX əsrin əvvəllərindən sonra mənbələrdə bu kəndin adı çəkilmir. == Toponimi == XIX əsrdə Kutais quberniyasındı Bit-Nağalı , Şimali Qafqazda Ter əyalətinin Nalçik dairəsində Bituktəpə, Azərbaycanda Yelizavetpol quberniyasında (Tovuz rayonunda) Bit-Tılı (Bitdili) və Fitdaq (İsmayıllı rayonu), Zaqatala rayonunda Bitdili çay adı və s. toponimlərlə eynidir. Mə'nası mə'lum deyil.
Bitti
Bitti (it. Bitti) — İtaliyanın Sardiniya regionunda şəhər. Əhalisi 2.837 nəfərdir. Nuoro şəhərindən 35 km șimal istiqamətində yerləşir. == Tanınmış şəxsləri == Canuario Karta – siyasətçi.
Bitum
Bitum — karbohidrogenlərdən və onların oksigenli, kükürdlü, azotlu törəmələrindən ibarət qatrana oxşar təbii və ya süni mürəkkəb üzvü maddələrin ümumi adı. İki növə bölünür – süni və təbii. Bərk və özlü neft bitumları yer qabığında qumdaşı və əhəngdaşı laylarına hoparaq həmçinin çatları dolduraraq yataqlar əmələ gətirir. Bitum yataqları neftli, qazlı sahələrlə əlaqədardır. Süni (texniki bitum) əsasən, tərkibində asfalt–qatran maddələri çox olan ağır neft qalıqlarını (mazut, qudron və s.) 300 – 350 °C-də yüksək vakuumda distillə etməklə və neft emalı qalıqlarını (qudron və s.) 260 – 280 °C-də havanın oksigeni ilə oksidləşdirməklə alınır. Bitum adətən yol inşaatında, plastik kütlə və s. hazırlanmasında işlədilir. Sənayedə işlədilən bitumun ümumi miqdarının 90%-i süni bitum növlərinin payına düşür. == Bitum == Bu məfhum müxtəlif məna daşısa da çox hallarda neft və onun törəmə məhsullarının adlandırılmasında istifadə olunur. Qədim zamanlarda bitum deyildikdə meftin bərk və qatı xəmirəbənzər foması başa düşülürdü.
Bixaç
Bixaç (serb-xorv. Bihać) — Bosniya və Herseqovinanın şimal-qərbindəki Bosniya diyarı vilayətində, Una çayı üzərində yerləşən bir şəhər. Şəhər 56,261 nəfərlik bir əhaliyə malikdir. Bixaç, Bosniya və Herseqovina Federasiyasının Una-Sana kantonunda (I Kanton) yerləşir. Bələdiyyənin səthi 900 km2-dir. 1995-ci ilə qədər edən təxminən 689 km2-lik bir ərazini əhatə edirdi. Dayton sazişindən sonra, Drvar bələdiyyəsinin bir qismi Bixaç bələdiyyəsinə verilmişdir. == Coğrafiyası == Bixaç, Bosniya və Herseqovinanın şimal-qərbi hissəsində, Una-Sana Kantonunun iqtisadi, inzibati və mədəni mərkəzində yerləşir. Bixaçın qərbində, Xorvatiyanın Donyi Lapas bələdiyyəsi və Plitviçka Gölləri Milli Parkı, şimalında Cazin bələdiyyəsi, şərqində Bosanska Krupa və Bosanski Petrovac bələdiyyələri və cənubunda isə Drvar bələdiyyəsi yerləşir. Bixaç bələdiyyəsinin relyefi, əksəriyyətlə çöllərdən, təpələrdən və dağlardan ibarətdir.
Bıçaq
Bıçaq — əsas hissəsi kəsici tildən və sapdan ibarət olan alətdir. Kəsici hissə çox vaxt bərk materialdan hazırlanır və iki və daha artıq tilə malik olur. Bıçağın uc hissəsi biz olur. Bıçağın geniş yayılmış konstruksiyalarında sap (dəstək) və til nəzərə çarpır. == Tarixi == Qədim bıçaqlar Paleolit dövründən məlumdurlar. İlk bıçaqlar daşdan hazırlanırdı. Sonradan bıçaqlara ağacdan dəstək bağlanmağa başlayırlar. Obsidian kimi dağ suxurlarından istifadə daha iti tilə malik bıçaqların hazırlanmasına imkan yaradır. Sümükdən, bambuk ağacından hazırlanmış bıçaqlar da geniş yayılmışdır. Təxminən 5 min il öncə insanlar metalın emalını mənimsəyir və bıçaqları bürünc və misdən hazırlamağa başlayır.
Bitch
Bic (ing. bitch; /bɪtʃ/) — insanlara, xüsusən də qadınlara qarşı istifadə olunan aşağıladıcı ifadə. Bir qadın və ya qız uşağı nəzərdə tutulduqda dalaşqan, pisniyyətli, nəzarətçi, aqressiv və ya dominant mənasına gəlir. Bir kişiyə yaxud oğlana tətbiq edildikdə isə mənasını dəyişir, tabe olan, zəif, qorxaq kimi alçaldıcı mənaları ifadə edir. Bu ifadə homoseksual münasibətdə yüksək dərəcədə iddialı və ya qadının alçaldıcı xarakteristikasına sahib olan kişiyə istinad edə bilər.
Erato (bitki)
Erato (lat. Erato) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Erato costaricensis E.Moran & V.A.Funk Erato polymnioides DC. Erato sodiroi (Hieron.) H.Rob. Erato stenolepis (S.F.Blake) H.Rob. Erato vulcanica (Klatt) H.Rob.
Fəthabad (Bicar)
Fəthabad və ya Qara Saqqal (az.-əski. قاراساققال‎, fars. فتح آباد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 121 nəfər yaşayır (23 ailə). Əhalisini azərbaycan türkləri və kürdlər təşkil edir.