Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Blondie
Blondie (ing. Blondi, Sarışın kimi tərcümə olunur) — amerikalı qrupdu, pank-rok və yeni dalğanın nümayəndələrindəndir. Qrup 1978-ci ildə Parallel Lines albomundan sonra məşhurluq qazanıb. Bu albomdan mahnılar beynəlxalq hitlərə çevirildi. 1982-ci ildə Blondie dağıldı və Debbi Harry (vokalist) öz solo karyerasını başladı. 1997 ildə qrup yenidən birləşdi və indiyənə dək fəaliyyət göstərir.
Sent-Blandin
Sent-Blandin (fr. Sainte-Blandine) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Tur-dyu-Pen kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38369. Kommunanın 1999-cu il üçün əhalisi 764 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 328 ilə 493 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 55 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Blanden
Blanden (fr. Blandin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Viryo kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38047. Kommunanın 1999-cu il üçün əhalisi 122 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 387 ilə 664 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 60 km cənub-şərqdə, Qrenobldan 39 km şimal-qərbdə yerləşir.
Blandina
Leucas (lat. Leucas) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
.london
.london — domen zonası. Bu domen zonası ilə bağlı müqavilə "ICANN" ilə "Dot London Domains Ltd" şirkəti arasında 2013-cü ilin noyabrın ortalarında imzalanmışdır. Saytların ".london" zonasında qeydiyyatdan keçirilməsinə 29 aprel 2014-cü ildən etibarən başlanılmışdır. Amma ilk üç ayda Londonda fəaliyyət göstərən təşkilat və brend sahiblərinə üstünlük verilməsi planlaşdırılmışdır. London şəhərinin meri Boris Conson müvafiq domen zonasının fəaliyyətə başlaması ilə bağlı bildirmişdir kiː ".london" domeninin işə salınması Londonun internetdə populyarlaşması üçün çox gözəl imkan olacaq ki, bu da şəhər iqtisadiyyatına qoyulacaq investisiyaların artması ilə nəticələnəcək.
London
London (ing. London [ˈlʌndən], lat. Londinium) — Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının, həmçinin İngiltərənin paytaxtı. Britaniya adalarında ən böyük şəhər. Sahəsi 1 706,8 km², əhalisi 8 milyon nəfərdir. Əhalisinin sayına görə dünyada 21-ci, Avropada 2-ci, Avropa İttifaqında isə 1-ci yeri tutur. Əsası eramızın 43-cü ilində imperator Klavdinin rəhbərliyi ilə Roma İmperiyası qoşunlarının Britaniya adalarını ələ keçirməsindən sonra qoyulmuşdur. == Adı == London təqribən 2 min il öncə Romalılar tərəfindən qurulmuşdur. E.ə. 43-cü ildə Roma İmperatorluğu Böyük Britaniyanı işğal etdikdən sonra şəhər Londonium adı ilə qurulmuşdur.
Blonde
Blonde (alternativ adı ilə blond) — ABŞ müğənnisi Frenk Ouşenin ikinci studiya albomu. 20 avqust 2016-cı ildə Boys Don't Cry tərəfindən buraxılıb.
Bronvin Mayer
Bronvin Mayer-Smit (d. 3 iyul 1974) — Avstraliyanı təmsil edən su poloçusu. Bronvin Mayer, Avstraliya yığmasının heyətində 2000-ci ildə baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatılıb və qızıl medal qazanıb. == Karyerası == Bronvin Mayer, 2000-ci ildə Avstraliya yığması ilə birgə XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Birləşmiş Ştatlar yığmasını 4:3 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVII Yay Olimpiya Oyunlarının çempionu oldu. Bronvin Mayer, 2004-cü ildə Avstraliya yığması ilə birgə XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Birləşmiş Ştatlar yığmasına 5:6 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVIII Yay Olimpiya Oyunlarını 4-cü yerdə başa vurdu.
Lionlu Blandina
Lionlu Blandina və ya Müqəddəs Blandina (fr. Blandine, lat. Blandina; II əsr, Lion – 177, Lion) — erkən xristian əzabkeşi. == Həyatı == 177-ci ildə yepiskop Pofin və başqaları ilə birlikdə Mark Avrelinin rəhbərliyi altında Lionda xristianların təqibləri zamanı əzabkeş olmuşdur. O, Liondakı bir xristian qadının gənc qulluqçusu idi və bədəninin zəifliyinə baxmayaraq, hər cür işgəncələrə möhkəm dözmüş, həmçinin başqalarının ruhunu dəstəkləmişdir. Amfiteatrda heyvanlar ona toxunmamış, buna görə də Roma səlahiyyətliləri onu yenidən həbs edərək orada qamçılamış və qaynar oturacağa yerləşdirmişdilər. Bundan sonra o, öküz ilə qarşı-qarşıya qoyulmuş və ardınca asılmışdır. Xristianların onu basdırmasının qarşısını almaq üçün bədəni yandırılmışdır. == İstinadlar == == Xarici keçidlər == Yevsevi. "Kilsə tarixi".
Vladimir Balandin
Vladimir Balandin (Balandin Vladimir Aleksandroviç; 17 mart 1923, Suraxanı, Bakı qəzası – 30 dekabr 1944, Virbalis[d]) — Sovet İttifaqı Qəhrəmanı (19 aprel 1945 (ölümündən sonra)) Vladimir Balandin 17 mart 1923-cü ildə Bakı şəhərinin Suraxanı qəsəbəsində doğulmuşdur. Milliyətcə rusdur. 1942-ci ildə hərbi təyyarəçilik məktəbini bitirmişdir. Baş leytenant Vladimir Balandin Belarusiya və Litva Respublikaları uğrunda gedən döyüşlərdə 18 düşmən təyyarəsi vurmuşdur. Vladimir Balandin 30 dekabr 1944-cü ildə həlak olmuşdur. Litva Respublikasının Kapsukar şəhərində dəfn edilmişdir. Vladimir Balandin 19 aprel 1945-ci ildə (ölümündən sonra) Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. 2 dəfə Qırmızı Bayraq ordeni ilə təltif olunmuşdur.
Celtis biondii
Biondi dağdağanı (lat. Celtis biondii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin dağdağan cinsinə aid bitki növü. == Təbii yayılması == Yaponiyada və Koreyada təbii halda bitir. Avropada, Asiyada, Cənubi Amerikada, Afrikada geniş yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 18-25 m-ə, bəzən də 40 m-ə çatan, yarpağı tökülən ağacdır. Qabığı boz, budaqları sarımtıl, qonur rəngdədir. Yarpaqları 13-15 sm uzunluqda, xətvari-neştərvari, enli yumurtavari, oval və ya oval-ellipsvari, lənarları dişli, ucu biz, nazik dərilidir. Aprel-may aylarında çiçəkləyir. Meyvələri sentyabr-oktyabr aylarında yetişir, sərt çəyirdəkli, 6-10 mm qalınlığında, sarı, qırmızı rəngli olub, portağala bənzəyir. Toxumla çoxaldılır.
Lonqdin döyüşü
Lonqdin döyüşü — Vyetnam müharibəsi zamanı Vyetkonq ilə Vyetnam Respublikası Ordusu arasında baş vermiş döyüş. == Zəmin == ABŞ vertolyotunun müşahidəsi Lonqdin yaxınlığındakı meşə talasında toplaşan böyük bir qrup Vyetkonq qırıcısını görmüşdür. General Nquyen Khan dərhal M113 zirehli personal daşıyıcılarından istifadə edərək piyada qüvvələrini oraya çatdırmışdır. == Əməliyyat == 26 fevral 1964-cü ildə üç min VRO əsgəri Lonqdində Vyetkonqun 514-cü Batalyonu mühasirəyə almışdı. 8 saat davam edən döyüş zamanı VRO qüvvələri Vyetkonq elementləri ilə təmasdan yayınmış, əvəzində VRO komandiri qarşı tərəfə zərər vurmaq üçün hava və artilleriya zərbələrinə arxalanmışdı. Nəticədə, Vyetkonqun 514-cü Batalyonu çay keçidlərinin təhlükəsizliyini təmin etmək üçün snayper qruplarından istifadə etmiş, boşluqlardan keçərək ərazidən uğurla geri çəkilə bilmişdi. == Nəticə == Bu döyüşdə VRO-nun səriştəsizliyinə görə, general Khan beş bölmə komandirini işdən çıxarmışdı.
Brendin mühafizəsi
Brendin mühafizəsi (ing. Brand protection) — şirkətin və ya fərdin brendini rəqabətdən və qanunsuz istifadədən qorumaq üçün tətbiq olunan tədbirlər və strategiyalar toplusudur. Brend, bir şirkətin məhsul və ya xidmətlərini rəqiblərindən fərqləndirən əmtəə nişanı, loqo, şüar, dizayn, rəng palitrası və ümumi vizual identifikasiyanı əhatə edir. Brendin mühafizəsi, istehlakçıların yanlış yönləndirilməsinin qarşısını almaq, brendin dəyərini qorumaq və onun saxtalaşdırılması və ya təqlid edilməsinə mane olmaq məqsədi daşıyır. == Əhəmiyyəti == Brend bir şirkət üçün əhəmiyyətli aktiv hesab olunur. Güclü bir brend şirkətin bazardakı mövqeyini qorumaqla yanaşı, onun müştəri bazasını genişləndirir və dəyərini artırır. Buna görə də, brendin mühafizəsi şirkətlərin uzunmüddətli uğuru və rəqabət qabiliyyəti üçün vacibdir. Brendin mühafizəsi aşağıdakı məsələləri əhatə edir: Saxtalaşdırmanın qarşısını almaq — saxta məhsulların istehsalı və satışı brendin dəyərinə ciddi ziyan vura bilər. Brendin mühafizəsi bu cür qanunsuz fəaliyyətləri aşkar etmək və onlara qarşı hüquqi tədbirlər görmək məqsədi daşıyır. Reputasiyanın qorunması — şirkətin brendi onun bazardakı nüfuzunu əks etdirir.
Kənar London
Kənar London (ing. Outer London) — Böyük Londona daxil olan və Daxili Londonu əhatə edən bir neçə London borosunun ümumiləşdirici adı. Kənar London 1965-ci ildə yaradılmışdır. Statistik məqsədlərə görə, onun sərhədləri zamanla dəyişilmişdir. == Əhalisi == == Sərhədləri == === 1963-cü il London idarəetmə qanunu === 1963-cü ildə qəbul edilmiş London idarəetmə qanununa görə, Kənar Londona Böyük Londonun 1965-ci ilədək London qraflığına daxil olmayan boroları aid edilir. Bunlar aşağıdakılardır: Şimali Vulidc rayonu London qraflığının tərkibinə daxil idi, lakin 1965-ci ildə Kənar London borosu Nyuhemə aid edildi. === Milli Statistika Xidməti === Milli Statistika Xidməti (ONS) Kənar Londonu başqa cür müəyyən edir və bura Qrinviç borosunu daxil edərək, Haringi və Nyuhem borolarını çıxır.. Həmçinin, Avrostat tərəfindən "Statistik məqsədlər üçün inzibati vahidlərin nomenklaturasında" (NUTS) bu təsnifatdan istifadə edilir. ONS-ə görə Kənar Londonun sahəsi 1254 km² təşkil edir, əhalisi isə 2011-ci ildə 4 942 040 nəfər olmuşdur.
London Assambleyası
London Assambleyası (ing. London Assembly) — Böyük London administrasiyanın hissəsi olan seçilmiş orqandır.
London Muzeyi
London Muzeyi (ing. Museum of London) — İngiltərənin paytaxtı Londonda, paleolit dövründen başlayaraq günümüzə qədər şəhərin keçmişi ilə əlaqədar elementlərin toplandığı muzey. Müqəddəs Pavel kilsəsinin yaxınlığında yerləşir və giriş pulsuzdur. Müasir muzeyçilik anlayışı ilə hər yaş seqmentinə xitab edən bir şəkildə qurulmuşdur.
London Terreys
London Terreys (ing. London Terrace) ― Nyu-York şəhəri Manhetten borosunun Çelsi rayonunda yerləşən çoxmənzilli ev. O, Manhettenin Vest Sayd rayonun bütöv şəhər kvartalını əhatə edir, şərqdən Doqquzuncu prospektlə, qərbdən Onuncu prospektlə, cənubdan 23-cü küçə və şimaldan 24-cü küçə ilə sərhədlənir. Tikintisi 1929-cu ilin sonlarında başladı və ümumi xərci 25 milyon dollar (2019-cu ilə görə, 372.238.000 dollara bərabər) etdi, o dövr üçün dünyanın ən böyük mənzil binası olmuşdur. London Terreys binası 17-19 mərtəbə hündürlüyündə olan 14 bitişik binada yerləşən təxminən 1700 mənzildən ibarətdir və orada Olimpiya ölçülü hovuz var. London Terreys "Henry Mandel Companies" və "Farrar & Watmough" memarlıq firması tərəfindən inşa edilmişdir. Bina hazırda iki ayrı müəssisə tərəfindən idarə olunur. London Terreys Tauer hazırda kooperativ şəkildə idarə olunur və idarəçiliyi "Douglas Elliman Property Management" təmin edir, London Terreys Qardensi isə hazırda icarə binasıdır və "Rose Associates" tərəfindən idarə olunur.
London birjası
London birjası (ing. London Stock Exchange) — Böyük Britaniyanın London şəhərində yerləşən və Avropanın ən qədim birjalarından biri. == Tarixi == Rəsmi olaraq 1801-ci ildə əsası qoyulsa da onun tarixçəsi 1570-ci ildən başlayır. Kral maliyyə məsləhətçisi Tomas Qreşem Kral birjasını öz hesabına tikdirmişdir.İkinci Dünya müharibəsi zamanı birjanın binasına alman raketi düşdüyündən əməliyyatlar bir müddət binanın zirzəmisində aparılmışdır. == FTSE 100 Index == FTSE 100 Index London Fond Birjasının əsas indeksidir. Bu indeks Financial Times və London Fond Birjasının birgə sahib olduğu müstəqil FTSE Group adı ilə şirkəti tərəfindən tərtib edilir. 2021-ci ilin sentyabr ayında 11,5% çəki ilə sənaye malları və xidmətlər sektoru indeksdə ən böyük sektor idi, 11,3% ilə maliyyə sektoru və 9,9% ilə səhiyyə sektoru isə müvafiq olaraq ikinci və üçüncü yerlərdədir. 10 ən böyük şirkət bütün indeks iştirakçılarının ümumi bazar kapitallaşmasında 41% ümumi çəkiyə malik idi.
London borosu
London borosu - Böyük Londonun 33 inzibati bölgəsindən 32-ni ifadə edən inzibati termindir. Borolarda yerli xidmətlərin təmin edilməsi üçün London Boroları Şurası fəaliyyət göstərir ki, orada da yerli hakimiyyət nümayəndələri təmsil olunurlar. Boro olmayan yeganə inzibati bölmə London şəhəridir ki, həmin ərazi də praktiki məqsədlər üçün şəhər kimi saxlanmışdır. Borolar Böyük Londonun yaradılması ilə eyni vaxta, 1 aprel 1965-ci ildə yaradılmışlar və London borolarında 150,000-dən 300,000-ə kimi əhali yaşayır ki, bu da İngiltərə şəhərlərinin ekvivalentidir. London borolarında şura, yerli özünüidarə orqanlarının əsas xidmətlərini həyata keçirir, lakin siyasi həll tələb edən məsələlərə (məsələn, planlaşdırma, nəqliyyat və ya infrastruktur), həmçinin Böyük London administrasiyası tərəfindən həyata keçirilən London meri seçkilərinə qarışmır. Hər bir boro təxmini bərabər əhali sayına malik seçici bölgələrinə bölünür, İngiltərə Sərhəd Komissiyası 8-12 ildən bir yeni məclis üzvlərinin seçilməsi üçün bölgələrin ərazilərinə yenidən baxır. Bölgələrin hər biri ənənəvi olaraq üç, çox az hissəsi isə bir və ya iki məclis üzvü ilə təmsil olunur, məclis üzvü az olan bölgələr əhali sıxlığı aşağı olan yerlərdir. Məclis üzvlərinin seçkisi dörd ildən bir keçirilir. 2014-cü ildə London yerli seçkilərində 20 Leyborist, 10-u isə Mühafizəkarlar və ya Liberal Demokratlardan olmaqla məclis üzvləri seçilmişlər, digər iki yer isə palatalararası əlaqənin labüd olduğu və “heç kimin nəzarət etmədiyi” yerlərdir. Məclisin indiki tərkibi bir neçə kiçik seçkidən sonra formalaşmışdır.
London körpüsü
London körpüsü (ing. London Bridge) — İngiltərənin paytaxtı London şəhərində, Temza çayı üzərində yerləşən körpü. Körpünün əsası eramızın 50-ci ilində qoyulsa da müasir London körpüsü 1973-cü ildə istifadə verilmişdir. == Tarixi == Körpü şəhər mərkəzi ilə Soutvark səmti arasında yerləşir. 1750-ci ilə qədər Temza çayı üzərində yeganə körpü olmuşdur. Körpünün şimalında Böyük London Yanğınınan həsr olunmuş abidə yerləşir. Körpünün əsasını 2000 il əvvəl romalılar qoymuşdur. 60-cı illərdə taxta körpü ilk dəfə Temza çayının iki sahilini birləşdirmişdir. Bir çox dəfə yıxılıb tikilən körpü 1000-ci ildən başlayaraq üzərində ev tikilmək üçün istifadə olunmağa başlanmışdır. Bu evlər əsasən varlılara mənsub olmuşdur.
London meri
London meri - London Assambleyasının 25 üzvü tərəfindən seçilən və Böyük Londonda icra hakimiyyətinə rəhbərlik edən şəxsdir. London merini Londonun lord-meriylə qarışdırmaq lazım deyil, lord-merin vəzifəsi daha çox simvolik xarakter daşıyır və Londonun Siti hissəsiylə məhdudlaşır. Mer birbaşa səsverməylə dörd il müddətinə seçilir. London merinin illik maaşı 151,734 funtsterlinqdir. Hal-hazırda bu vəzifəni Leyboristlər Partiyasından olan Sadiq Xan (ing. Sadiq Aman Khan) icra edir. == Hakimiyyət == London şəhərində Bələdiyyə Başçısı səlahiyyətləri 2000-ci ildə yaradılmışdır Bələdiyyə Başçısı icra hakimiyyətinə rəhbərlik edir , şəhərin hərtərəfli inkişafı üçün plan təqdim edir , büdcənin qəbul edilməsində iştirak edir. Dörd il muddətinə seçilir.
London metropoliteni
London metropoliteni — Böyük Britaniyanın paytaxtı London şəhərində yerüstü və yeraltı metropoliten xətlərini birləşdirən nəqliyyat sistemi.
London metrosu
London metropoliteni — Böyük Britaniyanın paytaxtı London şəhərində yerüstü və yeraltı metropoliten xətlərini birləşdirən nəqliyyat sistemi.
London müqaviləsi
London müqaviləsi (ing. Trearty of London) — 1604-cü ilin 28 avqustunda (Yuli təqvimi ilə 18 avqust) London şəhərində İngiltərə və İspaniya arasında imzalanan sülh müqaviləsi. Müqavilə İngiltərə ilə İspaniya arasındakı müharibəni bitirmişdir. Müqavilənin müzakirələri Somerset Evində aparıldığından Somerset Evi Konfransı adı ilə xatırlanır. == Haqqında == İngiltərə kraliçası I Elizabetin 1603-cü ildəki ölümündən sonra yerinə keçən I Ceyms İspaniya ilə davam edən uzun və yorucu müharibəni bitirmək məqsədilə işlərə başladı. İspaniya İmperatorluğunun qurucusu olan II Filippin dövründə başlayan müharibədə həmin dövrdə orduya komandanlıq edən İspaniya kralı III Filipp bu xəbəri məmnuniyyətlə qarşılamış və danışıqlara başlamaq əmri vermişdir. İngiltərə-İspaniya müharibəsi Fransız Din müharibələri, Hollandiyadakı Səksənillik müharibə, İrlandiyadakı Doqquz il müharibəsi ilə əlaqəli olub qarışıq müharibədir. == Şərtləri == Müqavilənin imzalanması ispanlar üçün xeyli üstünlük gətirirdi. İngilislər bir daha İspaniyanın ticarət gəmilərinə hücum etməyəcək və üsyançı hollandlara silah yardımı etməyəcəkdilər. Amma bunun qarşılığında İspaniya İngiltərəyə yenidən katolik məzhəbini gətirməyi çalışmamağı söz verdi.
London qalası
London qalası (ing. Her Majesty's Royal Palace and Fortress The Tower of London) — İngiltərənin paytaxtı London şəhərində inşa olunmuş tarixi qala. Qala Temza çayının şimal sahillərində yerləşir. London qalası daha çox 1078-ci ildə kral I Uliyam tərəfindən inşa olunmuş Ağ qala adlı inzibati binası ilə tanınır. Ancaq Ağ qala ilə yanaşı London qalasında bir çox inzibati binalar, qüllələr və müdafiə divarları mövcuddur. London qalası cinayətkarlar və əsirlərin saxlanılması üçün inşa edilmişdir. Bu səbəbdən qalada edam və işgəncə otaqları, cəbhəxana, dövlət xəzinəsi və əsgər yataqxanası vardı.