Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bleda
Bleda (yun. Βλήδας, lat. Bleda, oğurca Bildə — Bilgə; bilinmir – 444 və ya 445) — 434-444-cü illərdə hakimiyyətdə olmuş hun başçısı, İdil xanın (Atilla) qardaşı və hakimiyyət şəriki.
Blida
Blida vilayəti — Blida vilayətinin ərazisi 1 575 Km2-dır. Blida vilayətinə 10 rayon daxilidir. Blida (şəhər) — Əlcəzairin şimalında şəhər, eyniadlı vilayətin inzibati mərkəzi.
Bliyo
Bliö (fr. Blieux, oks. Blieus) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Barrem kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04030. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 57 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 37 nəfər arasında (15-64 yaş) 22 nəfər iqtisadi fəal, 15 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 59.5%, 1999-cu ildə 75.7%) idi. Fəal olan 22 nəfərdən 15 nəfər (7 kişi və 8 qadın), 7 nəfər işsizdir (5 kişi və 2 qadın).
Blume
Karl Lüdviq Blume (alm. Charles Ludwig de Blume‎ və ya alm. Karl Ludwig von Blume‎; 9 iyun 1796 – 3 fevral 1862) Almaniya və Niderlandiya botaniki. == Əsərləri == Carl Ludwig Blume: Bijdragen tot de flora van Nederlandsch Indië …. 1825-1827 on Botanicus Carl Ludwig Blume: Enumeratio plantarum Javae et insularum adjacentium. 1827-1828. Carl Ludwig Blume & J. B. Fischer: Flora Javae nec non insularum adjacentium …. 1828-1851. Carl Ludwig Blume: Rumphia, sive commentationes botanicae imprimis de plantis Indiae orientalis …. 1836-1849 (4 volumes with 170 illustrations) Carl Ludwig Blume: Museum botanicum Lugduno-Batavum ….
Bordo
Bordo - Fransanın cənub-şərqində, Akvitaniyada şəhər, Jironda departamentinin inzibati mərkəzi. Əhalisi 250,8 min (2008). Biskay körfəzindən 97 km aralıdır. Haronna çayı mənsəbində mühüm dəniz portu. İri nəqliyyat qovşağı. Beynəlxalq aeroport. Parislə dəmiryol əlaqəsi var. Dünyanın şərabçılıq paytaxtlarından biri hesab olunur. == Tarixi == E.ə. III əsrdən Burdiqala adı ilə kelt tayfalarından biri olan bituriqlərin əsas şəhəri kimi məlumdur.
Bruco
Cadugər — cadugərliklə bağlı fəaliyyətləri həyata keçirən şəxs. Fövqəltəbii gücləri olduğuna inanılır. Gecələri gəzərək və uçaraq pislik edir. Anadolu türkcəsində "cazı, cadı" olaraq da deyilər. == Sözün mənşəyi == Azərbaycanca "cadugər" və Hindcə "जादूगर" (jādūgar) Fars dilində جادوگر sözündən gəlirlər.Azərbaycanda "cadugər" adlanan bu şəxsləri Afrikanın cənubunda "kuaren deyro", qərbində "nqombo", mərkəzində "menduk", Yava adalarında "dikun", Qrenlandiyada "anqanok", Peruda "bruco", Rusiyada "çarodey", "koldun", Uzaq Şərqdə "yoq", "fakir" adlandırırlar. Albıs türklərdə cadugər bənzəri bir varlıq olaraq bilinər. Cadu, pis üsullara müraciət edərək bir insanın iradəsini əlindən almaq deməkdir. Müxtəlif yollarla, üsulları sui-istifadə edərək bir insanı idarə altına almağa, ona istənilənləri etdirməyə ümumi olaraq cadu deyilər. Cadu ilə insanı istəmədiyi şeylərə məcbur etmək, ona istəmədiyi hərəkətləri etdirmək mənasını verər. Məqsədi təbiətin üzvi gücünü sahiplenmektir və də bu gücü dilədiyincə istifadə etməkdir.
Bulud
Bulud – atmosferdə üzən su buxarı kondensasiyası məhsulunun toplantısı. Bulud diametri bir neçə mikron olan su damcılarından, buz kristalcıqlarından və ya bunların qatışığından əmələ gəlir. Bulud başlıca olaraq troposferdə toplanır. Buludu təşkil edən elementlər iriləşdikcə ağırlaşır və yağıntı əmələ gəlir.Planetimizin çox hissəsini dənizlər və okeanlar tutduğu üçün onların səthində daim buxarlanma prosesi baş verir. Buxarlanmış su damlaları buludları əmələ gətirir. Küləklərin qovduğu bu buludlar atmosferin soyuq layları ilə toqquşduqda buxarın kondensasiyası başlayır və yağış damlaları əmələ gəlir. == Buludluluq == Buludluluq göy üzünün buludlarla örtülmə dərəcəsidir və 10 ballıq şkala ilə ölçülür. Buludluluq sıfır bal olduqda göy üzü buludsuz, 10 bal olduqda isə tamamilə buludla örtülü olur. Ərazinin yerləşdiyi coğrafi mövqedən, iqlimdən asılı olaraq buludluluq dərəcəsi dəyişir. Buludluluq hava və iqlimi xarakterizə edən əsas amillərdən biridir.
Pluto
Pluton (134340 Pluto; simvolı: , və ya ) — Günəş ətrafında dövr edən ən kiçik cırtdan planetlərdən biri. Kəşf edildiyi 1930-cu ildən 2006-cı ilədək planet kimi qəbul edilən Pluton, hal-hazırda Koyper qurşağında Eridadan sonra ikinci böyük obyekt hesab edilir. 1930-cu ildən 2006-cı ilədək Pluton Günəş sistemində doqquzuncu planet kimi qəbul edilirdi. Ancaq XX əsrin sonları və XXI əsrin əvvəllərində Günəş sistemində plutonsayağı xeyli səma cismi kəşf edildi. Onlardan Erida kütlə baxımından Plutondan 27% böyükdür. 24 avqust 2006-cı ildə Beynəlxalq Astronomiya İttifaqı özünün XXVI assambleyasında ilk dəfə olaraq "planet" anlayışına tərif verdi. Pluton bu tərifdə deyilən əsaslara uymadığından o planet kateqoriyasından kənarda qaldı. NASA 19 yanvar 2006-cı ildə Plutonun kəşfi üçün "New Horizons" adlı qurğunu kosmosa göndərdi. Həmin qurğu 9 il sonra yəni, 14 iyul 2015-ci ildə Plutona 12000 km yaxınlaşaraq planetin fotosunu çəkib. Xatırladaq ki, Plutonun fotosu dünyadan 5 milyard km uzaqda çəkilib.
Bubo bubo
Adi yapalaq (lat. Bubo bubo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin yapalaq cinsinə aid heyvan növü.
Bufo bufo
Adi quru qurbağası (lat. Bufo bufo) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin quru qurbağaları fəsiləsinin quru qurbağası cinsinə aid heyvan növü. == Statusu == Azərbaycanda adi quru qurbağasının Bufo bufo verucosissima (Pallas,1813) yarımnövü yayılmışdır. Lənkəran rayonunda və Böyük Qafqazın cənub ətəklərində təsadüf edilir. == Yaşayış yeri == Meşə kənarlarındakı çəmənliklərdə, çoxalma dövründə isə meşə kənarındakı gölməçələrdə təsadüf edilir. == Sayı == Çoxalma zamanı optimal şəraitdə 1 km marşruta 3-4 fərd düşür. 1989-cu ildə Zaqatala rayonunun Qəbizdərə kəndinin yaxınlığındakı gölməçədə 100 m-lik sahil zolağında 30-40 fərd hesablanmışdır. == Çoxalması == Mayalanma xaricidir. Cütləşmə 4-12 (hərdən daha çox) saat davam edir. Kürütökmə 7-10 gün ərzində gedir.
Bled
Bled (sloven. Bled, alm. Veldes‎) — Sloveniyanın şimal-qərb hissəsində yerləşən şəhər. İtaliya və Avstriya sərhəddinə yaxındır. 2002-ci ilin siyahıya alınmasına görə şəhərin əhalisi— 5252 nəfərdir. Şəhər ətrafı yaşayış məntəqələri ilə birlikdə — 10 899 nəfərdir. Bled şəhəri Bled gölü sahilində, Yulian Alpları dağları ətəklərində yerləşir. Şəhər Triqlav Milli Parkından şərqindədir. Ölkənin populyar turizm mərkəzi hesab olunur == Coğrafiyası == Bled ölkənin paytaxtı Lyublyanadan 45 km şimal-qərbdə və Esenise şəhərindən isə 10 km cənub-şərqdə yerləşir. Şəhərin 8 km şimalından Avstriya sərhəddi, 40 km qərbindən isə italiya sərhəddi keçir.
Bliö
Bliö (fr. Blieux, oks. Blieus) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Barrem kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04030. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 57 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 37 nəfər arasında (15-64 yaş) 22 nəfər iqtisadi fəal, 15 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 59.5%, 1999-cu ildə 75.7%) idi. Fəal olan 22 nəfərdən 15 nəfər (7 kişi və 8 qadın), 7 nəfər işsizdir (5 kişi və 2 qadın).
Blua
Blua (fr. Blois) — Fransada şəhər. Luar və Şer departamentinin inzibati mərkəzi. == Əhalisi == Əhalisi 49, 6 min (2005) nəfərdir. Luara çayının sahilindədir. == Tarixi == Blua 6-cı əsrdən məlumdur. 9-cu əsr – 13-cü əsrin əvvəllərində Şampan qraflığı ilə sülalə ittifaqında və uzunmüddətli uniyada olan və Fransa krallarına qarşı mübarizə aparan güclü qraflığın mərkəzi idi. 1391-ci ildən Valua sülaləsinin Orlean qolu şahzadələrinin mülkiyyətində, 1498-ci ildən kral domeninin tərkibində olmuşdur. 16-cı əsrdə Bluada Fransa krallarının daimi iqamətgahı yerləşirdi. 1576–77-ci və 1588–89-cu illərdə Baş ştatlar Bluada toplanmışdı.
Blue
Blue (Blu) — britan boyz-bend. "Blue" qrupu 2001-ci ildə yaranmış İngilis pop qrupudur. Qrupun 4 üzvü vardır. Bunlar Li Rayan, Simon Uebb, Dankan Ceyms və Antoni Kostadır. Qrupun 4 albumu var: All Rise, One Love, Guilty və Best of Blue. Hal-hazırda qrup üzvləri solo fəaliyyət göstərir.
Blüz
Blüz (ing. Blues və ya Blue Devils — "kədər", "qəm") — XIX əsrin sonunda ABŞ-nin cənub-şərqinin afroamerika icmasında "Pambıq zonası" plantasiyalarından çıxanlar arasında yaradılmış musiqi forması və musiqi janrı.
Bubo
Yapalaq (lat. Bubo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi.
Buda
Buda (mac. Buda) - Macarıstan krallığının mərkəzi olmuş tarixi şəhər. Budin şəhərinin yerləşdiyi tarixi yer Budapeşt şəhərindən keçən Dunay çayının cənub tərəfi hesab olunur. Osmanlı imperiyası və Macarıstan krallığı arasında 1526-cı ildə baş vermiş Mohaç döyüşü nəticəsində şəhər Osmanlı imperiyasının nəzarəti altına keçmişdir.
Bufo
Quru qurbağası (lat. Bufo) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin quru qurbağaları fəsiləsinə aid heyvan cinsi.
Bando (şəhər)
Bando (坂東市, Bandō-shi) — Yaponiyanın Kanto bölgəsinin şimalında, İbaraki prefekturasında yerləşən şəhər. Şəhər 22 mart 2005-ci ildə qurulmuşdur. 2015-ci ilin sentyabrının məlumatına görə şəhərin əhalisi 54.349 nəfərdir, hər km² ərazidə 442 nəfər yaşayır. Şəhərin sahəsi 123,03 km²-dir. == Tarix == Meyci dövrü başlamazdan əvvəl müasir Bandonun ərazisi Şimosa əyalətinin tərkibində idi. 1 aprel 1889-cu ildə bələdiyyə sistemi tətbiq olunmağa başlananda İbarakinin Saşima rayonunda İvay kəndinin əsası qoyuldu. İvay kəndi 4 iyul 1900-cu ildə qəsəbə statusu, 1 aprel 1972-ci ildə şəhər statusu aldı. Bando şəhəri 22 mart 2005-ci ildə İvay şəhəri ilə qonşu Saşima qəsəbəsinin birləşdirilməsi nəticəsində yaranmışdır. == Coğrafiya == Şəhər Yaponiyanın Honşu adasında, Kanto regionunun İbaraki prefekturasının cənub-qərbində, Tone çayının şimal sahilində yerləşir. Cənub-qərbdə Çiba prefekturası ilə həmsərhəddir.
Bando şəhəri
Bando (坂東市, Bandō-shi) — Yaponiyanın Kanto bölgəsinin şimalında, İbaraki prefekturasında yerləşən şəhər. Şəhər 22 mart 2005-ci ildə qurulmuşdur. 2015-ci ilin sentyabrının məlumatına görə şəhərin əhalisi 54.349 nəfərdir, hər km² ərazidə 442 nəfər yaşayır. Şəhərin sahəsi 123,03 km²-dir. == Tarix == Meyci dövrü başlamazdan əvvəl müasir Bandonun ərazisi Şimosa əyalətinin tərkibində idi. 1 aprel 1889-cu ildə bələdiyyə sistemi tətbiq olunmağa başlananda İbarakinin Saşima rayonunda İvay kəndinin əsası qoyuldu. İvay kəndi 4 iyul 1900-cu ildə qəsəbə statusu, 1 aprel 1972-ci ildə şəhər statusu aldı. Bando şəhəri 22 mart 2005-ci ildə İvay şəhəri ilə qonşu Saşima qəsəbəsinin birləşdirilməsi nəticəsində yaranmışdır. == Coğrafiya == Şəhər Yaponiyanın Honşu adasında, Kanto regionunun İbaraki prefekturasının cənub-qərbində, Tone çayının şimal sahilində yerləşir. Cənub-qərbdə Çiba prefekturası ilə həmsərhəddir.
Bardo (dəqiqləşdirmə)
Bardo müqaviləsi
Bardo (qevoq)
Bardo (dz. བར་ད།, ing. Bardho) — Butanın Jemqanq dzonqxaqında qevoq. == Coğrafiya == Qevoqun ərazisi Jemqanq dzonqxaqının şərqi və bir qədər mərkəzi hissəsində yerləşir. Qevoq 210 km2-lik bir ərazini əhatə edir. Bu qevoq, Çamqxar çayının (ing. Chamkhar Chu) vadisində, çayın şərq sahillərində yerləşir.Qevoqun ərazisinə daxil olan yaşayış məntəqələri arasında dəniz səviyyəsindən ən yuxarıda olanın hündürlüyü 1770 metr, ən şağıda olanın hündürlüyü isə 1050 metrdir.Bardo qevoqu 5 çivoqa – Bardo, Xomşar, Pxulabi, Lanqdorbi və Diqala çivoqlarına bölünür. Qevoqun ərazisində 15 kənd mövcuddur.Qevoq ərazisinin 75%-i meşəliklərdən ibarətdir. == İqtisadiyyat == Bardo qevoqunun şimalında kultivasiya edilmiş ərazilər tədricən çoxalır. Xomşar, Lanqdurbi və Diqala çivoqlarında torpaqlar daha çox becərilir.
Bardo müqaviləsi
Bardo müqaviləsi — Tunis bəyliyinin Fransa tərəfindan işğalından sonra imzalanan müqavilə. Müqavilə 12 may 1881-ci ildə imzalanmışdır. Fransız qanunlarında müqavilə "zəmanət və qoruma müqaviləsi" adlanır.
Baudi Bakuyev
Baudi Bakuyev (1966 – 10 oktyabr 2000, Şatoy rayonu, Çeçenistan) — Çeçen İçkeriya Respublikası milli ordusunun briqada generalı, hər iki Çeçenistan müharibəsinin fəal iştirakçısı, çeçen hərbi birləşmələrinin ən "barışmaz" səhra komandirlərindən biri, əsir götürülmüş rus əsgərlərinə xarşı xüssusilə amansızlığı ilə seçilən şəxs. Baudi Bakuyev ÇİR Silahlı Qüvvələrinin Şimal-Qərb Cəbhəsinə və İçkeriyanın Cənub Cəbhəsinə komandanlıq etmişdir. 2000-ci ildə Çeçenistan Respublikasının Şatoy rayonunda öldürülmüşdür. == Bioqrafiya == 1966-cı ildə anadan olmuşdur. Hər iki Çeçenistan müharibəsində iştirak etmişdir. Müharibələr arası dövrdə Valentin Vlasov və Gennadi Şpiqun da daxil olmaqla çox sayda insanın qaçırılmasının fəal təşkilatçısı olur. ÇİR Daxili İşlər Nazirinin müavini vəzifəsini tutur. Bu müddətdə Məkkəyə həcc ziyarətinə gedir. İkinci Çeçenistan müharibəsi zamanı Çeçen İçkeriya Respublikası Silahlı Qüvvələrinin Şimal-Qərb Cəbhəsinə, daha sonra Qroznının Staropromıslovski rayonunun müdafiəsinə komandanlıq etmişdir. Fəal döyüşlərin sona çatması ilə Aslan Masxadov ona dağlıq İtum-Kali və Şatoy rayonlarında ÇİR Silahlı Qüvvələrinin Cənub Cəbhəsinə rəhbərlik etməyi tapşırır.
Blida (dəqiqləşdirmə)
Blida vilayəti — Blida vilayətinin ərazisi 1 575 Km2-dır. Blida vilayətinə 10 rayon daxilidir. Blida (şəhər) — Əlcəzairin şimalında şəhər, eyniadlı vilayətin inzibati mərkəzi.