Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Budo-Qlimt FK
Budo-Qlimt Futbol Klubu (norv. Fotballklubben Bodø/Glimt), qısaca Budo-Qlimt (norv. Bodø/Glimt), Budo və ya keçmiş adı ilə Qlimt — Norveçin Nurlann qraflığındakı Budo şəhərini təmsil edən peşəkar futbol klubu. Hazırda Norveç futbolunun ən yüksək təbəqəsi olan Elitseriyada çıxış edən klub 1916-cı ildə yaradılıb. "Budo-Qlimt" Elitseriyanın 2020, 2021 və 2023 mövsümlərini qazanaraq Norveç futbolunun üçqat çempionu olub. Onlar həmçinin doqquz dəfə hazırda ləğv olunmuş Şimali Norveç Kubokunu və iki dəfə Norveç Kubokunu qazanıblar. Klub həm də 1975-ci ildə Norveç Kubokunu qazanaraq ölkənin şimalından milli titulu qazanmış ilk komanda, o cümlədən regiondan milli liqanın qalibi olmuş ilk komanda olub. Klub sarı formaları və tərəfdarların matçlara gətirdikləri, 1970-ci ildən bəri tərəfdarlarının simvolu olan nəhəng sarı diş fırçaları ilə tanınır. "Budo-Qlimt" 2018-ci il mövsümü ərəfəsində yüksək liqaya yüksəldikdən sonra tarixinin ən böyük uğurunu yaşadı, ardıcıl olaraq iki dəfə liqa qalibi oldu, ardınca UEFA Konfrans Liqasının 1/4 finalına və Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməyi bacardı, amma növbəti mövsümdə Avropa Liqasına düşdü.
Bleda
Bleda (yun. Βλήδας, lat. Bleda, oğurca Bildə — Bilgə; bilinmir – 444 və ya 445) — 434-444-cü illərdə hakimiyyətdə olmuş hun başçısı, İdil xanın (Atilla) qardaşı və hakimiyyət şəriki.
Blida
Blida vilayəti — Blida vilayətinin ərazisi 1 575 Km2-dır. Blida vilayətinə 10 rayon daxilidir. Blida (şəhər) — Əlcəzairin şimalında şəhər, eyniadlı vilayətin inzibati mərkəzi.
Bliyo
Bliö (fr. Blieux, oks. Blieus) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Barrem kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04030. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 57 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 37 nəfər arasında (15-64 yaş) 22 nəfər iqtisadi fəal, 15 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 59.5%, 1999-cu ildə 75.7%) idi. Fəal olan 22 nəfərdən 15 nəfər (7 kişi və 8 qadın), 7 nəfər işsizdir (5 kişi və 2 qadın).
Blume
Karl Lüdviq Blume (alm. Charles Ludwig de Blume‎ və ya alm. Karl Ludwig von Blume‎; 9 iyun 1796 – 3 fevral 1862) Almaniya və Niderlandiya botaniki. == Əsərləri == Carl Ludwig Blume: Bijdragen tot de flora van Nederlandsch Indië …. 1825-1827 on Botanicus Carl Ludwig Blume: Enumeratio plantarum Javae et insularum adjacentium. 1827-1828. Carl Ludwig Blume & J. B. Fischer: Flora Javae nec non insularum adjacentium …. 1828-1851. Carl Ludwig Blume: Rumphia, sive commentationes botanicae imprimis de plantis Indiae orientalis …. 1836-1849 (4 volumes with 170 illustrations) Carl Ludwig Blume: Museum botanicum Lugduno-Batavum ….
Bordo
Bordo - Fransanın cənub-şərqində, Akvitaniyada şəhər, Jironda departamentinin inzibati mərkəzi. Əhalisi 250,8 min (2008). Biskay körfəzindən 97 km aralıdır. Haronna çayı mənsəbində mühüm dəniz portu. İri nəqliyyat qovşağı. Beynəlxalq aeroport. Parislə dəmiryol əlaqəsi var. Dünyanın şərabçılıq paytaxtlarından biri hesab olunur. == Tarixi == E.ə. III əsrdən Burdiqala adı ilə kelt tayfalarından biri olan bituriqlərin əsas şəhəri kimi məlumdur.
Bruco
Cadugər — cadugərliklə bağlı fəaliyyətləri həyata keçirən şəxs. Fövqəltəbii gücləri olduğuna inanılır. Gecələri gəzərək və uçaraq pislik edir. Anadolu türkcəsində "cazı, cadı" olaraq da deyilər. == Sözün mənşəyi == Azərbaycanca "cadugər" və Hindcə "जादूगर" (jādūgar) Fars dilində جادوگر sözündən gəlirlər. Azərbaycanda "cadugər" adlanan bu şəxsləri Afrikanın cənubunda "kuaren deyro", qərbində "nqombo", mərkəzində "menduk", Yava adalarında "dikun", Qrenlandiyada "anqanok", Peruda "bruco", Rusiyada "çarodey", "koldun", Uzaq Şərqdə "yoq", "fakir" adlandırırlar. Albıs türklərdə cadugər bənzəri bir varlıq olaraq bilinər. Cadu, pis üsullara müraciət edərək bir insanın iradəsini əlindən almaq deməkdir. Müxtəlif yollarla, üsulları sui-istifadə edərək bir insanı idarə altına almağa, ona istənilənləri etdirməyə ümumi olaraq cadu deyilər. Cadu ilə insanı istəmədiyi şeylərə məcbur etmək, ona istəmədiyi hərəkətləri etdirmək mənasını verər.
Bulud
Bulud – atmosferdə üzən su buxarı kondensasiyası məhsulunun toplantısı. Bulud diametri bir neçə mikron olan su damcılarından, buz kristalcıqlarından və ya bunların qatışığından əmələ gəlir. Bulud başlıca olaraq troposferdə toplanır. Buludu təşkil edən elementlər iriləşdikcə ağırlaşır və yağıntı əmələ gəlir. Planetimizin çox hissəsini dənizlər və okeanlar tutduğu üçün onların səthində daim buxarlanma prosesi baş verir. Buxarlanmış su damlaları buludları əmələ gətirir. Küləklərin qovduğu bu buludlar atmosferin soyuq layları ilə toqquşduqda buxarın kondensasiyası başlayır və yağış damlaları əmələ gəlir. == Buludluluq == Buludluluq göy üzünün buludlarla örtülmə dərəcəsidir və 10 ballıq şkala ilə ölçülür. Buludluluq sıfır bal olduqda göy üzü buludsuz, 10 bal olduqda isə tamamilə buludla örtülü olur. Ərazinin yerləşdiyi coğrafi mövqedən, iqlimdən asılı olaraq buludluluq dərəcəsi dəyişir.
Pluto
Pluton (134340 Pluto; simvolı: , və ya ) — Günəş ətrafında dövr edən ən kiçik cırtdan planetlərdən biri. Kəşf edildiyi 1930-cu ildən 2006-cı ilədək planet kimi qəbul edilən Pluton, hal-hazırda Koyper qurşağında Eridadan sonra ikinci böyük obyekt hesab edilir. 1930-cu ildən 2006-cı ilədək Pluton Günəş sistemində doqquzuncu planet kimi qəbul edilirdi. Ancaq XX əsrin sonları və XXI əsrin əvvəllərində Günəş sistemində plutonsayağı xeyli səma cismi kəşf edildi. Onlardan Erida kütlə baxımından Plutondan 27% böyükdür. 24 avqust 2006-cı ildə Beynəlxalq Astronomiya İttifaqı özünün XXVI assambleyasında ilk dəfə olaraq "planet" anlayışına tərif verdi. Pluton bu tərifdə deyilən əsaslara uymadığından o planet kateqoriyasından kənarda qaldı. NASA 19 yanvar 2006-cı ildə Plutonun kəşfi üçün "New Horizons" adlı qurğunu kosmosa göndərdi. Həmin qurğu 9 il sonra yəni, 14 iyul 2015-ci ildə Plutona 12000 km yaxınlaşaraq planetin fotosunu çəkib. Xatırladaq ki, Plutonun fotosu dünyadan 5 milyard km uzaqda çəkilib.
BluTV
BluTV internet vasitəsilə axın mediası və istəyə bağlı video xidmətləri təklif edən türk media təminatçısıdır. 2015-ci ildə Doğan Holding tərkibində Aydın Doğan Yalçındağ tərəfindən təsis edilmiş və daha sonra Warner Bros. Discovery tərəfindən satın alınmışdır. Kompüterlər, mobil cihazlar və smart TV-lər vasitəsilə əldə edilə bilən platforma, canlı TV yayımları, filmlər, seriallar, idman, həyat tərzi və böyüklər üçün janrları daxil olmaqla müxtəlif yerli və beynəlxalq məzmun təklif edir. 19 Yanvar 2021-ci ildə Discovery Inc. BluTV-nin 35% payını əldə etmişdir. 28 Dekabr 2023-cü ildə Warner Bros. Discovery BluTV-ni tamamilə əldə etmişdir. == Orijinal istehsallar == BluTV-nin ilk orijinal veb serialı Masum olub, 2017-ci ildə yayımlanmışdır. BluTV-nin digər orijinal istehsalları bunlardır: Sıfır Bir (2016–2019) (Moved from YouTube) Çalınmış Hayatlar (2017) Masum (2017) Sahipli (2017) 7 Yüz (2017) 140journos: Parayı Vuranlar (2018) Boom by İbrahim Selim (2020–2021) Bartu Ben (2018) Yaşamayanlar (2018) Dudullu Postası (2018) Bozkır (2018–bu günə qədər | Tətilə çıxmış) Behzat Ç. (2019) (Moved from Star TV) Aynen Aynen (2019–bu günə qədər | Tətilə çıxmış) (Moved from YouTube) Pavyon (2019–) Yarım Kalan Aşklar (2020) Ankara Havası (2020) Sokağın Çocukları (2020–2024) Alef (2020–) Çıplak (2020– | Tətilə çıxmış) Saygı (2020–2021 | Status unknown) Bonkis (2021–2022) Yeşilçam (2021) Doğu (2021– | Tətilə çıxmış) Hiç (2021) Acans (2021) Börü 2039 (2021– | Tətilə çıxmış) İlk ve Son (2021– | Tətilə çıxmış) Saklı (2021) Şokopop Yeşilçam 101 (2021) Düğün (2021) Podacto Stüdyo (2021) Şamanın Yolunda (2021) Karsu'nun Odası (2021) Dün Dündür (2021) Bizden Olur mu?
Bubo bubo
Adi yapalaq (lat. Bubo bubo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin yapalaq cinsinə aid heyvan növü.
Bled
Bled (sloven. Bled, alm. Veldes‎) — Sloveniyanın şimal-qərb hissəsində yerləşən şəhər. İtaliya və Avstriya sərhəddinə yaxındır. 2002-ci ilin siyahıya alınmasına görə şəhərin əhalisi— 5252 nəfərdir. Şəhər ətrafı yaşayış məntəqələri ilə birlikdə — 10 899 nəfərdir. Bled şəhəri Bled gölü sahilində, Yulian Alpları dağları ətəklərində yerləşir. Şəhər Triqlav Milli Parkından şərqindədir. Ölkənin populyar turizm mərkəzi hesab olunur == Coğrafiyası == Bled ölkənin paytaxtı Lyublyanadan 45 km şimal-qərbdə və Esenise şəhərindən isə 10 km cənub-şərqdə yerləşir. Şəhərin 8 km şimalından Avstriya sərhəddi, 40 km qərbindən isə italiya sərhəddi keçir.
Bliö
Bliö (fr. Blieux, oks. Blieus) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Barrem kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04030. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 57 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 37 nəfər arasında (15-64 yaş) 22 nəfər iqtisadi fəal, 15 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 59.5%, 1999-cu ildə 75.7%) idi. Fəal olan 22 nəfərdən 15 nəfər (7 kişi və 8 qadın), 7 nəfər işsizdir (5 kişi və 2 qadın).
Blua
Blua (fr. Blois) — Fransada şəhər. Luar və Şer departamentinin inzibati mərkəzi. == Əhalisi == Əhalisi 49, 6 min (2005) nəfərdir. Luara çayının sahilindədir. == Tarixi == Blua 6-cı əsrdən məlumdur. 9-cu əsr – 13-cü əsrin əvvəllərində Şampan qraflığı ilə sülalə ittifaqında və uzunmüddətli uniyada olan və Fransa krallarına qarşı mübarizə aparan güclü qraflığın mərkəzi idi. 1391-ci ildən Valua sülaləsinin Orlean qolu şahzadələrinin mülkiyyətində, 1498-ci ildən kral domeninin tərkibində olmuşdur. 16-cı əsrdə Bluada Fransa krallarının daimi iqamətgahı yerləşirdi. 1576–77-ci və 1588–89-cu illərdə Baş ştatlar Bluada toplanmışdı.
Blue
Blue (Blu) — britan boyz-bend. "Blue" qrupu 2001-ci ildə yaranmış İngilis pop qrupudur. Qrupun 4 üzvü vardır. Bunlar Li Rayan, Simon Uebb, Dankan Ceyms və Antoni Kostadır. Qrupun 4 albomu var: All Rise, One Love, Guilty və Best of Blue. Hal-hazırda qrup üzvləri solo fəaliyyət göstərir.
Blüz
Blüz (ing. Blues və ya Blue Devils — "kədər", "qəm") — XIX əsrin sonunda ABŞ-nin cənub-şərqinin afroamerika icmasında "Pambıq zonası" plantasiyalarından çıxanlar arasında yaradılmış musiqi forması və musiqi janrı.
Bubo
Yapalaq (lat. Bubo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi.
Buda
Buda (mac. Buda) - Macarıstan krallığının mərkəzi olmuş tarixi şəhər. Budin şəhərinin yerləşdiyi tarixi yer Budapeşt şəhərindən keçən Dunay çayının cənub tərəfi hesab olunur. Osmanlı imperiyası və Macarıstan krallığı arasında 1526-cı ildə baş vermiş Mohaç döyüşü nəticəsində şəhər Osmanlı imperiyasının nəzarəti altına keçmişdir.
Blui
Blui (ing. Bluey) — 1 oktyabr 2018-ci ildən ABC Kids telekanalında yayımlanan Avstraliya istehsalı məktəbəqədər uşaqlar üçün cizgi serialı. Proqram Co Bramm tərəfindən yaradılıb. Animasiyası Kvinslenddə yerləşən Ludo Studio şirkəti tərəfindən hazırlanmışdır. Serial ilk olaraq ABŞ-də Disney Junior kanalında nümayiş etdirilib və hal-hazırda digər ölkələrdə Disney+ axın platformasından izləmək mümkündür. Serial hər şeyə maraq göstərən canlı və təxəyyüllü insanabənzər bir küçük olan Blui haqqındadır. Blui atası Bandit, anası Çilli və kiçik bacısı Binqo ilə birlikdə yaşayır. Onlar Bluinin yaratdığı əyləncə dolu fantaziya oyunlarında onun macəralarına həvəslə qoşulurlar. Serialda bir-birindən fərqli it cinsinə aid olan personajlar da var. Cizgi serialda ailə münasibətlərinə, böyümə prosesinə və Avstraliya mədəniyyətinin təsvirinə yer verilib.
Budi
Budi (ukr. Буди, rus. Буди) — Ukraynanın Xarkov vilayətinin Xarkov rayonunda yerləşən kənd tipli yaşayış məntəqəsi. Merefanın sol sahilində, Donun drenaj hövzəsində yerləşir. 2022-ci ilin məlumatlarına əsasən yaşayış məntəqəsinin əhalisi 5,829 nəfərdə ibarətdir. 2024-cü ilin 26 yanvar tarixinədək Budi şəhər tipli qəsəbə statusuna malik olub. Həmin tarixdə isə yaşayış məntəqəsinin şəhər tipli qəsəbə statusu ləğv edilərək, kənd tipli yaşayış məntəqəsi statusuna çevirilmişdir.
Buds
Buds — ABŞ sörf-rok musiqi qrupu Surf Curse-ün debüt studiya albomu. 21 iyun 2023-cü ildə buraxılıb. Alboma daxil olan "Freaks" mahnısı 2020-ci illərin sonlarında TikTok-da populyarlıq qazanmışdır.
Faiq Bulud
Faiq Bulud (1950, Qars, Türkiyə) — Türkiyə yazıçısı. == Həyatı == Faiq Bulud 1950-ci ildə Qarsda anadan olub. Ankara Qazi Təhsil İnstitunun Rəsm içi fakültəsinə daxil olsa da təhsilini yarımçıq qoyub. 1972-ci ildə Suriyadan Livana keçərək Fələstin Azadlıq Təşkilatının sıralarına qoşulub. İsrail ordusunun həyata keçirdiyi bir əməliyyat zamanı beş güllə yarası alaraq əsir düşüb. MOSSAD tərəfindən 20 gün dindirildikdən sonra İsrail məhkəməsi tərəfindən həbs cəzası aldı. 1980-ci ilə qədər — 7 il 2 ay İsrail həbsxanasında cəza çəkdi. == Əsərləri == Dərsim raporları, İstanbul, 2013, −427 səh. Ali'siz Alevîlik, Berfin Yayıncılık, 2011. Hasan Sabbah Gerçeği ve Eşitlikçi Dervişan Cumhuriyetleri, Berfin Yayıncılık, 2014.
Hillz buludu
Oort buludu — Günəşdən 50 min-100 min Astronomik Vahid uzaqlığında, kürə şəklində komet buludu. Elmi adı Halley kometi olan "Quyruqlu ulduz" insanlar tərəfindən tanınan ən məşhur göy cisimlərindən biridir. İnsanların quyruqlu ulduzlarla tanışlığı lap qədim zamanlara gedib çıxır. Həmin dönəmlərdə insanlar ibtidai şərtlər altında yaşadığından, quyruqlu ulduzlara qarşı münasibətləri də buna uyğun formalaşmışdı. Belə ki, bir çox qədim xalqların mifologiyasında quyruqlu ulduz fərqli mənalar ifadə edirdi. Qədim insanlar quyruqlu ulduzun görünüşünü Tanrı və digər İlahi qüvvələr tərəfindən onlara göndərilən mesaj kimi qəbul edirdilər və maraqlısı da budur ki, bu "mesaj" hər zaman mənfi əlamət kimi alqılanıb. Bəlkə də elə buna görədir ki, "fəlakət" sözünün bir çox dildəki qarşılığı yunan dilindəki "pis ulduz" sözündən qaynaqlanır. Qərbi Avropada yaşayan Massailər üçün ulduzun görünməsi qıtlıq yaşanacağının əlaməti idi, Cənubdakı Zulular isə ulduzu müharibənin xəbərçisi hesab edilirdi. Balubalar isə quyruqlu ulduzun görünməsini liderlərinin ölücəyi kimi yozurdular. Quyruqlu ulduza qədim Çin mədəniyyətində daha sistemli yanaşma var idi.
Lərba (Blida)
Lərba (ərəb. الأربعاء‎, fr. Larbaâ) — Əlcəzairin şimalında, Blida vilayətinin ərazisində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şərq hissəsində, dəniz səviyyəsindən 104 metr yüksəklikdə yerləşir. Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 29 kilometr cənub-şərqdə və Blidə vilayətinin inzibati mərkəzindən 20 kilometr şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 83,819 nəfər idi.
Magellan buludu
Magellan buludları — anlayış özündə Böyük Magellan Buludu və Kiçik Magellan Buludunu birləşdirir. Bizim kimi şimal yarımkürəsinin digər sakinləri də bu gözəlliyi görməkdən məhrumdurlar. Bu qalaktikalar, yəni Böyük və Kiçik Magellan buludları cənub yarımkürəsindən müşahidə olunur. Hətta binoklsuz və ya teleskopsuz belə, cənub yarımkürəsində onları görmək mümkündür. Təxminən 180 min işıq ili uzaqlıqda yerləşən Magellan Buludları bizim qalaktikamızın çox yaxınındadırlar. Bizim qalaktikamız Süd Yolu qalaktikasının peykləri hesab olunan bu qalaktikalar "cırtdan" qalaktikalar hesab olunur. Cırtdan dedik sizə kiçik bir cisim kimi gəlməsin. Belə ki, Böyük Magellan Buludu 30 min işıq ili genişliyindədir və 1 milyarda qədər ulduza ev sahibliyi edir. Kiçik Magellan Buludu isə bir az daha kiçik olub, 20 min işıq ili genişliyindədir. Bu qalaktikaya isə 3–5 milyon ulduz daxildir.