BİLAL

islanmış, islaq; suçu, sulayan, su verən.
BİCƏN
BİLƏN
OBASTAN VİKİ
Bilal
Bilal — kişi adı. Bilal Həbəşi — Məhəmməd peyğəmbərin (s) səhabəsi. İlk müəzzin. Bilal Dadaşov — Azərbaycanın Əməkdar elm xadimi Bilal Dündar — Avropa Azərbaycan Konqresinin vitse-prezidenti Bilal İsmayılov — filologiya elmləri doktoru, professor. Bilal Kiçibəyov — Azərbaycan alimi. Bilal Əliyev — Azərbaycan müğənnisi; Azərbaycanın xalq artisti.
Aşıq Bilal
Aşıq Mirzə Bilal Mustafa oğlu Mikayılov (12 mart 1872, Ağsu – 26 noyabr 1937) — aşıq, şair. == Həyatı == 1872-ci il mart ayının 12-də Şirvan qəzasının Ağsu rayonunda Qəşəd kəndində anadan olmuşdur. Həmyerlisi Molla Xasının məktəbində oxumuş, sonra Şamaxıda böyük maarifçi Seyid Əzim Şirvaninin məktəbində təhsilini davam etdirmişdir. Burada o, ərəb-fars dillərini kamil öyrənmiş, klassik poeziyaya dərindən bələd olmuşdur. Şamaxı ədəbi mühiti – "Beytül-səfa" və mesenant Mahmud Ağa Əhməd Ağa oğlunun musiqi-şeir məclisi onu sənət dünyasına bağlamışdır. Mahmud Ağa məclisində Əngəxaranlı Aşıq İbrahimlə tanışlığı onun uşaqlıqdan qəlbini ovsunlayan aşıq sənətinə məhəbbətini coşdurmuşdur. Ustadının məsləhəti ilə o, muğamlarımızın sirlərini "Şirvan bülbülü" Mirzə Məhəmmədhəsəndən mükəmməl şəkildə mənimsəyib, el məclislərinə ayaq açır. O, qırx ilə yaxın Şirvanda bu sənəti yaşatmış və onlarla şagird yetişdirmişdir. Böyük nüfuz sahibi olması hökumət yetkililərinin nəzərindən yayınmamış, ona Xalq Cümhuriyyəti dövründə (1918–1920) Şamaxı qəzasının əmniyyət müdiri vəzifəsi həvalə olunmuşdur. Onun repressiya qurbanı olmasının əsas faktorlarından biri də məhz budur.
Bilal (Baymak)
Bilal (başq. Билал, rus. Билялово) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Bilal kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == rayon mərkəzindən (Baymak): 70 km, ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 109 km. Sakmara çayınınn sahilində yerləşir. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100%) üstünlük təşkil edir.
Bilal Bilalov
Bilal Telman oğlu Bilalov — AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Qeyri-harmonik analiz şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, AMEA Rəyasət Heyətinin üzvü. "Riyaziyyat" üzrə Problemlər Şurasının Sədr müavini, Azərbaycan Aktuarlar Assosiasiyasının sədri. Fəxri fərman ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Riyaziyyat və Mexanika elmləri üzrə ekspert şurasının sədridir. Türk Dünyası Riyaziyyat Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur (2009–2011). == Həyatı == Bilal Telman oğlu Bilalov 2 yanvar 1963-cü ildə Azərbaycan Respublikası Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 1986-cı ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) tətbiqi riyaziyyat fakültəsini bitirmişdir. 1986–1989-cu illərdə MDU-nun əyani aspirantı. 1989-cu ildə akademik Y. İ. Moiseyevin rəhbərliyi altında "Bəzi xüsusi sistemlərin tamlığı və bazisliyi" mövzusunda MDU-da fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almaq üçün dissertasiyanı müdafiə etmişdir. 1990–1993-cü illərdə Azərbaycan Texnologiyaları İnstitutunda assistent vəzifəsində çalışmışdır.
Bilal Dadaşov
Bilal Ataş oğlu Dadaşov (30 dekabr 1915, Rəncbər, Hacıqabul rayonu – 13 fevral 2007, Bakı) — azərbaycanlı alim, Azərbaycan SSR EA‐nın müxbir üzvü, kimya üzrə elmlər doktoru, professor. == Həyatı == Dadaşov Bilal Ataş oğlu 1915‐ci il dekabrın 30‐da Şamaxı qəzasında (indiki Hacıqabul rayonu) Rəncbər kəndində anadan olmuşdur. 1931-ci il — Rəncbər kəndində məktəbi bitirmişdir. 1931–1934-cü illər — Xalq Təsərrüfatı İnstitutunun fəhlə fakültəsinin tələbəsi olmuşdur. 1934–1939-cu illər — Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinin tələbəsi, eyni zamanda üzvi kimya kafedrasının laborantı işləmişdir. Dövlət imtahan komissiyasının qərarı ilə fakültəni əla qiymətlərlə bitirdikdən sonra fiziki kimya kafedrasında assistent kimi saxlanılmışdır. 1939-cu ildə BDU-nun fiziki-kimya kafedrasının aspirantı olmuşdur. 1940–1945-ci illər BDU-nun kimya fakültəsində Y. H. Məmmədəliyev ilə birgə işləmişdir. 1944-cü il — Kimya elmləri namizədi alimlik dərəcəsi almaq üçün ''Azərbaycanın vulkanik küllərinin təsirindən piroqazın propilen fraksiyasının katalitik oksidləşməsi''mövzusunda dissertasiya müdafiə etmişdir. Onun elmi rəhbəri D. İ. Mendeleyevin tələbəsi V. İ. Tixomirov olmuşdur.
Bilal Dündar
Bilal Hassani
Bilal Həsəni (fr. Bilal Hassani; ərəb. بلال حسني‎; 9 sentyabr 1999) — Ərəb əsilli Fransa müğənnisi, bəstəkarı və "YouTube" kanal müəllifi. O, "Roi" mahnısı ilə Fransanı İsraildə keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Bilal Həsəni 9 sentyabr 1999-cu ildə Paris şəhərində Mərakeş ailəsində dünyaya göz açmışdır. O, anası ilə Parisdə yaşayır. Taha adlı böyük qardaşı var. Atası isə Sinqapurda yaşayır. Bilal 2017-ci ildə rəsmi olaraq homoseksual olduğunu sosial şəbəkələrdə etiraf etmişdir. Bunun ardınca əslən ərəb olan gənc ifaçı sosial şəbəkələrdə müəyyən şəxslər tərəfindən təhqirlərə məruz qalır və hətta ölümlə təhdid edilir.
Bilal Həbəşi
Bilal ibn Rubah əl-Həbəşi (ərəb. بلال بن رباح‎ Bilal ibn Rabah al-Habaşi) — Məhəmməd peyğəmbərin səhabəsi. İlk müəzzin. == Həyatı == Bilal əslən Afrika həbəşlərindən olan Rəbbahın oğlu idi. Bilalın Fil ilindən on il ötmüş dünyaya gəldiyi bildirilir. Bilalın ata-anası qul olmuşdur. Bilalın fitri paklığı qul olmasına baxmayaraq, onu nəzərə çarpdırırdı. Ona ehtiram göstərir, böyük işlər tapşırırdılar. Bilal məhrumluq və təhqir nəzərincə başqa qullardan fərqlənməsə də, yaxşı xüsusiyyətlərinə görə seçilirdi. Onun qəlbində müşriklərə, zalım ağalara qarşı daim qəzəb alovlanırdı.
Bilal Həsəni
Bilal Həsəni (fr. Bilal Hassani; ərəb. بلال حسني‎; 9 sentyabr 1999) — Ərəb əsilli Fransa müğənnisi, bəstəkarı və "YouTube" kanal müəllifi. O, "Roi" mahnısı ilə Fransanı İsraildə keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Bilal Həsəni 9 sentyabr 1999-cu ildə Paris şəhərində Mərakeş ailəsində dünyaya göz açmışdır. O, anası ilə Parisdə yaşayır. Taha adlı böyük qardaşı var. Atası isə Sinqapurda yaşayır. Bilal 2017-ci ildə rəsmi olaraq homoseksual olduğunu sosial şəbəkələrdə etiraf etmişdir. Bunun ardınca əslən ərəb olan gənc ifaçı sosial şəbəkələrdə müəyyən şəxslər tərəfindən təhqirlərə məruz qalır və hətta ölümlə təhdid edilir.
Bilal Kiçibəyov
Kiçibəyov Bilal Səlim oğlu (1932, Yasaboba, Hil rayonu – bilinmir) — tibb elmləri doktoru, professor. == Həyatı == Bilal Kiçibəyov 1932-ci ildə Xaçmaz rayonunun Yasaboba kəndində anadan olub. Kənd yeddiillik və Xudat şəhər Çkalov adına orta məktəbi bitirdikdən sonra, 1949-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olaraq, 1955-ci ildə həmin institutda təhsilini fərqlənmə diplomu ilə başa vurub. 1955–1961-ci illərdə Azərbaycanın Cəbrayıl və Xudat rayonlarında sanitariya-epidemioloji stansiyanın baş həkimi vəzifələrində işləyib. 1962–1965-ci illərdə N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunun aspirantı kimi Leninqrad Elmi-Tədqiqat Radiasiya Gigiyenası İnstitutuna ezam olunub və 1965-ci ildə aspiranturanı "Mingəçevir və Ceyranbatan su hövzələrinin radiasion-gigiyenik səciyyələndirilməsi" mövzusunda namizədlik dissertasiyasının müdafiəsi ilə bitirib. 1975-ci ildə "Azərbaycan SSR əhalisinə radiasiya təsirini göstərən əsas amillərin gigiyenik səciyyələndirilməsi" mövzusunda doktorluq disseratasiyasını müdafiə edib. SSRİ Tibb Elmləri Akademiyasının akademiki, Sosialist Əməyi Qəhrəmanı, general-polkovnik F. Q. Krotkov məktəbinin yetişdirməsi və davamçısıdır. 1965–1995-ci illərdə Azərbaycan Tibb İnstitutunun (indiki Tibb Universitetinin) "Ümumi gigiyena" kafedrasının assistenti, dosenti, professoru, "Kommunal gigiyena" kafedrasının müdiri vəzifəsində işləyib. 1995-ci ildə Rusiya Federasiyasının "Yujdağ" institutuna tibb fakültəsinin təşkili üçün dəvət olunub, orada "Gigiyena, sosial təbabətin, səhiyyənin təşkili və iqtisadiyyatı" kafedrasını təşkil edərək ona rəhbərlik edib. 2001-ci ildə Azərbaycana qayıdaraq "Odlar Yurdu" Universiteti tibb fakültəsinin professoru, 2002-ci ildən isə Azərbaycan Beynəlxalq Universitetinin "Profilaktik təbabət" kafedrasının müdiri vəzifəsində işləyib.
Bilal Mahmudov
Bilal Mahmudov (5 may 1929, İsmayılbəyli, Qarabağ dairəsi – 14 mart 2018) — Azərbaycan Kommunist Partiyası Balakən Rayon və Kürdəmir Rayon Komitəsinin birinci katibi. == Haqqında == 5 may 1929-cu ildə Tərtər rayonunda anadan olmuşdur. Bilal Mahmudov uzun müddət partiya və dövlət orqanlarında rəhbər vəzifələrdə çalışıb, Tərtər, Bərdə və Yevlax rayonlarının Partiya Dövlət Nəzarəti Komitəsinin sədri və Balakən, Kürdəmir Rayon Partiya Komitələrinin 1-ci katibi vəzifələrində fəaliyyət göstərib. Eləcə də IX və X çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Bilal Mahmudov 89 yaşında vəfat edib.
Bilal Məmmədov
Bilal Nazim
Bilal Nazim( (tam adı-Molla Bilal bin Molla Yusuf Nazim;1825 və ya 1824 – 1899) — Uyğur şairi və yazıçısı, XIX əsr uyğur ədəbiyyatının mərkəzi siması, uyğur klassik ədəbiyyatının son nümayəndəsi. == Həyatı == Bilal Nazim 1825-ci ildə Çinin Kulja şəhərində çəkməçi ailəsində anadan olmuşdur. Kuljadakı Baytulla mədrəsəsində təhsil almışdır. Şəxsi mütaliəsi sayəsində Şərq xalqlarının tarixi və ədəbiyyatı ilə yaxından tanış olmuşdur. O, Uyğur xalqının milli-azadlıq hərəkatının fəal mübarizlərindəndir. 1864-1867-ci illərdə Şərqi Türküstanda Uyğur, Qazax və Dungan xalqlarının Mançu-Çin müstəmləkəçilərinə qarşı milli-azadlıq hərəkatı yayılarkən Sadır Paluan, Molla Şakir, Səidməhəmməd Kaşi kimi şairlərlə yanaşı, Bilal Nazim da hərəkatda yaxından iştirak etmişdir. Müəllif Çün müstəmləkəçiliyinə qarşı azadlıq hərəkatı ilə bağlı təəssüratını “Çin dövlətində hərəkat” (1876) tarixi poemasında yüksək bədii sənətkarlıqla əks etdirmişdir. === Vəfatı === Bilal Nazim 1899-cu ildə Qazaxıstanın Yarkənd (indiki Jarkənd) şəhərində vəfat etmişdir. == Yaradıcılığı == === Bədii yaradıcılığı === Ədəbi yaradıcılığa 1840-cı illərdə şeirlə başlamışdır. Lakin müəllifin 26-27-yaşlarına qədər yazdığı əsərlər haqqında məlumat yoxdur.
Bilal Qənbərov
Bilal Rzayev
Bilal Sezər
Molla Bilal
Bilal Nazim( (tam adı-Molla Bilal bin Molla Yusuf Nazim;1825 və ya 1824 – 1899) — Uyğur şairi və yazıçısı, XIX əsr uyğur ədəbiyyatının mərkəzi siması, uyğur klassik ədəbiyyatının son nümayəndəsi. Bilal Nazim 1825-ci ildə Çinin Kulja şəhərində çəkməçi ailəsində anadan olmuşdur. Kuljadakı Baytulla mədrəsəsində təhsil almışdır. Şəxsi mütaliəsi sayəsində Şərq xalqlarının tarixi və ədəbiyyatı ilə yaxından tanış olmuşdur. O, Uyğur xalqının milli-azadlıq hərəkatının fəal mübarizlərindəndir. 1864-1867-ci illərdə Şərqi Türküstanda Uyğur, Qazax və Dungan xalqlarının Mançu-Çin müstəmləkəçilərinə qarşı milli-azadlıq hərəkatı yayılarkən Sadır Paluan, Molla Şakir, Səidməhəmməd Kaşi kimi şairlərlə yanaşı, Bilal Nazim da hərəkatda yaxından iştirak etmişdir. Müəllif Çün müstəmləkəçiliyinə qarşı azadlıq hərəkatı ilə bağlı təəssüratını “Çin dövlətində hərəkat” (1876) tarixi poemasında yüksək bədii sənətkarlıqla əks etdirmişdir. Bilal Nazim 1899-cu ildə Qazaxıstanın Yarkənd (indiki Jarkənd) şəhərində vəfat etmişdir. Ədəbi yaradıcılığa 1840-cı illərdə şeirlə başlamışdır. Lakin müəllifin 26-27-yaşlarına qədər yazdığı əsərlər haqqında məlumat yoxdur.
Bilal Əkşi
Bilal Əkşi (türk. Bilal Ekşi; 1968, Rizə, Rizə ili) — Türkiyə biznesmeni. O, Türk Hava Yollarının sədr müavini və baş icraçı direktorudur. == Həyatı == Əkşi 2011-ci ilin aprelində Türk Hava Yollarından ayrılaraq, Türkiyə Mülki Aviasiya Baş İdarəsinin rəhbəri olmuşdur. 21 oktyabr 2016-cı il tarixində Əkşi Təməl Kotildən sonra Türk Hava Yollarının baş icraçı direktoru, idarə heyəti və icraiyyə komitəsinin sədr müavini vəzifəsinə təyin edilmişdir.
Bilal Bilici
Bilal Bilici (1984, Adana ili) — iqtisadçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Bilal Bilici 1984-cü ildə Adana ilində anadan olub. Boston Universiteti İqtisadiyyat Bölməsindən məzun olub. Bahçeşehir Universitetində qlobal əlaqələr üzrə magistr dərəcəsi alıb. Birləşmiş Ştatlarda özəl sahədə baş məsləhətçi vəzifələrində çalışıb. Dubayda (BƏƏ) neft sahəsində menecer olaraq çalışıb. Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) üzvü, Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) — ABŞ-Karib hövzəsi İş Şurasının vitse-prezidenti, Qvatemalanın İstanbulda Fəxri Konsulu və Dünya Konsullar Assosiasiyasının Qəyyumlar Şurasının üzvüdür. İYİ Partiyada sədrin müşaviri və İYİ Partiya Vaşinqton təmsilçisi olub. 2023-cü ildə İYİ Partiyanın namizədi olaraq Adana ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Xarici İşlər Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Bilal Çompuzov
Bilal İsmayıl oğlu Çompuzov — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, 1-ci Ordu Korpusunun Komandiri (v. m. i. e.). == Hərbi xidməti == Kapitan Bilal Çompuzov Azərbaycan Prezidenti Heydər Əliyevin Sərəncamına əsasən 24 iyun 2003-cü ildə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. Bilal Çompuzov 27 sentyabr 2020-ci ildə başlanan və altı həftə davam edən Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd və Qubadlı istiqamətlərində gedən hərbi əməliyyatlarda olub. O döyüşlərin gedişində yaralansa da, sonadək vuruşub. Azərbaycan ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Bilal İsmayıl oğlu Çompuzov Azərbaycan Prezidentinin Sərəncamlarına əsasən "Azərbaycan Bayrağı" ordeni ilə, "Vətən uğrunda" medalı ilə, "Xocavəndin azad olunmasına görə" medalı ilə, "Qubadlının azad olunmasına görə" medalı ilə və "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib. Azərbaycan Prezidenti İlham Əliyev 25 iyun 2023-cü il tarixli 3947 nömrəli Sərəncamı ilə Bilal Çompuzova "general-mayor" ali hərbi rütbəsi verildi. Bilal Çompuzov 19 sentyabr 2023-cü ildə başlanan və 24 saat davam edən anti-terror tədbirləri zamanı Birinci Ordu Korpusunun Qərargah rəisi olub.
Bilal Səidov
Bilal Səidoviç Səidov (10 iyun 1914 – 15 noyabr 1994, Qroznı) — SSRİ, çeçen aktyoru, teatr rejissoru, yazıçısı, şairi, dramaturqu, tərcüməçisi, jurnalisti və Çeçen-İnquş Dram Teatrının direktoru, Çeçen-İnquş kukla teatrının direktoru, Çeçen-İnquşetiya Yazıçılar Birliyinin və SSRİ Yazıçılar İttifaqının üzvü (1939), SSRİ Jurnalistlər İttifaqının üzvü (1958). == Həyatı == Bilal Səidov 1914-cü ildə Çeçenistanın Makheti kəndində kəndli ailəsində anadan olub. Doğma kəndində orta məktəbdə, sonra Qroznıda teatr studiyasında təhsil almışdır. 1933–1936-cı illərdə Şota Rustaveli adına Tbilisi Teatr Studiyasında oxumuşdur. Orada rejissor ixtisasına yiyələnmişdir. Evə qayıtdıqdan sonra Çeçen-İnquş Dram Teatrında aktyor və rejissor köməkçisi olaraq çalışmağa başlamışdır. 1941–1942-ci illərdə Qırmızı Orduda xidmət etmişdir. Sonra "Qırmızı Bayraq" qəzetinin məsul katibi işləmişdir. Sürgün edildiyi illərdə ticarətlə məşğul olub. 1957–1959-cu illərdə vətənə qayıtdıqdan sonra "Leninsky Put" respublika qəzetinin xüsusi müxbiri idi.
Bilal İnci
Bilal İnci — Türkiyənin keçmiş tanınmış aktyorlarından biri. Onlarla kino və televiziya filmində, teleserialda və teatr tamaşasında rol almışdır. Kinofilmlərdə daha çox mənfi obrazları canlandırmışdır.
Bilal İsmayılov
Bilal İsmayılov — filologiya elmləri doktoru, professor, Azərbaycan Dillər Universitetinin Həmkarlar təşkilatının rəhbəri (1992–2001). Azərbaycanda roman dilçiliyi üzrə doktorluq dissertasiyası müdafiə edən ilk mütəxəssisdir. == Həyatı == Bilal Bayram oğlu İsmatılov 1940-cı il 31 dekabrda Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur. 1947-ci ildə İkinci Şıxlı kənd orta məktəbinin birinci sinfinə daxil olmuş 1957-ci ildə həmin məktəbi bitirdikdən sonra M. F. Axundov adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər institutuna qəbul edilmiş və 1962-ci ildə həmin institutun Avropa dilləri fakültəsinin fransız dili və Azərbaycan dili bölməsini "yüksək" qiymətlərlə bitirmişdir. == Elmi fəaliyyəti == Ali təhsili başa vurduqdan sonra Qasım İsmayılov (indiki Goranboy rayonu) rayonuna işləməyə göndərilmuşdir və 1962-ci ilədək həmin rayonda müəllim kimi çalışmışdır. Hələ institutda təhsil aldığı dövrdə B. B. İsmayılov elmi işə maraq göstərmiş və tələbə elmi dərnəklərində iştirak etmişdir. Orta məktəbdə müəllimlik etdiyi dövrdə də onun elmə olan marağı sönməmişdir. Həmin dövrdə B. B. İsmayılov o vaxt ilk dəfə nəşr edilən X sinif üçün "Fransız dili" dərsliyinə geniş tənqidi rəy yazmış və həmin rəyi "Azərbaycan müəllimi" qəzetində dərc etdirmişdir. B. B. İsmayılovun elmə olan marağı və müəllimlik dövründə ciddi olaraq elmi hazırlığını davam etdirməsi ona M. F. Axundov adına APXDİ-nın aspiranturasında təhsilini davam etdirməsi üçün əsas yarətmışdır. O, 1965-ci ildə yuxarıda adı çəkilən ali məktəbin aspiranturasına daxil olmuş və qısa müddətdən sonra 1965-ci ilin dekabrında Leninqrad (hazırkı Peterburq) Universitetinin məqsədli aspiranturasına göndərilmişdir.
Bilal Əhməd
Bilal Əhməd (tam adı: Bilal Mahmud oğlu Əhməd; 1884, Pirşağı, Bakı qəzası – 1944, Kirovabad) — Türk İşçi Teatrı və Azərbaycan Dövlət Dram Teatrının ilk baş rejissoru və direktoru, Əməkdar artist, dramaturq, yazıçı, tərcüməçi, teatr və kino xadimi, aktyor. == Həyatı == Bilal Əhməd 1884-cü ildə Bakının Pirşağı kəndində dünyaya gəlib. Atası Kərbəlayı Mahmud öz dövrünün məşhur həkimi olub. Anası Çeşmi xanım isə adlı-sanlı "Məmməd Səfi" nəslindən idi. İlk təhsilini mollaxanada alan Bilal Əhməd ərəb-fars dillərini mükəmməl öyrənir. Daha sonra o, Bakı gimnaziyasına qəbul olur və 1907-ci ildə gimnaziyanı fərqlənmə ilə bitirir. Gimnaziyada oxuduğu illərdə rus və alman dillərini öyrənir. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bilal Əhməd Azərbaycan hökuməti tərəfindən Leninqrad (Sankt-Peterburq) İncəsənət İnstitutuna oxumağa göndərilir. Repressiya qurbanı olan Bilal Əhməd 1937-ci ildə həbs olunur. Heç bir günahı olmadığı üçün doqquz aydan sonra onu həbsxanadan buraxırlar.
Bilal Əliyev
Bilal Əliyev (18 noyabr 1959, Kür Qaraqaşlı, Salyan rayonu) — Azərbaycan müğənnisi; Azərbaycan Respublikasının əməkdar artisti (2000), Azərbaycan Respublikasının xalq artisti (2009). == Həyatı == Bilal Şahşirin oğlu Əliyev 18 noyabr 1959-cu ildə Salyan rayonunun Kür Qaraqaşlı kəndində anadan olub. Bilal Şahşirin oğlu Əliyev 1982-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumunun xanəndə fakültəsinə daxil olmuş, 1986-cı ildə texnikumu müvəffəqiyyətlə bitirmişdir. Əmək fəaliyyətinə həmin ildən R. Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında vokalçı vəzifəsi ilə başlamışdır. 1990-cı ildən 1993-cü ilədək "Tərəqqi" mühəndis-kompüter mərkəzində, "İlkin" studiyasında vokalçı vəzifəsində çalışıb. 1993-cü ildən R. Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında vokalçı kimi fəaliyyət göstərir. O, Türkiyənin Ankara, İstanbul, Kırıkkale və digər şəhərlərində keçirilən festivallarda, Avstriyanın Vyana şəhərində, Rusiya Federasiyasının bir çox şəhərlərində, Ukraynanın Kiyev şəhərində keçirilən "Azərbaycan Məd Almaniyanın yenidən birləşməsinin X ildönümünə həsr olunmuş EKSPO–2000 sərgisinin rəsmi dəvəti ilə Almaniyada, Azərbaycan Respublikasının Avropa Şurasına qəbul edilməsinin I ildönümü münasibətilə Fransanın Strassburq şəhərində keçirilən tədbirlərdə öz məlahətli səsi ilə Azərbaycan musiqisini yüksəklərə qaldırmışdır. Son illərdə B. Əliyev Almaniyanın Mayns şəhərində və Moskvada "Azərbaycan Mədəniyyəti günləri"ndə, Yekaterinburqda Novruz Bayramı ilə əlaqədar keçirilən tədbirlərdə iştirak etmiş, Azərbaycan musiqisini tərənnüm etmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir. 2000-ci ilin oktyabr ayından Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Əməkdar Artist" fəxri adına layiq görülmüşdür.
Abdulcəmil Bilalov
Aşıq Mirzə Bilal
Aşıq Mirzə Bilal Mustafa oğlu Mikayılov (12 mart 1872, Ağsu – 26 noyabr 1937) — aşıq, şair. == Həyatı == 1872-ci il mart ayının 12-də Şirvan qəzasının Ağsu rayonunda Qəşəd kəndində anadan olmuşdur. Həmyerlisi Molla Xasının məktəbində oxumuş, sonra Şamaxıda böyük maarifçi Seyid Əzim Şirvaninin məktəbində təhsilini davam etdirmişdir. Burada o, ərəb-fars dillərini kamil öyrənmiş, klassik poeziyaya dərindən bələd olmuşdur. Şamaxı ədəbi mühiti – "Beytül-səfa" və mesenant Mahmud Ağa Əhməd Ağa oğlunun musiqi-şeir məclisi onu sənət dünyasına bağlamışdır. Mahmud Ağa məclisində Əngəxaranlı Aşıq İbrahimlə tanışlığı onun uşaqlıqdan qəlbini ovsunlayan aşıq sənətinə məhəbbətini coşdurmuşdur. Ustadının məsləhəti ilə o, muğamlarımızın sirlərini "Şirvan bülbülü" Mirzə Məhəmmədhəsəndən mükəmməl şəkildə mənimsəyib, el məclislərinə ayaq açır. O, qırx ilə yaxın Şirvanda bu sənəti yaşatmış və onlarla şagird yetişdirmişdir. Böyük nüfuz sahibi olması hökumət yetkililərinin nəzərindən yayınmamış, ona Xalq Cümhuriyyəti dövründə (1918–1920) Şamaxı qəzasının əmniyyət müdiri vəzifəsi həvalə olunmuşdur. Onun repressiya qurbanı olmasının əsas faktorlarından biri də məhz budur.
Səid Bilalov
Səid Bilal oğlu Bilalov (12 fevral 1941, Söhüb, Quba rayonu – 1997) — kimyaçı alim, kimya elmləri doktoru, professor. S.B.Bilalov 1941-ci il fevralın 12-də Quba rayonunun Söhb kəndində kəndli ailəsində anadan olmuşdur. Orta məktəbi Quba rayonunda bitirdikdən sonra, iki il istehsalatda çalışmışdır. 1959-65-ci illərdə Bakı Dövlət Universitetinin kimya fakultəsində təhsil almışdır. 1963-cü ildən Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda laborant və mühəndis vəzifəsində işləmişdir. 1965-ci ildən yeni yaradılmış Aşqarlar Kimyası İnstitutunda baş mühəndis, kiçik və böyük elmi işçi, 1990-cı ildın isə aparıcı elmi işçi vəzifələrində işləmişdir. 1972-ci ildə namizədlik, 1991-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 2001-ci ildə aprel ayının 6-sinda vəfat etmişdir. S.B.Bilalovun əsas elmi-tədqiqat işləri tərkibində azot, kükürd və fosfor saxlayan üzvi birləşmələrin və onların metal törəmələrinin və kompleks birləşmələrinin sintezinə həsr olunmuşdur. Onun tərəfindən ilk dəfə bir molekulda iki akseptor qrupu və hidroksil qrupu saxlayan aminospirtlərdə, alkoksiaminospirtlərdə və alkiltiospirtlərdə molekullar arası və molekuldaxili hidrogen rabitələrinin mövcudluğu İQ-spektroskopiya üsulu ilə tədqiq edilmişdir.
Zeynidin Bilalov
Zeynəddin Dolqat oğlu Bilalov (26 noyabr 1965; Qusar, Azərbaycan SSR) — Azərbaycanı təmsil edən yüngül atlet. 2004 və 2008-ci illərdə baş tutan Paralimpiya Oyunlarında gümüş medallara sahib olub. Zeynəddin Bilalov 1965-ci il noyabrın 26-da Qusar şəhərində anadan olub. 2000-ci ildə Zeynəddin Bilalov Avstraliyanın Sidney şəhərində baş tutan XI Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Uzunluğa tullanma turnirində 5.42 metr nəticə ilə 8-ci pillənin sahibi olan Zeynəddin Bilalov, 100 metr məsafəyə qaçış turnirində final mərhələsinə vəsiqə qazana bilmədi. Zeynəddin Bilalov 2003-cü il Assen şəhərində (Niderland) Avropa Çempionatının qalibi oldu. 2004-cü ilin sentyabr ayında Zeynəddin Bilalov Yunanıstannın Afina şəhərində baş tutan XII Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Zeynəddin Bilalov üçtəjanla tullanma turnirində 12.88 metr nəticə ilə gümüş medala sahibi oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 5 fevral 2008-ci il tarixli Sərəncamına əsasən Zeynəddin Dolqat oğlu Bilalov "Tərəqqi" medalı ilə təltif edildi. 2008-ci ilin avqust ayında Zeynəddin Bilalov Çində baş tutan XIII Yay Paralimpiya Oyunlarında mübarizə apardı.
Zeynəddin Bilalov
Zeynəddin Dolqat oğlu Bilalov (26 noyabr 1965; Qusar, Azərbaycan SSR) — Azərbaycanı təmsil edən yüngül atlet. 2004 və 2008-ci illərdə baş tutan Paralimpiya Oyunlarında gümüş medallara sahib olub. Zeynəddin Bilalov 1965-ci il noyabrın 26-da Qusar şəhərində anadan olub. 2000-ci ildə Zeynəddin Bilalov Avstraliyanın Sidney şəhərində baş tutan XI Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Uzunluğa tullanma turnirində 5.42 metr nəticə ilə 8-ci pillənin sahibi olan Zeynəddin Bilalov, 100 metr məsafəyə qaçış turnirində final mərhələsinə vəsiqə qazana bilmədi. Zeynəddin Bilalov 2003-cü il Assen şəhərində (Niderland) Avropa Çempionatının qalibi oldu. 2004-cü ilin sentyabr ayında Zeynəddin Bilalov Yunanıstannın Afina şəhərində baş tutan XII Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Zeynəddin Bilalov üçtəjanla tullanma turnirində 12.88 metr nəticə ilə gümüş medala sahibi oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 5 fevral 2008-ci il tarixli Sərəncamına əsasən Zeynəddin Dolqat oğlu Bilalov "Tərəqqi" medalı ilə təltif edildi. 2008-ci ilin avqust ayında Zeynəddin Bilalov Çində baş tutan XIII Yay Paralimpiya Oyunlarında mübarizə apardı.

Значение слова в других словарях