Bulud xalçası

Bulud xalçaları[1] — Qarabağ tipinin Şuşa qrupuna daxil olan xovlu xalça.

Xalça
Bulud xalçaları
Toxunması haqqında məlumatlar
Üslubu Qarabağ xalçaçılıq məktəbi

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

1750-ci illərin əvvələrində Qarabağ xanı Pənahəli xan Şuşa şəhərini saldırdı. Şəhər ilk vaxtlar Pənahabad adlandırıldı və uzun illər Qarabağ xanlığının paytaxtı oldu. XVIII əsrdə Qarabağ xalçaçılıq məktəbi Şuşada cəmlənmişdir. XVIII əsrdə Şuşada klassik çeşnili xalçalarla yanaşı, Rusiyadan, eləcə də Avropadan gətirilmiş məcməyi, ətirli sabun, çit və digər müxtəlif məişət əşyaların üzərindən götürülmüş naxışlardan yeni xalça kompozisiyaları — "Bağçadagüllər", "Saxsıdagüllər", "Bulud" və s. çeşnilər toxunurdu. Qarabağ xalçalarının rəng — boyaq palitrası olduqca zəngindir. Bu palitra Qarabağ təbiətinin bütün rənglərinin ən zərif çalarlarını özündə əks etdirir. Qədim dövrlərdən Azərbaycan xalçalarının ara sahə yerliyi ənənəvi olaraq qırmızı rəngdə işlənmişdir. Müxtəlif bitkilərlə yanaşı, orta əsrlərdən burada rənglər cür — bəcür həşaratlardan alınmışdı. Onların içərisində qırmızı rəng almaq üçün ən geniş yayılmışı koşenildir. Xalq arasında ona "qırmız böcəyi", "qurd qırmız", "palıd cücüsü" deyilirdi.[2]

Qarabağ tipinin Şuşa qrupuna daxil olan və "Bulud" adı ilə məşhur olan xalçalar Şuşada XIX əsrin yarısından etibarən Avroparusiya incəsənətinin təsiri altında yaradılmışdır. Onlar Bağçadagüllər xalçası ilə eyni zamanda yaranmışdır. Qeyd etmək lazımdır ki, orta sahədə qoyulmuş medalyon formalı element Avropa dekorativ incəsənətinin bütün sahələrində istifadə olunan ornament tipidir. "Bulud" adlanmasına baxmayaraq, kompozisiyada bulud təsvirindən əsər – əlamət yoxdur.

Bədii analiz[redaktə | mənbəni redaktə et]

Xalçanın adı "blyudo" rus sözünün təhrif edilmiş variantından yaranmış və sadə xalq dilində "bulud" kimi yayılmışdır. Xalça iri yarpaq elementlərdən təşkil olunmuşdur. Bu elementlərə parlaq çiçək təsvirləri yerləşdirilir. Xalçanın haşiyəsi də bu tərzdə tərtib olunur.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Bulud xalçası. carpet.intangible.az Arxivləşdirilib 2011-08-07 at the Wayback Machine (az.)
  2. "AZƏRBAYCANDA XALÇA SƏNƏTİNİN İNKİŞAFI". azerbaijan.az (az.). 2021-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-15.