Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bled
Bled (sloven. Bled, alm. Veldes‎) — Sloveniyanın şimal-qərb hissəsində yerləşən şəhər. İtaliya və Avstriya sərhəddinə yaxındır. 2002-ci ilin siyahıya alınmasına görə şəhərin əhalisi— 5252 nəfərdir. Şəhər ətrafı yaşayış məntəqələri ilə birlikdə — 10 899 nəfərdir. Bled şəhəri Bled gölü sahilində, Yulian Alpları dağları ətəklərində yerləşir. Şəhər Triqlav Milli Parkından şərqindədir. Ölkənin populyar turizm mərkəzi hesab olunur == Coğrafiyası == Bled ölkənin paytaxtı Lyublyanadan 45 km şimal-qərbdə və Esenise şəhərindən isə 10 km cənub-şərqdə yerləşir. Şəhərin 8 km şimalından Avstriya sərhəddi, 40 km qərbindən isə italiya sərhəddi keçir.
Blua
Blua (fr. Blois) — Fransada şəhər. Luar və Şer departamentinin inzibati mərkəzi. == Əhalisi == Əhalisi 49, 6 min (2005) nəfərdir. Luara çayının sahilindədir. == Tarixi == Blua 6-cı əsrdən məlumdur. 9-cu əsr – 13-cü əsrin əvvəllərində Şampan qraflığı ilə sülalə ittifaqında və uzunmüddətli uniyada olan və Fransa krallarına qarşı mübarizə aparan güclü qraflığın mərkəzi idi. 1391-ci ildən Valua sülaləsinin Orlean qolu şahzadələrinin mülkiyyətində, 1498-ci ildən kral domeninin tərkibində olmuşdur. 16-cı əsrdə Bluada Fransa krallarının daimi iqamətgahı yerləşirdi. 1576–77-ci və 1588–89-cu illərdə Baş ştatlar Bluada toplanmışdı.
Blue
Blue (Blu) — britan boyz-bend. "Blue" qrupu 2001-ci ildə yaranmış İngilis pop qrupudur. Qrupun 4 üzvü vardır. Bunlar Li Rayan, Simon Uebb, Dankan Ceyms və Antoni Kostadır. Qrupun 4 albomu var: All Rise, One Love, Guilty və Best of Blue. Hal-hazırda qrup üzvləri solo fəaliyyət göstərir.
Blüz
Blüz (ing. Blues və ya Blue Devils — "kədər", "qəm") — XIX əsrin sonunda ABŞ-nin cənub-şərqinin afroamerika icmasında "Pambıq zonası" plantasiyalarından çıxanlar arasında yaradılmış musiqi forması və musiqi janrı.
Bulud
Bulud – atmosferdə üzən su buxarı kondensasiyası məhsulunun toplantısı. Bulud diametri bir neçə mikron olan su damcılarından, buz kristalcıqlarından və ya bunların qatışığından əmələ gəlir. Bulud başlıca olaraq troposferdə toplanır. Buludu təşkil edən elementlər iriləşdikcə ağırlaşır və yağıntı əmələ gəlir. Planetimizin çox hissəsini dənizlər və okeanlar tutduğu üçün onların səthində daim buxarlanma prosesi baş verir. Buxarlanmış su damlaları buludları əmələ gətirir. Küləklərin qovduğu bu buludlar atmosferin soyuq layları ilə toqquşduqda buxarın kondensasiyası başlayır və yağış damlaları əmələ gəlir. == Buludluluq == Buludluluq göy üzünün buludlarla örtülmə dərəcəsidir və 10 ballıq şkala ilə ölçülür. Buludluluq sıfır bal olduqda göy üzü buludsuz, 10 bal olduqda isə tamamilə buludla örtülü olur. Ərazinin yerləşdiyi coğrafi mövqedən, iqlimdən asılı olaraq buludluluq dərəcəsi dəyişir.
Blui
Blui (ing. Bluey) — 1 oktyabr 2018-ci ildən ABC Kids telekanalında yayımlanan Avstraliya istehsalı məktəbəqədər uşaqlar üçün cizgi serialı. Proqram Co Bramm tərəfindən yaradılıb. Animasiyası Kvinslenddə yerləşən Ludo Studio şirkəti tərəfindən hazırlanmışdır. Serial ilk olaraq ABŞ-də Disney Junior kanalında nümayiş etdirilib və hal-hazırda digər ölkələrdə Disney+ axın platformasından izləmək mümkündür. Serial hər şeyə maraq göstərən canlı və təxəyyüllü insanabənzər bir küçük olan Blui haqqındadır. Blui atası Bandit, anası Çilli və kiçik bacısı Binqo ilə birlikdə yaşayır. Onlar Bluinin yaratdığı əyləncə dolu fantaziya oyunlarında onun macəralarına həvəslə qoşulurlar. Serialda bir-birindən fərqli it cinsinə aid olan personajlar da var. Cizgi serialda ailə münasibətlərinə, böyümə prosesinə və Avstraliya mədəniyyətinin təsvirinə yer verilib.
Bud
Bud — insan vücudunun bud-çanaq oynağı ilə diz arasındakı hissəsidir. Bu hissədə olan yeganə sümük femur adı ilə tanınır. Bu sümük çox qalın və sağlam quruluşa malikdir.
Bled gölü
Bled gölü (sloven. Blejsko jezero) — Alp dağlarının ətəyində dəniz səviyyəsindən 475 km yüksəklikdə yerləşir. Ümumi 1,45 km² sahəyə malik olan bu gölün uzunluğu 2,1 km, eni isə 1,4 km-dir. Maksimum dərinliyi 30 m-dir. Göl, Lyublyana Beynəlxalq Hava Limanından 35 km və paytaxt Lyublyana şəhərindən 55 km məsafədə yerləşir. Gölün ətrafını bir saata gəzmək mümkündür. Dağlar və meşələrlə əhatələnən bu göl gözəl mənzərəyə malikdir. Gölün üzərində Bled adası (Sloven. Blejski otok). yerləşir.
Blua (rayon)
Blua (fr. Blois) — Fransanın Mərkəz - Luara vadisi regionun rayonlarından biri. Departamenti — Luar və Şer. Prefektura — Blua. Rayon əhalisi 2006-cı ildə 167,110 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 65 nəf / km². Rayon ərazisi — 2565 km².
Blue Anqels
Blue Anqels (azərb. Mavi Mələklər‎) — ABŞ Hərbi Donanmasına məxsus aerobatika eskadronudur. 1946-cı ildə əsası qoyulmuşdur və 1931-ci ildə yaradılmış Fransanın Aerobatik Patrulundan sonra ikinci ən qədim aerobatika komandasıdır. Şou təyyarəsi kimi Boeing F/A-18E istifadə olunur. Nəqliyyat təyyarəsi kimi Lockheed Martin C-130J Super Hercules istifadə olunur. == Missiya == Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinin Uçuş Nümayiş Eskadrilyasının missiyası uçuş nümayişləri ilə ölkəyə mükəmməllik və xidmət mədəniyyətini ilhamlandırmaqla Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinin və Dəniz Piyadaları Korpusunun qürurunu və peşəkarlığını nümayiş etdirməkdir. == Tarixi == Komanda ilk dəfə 1946-cı ilin Aprel ayında "Navy Flight Exhibition Team" adı altında yaradılmışdır. Daha sonra ad dəyişilib Blue Anqels olmuşdur. Komanda ilk dəfə 1946-cı il iyun ayının 15-i Blue Anqels adı altında təqdim olunmuşdur. == Hadisələr == Blue Anqels tarixində ümumilikdə 26 pilot və 1 heyət üzvü həlak olmuşdur.
Blue Exorcist
Blue Exorcist və ya Yaponiyada tanınan adı ilə Ao no Exorcist (青の祓魔師, Ao no Ekusoshisuto, azərb. "Göy ekzorsist"‎) — Kazue Kato tərəfindən yazılmış və çəkilmiş fövqəltəbii manqa seriyası. Manqa seriyası Shueisha nəşriyyatı tərəfindən 2009-cu ilin aprelindən "Jump SQ" jurnalında nəşr olunur. 4 yanvar 2024-cı ilə qədər manqa seriyasının fəsilləri 30 tankobon cildində toplanmışdır. Manqa seriyası anasının insan, amma atasının Şeytan olduğunu və Şeytanın güclərini qazandığını öyrənən Rin Okumura adlı gənc haqqındadır. Şeytan Rinin ögey atasını öldürdükdən sonra Rin atasını məğlub etmək üçün ekzorsist olmağa qərar verir. Manqa seriyası əsasında A-1 Pictures tərəfindən 2011-ci ildə anime serialı və 2012-ci ilin dekabrında anime filmi ("Ao no Exorcist Gekijouban") çəkilmişdir. Viz Media manqanı Şimali Amerika üçün lisenziyalaşdırmışdır və ilk tərcümə olunmuş cild 5 aprel 2011-ci ildə nəşr olunmuşdur. Aniplex of America anime serialının ingiliscə dublajlarını DVD şəklində buraxmışdır. 7 yanvar 2017-ci ildəmn "Blue Exorcist: Kyoto Saga" adlı davam mövsümü yayımlanacaq.
Blue Origin
Blue Origin - kosmik araşdırma şirkəti. Amazon.com-un yaradıcısı Ceff Bezos tərəfindən yaradılıb və mərkəzi Vaşinqtonda yerləşir. Şirkətin qarşısına qoyduğu məqsəd kosmosa az xərclə və tam təhlükəsizlik şəxsi səyahət edə bilmək üçün mümkün texnologiyalar yaratmaqdır. Blue Origin şirkəti suborbital və orbital kosmosa çıxış üçün raketlə işləyən şaquli qalxma və şaquli eniş (VTVL) vasitələrinə diqqət yetirməklə müxtəlif texnologiyalar inkişaf etdirir. Şirkətin adı başlanğıc nöqtəsi kimi mavi Yer planetinə istinad edir.[3] Əvvəlcə suborbital kosmos uçuşuna diqqət yetirən şirkət, Texas ştatının Culberson şəhərindəki obyektlərində New Shepard avtomobilinin bir çox prototiplərini dizayn etdi, tikdi və uçurdu. Alan Şepardın adını daşıyan New Shepardın inkişaf test uçuşları 2015-ci ilin aprel ayında başladı və uçuş sınaqları davam edir. Şirkət hələ kommersiya sərnişin uçuşlarına başlamayıb və onların nə vaxt başlayacağı ilə bağlı dəqiq tarix açıqlamayıb.
Blue Shift
Half-Life: Blue Shift (azərb. Mavi qarışıq‎) — orijinal Half-Life üçün hazırlanmış ikinci əlavədir. Bu add-on 12 iyul 2001-ci ildə Gearbox Software videooyun stusiyası tərəfindən hazırlanmışdır. Gearbox-dan olan digər əlavələr – Half-Life: Opposing Force və Half-Life: Decay kimi, Blue Shift Half-Life-da olan hadisələri başqa personajın gözlərindən görür. Burada baş qəhrəman "Qara Mezanın" mühafizəçisi — Barni Kalhaundur. Barni simasında oyunçu başqa dünyadan olan gəlmələrin və HECU əsgərlərinin ələ keçirdiyi gizli laboratoriyanı tərk etməlidir. Birinci əlavə Opposing Force-dan fərqli olaraq Half-Life: Blue Shift avtonom add-on rolunu oynayır və çalışması üçün orijinal Half-Life istəmir. Blue Shift yazılarkən istifadəçiyə özündə personajların yenilənmiş modelləri və silahlarını birləşdirən "Half-Life High Definition Pack" paketini yükləməyi təklif edir. Bu qrafikanı orijinaldakı Half-Life-dan az da olsa fərqləndirir. Blue Shift-in ABŞ buraxılışı Opposing Force-un tam versiyası ilə yayılır.
Blue System
Blue System — 1987-ci ildə alman ifaçısı Diter Bolen tərəfindən qurulan Sinti pop qrupudur. == Yaranması == "Blue System" qrupu 1987-ci ildə Modern Talking qrupunun dağılmasından sonra Diter Bolen tərəfindən yaranmışdı. "Blue System" qrupu "Modern Talking" qrupunun uğurlarını təkrar edə bilməmişdi. "Blue System" qrupunun karyera boyu 13 albomu və 30 sinqlı təqdim edilmişdi. Bu qrupun adı ilə Diter Bolen 1989-cu ildə SSRİ-də konsert vermişdir. Konsertdəki görüntülərini "Love Me on the Rocks" mahnısında göstərilir. Mahnıda SSRİ-nin konsert zalındakı tamaşaçıları, onunla görüşmək istəyən pərəstişkarları və SSRİ ordusunun əsgərlərini görmək mümkündür. 1990-cı illərin əvvəlindən etibarən mahnı stilini təmamilə dəyişir. Bu isə fanatlar arasında qrupun populyarlığını aşağı salır. 1997-ci ildə Diter Bolen qərar verir ki, Modern Talking qrupunu yenidən səhnəyə gətirsin.
Blur Studio
Blur Studio — CGI vizual effektləri, CGI animasiyası və CGI dizaynı üzrə ixtisaslaşan ABŞ istehsalat şirkəti. Kaliforniyanın Kalver-Siti şəhərində yerləşən studiya CGI cizgi filmləri, televiziya üçün tizerlər və reklam çarxları və videooyunlar üçün CGI videoları istehsal edib. == Tarixi == Studiya 1994-cü ilin sentyabrında David Stinnett, Tim Miller, Ket Çepmen və Əl Şiyer tərəfindən yaradılmışdır. 2000-ci illərin əvvəllərində studiya "The Lego Group"-un "Bionicle" oyuncaqlar xətti ilə maraqlanmağa başladı və və "Bionicle" filmi üçün bir ideya irəli sürdü və bunun üçün "Tahu Nuva vs Kohrak" adı altında qısa bir sınaq pitçi yaradıldı. Layihə Lego tərəfindən qəbul olunmasa da, 2003-cü ildə videofilmi çəkildi. Filmin yekun animasiyası sonunda "Creative Capers Entertainment" tərəfindən hazırlandı. Studiya 2004-cü ildə ən yaxşı qısametrajlı cizgi filmi nominasiyasında 2004-cü ildə Akademiya Mükafatına namizəd olan "Sünbülqıran pərt oldu" qısametrajlı filmi üzərində işləmişdir. 2009-cu ildə onlar Akademiya Mükafatına layiq görülmüş "Avatar" filmində uydurma mühit görüntüsünün yaradılmasına kömək etmişdilər. 2011-ci ildə "Blur" Stiq Larsson "Minillik" trilogiyasının birinci kitabı əsasında və Devid Finçer tərəfindən çəkilən "Əjdaha döyməli qız" filminin əvvəlində göstərilən videonu düzəltmişdir. Studiya "Cənubi Park: daha böyük, daha uzun və kəsilməmiş" tammetrajlı filmi üçün "Cənnət və cəhənnəm" hissəsini yaratmışdılar.
Bulud Qaraçorlu
Bulud Qaraçorlu Səhənd (1926, Marağa, Şərqi Azərbaycan ostanı – 1979, Tehran) — Azərbaycanlı şair. == Həyatı == Bulud Qaraçorlu Səhənd 1926-cı ildə Marağada anadan olub. İlk təhsilini Marağa və Təbrizdə alan Bulud 17 yaşında ikən Razi, az müddət keçdikdən sonra isə Səhənd təxəllüsü ilə şeirlər yazmağa başlayır. Səhəndin gənclik illəri İranda Azərbaycan xalqının milli istiqlaliyyəti uğrunda apardığı çətin mübarizə dövrünə – 40-cı illərdən başlayan milli-azadlıq hərəkatına təsadüf edir. O, milli hərəkatda fəal iştirak edirdi. 1945-ci ildə Pişəvərinin rəhbərliyi ilə Güney Azərbaycan Milli Hökumətinin qurulması, ölkədə aparılan misli görünməyən mütərəqqi islahatlar onda böyük ruh yüksəkliyi yaradır. Səhənd həmin illərdə sevinc və iftixardan doğan şeirlər yazırdı. Lakin vətənin azadlığı uzun sürmədi. Lirik şerlər yazan şair arzu, istək və ağrılarını xalqa çatdırmaq üçün "Dədə Qorqud" dastanlarına üz tutur. Xalq yaradıcılığından yararlanıb məşhur "Sazımın sözü" əsərini yazır.
Bulud Qasımov
Bulud Əliş oğlu Qasımov (1 iyul 1947, Nərimankənd, Gədəbəy rayonu) — yazıçı və karikaturaçı rəssam, Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvü (2006) == Həyatı == Bulud Qasımov 1 iyul 1947-ci ildə Gədəbəy rayonunun Nərimankənd kəndində anadan olub. 1966-cı ildə Nərimankənd orta məktəbini, 1968-ci ildə isə Texniki Rəssamlıq Məktəbini saxsı qablar üzrə rəssam ixtisası üzrə bitirmişdir. 1968–1970-ci illərdə Qara dəniz sahilindəki Gəlincik şəhərində sovet ordusu sıralarında rəssam kimi xidmət etmişdir. 1972–1977-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində ali təhsil almışdır. 1978-ci ildən "Sovet kəndi" qəzetində çalışmağa başlamışdır. 1980-ci ildən karikaturaçı rəssam kimi respublika mətbuatında fəal çalışmağa başlayıb. 1981-ci ildən "Kirpi" satirik jurnalı ilə əməkdaşlıq etmişdir. Bulud Qasımov 1987-ci ildən 2012-ci ilə qədər Bakı şəhəri Zakir Yusifov adına 194 saylı tam orta məktəbində təsviri-incəsənət müəllimi işləmişdir. 2005-ci ildən "Mozalan" satirik jurnalının bədii redaktoru və baş rəssamı işləmişdir. "Molla Nəsrəddin XXI əsrdə" jurnalında rəssam işləyir.
Bulud Texnologiyası
Bulud hesablamalar
Bulud texnologiyaları – istifadəçiyə xidmət şəklində İnternet və ya lokal şəbəkə vasitəsilə əlyetərli olan proqram-aparat təminatıdır. Bulud texnologiyaları müəyyən resurslara (hesablama resurslarına, proqram və məlumatlara) uzaq məsafədən müraciət etmək üçün rahat interfeysdən istifadə etməyə imkan verir. İstifadəçi kompüteri, bu halda, şəbəkəyə qoşulmuş adi terminal rolunu oynayır. Bulud texnologiyaları konsepsiyası kompüter texnologiyalarının infrastrukturunun və proqram təminatının bilavasitə şəbəkə mühitində yaradılmasını və istifadə edilməsini təmin edir. Bu texnologiyanın köməyi ilə istifadəçinin məlumatları bulud sistemlərində saxlanılır, emal edilir və eyni zamanda brauzerlərin köməyilə, emal proqramlarının işə salınması və nəticələrə baxılması təmin edilir. Bulud texnologiyaları sisteminin infrastrukturu, kompüterlərin hesablama və yaddaş resurslarının klasterləşməsi və virtuallaşdırılmasından geniş istifadə etməklə, verilənlərin emal və yadda saxlanması mərkəzlərinin yaradılmasını təmin edir. Bulud texnologiyası (ing. Cloud Computing) və ya funksional mənada verilənlərin açıq şəkildə paylanması; Qurğular arasında ortaq informasiya mübadiləsini təmin edən xidmətlərə verilən ümumi ad. Bulud texnologiyası bu baxımdan bir məhsul deyil, xidmətdir; Əsas mənbədəki proqram və məlumatların mübadiləsi təmin edilərək, mövcud informasiya xidmətinin kompüterlər və digər qurğulardan informasiya şəbəkəsi (tipik olaraq İnternetdən) üzərindən istifadə edilməsidir. Bulud sözü faylların olduğu mövqeyi işarə edir.
Bulud iyesi
Bulud iyəsi - türk və altay mifologiyasında buludun qoruyucu ruhu. Bulut iyəsi və ya Bolıt iyəsi olaraq da deyilər. Yağış iyəsi ("Yağmur iyəsi") yəni yağışın qoruyucu ruhu da buludlara asılıdır. Bundan başqa diqqət çəkici və buludlarla əlaqədar olan iyeler bunlardır. (Bulud iyəsiylə əlaqəli olan Ətin "göy gurultusu" sözü Sibirdəki Ətin adlı üstün varlığı / ruhu da ağla gətirir.) Ətin / Eten iyəsi: Göy gurultusu ruhu. Ayanga / Ayunga iyəsi: Göy gurultusu ruhu. Çakılgan / Çağılgan iyəsi: İldırım ruhu. İldırım / Yıldırım iyəsi: İldırım ruhu. Şimşək / Şüğşek iyəsi: Şimşək ruhu. Yaşın / Yışın iyəsi: Şimşək ruhu.
Bulud xalçaları
Bulud xalçaları — Qarabağ tipinin Şuşa qrupuna daxil olan xovlu xalça. == Ümumi məlumat == 1750-ci illərin əvvələrində Qarabağ xanı Pənahəli xan Şuşa şəhərini saldırdı. Şəhər ilk vaxtlar Pənahabad adlandırıldı və uzun illər Qarabağ xanlığının paytaxtı oldu. XVIII əsrdə Qarabağ xalçaçılıq məktəbi Şuşada cəmlənmişdir. XVIII əsrdə Şuşada klassik çeşnili xalçalarla yanaşı, Rusiyadan, eləcə də Avropadan gətirilmiş məcməyi, ətirli sabun, çit və digər müxtəlif məişət əşyaların üzərindən götürülmüş naxışlardan yeni xalça kompozisiyaları — "Bağçadagüllər", "Saxsıdagüllər", "Bulud" və s. çeşnilər toxunurdu. Qarabağ xalçalarının rəng — boyaq palitrası olduqca zəngindir. Bu palitra Qarabağ təbiətinin bütün rənglərinin ən zərif çalarlarını özündə əks etdirir. Qədim dövrlərdən Azərbaycan xalçalarının ara sahə yerliyi ənənəvi olaraq qırmızı rəngdə işlənmişdir. Müxtəlif bitkilərlə yanaşı, orta əsrlərdən burada rənglər cür — bəcür həşaratlardan alınmışdı.
Bulud xalçası
Bulud xalçaları — Qarabağ tipinin Şuşa qrupuna daxil olan xovlu xalça. == Ümumi məlumat == 1750-ci illərin əvvələrində Qarabağ xanı Pənahəli xan Şuşa şəhərini saldırdı. Şəhər ilk vaxtlar Pənahabad adlandırıldı və uzun illər Qarabağ xanlığının paytaxtı oldu. XVIII əsrdə Qarabağ xalçaçılıq məktəbi Şuşada cəmlənmişdir. XVIII əsrdə Şuşada klassik çeşnili xalçalarla yanaşı, Rusiyadan, eləcə də Avropadan gətirilmiş məcməyi, ətirli sabun, çit və digər müxtəlif məişət əşyaların üzərindən götürülmüş naxışlardan yeni xalça kompozisiyaları — "Bağçadagüllər", "Saxsıdagüllər", "Bulud" və s. çeşnilər toxunurdu. Qarabağ xalçalarının rəng — boyaq palitrası olduqca zəngindir. Bu palitra Qarabağ təbiətinin bütün rənglərinin ən zərif çalarlarını özündə əks etdirir. Qədim dövrlərdən Azərbaycan xalçalarının ara sahə yerliyi ənənəvi olaraq qırmızı rəngdə işlənmişdir. Müxtəlif bitkilərlə yanaşı, orta əsrlərdən burada rənglər cür — bəcür həşaratlardan alınmışdı.
Deep Blue
11 may 1997-ci ildə IBM şirkətində yaradılmış şahmat superkompüteri olan Deep Blue şahmat üzrə dünya çempionu Harri Kasparov üzərində 3,5–2,5 hesabı ilə qələbə qazanmışdır. "Deep Blue" adı "Deep Thought" layihəsinin adı və IBM-ə verilən "Big Blue" ləqəbinin birləşməsindən götürülmüşdür.Daha sonra IBM-ə keçdi, burada ilk dəfə Deep Thought, sonra 1989-cu ildə yenidən Deep Blue olaraq adlandırıldı. Dünya çempionu Qarri Kasparovla ilk dəfə 1996-cı ildə altı oyunluq bir matçda oynadı və dörd oyunda ikiyə uduzdu. 1997-ci ildə təkmilləşdirildi və altı oyunluq təkrar matçda iki oyunda qalib gələrək üç heç-heçə edərək Kasparovu məğlub etdi. Deep Blue-nun qələbəsi süni intellekt tarixində əlamətdar hadisə hesab olunur və bir neçə kitab və filmin mövzusu olub. == Tarixi == Karnegi Mellon Universitetində doktorant olarkən Feng-hsiung Hsu ChipTest adı altında şahmat oynayan superkompüter hazırlamağa başladı. Maşın 1987-ci ildə Şimali Amerika Kompüter Şahmat Çempionatının qalibi oldu və Hsu və komandası 1988-ci ildə Deep Thought adlı bir varisi ilə davam etdi.1989-cu ildə doktorluq dərəcəsini aldıqdan sonra Hsu və Murray Campbell dünya şahmat çempionunu məğlub edə biləcək maşın yaratmaq layihəsini davam etdirmək üçün IBM Research şirkətinə qoşuldular.Onların həmkarı Tomas Anantharaman maliyyə sənayesinə getməzdən əvvəl qısa müddət ərzində IBM-də onlara qoşuldu və onu proqramçı Artur Cozef Hoan əvəz etdi.IBM Research-də uzun müddət çalışan Cerri Brodi sonradan 1990-cı ildə komandaya qoşuldu. 1997-ci ildə Chicago Tribune səhvən Deep Blue-nun United Airlines-a satıldığını bildirdi, bu, onun IBM-in əsas RS6000/SP2 sistemləri ilə fiziki oxşarlığına əsaslanan qarışıqlıqdır.Bu gün Deep Blue-nu təşkil edən iki rəfdən biri daha əvvəl İnformasiya Əsri ilə bağlı eksponatda nümayiş etdirilən Milli Amerika Tarixi Muzeyində saxlanılır.Digər raf isə 1997-ci ildə Kompüter Tarixi Muzeyi tərəfindən alınıb və İnqilab sərgisinin "Süni intellekt və robototexnika" qalereyasında nümayiş etdirilir.Dərin Mavi haqqında bir neçə kitab yazılmışdır, bunlar arasında dərin mavinin arxasında: Deep Blue tərtibçisi Feng-hsiung Hsu tərəfindən Dünya Şahmat Çempionunu məğlub edən kompüterin qurulmasıdı. == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Faiq Bulud
Faiq Bulud (1950, Qars, Türkiyə) — Türkiyə yazıçısı. == Həyatı == Faiq Bulud 1950-ci ildə Qarsda anadan olub. Ankara Qazi Təhsil İnstitunun Rəsm içi fakültəsinə daxil olsa da təhsilini yarımçıq qoyub. 1972-ci ildə Suriyadan Livana keçərək Fələstin Azadlıq Təşkilatının sıralarına qoşulub. İsrail ordusunun həyata keçirdiyi bir əməliyyat zamanı beş güllə yarası alaraq əsir düşüb. MOSSAD tərəfindən 20 gün dindirildikdən sonra İsrail məhkəməsi tərəfindən həbs cəzası aldı. 1980-ci ilə qədər — 7 il 2 ay İsrail həbsxanasında cəza çəkdi. == Əsərləri == Dərsim raporları, İstanbul, 2013, −427 səh. Ali'siz Alevîlik, Berfin Yayıncılık, 2011. Hasan Sabbah Gerçeği ve Eşitlikçi Dervişan Cumhuriyetleri, Berfin Yayıncılık, 2014.
Harold Blum
Harold Blum (ing. Harold Bloom) (11 iyul 1930[…], Nyu-York, Nyu-York ştatı – 14 oktyabr 2019[…], Nyu-Heyven[d], Konnektikut) — amerikalı ədəbiyyatşünas. == Fəaliyyəti == Kornell Universitetini bitirmişdir (1951). Yel Universitetində dərs demişdir (1955-ci ildən). Nəzəri görüşləri freydizm və strukturalizmin təsirilə formalaşmışdır. Blumun erkən yaradıcılığında romantizm poeziyasına dair əsərləri və mədəni irs problemlərinə həsr olunmuş tetralogiyası əsas yer tutur; burada o, dahinin ("güclü şair") ədəbi sələfinə ("mənəvi ata") qarşı mübarizəsini şərh edir: "Təsirin qorxusu" (1973), "Yanlış oxu xəritəsi" (1975), "Kabbala və tənqid" (1975), "Poeziya və repressiya" (1976). Nüfuzlu yazıçı və onun xüsusi təsir qüvvəsi kimi estetik prioritetləri formalaşdıran mətnləri yaradıcılığının yetkin dövrünün daimi mövzusudur. Uilyam Şekspiri "Qərb mədəniyyəti kanonunun" əsası hesab edən Blum, postmodernizmin ənənəvi ədəbi dəyərləri dekonstruksiyalaşdırmaq cəhdinə qarşı çıxır ("Qərb kanonu: kitablar və epoxalar məktəbi", 1995; "Şekspir: insanlığın kəşfi", 1998). "Müqəddəs həqiqətlərin süqutu: Bibliyadan bugünədək poeziya və inam" (1989) və "Amerika dini: postxristian millətinin yaranması" (1992) kitablarının müəllifidir.